Məhkəmə qərarları › İş №2-2(102)-306/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-306/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-306/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı FZKO-nun cavabdeh OOO “X1 kompaniya”-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: xarici elementli mübahisə, daşıma müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı FZKO-nun cavabdeh OOO “X1 kompaniya”-ya qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1136/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Ekspeditor FZCO ilə sifarişçi OOO “X1 kompaniya” arasında bağlanmış 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli nəqliyyat ekspedisiya müqaviləsindən görünür ki, ekspeditor müştərinin tələbi ilə aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya icrasını təşkil etməyi, sifarişçi isə bu xidmətlərə görə ekspeditora ödəniş etməyi öhdəsinə götürür. Hər bir xidmətin şərtləri və dəyəri müqaviləyə Əlavələrdə öz əksini tapacaqdır: Nəqliyyat və ekspeditor xidmətləri; bütün növ stansiya xidmətləri, mühafizə, yükləmə və boşaltma xidmətləri; gömrük rəsmiləşdirilməsi və/və ya digər rəsmiləşdirmələr; keyfiyyət və kəmiyyət ölçmələri; malların/malların saxlanması/anbarlanması; yükün/ malların köçürülməsi; tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Göstərilən xidmətlərin siyahısı və müddəti, yükün/malların adı, daşınan yüklərin/malların marşrutları və miqdarı bu müqaviləyə edilən Əlavələrə uyğun olaraq müəyyən edilir. Həmin Müqavilənin: - 2.2-ci bəndinə əsasən, sifarişçi, ekspeditorun hesab-fakturasını aldıqdan dərhal sonra, lakin xidmətlərin icrasına başlamasının təxmin edildiyi andan 3 təqvim günündən gec olmayaraq, ekspeditorun müəyyən edilmiş bank hesabına köçürmə yolu ilə sifariş edilmiş xidmətlər üçün 100% avans ödəməlidir. - 2.7-ci bəndinə əsasən, ödəniş edilmədikdə və ya gecikdirildikdə, ekspeditor xidmətlərin yerinə yetirilməsindən imtina etmək, xidmətlərin icrasını dayandırmaq və/və ya sifarişçinin yüklərini/mallarını yolda dayandırmaq hüququna malikdir və göstərilən səbəbə görə baş vermiş bütün əlavə xərclər, cərimələr və/və ya məsrəflər sifarişçi tərəfindən ödənilir. - 3.2.8-ci bəndinə əsasən, sifarişçi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ekspeditorun xidmətlərini vaxtında ödəməlidir və ödəniş edilməməsi və ya vaxtında ödəniş edilməməsi səbəbindən ekspeditor tərəfindən xidmətlərin yerinə yetirilməsindən imtina edildikdə və ya yüklərin/malların dayandırılması halında göstərilən səbəblərə görə baş vermiş bütün əlavə xərcləri, cərimələri və/və ya məsrəfləri ödəməlidir. - 4.1.5-ci bəndinə əsasən, sifarişçi aşağıdakı hallarda ekspeditora dəymiş ziyana görə məsuliyyət daşıyır: 1) müqavilənin şərtlərinin yerinə yetirilməməsi; 5) ödənişdən əsassız imtina; 6) ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəməni n gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5%-i həcmində dəbbə pulu ödəməlidir. - 6.2-ci və 6.3-cü bəndlərinə əsasən, mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, bu müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının müvafiq məhkəməsinə göndərilir və tətbiq olunan hüquq və qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir.

2. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş 2020-ci il 11 fevral tarixli üzləşdirmə aktında "xxxx" MMC-nin “Alliance Logistics” FZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 3.270.746,37 ABŞ dolları olduğu qeyd olunmuşdur.

3. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş 2022-ci il 18 yanvar tarixli üzləşdirmə aktında "xxxx" MMC-nin “Alliance Logistics” F ZCO qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 1.729.319,93 ABŞ dolları olduğu qeyd olunmuşdur. 4. “Alliance Logistics” FZCO tərəfindən OOO “X1 kompaniya”-ya göndərilmiş 2023-cü il 9 oktyabr tarixli 1011 nömrəli pretenziya məktubunda 1.729.319,93 ABŞ dolları məbləğində borcun 10 gün ərzində ödəməyəcəyi təqdirdə tərəflər arasında bağlanmış 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 6.2-ci bəndinə əsasən tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 10 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla OOO “X1 kompaniya” (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2018-ci il 19 oktyabr tarixli ALF-011 nö mrəli Nəqliyyat-Ekspedisiya müqaviləsinə əsasən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödənilməmiş 1.729.319,93 ABŞ dolları məbləğində əsas borcun, 2.593.977 ABŞ dolları məbləğində cərimə borcunun, ilkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4.064,8 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən halları (bax § 1-4) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə aralarında bağlanmış müqavilənin 6.1-ci bəndinə uyğun olaraq həmin borcun ödənilməsi barə də cavabdehə xəbərdarlıq göndərilsə də, sözügedən borc məbləği hələ də iddiaçıya ödənilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 iyul tarixli e-2-2(113)-1003/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2018-ci il 19 oktyabr tarixli Nəqliyyat-Ekspedisiyası müqaviləsi üzrə ödənilməmiş 1.729.319,93 ABŞ dolları əsas borc, 86.466 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.815.785,93 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, habelə hüquqi yardımla əlaqədar ödənilmiş 1.000 manat vəkil xərcinin, ödənilmiş dövlət rüsumunun 1.934 manatının və 400 manat mediasiya xərcinin əvəzi iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – K.Hüseynov).

8. Məh kəmənin mövqeyinə görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli Nəqliyyat-Ekspedisiya müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən ekspeditor sifarişçiyə nəqliyyat ekspedisiya xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Bunun nəticəsində icra edilmiş sifarişlərə görə tərəflər arasında imzalanaraq təsdiq edilmiş üzləşmə aktına əsasən 1.729.319,23 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. Buna görə də cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 850-ci maddəsinə əsasən müqavilə üzrə daşımanın dəyərini iddiaçıya ödəməyə borcludur.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin 2022-ci il 18 yanvar tarixli üzləşmə aktını məcburiyyət səbəbi ilə cavabdeh tərəfindən imzalanması ilə bağlı irəli sürmüş olduqları dəlil də əsassızdır və sadəcə borcun ödənilməsinin yayınmasına xidmət edir. İddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktı cavabdeh qurumun möhürü ilə təsdiqlənmişdir.

10. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək müqavilə üzrə göstərilmiş daşınma xidmətinə görə 1.729.319,23 ABŞ dolları pulu ödəmədiyini, iddiaçının daşımanın dəyərini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab etmişdir ki, 1.729.319,23 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Dəbbə pulu ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 86.466 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 425.1, 430.1, 439.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 783.2, 850, 851, 852.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 28, 40.2, 40.3, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1136/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin hər iki tərəfi xarici hüquqi şəxslər olduğundan mübahisə xarici elementlidir. Buna görə də, birinci həll edilməli olan məsələ Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir.

16. Belə ki, iş üzrə hər iki tərəf xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslər olsalar da, hazırkı mübahisə qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlir (Belə ki, hər iki tərəf məhkəmədə verdikləri izahatda nəqliyyat və ekspeditor xidmətlərinin məhz yüklərin Azərbaycan Respublikasının ərazisindən daşınması zamanı göstərildiyini təsdiq etmişlər). Həmçinin iddianın faktiki əsasını təşkil edən mübahisəli müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər həmin müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində həll edilməsi barədə razılaşmışlar. Odur ki, MPM-in 450.1- ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.

17. İkinci həll edilməli olan məsələ - mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır. Bununla əlaqədar kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində tərəflər müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi barədə razılığa gəlmişlər. Odur ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir.

18. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (ekspeditor) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 2018-ci il 19 oktyabr tari xli ALF-011 nömrəli Nəqliyyat-Ekspedisiya müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə ekspedisiya və digər nəqliyyat xidmətlərini göstərdiyini və həmin xidmətlərə görə 1.729.319,93 ABŞ dolları məbləğində borcun yarandığını iddia edir və həmin borcun, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin tam ödənildiyini bildirməklə borcun mövcudluğunu inkar edir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nəqliyyat və ekspedisiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.729.319,93 ABŞ dolları məbləğində borcun mövcud olması hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il 11 fevral, 2021-ci il 19 fevral və 2022-ci il 18 yanvar tarixli üzləşmə aktları ilə müəyyən edilir.

20. Digər tərəfdən, cavabdeh daşınmasını həyata keçirdiyi yüklərin Azərbaycan Respublikasının ərazisində iddiaçı tərəfindən saxlanıldığını və yalnız üzləşmə aktının imzalanması şərti ilə buraxıldığını, yəni həmin aktları imzalamağa məcbur edildiyini bildirsə də, göstərilən halları sübuta yetirə bilməmişdir. Belə olan halda isə sözügedən üzləşmə aktlarının məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərə alınmaması üçün əsas yoxdur.

21. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə tərəflərindən iddiaçıya 3.000.000 ABŞ dollarından artıq vəsaitin ödənilməsi və belə olan halda iddiaçıya borclarının qalmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, yuxarıda göstərilən üzləşmə aktlarına əs asən 2018-ci ilin dekabrı - 2021-ci illərdə cavabdeh tərəfindən iddiaçıya 3.949.130 (2019-cu il - 1.519.130, 2020-ci il - 930.000 və 2021-ci il -1.500.000) manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapsa da, həmin aktlarla həmçinin sözügedən dövr ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin ümumi dəyərinin 5.678.449,93 ABŞ dolları (2018-ci ilin dekabrı - 2019-cu il - 4.789.876,37 ABŞ dolları; 2020-ci il - 888.573,56 ABŞ dolları) olması da müəyyən edilir.

22. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış sonuncu - 2022-ci il 18 yanvar tarixli üzləşmə aktında cavabdehin 1.729.319,93 ABŞ dolları məbləğində borcunun olması təsdiq edilmiş, cavabdeh isə üzləşmə aktı imzalandıqdan sonra iddiaçıya hər hansı ödəniş etməsini təsdiq edən sübutu məhkəməyə təqdi m etməmişdir. Odur ki, cavabdehin iddiaçıya borcunun olmaması barədə istinad etdiyi dəlillər əsassızdır.

23. İddiaçı tərəfindən göstərilən xidmətlərin qiymətlərinin şişirdilməsi barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd etmişdir ki, cavabdeh mübahisəli üzləşmə aktlarını imzalamaqla göstərilmiş xidmətlərin dəyəri ilə və belə olan halda xidmətlərin dəyərinin əsasında hesablandığı qiymətlərlə razılaşması barədə iradəsini ifadə etmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, borcların üzləşdirilməsi aktı imzalandıqdan, yəni borc təsdiq edildikdən sonra həmin borcun yaranması üçün əsas olmuş xidmətlərin göstərilməsi faktının, eləcə də xidmətlərinin dəyərinin mübahisələndirilməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından MM-in 425-ci mad dəsində təsbit edilmiş vicdanlılıq prinsipinin tələblərinə cavab vermir.

25. Kollegiya göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qarşı iddiası 1.729.319,23 ABŞ dolları borcun tutulması hissəsində əsaslıdır.

26. Bundan əlavə kollegiya iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndində cavabdeh tərəfindən xidmətin dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin razılaşdırıldığını, işin yuxarıda göstərilən halları ilə cavabdehin xidmətin dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsi öz təsdiqini tapdığını, eləcə də məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tutulması hissəsində iddianı qismən təmin edərək cavabdehdən tutulmalı olan dəbbə pulunu 86.466 ABŞ dolları məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

27. Mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdehin ərizəsində mübahisəyə tətbiq edilməli olan norma kimi MM-in 861.1 və 861.2-ci maddələrinə istinad edilmişdir. Halbuki həmin normada daşıyıcıya və ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti müəyyənləşdirilmişdir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, mübahisəli hüquq münasibətlərində daşıyıcı və ekspeditor qismində cavabdeh deyil, iddiaçı çıxış edir. Odur ki, sözügedən normaların mübahisəyə tətbiq edilməsi istisna olunur.

28. Digər tərəfdən üzləş mə aktlarından da göründüyü kimi iddiaçı tərəfindən sonuncu xidmətlərin 2020-ci ilin noyabrında göstərildiyini, xidmətlərə görə cavabdeh tərəfindən sonuncu ödənişin 2021-ci ilin dekabrında həyata keçirildiyini, eləcə də cavabdehin sonuncu dəfə 2022-ci ilin yanvarında üzləşmə aktını imzalamaqla borcu etirafedici hərəkət etdiyini, hazırkı iddianın isə 2024-cü il 10 yanvar tarixində qaldırıldığını nəzərə alaraq kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik iddia müddəti buraxılmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 442, 443.1, 462.1, 467, 850.1, 852.1, 852.4, 861.1, 861.2-ci; “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 24.1-ci; MPM-in 77.1, 121.1, 440.1, 443.0.7, 450.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Azərbaycan Respublikası Konstitusiyasının 125 və 129-cu maddələri üzrə Məhkəmə kollegiyası həqiqətin üzə çıxarılması kimi Konstitusion bir vəzifə daşıdığı halda, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılması görüntüsünü təsis etməklə və son nəticədə həqiqətin müəyyən edilməsini təmin etmədən, yalnız formal əsaslara istinad etməklə cavabdehin mülki hüquqlarını pozan və sahibkarlıq fəaliyyətinə ziyan vurmağa yönələn qətnamə qəbul etmişdir.

32. MM-in 385.1-ci maddəsi üzrə - İddiaçı üzərinə düşən öhdəliyin yerinə yetirilməsini, cavabdehə lazımı qaydada xidmət göstərdiyini məhkəməyə isbat edə bilmir. İddiaçı cavabdehə hər hansı bir xidmət göstərməmişdir, əks təqdirdə özünün istinad etdiyi 2018-ci il 19 oktyabr tarixli ALF011 nömrəli müqavilənin 4.1.7-ci bəndinə uyğun olaraq, xidmətin göstərilməsinə dair üzləşmə aktları məhkəməyə təqdim edərdi. Bunun əksi olaraq iddiaçı məhkəməyə 35 ədəd üzləşmə aktı təqdim etsə də, həmin üzləşmə aktlarında, müqavilə tələblərinə zidd olaraq, göstərdiyi xidmət barədə məlumat yoxdur. Halbuki həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən tərəflər hər ay göstərilən xidmətlə bağlı üzləşmə aktı imzamalıdırlar. X2 göstərilən xidmətlər barədə tam məlumatlar olmalı və daşıma kodları, növü, nəqliyyat vasitəl ərinin nömrəsi, mənsubiyyəti, əmtəə-nəqliyyat qaimələrinin nömrəsi, yükün təyinatı, göndərilmə məntəqəsi, kütləsi və şifrələri qeyd edilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi üzləşmə aktlarında müqavilən vacib şərtlərinə, eləcə də yükdaşıma ilə bağlı Qanunun tələblərinə dair məlumatlar yoxdur. Bundan başqa, Müqavilə ingilis və rus dillərində tərtib edildiyi halda üzləşmə aktları yalnız ingilis dilində tərtib edilmişdir.

33. MM-in 398-ci maddəsi üzrə - 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 2.3-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin qiyməti bu müqaviləyə qoşma ilə müəyyən edildiyi halda, iddiaçı məhkəməyə bu müqavilənin qoşmalarını təqdim edə bilməmişdir. Bu gün xidmətin qiyməti müəyyən edilmədən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3.000.000 ABŞ do llardan artıq pul ödənildiyi halda, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pul məbləğini əlavə olaraq tələb etməsi tam əsassızdır.

34. MM-in 852, 853 və 854-cü maddələri üzrə - İddiaçı cavabdehlə bağlı münasibətdə vaxtında və lazımi qaydada üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ya ümumiyyətlə öhdəlik yerinə yetirmədən hüquqdan sui-istifadələrə yol verməklə, iş materiallarına əlavə olunmuş iddiaçı ilə cavabdeh arasında e-mail yazışmalardan da göründüyü kimi, xüsusilə də, guya cavabdehin borcuna görə, cavabdehə məxsus 224 sayda yüklü yük qatar vaqonların Biləcəri stansiyasında saxlanılaraq, Azərbaycan Respublikası ərazisində daşınmasının yubadılmasını həyata keçirməklə, bunu əllərində bir təzyiq vasitəsi kimi istifadə etməklə, qanunsuz təsirlər göstərərək cavabdehi ağır və çıx ılmaz vəziyyətə salmaqla, müqavilə münasibətləri bitməsinə baxmayaraq, hər hansı bir xidmət göstərmədən borclu olmasına dair müxtəlif aktlara imza etdirmişdir. Əks təqdirdə, iddiaçı ekspeditor qismində göstərdiyi xidmətlərə dair MM-in 852, 853 və 854-cü maddənin tələblərinə əsasən məlumatları və sənədləri məhkəməyə təqdim etməlidir. İddiaçı ekspeditor xidməti göstəribsə MM-nin 853 və 854-cü maddələrinin tələblərinə əsasən məhkəməyə “yük göndərənin zəruri məlumatları, sənədləri və qaimələri təqdim etməlidir.” Lakin cavabdeh iddiaçının qəbul etdiyi kimi, 3.000.000 ABŞ dollarından artıq pul məbləğini iddiaçıya ödəsə də, iddiaçı tərəfindən bu pulun müqabilində hansı xidmətin göstərilməsi iş materialları ilə təsdiq edilmir və israrlı tələblərimizə baxmayaraq bununla bağlı iddiaçı məhkəməyə konk ret bir sənəd təqdim edə bilmədi.

35. MM-in 560 və 1091-ci maddələri üzrə - İddiaçı üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə hər hansı bir sənəd təqdim etmədən, öz hüquqlarını tələb etməklə, əslində isə onun görmədiyi işlər üzrə pul alması və əlavə olaraq pul tələb etməsi qanunsuz olmaqla, əsassız varlanmaya yönəlmiş hərəkətlərdən başqa bir şey deyildir. İddiaçı heç bir xidmət göstərmədən, iş görmədən cavabdehdən çox böyük məbləğdə pul tələb edir və bu məbləği hansı xidmətlərinə görə istədiyini isbat edə bilmir, məhkəmədə göstərilməyən xidmətə görə iddiaçının tələbini təmin etməklə iddiaçının əsassız olaraq varlanmasına və qarşı tərəfin hüquqlarının kobud qaydada pozulmasına gətirib çıxardır.

36. MM-in 372, 373, 375, 377 və 861-ci maddələri üzrə - Daşıyıcıya qarşı iddialar müddə tin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Hesab edirik ki, məhkəmə iddiaçının pul tələbi ilə bağlı iddia müddətini ötürdüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə, iddiadan imtina barəsində qərar çıxarılmalı idi və bununla bağlı iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə qərar çıxarılması üçün məhkəməyə rəsmi ərizə təqdim etsək də, bu məsələyə də düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əgər məhkəmə qərarının əsasını 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilə təşkil edirsə, onda iddiaçı ekspeditor olduğu halda cavabdeh də daşıyıcıdır və hesab edirik ki, bu işin faktiki halıdır, çünki iddiaçı hər hansı bir yükün daşınmasına dair məhkəməyə sənəd təqdim etmədiyindən onu yükdaşıyan kimi hesab etmək mümkün deyildir və belə olan halda məhkəmə MM-nin 861.2-ci maddəsində nəzərdə tutulan iddia müddətini tətbiq etməklə iddianı rədd etməyə borclu idi.

37. MPM-in 14, 35, 39, 40, 44 və 88-ci maddələri üzrə - İddiaçı tərəf 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 6. 2-ci bəndinə istinad edərək məhkəməyə müraciət etmiş və mülki iş icraata qəbul edilmişdir. Lakin bu mülki iş məhkəmənin icraatına qəbul edilərkən MPM-in 39 və 40-cı maddəsində nəzərdə tutulan tələb pozulmuşdur. Qanunun tələbindən aydın şəkildə görünür ki, yük daşımalarla bağlı müqavilə münasibətlərindən irəli gələn mübahisələrin məhkəmədə baxılması zamanı müqavilə aidiyyətinə dair razılaşma tətbiq edilə bilməz. Məhkəmə səhv olaraq iddiaçını həm yük daşıyan, həm də ki, eyni zamanda ekspeditor kimi qəbul edərək məhkəmə aidiyyəti qaydalarının pozulmadığı qənaətinə gəlir. Cavabdeh olaraq bu məsələdə məhkəmə ilə razılaşmaq o halda olardı ki, əgər iddiaçı hər hansı bir yük daşıdığına dair sübutları məhkəmə təqdim etsəydi. Lakin iddiaçı nəinki, yükdaşımaya dair, heç ekspeditor xidməti göstərməsin i təsdiq edə biləcəyi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məsələ ondadır ki, yük cavabdeh tərəfindən, eləcə də cavabdehə məxsus olan vaqonlar ilə daşınmış (cavabdehə məxsus çoxsaylı vaqonların Azərbaycan Respublikasının ərazisində qanunsuz saxlanılması ilə bağlı etiraz məktub bu halı təsdiq edir), yüklərin Azərbaycan Respublikası ərazisində müşayiət olunması isə ekspeditor müqaviləsi adı altında iddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı ekspeditor xidməti göstəribsə MM-nin 853 və 854-cü maddələrinin tələblərinə əsasən məhkəməyə “yük göndərənin zəruri məlumatları, sənədləri və Qaimələri təqdim etməlidir.“ Lakin cavabdeh iddiaçının qəbul etdiyi kimi, 3.000.000 ABŞ dollarından artıq pul məbləğini iddiaçıya ödəsə də, iddiaçı tərəfindən bu pulun müqabilində hansı xidmətin göstəri lməsi iş materiallarından başa düşülən deyil.

38. Bundan əlavə, məhkəmənin dəbbə pulu ilə bağlı gəldiyi nəticə iş üzrə əsaslandığı müvafiq müqaviləyə uyğun deyildir. Belə ki, 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 8.1-ci bəndinə əsasən, “müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Tərəflər uzadılması barədə razılığa gələrsə, bu Müqaviləyə müvafiq düzəlişlər imzalanmaqla müqavilənin müddəti uzadıla bilər.” Müqavilənin 4.1.5-ci bəndinə uyğun olaraq, “Sifarişçi tərəfindən ödəniş gecikdirildikdə, ekspeditor hər gecikdirilmiş gün üçün hesab-faktura məbləğinin 0,5%-i miqdarında cərimə ödəməyə borcludur.” İddiaçı müqavilə münasibətlərinin davam etməsinə dair fikirlər bildirməklə, məhkəmədə çaşqınlıq yaratmağa çalışaraq, iddia tələbinin 2-ci hi ssəsini təşkil edən 2.593.977 ABŞ dolları məbləğində cəriməni müəyyən edərkən, müqavilənin həmin 4.1.5-ci bəndinə istinad etmişdir. Lakin bu müqavilə uzadılmadığı və artıq hüquqi qüvvəsinin olmadığı halda, həmin bənd müqavilə qüvvədən düşəndən sonra yaranması ehtimal edilən münasibətlərə də şamil edilə bilməzdi. Həmin müqavilənin müvafiq bəndinə istinad etməklə, cərimənin hesablamaq sübutlara düzgün hüquqi qiymət verməməkdir.

39. Mübahisəyə iddia müddətinin tətbiqi bağlı münasibətdə məhkəmə kollegiyası səhvə yol vermişdir. Belə ki, kollegiya qeyd edir ki, cavabdehin ərizəsində mübahisəyə tətbiq edilməli olan norma kimi MM-in 861.1 və 861.2-ci maddələrinə istinad edilmişdir. Halbuki həmin normada daşıyıcıya və ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti müəyyənləşdirilmişdir. İş in yuxarıda göstərilən hallarından isə görünür ki, mübahisəli hüquq münasibətlərində daşıyıcı və ekspeditor qismində cavabdeh deyil, iddiaçı çıxış edir. Odur ki, sözügedən normaların mübahisəyə tətbiq edilməsi istisna olunur. İş üzrə kimin yükdaşıyan və kimin ekspeditor olması ilə bağlı izahı yuxarıda qeyd etmişik və lakin işin hallarından görsənən hal ondan ibarətdir ki, iddiaçı nəinki, yük daşıyıb, heç ekspeditor xidməti də göstərməyib. Hesab edirik ki, MM-in 861.1 və 861.2-ci maddələrinin tələbi cavabdehin xeyrinə şərh olunmaqla tətbiq edilməli idi. Lakin kollegiyanın işdə olan sübutlara, işin hallarına düzgün qiymət verməməsi üzündən bu norma cavabdehin xeyrinə tətbiq edilməmişdir.

40. Digər tərəfdən, məhkəmə kollegiyasının 2022-ci ilin yanvarında imzalanmış üzləşmə aktını “borcu etira fedici hərəkət” kimi qiymətləndirməklə üç illik iddia müddətinin buraxılmadığı qənaətinə gəlməsi səhvdir. Belə ki, məhkəmə kollegiyası qətnamədə qeyd edir ki, nəqliyyat və ekspedisiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.729.319,93 ABŞ dolları məbləğində borcun mövcud olması hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il 11 fevral, 2021-ci il 19 fevral və 2022-ci il 18 yanvar tarixli üzləşmə aktları ilə müəyyən edilir. Yəni belə çıxır ki, cavabdeh hər dəfə bu üzləşmə aktını imzalayanda iddia müddətinin axını kəsilmiş və 3 illik iddia müddəti yenidən hesablanmağa başlanmışdır. Hesab edirik ki, iddia müddətinin tətbiqi üçün 2022-ci ilin yanvarında imzalanmış sonuncu üzləşmə aktı deyil, cavabdeh tərəfindən sonuncu ödənişin 2021-ci ilin dekabrında həyata keçirildiyinə dair hərəkət iddia müddətinin axının kəsilməsi və iddia müddətinin tətbiqi üçün əsas ola bilərdi. Bununla da iş üzrə 3 illik iddia müddəti də iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyasının belə əsaslandırma aparmaqla sübutlara düzgün qiymət vermədiyi təsdiq edir. Məhkəmə iddiaçının pul tələbi ilə bağlı iddia müddətini ötürdüyü üçün hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə, iddiadan imtina barəsində qərar çıxarılmalı idi və bununla bağlı iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilməli idi.

41. Göründüyü kimi məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdehin irəli sürdüyü dəlillər qəbul edilmiş, olduğu kimi qərara köçürülmüş, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar qəbul edilməmiş, irəli sürdüyü bir dəlil belə qiymətləndirməyə məruz qalmamış və son nəticə də düzgün olmayan qərar qəbul edilmişdir. Mübahisələndirilən məhkəmə aktında cavabdehin yuxarıda qeyd edilən dəlilərinin heç biri araşdırılmamış və qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş 2018-ci il 19 oktyabr tarixli ALF011 nömrəli müqaviləyə istinad olunsa da, lakin bu müqavilənin şərtlərinin nə üçün iddiaçı tərəfindən icra edilmədiyi halda qarşı tərəfdən öhdəliyin tələb edilməsi araşdırılmamış və işə düzgün hüquqi qiymət verilmədiyindən nəticədə əsassız və qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Hesab edirik ki, qeyd edilən bütün məsələlər məhkəmənin işin tam, hərtərəfli və obyektiv araşdırmağına və sübutlara obyektiv qiymət verməməsinə dəlalət edir.

42. Kassator şikayətin “Digər məsələlər” hissəsində aşağıdakıları qeyd etmişd ir: - İddiaçı tərəf cavabdeh tərəfə 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilə üzrə hansı xidmətləri göstərərək, üzərinə düşən öhdəliyi yerinə yetirdiyini göstərə bilən hər hansı sənədləri də məhkəmə təqdim edə bilməmişdi. İddiaçı istinad etdiyi müqavilənin hansı bəndində nəzərdə tutulan hansı öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini də izah edə bilmir. Belə ki, iddiaçının iddia tələbinin əsaslandırılmasında istinad etdiyi 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 2.2-ci bəndində belə qeyd edilir ki: Sifarişçi (cavabdeh) Ekspeditora (iddiaçıya) xidmət göstərilməmişdən ən azı 3 gün qabaq göstəriləcək xidmət üçün qabaqcadan ödəniş etməli idi və tərəflər razılığa gəlmişlər ki, Ekspeditora (iddiaçıya) ödəniş edildikdən sonra sifariş edilmiş xidmət icra e diləcəkdir. Lakin, iddiaçının, müqavilə şərtlərini pozaraq, ona ödəniş edilmədən xidmət göstərməsi ağlabatan deyildir. - İddiaçı üzərinə düşən öhdəliyin yerinə yetirilməsini, cavabdehə lazımi qaydada xidmət göstərdiyini məhkəməyə isbat edə bilməmişdir. İddiaçı cavabdehə hər hansı xidmət göstərməmişdir, əks təqdirdə, özünün istinad etdiyi 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 4.1.7-ci bəndinə uyğun olaraq, xidmətin göstərilməsinə dair üzləşmə aktları məhkəməyə təqdim edərdi. Bunun əksi olaraq iddiaçı məhkəməyə 35 ədəd üzləşmə aktı təqdim etsə də, həmin üzləşmə aktlarında, müqavilə tələblərinə zidd olaraq, göstərdiyi xidmət barədə məlumat yoxdur. Halbuki həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən Tərəflər hər ay göstərilən xidmətlə bağlı Üzləşmə Aktı imzamalıdırlar. X2 g östərilən xidmətlər barədə tam məlumatlar olmalı və daşıma kodları, növü, nəqliyyat vasitələrinin nömrəsi, mənsubiyyəti, əmtəə-nəqliyyat qaimələrinin nömrəsi, yükün təyinatı, göndərilmə məntəqəsi, kütləsi və şifrələri qeyd edilməlidir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi üzləşmə aktlarında müqavilənin vacib şərtlərinə, eləcə də yük daşıma ilə bağlı Qanunun tələblərinə dair məlumatlar yoxdur və bundan başqa Müqavilə ingilis və rus dillərində tərtib edildiyi halda üzləşmə aktları yalnız ingilis dilində tərtib edilmişdir. - Əsas məsələlərdən biri də odur ki, 2018-ci il 19 oktyabr tarixli ALF-011 nömrəli müqavilənin 2.3-ci bəndinə əsasən bu müqavilə üzrə xidmətlərin qiyməti bu müqaviləyə qoşma ilə müəyyən edildiyi halda, iddiaçı məhkəməyə bu müqavilənin qoşmalarını təqdim edə bilməmişdir. Bu gün xidmətin qiyməti müəyyən edilmədən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3.000.000 ABŞ dollardan artıq pul ödənildiyi halda, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən pul məbləğini əlavə olaraq tələb etməsi tam əsassızdır. Belə ki, MM-in 398-ci maddəsinin tələblərinə əsasən, Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavil ənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

44. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olu nması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xita mına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyi n icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə gö türür....” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd....” “Maddə

861. Yüklərin daşınması zamanı iddia müddətləri 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.” 47. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə

24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra e dilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir....”

48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının müvafiq müddəalarında müəyyən edilmişdir ki: “... 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş be ynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır.... 2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).... 2.10. Qeyd olunanlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edil məli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu....”

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” “Maddə

443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin a şağıdakı işlərə baxmağa haqlıdır:... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...” “Maddə

450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

51. İşə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxılmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, kassator bununla bağlı mövqeyini MPM-in 39 və 40-cı maddələ rinə istinadla əsaslandırmışdır. Halbuki sözügedən normalar daxili ərazi qaydalarını, yəni işlərin ərazi üzrə birinci instansiya məhkəmələri arasındakı səlahiyyət bölgüsünü tənzimləyir. Hazırkı mübahisə isə, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, xarici elementlidir, qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəlir. Mübahisəli müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər həmin müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində həll edilməsi barədə razılaşmışlar. Bu baxımdan, məhkəmə kollegiyası MPM-in beynəlxalq məhkəmə səlahiyyəti fəslinə aid olan müqavilə aidiyyətini tənzimləyən 450.1-ci maddəsinin tələblərinə (bax § 49), habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya m übahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2023-cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının 2.2, 2.8 və 2.10-cu bəndlərinə (bax § 48) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmasına dair tamamilə qanuni və əsaslı nəticəyə gəlmişdir.

52. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəqliyyat və ekspedisiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.729.319,93 ABŞ dolları məbləğində borcunun olmasının hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2020-ci il 11 fevral, 2021-ci il 19 fevral və 2022-ci il 18 yanvar tarixli üzləşmə aktları ilə müəyyən edildiyinə, cavabdeh 2022-ci il 18 yanvar tarixli üzləşmə aktı imzalandıqdan sonra iddiaçıya hər h ansı ödəniş etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyinə, cavabdehin mübahisəli üzləşmə aktlarını imzalamaqla göstərilmiş xidmətlərin dəyəri ilə və belə olan halda xidmətlərin dəyərinin əsasında hesablandığı qiymətlərlə razılaşması barədə iradəsini ifadə etdiyinə, cavabdehin həmin aktları imzalamağa məcbur edildiyini sübuta yetirə bilmədiyinə, belə olan halda isə sözügedən üzləşmə aktlarının məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərə alınmaması üçün əsas olmadığına, borcların üzləşdirilməsi aktı imzalandıqdan, yəni borc təsdiq edildikdən sonra həmin borcun yaranması üçün əsas olmuş xidmətlərin göstərilməsi faktının, eləcə də xidmətlərinin dəyərinin mübahisələndirilməsinin MM-in 425-ci maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinə cavab vermədiyinə, mübahisəli hüquq müna sibətlərində daşıyıcı və ekspeditor qismində cavabdeh deyil, iddiaçı çıxış etdiyindən iddia müddəti ilə əlaqədar MM-in 861.1 və 861.2-ci maddələrinin mübahisəyə tətbiq edilməsinin istisna olunduğuna, eləcə də cavabdehin sonuncu dəfə 2022-ci ilin yanvarında üzləşmə aktını imzalamaqla borcu etirafedici hərəkət etdiyindən iddiaçı tərəfindən MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik iddia müddəti buraxılmadığına dair mövqeyi ilə razılaşdığından, cavabdehin aşağı məhkəmə instansiyalarında da bildirdiyi və həmin məhkəmə mövqeyi ilə təkzib edilən eyni və ya oxşar məzmunlu müvafiq dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

53. Müqavilə uzadılmadığı və artıq hüquqi qüvvəsinin olmadığı halda, müqavilən in 4.1.5-ci bəndinin müqavilə qüvvədən düşəndən sonra yaranması ehtimal edilən münasibətlərə şamil edilə bilməməsinə dair dəlilləri də məhkəmə kollegiyası əsassız hesab edir.

54. Belə ki, MM-in 462.1-ci maddəsinə (bax § 46) əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

55. Hazırkı iddia ilə tələb olunan borc tərəflər arasında bağlanmış müqavilədən yaranmış, dəbbə pulunun tutulmasına dair hazırkı iddia tələbi də məhz həmin müqavilənin müvafiq bəndinə əsaslanmışdır.

56. MM-in 399.3 və 399.4-cü maddələrinin tələblərinə (bax § 46) görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurt arması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

57. Baxılan işin materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilə öhdəliklərinin xitamına səbəb olmasına dair şərt, eləcə də öhdəliyin icrasının qurtarmasının müəyyənləşdirilmiş anı mövcud deyildir.

58. Odur ki, hazırkı iddia ilə tələb olunan borc tərəflər arasında bağlanmış müqavilədən yarandığından müqavilənin qüvvədə olma müddətinin qurtarması cavabdehi müq avilənin həmin müddət qurtarana qədər yol verdiyi pozuntulara, yəni borcun ödənilməməsinə görə məsuliyyətdən, o cümlədən dəbbə pulunu ödəmək vəzifəsindən azad etmir.

59. Dəbbə pulunun yalnız müqavilənin qüvvədə olduğu dövr üçün hesablanmasına dair isə nə qanunda, nə də mübahisəli müqavilədə məhdudlaşdırıcı müddəalar nəzərdə tutulmuşdur.

60. Belə olan təqdirdə, əks yanaşma, yəni dəbbə pulunun yalnız müqavilənin qüvvədə olduğu dövr üçün hesablanması dəbbə pulunun MM-in 462.1-ci maddəsində müəyyən edilmiş anlayışına və hüquqi təbiətinə (öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği) zidd olmuş olar. Çünki pozuntu halı (borcun odənilməməsi) cavabdeh tərəfindən aradan qaldırılmamış (borc ödənilmə miş) və hazıradək də davam etməkdədir.

61. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddianın dəbbə pulunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuna və tərəflər arasında bağlanmış müqaviləyə zidd olmamışdır.

62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 49) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəb ul etmişdir.

63. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh OOO “X1 kompaniya”-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar