Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-314/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Mənzil-tikinti Kooperativinin cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Həsənov Vüqar hesab oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil-tikinti Kooperativinin (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli 2-2(103)-895/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən verilmiş 2011-ci il 18 mart tarixli 5936 saylı qaz təchizatı üçün verilmiş texniki şərtdən görünür ki, iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı yolunun kənarında 500 şagirdlik yerli məktəb binasının və idman kompleksinin qazanxanası 2011-ci il 25 yanvar tarixli 101 saylı müraciət əsasında qazla təmin olunmuş, texniki şərt verilmiş və razılaşdırılmışdır.
2. Cavabdeh tərəfindən verilmiş 2011-ci il 15 noyabr tarixli, 9221 saylı qaz təchizatı üçün texniki şərtdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır-Novxanı şossesinin sol hissəsində iddiaçının “Qurtuluş 93” Yaşayış Kompleksi 2011 -ci il 17 noyabr tarixli 17 saylı müraciət əsasında qazla təmin olunmuş, texniki şərt verilmiş və razılaşdırılmışdır.
3. İddiaçı tərəfindən mübahisələndirilən borcun bir hissəsi 2016-ci il 31 oktyabr – 2017-ci il 6 fevral tarixlərində onun G-1000 markalı 83045291 zavod nömrəli qaz sayğacının dövlət yoxlamasında olduğu dövrdə hesablanmış borc məbləği, bir hissəsi isə 2017-ci ilin fevral ayında yeni sayğac quraşdırıldıqdan sonra hesablanmış borcdur.
4. Qaz sayğacının olmadığı, dövlət yoxlamasında olduğu müddət ərzində 2016-cı il 31 oktyabr tarixindən – 2017-ci il 6 fevral tarixinədək istifadə edilmiş təbii qaza görə hesablamalar aşağıdakı kimi olmuşdur: a) 2016-cı il 28 noyabr tarixli ******* nömrəli aktla 2016-cı il 31 oktyabr– 2016-cı il 30 noyabr tarixləri ərzində (əvvəlki ayın sərfiyyatı na uyğun) - 387212 m3 qaz sərfi -38.721,2 manat hesablanmışdır. b) 2016-cı il 20 dekabr tarixli ******* nömrəli aktla 2016-cı il 1 dekabr – 2016-cı il 31 dekabr tarixləri ərzində-773397 m3 qaz sərfi 154.679,4 manat hesablanmışdır. c) 2017-ci il 31 yanvar tarixli ******* nömrəli aktla 2017-ci il 1 yanvar –2017-ci il 31 yanvar tarixləri ərzində - 727094 m3 qaz sərfi 145.418,8 manat hesablanmışdır. d) 2017-ci il 6 fevral tarixli ******* nömrəli aktla 2017-ci il 1 fevral – 2017-ci il 6 fevral tarixləri ərzində - 117288 m3 qaz sərfi - 23.457,60 manat hesablanmışdır.
5. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 2017-ci il 31 mart tarixli, 000253 nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, "xxxx" MTK-nın 2017-ci ilin mart ayında sayğacsız istifadə olunan qaz sərfi 81442 m3, məbləği 16.288,4 manat təşkil etmişdir. 6. 2016-cı il 7 dekabr tarixli, 599978 nömrəli, HM seriyalı elektron vergi hesabfakturasından görünür ki, iddiaçıya 602439.0000 m3 həcmində qaz sərfiyyatına görə 60.243,90 manat borc hesablanmışdır. 7. 2017-ci il 5 yanvar tarxili, 797154 nömrəli,, HM seriyalı elektron vergi hesabfakturasından görünür ki, iddiaçıya 946295.0000 m3 həcmində qaz sərfiyyatına görə 189.259,01 manat borc hesablanmışdır. 8. 2017-ci il 8 fevral tarixli, 045971 nömrəli, HN seriyalı elektron vergi hesabfakturasından görünür ki, iddiaçıya 990618.0000 m3 həcmində qaz sərfiyyatına görə 198.123,60 manat borc hesablanmışdır. 9. 2017-ci il 9 mart tarixli, 275989 nömrəli, HN seriyalı elektron vergi hesabfakturasından görü nür ki, iddiaçıya 711613.0000 m3 həcmində qaz sərfiyyatına görə 142.322,61 manat borc hesablanmışdır. 10. 2017-ci il 12 aprel tarixli, 518529 nömrəli, HN seriyalı elektron vergi hesabfakturasından görünür ki, iddiaçıya 1.478.984.0000 m3 həcmində qaz sərfiyyatına görə 295.796,81 manat borc hesablanmışdır.
11. Cavabdeh tərəfindən verilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2016-cı il 31 oktyabr tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, qaz təminatı dəmir ötürücü vasitəsilə birbaşa bərpa olunmuş, sayğacın impulsötürücü yuvadan aralanma ehtimalı vardır.
12. Cavabdeh tərəfindən verilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2017-ci il 6 fevral tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın filt ri yoxdur, akt və arayış təhvil verildi. 13. 2017-ci il tarixli, 15920 saylı aktlara əsasən, "xxxx" MTK-nın 2017-ci ilin mart ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi ******* m3, 2017-ci ilin may ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 7144 m3, 2017-ci ilin noyabr ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 94548 m3, 2017-ci ilin dekabr ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 779707 m3 hesablanmışdır. 14. 2018-ci il tarixli, 15920 saylı aktlara əsasən, "xxxx" MTK-nın 2018-ci il ilin yanvar ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 729634 m3, 2018-ci ilin mart ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 996102 və 635728 m3, 2018-ci ilin aprel ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 197101 m3, 2018-ci ilin may ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 5081 m3, 2018-ci ilin iyun ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 5081 m3, 2018-ci ilin iyul ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 1834 m3, 2018-ci ilin noyabr ayı üzrə sayğaca əsasən fərq elektron göstəricisi 335604 m3 təşkil etmişdir. 15. 2018-ci il 27 dekabr tarixli, 490 nömrəli hesab fakturaya əsasən, 2014-cü il 31 dekabr tarixinə qalıq borcu 15.940,00 manat, 520 nömrəli hesab fakturaya əsasən, 2015ci il 31 dekabr tarixinə qalıq borc 51.146,12 manat, 325 nömrəli hesab fakturaya əsasən, 2016-cı il 31 dekabr tarixinə qalıq borc 426.482,84 manat, 416 nömrəli hesab fakturaya əsasən 2017-ci il 31 dekabr tarixinə 598.711,22 manat, 177 nömrəli hesab fakturaya əsasən, 2018-ci ilin 30 noyabr tarixinə qalıq borc 491.421,22 manat miqdarında müəyyə n olunmuşdur.
16. İddiaçının direktoru X2 tərəfindən cavabdehə ünvanlanan 2018-ci il 3 avqust tarixli pretenziyadan görünür ki, qanunsuz və əsassız hesablanmış 459.986.00 manat borcun silinməsi, qazın verilməsinin bərpa edilməsi və həmçinin qanunvericiliyin tələblərini pozanlar barədə qanuni tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilmiş, müraciət qanuni həllini tapmasa pozulmuş hüquqların bərpası üçün aidiyyəti qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı cavabdehə qarşı 2018-ci il 29 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 459.986 manat borc pulun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun cavabdehdə n alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin yanvar ayında cavabdehin əməkdaşları tərəfindən xəbərdarlıq edilmədən, bildiriş göndərilmədən və hər-hansı akt tərtib edilmədən iddiaçıya məxsus sayğac çıxarılmış, iki aydan sonra yerinə qaytarıldıqda isə sayğac düzgün işləməmiş, əvvəlki aylara ziddiyyətli və düzgün olmayan formada borc hesablanmışdır. 2018-ci ilin aprel ayınadək 459.986 manat borc hesablanmış, lakin həmin borcun hesablanma qaydası və meyarları barədə məlumat verilməmişdir. 2017-ci il üçün tərtib edilmiş borc qalığı cədvəlinə nəzər yetirdikdə aydın görünür ki, hesablanmış məbləğlər zamana və mövsümə uyğun olmamışdır. Belə ki, 2017-ci ilin yanvar ayı üçün 189.259,01 manat, fevral ayı üç ün 198.123,60 manat, mart ayı üçün 142.322,61 manat borc hesablansa da aprel ayı üçün 295.796,81 manat borc hesablanıb. Soyuq aylarda (yanvar, fevral, mart) hesablanmış məbləğ havaların istiləşən vaxtı, qaza o qədər ehtiyac olmayan aprel ayında hesablanmış məbləğdən təxminən 2 dəfə az ola bilməz. Bu haldan görünür ki, sayğac əvvəlki kimi qanunvericiliklə müəyyən edilmiş qaydada işləməmişdir. 2018-ci il üçün müəyyən edilmiş borc cədvəlinə əsasən, yanvar ayı üçün 186.519,80 manat, fevral ayı üçün 180.176,19 manat, mart ayı üçün 235.936, 80 manat, aprel ayı üçün 152.814,40 manat borc hesablanmışdır. Göründüyü kimi, 2017-ci ilin mart və aprel aylarında qeyd olunan məbləğ 2018-ci ilin mart və aprel aylarında qeyd olunan məbləğ birbirinə ziddir. 2017-ci ilin aprel ayında ən yüksək məbləğ hesab lanmışdır. Ekspertiza keçirilərsə sayğacın qaydaya müvafiq işləyib-işləməməsi, hesablanmış məbləğin reallığı özündə əks etdirib-etdirməməsi müəyyən oluna bilər.
19. İddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 6, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 560, 1096, 1097, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.7, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart t arixli, “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli Qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 3.1.2, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4, 14, 21, 77, 88, 149, 150, 217-ci maddələrinə istinad olunmuşdur.
20. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus sayğac növbəti dövlət yoxlamasının keçirilməsi üçün çıxarılaraq İTRİ-yə göndərilmiş, sayğacın olmadığı dövr üçün qaz sərfiyyatı tərəflərin razılığı əsasında əvvəlki ilin eyni dövrünü əhatə edən sərfiyyata uyğun hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2016-cı il ərzində 3.704.237 m3 qaz is tifadə olunmuş, istifadə olunmuş qazın dəyəri 447.763,40 manat təşkil etmişdir. 2017-ci ildə 3.963.017 m3 qazdan istifadə edildiyi müəyyən olunmuşdur. 2017-ci il ərzində istifadə olunmuş qazın dəyəri isə Tarif şurasının qərarına əsasən, qeyri-əhali abonentləri üçün qazın hər m3-nə görə hesablamanın 0,10 qəpikdən 0,20 qəpiyə artırılması səbəbindən 792.403,40 manat təşkil etmişdir. 2018-ci ilə münasibətdə iddiaçıya məxsus sayğacın göstəriciləri onun nümayəndələrinin iştirakı ilə götürülərək aktlaşdırıldıqdan sonra hesab vərəqəsinə işlənilmiş və iddiaçının buna etirazı olmamışdır. 21. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 yanvar tarixli, 2-2(82)93/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən – qanunsuz və əsassız olaraq hesablanmış 317.476,02 manat borcun silinməsi hissəsi ndə təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir (hakim – E.Mustafayev).
22. Məhkəmə hesab etmişdir ki, Qaydaların tələblərinə görə sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablamalar sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması təsbit edildiyi halda, cavabdeh tərəfindən hesablamalar əvvəlki ayın deyil, əvvəlki ilin müvafiq dövrünə əsasən aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının qaz sayğacının texniki baxışdan keçirilməsi üçün hüquqi əsas göstərilməmiş, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilməsinə dair sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən verilmiş qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 201 6-cı il 31 oktyabr tarixli, ******* nömrəli aktla iddiaçının adından Y.Məmmədovun, 2017-ci il tarixli, ******* nömrəli akta isə iddiaçının adından C.Abbasovun imza etdiyi qeyd olunsa da, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması müəyyən edilməmişdir. Qaz sayğacının çıxarılması zamanı iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, 2016-cı il 31 oktyabr tarixli ******* nömrəli aktda qaz təminatının bərpa olunduğu göstərilsə də, həmin akta iddiaçının adından kimin imza etdiyi məlum olmamışdır. Qaz sayğacının quraşdırılmasına dair sübut yoxdur. İddiaçı ona zərərin dəydiyini bildirsə də, bunu sübuta yetirə bilməmiş, həmin zərərin nə ilə ifadə olunmasını göstərə bilməmişdir.
23. Məhkəmə bu qənaətini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə Qaydaların 1.4, 2.1, 4.9, 5.4, 6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh 2019-cu il 22 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin olunması hissəsində ləğv, iddia tələbinin isə tam rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 iyul tarixli, 2-2(103)-228/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmaqla iddia təmin edilməmişdir (sədrlik edən – K.Abıyeva, hakimlər – M.Tağızadə və Ü.Mayılov).
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hansı əsaslara görə mə hz 317.476,02 manat borcun silinməsi qənaətinə gəlinməsi qətnamədən aydın olmamış, qətnamədə işin halları sadalandıqdan sonra həmin nəticəyə gəlinmiş, MPM-in 220.4-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarından və iddia ərizəsindən mübahisələndirilən borcun hansı dövrə görə hesablanması və texniki şərtlərlə qaz təchizatı aparılan hansı ünvan üçün hesablanmış borcun mübahisələndirildiyi müəyyən edilmir.
27. Həmçinin, iddiaçıya apellyasiya instansiyasında araşdırmalar zamanı mübahisələndirdiyi borcun açıqlanması və silinməsi üçün kifayət qədər vaxt verilmiş, lakin qeyd olunanlar barədə hər hansı sübut təqdim edilməmişdir.
28. Bundan əlavə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 avqust tarixli qərardadından və tərəflərin izahatlarından aydın olur ki, hazırkı iş üzrə c avabdeh iddiaçıya qarşı 352.391,62 manat borcun tutulması üçün iddia qaldırılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.
29. Məhkəmə kollegiyası bu qənaətini MPM-in 14.2, 77.1, 220.4, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının (bundan sonra – “4 saylı Qərar”) 2.4, 6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı 2019-cu il 20 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 22 noyabr tarixli 2-2(102)-512/19 saylı Qərarı ilə id diaçının kassasiya şikayəti qismən - apellyasiya məhkəməsinin 2019-cu il 2 iyul tarixli 2-2(103)-228/2019 saylı qətnaməsinin ləğv edilməsi hissəsində təmin olunmuş, qalan hissədə şikayət təmin edilməmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər – A.Hüseynov və İ.Hüseynov).
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi MPM-in 14.1 və 4 saylı Qərarın 6.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin məhkəmə qətnaməsinin “əsaslandırıcı hissəsi” mücərrəd, qeyri-müəyyən və konkret xarakter daşımayan 4 qısa abzasdan ibarət olmuşdur.
33. Apellyasiya məhkəməsi qətnamədə mübahisələndirilən borcun hansı dövrə görə hesablandığının müəyyən edilmədiyini göstərmiş, lakin həmin borcun hansı dövrə gör ə hesablanması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçı tərəfindən olunan ödənişlərin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınıb-alınmaması bəlli olmamışdır.
34. Həmçinin, iddiaçı qaz sayğacının 2017-ci ilin yanvar ayında heç bir səbəb olmadan cavabdeh tərəfindən götürülüb aparıldığını, 2017-ci ilin yanvar-fevral aylarında müəssisədə sayğacın olmadığını və yalnız 2017-ci ilin mart ayında yerinə qoyulduğunu bildirmiş, apellyasiya məhkəməsi isə mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq yalnız cavabdeh tərəfindən təqdim edilən sənədlər əsasında qətnamə qəbul edilmişdir ki, bu da MPM-in 14.2, 88-ci maddələrinin tələblərinə ziddir.
35. Məhkəmə kollegiyası bu qənaətin i MPM-in 14.1, 14.2, 77.1, 88, 220.4, 4 saylı Qərarın 6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli 2-2(103)-140/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilmiş, iddia tələbi qismən – qanunsuz və əsassız hesablanmış 257.405,58 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus obyektin qaz sayğacının onun təqsiri olmadan yararsız vəziyyətə düşdüyü və sayğaca müdaxilə edilmədi yi işin mübahisəsiz halı olduğundan iddiaçının qaz sayğacının dövlət yoxlamasında olduğu 2016-cı il 1 dekabr tarixindən 2017-ci il 6 fevral tarixinədək olan dövr üçün istifadə edilmiş təbii qaza görə sərfiyyatın cavabdeh tərəfindən qeyd edilən qaydada, əvvəlki ilin və ya yeni sayğacdan sonrakı ayın sərfiyyatına uyğun hesablanması Qaydaların tələblərinə uyğun olmamışdır. 2016-cı ilin noyabr ayı üçün isə sərfiyyat Qaydalarda nəzərdə tutulmuş qaydada, yəni sayğac çıxarıldığı gündən əvvəlki ayın sərfiyyatına uyğun hesablanmış, 2016-cı ilin 24-31 oktyabr tarixlərində sayğac göstəriciləri əsasında iddiaçının istehlak etdiyi qaz sərfiyyatının 87435 m3 olduğu nəzərə alınaraq 1 günlük sərfiyyatın 12490 m3 olduğu müəyyən edilərək noyabr ayı üçün (31 gün) 387212 m3 sərfiyyat və 38721,2 manat borc hes ablanmışdır. 38. 2016-cı il 1 dekabr – 2017-ci il 6 fevral dövr üçün istehlak edilmiş qazın cavabdeh tərəfindən Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada, yəni 2016-cı ilin oktyabr ayının orta gündəlik sərfiyyatına uyğun hesablanarsa (orta gündəlik sərfiyyat 12490 m3, bir gün üçün ödənişin məbləği 1249,07 manat) iddiaçı tərəfindən həmin dövr üçün ödənilməli olan borcun məbləği aşağıdakı kimi müəyyən olunmalı idi: 2016-cı il 1 dekabr – 2016-cı il 31 dekabr tarixləri ərzində 30 gün üçün 37472,1 manat, 2017-ci il 1 yanvar – 2017-ci il 31 yanvar tarixləri ərzində 30 gün üçün 37472,1 manat, 2017-ci il 1 fevral – 2017-ci il 6 fevral tarixləri ərzində 6 gün üçün 7494,42 manat, cəmi 82438,62 manat. Qeyd edilən dövr üçün cavabdeh tərəfindən iddiaçıya 339844,2 manat borc hesablandığı nəzər ə alınarsa 257405,58 manat borc artıq hesablandığı üçün, iddia həmin məbləğdə borcun silinməsi hissəsində qanuni və əsaslı hesab edilməlidir. 39. 2017-ci il 6 fevral tarixində iddiaçıya məxsus obyektdə yeni sayğac quraşdırılandan sonra sərfiyyat sayğac göstəricilərinə uyğun, həmin dövrdə qüvvədə olmuş tariflə hesablandığından və yeni sayğacın qüsurla işləməsi və sərfiyyatı artıq qeyd etməsi barədə mötəbər sübutlar təqdim edilmədiyindən həmin borcların silinməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
40. Birinci instansiyası məhkəməsi Qaydaların 5.4-cü bəndinə istinad edərək iddiaçıya hesablanmış borc məbləğinin həmin normaya uyğun hesablamadığı barədə düzgün nəticəyə gəlsə də, silinməli olan borcun məbləğini düzgün müəyyən etmədiyindən qətnamə dəyişdirilməli, sayğacın yoxlamada olduğu d övrdə iddiaçıya məxsus obyektlərə təbii qazın verilməsinin dayandırılması, o cümlədən 2017-ci il 6 fevral tarixində quraşdırılmış yeni sayğacın qüsurla işləməsi və sərfiyyatı artıq qeyd etməsi barədə birinci instansiya və ya apellyasiya instansiyası məhkəməsinə mötəbər sübutlar təqdim edilmədiyindən iddia yalnız cavabdeh tərəfindən hesablanmış 257.405,58 manat borcun silinməsi hissəsində əsaslıdır. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi elektrik enerjisi haqqının ödənişi barədə sənədlərin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi MPMin 372-ci maddəsinin tələbinə əsasən istisna olunur.
41. Məhkəmə kollegiyası bu qənaətini Qaydaların 5.4-cü bəndinə, MPM-in 77.1, 372ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv e dilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını, cavabdeh isə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(102)-89/21 saylı qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 sentyabr tarixli, 2-2(105)-140/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən – S.Hüseynova, hakimlər – B.Qəribov və B.Məmmədli).
44. Məhkəmə kollegiyası iddiaçın ın kassasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməyərək, iddia tələbinin qismən təmin olunduğu hissəsi ilə razılaşmış, yəni borcun mövcud olmasını qəbul etmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən apellyasiya məhkəməsinin qətnaməsi onun tərəfindən yalnız silinməsi qət edilmiş borcun məbləği hissəsində mübahisələndirilə bilər. Bu səbəbdən iddiaçının dəlillərinin istifadələrində olan qaz sayğacının qanuni əsaslar olmadan çıxarılması, qazın verilməsinin dayandırılması hissəsində yoxlanılması mümkün hesab edilməmişdir.
45. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Qaydaların müvafiq bənd lərinə (zamana görə qüvvədə olmuş 4.9, 5.4-cü maddələr) əsəsən qaz sayğacı müvafiq yoxlama keçirilməsi məqsədilə çıxarıldıqda, təbii qazdan istifadə davam etdirilməklə, dəyərinin ödənilməsinin xüsusi qaydası müəyyən olunmuşdur. Həmin qaydaya görə, hesablama sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq aparılmalıdır. Cavabdeh bu qaydada hesablamanın aparıldığını tərəflərin razılığı əsasında əvvəlki ilin eyni dövrünü əhatə edən və yenidən quraşdırılmış sayğacın sərfiyyatına uyğun hesablandığına əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirmişdir ki, cavabdehin istinad etdiyi qayda üzrə hesablaşmaların aparılması istinad edilən Qaydalarda nəzərdə tutulmamışdır.
46. Apellyasiya məhkəməsi nin tətbiq etdiyi maddi hüquq düzgün olsa da, onların tətbiqini zəruri edən işin halları prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmamışdır. MPM-in müvafiq maddələrinin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, belə sübutların siyahısına həmçinin yazılı sübutlar da daxildir. Yalnız sübutetmə predmeti ilə bağlı olan sübutlar mübahisəyə aid olan sübut kimi məhkəmə tərəfindən qəbul edilməlidir, çünki onlar mübahisəni tənzimləyən maddi-hüquqi və prosessual xarakterli halları təsdiq və ya inkar edir. İşə aid olmayan sübutun araşdırılan halla heç bir əlaqəsi olmadığından məhkəmənin yekun qərarında belə sübuta istinad edilməsi prosessual qanunvericiliyin tələbinə zidd hesab olunmalıdır.
47. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübuta prosessual qanunvericiliyin tələblərinə əsasən qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bilavasitə iddiaçıya aid olan sübutlar əsasında işin müvafiq hallarını müəyyən etməli və bundan sonra apellyasiya şikayətinin dəlillərinə qiymət verməlidir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən işin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəmə istinad edilən Qaydalarda müəyyən edilmiş sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfini müəyyən edərkən “Abonentin saldosuna” və “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hes ablanması haqqında” aktlar adlı sənədlərə istinad etmişdir. “Abonentin saldosu” adlı sənədlərdə əks olunmuş borc göstəriciləri müxtəlifdir. Lakin hər iki sənəddən və təqdim edilmiş aktlardan göründüyü kimi, “Abonent” qismində “**********00700 01/15920 "xxxx" MTK qeyd olunmuşdur. İşin halları ilə isə "xxxx" MTK ilə iddiaçı müəssisə arasında hər hansı hüquqi bağlılığı, onlara məxsus abonent kodlarına dair məlumatlar müəyyən edilməmişdir.
48. Məhkəmə kollegiyası bu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 8 yanvar tarixli “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarına, MPM- in 76.1, 76.2, 80, 357.1, 403.1, 417.1.3, 418.3, Qaydaların 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat
49. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli 2-2(103)-895/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – S.Bektaşi və İ.Kərimli).
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 2 və 4-cü maddələrindən göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, qanunla qorunan mənafe və maraqlardan bəhs olu nur. Bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. 51. "xxxx" MTK-ya məxsus abonent saldosundan da həmçinin görünür ki, yuxarıda qeyd edilən aktlara (bax §4) əsasən hesablanmış borc məbləğləri abonent saldosundan öz əksini tapmış, əksinə iddiaçıya münasibətdə aktlar olmadığı kimi, həmin aktlarda müəyyən edilən məbləğlər də iddiaçının abonent saldosunda öz əksini tapmamışdır. "xxxx" MTK-ya yazılmış 2017-ci il 31 mart tarixli 000253 nömrəli akt "xxxx" MTK tərəfindən həmçinin möhür vurulmaqla təsdiq edilmişdir.
52. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətl əri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir hüququna istinad etməlidir. Subyektiv hüquqlara, xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Hazırkı halda isə iddiaçı nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ aktlarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmır.
53. Məhkəmə kollegiyası bu qənaətini MPM-in 2, 4-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyul tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinad etməklə əsaslandırmışdır.
54. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 12 noyabr tarixində iddiaçının vəkilinə və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
55. İddiaçı sonuncu qətnamədən 2021-ci il 29 dekabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
56. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 6 yanvar tarixli qərardadı ilə kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinə əsasən, müəyyən edilmiş formaya uyğun verilmədiyindən geri qaytarılmışdır. İddiaçı 2022-ci il 26 yanvar tarixində yenidən kassasiya şikayəti vermişdir. Prosessual müddətin b ərpası ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 24 fevral tarixli qərardadı ilə iddiaçı tərəfindən kassasiya şikayətinin verməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
57. MM-in 1.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi yalnız cavabdeh tərəfin şifahi mülahizələrini qəbul etmiş, iddia tələbinin təmin olunmasına yönəlmiş qanuni dəlillərə düzgün hüquqi qiymət verməyərək qanunsuz qətnamə qəbul etmişdir. Bununla da, həmin qətnamə ilə ədalətli məhkəmə araşdırması prinsipi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi “Avropa İnsan Hüquqları və X1 haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmu ş ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququnu pozmaqla, maddi və prosessual qanun pozuntularına yol verilmişdir.
58. Bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Məhkəmə kollegiyası subyektiv hüquqla bağlı qeyd etmişdir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır, iddiaçı iddia ərizəsində belə bir tələb hüququna istinad etməli olduğu halda, nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ hüquqi aktlarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmamışdır. Qeyd olunanlarla bağlı iddiaçı tərəf olar aq subyektiv hüquqla bağlı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razı deyilik və cavabdehin subyektiv hüquqla bağlı məsələnin məhz sonuncu kassasiya icraatı dövründə qaldırması bir daha sübut etmişdir ki, cavabdeh məhkəməni yanıltmaq, qanunsuz qətnamənin çıxarılmasına nail olmaq istəyir. Eyni zamanda, Apellyasiya instansiyası məhkəməsinə müvafiq sənədlər təqdim edilərək məhkəmə kollegiyasının diqqətinə cavabdehin qanunsuz hərəkətlərinin icra olunduğu vaxt, habelə borcun hesablandığı ötən dövrdə "xxxx" MTK-nın fəaliyyət göstərmədiyini və həmin dövrdə fəaliyyətinin dayandırılması haqqında məlumat verilsə də, məhkəmə qəbul etdiyi qətnamədə həmin faktlara hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası subyektiv hüquqla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarındakı mövq eyini səhv təfsir edərək düzgün nəticəyə gəlməmiş, məhkəmənin gəldiyi qənaət işin faktiki hallarına uyğun olmamışdır. 59. "xxxx" MTK-ya məxsus abonent saldosundan da görünür ki, yuxarıda qeyd edilən aktlara əsasən hesablanmış borc məbləğləri abonent saldosunda öz əksini tapmış, əksinə iddiaçıya münasibətdə aktlar olmadığı kimi, qeyd edilən aktlarda müəyyən edilən məbləğlər də iddiaçının abonent saldosunda öz əksini tapmamışdır. Bundan başqa, “Abonent” qismində “**********00700 01/15920 "xxxx" MTK qeyd olunsa da, borcun yarandığı dövrdə "xxxx" MTK fəaliyyət göstərməmiş, həmin abonent kodu üzrə qazdan iddiaçı istifadə etmiş, habelə cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması nəticəsində iddiaçıya verilən qaz kəsilmişdir. Nəticə etibarı ilə iddiaçıya qanunsuz borc hesablanmışdır.
60. MPM-in 217.1, 218, 372-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı kommersiya işi üzrə məhkəmənin subyektiv hüquqla bağlı gəldiyi qənaət iş üzrə əhəmiyyətli hallara uyğun gəlmir. Apellyasiya Məhkəməsi əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul edərkən Azərbaycan Respublikası mülki qanunvericiliyinin maddi və prosessual hüquq normalarının tələblərini ciddi şəkildə pozmuşdur.
61. MPM-nin 13.5-ci maddəsinin tələbi pozulmuşdur - subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafiəsindən imtina olunması üçün əsas deyilir. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
62. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
63. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
64. İddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və pro sessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyul tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı 67.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.” “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna mal ikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 4.4. İqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər. 4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya p rosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli 2-2(103)-895/2021 saylı qətnam əsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
67. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, hesablanmış borc məbləğləri "xxxx" MTK-ya məxsus abonent saldosunda öz əksini tapmış, iddiaçıya münasibətdə isə aktlar olmadığı kimi, həmin aktlarda müəyyən edilən məbləğlər də iddiaçının abonent saldosunda öz əksini tapmamışdır. "xxxx" MTK-ya yazılmış 2017-ci il 31 mart tarixli 000253 nömrəli akt "xxxx" MTK tərəfindən həmçinin möhür vurulmaqla təsdiq edilmişdir. Qeyd edilən hallar isə məhz apelyasiya məhkəməsində işə baxılarkən sübutların araşdırılıb qiymətləndirilməsi nəticəsində müəyyən edildiyindən, bu hal kassasiya şikayətinin, apellyasiya məhkəməsinin “Avropa İnsan Hüquqları və X1 haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalə tli məhkəmə araşdırmasını tələb etmək hüququnu pozmaqla, maddi və prosessual qanun pozuntularına yol verdiyi barədə dəlillərinin əsassız olduğunu təsdiq edir.
68. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır, iddiaçı hazırkı iddia tələbində özünün yox, cavabdeh tərəfindən "xxxx" MTK-nın barəsində hesablanmış borcu mübahisələndirmiş, halbuki, iddiaçının digər şəxslə bağlı borcu mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır. Qeyd edilənlərə əsasən, borcun hesablandığı ötən dövrdə "xxxx" MTK-nın fəaliyyət göstərmədiyi və həmin dövrdə fəaliyyətinin dayandırılm ası haqqında məlumat verilsə də, məhkəmənin qəbul etdiyi qətnamədə həmin faktlara hüquqi qiymət vermədiyi, subyektiv hüquqla bağlı Ali Məhkəmənin Qərarındakı mövqeyini səhv təfsir edərək düzgün nəticəyə gəlmədiyi, məhkəmənin gəldiyi qənaətin işin faktiki hallarına uyğun olmadığı barədə şikayətin dəlilləri qəbul edilə bilməz. İddiaçının "xxxx" MTK-nın borcu üzrə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığı təsdiq edildiyindən, həmin hüquqi şəxslər arasında hər hansı bağlılıq müəyyən edilmədiyindən, işin faktiki hallarının araşdırılmasına da prosessual zərurət olmamışdır.
69. İddiaçının kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olmaması ilə bağlıdır. İşə kassasiya qaydasında baxılarkən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinə uyğun olaraq araşdırma aparılmadığından və onlara hüquqi qiymət verilmədiyindən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə də tənqidi yanaşır.
70. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli 2-2( 103)-895/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
72. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli 2-2(103)-895/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.