Məhkəmə qərarları › İş №2-2(102)-307/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-307/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-307/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından İddiaçı “xxxxxxxxx” MMC Cavabdeh İKB ASC-ə qarşı “67.868,93 manat məbləğində borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: cavabdeh ASC tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər X2, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı “xxxxxxxxx” MMC-in vəkili Vəkil1 oğlunun, cavabdeh “xxxxxxxxx” ASC-in vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı xxxxxxxxx” MMC-in (bundan sonra-MMC) X4 Stansiyası (müəssisə) və istifadəçi Cavabdeh İKB ASC (bundan sonra-ASC) arasında rabitə xidmətlərindən istifadəyə dair 13043 saylı, 2016-cı il 11 may tarixli müqavilə bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən müəssisə (iddiaçı) cavabdehə (istifadəçiyə) şəhərlərarası, beynəlxalq və digər rabitə xidmətləri göstərir.

3. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, rabitə müəssisə tərəfindən hər ayın 1-dən 15-dək göstərilmiş xidmət haqları təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq hər ayın 20-dək ödəniş aparılmasını, eləcə də hər ayın 16-dan ayın sonunadək göstərilmiş xidmət ha qlarının növbəti ayın 10-dək ödənilməsini təmin etmək istifadəçinin vəzifəsidir.

4. İddiaçı MMC-in BATS İnzibati İşlər Şöbəsinin 2018-ci il 19 sentyabr tarixli arayışdan görünür ki, həmin arayışda cavabdehin rabitə xidməti müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə 2018-ci il 19 sentyabr tarixinə iddiaçıya 67.838,93 manat borcu olduğu təsbit olunmuşdur.

5. İddiaçının iddia ərizəsində və cavabdehə ünvanlanmış pretenziya məktubunda və sonuncu ilə aparılan digər yazışmalarda, o cümlədən, iddiaçının 2017-ci il 30 avqust və 2018ci il 07 fevral tarixli məktublarında iddia edilir ki, borcun yaranma səbəbi cavabdeh tərəfindən 2017-ci il 21 iyul tarixdən 2017-ci il 24 iyul tarixinədək olan dövrdə istifadəsində olan (012) *****-** saylı telefondan müxtəlif istiqamətlərdə çoxlu sayda beynəlxalq danı şıqlar aparması ilə bağlı olmuşdur.

6. Birinci instansiya məhkəməsi tərəfindən kompüter-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 15 oktyabr tarixli 7425 nömrəli ekspert rəyi alınmışdır.

7. Həmin rəydə aşağıdakı nəticəyə gəlinmişdir: “xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012)-440-86-41 nömrədən xarici ölkələrə icra olunmuş zənglər aşkar edilmiş hallara əsasən, “FRAUD” xarakterli zənglərdir; bir anda çox sayda zənglərin icrası onların “İP” səs rabitəsi üzərindən icrasını bildirir və əməkdaşlar (ümumiyyətlə insan faktoru) tərəfindən edilməməsini bildirir; əldə olunmuş “LOG” tipli məlumatlar əsasında kiberhücumların izləri aşkarlanmamışdır, bu halda dəqiqliklə hücumun hansı mənbədən və İP ünvanlardan icra olun masını, kimlər tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmur; belə qənaətə gəlmək olar ki, danışıq trafikin oğurlanması ilə əlaqədar ehtimal olunan hücumlar ortaq bir nöqtədən irəli gələn hücumdur və təşkilatın infrastrukturuna aidiyyəti yoxdur, MMC-ə məxsus avadanlıqlara baxış keçirərkən müəyyən olunmuşdur ki, cihazlar mütəmadi olaraq sertifikatlaşmadan keçir, avadanlıqlar işləyir və təyinatı üzrə yararlıdır; qurumda quraşdırılan avadanlıqlar əsasən beynəlxalq trafikin yönəltməsi və hesablaşmaların aparılması üçün nəzərdə tutulmuşdur, “Alcatel” markalı “1000 S12” modelli ATS cihazlar mütəmadi olaraq testləşdirilir, həmin cihazlara sistemə kənardan qoşulma, internetə çıxış və “İP” protokolun dəstəyi imkanları mövcud deyil.”

8. Rəyin tədqiqi hissəsində ekspert müəyyən etmişdir ki, a parılmış tədqiqatlar nəticəsində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** №-li telefondan xarici ölkələrlə aparılmış danışıqlar ASC-in şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamış, iddiaçı MMC-ə məxsus stansiyalara 2010-ci ilin yanvar-oktyabr aylarında “Alcatel Lucent” şirkəti tərəfindən vaxtaşırı texniki baxış keçirilmiş və qüsurların aradan qaldırılması üçün tədbirlər görülmüş, iddiaçının istismarında olan stansiyada (“1000 S12”) internetə çıxış və “İP” dəstəyi müəyyən olunmamışdır.

9. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, ASC-in adı “xxxxxxxxx” ASC olaraq dəyişdirilmişdir.

10. Mütəxəssis qismində dəvət olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Na zirliyinin Baş X1 əməkdaşı E.İbrahimov məsələ ilə bağlı bildirmişdir ki, kiber (konkret halda, “Fraud” dolandırıcı xarakterli) hücumlara Xüsusi Dövlət Mühafizə Xidməti (bundan sonraXDMX) baxır, belə hallarda cinayət işi açılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı MMC cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh ASC-dən 67.838,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 67.868,93 manat məbləğində pulun tutularaq MMC-ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, MMC-in tabe qurumu olan X4 Stansiyası ilə ASC arasında rabitə xidmətlərinin (şəhərlərarası, beynəlxalq, sifarişli (107)) rabitə xid məti və.s) göstərilməsi barədə 2016-cı il 11 may tarixli 13043 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.2.1-ci bəndinə əsasən istifadəçi ASC hər ay müəssisə tərəfindən göstərilmiş xidmət haqlarını təqdim edilmiş hesab və ya hesab fakturalara uyğun olaraq BATS-a ödəməlidir. Lakin ASC istifadəsində olan (012) ***-**-** saylı telefondan xx.xx.2017xx.xx.2017-ci il tarixlərdə xarici ölkələr istiqamətində olunmuş 104358.78 dəqiqə zənglər nəticəsində yaranmış 67.838,85 manat danışıq haqqı üzrə borcu ödəməkdən imtina edir. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə ASC-ə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc tam ödənilməmiş, mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün dəfələrlə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşl ərin də heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər, beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq operatorların stansiyalarında qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı, 2019-cu il 27 dekabr tarixli qətnaməsi ilə iddiaçı MMC-in cavabdeh ASC-ə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iddiaçı MMC-dən ekspertiza xərcinin əvəzi olaraq 61,17 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət olunmuşdur (hakim Səbinə Nuriyeva).

14. Məhkəmə müəyyən etmişdirki, tərəflər arasında xx xxx 2016-cı il tarixli 13043 saylı müqavilə üzrə münasibətlər yaranmışdır. Hər iki tərəfin həmin müqavilə üzrə öhdəlikləri vardır. Lakin ekspert rəyindən də göründüyü kimi, hazırki halda qeydə alınan zənglər cavabdehin öz öhdəliyinin icra etməməsi səbəbindən yaranmamışdır. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə öz tələbini əsaslandıran halları təsdiq edən hər h ansı bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən olunmasının məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

15. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, sübutetmə üzrə vəzifələrin müəyyən olunması həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

16. Həmin məhkəmə belə qənaətə gəlir ki, göstərilən danışıqların aparılmasında cavabdehin təqsirli hərəkəti sübuta yetmədiyindən iddiaçının borcun ödənilməsinə dair iddiası əsaslı deyil.

17. Həmin məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 442, 448.1, 448.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 77.1, 80, 81, 101.3, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı MMC həmin qətnamədən 2020-ci il 19 fevral tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b)apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli 2-2(103)-255/2020 saylı qətnaməsi ilə iddiaçı MMC-in apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı 2019-cu il 27 dekabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Cahangir Yusifov, hakimlər – Raqib Qurbanov və Vüsalə Baxışova).

20. Məhkəmə belə hesab etmişdir ki, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012) – *****-** №-li telefondan xarici ölkələr istiqamətində aparılmış danışıqların “Fraud” (ingiliscə tərcümədən “dolandırıcılıq-hiylə“) xarakterli, yəni, insan (o cümlədən, cavabdehin əməkdaşlarının müdaxilə) faktoru olmadan həyata keçirilməsi, istifadə olunan avadanlıqda texniki qüsurun müəyyən olunmaması və həmin avadanlıqda beynəlxalq çıxışa imkan verən “İP” dəstəyinin mövcud olmaması və s. bu kimi ekspert tərəfindən müəyyən edilən hallar mübahisələndirilən beynəlxalq zənglərin cavabdehin əməkdaşları tərəfindən və həmin qurumun təqsiri üzündən əmələ gəlmədiyini göstərir. Eyni zamanda, birinci instansiya məhkəməsində işə baxılarkən mütəxəssis qismində dəvət olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin əməkdaşı Elmar İbrahimov da məhkəmədə məsələ ilə bağlı bildirmişdir ki, kiber (konkret halda, “Fraud” (dolandırıcı xarakterli) hücumlar XDMX-in səlahiyyətindədir və belə hallarda cinayət işi açılır (2019-cu il 27 dekabr tarixli məhkəmə iclas protokolu: iş vərəqi 136) Göründüyü kimi, bu kimi halların izlənilməsi və araşdırılması cavabdeh bankın səlahiyyətləri daxilində deyil.

21. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, istifadə olunan avadanlıqların qeydiyyatdan keçirilib-keçirilməməsindən asılı olmayaraq cavabdehin xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012) ***-**-** №-li telefondan xarici ölkələrə zənglər olunmasında təqsiri müəy yən edilmir. Ona görə də iddiaçının şikayətinin müqavilənin ekspert rəyini əsassız hesab edən və müqavilənin 2.5-ci bəndinə istinadən iddiaçı tərəfindən istifadə olunan avadanlığın qeydiyyatdan keçirilmədiyini mübahisələndirən və onun vəsatətinə əsasən mütəxəssisin dəvət edilmədiyinə istinad olunan dəlilləri əsassızdır.

22. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 18 iyun tarixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 19 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

24. İddiaçı MMC qətnamənin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri İddiaçının kassasiya şikayətinin dəlilləri

25. Yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə ASC-ə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq borc (67838,85 manat) tam ödənilməmiş, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün dəfələrlə hər iki tərəfin nümayəndə heyətinin iştirakı ilə görüşlər keçirilmiş, lakin bu görüşlərin də heç bir nəticəsi olmamışdır.

26. Cavabdeh iddiaçı tərəfin xidmətindən istifadə etmiş, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək xidmət haqqını ödəməmiş, lakin cavabdehin istifadəsində olan telefondan aparılan beynəlxalq zənglər, beynəlxalq operatorlara məxsus kanallar üzərindən ötürüldüyündən və danışıqlar beynəlxalq stansiyalarda qeydiyyata alındığından mübadilə edilən trafikin həcminə görə beynəlxalq operatorlarla MMC tərəfi ndən hesablaşmalar aparılaraq ödənişlər olunmuşdur. 27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qətnamədə həm iddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il tarixli müqaviləyə, həm də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 2019-cu il 15 oktyabr tarixli rəyinə istinad etsə də, həmin istinadlar yarımçıq və daha çox cavabdehin xeyrinə olmuşdur.

28. Belə ki, ekspert rəyindən mübahisəyə səbəb olan zənglərin “Fraud” xarakterli olması və həmin zənglərin “İP” səs rabitəsi üzərindən icra edildiyi qeyd olunmuşdur.

29. Eyni zamanda, MMC-ə məxsus avadanlıqlara keçirilmiş baxış zamanı “Alcatel” markalı “1000 S12” modelli ATS cihazların mütəmadi olaraq testləşdirildiyi, həmin cihazlara kənardan qoşulmanın, internetə çıxış və “İP” protokolun dəstəyi imkanlarının mövcud olmadığı öz əksini tapmışdır.

30. Lakin ekspert rəyinin ASC-ə aid hissəsində onların avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda istifadə etdikləri avadanlıqların içərisində CİSCO İP telefon aparatlarının mövcud olduğu məhkəmə qətnaməsində qeyd olunmamışdır. Bu baxımdan da məhkəmə ekspert rəyindəki ziddiyyətlərə qiymət verməmişdir.

31. Məhkəmə öz qətnaməsində tərəflər arasında bağlanmış müqavilənin bəzi müddəalarına istinad etsə də, məhkəmənin gedişində daha çox mübahisələndirilən 2.5-ci bənd haqqında hər hansı qeyd verməmişdir.

32. Müqavilənin həmin bəndi ilə cavabdeh öz üzərinə son rabitə qurğularını (faks, paralel telefon, kompyuter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək, ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək vəzifəsi götür müşdür.

33. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istifadə olunan avadanlıqların qeydiyyatdan keçmədiyi təsdiq olunsa da, məhkəmə qətnaməsində buna münasibət bildirilməmişdir.

34. Mübahisəyə səbəb olmuş telefon zəngləri hətta “FRAUD” xarakterli olmuş olsaydı, bunun məsuliyyəti cavabdehin üzərində idi. Çünki tərəflərdən yalnız cavabdehin istifadəsində “İP” qurğular olmuşdur və müqavilə şərtlərinə zidd olaraq istifadə olunan qurğular rabitə müəssisəsində qeydiyyata alınmamışdır.

35. Mütəxəssis qismində cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin əməkdaşı E.İbrahimov bildirmişdir ki, kiberhücumlarla bağlı məsələlərin araşdırılması ilə XDMX məşğul olur. Bundan sonra iş üzrə XDMX-in əməkdaşlarından ibarət mütəxəssislər in cəlb edilməsinə dair tərəfimizdən vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmiş, iş üzrə yarımçıq və həqiqəti əks etdirməyən, daha çox cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsi işin araşdırılmasının XDMX-ə aid olduğunu qeyd etsə də, bununla bağlı verdiyimiz vəsatətin təmin olunmamasına münasibət bildirməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu bildirdi.

38. Məhkəmə iclasında iştirak edən ca vabdehin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol vermədiyini bildirdi, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. İş üzrə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən olunmuş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Telekommunikasiya haqqında AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU Maddə

9. Telekommunikasiya sahəsində sertifikatlaşdırma 9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiy a vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. 9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir. 9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. 9.4-1. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 9.5. Ümumistifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır. 9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na Əlavə Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində isti fadə edilən telekommunikasiya vasitələri və qurğularının siyahısı 7.ümumistifadəli telekommunikasiya şəbəkəsinin son kabel avadanlıqları, son telekommunikasiya avadanlıqları, telekommunikasiya kabelləri və naqilləri, elektrik qida avadanlıqları... 7.2 Son telekommunikasiya avadanlıqları 7.2.1 müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatları...”. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....". İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

42. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin və cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanu nvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 2020-ci il 2 iyun tarixli, 2-2(103)-255/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

43. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

44. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiya sı məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.

45. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 2 iyun tarixli, 2-2(103)-255/2020 saylı qətnamə ilə iddiaçı MMC-in apellyasiya şikayətini təmin etməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-214/2019 saylı 2019-cu il 27 dekabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə, MPM-in 14.2, 77.1-ci maddələrinəəsaslanmışdır.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

47. T ərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, cavabdehin həmin münasibətlərdən irəli gələn öhdəliyini icra etməməsi ilə bağlı mübahisə yaranmış və birinci və apelyasiya instansiyası məhkəmələrində yuxarıda göstərilən qaydada həll olunmuşdur(yuxarıda §§ 1-4,13,19).

48. Qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətinin məhkəmə tərəfindən ekspert rəyində göstərilən ASC-ə aid hissəsində onların avadanlıqlarının testləşdirildiyinə dair məlumatın olmaması, eyni zamanda istifadə etdikləri avadanlıqların içərisində “CİSCO İP” telefon aparatlarının mövcud olduğuna məhkəmə qətnaməsində münasibət bildirilməməsi, bu baxımdan məhkəmənin bu ekspert rəyindəki ziddiyyətlərə qiymət verməməsi, habelə tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndi haqqında hər hansı fikir bildirməməsi barəd ə dəlilləri ilə bağlı qeyd edir ki, həqiqətən də müqavilənin göstərilən bəndində son rabitə qurğularını (faks, paralel telefon, kompüter, mini ATS və s.) rabitə müəssisəsində qeydiyyatdan keçirərək ona dair preyskuranta uyğun vaxtında ödəniş aparmaqla istifadə etmək istifadəçinin hüquq və vəzifələri sırasında göstərilmişdir.

49. Qüvvədə olan müvafiq qanunvericiliyə əsasən rabitə qurğularının sertifikatlaşdırılmasının nizamlanmasını da müəyyənləşdirir.

50. Belə ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda telekommunikasiya sahəsində sertifikatlaşdırma ilə əlaqədar qaydalar nəzərdə tutulmuşdur.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırma qaydalarının “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı”nın 7.2.1-ci bəndində müxtəlif mürəkkəblik dərəcəli, o cümlədən mobil telefon aparatlarının məcburi sertifikatlaşdırılması da şərtləndirilmişdir. Bu baxımdan ASC-in istifadəsində olan telekommunikasiya avadanlıqlarının, telefon aparatlarının (o cümlədən “CİSCO İP” telefon aparatlarının bütün modelləri, növləri daxil olmaqla) sertifikatlaşdırılması həm yuxarıda göstərilən qanunvericiliyin, həm də tərəflər arasında mövcud olan müqavilənin 2.5-ci bəndinə əsasən məcburi xarakter daşıyır.

52. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyinə istinad edilmişdir.

53. Həmin rəydə isə birbaşa göstərilir ki, “tədqiqatlar zamanı bankda daxili telefon rabitəsinin təşkili məqsədi ilə istifadə edilən “CİSCO” proqram təminatının bütün şəbəkə bağlantıları və ona bağlı fiziki avadanlıqların (“CİSCO İP” telefon aparatları, “CİSCO switch” “CİSCO router”) internet magistralına çıxışlarının mümkünsüzlüyü və həmin VOİCE şəbəkəsinin (telefon rabitəsi şəbəkəsinin) DATA şəbəkəsi (server və istifadəçi kompüter şəbəkəsi) ilə heç bir əlaqəsinin olmaması faktına istinadən kənar qoşulmaların mümkünsüzlüyü qənaətinə gəlinmişdir. Eyni zamanda qeyd olunan müddət ərzində icra olunan zənglərin tarixi və saatı iş saatlarına uyğun gəlmirdi”. Həmin rəydə daha sonra göstərilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə (012)440-86-41 nömrəli telefondan xarici ölkələrə aparılmış danışıqlar “Cavabdeh İKB” ASC-in şəbəkəyə nasaz və ya sertifikatı olmayan cihazlar qoşulması nəticəsində yaranmamışdır.

54. Bu baxımdan, hətta hesab edilsə də ki belə, ASC-də sertifikatlaşdırılmamış rabitə qurğularından istifadə edilmişdir, aparılan ekspertizanın nəticəsindən belə qənaətə gəlinir ki, onların istifadəsi ilə iddia olunan məbləğin əmələ gəlməsi arasında səbəb-nəticə əlaqəsi görünmür.

55. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi doğru olmuşdur.

56. Bununla be lə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində XDMX-ın əməkdaşının mütəxəssis qismində cəlb edilməsinə dair verdikləri vəsatətin məhkəmə tərəfindən təmin olunmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır ( MPM-in 217.3-cü maddəsi).

58. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanu nları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar xx xxx 2006-cı il tarixli Qərarı).

59. Göstərilənlərlə əlaqədar kollegiya belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə şikayətin bu dəlili ilə bağlı yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 mütəxəssis qismində cəlb olunmuş əməkdaşının birinci instansiya məhkəməsində kiber (konkret halda “Fraud” dolandırıcı xarakterli) hücumların XDMX-in səlahiyyətində olması və belə hallarda cinayət işinin açılmasını bildirdiyi izahatına istinad etmişdir.

60. Məhkəmə kollegiyası vurğulayır ki, XDMX-ın əməkdaşının cəlb edilməsi ilə bağlı iddiaçının verdiyi vəsatətin təmin olunmamasının əsaslandırılmaması və yalnız yuxarıda göstərilən mütəxəssisin izahatına istinad olunması prosessual qanunvericiliyin əvvəldə göstərilən müddəalarının tələbi baxımından məqbul hesab edilə bilməz.

61. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən XDMX-in səlahiyyətli nümayəndəsi mütəxəssis qismində cəlb edilməli, həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək texnologiyalar Nazirliyinin də rəyinin alınması məsələsi müzakirə olunmalıdır.

62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 iyun tarixli, 22(103)-255/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar