Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-308/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 06.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının iddiaçı ASC-nin nümayəndəsi iddiaçının vəkilinin iştirakı ilə İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 2-2(103)-268/202 0 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Satıcı “iddiaçı” (Azərbaycan) ASC (bundan sonra – “ASC”) ilə alıcı “X” MMC (hazırda “cavabdeh” bundan sonra “MMC”) arasında imzalanmış 2013-cü il 30 dekabr tarixli SPC/2014/023 saylı alğı-satqı müqaviləsinəsinə (bundan sonra – “müqavilə”) görə, ASC pərakəndə satış üçün nəzərdə tutulmuş kisələrdə qablaşdırılmış sementi taxta altlıqlarda müvafiq marka və standartlarda MMC-yə satır, MMC isə malı alır və dəyərini ödəyir.
2. Müqavilənin 2.1 və 2.4-cü bəndlərinə görə, məhsulun hər tonu üçün qiymət (ƏDV xaric) “Qaradağ Optimal” markalı sement üzrə 66,90 manat, “Qaradağ Spesial” markalı sement üzrə 85,60 manatdır. Daşıma xidmətlərinin xərcləri hər bir konkret dövr üçün daşınma tarif cədvəli nə əsasən satıcı tərəfindən tətbiq olunur.
3. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş bu Müqavilənin 2.4-cü bəndinə əsasən aparıldığı təqdirdə satıcı alıcını malın dəyərini 15 təqvim günündən çox gecikdirdiyi hər bir gün üçün əsas borcdan 0,1 faiz qədər penya və bundan yarana biləcək inzibati xərcləri ödəməyi tələb edə bilər.
4. Müqaviləyə edilmiş əlavələrdən görünür ki, tərəflər Müqavilənin müddətinin 2014-cü il 29 dekabr tarixli 3 nömrəli əlavə ilə 2015-ci il 31 yanvar tarixinədək, 2015-ci il 30 yanvar tarixli 4 nömrəli əlavə ilə 2015-ci il 28 fevral tarixinədək, 2015-ci il 27 fevral tarixli 5 nömrəli əlavə ilə 2015-ci il 30 aprel tarixinədək, 2015-ci il 27 fevral tarixli 6 nömrəli əlavə ilə 2015-ci il 31 dekabr tarixinədək uzadılmasını razılaşdırmışlar. 5. 2015-ci ildə tərtib olunmuş qaimə-fakturaların kötüklərindən görünür ki, ASC tərəfindən MMC-yə ƏDV daxil: 26 aprel tarixli 935694 saylı qaimə-fakturaya əsasən 14.352,06 manat, 26 aprel tarixli 935695 saylı qaimə-fakturaya əsasən 5.856,55 manat, 3 may tarixli 936009 saylı qaimə-fakturaya əsasən 11.495,09 manat, 4 may tarixli 936044 saylı qaimə-fakturaya əsasən 11.398,68 manat, 5 may tarixli 936086 saylı qaimə-fakturaya əsasən 14.878,20 manat, 6 may tarixli 936136 saylı qaimə-fakturaya əsasən 4.826,48 manat, 7 may tarixli 936179 saylı qaimə-fakturaya əsasən 11.422,40 manat, 7 may tarixli 936180 saylı qaimə-fakturaya əsasən 3.102,74 manat, 8 may tarixli 936226 saylı qaimə-fakturaya əsasən 15.472,23 manat, 8 may tarixli 936227 saylı qaimə-fakturaya əsasən 6.817,87 manat, 10 may tarixli 936305 saylı qaimə-fakturaya əsas ən 11.376,19 manat, 11 may tarixli 936329 saylı qaimə-fakturaya əsasən 7.931,30 manat, 12 may tarixli 936371 saylı qaimə-fakturaya əsasən 2.467,24 manat, 13 may tarixli 936420 saylı qaimə-fakturaya əsasən 9.218,66 manat, 14 may tarixli 936466 saylı qaimə-fakturaya əsasən 13.570 manat, 15 may tarixli 936513 saylı qaimə-fakturaya əsasən 11.457,71 manat, 15 may tarixli 936514 saylı qaimə-fakturaya əsasən 3.102,74 manat, 17 may tarixli 936595 saylı qaimə-fakturaya əsasən 14.176,84 manat, 17 may tarixli 936596 saylı qaimə-fakturaya əsasən 5.294,37 manat, 19 may tarixli 936733 saylı qaimə-fakturaya əsasən 6.363,06 manat, 25 may tarixli 936966 saylı qaimə-fakturaya əsasən 14.909,23 manat, 25 may tarixli 936967 saylı qaimə-fakturaya əsasən 14.794,47 manat, 25 may tarixli 936968 saylı qaimə-faktura ya əsasən 3.925,15 manat, 26 may tarixli 937020 saylı qaimə-fakturaya əsasən 14.157,89 manat, 27 may tarixli 937068 saylı qaimə-fakturaya əsasən 8.332,53 manat, 29 may tarixli 937156 saylı qaimə-fakturaya əsasən 10.325,85 manat, 30 may tarixli 937204 saylı qaimə-fakturaya əsasən 10.184,82 manat, 30 may tarixli 937205 saylı qaimə-fakturaya əsasən 9.308,22 manat, 31 may tarixli 937242 saylı qaimə-fakturaya əsasən 10.396,46 manat, 20 iyun tarixli 937814 saylı qaimə-fakturaya əsasən 3.279,24 manat, 21 iyun tarixli 937840 saylı qaimə-fakturaya əsasən 7.794,84 manat, 23 iyun tarixli 937888 saylı qaimə-fakturaya əsasən 15.121,52 manat, 23 iyun tarixli 937889 saylı qaimə-fakturaya əsasən 6.205,48 manat, 24 iyun tarixli 937928 saylı qaimə-fakturaya əsasən 5.009,84 manat, 25 iyun tarixli 937958 sayl ı qaimə-fakturaya əsasən 8.672,72 manat, 26 iyun tarixli 937997 saylı qaimə-fakturaya əsasən 3.472,15 manat, 27 iyun tarixli 938020 saylı qaimə-fakturaya əsasən 6.353,53 manat, 29 iyun tarixli 938061 saylı qaimə-fakturaya əsasən 4.438,12 manat, 30 iyun tarixli 938099 saylı qaimə-fakturaya əsasən 12.671,16 manat, 30 iyun tarixli 938100 saylı qaimə-fakturaya əsasən 8.492,04 manat dəyərində mal təhvil verilmişdir.
6. ASC tərəfindən MMC-yə ünvanlanmış 2018-ci il 6 dekabr tarixli pretenziya məktubundan görünür ki, MMC-nin ümumilikdə 311.127,64 manat əsas borcunun olduğu, borc ödənilməzsə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. ASC 2018-ci il 14 dekabr tarixində MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəs i ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Müqavilə üzrə 311.127,64 manat əsas borcun, 381.081 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmi 692.238,64 manat məbləğində pulun MMC-dən tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi yuxarıda §§ 1-6-da göstərilmiş hallarla əsaslandırılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 mart tarixli 2-2(81)398/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – S.Nuriyeva).
10. MMC 2019-cu il 8 aprel tarixində ərizə ilə həmin məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 mart tarixli 2-2(81)-398/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qə rardad qəbul edilməsini xahiş etmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(81)398/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-398/2019 saylı 2019-cu il 13 mart tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir (hakim – S.Nuriyeva).
12. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi ərizə təqdim edərək, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizədə qeyd etmişdir ki, ASC tərəfindən Müqavilə üzrə hesab-fakturalar cavabdehə 2015-ci ilin iyun ayına kimi təqdim edilmişdir. Lakin ASC həmin Müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə 2018-ci ilin dekabr ayında məhkəməyə müraciət etmişdir və Müqavi lə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-2(81)398/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 311.127,64 manat əsas borc, 3.000 manat cərimə olmaqla, cəmi 314.127,64 manat, habelə dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun MMC-dən tutularaq ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – S.Nuriyeva).
14. Məhkəmə qeyd etmişdir ki, Müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, ASC razılaşma üzrə nəzərdə tutulmuş əşyaları MMC-yə vermiş, MMC isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuşdur.
15. Məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırkı Müqavilə üzrə 2016-cı il 7 yanvar tarixində 10.000 man at məbləğində MMC tərəfindən ödəniş edilməsi borcun etirafını göstərən hərəkətdir. Ona görə də iddia ərizəsinin məhkəməyə verildiyi tarixə iddia müddəti ötürülməmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, MMC 2015-ci il 13 noyabr tarixində məktubla ASCyə müraciət etmiş və maliyyə sıxıntılarına görə öhdəliyi icra edə bilmədiyini bildirmişdir. Müqavilədə ödəniş üçün müəyyən edilmiş 15 təqvim gününün 1 il müddətinə dəyişdirilməsini təklif etmişdir. Lakin ASC 2015-ci il 17 noyabr tarixli cavab məktubu ilə bildirmişdir ki, təklif qəbul olunmur, 387.720 manat məbləğində borc dekabr ayının 15-dək tam ödənilməlidir. MMC 2015-ci il 7 dekabr tarixində 2.000 manat, 10 dekabr tarixində 2.000 manat, 26 dekabr tarixində 33.243 manat və 2016-cı il 7 yanvar tarixində 10.000 manat məbləğində ödənişlər etmiş dir. MMC 2016-cı il 18 fevral tarixli məktubla müraciət edərək, çətinlik yaranmasına baxmayaraq, ödəmənin davam etdiyini bildirmiş, mövcud vəziyyətə görə zaman verilməsini xahiş etmişdir. Beləliklə, MMC 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar aylarında ödənişlər etmiş, 2016-cı ilin fevral ayında isə öhdəliklərinin mövcudluğunu etiraf etmişdir.
17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 14.1, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 380.1, 385.1, 386.1, 427, 443.1, 448.1, 462.1, 467, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, “Qavazo v Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına (bundan sonra – müvafiq olaraq “İHAM-ın 2007-ci il 26 iyul tarixli Qərarı” və “İHAM-ın 2008-ci il 6 mart tarixli Qərarı) istinad etməklə əsaslandırmışdır.
18. MMC 2020-ci il 4 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 22(103)-268/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 dekabr tarixli 2-2(81)-398/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V. Baxışova).
20. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, Müqavilədə ödəniş üçün müəyyən edilmiş 15 təqvim gününün 1 il müddətinə dəyişdirilməsinə dair MMC-nin təklifini ASC faktiki olaraq qismən qəbul etmiş, MMC-yə 387.720 manat məbləğində borcunun dekabr ayının 15-dək tam ödənilib başa çatdırılmasına razılıq vermişdir. Mülki qanunvericilik alğı-satqı Müqaviləsinin formasını nəzərdə tutmadığından, belə Müqavilələrin şifahi formada da bağlanmasına yol verildiyindən, tərəflər arasındakı həmin razılıq – Müqavilə üzrə ödəniş müddətinin 2015-ci il 15 dekabr tarixinədək uzadılması kimi qiymətləndirilməlidir. Belə olan halda, ASC iddia ərizəsi ilə məhkəməyə 2018-ci il 14 dekabr tarixində müraciət etdiyindən, onun tərəfindən 3 illik iddia müddə ti buraxılmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cərimənin 3.000 manat həddinədək azaltmasını ədalətli hesab etmişdir. Belə ki, həmin cərimə məbləği ASC-nin MMC-dən tutulmasını tələb etdiyi məbləğin heç bir faizini belə təşkil etmir. Halbuki, borcun ödənilməsi illərlə gecikdirilmişdir. Göründüyü kimi, ödənişin gecikdirilməsi nəticəsində ASC-nin əsaslı mənafelərinə xələl gəlməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaya bilməzdi.
22. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş hüquq normalarından başqa (bax yuxarıda § 17), həmçinin MM-in 377.2, 385.2, 407.1, 462.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Həmin qətnamədən MMC 2020-ci il 24 avqust tarixində kassasiy a şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Hesab-fakturalar MMC-yə 2015-ci ilin iyun ayına kimi təqdim edilmişdir. Lakin ASC həmin Müqavilə üzrə iddia ərizəsi ilə 2018-ci ilin dekabr ayında məhkəməyə müraciət etmiş, Müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür.
25. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində işə tam hüquqlu məhkəmə kimi baxması nəticəsində işin hallarının araşdırılmasını və araşdırmanın nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir.
26. MMC kassasiya şikayətini MPM-nin 88, 372.1, 372.7-ci, MM-in 373.2-ci maddələ rinə, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.2, 2.4, 17-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. ASC MMC-nin kassasiya şikayətinə etirazında işə baxmış məhkəmələrin iddia müddətinin ötürülməməsinə dair mövqeyi ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, MMCnin bununla bağlı dəlilləri məhkəmələr tərəfindən ətraflı araşdırılmış və təsdiqini tapmamışdır, məhkəmələrin gəldiyi nəticə və çıxardığı qətnamələr tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur.
28. ASC kassasiya şikayətinə etirazını MM-in 380-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
29. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
30. Məhkəmə iclasında iştirak edən ASC-nin nümayəndəsi kassasiya şikayəti ilə razı olmadığını, vəkilin dedikləri ilə razı olduğunu bildirdi.
31. MMC məhkəmə iclasının yer və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-nin 405.0.1-ci maddəsi), kassasiya şika yətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edirxxxxhəyata keçirirlər. Onlar Müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı Müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəl ir.....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri...” 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı Müqavilətələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiy i iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz mə zmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər Müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında Müqavilə olmalıdır....” “Maddə
407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bi lməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsəxxxxya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) Müqavilə ilə müəy yənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı Müqaviləsi Alğı-satqı Müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı Müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi Müqavilədə nəzərdə tutulan müddətdə, Müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı Müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
36. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
220. Qətnamənin məzmunu... 220.4.Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları bu iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” “Maddə
418. Apellyasiya instansiyası qərardadının ləğv edilməsinin əsasları məhkəməsinin qətnaməsinin və ya... 418.3. Prosessual hüquq normalarının pozulması vəya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin vəya nəticələnə bilsin....”
37. İHAM-ın 2007-ci il 26 iyul tarixli qərarında müəyyən edilmişdir ki: “... Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər....”
38. İHAM-ın 2007-ci il 26 iyul tarixli qərarında müəyyən edilmişdir ki: “... Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir....”
39. Azərbaycan Respublikası Konstitusıya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında (bundan sonra – “KMP-nin 2012-ci il 28 fevral tarixli Qərarı”) müəyyən olunmuşdur ki: “... Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 24-də göstərilən dəlilinə cavab olaraq bildirir ki, MMC-nin iddia müddətinin keçməsi ilə bağlı dəlili apellyasiya baxışının da predmeti olmuşdur. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. (bax yuxarıda § 20).
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 25-də göstərilən dəlilinə cavab olaraq bildirir ki, MMC-nin qətnamədə apellyasiya instansiyası məhkəməsinin işin hallarını araşdırmasını və bunun nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməməsi barədə dəlili formal baxımdan əsaslıdır. Belə ki, hazırkı iş üzrəapellyasiya instansiyası məhkəməsi MPM-nin 220.4-cü maddəsinin tələbinə (bax yuxarıda § 36) əməl etməmişdir.
43. Bununla belə, apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri və işin materiallarında olan sübutlara, sənədlərə əsaslanaraq, tərəflərin dəlil lərini tam, hərtəfəli və obyektiv araşdıraraq mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir.
44. MPM-nin 418.3-cü maddəsinə, KMP-nin 2012-ci il 28 fevral tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq (bax yuxarıda §36, §39), hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu məhkəmənin yekun nəticəsinə təsir göstərmədiyindən, əsassız və ədalətsiz qətnamənin qəbul edilməsinə səbəb olmadığından məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə lüzum görmür.
45. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 iyun tarixli 22(103)-268/2020 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.