Məhkəmə qərarları › İş №2-2(102)-307/2018

Ali Məhkəmə Qərar — İş №2-2(102)-307/2018

08.08.2018 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-307/2018 08.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-nə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-307/2018) Bakı şəhəri 08 avqust 2018-ci il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçının vəkili Vəkil oğlunun, Cavabdehin nümayəndəsi X2, vəkili X3 iştirakları, R.Sarıyevin katibliyi ilə, iddiaçı "xxxx" Şirkətinin cavabdeh "xxxx" MMC-nə qarşı daşıma haqqının, cərimə və faiz məbləğinin tutulması barədə iddia tələbi, "xxxx" MMC-nin "xxxx" Şirkətinə qarşı müqavilənin etibarsız hes ab olunması barədə qarşılıqlı iddia tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-2(103)-48/2018 saylı qətnaməsindən iddiaçı "xxxx" Şirkəti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Şirkəti cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə aralarında 28.02.2014-cü il tarixdə bağlanmış yük daşıması ilə bağlı daşıma müqaviləsinin 1.1-ci bəndinə əsasən “Daşıyıcı” "xxxx" Şirkəti, “Sifarişçi” ” X” MMC tərəfindən ona həvalə edilmiş yükləri tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və “Sifarişçi” tərəfindən təyin edilmiş şəxsə verməyi, “Sifarişçi isə “Daşıyıcı”nın haqqını ödəməyi öhdəsinə götürdüyünü və öhdəliklərini tam icra etdiyini, icra edilmiş daşıma daşıma xidmətlərinin ümumi dəyərinin 253.534 ABŞ dolları məbləğində olduğunu, cavabdeh icra edilmiş daşıma xidmətlərinin 147.164 ABŞ dolları məbləğində olan hissəsini ödədiyini, qalan 106.370 ABŞ dolları məbləğində borcun ödənilməsini təmin etmədiyini bildirərək, cavabdehdən 106.370 ABŞ dolları məbləğində daşıma haqqı, 25.500 AVRO məbləğində cərimə, 9.817 ABŞ dolları məbləğində faiz borcu, 2.000 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC "xxxx" Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, "xxxx" MMC (əvvəlki adı X12 MMC) ilə ilkin iddiaçı arasında bağlanmış 28.02.2014-cü il tarixli daşıma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 22(82)-205/2017 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmamış, iş üzrə keçirilmiş məhkəmə ekspertizası xərci cavabdehdən tutulmuşdur (hakim – İ.H.Bayramova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-2(103)-48/2018 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçı "xxxx" Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Şirkəti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ilkin iddiaya münasibətdə tamamilə ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, XX Şirkəti Böyük Britaniyada, cavabdeh "xxxx" MMC isə Azərbaycan Respublikasında yerləşir və tərəflərin arasında 5000 km-dən artıq məsafə olduğundan məhkəmənin tələb etdiyi həmin sə nədlərin olmaması normal haldır. Tərəflər arasında borcun dəqiq məbləğini təsdiq edən 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktı olduğu halda məhkəmənin qeyd edilən sənədləri tələb etməsi tamamilə absurd bir tələbdir. Bundan başqa məhkəmə qətnamədə bir tək ekspert rəyinə istinad edərək 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktındakı imzanın X1 tərəfındən icra edilmədiyini əsas götürərək ilkin iddianı rədd etmişdir. Lakin nədənsə məhkəmə qətnamədə həmin dövrdə X1 əvəz edən səlahiyyətli şəxs olan X8 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktını imzalayıb-imzalamamasını, həmin imzanın ona məxsus olub-olmamasını, həmçinin ümumiyyətlə, aktın kim tərəfındən imzalanması məsələsini imza edən səlahiyyətsiz şəxsdirsə, cəmiyyətin möhürünün həmin sənədə kim tərəfındən vurulmasın ı araşdırmamış, çünki hüquqi şəxsin adından təsdiq edilən hər bir sənəd həmin hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Hüquqi şəxsin möhürü isə yalnız qanuni təmsilçidə və ya onun tərəfındən səlahiyyət verilmiş şəxsdə saxlanılmalıdır. Bu səbəbdən də 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktının cavabdehin möhürü ilə təsdiq edilməsi həqiqətən tərəflər arasında daşıma ilə bağlı münasibətlərin davam etdiyini, daşıma xidmətlərinin icra edilib cavabdehə təhvil verildiyini, icra edilmiş daşıma xidmətləri nəticəsində cavabdehin borcunun yaranmasını, borcun həqiqətən mövcud olması və onu imzalayan şəxsin səlahiyyətinin olmasını təsdiq edən mötəbər bir sübutdur. Məhkəmə qətnaməsində "xxxx" MMC tərəfındən verilmiş audit rəyi heç bir yoxlama aparılmadan yalnız "xxxx" MMC tərəfındən verilm iş informasiya əsasında tərtib edilmişdir. Rəyin açıqlama (breakdown) hissəsində göstərilmiş daşıma xidmətlərinə görə "xxxx" MMC tərəfindən XX Şirkətinə ödənilmiş pulun məbləği təqribi 100000 ABŞ dolları məbləğində əksik göstərilmişdir. Halbuki həmin məbləğ "xxxx" MMC tərəfındən XX Şirkətinə ödənilmişdir. Lakin məhkəmə bu fakta da əhəmiyyət verməmiş, qeyd edilənlər "xxxx" MMC tərəfındən aparılmış audit yoxlamasının formal xarakter daşıdığını, yalnız "xxxx" MMC tərəfindən verilmiş informasiya əsasında tərtib edildiyini və buna görə də orada əks edilmiş məlumatların mötəbər olmadığını əyani şəkildə sübut edir, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. İddiaçının sonuncu məhkəmə iclasında iştirak edən yeni vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilmə si üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X2, vəkili X3 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-2(103)-48/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən “Sifarişçi” daşıma barədə 3 (üç) gün əvvəlcədən “Daşıyıcı”ya sifariş verir, daşıma xidmətinin qiymətini və ödənişi şərtləndirən konkret halı nəzərdə tutur, daşıma qiyməti - daşıma sifariş olunan zaman tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur və daşıyıcının təqdim etdiyi hesab (invoys) əsasında ödənilir, 06 iyun 2017-ci il tarixli, 12873 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 12 avqust 2015-ci il tarixli Qalıq borcun təsdiqi Aktında “X”nun direktoru X adı qarşısında olan imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş 28.02.2014-cü il tarixli daşıma müqaviləsində direktor X adı qarşısında olan imza və 12 avqust 2015-ci il tarixli Qalıq borcun təsdiqi Aktında direktor X adı qarşısında olan imza eyni şəxs tərəfindən deyil, müxtəlif şəxslər tərəfindən icra olunmuş, Cəmiyyət üzrə verilmiş 05.08.2015-ci il tarixli, 123 saylı əmrə uyğun olaraq Cəmiyyətin əvvəlki direktoru X1 aid əmək funksiyaları 05.08.2015-ci ildən 24.08.2015-ci ilədək müvəqqəti olaraq zavod direktoru X10 həvalə edilmiş, X isə həmin müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənarda təhsil məzuniyyətində olmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən malın çatdırılmasına dair cavabdehin sifariş verməsi, hər bir sifariş olunan daşıma xidmətinin qiyməti barədə tərəflərin iradə ifadəsini əks etdirən Razılaşma, hər bir konkret sifariş üzrə malın təyinat məntəqəsinə çatdırılması və təhvil verilməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, aktda cavabdeh təşkilatın direktoru X adından çəkilən imza ona məxsus olmadığından, onun iradə ifadəsini əks etdirmədiyindən və akta şəxsiyyəti məlum olmayan, səlahiyyət verilməyən şəxs tərəfindən imza edildiyindən həmin sənədə möhür vurulsa da, sübut kimi qiymətləndirilə bilməz, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış audit yoxlamasının nəticəsi haqqında tərtib edilmiş rəyin tərkib hissəsi olan 2013-2014-cü illəri əhatə maliyyə cədvəlində nəqliyyat xərclərinin və 2014-cü ilin sonuna olan kreditor borclarının açıqlanmasının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış audit yoxlaması zamanı iddiaçı tərəfindən cavabdehə daşımaçılıq xidmətinin göstərilməsi və cavabdehin iddiaçıya borcunun olması təsdiq olunmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiya sı apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Məcəllənin 854.1.1-1.6-cı maddələrinə uyğun olaraq yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Həmin Məcəllənin 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 03.11.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu «F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.12.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət q ədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, tərəflər arasında borcun dəqiq məbləğini təsdiq edən 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktı olduğu halda məhkəmənin qeyd edilən sənədləri tələb etməsi tamamilə absurd bir tələbdir. Bundan başqa məhkəmə qətnamədə bir tək ekspert rəyinə istinad edərək 12.08.2015ci il tarixli qalıq borcun təsdiqi aktındakı imzanın X tərəfındən icra edilmədiyini əsas götürərək ilkin iddianı rədd etmişdir. Lakin nədənsə məhkəmə qətnamədə həmin dövrdə X əvəz edən səlahiyyətli şəxs olan X8 12.08.2015-ci il tarixli qalıq borcun təsdiqi aktını imzalayıb-imzalamamasını, həmin imzanın ona məxsus olubolmamasını, hə mçinin ümumiyyətlə, aktın kim tərəfındən imzalanması məsələsini, imza edən səlahiyyətsiz şəxsdirsə, cəmiyyətin möhürünün həmin sənədə kim tərəfındən vurulmasını araşdırmamışdır. Kassasiya şikayətinin bu dəlili ilə bağlı ilk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən, 06 iyun 2017-ci il tarixli, 12873 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 12 avqust 2015-ci il tarixli Qalıq borcun təsdiqi Aktında “X”nun direktoru X adı qarşısında olan imza onu n tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası həmçinin bu aktın, hüquqi şəxslərin maliyyə xidmətlərinin rəhbərləri tərəfindən deyil, yalnız müəssisə rəhbərləri tərəfindən imzalandığı üçün də mötəbər sübut kimi qəbul edilə bilmədiyini qeyd edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən prosessual normanın tələbləri nəzərə alınmaqla iddiaçı məhz iddia ərizəsində göstərilən həcmdə daşıma xidmətlərini, müqavilə şərtlərinə uyğun olaraq cavabdehin daşıma barədə rəsmi sifarişlərinə əsasən həyata keçirdiyini mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq etməli olduğu halda iş materiallarında onun məhz tələb olunan həcmdə cavabdeh üçün daşıma xidmətlərini həyata keçirdiyi barədə müvafiq sübutlar yoxdur, iddiaçı, işə baxmış məhkəmələrə belə sənədləri təqdim etməmişdir. Belə sübutlar isə hər hansı üzləşmə aktı deyil, tələb olunan həcmdə daşımanı təsdiq edən və Mülki Məcəllənin 854-cü maddəsinə uyğun olaraq tərtib edilmiş müvafiq qaimələr və malların həqiqətən cavabdeh tərəfindən idxal edilərək alınmasına dair sənədlər olmalıdır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən “Sifarişçi”nin daşıma barədə 3 (üç) gün əvvəlcədən “Daşıyıcı”ya sifariş verməli olduğu halda işdə buna dair, iddiaçının, məhz iddia ərizəsində göstərilən həcmdə daşıma xidmətlərini həyata keçirdiyini, mötəbərliyi şübhə doğurmayan sənədlərlə təsdiq etməli olduğu halda iş materiallarında onun tələb olunan həcmdə cavabdeh üçün daşıma xidmətlərini həyata keçirdiyi barədə müvafiq sübutların olmadığını, bundan əlavə məhkəməyə hər bir sifariş olunan daşıma xidmətinin qiyməti barədə tərəflərin iradə ifadəsini əks etdirən Razılaşmanın, hər bir konkret sifariş üzrə malın təyinat məntəqəsinə çatdırılması və təhvil verilməsinə dair mötəbər sübutların təqdim edilmədiyini, iddiaçının işə baxmış məhkəmələrə belə sənədləri təqdim etmədiyini, 06 iyun 2017-ci il tarixli ekspert rəyinə əsasən 12 avqust 2015-ci il tarixli Qalıq borcun təsdiqi Aktında “X”nun direktoru X adı qarşısında olan imzanın onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olun duğunu, bu aktın həmçinin, hüquqi şəxslərin maliyyə xidmətlərinin rəhbərlərinin iştirakları olmadan, yalnız müəssisə rəhbərləri tərəfindən imzalandığı üçün də mötəbər sübut kimi qəbul edilə bilmədiyini nəzərə alaraq, kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 30 yanvar 2018-ci il tarixli, 2-2(103)-48/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 2-2(103)-48/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar