Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-307/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC -nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-134/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 312.514,63 manat məbləğində borcun, 20.000 manat məbləğində cərimə, ümumilikdə 332.514,63 manat, 400 manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğ və 205 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli e-2-2(113)-3486/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 312.514 manat 63 qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 204 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qa lan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-134/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli, e-2-2(113)-3486/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
5. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli, e-2-2(113)-3486/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissədə ləğv edilməsinə və iddianın tam təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 425.1-ci maddəsinə əsasən, şikayət, ərizə və protest bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. 8. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə bir sıra dəyişikliklər edilmiş (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş), yeni redaksiyada MPM-in 407-ci maddəsin də kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 3”-də göstərilmişdir. 9. “Kassasiya şikayətinin forması” adlanan həmin “Əlavə 3”-də kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər h issəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
10. Göründüyü kimi kassasiya şikayəti verilərkən şikayət yalnız formanın Məcəllədə nəzərdə tutulmuş zahiri tərtibatının deyil, həmçinin onun məzmununun uyğunluğu tələblərinə də cavab verməklə vəhdət təşkil etməlidir. Hazırki halda isə, ilk cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən yuxarıda qeyd olunan forma (zahiri tərtibat və məzmun) ilə bağlı tələbə riayət edilməmiş, şikayət Məcəllədə nəzərdə tutulan forma ilə uyğunluq təşkil etməmişdir (şikayətin formada göstərilmiş cədvəllərə uyğun tərtib olunması, pozulmuş və ya düzgün tətbiq edilməmiş maddi və prosessual hüquq normalarının formaya uyğun sıralanması).
11. MPM-in 407.1.4-cü maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir.
12. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 13.Hazırkı halda isə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq olunmamasının nədən ibarət olduğu göstərilməmişdir.
14. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məh kəməsi tərəfindən qaytarılır.
15. Həmçinin, MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1, 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
16. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
17. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-134/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.