Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-308/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-126/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılm ışdır. İşin halları
1. Alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 21 fevral tarixli, 14/2020 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “satıcı” müqavilənin ayrılmaz hissəsi olan “əlavə nömrə 1” və digər əlavələrdə əks olunan “qiymət razılaşdırma protokolu”nda göstərilən malları “alıcı”ya təhvil verir.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş 2020-ci il 1 yanvar tarixli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, “metal seyf qapı” məhsulu üzrə ümumi 37.595 manat, “MDF qapı” adlı məhsul üzrə ümumilikdə 68.605 manat məbləğində razılaşdırılmışdır. 3. 2020-ci il 1 yanvar tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, “metal seyf qapı” adlı məhsul üzrə 31.329 manat, “MDF qapı” adlı məhsul üzrə ümumilikdə 7 5.827 manat məbləğində razılaşdırılmışdır. 4. 2020-ci il 10 avqust tarixli 3 nömrəli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, tərəflər arasında 108.442 manat məbləğində məhsullar razılaşdırılmışdır. 5. 2020-ci il 10 avqust tarixli 4 nömrəli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, tərəflər arasında 116.844 manat məbləğində məhsul razılaşdırılmışdır.
6. EBAD seriyalı 457069 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 10584,6 manat, EBAC seriyalı 200740 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 16048 manat, EBAC seriyalı 656021 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 8354,4 manat, EBAE seriyalı 102101 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 19057 manat, EAAX seriyalı 627261 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 18797, 4 manat, EBAZ seriyalı 096761 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 23670,8 manat, EBAP seriyalı 301678 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 75826,8 manat, EBAE seriyalı 641376 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 26485,1 manat, EBAN seriyalı 062615 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 33571 manat, EBAH seriyalı 220362 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 71.897 manat, EVAP seriyalı 301678 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 75.826,80 manat məbləğində məhsullar Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 7. 2022-ci il 16 iyun tarixli, MŞB/5-02013 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə 2022-ci il 3 i yun tarixində, poçt vasitəsilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ünvanlanmış pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-dən yaranmış 268.320 manat və ödənilmiş 401 manat məbləğində mediasiya borcunun sonuncu tərəfindən 3 gün müddətində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraci ət edərək, cavabdehdən iddiaçının xeyrinə 268.320 manat məbləğində borcun və 401 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında malların alqı-satqısına dair 2020-ci il 21 fevral tarixli, 14/2020 nömrəli müqavilə bağlanmışdır. 2020-ci il 1 yanvar tarixli 1 nömrəli “Qiymət razılaşdırma protokoluna” əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd Metal seyf qapı (ƏDV 5.735 manat) cəmi 37.595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10.465) cəmi 68.605 manat məbləğində olan mallar cavabdehə təqdim edilmişdir. 2020-ci il 1 yanvar tarixli 2 nömrəli “Qiymət razılaşdırma protokoluna” əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 295 manat olan 90 ədəd metal seyf qapı (ƏDV 4.779 manat) cəmi 31.329 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11.567 manat) cəmi 75.827 manat məbləğində olan mallar cavabdehə təqdim olunmuşdur. 2020-ci il 10 avqust tarixli 3 nömrəli “Qiymət razılaşdırma protokoluna” əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metal seyf qapı (ƏDV 5.735 manat) cəmi 37.595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10.465 manat) cəmi 68.605 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1.062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal zirzəmi lift otağı (ƏDV 180 manat) cəmi 1.180 manat məbləğində olan mallar cavabdehə təqdim edilmişdir. 2020-ci il 10 avqust tarixli 4 nömrəli “Q iymət razılaşdırma protokoluna” əsasən iddiaçı tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metal seyf qapı (ƏDV 5.735 manat) cəmi 37.595 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11.567 manat) cəmi 75.827 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1.062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal blok zirzəmi (ƏDV 180 manat) cəmi 1.180 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal zirzəmi lift otağı (ƏDV 180 manat) cəmi 1.180 manat məbləğində olan mallar cavabdehə təqdim olunmuşdur. Tərəflər arasında mövcud olan qaimələrə əsasən (bax yuxarıda § 6) iddiaçı tərəfindən cavabdehə dəmir qapı və qapı dəstləri təhvil verilmişdir. Müqavilə üzrə cavabdehin iddiaçıya ƏDV xaric 227.390 manat məbləğində borcu mövcud olmuşdur. Həmin məbləğin ƏDV-si 40.930 manat təşkil etmişdir. Beləliklə, toplam borc 268.320 manat məbləğində hesablanmışdır.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 739.1-ci maddlələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25.1, 28.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 26.1, 150.1, 150.1.1– 150.1.7-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 sentyabr tarixli, e-2-2(113)3856/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 268.320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat və 401 (dörd yüz bir) manat mediasi ya xərci tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim A.Əliyeva).
14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir.
15. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 567 və 600.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia olunan borc yuxarıda sadalanan iş materialları ilə eləcə də təhviltəslim aktları ilə təsdiq olunduğundan 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qət namənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(103)-126/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia cavabdehdən 226.536,20 manat məbləğində borcun tutulması hissəsində təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə 41.783,80 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması h issəsində dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələrdə hansı müqavilə üzrə tərtib edildiyi qeyd edilməmişdir. İddia ərizəsində iddiaçı iddianın əsası kimi, həm 2019-cu ildə, həm də 2020-ci ildə göndərilmiş elektron qaimələrə istinad etmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat, yəni ödənişin konkret hansı elektron qaimə üzrə həyata keçirildiyi göstərilmədiyindən iddiaçının ödənişləri borcların yaranma ardıcıllığı üzrə silməsi və qalıq borcu 2020-ci il tarixdə təhvil verilmiş mallar üzrə borca aid etməsi MM-nin 423.3-cü maddəsinin tələbinə uyğundur. Buna görə də, iddiaçının tələbi 41.783,80 manat borcun cavabdehdən tutulması hissəsində əsaslı hesab edilir.
19. Lakin məhkəmə hesab etmişdir ki, 226. 536,2 manat borcla bağlı hissədə iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq olunmur. Həmin borcla bağlı iddiaçının əsaslandığı 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə iddiaçı nə iddia ərizəsində, nə də pretenziya məktubunda iddianın əsası kimi istinad etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə uyğun tərib edilməmiş (qaimələrdə əsas göstərilməmişdir), həmin elektron qaimələr digərlərindən fərqli olaraq cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmiş, bu qaimələr işə birinci instansiya məhkəməsində baxılarkən elektron informasiya sisteminə yüklənməmiş, kağız daşıyıcıda t əqdim olunsa da, məhkəmə iclasında tədqiq olunmamışdır. MPM-nin 78.11-ci, 193.2-ci 217.5-ci maddələrinə əsasən iddiaçının elektron məhkəmə icraatı materiallarına əlavə etmədiyi 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz.
20. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən bildirmişdir ki, 2021-ci ilin mart ayında fəaliyyət göstərməmiş, həmin dövrdə iddiaçıdan mal alınmamış, müəssisənin işçiləri olmadığı üçün göndərilmiş elektron qaimələr ləğv edilməmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, elektron qaimələr 2021-ci ilin mart ayında göndərilsə də, mallar 2021-ci ilin fevral ayınadək müxtəlif vaxtlarda hissə-hissə təhvil verilmişdir.
21. Mübahisəli 16 mart 2021-ci il tarixli EQ 373708 say lı və EQ 374195 saylı elektron qaimələrlə bağlı işin materiallarına əlavə edilmiş təhvil-təslim aktlarının üzərində cavabdehin möhürü olmadığından, həmin malların həqiqətən cavabdehin səlahiyyətli şəxsinə təhvil verildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Sumqayıt və Xocasən layihələri üzrə təqdim edilmiş malların təhvil-təslim aktlarında cavabdehin adından malları “Faiq”, “Müşviq Süleymanov”, “Yusif Talıbov”, “Sahil” adlı şəxlər təhvil almış, həmin şəxslərin cavabdehlə hər hansı əlaqəsi olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, qeyd edilən şəxslərə digər layihələrdə mal təhvil verilməmişdir.
22. İddiaçı tə rəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş təhviltəslim aktları isə MPM-nin 372.2-ci maddəsinin tələbinə əsasən ümumiyyətlə sübut kimi qəbul edilmir.
23. İşə baxmış birinci instansiya məhkəməsi bocun hansı elektron qaimələr və sübutlar üzrə yarandığını araşdırmamış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət vermədən iddia tələbini tam təmin etmişdir.
24. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddianın 226.536,2 manat hissədə əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən qətnamə bu hissədə ləğv edilərək iddia həmin hissədə rədd edilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 432.3, 442, 443.1, 448.1, 567, 600.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.3, 2.5.3-cü bəndlərinə, MPM-in 78.1-1, 193.2, 217.5, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. MM-in 10.1, 432.3-cü maddələrinin tələbi pozulmuşdur-belə ki, EBAX 373708 nömrəli 2021-ci il 16 mart tarixli e-qaiməyə əsasən, iddiaçı tərəfindən cavabdehə sonuncunun Sumqayıt şəhərinin Abşeron layihəsində inşa etmiş olduğu tikinti obyektinə 2 ədəd bl ok qapısı, 360 ədəd otaq qapıları, 108 ədəd mənzilə giriş qapıları seyf tipli malları iddiaçının müvafiq e-qaimə verilməmişdən əvvəlki dövrdə cavabdehə təhvil verilmişdir. Bu fakt tərəflər arasında imzalanmış, eyni tikinti obyektinə aid təhvil-təslim aktları: 2020-ci il 14 sentyabr tarixli 100 ədəd seyf tipli mənzillərin giriş qapılarının Sumqayıtda təhvil verilməsi, 2020-ci il 3 oktyabr tarixli 2 ədəd blok qapılarının Sumqayıtda təhvil verilməsi, 2021-ci il 15 yanvar tarixli 8 ədəd seyf tipli mənzillərin giriş qapılarının Sumqayıtda təhvil verilməsi, 2021-ci il 19 yanvar tarixli 120 ədəd MDF-dən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi, 2021-ci il 23 yanvar tarixli180 ədəd MDF–dən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi, 2021-ci il 26 yanvar tarixli 60 ədəd MDF-dən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə aktlar ilə təsdiq olunmuşdur. EBAX 374195 nömrəli 2021-ci il 16 mart tarixli eqaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə sonuncunun Xocasəndə inşa etmiş olduğu tikinti obyektinə 378 ədəd MDF–dən otaq qapıları, 108 ədəd seyf tipli mənzillərə giriş qapıları, 4 ədəd zirzəmi qapısı, 2 ədəd blok qapısı olan malları da iddiaçı müvafiq e-qaimə verilməmişdən əvvəlki dövrdə cavabdehə təhvil vermişdir. Bu fakt tərəflər arasında imzalanmış, eyni tikinti obyektinə aid təhvil-təslim aktları: 2021-ci il 11 yanvar tarixli 100 ədəd seyf tipli mənzillərin giriş qapılarının Xocəsəndə təhvil verilməsi, 2021-ci il 15 yanvar tarixli 8 ədəd seyf tipli mənzillərin giriş qapılarının Xocəsəndə təhvil verilməsi, 2021-ci il 14 yanvar tarixli 80 ədəd MDF–dən otaqların qapılarının Xocasəndə təhvil verilməsi, 2021-ci il 19 yanvar tarixli 50 ədəd MDF–dən otaqların qapılarının Xocasəndə təhvil verilməsi, 2021-ci il 22 yanvar tarixli 200 ədəd MDF –dən otaqların qapılarının Xocasəndə təhvil verilməsi, 2021-ci il 25 yanvar tarixli 48 ədəd MDF–dən otaqların qapılarının Xocasəndə təhvil verilməsi, 2020-ci il 16 iyun tarixli 4 ədəd blok qapılarının Xocasəndə təhvil verilməsi barədə olan aktları ilə təsdiq olunmuşdur.
28. Qeyd edilən təhvil-təslim aktları birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Həmin malları birbaşa cavabdehə təhvil verən iddiaçının işçisi X1 şahid qismində Bakı Apellyasiya Məhkəməsində verdiyi ifadəsində malların cavabdehə təhvil verilməsini təsdiq etmiş və iddiaçı tərə findən mallar cavabdehdə təhvil verildikdən sonra elektron qaimələr təqdim olunmuşdur. Həmçinin 226.536,40 manat borc cavabdehin qəbul etmədiyi 2021-ci il 16 mart tarixli iki qaiməyə əsasən yaranmışdır. Cavabdehin əvvəlki qaimələrə görə 41.783,80 manat məbləğində borcu qalmışdır. Belə ki, iddiaçının cavabdeh tərəfindən ödəmələrin qəbul etməsi, cavabdehin daha əvvəlki qaimələrə görə yaranmış borcuna görə olmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə təhvil-təslim aktlarının möhürlə təsdiqlənməsi və ümumiyyətlə belə bir aktların tərtib edilməsinin məcburiliyi nəzərdə tutulmamışdır. İşgüzar adətlərə əsaslanaraq, iddiaçı tərəfindən tərtib olunmuş təhvil-təslim aktları şirkət işçisinin imzası ilə təsdiqlənmişdir. 2020-ci il 20 oktyabr tarixindən 2022-ci il 11 mart tarixinədək mallar təchiz atçı vəzifəsində çalışmış X2 tərəfindən təhvil verilmiş və həmin aktların təhvil verilməsi sonuncunun öz imzası ilə təsdiq olunmuşdur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.3-2.3.14, 3.8, 3.9-cu bəndlərinin tələbləri pozulmuşdur- belə ki, EBAX seriyalı 374195 nömrəli 2021-ci il 16 mart tarixli elektron qaimədə əsas sətrində “Xocasən” yazılmışdır. Eyni əsas bu qaimədə əks olunmuş malların təhviltəslim edilməsi aktlarında da qeyd olunmuşdur. Həmin qaimədə qeyd edilən mallar cavabdehin icra olunduğu Xocasən layihəsinin icra edildiyi tikinti sahəsinə çatdırılmışdır. EBAX seriyalı 373708 nömrəli 2021-ci il 16 mart tarixli elektron qaimədə əsas sətrində “Sumqayıt” yazılmışdır. Eyni əsas bu qaimədə əks olunmuş malların təhvil-təslim edilməsi aktlarında da qeyd olunmuşdur. Həmin qaimədə qeyd edilən mallar cavabdehin icra etdiyi Sumqayıt layihəsinin icra olunduğu tikinti sahəsinə çatdırılmışdır. Qeyd edilən elektron qaimələrə cavabdeh 5 gün ərzində heç bir irad bildirilmədiyinə, onları geri qaytarmadığına görə vergi xidmətinin elektron portalı həmin qaimələri təsdiqləmişdir. Elektron sistem qeyd edilən qaiməni təsdiqlədikdən sonra qeyd olunan qaydalara əsasən bir ay ərzində cavabdeh tərəfindən həmin qaimələri portalın özündə və istinad edilən qaimələr cavabdehə təqdim olunduqdan sonra 1 il ərzində həmin əqdləri məhkəmə qaydasında mübahisələndirə biləcəyi təqdirdə bunu etməmişdir. Apellyasiya məhkəməsi isə elektron qaimələrə əsa ssız iradlar bildirmiş və sübut kimi qəbul olunmasından imtina olunmuşdur.
30. MPM-in 9.2, 53, 78.1-1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur-təhviltəslim aktlarına əsasən bütün mallar iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin yanvar ayının sonuna kimi təhvil verilmişdir. Sonda təhvil verilən mallar üçün iki layihə üzrə iki qaimə 2021-ci il 16 mart tarixində cavabdehə göndərilmişdir. Mallar müqavilənin qüvvədə olduğu dövrdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və müqavilənin qüvvədə qalacağı barədə müqavilə şərtini nəzərə alaraq, həmin sənədləşmələr də, 2020-ci il 21 fevral tarixli, 14/2020 nömrəli müqavilənin təsir dairəsinə aid olmuşdur. Birinci instansiya məhkəməsi istinad olunan iki elektron qaiməni kağız üzərində nüsxələrini qəbul etdiyinə görə və iddiaçıdan həmin sənədlə ri elektron formada da təqdim olunmasını tələb etmədiyindən iddiaçı tərəfindən birinci instansiya məhkəməsində elektron formada təkrarən təqdim olunmamışdır. Hazırki qətnamədə sübutlar təhrif olunmuşdur. Qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və məhkəmənin iddianı təmin etdiyi hissədə də tərəflər arasında təsdiqlənmiş təhvil təslim aktlarında yalnız tərəflərin işçilərinin imzaları əks edilmişdir. Məhkəmə həmin aktlara qarşı heç bir irad bildirməmişdir. Lakin, sonuncu iki (ən böyük məbləğdə) olan qaimələrdə əks olunan malların təhvil-təsliminə dair aktları isə əsassız olaraq sübutlar kimi qəbul olunmuşdur. Məhkəmə cavabdehin vaxtında (birinci instansiya məhkəməsində) dəlillərini, etirazını bildirməməsinə heç bir münasibət bildirməmiş və iddiaçının apellyasiya instansiyasında ortaya çıxan dəlillərinə qarşı əsaslandırmasını gecikmiş hesab etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmədiyindən, hazırkı icraat çərçivəsində MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq, məhkəmə aktının qanuniliyi və əsaslılığı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmadığı hissədə (cavabdehin 226.536,2 manatın tutulması) yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha a z təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə hə yata keçirməlidir....” 36. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
1. Ümumi müddəalar... 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir....”
2. Elektron qaimə-fakturanın tərtib edilmə si... 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur....”
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Ma ddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər....” “Maddə
193. Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması... 193.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bi lər.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab etmir və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətiləndirmənin aparılmasını zəruri hesab edir.
41. «Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir....İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələ r, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2022-ci il 20 aprel tarixli qərarı).
42. Baxılan işin materiallarından göründüyü kimi, iddiaçı hazırki iddiasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə, iddia ərizəsində sadalanan (bax yuxarıda hazırki qərarın 6-cı bəndi) elektron qaimələrə əsasən təqdim olunmuş mallara görə c əmi 268.320 manat borcun tutulmasını xahiş etmişdir.
43. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia etdiyi borcun 226.536,2 manat hissəsinin cavabdehə təqdim olunmuş, iddia qaldırarkən istinad etmədiyi, 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə əsasən yarandığını bildirməklə, faktiki olaraq iddiasının faktiki əsasını dəyişmişdir.
44. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 226.536,2 manat borca dair iddiaçının əsaslandığı 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrə iddiaçı nə iddia ərizəsində, nə də pretenziya məktubunda iddianın əsası kimi istinad etməmişdir. Nəzərə alınmalıdır ki, MPM-nin 372.3-cü maddəsinin tələbi baxımından tərəflər birinci instansiya məhkəməsin in baxışına təqdim etdikləri iddialarının faktiki deyil, yalnız hüquqi əsasını dəyişə bilərlər.
45. İşin materiallarından görünür ki, 226.536,2 manat borcla bağlı iddiaçının əsaslandığı 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr kağız daşıyıcıda birinci instansiya məhkəməsində işə əlavə edilsə də, elekrton qaydada təqdim olunmamış, həmin qaimələrlə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma və MPM-nin 88-ci maddəsinin tələbi baxımından qiymətləndirmə aparılmamışdır. İddianın təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsində həmin qaimələrə ümumiyyətlə istinad olunmamışdır. Başqa sözlə, 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələr əsasında cavabdehə malın təqdim edilməsi araşdırmanın predmetini təşkil etməmişdir.
46. MPM-nin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
47. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tədqiq etmədiyi 16 mart 2021-ci il tarixli EQ 373708 saylı və EQ 374195 saylı elektron qaimələrlə əlaqəli hesab etdiyi digər sübutları, o cümlədən təhvil-təslim aktlarını da qiymətləndirmişdir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqe ilə uyğunluq təşkil etməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 226.536,2 manat borca dair iddiasının faktiki əsasının apellyasiya mərhələsində dəyişməsi səbəbind ən, apellyasiya instansiyası məhkəməsinin həmin borcla bağlı gəldiyi nəticə MPM-nin 372-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
49. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-126/2023 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov E.Y.Şamayev