Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-309/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı STİ-nin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 23.07.2021 hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə iddiaçı STİ-nin nümayəndəsi və onun vəkili Cavabdeh MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı STİ cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və cərimənin tutulması” tələbi barədə iddiasına dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 may tarixli 2-2(103)-465/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. iddiaçı STİ (bundan sonra – “STİ”) Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamı ilə İnzibati-İqtisadi məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya məhkəmələri təşkil edilmişdir), 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 877.804 ABŞ dolları borcun tutularaq müqavilədə qeyd olunan STİ-nin M/h: TR 62 0001 2009 7770 0053 0000 77 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsin in 2020-ci il 10 iyun tarixli e-2-2(113)-236/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, MMC-dən 691.185 ABŞ dolları əsas, 5.000 ABŞ dolları cərimə olmaqla, cəmi 696.185 ABŞ dolları borcun tutularaq STİ-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).
3. STİ 2020-ci il 2 iyul tarixində qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. MMC 2020-ci il 22 iyul tarixində qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddianın tam rədd edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktya br tarixli 22(103)-465/2020 saylı qətnaməsi ilə STİ-nin apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək MMC-dən STİ-nin xeyrinə 538.685 ABŞ dolları məbləğində əsas borcun tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov, C.Yusifov).
6. STİ 2020-ci il 25 dekabr tarixində kassasiya şikayəti verərək qətnamənin cərimənin təmin olunmayan hissəsinə dəyişiklik edilərək, cərimənin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 2-2(102)-131/21 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 2-2(103)-465/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, MMC-dən STİ-nin xeyrinə 26.934,45 ABŞ dolları məbləğində cərimə tutulması qərara alınmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – İ.Dadaşov və B.Qəribov).
8. MMC 2021-ci il 15 aprel tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 2-2(103)-465/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 may tarixli 2-2(103)465/2020 saylı qərardadı ilə MMC-nin kassa siya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
10. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi aşağıdakı kimi olmuşdur. 10.1. 2021-ci il 9 aprel tarixində MMC tərəfindən poçt vasitəsilə göndərilməklə kağız daşıyıcıda qətnamədən kassasiya şikayəti verilmişdir. 10.2. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 2-2(103)465/2020 saylı qətnaməsi 2020-ci il 6 noyabr tarixində işdə iştirak edən şəxslərin, o cümlədən MMC-nin nümayəndəsi və vəkili, vəkili və kassasiya şikayətinə əlavə edilmiş etibarnamə üzrə nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. 10.3. MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin q ətnaməsindən 2020-ci il 6 noyabr tarixindən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı 2021-ci ilin yanvar ayında bitmişdir. MMC kassasiya şikayətini 2021-ci il 9 aprel tarixində poçt vasitəsilə kağız daşıyıcıda Bakı Apellyasiya Məhkəməsinə göndərməklə qanunla nəzərdə tutulmuş müddəti 3 ay ötürmüş, bundan əlavə, kassasiya şikayətinin elektron kabinet vasitəsilə göndərilməli olduğuna dair prosessual normaların tələblərinə əməl edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. MMC 2021-ci il 16 may tarixində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 8 may tarixli 2-2(103)-465/2020 saylı qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və qanunvericiliklə irəli gələn sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya məhkəməsinin qətnaməsi MMC-nin direktoru Taleh İsmayılzadənin elektron kabinetinə yerləşdirilməmişdir. Baxmayaraq ki, bu iş üzrə birinci instansiya məhkəməsinin yekun aktı Taleh İsmayılzadənin elektron kabinetinə yerləşdirilmişdir. Yəni Taleh İsmayılzadənin elektron kabineti hələ işə birinci instansiya məhkəməsində baxılarkən mövcud olmuşdur.
14. Apellyasiya məhkəməsinin qətnaməsi MMC-nin nümayəndəsi deyil, yalnız vəkili olmuş Vəkil3 elek tron kabinetinə yerləşdirilsə də, MPM-in 135.8-ci maddəsinin tələbinə əsasən bu barədə Vəkil3 elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat verilməmişdir (çatdırılmamışdır). Yəni apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi Vəkilə məlum olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MMC-yə nə üçün göndərilməməsi ilə bağlı sonradan məhkəmə ilə telefon əlaqəsi saxlanıldıqda bildirilmişdir ki, qətnamə elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt isə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür.
15. Vəkil yalnız birinci instansiya məhkəməsində MMC-nin nümayəndəsi və vəkili olmuş, apellyasiya instansiyası məhkəməsində isə nə nümayəndə, nə də vəkil olmuşdur. Apellyasiya instansiyası məh kəməsində nümayəndə və vəkil olmamış şəxsin elektron kabinetinə qətnamənin yerləşdirilərək onun işdə tərəf olan MMC-yə çatdırılması mövqeyindən çıxış edilməsi isə tamamilə əsassız yanaşmadır.
16. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ, 71-ci maddəsinin İ, 127-ci maddəsinin Vİİİ, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin İ hissəsinə, MPM-in 46, 134.1, 134.1.5, 135.8-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməs inin qərardadının əsassız olduğunu, işə baxılarkən prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də qərardadın ləğv edilməsini və qanunvericiliklə irəli gələn sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən STİ-nin vəkili apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslı olduğunu, işə baxılarkən prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən STİ-nin nümayəndəsi qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. MMC-nin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq "elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orq anının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi "elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.4. "elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması "elektron məhkəmə" informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. 10-1.5. Bu Məc əllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer ü zrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. "elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlə r üzrə işdə iştirak edən şəxslər "elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların "elektron məhkəmə" informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə iş də iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 13-15) işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək kassasiya şikayətini aşağıdakı səbəblərdən əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MMC-nin direktoru Taleh İsmayılzadənin elektron kabinetinə yerləşdirilməməsi hazırkı halda prosessua l pozuntu hesab edilə bilməz. Belə ki, qətnamə, ən azından, kassasiya şikayətini MMC-nin nümayəndəsi və vəkili kimi imzalamış Vəkil elektron kabinetinə yerləşdirilmişdir.
27. İşin materiallarından görünür ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə məlumatın Vəkil3 elektron poçt, SMS və s. vasitəsilə çatdırılması təmin edilməmişdir. Belə ki, "elektron məhkəmə" informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir. İşin materiallarında olan "elektron məhkəmə" informasiya sistemindən çıxarışdan (İİİ cild, i/v 181) isə görünür ki, Vəkil sistemdə təsdiq edilmiş elekt ron ünvanına (e-mail) malik deyildir.
28. Bununla belə, "elektron məhkəmə" informasiya sisteminin məlumatlarından görünür ki, qətnamə MMC-nin təmsilçisi kimi, Vəkil3 ilə yanaşı, həmçinin 2020-ci il 6 noyabr tarixində Vəkil2 məxsus elektron kabinetə də yerləşdirilmişdir. Vəkil sistemdə təsdiq edilmiş elektron ünvanına (email) malikdir.
29. İşin materiallarından (İİ cild, i/v 267) görünür ki, MMC tərəfindən Vəkil 2020-ci il 4 iyun tarixində bütün məhkəmə instansiyalarında nümayəndəlik funksiyalarının yerinə yetirilməsi məqsədilə 3 illik etibarnamə verilmişdir.
30. Həmin etibarnamənin ləğv olunması işin materialları ilə müəyyən edilmir.
31. Göründüyü kimi, Vəkil hazırda da MMC-nin nümayəndəsi hesab olunur.
32. Belə olan halda, məhkəmə kollegiyası o qənaətə gəlir ki, qətnamə cavabdeh tərəfə MP M-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 23) tələblərinə uyğun şəkildə rəsmi qaydada çatdırılmış hesab edilməlidir. Odur ki, cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı 2020-ci il 6 noyabr tarixdən hesablanmaqla 2021-ci ilin yanvar ayında bitmişdir.
33. Cavabdeh tərəfin isə kassasiya şikayəti 2021-ci ilin aprel ayında daxil olmuş, prosessual müddət ötürülmüşdür.
34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadı ilə kassasiya şikayətinin qaytarılması üçün digər əsas şikayətin elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə kağız daşıyıcıda Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, bununla da MPM-in 10-1.1-10-1.3 və 10-1.5-ci maddələrinin (bax yu xarıda § 23) tələblərinin pozulması olmuşdur.
35. Həmin prosessual tələblərin ümumi məzmunundan aydın olur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq "elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu sistemdən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması həmin sistemdə yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
36. Kassator öz şikayətində MPM-in 10-1.1-10-1.3 və 10-1.5-ci maddələrinin tələblərini pozmadığına dair dəlillər gətirə, habelə apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə bağlı gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
37. Ümumiyyətlə, MMC-nin kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərilməsi "elektron məhkəmə" informasiya sisteminə iş üzrə daxil edilmiş materiallarla da təsdiq olunmur.
38. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsas(lar) yoxdur.
39. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2021-ci il 8 may tarixli 22(103)-465/2020 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.