Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-98/2018 saylı iş üzrə 12 noyabr 2018-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2 019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əldən çıxmış fayda kimi 6400 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2013-cü ilin may ayının ikinci yarısında pulunu sonradan ödəmək şərti ilə ondan 4960 manat dəyərində 40 ton sement almış, lakin uzun müddət keçməsinə baxmayaraq sementin faizinin aşağı düşməsi bəhanəsi ilə pulunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəmədə iddia qaldırmış və Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 40 ton sementin dəyəri olan 4960 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında baxıldıqdan sonra qüvvədə saxlanılmışdır. Cavabdeh 13 iyul 2017-ci il tarixdə icra məmurlarının vasitəsilə ona 4960 manat ödəniş etmişdir. 2013-cü ilin may ayının ikinci yarısında 4960 manat 6320 ABŞ dolları məbləğində pul təşkil edirdi. Cavabdeh tərəfindən həmin borc ödənilən 13 iyul 2017-ci il tarixdə isə 4960 manat 2920 ABŞ dolları təşkil etmişdir. Beləliklə, 2013-cü ildən 2017-ci ilədək olan dövr arasında manatın devalvasiyaya uğraması nəticəsində 3400 ABŞ dolları (6320-2920=3400) ziyana düşmüşdür. Əgər cavabdeh 2013-cü ildə 6320 ABŞ dolları (4960 manat) pulu vaxtında, manat devalvasiyaya uğramamışdan əvvəl ödəsəydi həmin puldan 4 il ərzində sement alıb satmaqla 3000 ABŞ dolları məbləğində mənfəət əldə edə bilərdi. Ona görə də, cavabdeh vurduğu ziya olan ümumilikdə 6400 ABŞ dolları (3400+3000) məbləğində pulu ona ödəməlidir. Cavabdeh tərəf birinci instansiya məhkəməsindəki icraat zamanı tərəflər arasında sement altı-satqısının olduğunu, sement keyfiyyətsiz olduğuna görə onun dəyərinin ödənilmədiyini, lakin daha sonra qaldırılmış iddia nəticəsində borcun məhkəmə qaydasında tutularaq ödənildiyini nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-404/2018 saylı, 02 iyul 2018-ci il tarixli (hakim - R.Z.Mamedov) qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-98/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – R.Ş.Muradov, hakimlər – Ş.M.Əliyeva və F.Ə.Mehtiyev) ilə iddiaçı tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2018-cı il tarixli, 2-2(83)-404/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh 2013-cü ilin may ayının ikinci yarısında pulunu sonradan ödəmək şərti ilə iddiaçıdan 4960 manat dəyərində 40 ton sement aparıb işlətməklə, 4 ildən sonra yəni, 13 iyul 2017-ci il tarixdə icra məmurlarının vasitəsi ilə iddiaçıya 4960 manat ödəniş etmişdir. 201320 17-ci illər arasında cavabdeh tərəfində 4960 manat ödəniş qəsdən gecikdirməklə iddiaçıya ziyan vurulmuş, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi 3400 ABŞ dolları götürəcəyi pul gəlirlərini əlindən çıxarmışdır. Məhkəmə Mülki Məcəllənin 21, 1096, 1097 və 1115-ci maddələrini mübahisəyə düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkə mə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim o lunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Kollegiya hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən iddianı rədd etməkdə məhkəmələr haqlı olmuşlar. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı cavabdehdən ona vurulmuş zərərin əvəzi kimi ümumilikdə 6400 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir. Həmin məbləği n 3400 ABŞ dollarını iddiaçı 2013-cü ildən 2017-ci ilədək olan dövr arasında manatın devalvasiyaya uğraması nəticəsində uğradığı zərər kimi tələb edir. Bu hissədə iddiaçı tələbini onunla əsaslandırır ki, 2013-cü ilin may ayının ikinci yarısında pulunu sonradan ödəmək şərti ilə cavabdeh ondan 4960 manat dəyərində 40 ton sement almış, lakin dəyərini ödəmədiyindən aralarında məhkəmə mübahisəsi başlamış, məhkəmə qətnaməsi ilə həmin vəsaitin onun xeyrinə tutulması qət edilmiş və 13 iyul 2017-ci il tarixdə icra məmurlarının vasitəsilə ona 4960 manat ödəniş edilmişdir. 2013-cü ilin may ayının ikinci yarısında 4960 manat 6320 ABŞ dolları məbləğində pul təşkil edirdi. Cavabdeh tərəfindən həmin borc ödənilən 13 iyul 2017-ci il tarixdə isə 4960 manat 2920 ABŞ dolları təşkil etmişdir. Beləliklə, 2013- cü ildən 2017-ci ilədək olan dövr arasında manatın devalvasiyaya uğraması nəticəsində 3400 ABŞ dolları (63202920=3400) ziyana düşmüşdür. Kollegiya bu hissədə iddia tələbinin əsassız olduğu ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, manatın məzənnəsində baş vermiş dəyişikliklər tərəflər arasında sement alqı-satqısından yaranan öhdəlik münasibətləri üzrə zərər vurulmasına səbəb olan hal kimi qəbul edilə bilməz. İddiaçı əldən çıxmış fayda kimi 3000 ABŞ dolları vəsaitin ona ödənilməsi ilə bağlı hissədə isə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2013-cü ildə 6320 ABŞ dolları (4960 manat) pulu vaxtında, manat devalvasiyaya uğramamışdan əvvəl ödəsəydi həmin puldan 4 il ərzində sement alıb satmaqla 3000 ABŞ dolları məbləğində mənfəət əldə edə bilərdi. Kollegiy a bu hissədə də iddianın əsassız olduğu ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə tələbin əsaslılığına dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, mənfəətin həqiqətən məhz 3000 ABŞ dolları təşkil edəcəyinə dair əsaslı sübutlar işdə yoxdur. Bundan başqa, tərəflər arasındakı əvvəlki məhkəmə mübahisəsi zamanı iddiaçı cavabdehdən 4960 manat sementin dəyəri ilə yanaşı həm də, 2000 manat əldən çıxmış faydanın alınıb ona verilməsini xahiş etmişdir. Qanuni qüvvədə olan məhkəmə aktları ilə iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində rədd edilmişdir. Göründüyü kimi iddiaçının hazırda irəli sürdüyü əldən çıxmış fayda tələbi əvvəlki məhkəmə mübahisəsi zamanı baxılmaqla təmin olunmamışdır. Bundan başqa, əvvəlki işdə iddiaçı əl dən çıxmış faydanı 2000 manat kimi, hazırkı işdə isə 3000 ABŞ dolları kimi təqdim etmişdir. Bu halın özü də iddiaçını mövqeyini ziddiyyyətli olmasına dəlalət edir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-98/2018 saylı iş üzrə 12 noyabr 2018-ci il tarix
Məhkəmə qərarları › İş №2-2(102)-306/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-306/2019
23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver