Məhkəmə qərarları › İş №2-2(102)-312/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-312/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-312/2024 22.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kol legiyasının 2024-cü il 24 yanvar tarixli 2-2(105)-12/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı "xxxx" MMC (bundan sonra-“cavabdeh”) ilə alıcı İddiaçı MMC (bundan sonra“iddiaçı”) arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli ** nömrəli alqı-satqı müqaviləsinə alıcı bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcıdan metal materialları (bundan sonra-mal) almağı, satıcı 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1 və 1.2-ci bəndlər). Müqavilənin müvafiq bəndlərində həmçinin aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.4-cü bənd: Satıcı satılan malı öz anbarından alıcının nümayəndəsinə təhvil verir; - 1.5-ci bənd: Malın da şınması alıcının nəqliyyat vasitəsilə həyata keçirilir; - 1.6-cı bənd: Malın göndərilmə tarixi yolasalma sənədlərində qaimə-fakturalarda göstəriləy tarix hesab edilir; - 2.1-ci bənd: Satılan malın bir tonun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir; - 2.2-ci bənd: Alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir; - 3.2-ci bənd: Malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir və orada aşağıdakılar göstərilir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi; - 4.1-ci bənd: Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətin in bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır.

2. Cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 9 dekabr tarixli ******* nömrəli qaimə fakturada 19,740 ton və 10,375 ton; 2020-ci il 10 dekabr tarixli ******* nömrəli qaimə fakturada 10,330 ton və 10,670 ton; 2020-ci il 11 dekabr tarixli ******* nömrəli qaimə fakturada 13,525 ton, 5,515 ton və 5,010 ton; 2020-ci il 14 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 12,380 ton, 4,950 ton və 4,890 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar kserosurət olmaqla “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil aldı” qrafasında h ər hansı imza mövcud deyil. 3. 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 69.762,78 manat (59.121 manat malın dəyəri + 10.641,78 manat ƏDV) dəyərində 65.690 ton həcmində “10/32” markalı armatur, 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 29.974,95 manat (25.402,5 manat malın dəyəri + 4.572,45 manat ƏDV) dəyərində 28.225 ton həcmində “F12” markalı armatur və 1 tonu 870 manatdan hesablanan ƏDV daxil 6.463,47 manat (5.477,52 manat malın dəyəri + 985,95 manat ƏDV) dəyərində 6,296 ton həcmində “F16” markalı armatur olmaqla, ümumilikdə ƏDV daxil 106.201,20 manat (90.001,02 manat malın dəyəri + 16.200,18 manat ƏDV) dəyərində 100,211 ton armaturun təqdim edilməsinə dair 2020-ci il 15 dekabr tarixli EBAT 914370 nömrəli elektron qaimə tərtib edilmişdir.

4. Alıcı tərəfindən satıcının hesabına 2020-ci il 16 dekabr tarixində 20.000 manat (+3.600 manat ƏDV), 2020-ci il 17 dekabr tarixində isə 70.001,02 manat (+12.600,18 manat ƏDV) olmaqla, ümumilikdə 90.001,02 manat (+16.200,18 manat ƏDV) məbləğində pul köçürülmüşdür.

5. İddiaçı (alıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 16 dekabr tarixli ******* nömrəli qaimə fakturada cəmi 23,620 ton, 2020-ci il 22 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar da kserosurət olmaqla, “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil aldı” qrafasında hər hansı imza mövcud deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İd diaçı 2023-cü il 31 may tarixində cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hazırkı bazar qiyməti üzrə 52.960 ton armaturun dəyərini təşkil edən 58.256 manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, alıcı öhdəliyini icra edərək, 100 ton məhsulun dəyərini satıcının hesabına köçürsə də, satıcı öz öhdəliyini tam yerinə yetirməmiş, ******* və ******* nömrəli qaimə fakturalarından göründüyü kimi yalnız 47,040 ton malı təhvil vermiş, qalan 52,960 ton malın təhvil verilməsindən isə bu günə qədər boyun qaçıraraq müqavilə öhdəliyini kobud surətdə pozmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddianın məhkəməyə təqdim edildiyi tarixə 1 ton armaturun bazar dəyərinin 1100 manat təşkil etmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 18 avqust tarixli UNİ/A 21-417/23 nömrəli “Tikinti materialının bazar dəyəri ilə bağlı” arayışında çoxmənzilli yaşayış binalarının tikintisində istifadə olunan 500 marka armaturun 1 tonunun bazar qiyməti 1080-1110 manat (ƏDV daxil deyil) aralığında müəyyən edildiyi bildirilmişdir.

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, hazırkı iddia tələbinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Ona görə ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələrək cavabde hin 2020-ci il 15 dekabr tarixli elektron qaiməsi əsasında iddiaçı tərəfindən 2020-ci il 16 dekabr tarixində ödənilmiş 90.000 manat (ƏDV xaric) məbləğə münasibətdə bütün mallar iddiaçıya təhvil verilmiş, hətta iddiaçının növbəti partiya üzrə mala görə cavabdehə bu günədək borcu yaranmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qəbul etdiyini bildirdiyi 47,040 ton mala dair məhkəməyə 2 ədəd qaimə faktura təqdim etsə də, digər partiya (4 ədəd) qaimə fakturaları nədənsə təqdim etməmiş və həmin malların ona təhvil verilməməsi görüntüsünü yaratmaq istəmişdir. Müqavilə şərtlərində mala görə ödənişin öncədən həyata keçirilməsi qeyd edilmiş, əslində isə tərəflər arasında işgüzar münasibət qarşılıqlı etimada əsaslanmış və buna görə hər həftə alınan bir neçə partiya mallar əvvəlcədən razılaşdırılaraq a lıcıya təqdim edildikdən sonra, bir-iki gün ərzində həmin malların ödənişi həyata keçirilməklə və növbəti həftə üçün mal sifariş olunarkən əvvəlki malların pulu alıcı tərəfindən tam ödənilməklə şərtləndirilmişdir. Bu yolla iddiaçı təşkilata cavabdeh tərəfindən 6 maşın (partiya) mal tədarük olunaraq göndərilmişdir. Müqavilə bağlandıqdan sonra növbəti gündən başlayaraq 2020-ci ilin 9, 10, 11 və 14 dekabr tarixlərində (həftə içi boyu) cavabdeh tərəfindən mal tədarük olunmuş və iddiaçıya 97.380 ton mal (ƏDV xaric 87.646,50 manat) göndərilmişdir. Növbəti partiya mal iddiaçıya 16 və 22 dekabr 2020-ci il tarixlərində 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı isə əvvəlki partiya mala görə və yeni maldan 2.353 manat ödəniş etməklə 2020-ci il 15 dekabr tarixində verilmiş elektron qaimə üzrə ümumili kdə 90.000 manat (ƏDV xaric) ödəniş həyata keçirmişdir. Göründüyü kimi, əslində iddiaçının (2020-ci il 16 və 22 dekabr tarixləri üzrə) aldığı 47,040 ton yeni partiya üzrə mala görə cavabdehə (47,040 x 900 manat = 42336 - 2353) 39.982,50 manat (ƏDV xaric) borcu yaranmış olur. Belə ki, həmin maldan qeyd edilən kimi 2.353 manat ödəniş edilsə də, qalan 39.982,5 manat ƏDV xaric məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh iddiaçı ilə işgüzar münasibətə və gələcək əməkdaşlığa sadiq qalaraq, hələ ki, həmin borcu rəsmi olaraq tələb etməmişdir. Lakin iddiaçı digər aldığı malların qəbul edilmə faktını gizlədərək, suni borc görüntüsü yaratmaqla, məhkəməni işin əsl mahiyyətindən yayındırmağa və bu yolla əsassız varlanmağa çalışmışdır. Yuxarıda qeyd olunan hallar üzrə hər partiya malların iddiaçıya gönd ərilməsi cavabdeh tərəfindən yük avtomaşınlarına malı yükləyən əməkdaşların iştirakı ilə həyata keçirilmişdir. Mallar göndərilərkən iddiaçı ilə cavabdehi tanış edən və arada işgüzar münasibətin qurulmasında vasitəçi kimi çıxış edən şəxslər də iştirak etmişlər. Həmin şəxslər malların həqiqətən iddiaçıya göndərilməsi faktını və bununla bağlı digər halları məhkəmədə şahid ifadələri vermək üçün dəvət olunacaqlar.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçı tərəfindən təxminən 100 ton armaturun dəyəri olaraq 90.001,02 manat məbləğində pul ödənilsə də, cəmi 47,040 ton malın təhvil alınmışdır. Təhvil verilmiş 47,040 ton armaturla əlaqədar tərəflər arasında heç bir sənəd imzalanmas a da, iddiaçı tərəf cavabdehdən ödənilmiş pulun müqabilində verilməli olan armaturların hamısını tələb etdikdə, cavabdehin səlahiyyətli şəxsləri 2021-ci ilin sonunda onlara müvafiq qaydada imzalanmamış 2 ədəd qaimə fakturanın kserosurətlərini təqdim edərək, orada qeyd olunan cəmi 47,040 ton armaturun təhvil verildiyini bildirmişlər. Qaimələrdə malları kimin təhvil aldığı yazılmadığı üçün iddiaçı tərəf həmin qaimələri sübut kimi qəbul etməsə də, hər iki qaimədə cavabdeh tərəfin qeyd etdiyi 47,040 ton armaturu aldığını təsdiq edir. Çünki, tərəflər arasında baş tutan həmin danışıqlara əsasən 47.040 ton armaturun verildiyi dəqiqləşdirilmişdir, lakin məhkəməyə təqdim edilən həmin 2 ədəd qaimə fakturanın əsli iddiaçıda yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi qaimə fakturaların isə istənilən v axt yazılması mümkün olmaqla, həmin qaimə fakturalarda da armaturu təhvil alanın imzası mövcud olmamışdır. Bununla belə, dəfələrlə tələb olunmasına baxmayaraq qalan armaturlar iddiaçıya təhvil verilməmiş və tikinti bazarında həmin armaturların qiyməti artmışdır.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı sonuncu tarix üzrə ona göndərilən malın (47,040 ton) qəbul edildiyini təsdiq etsə də, bundan əvvəl göndərilən 4 partiya (elektron qaimə üzrə - 100 ton 211 kq) malın qəbul edilmədiyini bəyan edir. İddiaçı bunu tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktının olmaması ilə izah edir. Halbuki, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Deməli, tərəflər arasında müqavi lə üzrə malın təhvilinə dair işgüzar münasibət, malın təhvilinə dair ayrıca təhviltəslim aktı olmadan həyata keçirilir və bu hal qəbul olunandır.

12. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4, X1, X2 və X3 ifadələrində cavabdeh ilə əməkdaşlıq edən sürücü və işçilər kimi 2020-ci ilin dekabr ayında iddiaçının tikinti obyektinə yük avtomobili ilə armatur məhsulları apardıqlarını, lakin daşıdıqları armaturların təhvil verilməsi ilə əlaqədar hər hansı bir sənəd, o cümlədən də təhvil-təslim aktı, qaimə faktura və s. imzalamadıqlarını bildirmişlər.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli e-2-2(119)767/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Z.Sadiqov).

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış metal materialların alqı-satqısı ilə əlaqədar 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə satıcı tərəfindən alıcıya malın dəyəri 90.001,02 manat və ƏDV məbləği 16.200,18 manat olmaqla, cəmi 106.201,2 manat dəyərində armaturların satılması üçün 15 dekabr 2020-ci il tarixli elektron qaimə təqdim olunmuş, alıcı tərəfindən isə satıcının bank hesabına həmin elektron qaimə əsasında 16 dekabr 2020-ci ildə 20.000 manat və 17 dekabr 2020-ci ildə isə 70.001,02 manat olmaqla, ümumilikdə həmin malların dəyəri olan cəmi 90.001,02 manat məbləğində pul vəsaiti (əlavə olaraq “ƏDV sub-uçot” hesabına isə cəmi 16.200,18 manat ƏDV məbləği) ödənilmişdir. Qeyd olunan b u xüsusatlar həmin sənədlərlə mübahisəsiz olaraq təsdiq olunur və tərəflər işin bu hallarını mübahisələndirmirlər. Lakin müqavilə üzrə satıcının hesabına köçürülmüş 90.001,02 manat məbləğində pul vəsaiti müqabilində alıcıya armatur məhsullarının təhvil verilməsi (satılması) mötəbər sübut qismində qəbul edilməsi mümkün olan rəsmi sənədlərlə təsdiq olunmur. Çünki, müqavilədə nəzərdə tutulan qaydada malların təhvil verilməsini təsdiq edən rəsmi sənədlər (təhvil-təslim aktı, qaimə-faktura və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş yuxarıda adı çəkilən qaimə fakturalar isə malları təhvil alan şəxs tərəfindən imzalanmamış və həmin sənədlərdə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məlumatlar (malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, gön dərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi) qeyd olunmamışdır. Lakin iddiaçının (alıcının) nümayəndəsi məhkəmə araşdırması zamanı müqavilə əsasında ödənilmiş 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton həcmində “F16” markalı və bir tonun qiyməti 900 manatdan hesablanan digər markalı armatur olmaqla, cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunu aldığını etiraf etmişdir. Yəni satıcı tərəfindən alıcıya elektron qaimədə qeyd olunan armaturların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan rəsmi sənədlər məhkəməyə təqdim olunmasa da, alıcının öz etirafı ilə məlum elektron qaimədə qeyd olunan 90.001,02 manat məbləğində pul vəsaitinin əvəzində təhvil verilməsi nəzərdə tutulan ümumili kdə 100,211 ton armaturun yalnız bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton miqdarında “F16” markalı armatur və bir tonun qiyməti 900 manatdan hesablanan 40,744 ton miqdarında digər markalı armaturlar olmaqla (təhvil verilən digər armatur məhsullarının 1 tonunun qiyməti 900 manatdan hesablanmışdır), cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunun alınması təsdiq olunur.

15. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə qarşı etirazda qeyd olunan məlum iddia tələbinin əsassızlığı ilə əlaqədar cavabdeh tərəfin dəlilləri öz təsdiqini tapmır. Çünki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində alınan malların pulunun əvvəlcədən ödənməsi (2.2-ci bənd) və malların müvafiq qaydada tərtib edilmiş sənədlər əsasında təhvil verilməsi (3.2-ci bənd) nəzə rdə tutulmasına baxmayaraq, cavabdeh (satıcı) tərəfindən hər hansı bir miqdarda armaturun iddiaçıya (alıcıya) təhvil verilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan heç bir sənəd məhkəməyə təqdim olunmamışdır (yuxarıda qeyd olunan hallara görə və məhkəməyə təqdim olunmuş məlum qaimə fakturaların (kserosurətlərinin) isə bu alqısatqı üzrə malların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün deyildir). Halbuki, alıcı (iddiaçı) məlum elektron qaimədə tələb olunan pul məbləğini satıcıya (cavabdehə) rəsmi qaydada ödəmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə təhvil verilən armaturların miqdarını təsdiq edən mötəbər sənədlər olmadığı və alıcı tərəf isə bu alqı-satqı üzrə ümumilikdə cəmi 47,040 ton miqdarında armatur almasını etir af etdiyi üçün işin halları tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınmaqla qiymətləndirilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından və mötəbər sübutlar əsasında təsdiq olunan xüsusatlardan görünür ki, müqavilə əsasında təqdim olunan 15 dekabr 2020-ci il tarixli elektron qaimə üzrə satıcı tərəfindən alıcıya təhvil verilməli olan cəmi 90.001,02 manat dəyərində qiymətləndirilmiş müxtəlif markalı armaturlardan 1 tonu 870 manatdan hesablanan 5477,52 manat dəyərində 6,296 ton “F12” markalı armatur və 1 tonu 900 manatdan hesablanan 36.669,6 manat dəyərində 40,744 ton digər markalı armatur olmaqla, cəmi 42147,12 manat dəyərində 47,040 ton armatur təhvil verilmişdir (6,296 ton x 870 manat + 40,744 ton x 900 manat = 42147,12 manat). Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya 47.853,9 manat dəyərində armaturun verilmədiyi müəyyən olunur (ümumi ödənilən pul: 90.001,02 manat - təhvil verilən armaturun qiyməti: 42.147,12 manat = 47.853,9 manat qalıq borc). İşin konkret hallarına görə 47.853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi qismən, yəni 47853,9 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 448.1, 567, 568.1, 569.1, 575.1, 599.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra- “MPM”) 14.2, 77.1, 88, 89, 106.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 yanvar tarixli 2-2(105)-12/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qət naməsi qismən-cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və E.Əhmədov).

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il 9, 10, 11 və 14 dekabr tarixli qaimə fakturalarda da müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da, eynilə iddiaçının qəbul etdiyi 2020-ci il 16 və 22 dekabr tarixli iki qaimə fakturada olduğu kimi, “Təhvil aldı” qrafalarında hər hansı bir imza mövcud olmamışdır. İddiaçı isə bu qaimə-fakturaları qəbul etməmiş, həmin qaimə fakturaların kserosurətlərində qeyd olunan armaturların ona təqdim edilmədiyini bildirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin işin həmin halına istinad edərək 2 qaimə faktura üzrə malın alınması ilə bağlı iddiaçının etirafını nəzərə alaraq, həmin hissədə iddianı qismən təmin etməsi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı yalnız ödəniş edilməsinə əsaslanaraq göndərilməmiş mallar üçün ödənilmiş məbləği tələb edir və 2 qaimə fakturanı “sübut kimi qəbul etməsə də” həmin qaimələr üzrə malları qəbul etdiyini bildirir. Cavabdeh isə mübahisələndirilən 4 qaimə fakturaya istinad edərək malları göndərdiyini və bununla da iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığına əsaslanır.

23. İddiaçının etirafına əsaslanmaqla qaimə fakturaların bir qisminin məqbul, digər qisminin isə qeyri-məqb ul hesab olunması yolverilməzdir. Belə ki, iddiaçı tərəfindən ödənişlər edilməsi barədə sübut iddianın təmin olunması ilə bağlı birmənalı nəticəyə gəlməyə imkan vermir. İddianın əsaslılığı bir neçə sübutla təsdiqlənmir. Məhkəmə isə yalnız iddia tələbində iddiaçının istinad etdiyi dəlillərlə kifayətlənmiş, tələbin əsasını təşkil edən halların iş materialları ilə sübuta yetirilib-yetirilməməsini yetərincə araşdırmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 567, 568.1, 569.1-ci və MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. K assasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 442, 445 və 560.3.2-ci maddələrinin tələbləri düzgün tətbiq edilməmişdirbirinci instansiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin icra edilməmiş hissəsi ilə bağlı düzgün qənaətə gəlsə də, apellyasiya məhkəməsi kobud şəkildə pozuntulara yol verərək, tərəflər arasında olan müqaviləni və digər sübutları dəyərləndirmək əvəzinə, cavabdeh tərəfin saxta sübutları və hüquqdan sui-istifadə hallarını dəyərləndirərək əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə tərəflər arasında olan etibarlı müqavilənin tələblərinə deyil, cavabdehin heç bir real sübutlarla əsaslandırmadığı fikirlərinə istinad edərək tərəflər arasında olan öhdəlik münasibətlərini tamamilə fərqli qaydada təfsir etmişdir. Əgər məhkəm ə tərəflər arasında olan müqavilənin şərtlərini nəzərə alsa idi, həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın dəyərinin alıcı tərəfindən əvvəlcədən ödənilməsinin razılaşdırıldığı aydın olardı. Alıcı tərəfindən ödənişin edilmədiyi halda 50.338 ton məhsulun təhvil verilməsi tərəflər arasında olan razılığa əsasən mümkün deyildir. Həmçinin, cavabdeh malların təhvil verilməsi barədə kargüzarlıq səhvlərini tərəflər arasında olan işgüzar adətlər olaraq təqdim etmiş, bununla da müqavilə üzrə öhdəliklərindən boyun qaçırmış, əksinə iddiaçı tərəfindən 39.982,5 manat öhdəliyinin icra edilmədiyini bildirirərək hüquqdan sui-istifadəyə yol vermiş, iddiaçını borclu vəziyyətə salmışdır. İddiaçı vicdanlılıq prinsipini əsas tutaraq, 47,040 tondan ibarət ilk iki partiya malın verilməsi zamanı cavabdeh tərəfi ndən kargüzarlıq səhvlərinə yol verilməsinə, yəni təhvil-təslim aktlarının qaydasında olmamasına göz yummuşdur. Nümayəndəsi çıxışlarında da dəfələrlə qeyd etmişdir ki, 2020-ci il 16 və 22 dekabr tarixli qaimə fakturaları üzərlərində hər iki tərəfin imzası olmadığından sübut olaraq qəbul etmir. Hətta həmin qaimə fakturalarda olan qaimə çeşidlərini də qəbul etməmiş, yanlız həmin qaimə fakturalarda olan əlyazısını məhkəmənin diqqətinə çatdırmışdır. Buna baxmayaraq, məhkəmə bu epizodik razılaşmanı tərəflər arasında olan bütün münasibətlərə tətbiq etmiş və müqavilədə qeyd olunan öhdəlikləri kənara qoyaraq, həmin müqavilənin sadəcə “şərtilik”dən ibarət olduğunu bildirərək, tamamilə hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

27. MM-nin 443.3-cü maddəsinin tələbləri pozul muşdur-iddiaçıya təhvil verilməmiş malın əvəzində onun hazırkı bazar dəyəri əsas götürülərək zərər məbləği müəyyən edilməli olması, müvafiq qanun norması ilə aydın olaraq müəyyənləşdirilmişdir. 1 ton armaturun hazırkı bazar dəyəri 1.110 manat təşkil edir. Həmin faktı təsdiq edən arayış iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bu dəlillər nəzərə alınmaqla, iddianın tam şəkildə təmin edilməməsi qanunsuz olmuşdur.

28. MPM-in 76, 88, 217-ci maddələri üzrə - hazırkı işdə iddiaçı və cavabdeh tərəfindən təqdim olunan qaimələrin tarixləri arasında ən çoxu 13 gün fərq olmasına baxmayaraq, nömrələrinin ardıcıllığı arasında ağlasığmaz fərq vardır. Həmçinin, həmin qaimələrin rəng və keyfiyyəti arasında da tarixlərinə uyğun olmayan fərqlər vardır. Qeyd olunanlar onu göstərir ki, qaimə fakturalar cavabdehin özü tərəfindən məhkəmə mübahisəsi yarandıqda məhkəməni aldatmaq məqsədi ilə tərtib edilmişdir və tərəflər arasında olan real münasibətləri, təhvil verilmiş məhsulları əks etdirməməkdədir. Məhkəmə isə sübutları qiymətləndirərkən iddiaçıya qarşı qərəzli mövqedən çıxış etmiş, tərəflər arasında olan etibarlı müqavilədən yaranan münasibətlərə əhəmiyyət verməyərək, cavabdeh tərəfin formal mülahizələrinə əsaslanmış, malların təhvil verilməsinə dair hər hansı real sübutların olmamasına baxmayaraq, cavabdehin və onun işçilərinin ifadələrinə istinad edərək əsassız olaraq 100,211 ton malın təhvil verildiyinə, hətta iddiaçının borcunun olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdir ilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “ Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən ləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsini n icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi..... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; (qeyd edilən redaksiya 2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilmişdir)... 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;...”

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə ləğv edilmişdir) müva fiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir, “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə fakturanın “Əsas” rekvizitində öz əksini tapır.”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzr ə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” «Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hü quq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....» “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Tərəflər arasında 100 ton müxtəlif mark alı armatur materialının alqı-satqısı barədə 2020-ci il 8 dekabr tarixli müqavilə bağlanması, alıcı (iddiaçı) tərəfindən həmin müqavilə üzrə verilməli olan malın dəyəri kimi ümumilikdə 90.001,02 manat ödəniş edilməsi, satıcı (cavabdeh) tərəfindən isə 47,040 ton malın təhvil verilməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarıdır.

37. Hazırkı mübahisə qalan 52.960 ton armaturun alıcıya (iddiaçıya) təhvil verilibverilməməsi ilə bağlıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından mülki qanunvericiliyin alqı-satqı müqaviləsi ilə bağlı normaları nəzərdən keçirilməlidir.

39. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (bax bu qərarın 32-ci bəndi). İki tərəfli müqavilə olan alqı-satqı müqaviləsi üzrə tərəflər, öhdəliklərin icrası ardıcıllığını iradə sərbəstliyi əsasında istənilən şəkildə müəyyən edə bilərlər (məsələn: əvvəl satıcı əşyanı təhvil verir, sonra isə alıcı əşyanın dəyərini ödəyir və ya əksinə).

40. Baxılan işdə tərəflər arasındakı mübahisə, müqaviləyə əsasən tələb olunan miqdarda malın verilməməsi ilə bağlı olduğundan, ilk növbədə onların arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli müqavilənin məzmununa diqqət edilməlidir.

41. Sözügedən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulub ki, alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir.

42. Hazırda iddiaçı aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə uyğun olaraq, cavabdeh tərəfi ndən tərtib edilən 2020-ci il 15 dekabr tarixli elektron qaimə əsasında 2020-ci il 16 və 17 dekabr tarixlərində 90.001,02 manat olmaqla, alacağı malın dəyərini əvvəlcədən ödəməsinə, ödənişin müqabilində cavabdeh tərəfindən bu tarixdən sonra ona cəmi 47,040 ton mal verilməsinə, qalan 52.960 ton malın isə indiyə kimi verilməməsinə istinad edərək, almadığı malın hazırki bazar qiyməti ilə dəyərinin ona ödənilməsini tələb edir.

43. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçı ilə işgüzar münasibətlərinin aralarında yazılı formada bağlanmış müqavilənin şərtlərindən fərqli formada olduğunu, müqavilədə malların dəyərinin əvvəlcədən ödənilməsi göstərilsə də, alıcı tərəfindən mallar təhvil verildikdən sonra ödəniş edildiyini bildirərək, iddiaçıya 2020-ci il 9, 10, 11 və 14 dekabr tarixlərində 4 parti ya olmaqla, ümumilikdə 100,211 ton mal təhvil verdiyini, bu barədə 2020-ci il 15 dekabr tarixli elektron qaimə verdiyini və iddiaçı tərəfindən bu tarixdən sonra 16 və 17 dekabr tarixlərində malın dəyərinin hissə-hissə tam ödənildiyini, sonradan 16 və 22 dekabr tarixli qaimlərdə göstərilmiş malların isə əlavə göndərildiyini, iddiaçının hazırda həmin malların dəyərindən ona 39.982,50 manat borcunun olduğunu bildirir.

44. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə qətnaməsini ləğv edib, iddianı təmin olunan hissədə rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il 9, 10, 11 və 14 dekabr tarixli qaimə fakturalarda müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da, eynilə iddiaçının qəbul etdiyi 2020-ci il 16 və 22 dekabr tarixli iki qaimə fakturada olduğu kimi, “Təhvil aldı” qrafalarında hər hansı bir imza mövcud olmamışdır. Birinci instansiya məhkəməsi 2 qaimə faktura üzrə malın alınması ilə bağlı iddiaçının etirafını nəzərə alaraq, həmin hissədə iddianı qismən təmin etmişdir. İddiaçının etirafına əsaslanmaqla qaimə fakturaların bir qisminin məqbul, digər qisminin isə qeyriməqbul hesab olunması yolverilməzdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırki işdə apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, mübahisəyə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq hüquqi qiymət verməmişdir. Halbuki, sübutetmə yükünün düzgün müəyyən ol unması hər bir işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

46. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Həmçinin nəzərə alınmalıdır ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı).

47. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə müvafiq olaraq qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmələr ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməlidirlər. 48. 2020-ci il 8 dekabr tarixli ** nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndində tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, 3.2-ci bəndində isə ödənilmiş vəsaitə uyğun dəyərdə malın isə qaimə faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, alıcı (iddiaçı) tərəfindən müqavilə üzrə verilməli olan malın dəyəri kimi ümumilikdə 90.001,02 manat ödəniş edilməsi mübahisə doğurmadığından, müqavilə şərtlərinə əsasən (müqavilənin 3.2-ci bəndi) həmin dəyərdə malın alıcıya (iddiaçıya) təqdim e dilməsi üzrə sübutetmə yükü də, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşür.

49. Cavabdeh tərəfindən bununla bağlı, birtərəfli qaydada tərtib olunmuş, alıcı (iddiaçı) tərəfindən təsdiq edilməyən 4 ədəd qaimə fakturanın surəti təqdim olunmuşdur.

50. Apellyasiya instansiyası məhkəməsi iddiaçının aldığını etiraf etdiyi 47.040 ton armatura görə tərtib edilmiş iki ədəd qaimə fakturanın da imzalanmamasını əsas götürməklə, sözügedən 4 ədəd qaimə fakturaya əsasən qalan malların da iddiaçıya təhvil verilməsi nəticəsinə gəlmişdir.

51. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cavabdehin təqdim etdiyi, birtərəfli qaydada tərtib edilmiş qaimə-fakturaların sübutların mümkünlüyünə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiy mət verməmişdir. Əvvəla ona görə ki, tərəflər 2020-ci il 8 dekabr tarixli ** nömrəli alqı-satqı müqaviləsinə əsasən 10/32, f12 və f16 markalı armaturun satılması barədə razılığa gəlmişlər (i.v 30), bu barədə tərtib edilmiş elektron qaimə fakturada da həmin markalı armaturlara görə ödənişin aparıldığı qeyd olunmuşdur (bax bu qərarın 3-cü bəndi). Lakin apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi, 4 ədəd qaimə fakturada isə mübahisəli dəyərdə 10/32, f12 və f16 markalı armaturun təqdim edildiyi göstərilməmişdir.

52. Digər tərəfdən, məhkəmənin müqavilədən irəli gələn münasibətləri bu müqavilə ilə müəyyən olunan şərtlərdən fərqli qaydada həll edə bilməsi üçün ya müqavilənin şərtləri sonradan dəyişdirilmiş olmalı, ya da müqavilənin təsfiri nəticəsində tərəflərin qarşılıq lı münasibətlərində yaranmış praktikanın fərqli məzmunda formalaşması müəyyən edilməlidir.

53. Baxılan iş üzrə, müqavilənin şərtlərinin sonradan dəyişdirilməsi halı baş verməmişdir. Tərəflər arasında sözügedən müqavilə şərtlərindən fərqli işgüzar praktikanın olub-olmamasına gəldikdə, nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməkl ə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər.

54. Hazırki işdə işin materiallarına, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, müqavilə şərtlərindən fərqli məzmunda praktikanın formalaşmasını təsdiq edən, hər iki tərəfin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar əlavə edilməmişdir.

55. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən müqaviləyə əsasən müəyyən miqdarda malın alınmasının etiraf edilməsi, həmin müqavilə üzrə verilməli olan, qalan malların da birtərəfli qaydada cavabdeh tərəfindən tərtib edilmiş, iddiaçının təsdiq etmədiyi sənədlər əsasında təhvili ilə bağlı praktikanın olması qənaətinə gəlməyə əsas verə bilməz. Apellyasiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, iddiaçı cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilmiş qaimə fakturaların heç biri ni sübut kimi qəbul etməmiş, yalnız 47,040 ton malı təhvil aldığını bildirmişdir.

56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi sübutların aidliyi və mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə, eləcə də tərəflər arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli ** nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinin tələblərinə zidd olmuşdur.

57. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verilməlidir. Məhz bu zərurətdən irəli gələrək MPM-in 89.3-cu maddəsi əsas sübut növlərindən biri olan və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməli olduğu barədə qayda müəyyən edir.

58. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

59. «Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkil də ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar» (Avropa Məhkəməsinin X5rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı, tərəflər arasında yaranmış mübahisəyə ilk növbədə müqavilənin şərtləri əsasında qiymət verilməli, həmin müqavilənin icrası ilə bağlı tərəflər arasında formalaşmış, fərqli işgüzar praktikanın olub-olmamasına, işin materiallarında olan, birtərəfli qaydada tərtib olunmuş mübahisəli 4 ədəd qaimələrin hazırki işə aidiliyinə və mümkünlüyünə prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməli, tətbiq edilməli maddi hüquq norma sı tətbiq edilməlidir (bax yuxarıda bu qərarın 32-ci bəndi).

61. Cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il 15 dekabr tarixli elektron qaimə fakturanın qiymətləndirilməsi zamanı isə nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir (bax §33-34).

62. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki,... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

63. Məhkəmə kollegiyası, kassasiya şikayətinin müqavilə üzrə armaturun 1 tonunun qiymətinin hazırkı bazar qiyməti əsasında müəyyən edilməli olması barədə dəlilinə münasibətdə vurğulamağı zəruri hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən də göründüyü kimi, iddiaçı hazırda müqavilə üzrə öhdəliyin icrasını (yəni verilmədiyini iddia etdiyi malın təhvil verilməsini) deyil, həmin öhdəliyin icra edilməməsi nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir.

64. Bu hissədə apellyasiya şikayəti təmin edilməsə də, məhkəmə qətnaməsində həmin tələbə münasibətdə MM-nin 443 və 21-ci maddələrinin dispozsiya şərtlərinin olubolmaması istiqamətində hər hansı qiymətləndirmə aparılmamışdır. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (MPM-nin 392.2-ci maddəsi).

65. Beləl iklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına görə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

66. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 yanvar tarixli 2-2(105)-12/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar