Məhkəmə qərarları › İş №2-2(102)-312/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-312/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-312/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı A Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı A-ya qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun tutulması, artıq ödənilmiş vəsaitin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı A və onun vəkili ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümay əndəsi və vəkilinin iştirakı ilə, İddiaçı A Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair ilkin iddiası və Cavabdeh MMC-nin İddiaçı A qarşı “artıq ödənilmiş vəsaitin qaytarılması” qarşılıqlı iddiasına dair kommersiya işi üzrə ilkin İddiaçı A tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)-72/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2014-cü il 2 iyun tarixli MST-201402080 saylı sifariş aktından görünür ki, Cavabdeh MMC (bundan sonra – “MST”) tərəfindən "B" şirkətinə cəmi 1.754.746,48 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir.

2. İş materiallarında olan 2014-cü il 5 avqust tarixli MST-201402080 R1 saylı sifariş aktından görünür ki, MST tərəfindən "B" şirkətinə cəmi 3.640.241,82 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir.

3. İş materiallarında olan 2014-cü il 5 avqust tarixli MST-201402080 R2 saylı sifariş aktından görünür ki, MST tərəfinfən "B" şirkətinə ünvanlanmış cəmi 789.226,17 avro məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir.

4. İş materiallarında olan 2015-ci il 29 oktyabr tarixli FRG2061 saylı saxlama invoysundan görünür ki, "B" şirkəti tərəfindən MST-yə MST-********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) üzrə 87.563,63 avro məbləğinə dair invoys təqdim edilmişdir.

5. İş materiallarında olan 2015-ci il 29 oktyabr tarixli FRG2062 saylı saxlama invoysundan görünür ki, “B” şirkəti tərəfindən MST-yə MST**********R1 saylı si fariş aktı (təchizatın daxili nömrəsi 7035801) üzrə 188.366,12 avro məbləğinə dair invoys təqdim edilmişdir.

6. İş materiallarında olan 2015-ci il 29 oktyabr tarixli FRG2063 saylı saxlama invoysundan müəyyən edilir ki, “B” şirkəti tərəfindən MST-yə MST**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) üzrə 33.426,10 avro məbləğinə dair invoys təqdim edilmişdir.

7. İş materiallarında olan “C” şirkətinin MST-yə ünvanladığı pretenziya məktubu ilə müəyyən edilir ki, MST-dən 3 sifariş aktı - MST-201401080 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035800), MST-201401080 R1 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035801) və MST201401080 R2 saylı (təchizatçının daxili sifariş nömrəsi 7035802) sifariş aktları üzrə cəmi 309.355,85 avro məbləğində borcun 2 iş günü ərzində ödə nilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. İş materiallarında olan "B" şirkəti tərəfindən tərtib edilmiş iddia tələbi hüququnun güzəşt edilməsinin təsdiqi barədə 2019-cu il 10 mart tarixli məlumatdan görünür ki, "B" şirkəti Bakı Kommersiya Məhkəməsində baxılmaqda olan özünün MST-yə qarşı 309.355,85 Avro məbləğində qaldırmış olduğu kontraktdan irəli gələn iddia tələbini Fransa qanunverciliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən "D" Şirkətinə 2018-ci il 31 iyun tarixində ötürmüşdür.

9. İş materiallarında olan "D" Şirkəti (satıcı) ilə İddiaçı2 (bundan sonra – “İddiaçı2”) (alıcı) arasında bağlanmış 2020-ci il 7 fevral tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, Marsel Kommersiya Məhkəməsinin 2019-cu il 7 oktyabr tarixli qərarı ilə “L” şirkətinin ləğv proseduruna başlanılmış və müvəqqəti inzibatçı təyin edilmişdir. Bundan sonra İddiaçı2 BAES şirkətinin "D" Şirkətinə məxsus səhmlərini və MST-nin "D" Şirkətinə olan 309.355,85 avro məbləğində borcunun satın alınmasını təklifi ilə bağlı vəsatət təqdim etmişdir. Müflisləşmə işləri üzrə hakimin razılıq verməsi nəzərə alınaraq MST-nin 7035800, ******* və ******* saylı sifarişlər üzrə "B" Şirkətinə olan 309.355,85 avro məbləğində borcu alıcıya satılmışdır.

10. İş materiallarında olan Müqaviləyə əlavə edilmiş Marsel Kommersiya Məhkəməsinin 2020-ci il 13 fevral tarixli əmrindən müəyyən edilir ki, "D" Şirkətinin ləğvedicisi Mark Seneşala "D" Şirkətinin MST-yə qarşı 7035800, ******* və ******* saylı sifarişlərdən irəli gələn tələbinin İddiaçı A-ya satılmasına icazə v erilmişdir.

11. İş materiallarında olan "D" və İddiaçı A arasında olan alqı-satqı müqaviləsinə ötürülən tələbi təsdiq edən sənədlər qismində MST********** saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035800) əsasında verilmiş 87.563,63 avro məbləğinə dair FRG2061 saylı, MST-**********R1 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035801) əsasında verilmiş 188.366,12 avro məbləğinə dair FRG2062 saylı, ST-**********R2 saylı sifariş aktı (təchizatın daxili nömrəsi 7035802) əsasında 33.426,10 avro məbləğinə dair FRG2063 saylı invoyslar əlavə edilmişdir.

12. İş materiallarında olan MST tərəfindən İddiaçı A-ya ünvanlanmış 2020-ci il 9 iyun tarixli pretenziya məktubundan müəyyən edilir ki, İddiaçı A MST-nin "B" şirkətinə bütün sifariş aktları üzrə artıq ödənilmiş 335.765,9 avro məbləğində pu l vəsaitinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 13. “C” şirkəti 2018-ci il 21 dekabr tarixində MST-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, MST-dən 309.355,85 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşdırılmış və icra olunmuş sifariş aktlarına əsasən, “C” Şirkəti BP-nin Şah Dəniz kəşfiyyat layihəsi üzrə maye nəqli ilə bağlı boru avadanlıqlarının təchizatına dair BP-nin MST-yə ünvanladığı sifariş aktlarının əsasında MST tərəfindən “C” şirkətinə ünvanlanan sifariş aktları ilə müəyyə n olunmuş boru avadanlıqlarını təchiz etməyi və qarşılığında MST bu sifarişlərin təchizatı üçün müəyyən olunmuş satınalma məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış ödəniş proseduru iki mərhələli fakturalandırma şəklində aşağıdakı qaydada razılaşdırılmışdır: 1) 95% - FCA şərtləri çərçivəsində razılaşdırılmış məntəqədən sifarişin göndərilməyə hazır olduğuna dair sənədlər əsasında tərtib olunmuş hesab-fakturanın əldə olunması və MMT-nin təqdim olunması əsasında 2) 5%-yekun sənədləşmənin təsdiqi əsasında. MST-nin göstərişləri əsasında, “C” Şirkəti tərəflər arasında razılaşdırılmış sifariş aktları ilə müəyyən edilən məhsulların təchizatını icra etmiş və təchizatın keyfiyyəti və ya aidiyyəti məsələlərilə bağlı BP və MST-nin Şirkətə qarşı bu günə qədər heç bir id diası olmamışdır. Tərəflərindən MST-yə ünvanlanmış 2018-ci il 25 oktyabr və 6 noyabr tarixli məktublarda bildirilmişdir ki, əllərində olan sənədləşmələrlə bağlı araşdırma aparılmışdır. Qalıq ödənişlərə dair əlavə araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, MST şirkəti aşağıda qeyd olunan sifariş aktları və təchizat sənədləşmələri üzrə "D" Şirkətinə 195.957,22 avro deyil, 309.355,85 avro məbləğində borca malikdir. 2015-ci il 10 oktyabr tarixində hesab-fakturaların təqdim olunmasına baxmayaraq, ödənilməli olan 309.355,85 avro məbləğində qalıq üzrə ödəniş hələ də icra olunmamışdır. Sifariş aktı üzrə müəyyən olunmuş Şərtlər və Qaydalar toplusunun müddəalarına əsasən, ödəniş proseduru düzgün tərtib olunmuş hesab-fakturanın qəbulundan və MST tərəfindən tanınmasından etibarən 30 gün ərzində i cra olunmalıdır. Qalıq ödənilməli məbləğin dəfələrlə və müxtəlif üsullarla tələb olunmasına baxmayaraq, MST tərəfindən heç bir ödəniş icra olunmamışdır.

15. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 26.1, 26.2.2-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. 16. 2019-cu il 4 iyun tarixdə MST məhkəməyə vəsatət verərək, hazırkı iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. 17. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 iyun tarixli qərardadı ilə MST-nin vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 17.1. İş materiallarında olan 2014-cü il 2 iyun tarixli MST ********* saylı sifariş aktı üzrə müəyyən olunmuş 1.745.764,48 avro, 2014-cü il 5 avqust tarixli MST ********* R1 saylı sifariş aktı üzrə müəyyən olunmuş 3.640.241,82 avro və MST ********* R2 saylı sifariş aktı üzrə müəyyən olunmuş 789.226,17 avro məbləğində öhdəliklər üzrə ayrı-ayrılıqda göstərilməklə MST tərəfindən "B" Şirkətinə ümumilikdə nə qədər pul ödənilmişdir? 17.2. Həmin sifariş aktları üzrə MST tərəfindən "B" Şirkətinə artıq ödəniş edilmişdirsə, artıq ödənişlərin ümumi məbləği nə qədər müəyyən edilir?

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 yanvar tarixli 18902 sa ylı ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: 18.1. MST tərəfindən "C" Şirkətinə sifariş aktları üzrə ümumilikdə ödənilmiş 6.695.114,35 avro (6.667.615,91 avro (ödəniş) + 27.498,44 avro (Credite note)) məbləğində pul vəsaitinin tərəflər arasında razılaşdırılmış ümumi dəyəri 6.184.214,47 avro təşkil edən MST ********* saylı (1.754.746,48 avro), MST ********* R1 saylı (3.640.241,82 avro) və MST ********* R2 saylı (789.226,17 avro) sifariş aktları nəzərə alındıqda, MST-nin "C" Şirkətinə 6.695.114,356.184.214,47=510.899,88 avro məbləğində artıq ödənişin olması müəyyən edilmişdir. 18.2. "C" Şirkəti tərəfindən həmin sifariş aktları üzrə MST-yə təqdim edilmiş ümumi məbləği 6.703.665,25 avro təşkil edən invoyslar nəzərə alındıqda MST tərəfindən ümumili kdə 6.695.114,35 avro (6.667.615,91 avro məbləğində ödənişin aparılması və 27.498,44 avro məbləğində pul vəsaitinin isə “Credite note” şəklində borcdan silinməsi) ödənişin aparılması və belə olan halda sifariş aktları üzrə MST-nin "C" Şirkətinə ödənilməmiş qalan məbləğ 6.703.665,25-6.695.114,35= 8.550,90 avro müəyyən edilmişdir.

19. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsinə dair ərizəni məhkəməyə verərək, MST-dən 195.956,90 avro məbləğində pul vəsaitinin tutularaq "C" Şirkətinə ödənilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir.

20. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizəni məhkəməyə verərək iş üzrə iddiaçı "C" Şirkətinin əvəzlənərək iddiaçı qismində İddiaçı A müəyyən edilməsini xahiş etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 8 iyun tarixli 2-2(113)-62/2020 saylı qərardadı ilə iş üzrə iddiaçı “C” Şirkəti əsl İddiaçı2 ilə əvəz edilmişdir. 22. 2020-ci il 10 iyul tarixində MST-nin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsini, 335.765,9 avro məbləğində pul vəsaitinin, həmin məbləğə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə hesablanmış 146.885,97 avro məbləğində faizlərin, vicdansızcasına əsassız iddia vermiş iddiaçının hərəkətlərinə hüquqi qiymətin verilməsi və iş vaxtının itirilməsi üçün dövlətin xeyrinə məhkəmə tərəfindən ağlabatan miqdarda müəyyən edilmiş məbləğin, 320 manat məbləğində bank xərclərinin, 1.960 manat məbləğində auditor xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə İddiaçı2 tutularaq MST-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində istinad edilən sifariş aktları "C" şirkəti ilə MST arasında deyil, "B" ilə MST arasında razılaşdırılmışdır. Bu səbəbdən məhkəmə baxışı gedişində MST "T" ASC-yə müraciət edərək MST tərəfindən "B" şirkətinə iddia ərizəsində qeyd edilən 3 sifariş aktı üzrə nə qədər ödənişlərin həyata keçirilməsi və bu ödənişlərin açıqlanması barədə izahlı məlumat təqdim edilməsini xahiş etmişdir.

24. Qarşılıqlı iddia tələbi MM-in 5.3, 425.1, 449.1, 449.2-ci, MPM-in 155.1, 155.2, 156.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. 25. 2020-ci il 29 iyul tarixində ilkin iddi a üzrə cavabdeh MST məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli 2-2(113)-62/2020 saylı qətnaməsi ilə: 26.1. İlkin iddia üzrə İddiaçı A MST-yə qarşı pul tələbinə dair ilkin iddiasının rədd edilməsi, ilkin iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı2 aid edilməsi; 26.2. Qarşılıqlı iddia üzrə MST-nin İddiaçı A-ya qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi; 26.3. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul məbləğinin 72,5 manat hissəsinin İddiaçı2, qalan 72,5 manat hissəsinin isə MST-dən tutularaq müvafiq hesaba ödənilm əsi qət edilmişdir (hakim – L.Əliyeva).

27. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 27.1. İlkin iddia üzrə İddiaçı A MST-yə qarşı "B" şirkəti ilə alğı-satqı münasibətlərindən irəli gələn tələbi irəli sürmək hüququna malik olmasını onunla əsaslandırmışdır ki, "B" Şirkəti tərəfindən həmin öhdəlik hüquq münasibətlərdən irəli gələn tələb hüququ “C” Şirkətinə, “C” Şirkətindən isə İddiaçıAya ötürülmüşdür. 27.2. “C” Şirkəti tərəfindən İddiaçı2 MST-nin bütün sifariş aktları üzrə deyil, yalnız MST201401080 saylı, MST-201401080 saylı R1 saylı və MST-201401080 saylı R2 saylı sifarişi aktları üzrə yaranmış cəmi 309.355,85 avro məbləğində borcu üzrə tələb hüququ ötürülmüş və ötürülmüş tələbə aid sənədlər (qeyd olunan 3 sifariş aktı üzrə 3 invoys) yeni tələb sahibinə t əqdim edilmişdir. 27.3. Buna görə də ilkin iddia üzrə İddiaçıA MST-yə qarşı yalnız həmin sifariş aktlarından irəli gələn tələbi irəli sürmək hüququna malikdir. Belə olan halda isə qalan 15 sifariş aktı üzrə yaranmış borcun tutulması tələbinə dair hissədə ilkin iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. 27.4. İlkin iddia üzrə İddiaçı2 tələb hüququna malik olduğu 3 sifariş aktı üzrə borcun tutulması tələbinə münasibətdə isə, əvvəla, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə MST-nin həmin sifariş aktları üzrə ilkin iddia ərizəsində tələb olunan məbləğdə borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, həmin rəyə əsasən yalnız mübahisəli sifariş aktları nəzərə alındıqda MST-nin həmin sifariş aktları üzrə ümumiyyətlə borcunun olmama sı, əksinə artıq ödəmənin mövcud olması, mübahisəli sifariş aktları üzrə təchizatçının təqdim etdiyi invoyslar da nəzərə alındıqda isə MST-nin mübahisəli sifariş aktları üzrə borcunun cəmi 8.550,90 avro təşkil etməsi müəyyən edilmişdir. 27.5. Digər tərəfdən, mübahisəli borcun iddiaçı tərəfindən təqdim edilmiş invoyslara əsasən hesablanmalı olduğu ehtimal edilsə belə, 3 sifariş aktı üzrə borcun tutulması tələbinə dair hissədə də ilkin iddia rədd edilməlidir. 27.6. İş materiallarından göründüyü kimi, ilkin iddia üzrə cavabdeh MST mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. 27.7. Hazırkı işdə ilkin iddia üzrə cavabdeh MST tərəfindən tələbin ilkin sahibi "B" şirkətinə sonuncu dəfə ödəniş 2015-ci il 4 dekabr tarixində həyata keçirilmişdir. Belə olan halda isə iddia müddətinin ax ımının kəsilməsinə səbəb olan sonuncu hərəkət 2015-ci il 4 dekabr tarixində edildiyindən tələb üzrə iddia müddətinin axımı məhz həmin tarixdən hesablanmalıdır. 27.8. Digər tərəfdən, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi 2018-ci il 21 dekabr tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. 27.9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçıA vəkili ilkin iddia üzrə cavabdeh MST-nin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək iddia ərizəsinin 2018-ci il 29 noyabr tarixində poçta təqdim edildiyini, iş materiallarında həmin halı təsdiq edən qəbz olduğunu və belə olan halda qanunda nəzərdə tutulmuş üç illik iddia müddətinin tərəflərindən buraxılmadığını bildirmişdir. 27.10. İş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənəd lərin 1 saylı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsinə dair surətli poçt xidmətinin qəbzindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 2018-ci il 29 noyabr tarixində “C” Şirkəti tərəfindən surətli poçt vasitəsilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 2018-ci il 10 dekabr tarixində dəftərxana işçisi tərəfindən qəbzə imza edilərək qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş zərfdən isə görünür ki, zərfin üzərinə yalnız 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin adı yazılmış, zərfin poçta təqdim edilməsi tarixini təsdiq edən poçt möhürü vurulmamışdır. 27.11. Məhkəmə surətli poçt xidmətinin məqsədinin poçt göndərişlərinin 1-2 gün ərzində çatdırılmasını təmin edilməli olduğunu nəzərə alaraq surətli poçt vasitəsilə göndərilən zərfin 21 gün ərzində məhkəməyə ç atdırılmasını inandırıcı və ağlabatan hesab etmir və göstərilən halları nəzərə alaraq iş materiallarında olan qəbzi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin 2018-ci il 29 noyabr tarixində məhkəməyə göndərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. 27.12. Digər tərəfdən, iddiaçı “C” Şirkətinin iddia ərizəsində göstərilmiş həmin ərizəyə əlavə edilmiş sənədlərin siyahısından müəyyən edilir ki, iddia ərizəsinə həmin ərizənin cavabdehə çatdırılmasını təsdiq edən poçt qəbzinin əsli əlavə edilmişdir. Həmin qəbzdən isə görünür ki, cavabdeh iddia ərizəsini 2018-ci il 7 dekabr tarixində poçt qəbzinə imza etməklə qəbul etmişdir. 27.13. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmiş sənədlərin arasında iddia ərizəsinin surətinin 2018-ci il 7 dekabr tarixində cavab dehə çatdırılması barədə qəbzin olması faktı onu təsdiq edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 2018-ci il 7 dekabr tarixindən əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilə bilməzdi. 27.14. İlkin iddia üzrə iddia müddətinin axımı 2015-ci il 4 dekabr tarixində başladığı halda "C” Şirkəti tərəfindən hazırkı iddia ərizəsi məhkəməyə ən tezi 2018-ci il 7 dekabr tarixində təqdim edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən müqavilə tələbləri üçün qanunda nəzərdə tutullmuş 3 illik iddia müddəti buraxılmışdır. 27.15. Qarşılıqlı iddiaya münasibətdə isə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi, mübahisəli alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilkin olaraq “B.” Şirkəti ilə MST arasında yaranmışdır. Bundan sonra, "B Şirk əti tərəfindən həmin müqavilə üzrə (müqavilədə göstərilən həcmdə) tələb hüququ C” Şirkətinə, sonuncu tərəfindən isə İddiaçıA-ya ötürülmüşdür. İddiaçı A ilə “C” Şirkəti arasında bağlanmış tələbin alqı-satqısı müqaviləsindən isə görünür ki, həmin müqaviləyə əsasən İddiaçı A tərəfindən “C” Şirkətinin MST-yə qarşı sifariş aktlarından irəli gələn tələbi satın alınmış və həmin müqavilədə müvafiq sifariş aktları üzrə “C” Şirkətinin öhdəliklərinin də İddiaçı2 ötürülməsi barədə şərt yer almamışdır. 27.16. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı MST iddia tələbini İddiaçı A-ya qarşı irəli sürülməsini əsaslandırmaq üçün MM-in 199.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə isə, borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. 27.17. Bu dəlilə münasibətdə qeyd edlir ki, yuxarıda göstərilən maddədə borclunun yeni kreditora güzəşt edilmiş tələbə qarşı etiraz irəli sürmək (məsələn, borcun mövcud olmaması, borcun məbləğinin daha az olması, təqdim edilmiş mallarda qüsurların olması) hüququ təsbit edilmiş və həmin müddəa borcluya əvvəlki kreditora qarşı olan tələbləri yeni kreditora irəli sürmək hüququ vermir. 27.18. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı MST artıq ödənilmiş pullların geri qaytarılmasına dair qarşılıqlı iddia tələbini tərəflərindən mübahisəli sifariş aktları üzrə "B" Şirkətinə artıq ödənişin həyata keçirilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, MST tərəfindən İddiaçıA-ya qarşı q aldırılmış qarşılıqlı iddia tələbi ümumiyyətlə ilkin olaraq “B.” Şirkəti ilə MST arasında bağlanmış alqı-satqı müqaviləsindən deyil, əsassız varlanmadan irəli gələn tələbdir. 27.19. Hazırkı işdə isə qarşılıqlı iddia üzrə iddiaçının artıq ödənildiyini iddia etdikləri pullar İddiaçı A deyil, B" Şirkətinə ödənilmişdir. Belə olan halda isə İddiaçı A əsassız varlanan şəxs olmadığı açıq-aşkardır.

28. Məhkəmə bu qənaətini MM-in 193.1, 193.2, 194.1, 194.2, 196, 198.2, 372.1, 372.2, 373.2, 375.2, 377.3, 378, 380.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 124.2-ci, “Poçt haqqında“ Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – “İHAM”) “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına istinad edərək əsaslandırmışdır.

29. İddiaçı2 2020-ci il 27 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia ərizəsinə aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(103)72/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli 2-2 (113)-62/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və M.Məmmədov).

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 31.1. Mübahisəyə Fransa Respublikasının qanunvericiliyinin tətbiq edilməli olduğuna dair İddiaçı A-nın mülahizələri əsassızdır. 31.2. Hazırkı halda mübahisə tərəfləri Azərbaycan Respublikasında qeydə alınmış fərdi sahibkar və hüquqi şəxs olduğundan mübahisə xarici elementli hesab edilə bilməz. Bundan əlavə, alqı-satqıdan irəli gələn mülki hüquq münasibətlərinin tərəfləri olmuş "B" Şirkəti və MST arasında həmin müqavilə münasibətindən irəli gələn mübahisəyə Fransa Respublikasının qanunvericiliyinin tətbiq edilməli olduğuna dair müqavilə və ya yazılı saziş yoxdur. 31.3. Əksinə, satınalma sifarişlərinin (işdəki ingilis dilində “Purchase order”adlı sənədlər) sonunda qeyd edilmişdir ki, bu satınalma sifarişi www.mst-az.com-da mövcud olan MST-nin standart Satınalma Qaydaları və Şərtlərinə tabedir. Həmin www.mst-az.com-da mövcud olan Satınalma Qaydaları və Şərtlərinin 32 və 33-cü bəndlərinə görə, yazılı şəkildə açıq şəkildə başqa bir şəkildə razılaşdırılmadıqda, bu ümumi şərtlər və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələr, habelə bu ümumi satınalma şərtləri və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələrlə əlaqəli mübahisələr, Azərbaycan qanunlarına tabedir. Bu şərtlərdən və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələrdən irəli gələn mübahisələr olduqda, şirkətin şirkət yerinin qurulduğu hüquqi bölgə məhkəmələri tək səlahiyyətə sahibdirlər. 31.4. Satıcı tərəf satınalma sifarişlərini qəbul edərək onun qeyd edilən şərtinə etiraz bildirmədiyindən həmin şərtlə razılaşdığı müəyyən olunur. 31.5. Digər tərəfdən, işə birinci instansiya qaydasında baxılarkən həm ilkin, həm də qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası qanunvericiliyinə istinad edilməsi təsdiq edir ki, hər iki tərəfin iradə ifadəsi işə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq olunmaqla baxılması olmuşdur. Belə olan halda, məhkəmənin xarici şəxslərin iştirak etmədiyi mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq münasibətləri tənzimləyən imperativ normalarını tətbiq etməklə baxması pozuntu hesab edilə bilməz. 31.6. İddiaçı A MST-nin "B" şirkətinə göndərdiyi bütün sifariş aktları üzrə yaranmış borcla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. MM-in tələbləri və İddiaçı2la bağlanmış tələbin güzəşti barədə müqavilənin şərtlərinə əsasən ona əvvəlki kreditorun yalnız MST********** saylı, MST**********R1 saylı və MST-**********R2 saylı sifariş sənədləri əsasında yaranmış tələb hüququ ötürüldüyündən məhkəmə tərəfindən araşdırılmalı olan məsələ həmin sifariş aktları əsasında qalıq borcun mövcud olub-olmadığı, əgər varsa, həmin borcun tutulması üçün müqavilə tələbləri üzrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətinin ötürülüb-ötürülməməsidir. 31.7. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, MST tərəfindən "C" Şirkətinə sifariş aktları üzrə ümumilikdə 510.899,88 avro məbləğində artıq ödənişi olmuşdur. Rəyə əsasən, "B" şirkəti tərəfindən MST-yə təqdim edilmiş inv oyslar nəzərə alındıqda MST tərəfindən sifariş aktları üzrə "xxxx" Şirkətinə ödənilməmiş qalan məbləğ 8.550,90 avro müəyyən edilmişdir. 31.8. İddiaçı2 işə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, ekspert tərəfindən hansı hesablamanın səhv həyata keçirildiyini əsaslandıra bilməmişdir. İddiaçı2 2021-ci il 10 fevral tarixli məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi, qarşı tərəfə göndərilmiş hesab fakturaların və ödənişin ümumi məbləği ilə bağlı cədvəldə ekspert rəyində qeyd edildiyi kimi göndərilmiş hesab fakturaların ümumi məbləğinin 11.847.233,11 avro, ödənilən məbləğin 11.651.276,29 avro (aradakı fərq 195.956,90) olduğunun qeyd edilməsi təsdiq edir ki, ekspert tərəfindən işdəki sənədlər əsasında hesablamalar düzgün həyata keçirilmişdir. 31.9. İddiaçı2 tərəfindən MST-nin satıcı şirkətə 11.651.276,29 avro məbləğindən artıq sifariş aktı göndərilməsi və ya bu məbləğdən artıq mal təhvil verilməsi barədə məhkəməyə hesab fakturalardan başqa sübutlar təqdim edilməmişdir. 31.10. İddiaçı tərəfin işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi "xxxx" adlı hüquqi şəxsin rəyində də 195.956,90 avro borc məbləğinin alıcıya göndərilmiş bütün fakturaların cəmi məbləğindən ödənilmiş 11.651.276,29 avro çıxılaraq müəyyən edildiyi qeyd edilmiş, tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi məbləği qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, satıcı tərəfindən alıcıya göndərilmiş hesab fakturaların ümumi məbləği ilə ümumilikdə ödənilmiş məbləğ arasındakı fərqin 195.956,90 avro olması işin mübahisəsiz halı olduğundan, rəydə həmin borcun məhz iddia tələbinin əsasını təşkil edən sifariş aktları üzrə yarandığının hansı sənədlər əsasında müəyyən edildiyi əsaslandırılmadığından "xxxx"nin rəyi iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. 31.11. İş materiallarında olan "T" ASC-nin 2019-cu il 11 mart tarixli 06/233 saylı cavab məktubu və həmin məktuba əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, MST 201401080, MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə MST tərəfindən "xxxx" Şirkətinə ümumilikdə 6.667.615,91 avro məbləğində ödənişlər həyata keçirilmişdir. 31.12. Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 yanvar tarixli 18902 saylı ekspert rəyinə və işdəki sənədlərə əsasən müəyyən edilir ki, MST-nin "B" Şirkətinə göndərilmiş sifariş aktları əsasında sifariş edilmiş mallar üzrə borc qalığı müəyyən olunmur. Hesablama MST ********* saylı, MST 201401080 R1 saylı və MST ********* R2 saylı sifariş aktları üzrə göndərilmiş hesab fakturalar əsasında həyata keçirildikdə MST-nin "xxxx" Şirkətinə ödənilməmiş 8.550,90 avro borc qalığı olduğu müəyyən edilir. 31.13. Satıcı tərəfindən alıcıya tərəflər arasında razılaşdırılmış sifariş aktlarının ümumi məbləğindən artıq göndərilmiş hesab fakturalar digər mötəbər sübutlar olmadığı halda (dəyəri tələb edilən malın alıcı tərəfindən sifariş edilməsi, Azərbaycan Respublikasına göndərilməsi, alıcıya təhvil verilməsi barədə sübutlar və s.) MST-dən hər hansı borc məbləğinin tutulması üçün əsas ola bilməz. 31.14. Hesab faktura (invoys) yerli qanunvericilikdə və beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onların miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. Alıcı hesab faktura ilə satıcı tərəfindən dəyəri tələb edilən malı aldığını qəbul etmirsə, malın alıcıya təhvil verildiyini sübut etmə vəzifəsi satıcının üzərinə düşür. 31.15. Tələb olunan borcla bağlı sübutlar satıcı "B" Şirkəti tərəfindən tələb hüququ güzəşt edilərkən İddiaçıA-ya təqdim edilməli olduğundan həmin sübutların məhkəmə sorğusu əsasında MST ilə müqavilə münasibətində olmuş “BP Exploreyşn” şirkətindən tələb edilməsi barədə iddiaçı tərəfin işə apellyasiya qaydasında baxılarkən verdiyi vəsatət MPM-in 77.1, 373.3 -ci maddələrinin tələbləri nəzərə alınmaqla məhkəmə tərəfindən təmin edilməmişdir. 31.16. MST-nin İddiaçı2 MST ********* saylı, MST ********* R1 saylı və MST ********* R2 saylı sifariş aktları üzrə qalıq borcu olduğu hesab fakturalardan başqa digər sübutlarla təsdiq edilmədiyindən ilkin iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 31.17. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hətta borcun mövcudluğu təsdiq edilmiş olsaydı belə, MM-in 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və bu müddət iddiaçı tərəfindən ötürüldüyündən iddia təmin edilə bilməzdi. 31.18. İş materiallarından görünür ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər 2018-ci il 21 dekabr tarixində məhkəməyə da xil olmuş, sənədlərə iddia ərizəsinin sürətli poçt xidmətinə məhkəməyə göndərilməsi üçün 2018-ci il 29 noyabr tarixində təqdim edilməsi barədə qəbz əlavə olunmuşdur. 31.19. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, sürətli poçt xidməti poçt göndərişlərinin ünvan sahibinə ən qısa müddətdə (ən çoxu bir gün ərzində) çatdırılması xidmətini həyata keçirdiyindən 2018-ci il 21 dekabr tarixində məhkəməyə daxil olmuş iddia ərizəsinin 2018-ci il 29 noyabr tarixində sürətli poçt xidmətinə təqdim edildiyi inandırıcı deyil. 31.20. İddia ərizəsinin və əlavə edilən sənədlərin sürətli poçt xidmətinə 2018-ci il 29 noyabr tarixində təqdim edilmədiyi eyni zamanda bununla təsdiq edilir ki, iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən, əsli iddia ərizəsi və digər sənədlərlə birlikd ə məhkəməyə göndərilən (iddia ərizəsinin qoma hissəsində qeyd edilən və iş materiallarının 1-ci cildinin 94-cü vərəqinə əlavə edilən) poçt qəbzinin (qaimənin) üzərində göndərilən iddia ərizəsinin MST-yə 2018-ci il 7 dekabr tarixində təqdim edildiyi qeyd edilmişdir. Belə olan halda həmin qəbzin 2018-ci il 29 noyabr tarixində iddia ərizəsi ilə birlikdə məhkəməyə göndərilməsi üçün sürətli poçt xidmətinə təqdim edilməsi qeyrimümkün olduğu üçün sənədlərin iddiaçı tərəfindən 2018-ci il 7 dekabr tarixindən sonra göndərildiyi müəyyən olunur. 31.21. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi satınalma sifarişlərində ödənişin həyata keçirilməsi üçün 30 günlük müddət göstərilmişdir. Bu onu göstərir ki, alıcı öz öhdəliyinin icrası üçün 30 günlük müddət müəyyən etmiş və satıcı həmin sənədi qə bul edərək hər hansı etiraz bildirməməklə bu müddətlə razılaşmışdır. 31.22. Hazırkı halda tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığından və alıcıya mallar müxtəlif vaxtlarda ayrı-ayrı sifariş sənədləri üzrə göndərildiyindən iddia müddətinin axımı alıcı tərəfindən sonuncu ödənişin həyata keçirildiyi tarixdən deyil, hər bir sifariş aktı üzrə mal təhvil verildiyi gündən 30 gün sonra başlamışdır. 31.23. İddia müddətinin axımının iddiaçı tərəfin iddia etdiyi kimi, hesab fakturalarda ödənişin son tarixi kimi qeyd edilmiş tarixlərdən başlandığı nəzərə alınarsa belə (halbuki məhkəmə iddiaçının bu mövqeyini işin hallarına uyğun hesab etmir) tələb edilən borcla bağlı alıcıya göndərilmiş 2015-ci il 29 oktyabr tarixli FRG2061 saylı, FRG2062 saylı və FRG2063 saylı fakturalarda ödəniş üçün son tarix 2015-ci il 29 noyabr göstərildiyindən həmin fakturalarla tələb olunan ödənişlə bağlı iddia müddəti 2018-ci il 29 noyabr tarixində bitmiş, iddiaçı bu müddəti ötürdüyü üçün faktiki olaraq 2018ci ilin dekabr ayında məhkəməyə göndərilmiş iddia ərizəsinə 2018-ci il 29 noyabr tarixində göndərilməsi üçün sürətli poçt xidmətinə təqdim edildiyinə dair qəbz əlavə etmişdir.

32. Məhkəmə bu qənaətini MM-in 193.1, 194.2, 196, 198.2, 70.1, 373.2, 377.2, 570.1.1, 570.1.2-cü, MPM-in 14.2, 77.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3, 5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı2 2021-ci il 27 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ilkin iddia ərizəsinə aid hissədə ləğv edilməsini və iddianın həm in hissəsə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

34. Qətnamədə yazılıb ki, “Hazırkı halda mübahisə tərəfləri Azərbaycan Respublikasında qeydə alınmış fərdi sahibkar və hüquqi şəxs olduğundan mübahisə xarici elementli hesab edilə bilməz”. Halbuki ərizəçi MST ilə müqavilə münasibətlərində olmayıb, o, yalnız Fransa Respublikasının hüquqi şəxsi olan "B" Şirkəti tələbi ona güzəşt etdikdən sonra işə qoşulub. Əlbəttə ki, tələbin ərizəçiyə güzəşt edilməsi və məhkəmə baxışında onun əvvəlki iddiaçını əvəz etməsi "B" Şirkəti və MST arasındakı münasibətləri retrospektiv qaydada xarici elementdən məhrum etmir.

35. Bundan başqa, qətnamədə yazılıb ki, alqı-satqıdan irəli gələn mülki hü quq münasibətlərinin tərəfləri olmuş "B" Şirkəti və MMC arasında həmin müqavilə münasibətindən irəli gələn mübahisəyə Fransa Respublikasının qanunvericiliyinin tətbiq edilməli olduğuna dair müqavilə və ya yazılı saziş yoxdur. Həmçinin apellyasiya məhkəməsi bildirmişdir ki: “MST-nin sifarişlərinin sonunda qeyd edilmişdir ki, bu satınalma sifarişi www.mst-az.com -da mövcud olan MST-nin standart Satınalma Qaydaları və Şərtlərinə tabedir. Həmin saytda mövcud olan Satınalma Qaydaları və Şərtlərinin 32 və 33-cü bəndlərinə görə, yazılı şəkildə açıq şəkildə başqa bir şəkildə razılaşdırılmadıqda, bu ümumi şərtlər və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələr, habelə bu ümumi satınalma şərtləri və / və ya bu şərtlərin tətbiq olunduğu müqavilələrlə əlaqəli mübahisələr, Azərbaycan qanunlarına ta bedir”. Bununla da məhkəmə hətta MST-nin birinci instansiya və apellyasiya məhkəmələrində heç zaman heç bir şəkildə demədiyi, izahat və mülahizəsində, o cümlədən tətbiq edilməli qanunvericiliklə bağlı verdiyi mülahizədə olmayan dəlilə istinad edərək MPM-in 271.4-cü maddəsini pozmuşdur. Bundan başqa, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsindən o nəticə çıxır ki, tətbiq ediləcək hüququ müəyyən etmək üçün hansısa saytda olan məlumata istinad edilə bilməz. Əgər məhkəmə baxışı zamanı bu dəlil səslənsə idi, ərizəçi belə dəlilin əsassızlığnı isbat edər, MST-nin öz sifariş aktlarında sadəcə BP-nin Sifariş Aktına istinadən BP tərəfindən MST-nin üzərinə qoyulan bütün şərtləri (31.0-cı bənd daxil olmaqla) "B" Şirkətinə yönləndirməsini bir daha nümayiş etdir ər, nəhayət bu müqavilə münasibətlərindən irəli gələn ödənişlərin "xxxx" Şirkətinin təqdim etdiyi invoyslar əsasında həyata keçirilməli olması, həmin invoyslarda açıq-aydın şəkildə Fransa qanunvericiliyinin tətbiq edilməsi haqqında bəndin olmasını, buna dair MST-nin heç bir etirazının olmamasını məhkəmənin nəzərinə çatdırardı.

36. Qətnamədə o da göstərilib ki, məhkəmənin xarici şəxslərin iştirak etmədiyi mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq münasibətləri tənzimləyən imperativ normalarını tətbiq etməklə baxması pozuntu hesab edilə bilməz. Halbuki belə imperativ norma yoxdur.

37. Həm birinci, həm də apellyasiya instansiyaları məhkəmələrindəki baxış zamanı müəyyən olundu ki, tətbiq edilməli hüquqa dair tərəflərin razılaşdırdıqları yalnız bircə tip sənəd var: bu da " B" Şirkətinin bütün hesablarında göstərilmiş qayda və şərtlərin 15-ci bəndidir. Həmin bənddə göstərilib: "Sifariş və ya bununla bağlı yaranan hər hansı bir mübahisə və ya iddia Fransa qanununa uyğun olaraq tənzimlənir”. MST 300-dən artıq hesab-faktura əsasında 11.000.000 avrodan artıq vəsait köçürsə də, heç zaman bu qaydaya etiraz bildirməyib, onu mübahisələndirməyib. Yəni, buradan o nəticə çıxır ki, tərəflər öz aralarındakı münasibətlər və onlardan doğan mübahisələrin (ən azı ödənişlərin icrası məsələlərində) Fransa qanunvericiliyi ilə nizamlanmasına razılaşıblar. Belə razılaşma ümumiyyətlə olmasa idi, mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun kolliziya normaları (19.1, 25.1, 25.1.1-ci maddələr) əsasında satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilməlidir ki, bu hüquq da Fransa hüququdur - belə ki, satıcı "B" Şirkəti Fransada təsis edilib və onun baş ofisi də Fransadadır.

38. İddia tələbinin predmeti ilə bağlı apellyasiya məhkəməsi hesab edir ki, satıcı tərəfindən alıcıya göndərilmiş hesab fakturaların ümumi məbləği ilə ümumilikdə ödənilmiş məbləğ arasındakı fərqin 195.956,90 avro olması işin mübahisəsiz halı olduğundan, rəydə həmin borcun məhz iddia tələbinin əsasını təşkil edən sifariş aktları üzrə yarandığının hansı sənədlər əsasında müəyyən edildiyi əsaslandırılmadığından "xxxx"nin rəyi iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bununla bağlı, ərizəçi vurğulayır ki, onun müraciəti əsasında hazırda "G" MMC-də işləy ən ekspertlər, müvafiq olaraq 35 və 40 ildən artıq ekspertiza sahəsində iş stajına malik ekspertlər X1 və X2 verdikləri 2021-ci il 1 mart tarixli ekspert rəyi ilə müəyyən olunub ki, MST 201401080, MST ********* R1 və MST ********* R2 saylı sifariş aktları üzrə "B" Şirkəti tərəfindən sifarişçi MST-yə təqdim olunmuş invoysların (hesab-fakturalar) və kredit fakturaların (credit notes) təqdim edilmiş ödəniş tapşırıqlarında, SWİFT sənədlərində və NATİXİS Bankın çıxarışlarında invoysların tam ödənildiyi müəyyən edilmir. Bu halda qalıq məbləği 195.956,90 avro, o cümlədən 2015-ci il 29 oktyabr tarixli 2061, 2062 və 2063 nömrəli invoyslar (hesab-fakturalar) üzrə müvafiq olaraq 87.563,63 avro, 74.967,17 avro və 33.426,10 avro məbləğlər ödənilməyib. Yəni, ərizəçinin sifarişi əsasında keçirilmiş məhkə mə ekspertizası rəyində konkret sənədlərlə (MST-nin çoxsaylı ödəniş tapşırıqları, SWİFT sənədləri və "B" Şirkətinə xidmət edən bankın sənədləri ilə) 195.956,90 avro borcun iddia tələbinin əsasını təşkil edən sifariş aktları üzrə müəyyən edilsə və əsaslandırılsa da, apellyasiya məhkəməsi bunları görməyib. Həmin ödəniş tapşırıqları və SWİFT sənədləri kommersiya mübahisəsinə dair iş materiallarındadır. Məhkəmənin əsas götürdüyü ekspert rəyinə (Məhkəmə Ekspertizası Mərkəzinin rəyi) gəlincə isə, ekspert AzəriGazBankdan MST-yə daxil olmuş məktubda göstərilən, ödəniş tapşırıqları, SWİFT bildirişləri, gömrük sənədləri, NATİXİS Bankın ("xxxx" Şirkətinə xidmət edən bank) çıxarışlarına əsaslanmayan rəqəmləri heç bir tədqiqat, yoxlama aparmadan ekspertiza rəyinə köçürüb. Ekspert öz vəzifəsinə o dərəcə də biganə və məsuliyyətsiz yanaşıb ki, rəydə hətta məktubdakı mexaniki səhvlər də eyni qaydada təkrarlanıb.

39. Kassator kassasiya şikayətini MPM-nin 217.4-cü, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3, 5.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə iclasında iştirak edən İddiaçı A-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ilkin iddia ərizəsinə aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. İddiaçı A v əkilinin dedikləri ilə razı olduğunu bildirdi və onun dediklərini təsdiqlədi.

43. Məhkəmə iclasında iştirak edən MST-nin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. İddiaçı A apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddia ərizəsinə aid hissədə mü bahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

47. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir....” “Maddə

193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir....” “Maddə

194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur....” “Maddə

196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.” “Maddə

198. Yeni kreditorun tələblərinin sübutu... 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müdd əti sayılır. Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhd əliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız va rlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....”

48. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. M əhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi... 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır....” 49. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:... 1.0.4. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;...” 50. “Beynəlxalq xüsusi hüquq haqqın da” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiq dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.... “Maddə 19.İddia müdəti 19.1. Mü vafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir....” “Maddə

5. İmperativ normanın tətbiqi 5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir....”

51. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”

52. İHAM-in “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlil lər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Fransa Respublikasının qanunvericiliyi tətbiq edilməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə dair dəlilləri (bax yuxarıda §§ 34-37) ilə nəticə etibarilə razılaşmır. 55. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrindən (bax yuxarıda § 50) aydın şəkildə görsənir ki, həmin Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq oluna bilər.

56. Halbuki hazırkı mübahisənin tərəfləri Azərbaycan Respublikasında qeydə alınmış fərdi sahibkar və hüquqi şəxsdir. Bu baxımdan həmin mübahisə xarici elementli hesab edilə bilməz. 57. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda mülki hüquqi münasibət üzrə xarici fiziki və ya hüquqi şəxsə məxsus olan tələb hüququnun Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsinə satıldığı hallarda həmin münasibətin bundan sonra da xarici elementli hesab olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır.

58. MM-in 9.1-ci maddəsinin (bax yuxarıda § 47) tələbinə görə, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir.

59. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin xarici elementli hesab edilməyən hazırkı mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin qeyri-mümkün olmasına dair nəticəsini düzgün hesab edir.

60. Kassatorun digər dəlili (bax yuxarıda §38) Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin əsassız, iddiaçı tərəfin müraciəti əsasında hazırlanmış "G" MMC-nin rəyinin isə əsaslı olması, habelə iddia predmeti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin əsassız nəticəyə gəlməsi ilə əlaqədardır.

61. Məhkəmə kollegiyası həmin dəlil üzrə aşağıdakı səbəblərdən ayrıca hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət baxımından lüzum görmür.

62. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ilkin iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Həmin məsələ apellyasiya instansiyası məhkəməsinin qətnaməsində kifayət qədər ətraflı şəkildə əsaslandırılmışdır.

63. Kassator hazırkı kassasiya şikayətində iddia müddənin ilkin iddiaçı tərəfindən ötürülməsinə dair apellyasiya inst ansiyası məhkəməsinin əsaslandırmasının qanunvericiliyin tələblərinə zidd olduğunu mübahisələndirməmiş, bununla bağlı hər hansı dəlil gətirməmişdir.

64. Bu o anlama gəlir ki, İddiaçı A apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ilkin iddiaçı tərəfindən ötürülməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır.

65. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, kassatorun hazırkı dəlilinin əsaslı olduğu hətta ehtimal edilsə belə, iddia müddəti ötürüldüyündən və qarşı tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia tələbinin təmin olunması istənilən halda qeyri-mümkündür.

66. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı A-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 22(103)-72/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar