Məhkəmə qərarları › İş №2-2(102)-309/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-309/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-309/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2- 2(103)-1091/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİ N HALLARİ

1. Alıcı X5 (bundan sonra – “iddiaçı”) satıcı olan Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) ilə arasında 2019-cu il 13 mart tarixli 07/19 saylı alqı-satqı müqaviləsinə (bundan sonra – “müqavilə”) əsasən “satıcı” “alıcı”ya “əlavə”də göstərilən məhsulları satmağı, “alıcı” isə satın aldığı məhsulları qiymətlərin razılaşdırılması protokoluna əsasən ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə “alıcı”ya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “alıcı” satdığı malların dəyərini “satıcı”ya bank yolu ilə ödəyir; 3.1-ci bəndinə əsasən mallar “alıcı”ya “satıcı”nın nəqliyyat və çatdırılma məsrəfləri hesabına təh vil verilir. Malın təhvili elektron qaimə-fakturalar ilə rəsmiləşdirilir. 2. 2019-cu il 12 mart tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən “DKC6630SEED” və “DKC6724SEED” çeşidində mallar hər iki çeşid üçün 153 manat qiymət olmaqla ümumilikdə 30.600 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. 3. 2019-cu il 15 iyun tarixli EAAV seriyalı, 865135 saylı elektron qaiməyə əsasən, ümumilikdə 30.600 manat məbləğində məhsul iddiaçıya təhvil verilmişdir. 4. 2019-cu il 12 mart tarixli 54 nömrəli və 2019-cu il 28 mart tarixli 72 nömrəli ödəniş tapşırığına əsasən 15.300 manat məbləğində ödəniş cavabdehin hesabına köçürülmüşdür.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2019-cu il 2 avqust tarixli 26 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, bağlanmış Müqaviləyə əsasən satılmış bütün hibrid qarğıdalı çeşidləri məhsulun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edilmiş və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımi arayışlar və idxal icazələri alınmışdır. Alınan toxumların cücərməsi və çıxışı ilə bağlı iyul ayının ikinci on günlüyündə edilən şikayətə əsasən 2019-cu il 16 iyul tarixində cavabdehin əməkdaşları əkin yerlərini ziyarət etmiş və problemlə tanış olmuşlar. Əldə edilən məlumata görə toxumlar 2019-cu il 5 may tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat verilməsi daha doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Satılan toxumlardan nümunələr almış və bu toxumların öz əkin sahələrində, cücərmə testini həyata keçirmiş və nümunələrin cücərməsində və çıxışında heç bir problem olmadığını aşkarlanmışdır. Satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsini təklif edilmişdir. Əgər nümunə əkin prosesində toxum cücərməsində və çıxışında toxumların keyfiyyət sənədlərində bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqlarını bildirmişlər. Həmçinin qeyd edilmişdir ki, “Dekalb” şirkətinin qarğıdalı hibridləri eyni dövrdə bir çox digər müştərilərə də satılmış və əkinləri həyata keçirilmişdir, heç bir şikayət daxil olmamışdır. Təl əb olduğu təqdirdə, digər müştərilərin əkin sahələrində də bu əkinləri nümayiş etdirməyə hazırdırlar.

6. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 2019-cu il 5 sentyabr tarixli 19 saylı məktubda qeyd olunur ki, iddiaçıya ünvanlanmış 2019-cu il 2 avqust tarixli 26 nömrəli məktubda Müqaviləyə əsasən onlara satılmış hibrid qarğıdalı çeşidləri məhsulunun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edildiyinə və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən lazımı arayışlar və idxal icazələrinin alındığına istinad olunaraq, müştərilərə daha yüksək xidmətlərin göstərilməsinin ən önəmli məqsəd olduğu qeyd edilərək satılmış toxumların neytral bir ərazidə əkinin həyata keçirilməs i təklif edilmişdir. Qeyd olunmuşdur ki, cəmiyyətə Müqaviləyə əsasən satılmış toxumların 2016-cı il istehsallı olması işin mübahisəsiz halıdır və bu xüsusat alınmış toxumların kisələri üzərində göstərilmişdir. Toxumların yararlılıq müddətinin keçməsinin onun məhsuldarlığının aşağı düşməsinə səbəbdir. Belə olan təqdirdə nümunə yoxlama əkininin keçirilməsini əhəmiyyətli və mübahisənin həllində faydalı həlli hesab etmirlər. Odur ki, müəssisəyə dəymiş ziyanın ödənilməsinin təmin olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqları verilməsi xahiş olunmuşdur.

7. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 2019-cu il 26 iyul tarixli 13 saylı məktubda qeyd olunur ki, tərəflər arasında bağlanmış Müqaviləyə və bu müqaviləyə 1 saylı əlavəyə əsasən iddiaçıya ümumi dəyəri 30.600 manat məbləğində olan q arğıdalı toxumu (DKC 6630 SEED DKC 6724 SEED) satılmışdır. Həmin Müqaviləyə əsasən iddiaçıya satılmış qarğıdalı toxumları zəruri keyfiyyətlərə malik olmadığından, eləcə də yararlıq müddəti keçdiyindən toxumların bitməsi demək olar ki, olmamışdır. Bu səbəbdən müəssisəyə ciddi maddi ziyan dəymişdir. Müqavilənin 4.1-ci bəndinin tələblərini rəhbər tutaraq müəssisəyə dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin edilməsi və dəymiş ziyanın müəyyənləşdiriləcək məbləğinin ödənilməsinin təmin olunması xahiş edilmişdir.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X4 ElmiTədqiqat İnstitutu tərəfindən iddiaçının 2020-ci il 21 sentyabr tarixli, 22 saylı məktubuna verilən 2020-ci il 6 oktyabr tarixli 280 saylı cavabda q eyd olunur ki, 2020-ci il 24 sentyabr tarixdə iddiaçının anbarlarından götürülən orta qarğıdalı sort nümunələrinin “ilkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasında səpin keyfiyyətinin təyini ilə bağlı qeyd olunur ki, qarğıdalı bitki növünün “DKC 6630 SEED” hibrid F-1 sortunun cücərmə enerjisi 11%, cücərmə qabiliyyəti 12%, qarğıdalı bitki növünün “DKC 6724 SEED” hibrid F1 sortunun cücərmə enerjisi 8%, cücərmə qabiliyyəti 9.5% olaraq qeyd olunmuşdur.

9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X4 ElmiTədqiqat İnstitutu tərəfindən 2021-ci il 15 fevral tarixli İH-VS-02/21 saylı vəkil sorğusuna verilən 2021-ci il 19 fevral tarixli 47 saylı mütəxəssis rəyində qeyd olunur ki, X2 Toxumlarının sort və səpin keyfiyyətlərinə dair Azərbaycan Respublikası Dövlət Standar tına (AZS 037-99) uyğun olaraq hibrid qarğıdalı toxumunun qrupları üzrə səpin keyfiyyəti aşağıdakı kimi təsbit edilmişdir:

1. Hibridlər-hibridlərin valideyn formaları - F1- toxumun təmizliyi minimum 98 %, cücərməsi minimum 92%, nəmliyi maksimum 14%-dir.

2. Ərzaq üçün hibridlər - F1 toxumun təmizliyi minimum 98; cücərməsi minimum 92%; nəmliyi maksimum 14%

3. Sort və hibrid populyasiyası-Orijinal toxumun (OT) təmizliyi minimum 99 %, cücərməsi minimum 92 %; nəmliyi maksimum 14% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, standart və təlimatlarda cücərmə enerjisinin minimum və maksimum həddinin neçə faiz təşkil etdiyi qeyd edilmir. Qarğıdalı toxumunun cücərmə enerjisinin faizlə göstəricisi cücərmə kamerasında 20-30 °C temperaturda 4 gün, cücərmə qabiliyyəti isə 7 gün müddətində təyin edilir. C ücərmə enerjisinin faizlə miqdarı cücərmə qabiliyyətinin faizlə miqdarına nə qədər yaxın olarsa toxumun səpin keyfiyyəti daha yüksək olar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 2019-cu il 7 noyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 30.600 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci il 19 sentyabr tarixindən dövlət qeydiyyatına alınmaqla sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Müəssisə kənd təsərrüfatında əkinçilik, heyvandarlıq sahəsində fəaliyyət göstərir. Sahibkarlıq fəaliyyəti daxilində ayrı-ayrı hüquqi şəxslərlə müqavilələr bağlayır, təsərrüfatın ehtiyacları üçün toxum, avadanlıq və s. mallar alır. 2019-cu il 13 mart tarixində cavabdeh ilə (direktoru Nümayəndə) Müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini onun ayrılmaz tərkib hissəsi olan “əlavə”də göstərilən malların “satıcı” tərəfindən “alıcı”ya satılması və alınan malların dəyərinin “alıcı” tərəfindən ödənilməsi təşkil edir. Alqı-satqı olunan mallar – qarğıdalı toxumudur. Müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırma protokolu”nda 2 cür qarğıdalı toxumunun satıldığı göstərilir: 100 çuvalda (DKC6630 SEED) qarğıdalı toxumunun dəyəri 15.300 manat və 100 çuvalda (DKC6724 SEED) qarğıdalı toxumunun dəyəri 15.300 manat razılaşdırılmışdır. 2019-cu il 12 mart tarixli 035 №-li Hesab-faktura ilə cəmi 30.600 manat pulun ödənil məsi alıcıdan tələb olunmuşdur.

12. İddiaçı tərəfindən cavabdehə 2019-cu il 12 mart tarixli 54№-li ödəniş tapşırığı ilə 15.300 manat; 2019-cu il 28 mart tarixli 72№-li ödəniş tapşırığı ilə 15.300 manat olmaqla, müqavilə və qiymət razılaşdırma protokolu üzrə şərtləşdirilmiş cəmi 30.600 manat pul ödənilmişdir. Müqavilə ilə satılması nəzərdə tutulmuş, dəyəri ödənilmiş hibrid qarğıdalı toxumları satıcı tərəfindən təhvil verilmiş, qarğıdalı toxumları təyinatı üzrə əkilmiş, lakin əkilmiş toxumlar yalnız 45-50% bitmişdir ki, bu da analoji toxumun məhsuldarlığa yararsız olması deməkdir. Lazımi qaydada aqrotexniki qulluq göstərilməsinə baxmayaraq toxumların məhsuldar olmamasından narahat olaraq iddiaçı araşdırma aparmışdır. Məlum olmuşdur ki, 2016-cı ilin istehsalı olan, satıcı tərəfindən Türkiyədə n idxal edilərək ona satılmış toxumların, məhsuldar bitməsi (cücərməsi) mümkünsüz olduğundan, əslində onların satışı dayandırılmışdır. Həm yararlılıq müddətinin bitməsinə, həm də digər aqrotexniki amillərə əsasən cavabdeh tərəfindən satılan toxumların bitmə imkanının olmadığı əvvəlcədən satıcıya məlum olmuşdur.

13. Cavabdehin rəhbərliyinə müraciət olunaraq satılmış toxumların yararlılıq müddətinin keçdikdən sonra satılması, eləcə də istifadə üçün zəruri keyfiyyətlərə malik olmamasına görə bitməsinin mümkünsüzlüyü, bu səbəbdən də satıcı tərəfindən ona maddi ziyan vurulduğu bildirilməklə, müqavilənin 4.1-ci bəndinin tələbləri rəhbər tutularaq, təsərrüfata dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin olunması və dəymiş zərərin müə yyənləşdiriləcək məbləğinin ödənilməsinin təmin olunması xahiş edilmişdir.

14. Cavabdehin 2019-cu il 2 avqust tarixli 26 nömrəli cavab məktubunda aralarında bağlanmış Müqavilə əsasənda satılmış hibrid qarğıdalı çeşidləri məhsulunun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal olunduğu, idxal zamanı Azərbaycan Respublikası “KTN” və “AQTA” tərəfindən lazımi arayışlar və idxal icazələri alındığı göstərilir. Həmçinin qeyd olunmuşdur ki, toxumlar 2019-cu il 5 may tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat verilməsi doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Cavab məktubunda ona satılmış toxum nümunələrindən sınaq əkini aparmaq təklif olunmuşdur. Satıcının bu məktubuna cavab olaraq isə 2019-cu il 5 sentyabr tarixli təkrar məktub göndərilərək, satılmış toxumların 2016-cı il istehsallı olmaqla yararlılıq müddətinin keçməsinə görə məhsuldarlığını itirdiyindən, təkrar nümunə əkini aparılmasını əhəmiyyətsiz hesab edərək müəssisəyə dəymiş ziyanın ödənilməsi xahiş olunmuşdur. Keçən müddət ərzində cavabdeh tərəfindən cavab verilməmiş və dəymiş ziyan ödənilməmişdir.

15. Müstəqil surətdə aparılmış araşdırmalar, toxumların idxal olunduğu ölkədəki mütəxəssislərdən alınan məlumatlar əsasında qeyd edirlər ki, cavabdeh tərəfindən satılmış toxum çeşidlərinin cücərməyəcəyi və məhsuldar bitməyəcəyi əvvəlcədən məlum olmuşdur. 2016-cı il istehsalı olan bu toxumlar istehsalçı şirkətin özü tərəfindən dövriyyədən çıxarılmasına baxmayaraq, cav abdehin bu çeşidləri ona satması kommersiya və müqavilə münasibətlərində vicdanlılıq meyarlarına uyğun deyil. Cavabdehin fəaliyyəti sahəsində xüsusi bilikli, bazarda vicdanlı davranan tərəfdaş kimi tanımış və bu səbəbdən yararlılıq müddəti bitmiş toxumların ona satıla biləcəyinə şübhə etməmişdir. Lakin toxumların cücərməməsi halından sonra aparılan araşdırmalar o qənaətə gəlməyə əsas verir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyərək iddiaçıya yararlı olmayan toxumları satmış, bunun nəticəsində ən azı müqavilə üzrə ödənilən məbləğdə maddi ziyan vurmuşdur. Hazırda mütəxəssislər tərəfindən cavabdehin bu hərəkəti nəticəsində məruz qaldıqları əlavə maddi ziyan və əldən çıxmış fayda məbləğləri də hesablanır.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublik ası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 389.1, 389.2, 442.1, 567, 587.1, 587.2, 588.1, 588.2-ci maddələrinə istinad edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(113)485/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. 2021-ci il 9 fevral tarixli 7/795 nömrəli ekspert rəyinin nəticəsinə görə, tədqiqata təqdim olunmuş üzərində “DDKC6630SEED” sözləri yazılmış kisədə qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabilliyəti 49,5% və üzərində “DDKC6724SEED” sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 43%, cücərmə qabiliyyəti 45 % olması müəyyən edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 mart tarixli e-2-2(113)-63/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-bioloji ekspertizas ı təyin edilmişdir. 2021-ci il 7 iyun tarixli 7/339 nömrəli ekspert rəyinin nəticəsində görə, tədqiqata təqdim olunmuş üzərində “DDKC6630SEED” sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabiliyyəti 49,5% olması müəyyən edilmişdir. Tədqiqata cavabdeh tərəfindən iddiaçıya satılmış “DDKC6724SEED” toxumlar təqdim edilmədiyindən həmin toxumlar üzrə tədqiqat işləri aparılmamış və qərardadda qoyulmuş cavabdeh tərəfindən iddiaçıya satılmış “DDKC6630SEED” və “DDKC6724” “toxumlarının cücərmə qabiliyyəti və cücərmə enerjisi nə qədər təşkil edir?” sualının 2-ci hissəsi həll edilməmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 22 iyun tarixli e-2-2(113)-63/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim A.Əliyeva).

20. Həmin məhkəmə gəldiyi nəticə ilə bağ lı göstərmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın dəyəri ödənilmişdir. Alınmış malın keyfiyyəti alıcı tərəfindən mübahisələndirilmiş, satılmış malın keyfiyyətsiz olduğundan ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuşdur. İddiaçı satılmış qarğıdalı toxumlarının cücərmə faizinin dövlət standartlarında normallaşdırılan göstəricilərdə nəzərdə tutulmuş faizdən cox aşağı olması ilə əsaslandırmışdır. Cavabdeh satılmış toxumların sertifikatının olması, eyni zamanda, 15 gün ərzində qeyd edilən iradla müraciət etmək imkanının olduğu halda 5 mayda əkilmiş toxumların cücərməsi ilə bağlı iyul ayının ikinci on günlüyündə şikayət edildiyini bildirərək iddia tələbini qəbul etməmişdir. Ekspert rəyində təqdim edilmiş qarğıdalı toxumlarının cücərm ə qabiliyyəti və enerjisin 50 faizdən aşağı olması müəyyən edilmişdir.

21. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına MM-in 385.1, 567, 581.1, 581.2, 581.3, 581.4-cü maddalərinin tələbləri baxımından qiymət vermiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə iddianın əsassız olması nəticəsinə gəlmişdir.

22. Cavabdeh 2021-ci il 23 avqust tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1091/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin e dilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim V.Məmmədov, hakimlər X.Sarıyev və V.Baxışova).

24. Apellyasiya instansiyası apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, işin yuxarıda qeyd olunan (bax yuxarıda §1-9) hallarına istinad edərək və həmin hallara hüquqi qiymət verərkən MM-nin 442, 448, 567, 581, 587-ci maddələrinin tələblərini əsas görürərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən iddiaçıya qüsursuz əşya verməli olduğu halda keyfiyyətə aid tələblər əhəmiyyətli dərəcədə pozulan əşya verərək, öhdəliyini icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçın ın alternativ tələbi üzrə sonuncunun əşya üçün ödədiyi pul məbləğini qaytarmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın dəyəri ödənilmiş, malın keyfiyyəti alıcı tərəfindən mübahisələndirilmiş, satılmış mal keyfiyyətsiz olduğundan ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuş, mütəxəssis və ekspert rəylərində təqdim edilmiş qarğıdalı toxumlarının cücərmə qabiliyyəti və enerjisinin normadan çox aşağı olması müəyyən edilmişdir. Satılmış toxumların 2016-cı il istehsallı olması və satılan tarixdə yararlılıq müddətinin keçməsi, bu xüsusatların toxumların kisələri üzərində göstərilməsi işin mübahisəsiz halıdır.

25. Həmin məhkəmə apellyasiya şikayətinin 2019-cu il 13 mart tarixli müqavilə nin 3.3-cü bəndində malların tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamının nəzərdə tutulması barədə dəlilini əsassız hesab edərək göstərmişdir ki, həmin bənddə məhz sağlam və keyfiyyətli malın korlanmasından bəhs olunur, iddiaçı isə hazırkı iddia ilə ona sağlam və keyfiyyətli toxumların verilmədiyini mübahisələndirir.

26. Apellyasiya şikayətinin iddiaçının zərərin miqdarının müəyyən edə bilməməsinə dair dəlili də əsassız hesab edilərkən qeyd olunmuşdur ki, iddiaçı hazırki iddia ilə ona vurulmuş zərəri tələb etmir.

27. Şikayətin iddiaçının 45-50% məhsuldarlıq olduğunu bildirməsinə baxmayaraq, məhkəmənin iddianı tam təmin etməsi barədə dəlili də əsassız hesab edilmişdir. Belə ki, iddiaçı ərizəsində 45-50% məhsuldarlıq olduğunu deyil, 45-50% bitiş olduğunu bildirmişdir.

28. Toxumlar ın cücərmə enerjisinin orta keyfiyyətə yaxın bir göstərici olması haqqında dəlil də mütəxəssis və ekspert rəyləri ilə tam təkzib olunduğundan əsaslı sayılmamışdır.

29. Həmin qətnamə 2022-ci il 13 yanvar tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla tərəflərə göndərilmişdir.

30. Cavabdeh kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 581.4-cü maddəsinin tələbi pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi qeyd olunan hüquq normasını düzgün tətbiq etsə də, onun təfsirində səhvə yol verərək işin faktiki halları nöqteyi-nəzərindən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh dövlət standartlarına və məcburi tələblərə uyğun gələn malı iddiaçıya satmışdır. Satılan malların bütün standartlara cavab verdiyi ilə bağlı mənşə sertifikatı, AQTA fitosanitar nəzəratə sənədləri iddiaçıya təqdim etmişdir. İddiaçı malın satıldığı məqamda həmin tələblərə cavab vermədiyini sübut edən hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir.

32. MM-in 586.1, 586.3-cü maddələrinin tələbləri pozulmuşdur-həmin maddələrin məzmunundan görünür ki, bəzi əşyaların keyfiyyətinin yoxlanılmasının məcburi dövlət standartları nəzərdə tutula bilər. Bu halda satıcı həmin standartların məcburi tələblərinə əməl edilməsi barədə sənədləri alıcıya təqdim etməlidir. Satılmış toxumların keyfiyyətini təsdiq edən bütün sənədlər cavabdeh tərəfindən (mənşə sertifikatı, AQTA fi tosanitar nəzəratə sənədləri) satış anında iddiaçıya təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hazırki hüquq münasibətinə tətbiq edilməli olan bu maddələri tətbiq etməmişdir.

33. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instansiya məhkəməsi tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq edərək yanlış nəticəyə gəlmişdir. Cavabdeh öz öhdəliyini düzgün icra edərək, məcburi dövlət standartların uyğun gələn əşyanı iddiaçıya satmışdır. İşin materiallarında cavabdehin satış anında keyfiyyətsiz malı iddiaçıya verdiyini təsdiq edən heç bir sübut yoxdur. Beləliklə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmamışdır.

34. MM-in 588.1-cı maddəsinin tələbi pozulmuşdur- qeyd olunan hüquq normasının məzmunundan görünür ki, iddiaçı əşyanın qüsurlarının mallar on a təhvil verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyini sübut etməlidir. İndiki halda iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, cavabdeh satılan malların bütün standartlara cavab verdiyi ilə bağlımənşə sertifikatı, AQTA fitosanitar nəzəratə sənədləri iddiaçıya təqdim etmişdir. Apellyasiya instansiyasıməhkəməsi isə iddiaçı tərəfindən təqdim edilməli olan sübutların təqdim edilməməsinə düzgün hüquqi qiymət verməmiş, nəticədə, tətbiq edilməli olan MM-in 588.1-ci maddəsini tətbiq etməmişdir.

35. MPM-in 14.2, 77.1, 80, 81,88, 97.4 və 101.7-ci maddələrinin tələbləri pozulmuşdur-birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinin heç bir hüquqi əsası olmamışdır. Mal satılandan 2 ilə yaxın müddət sonra keçirilən ekspertiza malın satıldığı andakı keyfi yyətini müəyyən edə bilməzdi. Cavabdeh 2021-ci il 24 fevral tarixli vəsatətlə məhkəməyə müraciət edərək, əlavə ekspertiza keçirilməsini və ekspert qarşısında iki sual qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi 2021-ci il 15 mart tarixli qərardadında birinci sualı öz qərardadında qeyd etsə də, ikinci sualı (həmin toxumların yararlı olduğu andan iki il müddət keçməsi və onların saxlanma şəraiti toxumların cücürmə qabiliyyətinə və cücürmə enerjisinə təsir edə bilərmi?) göstərməmiş və bu sualın rədd edilməsinin səbəbini əsaslandırmamışdır. Halbuki, həmin suala cavab verilməsi işin həlledici nöqtəsi idi. Çünki malın satıldığı anda yararlı olması dövlət orqanları tərəfindən Bununla da prosessual pozuntuya yol vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin halı pozuntu kimi qi ymətləndirməmişdir.

36. Həmçinin, apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən MPM-in 14.2-ci maddəsinə istinad etsə də, iddiaçının öz iddia ərizəsində mülahizə kimi təqdim etdiyi hala mötəbər sübut kimi qiymət vermişdir. Belə ki, mübahisə predmeti olan toxumların kisələrində onun yalnız istehsal tarixli göstərilir, yararlılıq müddəti isə göstərilmir. İş materiallarında kisələrin heç bir görüntüsü və ya fotoşəkli yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan toxum kisələrində hər hansı baxış keçirməmişdir. Belə bir fakt məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə tədqiq etmədiyi bir fakta sübut kimi hüquqi qiymət verərək, MPM-nin 14.2-ci maddəsinin tələbini pozmuş, bu isə səhv məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur. Dünya təcrübəsində toxumun hansı müddətdə yar arlı olması işgüzar praktika əsasında müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müvafiq olaraq tam yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və y a müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni q ərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.” Maddə

586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. … 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya ver ilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. …» “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcə də pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hiss ələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”

42. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icra atı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsul iyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” 44. “Toxumçuluq haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Respublikası Qanunun müvafiq M a d d ə 2

7. Toxumların idxal və ixracı Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər. Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifa dəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilirToxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. İxrac edilən toxumların sortluq və səpin keyfiyyətlərinin ekspertizası X1 (İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. 46.Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndiri lməyən hallarına görə tərəflər arasında bağlanmış 2019-cu il 13 mart tarixli, 07/19 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı (cavabdeh) tərəfindən alıcıya (iddiaçıya) qarğıdalı toxumu satılmış, məhsulların dəyəri iddiaçı tərəfindən ödənilmişdir.

47. İddiaçı hazırki iddiasında malın keyfiyyətsiz olmasına istinadla ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir.

48. Mübahisəli məsələ üzrə tərəflər 2019-cu il 13 mart tarixli müqavilənin 3.3-ci bəndində razılığa gəlmişlər ki, «Mal «Alıcı»ya təhvil verildiyi andan malların keyfiyyəti yoxlanıldıqdan sonra zay olunmuş mallar aşkar olunarsa aktlaşdırılır və zay olunmuş mallar öhdəliyi hesab edilmir. Sağlam və keyfiyyətli malın zədələnməsi, korlanması, itməsi və ya təsadüfən məhv olunması riskləri tamamən «Alıcı» ya keçir və «Alıcı» mall arı təhvil aldıqdan sonra onun keyfiyyəti və ya kəmiyyətinə görə «Satıcı»ya hər hansı tələb, pretenziya və ya irad təqdim edə bilməz..

49. «….tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair» 2018-ci il 11 iyun tarixli qərarı)

50. Baxılan işdə, tərəflər Müqavilənin 3.3-cü bəndi ilə keyfiyyətli malın təhvil verilməsini və bundan sonra risklərin alıcıya keçməsini şərtləşmişlər. İşin materiallarına Müqavilə üzrə malın alıcı olan iddiaçıya təhvili zamanı, onun keyfiyyət tələblərinə uyğun olmamasına dair sonuncu tərəfindən hər hansı pretenziya və ya irad irəli sürülməsinə dair sübutlar əlavə edilməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki tərəfin dəlillərinə qiymət verərkən, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinin birinci cümləsinə istinad etsə də, həmin bəndin digər hissəsi üzrə hüquqi dəyərləndirmə aparmamış, malın təhvil anında keyfiyyət tələblərinə uyğun olub-olmaması aydınlaşdırılmamışdır.

52. Nəzərə alınmalıdır k i, dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmadıqda toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir (“Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsi).

53. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alqı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxl anıldığına dair alıcıya sübutlar təqdim etməlidir (MM-nin 586-cı maddəsi).

54. Bununla bağlı cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, satılmış toxumların keyfiyyətini təsdiq edən bütün sənədlər iddiaçıya təqdim edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi mübahisəyə MM-nin 586.1, 586.3-cü maddələrini tətbiq etməmişdir.

55. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə ilk növbədə iddia tələbinin, müqaviləyə əsasən təqdim olunmuş malın keyfiyyətsiz olması məsələsindən yaranmasını nəzərə alır və qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində təqdim olunan malın keyfiyyətinin yoxlanılmasını tənzimləyən ayrıca bənd nəzərdə tutulmamışdır. Bu baxımdan «əşyanın keyfiyyətinin yoxlanılması»na dair MM-nin və qeyd olunan Qanunun istinad o lunan tələblərinə satıcı olan cavabdeh tərəfindən əməl olunub-olmamasına hüquqi qiymət verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən belə qiymətləndirmə aparılmamış, sözügedən mala dair işdə olan müvafiq sertifikatlar hər hansı əsaslandırma aparılmadan ümumiyyətlə sübut kimi qiymətləndirilməmiş, bununla da MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuş, məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir.

56. Odur ki, işin yeni apellyasiya baxışı zamanı cavabdeh tərəfindən müqavilə üzrə mal təhvil verilərkən, əşyanın keyfiyyətinin yoxlanılmasının qanunda nəzərdə tutulmuş tələblərinə əməl edilib-edilməməsinə MM-nin və “Toxumçuluq haqqında” Qanunun müvafiq normalarının (bax §41,44) tələblərinə əsasən hüquqi qiymət verilməlidir.

57. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).

58. Məhkəmə kollegiyası cavabdehin şikayətinin prosessual hüquq normalarının pozulmasına dair §35-36-da göstərilən dəlillərinə qiymət verərək qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi satılmış toxumların 2016-c ı il istehsallı olması və satılan tarixdə yararlılıq müddətinin keçməsinin işin mübahisəsiz halı olmasını qeyd etsə də, işin materiallarından göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında toxumun 2016-cı il istehsalı olmasını təsdiq etmiş, lakin işdə həmin toxumların təhvil verildiyi vaxt artıq yararlılıq müddətinin keçməsinə dair hər hansı sübut mövcud deyildir. Əksinə, cavabdeh iddiaçıya ünvanladığı 2019-cu il 02 avqust tarixli məktubunda satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsi təklif etmiş, əgər bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqları bildirilmişdir. Bu baxımdan məhkəmənin hansı mötəbər sübuta əsasən satılan toxumların yararlılıq müddətinin keçməsi qənaətinə gəlməsi müəyyən deyildir.

59. Həmçinin Kollegiya hesab edir ki, müvafiq toxumların təhvil verildiyi vaxtdan keçən müddət nəzərə alınmadan və həmin toxumların təhvil verildikdən sonra saxlanılma şəraitinin dövlət standartlarının tələblərinə uyğun olub-olmaması ayınlaşdırılmadan iş üzrə verilmiş ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsi MPM-nin 88-ci maddəsinin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbinə zidd olmuşdur.

60. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş ye nidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

61. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1091/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar