Məhkəmə qərarları › İş №2-2(102)-305/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-305/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-305/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Xnun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Xnun cavabdeh “"xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-73/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmı şdır. I. İŞİN HALLARİ

1. Sifarişçi "xxxx" ASC icraçı X olmaqla imzalanmış ASFX seriyalı 17/046 nömrəli 2017ci il 1 mart tarixli müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində uçot və mühasibatlıq ilə əlaqədar işləri öz üzərinə götürür. 2.1-ci bəndə əsasən sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 3.670 manat xidmət haqqı ödəyir. 2. "xxxx" ASC-nin baş icraçı direktoru Bürhan Həmidov və İddiaçı olmaqla tərtib edilmiş 2019-cu il 31 may tarixli, 2019-cu il 30 iyun tarixli, 2019-cu il 31 iyul tarixli, 2019-cu il 31 avqust tarixli, 2019-cu il 30 sentyabr tarixli, 2019-cu il 31 oktyabr tarixli, 2019-cu il 30 noyabr tarixli, 2020-ci il 30 aprel tarixli, 2020-ci il 31 may tarixli, 2020-ci il 30 iyun tarixli, 2020-ci il 31 iyul tarixli, 2020-ci il 31 avqust tarixli, 2020-ci il 30 sentyabr tarixli, 2020-ci il 31 oktyabr tarixli, görülmüş işin təhvil-təslimi barədə akta əsasən 2017-ci il 1 mart tarixli, ASFX 17/046 nömrəli müqavilənin 1.1-ci bəndində qeyd olunan göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq hər ay üzrə 5.344 manat razılaşdırılmışdır. Qeyd olunan aktlar imzalanmış, "xxxx" ASC-nin möhürü ilə təsdiqlənmişdir.

3. Xna məxsus bank hesabından çıxarışa əsasən, müxtəlif tarixlərdə "xxxx" ASC tərəfindən 2017-ci il 1 mart tarixli, ASFX 17/046 nömrəli müqavilə üzrə qeyd olunan bank hesabına mədaxil olmuşdur. 4. 2022-ci il 29 aprel tarixli ödəniş qəbzinə əsasən X tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 400 manat köçürülmü şdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı X (bundan sonra – “iddiaçı”) 2022-ci il 31 may tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən (bundan sonra – “cavabdeh”) ödənilməmiş 74.816 manat borcun və 2019-cu ildən iddia verilən günədək 9.634,7 manat faizin, mediasiya prosesi və dövlət rüsumu üçün ödənilmiş 400 manatın alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ASFX17/046 saylı 2017-ci il 1 mart tarixli “xidmət” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulm ası” layihəsində uçot və mühasibatlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə göstərdiyi xidmətin əvəzində cavabdeh həmin xidmətə görə haqqın ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin, göstərdiyi xidmətlərə görə xidmət haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2019-cu ilin aprel-noyabr ayları və 2020-ci ilin aprel və oktyabr ayları üzrə müqavilə üzrə xidmətlərini göstərməsinə baxmayaraq, həmin aylar hesablansa da (pulun hesablanması barədə aktlar vardır) ödənilməmişdir. Ödənilməyən məbləğ 74.816 manat təşkil etmişdir. Dəfələrlə cavabdehə xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət edilməsinə baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmamışdır. Sonuncu dəfə 2022-ci il 4 may tarixində pretenziya məktubu ilə cavabdehə müraciət olunub və pulun ödənilməsi xahiş olunmuş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 387.2, 425.1, 425.2, 442, 445.1, 445.2, 445.2.1, 445.3, 445.4, 445.6, 448.1, 448.2-ci maddələrinə istinad edilmişdir.

8. Cavabdeh 2022-ci il 29 iyul tarixində ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

9. Cavabdeh tərəfindən 2022-ci il 22 avqust tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh etirazı belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən hər hansı e-qaimə təqdim edilmədiyindən borcun əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tərəflər arasında hər-hansı son tarixə üzləşmə aktı da mövcud deyildir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 avqust tarixli, e-2-2(113)-3131/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 74.816 manat və 400 manat mediasiya xərci iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – A.Əliyev).

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etm əməsi iddiaçıya müqavilədən və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır.

13. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 74.816 manat tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə cavabdehin iddia müd dətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı tərəfinin mübahisələndirilən təhvil-təslim aktları isə 2019-cu il 31 may tarixindən başlamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiqi üçün əsaslar mövcud deyildir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməməsinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya borcu olması tərəflər arasında tərtib edilmiş görülmüş işlərin təhvil-təslimi barədə akt ilə öz təsdiqini tapmışdır. Belə olan halda isə iddia tələbinin rədd edilməsi üçün əsaslar mövcu deyildir.

15. İddiaçı iddia tələbində 2019-cu ildən iddia verilən günədək 9.634,7 manat faizin ödənilməsini də tələb etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə iddiaçı tərəfindən hansı tarixdən olması və hesablanması aydın ifadə edilmədiyindən təmin edilməməlidir.

17. İddia qismən təmin edildiyindən 400 manat mediasiya xərci cavabdehə aid edilmişdir.

18. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 445.1, 445.7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh 2022-ci il 30 sentyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 avqust tarixli, e-2-2(113)-3131/2022 saylı qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. H əmçinin iddiaçı 2022-ci il 6 oktyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 avqust tarixli, e-2-2(113)-3131/2022 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini və Apellyasiya instansiya Məhkəməsində vəkil xərclərinə görə ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-73/2023 saylı qətnaməsi ilə iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 avqust tarixli, e-22(113)-3131/2022 saylı qə tnaməsi qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 2.218 manat əsas borcun tutulması hissəsində rədd edilmiş, iddia cavabdehdən iddiaçının xeyrinə faiz tutulması hissəsində qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə illik 5%-lə 3.629 manat pulun tutulması, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 720 manat işə baxılması ilə əlaqədar xərcin tutulması, qətnamənin qalan hissədə (72.598 manat əsas borcun tutulması) dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

22. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə uçot və mühasibatlıq xidməti göstərmiş və cavabdeh tərəfindən xidmətlərin dəyəri qismən ödənilmişdir.

23. İddiaçı tərəfindən hazırkı iddia ərizsi 2019-cu ilin aprel-noy abr ayları və 2020-ci ilin aprel-oktyabr ayları üzrə göstərilmiş xidmətlərin dəyəri tələb edilmiş və həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə təhvil təslim aktları iş materiallarına əlavə edilmişdir. Cavabdeh həmin aktların mötəbərliyini mübahisələndirmədiyindən iddiaçı tərəfindən xidmətin təhvil verilməsi barədə qaimə göndərilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. O cümlədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, xidmətlər 2019 və 2020-ci illərdə göstərildiyindən iddiaçı 2022-ci ilin aprel ayında mediasiya təşkilatına, 2022-ci ilin may ayında məhkəməyə müraciət etməklə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.

24. Cavabdeh təhvil-təslim aktları ilə təhvil alınmış xidmətlər in dəyərinin ödənildiyinə dair nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş hesabdan çıxarışı araşdıraraq müəyyən edilmişdir ki, 2020-ci ilin noyabr ayı üçün iddiaçıya 5.344 manat və 2.218 manat ödəniş edilmiş, həmin ay üçün artıq ödənilmiş 2.218 manat cavabdehin digər aylar üzrə ödəməli olduğu xidmət haqqı borcundan çıxılmamışdır. İddiaçının nümayəndəsi və vəkili 2023-cü il 2 fevral tarixində keçirilən məhkəmə iclasında bildirmişdir ki, həmin məbləğ iddiaçının qardaşına ödəməli olan xidmət haqqı olmuş, lakin iddiaçının hesabına köçürülmüşdür. Bu barədə sübut olmadığından həmin məbləğin məhkəmə tərəfindən ümumi borcdan çıxılmasına et iraz etməmişdilər.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin noyabr ayı üzrə 2017-ci il 1 mart tarixli “xidmət” müqaviləsi üzrə artıq ödənilmiş 2.218 manat cavabdehin ümumi borcundan çıxılmalı olduğundan əsas borcla bağlı iddia tələbi 2.218 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə cavabdehdən 72.598 manat əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. Birinci instansiya məhkəməsi iddiaçının pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən 2019-cu ildən tələb etdiyi 9.634,7 manat faiz tələbini o əsasla rədd etmişdir ki, faizin hansı tarixdən hesablandığı göstərilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələb olunan məbləğin hansı tarixdən he sablandığını məhkəmə iclaslarında iddiaçıdan soruşmaqla dəqiqləşdirmək və ya faizlərin hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmək imkanına malik olduğundan iddia tələbi bu əsasla rədd edilə bilməzdi. İddiaçının işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi ərizədən görünmüşdür ki, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir il üçün (2021-ci il may ayından – 2022-ci il may ayına) illik 5%-lə faiz tutulması xahiş olunmuşdur. Məhkəmə əsas borcla bağlı tələbin 72.598 manat hissədə əsaslı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə bu ödənişin gecikdirilməsinə görə bir il üçün illik 5%-lə 3.629 manat pul tutulmalıdı.

27. İş materiallarına əsasən, iddiaçı 400 manat mediasiya xərci ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərə əsasən, iddiaçı tərəfindən apellyasiya instansiyasında işə baxılması üçün 200 manat dövlət rüsumu, vəkil xidmətinə görə 200 manat xərc ödənilmişdir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi halda iddia ərizəsinin icraata qəbul edilməsinin prosessual pozuntu olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır.

28. Belə ki, “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyə n edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təxminən 90% hissəsi təmin edildiyindən məhkəmə MPM-nin 119-cu maddəsinə əsasən hesab etmişdir ki, iddiaçının işə birinci instansiya və apellyasiya in stansiyası məhkəməsində baxılması üçün çəkdiyi 800 manat xərcin 720 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 385.1, 425.2, 442, 445.1, 445.7, 752.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4, 36.2-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci; MPM-in 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Həmin qətnamə 2023-cü il 15 fevral tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

31. Cavabdeh 2023-cü il 10 aprel tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-73/2023 saylı qətnaməsini tamamilə ləğv edərək, işin yenidən b axılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

32. MM-in 6.1.9-cu maddənin tələbi pozulmuşdur – cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, işə cavabdehin iştirakı olmadan baxılmaqla cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin (Deleourt Belçikaya qarşı iş üzrə 1970-ci il 17 yanvar tarixli, və X1rşı iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarlarının tələbləri pozulmuşdur – məhkəmə ədalətin bərqərar edilməsi üçün cavabdehin işdə iştirakına şərait yaratmalı, onun iştirakı ilə işə ədalətli, hərtərəfli, tam obyektiv baxmağa borclu olduğu halda, işə cavabdehin iştirakı olmadan baxaraq əsassız qətnamə çıxarılmışdır.

34. Məhkəmə qətnaməsindən göründüyü kimi və tərəflər arasında bağlanılmış ASFX17/046 saylı, 2017-ci il 1 mart tarixli “xidmət” müqaviləsinin 2.1-ci bəndinə əsasən, cavabdeh (sifarişçi) iddiaçıya (icraçıya) 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 3.670 manat xidmət haqqı ödəyir. Lakin tərəflər arasında tərtib edilmiş işlərin görülməsini təsdiq edən təhvil-təslim aktlarında xidmətlərin dəyəri müvafiq olaraq hər ay üzrə 5.344 manat göstərilmişdir. Bu aktlar xidmət haqqı məbləğinin qiymətini deyil, görülmüş işlərin təhvil-təslim aktlarıdır ki, orada da aylıq xidmət haqqının dəyəri müqavilə əsasında 3.670 manat göstərilməli olduğu halda, nədənsə 5.344 manat göstərilmişdir. Aktlar tərtib edilərkən xidmət haqqı məbləği səhvən 5.344 manat göstərilmişdir. Məhkəmə xidmət müqaviləsindəki aylıq xidmət haqqı məbləği ilə aktlardakı aylıq xidmət haqqı məbləği arasındakı fərqə qiymət verməmişdir.

35. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş hesabdan çıxarışa əsasən 2020-ci ilin noyabr ayı üçün iddiaçıya 5.344 manat və 2.218 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə borcdan 7.762 (5344+2218=7762) manat çıxmalı olduğu halda, yalnız 2.218 manat çıxılmaqla səhvə yol vermişdir.

36. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur – cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş, sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquq i məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

45. Belə ki, kassasiya şikayətinin &32-də göstərilən dəlili ilə bağlı əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh məlumatlandırılmışdır (bax iş v. 126, 135, 145, 153). Bu baxımdan kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

46. Şikayətin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələləri kifayət qədər tam araşdıraraq mövcud sübutlar əsasında əlaqəli surətdə qiymətləndirməklə doğru nəticəyə gəlmişdir.

47. Həmçinin məhkəm ə kollegiyası qeyd edir ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 22(103)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar