Məhkəmə qərarları › İş №2-2(102)-315/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-315/2019

30.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-315/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliklərdən irəli gələn münasibətlər üzrəpul tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı-nin vəkili X1, Cavabdeh-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(106)-12/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: işin halları: İddiaçı ilə cavabdeh arasında 2 iyul 2013-cü il tarixli, SS-229 nömrəli, 4 mart 2014-cü il tarixli, 01/SS-008 nömrəli, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli və 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-73 nömrəli alqı-satqı müqavilələri bağlanmış və müqavilələr əsasında ümumi dəyəri 2799229,97 manat məbləğində malların satışı həyata keçirilmişdir. Müqavilələr üzrə satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Müqavilələrin 2.1-ci maddəsinə əsasən hər bir təchiz olunacaq malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə və qaimə-fakturalarda göstərilmişdir. Müqavilənin ümumi qiyməti-müqa vilənin qüvvədə olduğu müddətdə sənədləşdirilmiş, qaimələrin yekun qiymətlərinin cəminin məbləği təşkil edəcəkdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən malın təchizat şərtlərinin və hesablaşma formasının seçilməsi müqavilədə göstərilən şərtlərlə aparılır. Müqavilənin 5.1-ci maddəsində bu müqavilə qüvvəyə mindikdən sonra “Satıcı” Alıcı”nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı Malı qaimə-faktura əsasında “Alıcı”ya “Satıcı”nın anbarında təhvil verir. Müqavilələr üzrə 28 avqust 2013-cü il tarixli, 779061 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115,337.92 manat, 28 avqust 2013-cü il tarixli, 779070 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 57,620.58 manat, 05 sentyabr 2013-cü il tarixli, 779413 №-li qaiməfakturaya əsasən ƏDV daxil 115,918.48 manat, 05 sentyabr 2013-cü il tarixli, 779423 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 57,765.72 manat, 06 sentyabr 2013-cü il tarixli, 779483 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115,918.48 manat, 30 sentyabr 2013-cü il tarixli, 780440 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58,249.52 manat, 01 oktyabr 2013cü il tarixli, 780472 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115,966.86 manat, 07 oktyabr 2013-cü il tarixli, 780948 №-li qaimə fakturaya əsasən ƏDV daxil 86,890.48 manat, 18 oktyabr 2013-cü il tarixli, 781292 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115,918.48 manat, 23 oktyabr 2013-cü il tarixli, 781486 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 116,257.14 manat, 25 oktyabr 2013-cü il tarixli, 781549 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115,966.86 manat, 14 noyabr 2013-cü il tarixli, 782207 №-li qaimə-fakturaya əs asən ƏDV daxil 68,119.04 manat, 14 noyabr 2013-cü il tarixli, 782228 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 67,538.48 manat, 14 noyabr 2013-cü il tarixli, 782234 №-li qaiməfakturaya əsasən ƏDV daxil 67,925.52 manat, 15 noyabr 2013-cü il tarixli, 782261 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58,491.42 manat, 18 noyabr 2013-cü il tarixli, 782281 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58,539.80 manat, 18 noyabr 2013-cü il tarixli, 782317 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 60,378.24 manat, 13 may 2014-cü il tarixli, 828736 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 90,686.59 manat, 16 may 2014-cü il tarixli, 828861 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 84,072.03 manat, 16 may 2014cü il tarixli, 828902 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 66,768.71 manat, 19 may 2014-cü il tarixli, 828923 №-li qaim ə-fakturaya əsasən ƏDV daxil 58,955.87 manat, 21 may 2014-cü il tarixli, 829035 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 76,019.52 manat, 26 may 2014-cü il tarixli, 903604 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58,236.89 manat, 03 iyun 2014-cü il tarixli, 903863 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 88,433.80 manat, 03 iyun 2014-cü il tarixli, 903827 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 91,022.11 manat, 04 iyun 2014-cü il tarixli, 903901 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2,157.23 manat, 04 iyun 2014-cü il tarixli, 903902 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 161.52 manat, 20 iyun 2014-cü il tarixli, 904348 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 104,538.82 manat, 20 iyun 2014-cü il tarixli, 904367 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 105,081.14 manat, 24 iyun 2014-cü il tarixli, 904420 № -li qaiməfakturaya əsasən ƏDV daxil 97,828.40 manat, 24 iyun 2014-cü il tarixli, 904444 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 68,158.74 manat, 25 iyun 2014-cü il tarixli, 904456 №li qaimə-fakturaya əsasən ƏDV daxil 556.96 manat, 25 iyun 2014-cü il tarixli, 904461 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7,438.72 manat, 30 iyun 2014-cü il tarixli, 904561 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 99,026.69 manat, 15 iyul 2014-cü il tarixli, 904946 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 6,541.45 manat, 15 iyul 2014-cü il tarixli, 904947 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 501.26 manat, 04 avqust 2014-cü il tarixli, 906334 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 6,694.85 manat, 04 avqust 2014-cü il tarixli, 906335 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 501.26 manat, 13 avqust 2014-cü il tarixli, 906585 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 169.87 manat, 19 avqust 2014-cü il tarixli, 906712 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 696.20 manat, 19 avqust 2014-cü il tarixli, 906713 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7,556.72 manat, 22 avqust 2014-cü il tarixli, 906803 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 637.72 manat, 22 avqust 2014-cü il tarixli, 906804 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7,031.38 manat, 25 avqust 2014-cü il tarixli, 906835 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,980.71 manat, 25 avqust 2014cü il tarixli, 906835 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 556.96 manat, 09 oktyabr 2014-cü il tarixli, 908135 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 09 oktyabr 2014-cü il tarixli, 908136 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 09 oktyabr 2014-cü il ta rixli, 908137 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 501.26 manat, 09 oktyabr 2014-cü il tarixli, 908138 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 13 oktyabr 2014-cü il tarixli, 908180 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 13 oktyabr 2014-cü il tarixli, 908181 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 13 oktyabr 2014-cü il tarixli, 908182 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 13 oktyabr 2014-cü il tarixli, 908183 №-li qaiməfakturaya əsasən ƏDV daxil 473.42 manat, 15 oktyabr 2014-cü il tarixli, 950277 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 15 oktyabr 2014-cü il tarixli, 950278 №li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 15 oktyabr 2014-cü il tarixli, 950279 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 15 oktyabr 2014-cü il tarixli, 950280 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 04 noyabr 2014-cü il tarixli, 951515 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 04 noyabr 2014cü il tarixli, 951516 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 04 noyabr 2014-cü il tarixli, 951517 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 04 noyabr 2014-cü il tarixli, 951518 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 05 noyabr 2014-cü il tarixli, 951526 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,921.71 manat, 05 noyabr 2014-cü il tarixli, 951527 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473.42 manat, 19 noyabr 2014-cü il tarixli, 951659 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 373.16 manat, 19 noyabr 2014-cü il tarixli, 951660 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 1,497.84 manat, 19 noyabr 2014-cü il tarixli, 951661 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 3,169.86 manat, 24 noyabr 2014-cü il tarixli, 951699 №-li qaiməfakturaya əsasən ƏDV daxil 584.35 manat, 24 noyabr 2014-cü il tarixli, 951700 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 26.55 manat, 26 noyabr 2014-cü il tarixli, 951940 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 59.00 manat, 25 dekabr 2014-cü il tarixli, 952174 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 389.40 manat, 25 dekabr 2014-cü il tarixli, 952175 №li qaimə-fakturaya əsasən ƏDV daxil 466.10 manat, 25 dekabr 2014-cü il tarixli, 952176 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 4,598.04 manat, 25 dekabr 2014-cü il tarixli, 952177 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5,503.71 manat, 25 dekabr 2014-cü il tarixli, 952178 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 684.40 man at, 29 yanvar 2015-ci il tarixli, 953980 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2,610.16 manat, 30 yanvar 2015-ci il tarixli, 953985 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2,610.16 manat, 03 fevral 2015-ci il tarixli, 954002 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2,610.16 manat, 10 fevral 2015-ci il tarixli, 954039 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 3,483.36 manat, 10 fevral 2015-ci il tarixli, 954040 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 278.48 manat, 11 fevral 2015-ci il tarixli, 954050 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 1,771.18 manat olmaqla ümumilikdə 2.799.229,97 (iki milyon yeddi yüz doxsan doqquz min iki yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat məbləğində müxtəlif çeşiddə malların satışı həyata keçirilmişdir. (Qaimə-fakturaların əsilləri iş materiallarına əlavə edilib ) Müqavilələrin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirilməsini öhdəsinə götürmüşlər. Müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər üzərilərinə düşən müqavilə öhdəliklərinin yerinə yetirilməsini gecikdirdikdə hər gecikən gün üçün qarşı tərəfə müqavilənin dəyərinin 0.01 %-i miqdarında müamilə (penya) ödəyir, lakin bu məbləğ ödənilməsi nəzərdə tutulmuş məbləğin 5%-dən çox olmamalıdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 1.957.686.08 manat məbləğində ödəniş edilmiş, cavabdeh 2 iyul 2013-cü il tarixli SS-229 №-li, 4 mart 2014-cü il tarixli 01/SS-008 №-li, 20 may 2014-cü il tarixli 02/SS-051 №-li və 29 yanvar 2015-ci il tarixli 150129/11-1-073 №-li malların alqı-satqı müqavilələri üzrə malları təhvil almış, həmin mallar üzrə ödənilməli olan pul məbləğinin bir qismini ödəsələr də qalan hissəsini ödəməyərək, 2 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355868,47 manat, 4 mart 2014-cü il tarixli, 01/SS-008 nömrəli alqı-satqı müqaviləsi üzrə 358959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13363,50 manat məbləğində cəmi 841.543,89 (səkkiz yüz qırx bir min beş yüz qırx üç manat səksən doqquz qəpik) borcu qalmışdır. Bu isə alqısatqı müqaviləsinin yuxarıda qeyd edilən şərtləri və iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş müqaviləyə əlavə və qaimə fakturalarda müəyyən edildiyi kimi cavabdehin alqısatqı müqaviləsi üzrə alınan (plastik borular) mallara görə ödənişini gecikdirməsi, ödəməməsi müqavilə tələblərinin yerinə yetirilməməsi müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi üçün əsas hesab olunur. Satılan mallar üzrə qeyd olunan qaimə-fakturalara uyğun tərtib edilmiş 46 ədəd X13 Fakturaları cavabdeh tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında təsdiq etmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında iddiaçı ilə bağlanmış müqavilələr üzrə təqdim edilmiş qaimə fakturalara uyğun olaraq tərtib edilmiş X13 Fakturaları Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında təsdiq etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 2 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355868,47 manat, 4 mart 2014-cü il tarixli, 01/SS-008 nömrəli alqı-satqı müqaviləsi üzrə 358959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13363,50 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 841.573,89 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında və lazımi qaydada icra etmiş, lakin cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, cava bdeh tərəfindən müqavilələr üzrə 1957686,08 manat məbləğində ödənişlər edilsə də, ümumilikdə 841543,89 manat məbləğində borc ödənilməmiş qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və pretenziya məktubunun göndərilməsinə baxmayaraq, hazırkı vaxtadək onun iddiaçıya olan borcu ödənilməmiş və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi ilə bağlı öhdəliklər pozulduğuna görə 841543,89 manat məbləğində borc məhkəmə qaydasında tutulmalıdır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 442, 449.1, 697.1, 697.2, 1091, 1093, 1096.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-2(086)-254/2018 saylı iş) 15 avqust 2018-ci il tar ixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X4 və X5, 2-2(106)-12/2019 saylı iş) 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdehdən 841.543,89 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə onları lazımi qaydada məlu matlandırmamış, lazımi sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququndan məhrum olmuşlar. Bu səbəbdən də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizələrini şikayətlərinə əlavə etmişlər, hesab edirlər ki, iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətlərinin heç bir hüquqi əsası yoxdur. M.Bayramov, İ.Alışanov və H.İsmayılovun Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə ittiham aktının 13-cü səhifəsinin surətindən görünür ki, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş “xxxx” MMC-nin Biznes inkişaf idarəsinin rəis müavini X7 istintaqa verdiyi ifadəsində “201 3-cü ildən etibarən “xxxx” MMC-də işləməyə başladığını, cəmiyyət tərəfindən kabel, boru, metal konstruksiyalar, elektrik avadanlıqları və s. malların istehsal olunduğunu, 2014-cü ilin əvvəllərində Cavabdeh ilə “xxxx” MMC arasında müqavilələr imzalandığını, Cavabdeh-yə müxtəlif növ kabel və borular satıldığını, Cavabdeh tərəfindən “xxxx” ASC-nin sifarişi əsasında elektrik xətləri çəkildiyini, Cavabdeh-nin direktorunun İmdadi Alışanov və baş mühasibinin Həzi İsmayılov olduğunu, həmin şəxsləri tanıdığını, 2014-cü ilin əvvəllərində Cavabdeh-nin direktoru İmdadi Alışanovla “xxxx” MMC-nin direktoru Sahib Musayev arasında onun iştirakı ilə görüşdüyünü, İmdadi Alışanovun kabel və boruların alınması ilə bağlı Sahib Musayevlə danışdığını, qiymətdə razılaşdıqlarını, onun iştirakı ilə müqavilə hazırla ndığını və qarşılıqlı olaraq İmdadi Alışanov və Sahib Musayev tərəfindən imzalandığını, müqavilə imzalandıqdan sonra İmdadi Alışanov tərəfindən avans ödənişlər edildiyini, bundan sonra kabellərin təhvil verilməyə başlandığını, satışa görə ödənişlərin bank hesabı vasitəsilə köçürmə yolu ilə Cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənildiyini, kabellər və boruların qaimə-fakturalar əsasında təhvil verildiyini, boruların satışı ilə bağlı Cavabdeh-nin baş mühasibi Həzi İsmayılov onunla görüşüb danışdığını, boruların X10 İsmayılova təhvil verildiyini, cəmiyyət tərəfindən Cavabdeh-yə ƏDV-siz 1031847,77 manat məbləğində mal təqdim edildiyini bildirmişdir”. Sərbəst auditor tərəfindən Cavabdeh üzrə 2014-cü ildə materialların hərəkəti (ƏDVsiz) cədvəlinin surətindən görünür ki, həqiqətən də “xxxx” MMC-dən Cavabdeh-yə cəmi 1031847,7 manat məbləğində mal təqdim edilmişdir. Göründüyü kimi, “xxxx” MMC-nin Biznes inkişaf idarəsinin rəis müavini X3 istintaqa verdiyi ifadəsində göstərdiyi 1031847,7 rəqəmi ilə sərbəst auditor tərəfindən tərtib edilib təsdiq edilmiş Cavabdeh üzrə 2014-cü ildə materialların hərəkəti (ƏDV-siz) cədvəlində 1031847,7 rəqəmi üst-üstə düşür. Beləliklə, müəyyən olunur ki, “xxxx” MMC-dən Cavabdeh-yə cəmi 11031847,7 manat məbləğində mal təqdim edilmişdir və həmin malın dəyəri də Cavabdeh tərəfindən “xxxx” MMC-yə tamamilə ödənilmişdir. Digər tərəfdən, kassasiya şikayətinə qoşmada təqdim etdiyimiz ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh tərəfindən “xxxx” MMC-yə 2 iyun 2013-cü il tarixli SS229 №-li müqavilə üzrə 12.05.2014-cü il tarixdə əlavə olaraq 519.675,00 manat, 20 may 2014-cü il tarixli 02/SS-051 №-li müqavilə üzrə 08.10.2014-cü il tarixdə 30000,00 manat, 4 mart 2014-cü il tarixli 01/SS-008 №-li tarixli müqavilə üzrə 06.03.2014-cü il tarixdə 300.000,00 manat ödəniş edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin ödənişləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İddiaçı ilə cavabdeh arasında bir neçə müqavilənin bağlanmış olması, müqavilələr üzrə müxtəlif çeşiddə, növdə malların alınıb-satılmış olması, alınmış mallara görə yüz minlərlə manat məbləğində ödənişlərin müxtəlif vaxtlarda edilməsi, bağlanmış müqav ilələrə əlavələrdə sifariş edilmiş malların spesifikasiyaları və məhz, həmin spesifıkasiyalar əsasında özündə eyni rəqəmləri əks etdirən hesabların olduğu halda, habelə iddiaçı tərəfin müqavilələr üzrə ödənişlərin tam edilmədiyini iddia edildiyi, cavabdeh tərəfin isə məhkəmədə iştirakının təmin edilmədiyi bir vəziyyətdə hesab edirik, apellyasiya instansiyası məhkəməsinin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməsi zəruriidi. Lakin, qətnamədən görünür ki, ekspertiza təyin etmək əvəzinə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (müqavilələr, malların spesifikasiyaları, qaimə-fakturalar, X13 fakturaları və s.) əsasında müstəqil ekspert tədqiqatı aparmış, bu zaman həmin sənədlər əsasında çıxardığı nəticənin yanlış olmasının, cavabdehə müdafiə olun maq imkanının yaradılmadığının fərqində olmamışdır. tərəflərin izahatları: İddiaçı kassasiya şikayətinə dair etiraz göndərərək şikayətin rədd olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı 2 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 355.868,47 manat, 4 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat və 29 yanvar 2015-ci i l tarixli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat, cəmi 841.573,89 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qətnamələri qəbul edilmişdir. Tərəflər arasında 4 ədəd müqavilədən irəli gələn öhdəlik münasibətlərinin mövcudluğu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, 2 iyul 2013-cü il tarixli, 4 mart 2014-cü il tarixli, 20 may 2014-cü il tarixli və 29 yanvar 2015-ci il tarixli malların alqı-satqı müqavilələrinin 2.1-ci bəndinə əsasən hər bir təchiz olunacaq malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə və qaimə-fakturalarda göstərilmişdir. Müqavilənin ümumi qiyməti-müqavilənin qüvvədə olduğu müddətdə sənədləşdirilmiş, qaimələrin yekun qiymətlərinin cəminin məbləği təşkil edəcəkdir. Müqavilələrin 2.4-cü bəndinə əsasən, malın təchizat şərtlərinin və hesablaşma formasının seçilməsi müqavilədə göstərilən şərtlərlə aparılır. 5.1-ci bənddə isə qeyd edilir ki, bu müqavilə qüvvəyə mindikdən sonra “Satıcı” Alıcı”nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura əsasında “Alıcı”ya “Satıcı”nın anbarında təhvil verir. Apellyasiya instansiyası məhkəməsi işdə olan qaimə-fakturalara, habelə cavabdeh tərəfindən vergi orqanına təqdim edilən 46 ədəd X13 fakturalarına əsasən ümumilikdə 2.799.229,97 manat məbləğində müxtəlif çeşiddə malların satışının iddiaçı tərəfindən həyata keçirildiyini, cavabdehin həmin malları almasını müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyas iya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı müqavilələrdə nəzərdə tutulan öhdəliyə əməl edərək müqavilə şərtlərini yerinə yetirmiş, müqavilələrdə nəzərdə tutulan malları cavabdehə təhvil vermişdir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıla rı arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilələr olmuşdur. Həmçinin iddiaçının müqavilələrdə nəzərdə tutulan öhdəliyə əməl etməsi, yəni alqı-satqı müqavilələrində nəzərdə tutulan malları cavabdehə təhvil verməsi apellyasiya instansiyası məhkəməsinin iclasında sübuta yetmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə 1.031.847.7 manat mal təqdim etməsi barədə cavabdehin şikayətinin dəlillərini əsaslı saymır. İşdə olan sənədlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılması 12 oktyabr 20 18-ci il tarixli qərardadla 20 noyabr 2018-ci il tarixə təyin edilmiş, cavabdehin müqavilədə və reyestrdə qeyd edilən hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, bu məhkəmə bildirişinin sonrakı hərəkəti barədə hər hansı sübut mövcud olmamışdır. Bundan sonra məhkəmə iclası 25 dekabr 2018-ci il tarixə təyin edilərək bu barədə tərəflərə, o cümlədən cavabdehin hüquqi ünvanına 20 noyabr 2018-ci il tarixli bildiriş göndərilmiş, bildirişin göndərilməsinə dair zərfdə “köçüb” qeydi aparılaraq zərf geri qayıtmışdır. Cavabdehə göndərilən digər məhkəmə bildirişi də zərfdə “köçüb” qeydi aparılaraq zərf geri qayıtmışdır. MPM-in 146-cı maddəsində qeyd edilir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Be lə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehə göndərilən məhkəmə bildirişinin qayıtmasına dair zərfdə “köçüb” qeydinin olması özündə cavabdehin ünvanının dəyişməsini ehtiva edir. Cavabdeh ünvanının dəyişməsinə dair məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə bildirişi məhkəməyə məlum olan axırıncı ünvana göndərildiyindən məhkəmə bildirişi rəsmi qaydada ona verilmiş sayılır. O da qeyd edilməlidir ki, məhkəmə katibinin tərtib etdiyi 25 yanvar 2019-cu il tarixli arayışda cavabdeh MMC-nin direktoruna məhkəmə iclasının 29 yanvar 2019-cu il tarixdə keçirələcəyi barədə məlumat verilməsi əksini tapmışdır. Bununla bağlı cavabdeh kassasi ya şikayətində mübahisə açmamışdır. Bəhs olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cavabdehə mülki prosessual qanunvericiliyin tələb etdiyi qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyindən məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh kassasiya şikayətinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə əlavə edərək Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin kassasiya şikayətində də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizə müvafiq olaraq birinci instansiya və apellyasiya instansiyas ı məhkəməsinə təqdim edilməli olduğundan, belə ərizə həmin məhkəmələrdə mübahisə predmeti olmadığından və məhkəmələr tərəfindən müzakirə edilmədiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən məhkəmə kollegiyasının belə ərizəyə baxmaq səlahiyyəti olmamışdır. Odur ki, iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası iddiaçının müqavilə öhdəliyinə əməl edərək müqavilələrdə nəzərdə tutulan şərtlərin onun tərəfindən yerinə yetirilməsi barədə apellyasiya məhkəməsinin qənaətini əsaslı saysa da, cavabdehin müqavilə öhdəliyinə əməl etməməsi barədə qənaəti ilə razılaşmır. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hər bir müqavilə üzrə cavabdehin ödəməli olduğu borcla (əgər həqiqətən belə borc mövcuddursa) hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, cavabdehdən hansı malların iddiaçıdan təhvil aldıqdan sonra ödəməməsini müəyyən etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üç ün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndində qeyd edilmişdir ki, alıcı malın satış qiymətini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Öhdəliyin cavabdeh tərəfindən (lazımınca) icra edilməməsi, alınan malların satış qiymətinin müqavilələrdə nəzərdə tutulan qaydada və müddətdə ödənilməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və məhkəmənin qətnaməsində əsaslandırılmamışdır. İddiaçı tələbində cavabdehin 2 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 355.868,47 ma nat, 4 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat və 29 yanvar 2015-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat ödəməli olmasını bildirmiş, məhkəmə tərəfindən hər müqavilə üzrə borcun məbləği barədə araşdırma aparılmamışdır. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunverici hazırkı halda müqavilələr üzrə borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə məhkəməyə hüquq vermişdir. Apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edilməsinin zəruri olmadığını qətnaməsində bildirməmişdir. Bə hs olunanlara əsasən, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iddianın rədd edilməsi hissəsində MPM-in 417.1.4-cü maddəsində nəzərdə tutulmuş hallar olmadığından həmin hissədə şikayətin dəlilləri əsaslı sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(106)-12/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hi ssədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar