Məhkəmə qərarları › İş №2-2(102)-313/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-313/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-313/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 31 yanvar tarixli, 22(103)-88/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh2 arasında 2016-cı il 29 noyabr tarixli, 07-LA/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 1.950.700 manat olan kompleks istixana avadanlığını satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 10 il müddətinə lizinq alana lizinqə vermişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adl andırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki birinci iddia üzrə icraat

3. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra cavabdeh) oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə 611506 manat g ecikdirilmiş əsas borc və hesablanmış 298.501,36 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 910.357,36 (doqquz yüz on min üç yüz əlli yeddi manat 36 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə üzrə 611506 manat gecikdirilmiş əsas borc və hesablanmış 298501,36 manat cərimə borcu yaranmışdır.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 427.3, 445.2.1, 748-1.12.4, 465.2-ci maddələrinə, “Dövlər rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin (bundan sonra-“MPM”) 40.1-ci maddəsinə istinad etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli, e-2-2(113)-374/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, həll edilməsi üçün ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2016-cı il 29 noyabr tarixli 07-LA/16 saylı lizinq müqaviləsi üzrə Maliyyə arayışının verilmə tarixinə (2021-ci il 6 iyul tarixinə) borcu nə qədər təşkil edir?

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 20 a prel tarixli, 9/518 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə iş materiallarında olan ödənişlərin və cərimələrin hesablanması qrafiki, ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, tərəflər arasında bağlanmış 2016-cı il 29 noyabr tarixli 07-LA/16 nömrəli lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 ekspertiza qarşısında qoyulmuş sual üzrə hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 2021-ci il 6 iyul tarixə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən əsas borc 611.506,00 manat, lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə borcu 298.501,36 manat müəyyən edilmişdir.

9. Bakı Kommersiya Mə hkəməsinin 17 iyun 2022-ci il tarixli e-2-2(113)-374/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 611.506 manat, cərimə borcu üzrə 30.000 manat olmaqla cəmi, 641.506 (altı yüz qırx bir min beş yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Aqroservis” ASC ("xxxx" ASC) ilə Cavabdeh2 arasınd a 29 noyabr 2016-cı il tarixli 07-LA/16 nömrəli müqavilə bağlanılmışdır. Müqavilə üzrə nəzərdə tutulmuş kompleks istixana avadanlıqları 03 dekabr 2016-ci il tarixli aktla lizinq alana təhvil verilmişdir. Lizinq müqaviləsinin müddəti 2026-cı ilin sonunadək təşkil edir, hazırki iddia tələbi cavabdehin 06 iyul 2022-ci il tarixinədək yaranmış borcuna görədir.

11. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına MM-nin 747.1, 748-1.12, 7481.12.4-cü maddələrinin tələbləri baxımından qiymət verərək qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, cavabdehin 06 iyul 2022-ci il tarixinə 611.506 manat məbləğin də əsas borcu vardır. Bundan başqa işin materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin 06 iyul 2022-ci il tarixinə 611.506 manat məbləğində gecikdirilmiş əsas borcu mövcuddur.

12. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

13. Məhkəmə dəbbə pulunun tutulması tələbinə MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli olmayan 611.506 manat manat məbləğində əsas borcuna münasibətdə 30.000 manat məbləğində dəbbə pulu daha a ğlabatan və ədalətlidir.

14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-88/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli e-22(113)-374/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova, A.Hüseyn).

16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təş kil edir.

17. İşin materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

18. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən 07 iyul 2021-ci il tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) ilə təsdiq olunur ki, lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 611.506 manat təşkil edir.

19. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2022-ci il tarixli rəyindən g örünür ki, cavabdehin 06 iyul 2022-ci il tarixinə 611.506 manat məbləğində əsas borcu vardır.

20. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.

21. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət vermiş və işin hallarını, yəni əsas borcun məbləğini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və mövcüd məhkəmə təcrübəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı 30.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

22. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il 120 saylı qərarında kənd təsərrüfatı sahəsinə, habelə dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsinə aid fəaliyyətlər qadağan edilməmişdir.

23. Dəbbə puluna dair isə qeyd olunmuşdur ki, MM-nin 467-ci maddəsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunun tam silinməsi deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, hazırki işdə məhkəmə tərəfindən həmin məbləğ kifayət qədər azaldılmışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya müraciət edilməsi mübahisənin həllinə təsir etmir.

24. Həmçinin məhkəmə izah etmişdir ki, MM-nin 448.1-c i maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

27. MPM-in 9.1, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur- bütün dünyaya məlum olduğu kimi “covid-19” virusunun yayılması səbəbi ilə Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə olan sərhədləri bağlanmışdır. İstixanada kənd təsərrüfatı məhsulu (pomidor) yetişdirilərək yerli sahibkarlar tərəfindən ölkə xaricində satışa çıxarılırdı. Lakin pandemiya nəticəsində kənd təsərrüfatı məhsulları ölkə sərhədlərindən kənara çıxarıla bilməmiş, hətta məhsullar sərhəddə saxlanılmışdır. Baş vermiş fors major haldan sonra cavabdeh tərəfindən ödənişlər tam həyata keçirilə bilməmişdir. Lakin hər ay müəyyən məbləğdə pul ödənilmişdir. İşin materiallarında olan ödəniş cədvəlləri ilə bu hal öz təsdiqini tapmışdır. Bütün bunlar öhdəliyin icrasından qərəzli olaraq cavabdehin yayınmadığını təsdiqlə yir. Məhkəmə tərəfindən bütün bu hallar, dövlət sərhədlərinin bağlı olması, təbii olaraq məhsulların satışa çıxarıla bilməməsi nəzərə alınmamışdır.

28. Bundan başqa iş materiallarına əlavə edilmiş ərizədən də göründüyü kimi 2020-ci il 15 fevral tarixdə cavabdeh tərəfindən "xxxx" ASC-nin idarə heyətinin sədri S.Mövlayevə ərizə ilə müraciə edilmişdir. Həmin ərizədə müəyyən səbəblərdən yeni qrafik əsasında ödənişlərin həyata keçirilməsi xahiş edilmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh qərəzli olaraq ödənişin həyata keçirilməsindən yayınmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi müqavilənin icrası qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə təxirə salına bilər. Ölkə sərhədlərinin bağlı olması, sərt karantin rejimi nəticəsində maddi çətinl iklərin yaranması öhdəliklərin tam icrasına maneə yaratmışdır. Buna görə də, məhkəmə tərəfindən əsas borcla yanaşı 30.000 manat məbləğində cərimə borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinin qət edilməsi qanunvericiliyin tələblərinə ziddir. Lakin bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verilən izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ol an həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

30. Kassasiya şikayətinin fors-major hal kimi pandemiya ilə bağlı quru sərhədlərin bağlanması səbəbindən ödənişlərin həyata keçirilə bilinməməsi dəlili apellyasiya şikayətinin də dəlilini təşkil etmişdir. Məhkəmə eyni dəlilə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli, 120 saylı qərarında kənd təsərrüfatı sahəsinə, habelə dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsinə aid fəaliyyətlər qadağan edilməmişdir. Eləcə də, iş ə əlavə edilmiş cərimənin hesablanması qrafikinə nəzər saldıqda qrafik üzrə ödənişlərə dair gecikmələrin başlanğıcının daha əvvəlki dövrlərə təsadüf etdiyini müəyyən etmək olur.

31. İddia ərizəsində də göründüyü kimi tələb edilən cərimə məbləği 298.501,36 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tələbin cərimə məbləğinə dair təmin edilmiş hissəsi formalaşmış məhkəmə təcrübəsində bir çox hallarda tətbiq edilən gecikdirilmiş əsas borc üzrə tələbin 10 faizi məbləğinə qədərdə deyil, daha az, yəni 30.000 manat məbləğə kimi azaldılmışdır. İddiaçı humanist yanaşma sərgiləyərək cərimə məbləğinə dair iddianın təmin edilməyən hissəsi ilə razılaşmış, məhkəmə aktından şikayət verməmişdir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olara q lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Cavabdeh kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə cavabdehdən dəbbə pulunun tutulması hissəsində mübahisələndirilmişdir. Bu baxımdan məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən cavabdehdən dəbbə pulunu n tutulması hissəsində yoxlanılacaqdır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün ə saslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq n ormaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

40. Əvvəla qeyd edilməlidir ki, hazırki qərarın 33-cü bəndinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən dəbbə (cərimə) pulunun tutulması hissəsində yoxlanılır.

41. İşə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin nor ma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, mövcud məhkəmə tə crübəsini və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən əsas borcun 5 faizinədək cərimənin tutulması Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

43. Cavabdehin kassasiya şikayətinin məlum pandemiya səbəbindən öhdəliklərin vaxtında icra edilməməsi barədə dəlili eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdehin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və gəlinən nəticə ilə razılaşır (bax yuxarıda § 22).

44. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 yanvar tarixli, 2-2(103)-88/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar