Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-316/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta hadisəsi, sığorta şəhadətnaməsi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb olunmaqla pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 2-2(103)-120/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Əmlakın yanğın və digər əlavə risklərdən tam sığortası üzrə 2020-ci il 22 yanvar tarixli, AS seriyalı, 001333 nömrəli sığorta şəhadətnaməsinə əsasən, “Binə” TM (2 mərtəbəli) sıra 5, korpus 2, mağaza 8 ünvanında yerləşən SMART Butik adlı mağazada yerləşən hazır məhsul, mallar, inventarlar və s. sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2020-ci il 23 yanvar tarixindən 2021-ci il 22 yanvar tarixinədək sığortalanmışdır. Sığorta obyektin dəyəri 100.000 manat, sığorta məbləği 100.000 manat, yanğın, partlayışdan sığorta haqqı 300 manat, əlavə təminat üzrə sığorta haqq ı 300 manat, cəmi sığorta haqqı məbləği 300 manat müəyyən edilmişdir. Sığortalı İddiaçıdur. Müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması risklərinin qarşısında “✓” işarəsi qeyd olunmuşdur. Bu şəhadətnamə 2009-cu il 2 noyabr tarixində təsdiq edilmiş “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası qaydaları”na əsasən, sığortaçı və sığortalı arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edir. 2. 2019-cu il noyabr ayı - 2020-ci il may aylarını əhatə edən qaimə-fakturalarla təsdiq edilir ki, Smart mağazası ümumi alış qiyməti 100.000 manatdan yuxarı müxtəlif geyim dəstləri almışdır.
3. Cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkətinin Şirvan filialının 2020-ci il 23 yanvar tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı əmlakın və digər əlavə risklərdən 2020ci il 22 yanvar tarixli, AS 001333, AS 001335 və AS 001334 saylı sığorta müqavilələri üzrə hər biri 300 manat olmaqla, ümumilikdə 900 manat sığorta haqqı məbləğini Şirvan filialı vasitəsilə Azərbaycan Dövlət Sığorta Şirkətinə ödəmişdir. 4. 2020-ci il 23 yanvar tarixli qəbzlə müəyyən olunur ki, 900 manat məbləğində pul vəsaiti Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilmişdir.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda qeyd edilmişdir ki, Bakı Dendrapark meteoroloji məntəqəsində qeydə alınmış yağıntı haqqında məlumata əsasən, 2020-ci il 16 noyabr tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 28,4 mm olmuş, 2020-ci il 17 noyabr tarixində gecə və gündüz leysan xarakterli yağış yağmış, yağı ntının miqdarı 29,1 mm olmuşdur.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X4 Müstəqil Ekspertlərin Reyestrinə Daxil olmuş X2 tərəfindən hazırlanmış 2020-ci il 19 noyabr tarixli ekspert rəyinə əsasən, 2020-ci il 17 noyabr tarixində Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi” sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada baş vermiş sığorta hadisəsi ilə bağlı əmtəə mallarına (daşınar əşyalar) dəymiş zərərin ümumi qiyməti 84.164,50 manat məbləğində müəyyən olunur. Rəyin tədqiqat hissəsində 52 adda müxtəlif çeşiddə, sayda geyim dəstləri (paltarlar) cədvəldə əks olunmuşdur.
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 2021-ci il 6 yanvar tarixli ərizə ünvanlayaraq qeyd etmişdir ki, 2020-ci il 17 noyabr tarixində Binə Ticarət Mə rkəzinin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazasında olan və cavabdeh tərəfindən sığortalanan əmtəə mallarının baş vermiş su basma hadisəsi nəticəsində məhv olmuş, bu barədə dərhal cavabdehə məlumat vermiş, lakin dəfələrlə olunan müraciətlərə baxmayaraq bu günə kimi sığorta şirkətinin işçilərinin hadisə yerinə və məhv olmuş əmlaka baxış keçirməmiş, mümkün olan lazımi tədbirlərin görülməsinə baxmayaraq hadisə nəticəsində ona 84.164 manat məbləğində ziyan dəymiş, məhv olmuş malların satışa, o cümlədən əmtəə kimi istifadəyə yararsız olmuş, bu yararsız malların uzun müddət saxlanılmasını təmin edə bilmir, artıq 50 gündür ki, malları şəxsi vəsaiti hesabına saxlayır, bu səbəbdən məhv olmuş malların qalıqlarına baxış keçirməklə 10 gün ərzində bu qalıqları qəbul edilməsini, əks halda o mə hv olmuş malları tullamaq məcburiyyətində olacaqdır.
8. Üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 2021-ci il 10 fevral tarixli, 26-018652021 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş məlumata əsasən, sığorta haqqının ödənilməməsi səbəbindən sığorta müqaviləsinin qüvvəyə minmədiyi bildirilmiş, lakin sığortalı tərəfindən sığorta haqqının sığortaçıya ödənilməsi ilə bağlı sənədlər təqdim edilmişdir. Həmçinin sığortaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı istifadəsində olan və könüllü qaydada sığortalanmış əmlaka 2020-ci il 15 noyabr tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərər dəymişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102.1-ci maddəsini rəhbər tutaraq, sığortalı tərəfindən təqdim edilmiş sənədlərə əsasən sığorta haqqının sığortaçıya ödənilməsinin yenidən müəyyən olunması, sığorta haqqı ödənildiyi təqdirdə zərərçəkmiş şəxsə məxsus əmlaka dəymiş zərərin miqdarının qiymətləndirilməsi, dəymiş zərərlə bağlı tərəflərin qarşılıqlı razılığının əldə edilməsi, qarşılıqlı razılıq əldə olunmadıqda isə əmlaka dəymiş zərərin tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan müstəqil ekspert tərəfindən müəyyən edilməsi tələb olunur.
9. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına (o cümlədən Vəkil1) 2021-ci il 1 aprel tarixli, 11/M-454/2 nömrəli məktub ünvanlayaraq qeyd etmişdi r ki, şirkətlə İddiaçı arasında 2020-ci il 22 yanvar tarixində 001333, 001334 və 001335 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi üzrə müqavilələr bağlanmışdır. Hər üç müqavilə üzrə təminat yalnız əmlakın yanğın və partlayış riskinə verilmişdir. Lakin məlum olduğu üzrə əmlakda yanğın hadisəsi deyil, su basma hadisəsi baş vermişdir. Baş vermiş hadisənin sığorta təminatına daxil olmaması səbəbindən qeyd olunmuş müraciət üzrə sığorta ödənişinin verilməsi mümkün deyildir.
10. Üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının Sığorta Sahəsində X4 Müstəqil Ekspertlərin Reyestrinə Daxil olmuş X3 tərəfindən hazırlanmış 2021-ci il 13 aprel tarixli ekspert-arayışına əsasən, 2020-ci il 22 yanvar tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə cavabdeh Azə rbaycan Dövlət Sığorta Şirkəti (Azərsığorta) arasında AS 001333, 001334, 001335 nömrəli könüllü sığorta müqavilələri bağlanılmışdır; Bu razılaşma sığorta şəhadətnaməsinin sığortalıya elektron rabitə vasitəsi ilə təqdim edilməklə həyata keçirilmişdir; Həmin müqavilələr üzrə 900 manat sığorta haqqı məbləği 2020-ci il 22 yanvar tarixində filiala və 2020-ci il 23 yanvar tarixində filialdan "xxxx" ASCnin Şirvan şəhər filialı vasitəsi ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin bank hesabına köçürülmüş və bununla da müqavilələr qüvvəyə minmişdir; AS 001333 nömrəli sığorta müqaviləsi (şəhadətnamə) üzrə yanğın və partlayış, tətil, lokaut, iğtişaş, terror, zəlzələ və vulkan püskürməsi, sel və subasması, yer sürüşməsi, qar ağırlığı, fırtına, daxili su və tüstü, nəqliyyat vasitələrinin dəyməsi, yanğın ü zrə sığorta risklərindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazanın daşınar əmlakına (əmtəə və s.) təminat verilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “Azərsığorta” Şirvan filialı cavabdehə 2021-ci il 28 aprel tarixli, 130 nömrəli müraciət məktubu ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı məxsus “Binə Ticarət Mərkəzində” yerləşən SMART BUTİK geyim mağazasında yerləşən daşınar əmlakı əmlakın yanğından və digər əlavə risklərdən AS 001333, AS 001334, AS 001335 saylı sığorta şəhadətnamələri üzrə hər biri 300 manat sığorta haqqı olmaqla yalnız yanğın, partlayış riskləri üzrə 2020-ci il 22 yanvar tarixində 000437 nömrəli lisenziya, ********** nömrəli VÖEN olan sığorta agenti X6 tərəfindən sığortalanmışdır. Ümumilikdə İddiaçı tərəfindən üç sığorta müqaviləsi üzrə 900 manat sığorta haqqını nağd şəkildə filiala vermiş və filialın baş mühasibi X1 Sığorta Kommersiya Şirkətinin Şirvan şəhər filialının Kapital Bank ASC-nin Şirvan filialında olan hesabına xx.xx.2020-ci il 23 yanvar tarixində ödənilmişdir.
12. Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, İddiaçı aid mağazanın anbarında saxlanılan əmtəə malları olan, geyimlərin su basma hadisəsi nəticəsində rəngləri solmuşdur, bəzilərinin rəngləri bir-birinə qarışmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, mallar 30-40 ədəd paketə yığılıb. İddiaçının dediyinə görə hər paketdə 3040 ədəd mal var.
13. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 2021-ci il 5 fevral tarixl i pretenziya məktubu ünvanlanaraq, 84.164 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulu borcunun ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı (bundan sonra – "xxxx") cavabdeh Azərbaycan Dövlət Sığorta Şirkəti “Azərsığorta”ya (bundan sonra – “cavabdeh”) qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mərkəzi Bankı olmaqla (bundan sonra – “üçüncü şəxs”) iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 79.719 manat məbləğində sığorta ödənişi və hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində hesablanmaqla 4.783 manat dəbbə pulu, ümumilikdə 84.502 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 22 yanvar tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında AS 001333 nömrəli könüllü sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”nin sıra 5, korpus 2 də yerləşən 8 nömrəli mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehin daşınar əmlakına (əmtəə və s. mallarına) 150.153 manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. 2020-ci il 17 noyabr tarixində sözügedən mağazada leysan yağışları nəticəsində su basma hadisəsi baş vermişdir. Hadisə zamanı səla hiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Subasma hadisəsi ilə bağlı təyin olunmuş müstəqil ekspert rəyinə əsasən, iddiaçıya daşınar əmlak üzrə 84.164 manat məbləğində zərər dəymişdir. Lakin cavabdeh sığorta şirkəti dəymiş zərərin əvəzini ödəməmişdir.
16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad olunmuşdur.
17. Cavabdeh iddia ərizəsinə qarşı 2021-ci il 21 aprel tarixli etiraz təqdim edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqı şirkətin bank hesabına müvafiq qaydada ödənilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya sığorta şəhadətn aməsi təqdim olunmamışdır. İddiaçının da sığorta şəhadətnaməsinin əslini məhkəməyə təqdim etməməsi bu faktı sübut edir ki, sığorta haqqı ödənilməmişdir. Digər bir tərəfdən də sığorta şəhadətnaməsinin olduğu təqdirdə belə, qanunvericiliyə əsasən, sığorta haqqı ödənilmədiyi halda sığorta müqaviləsi qüvvəyə minməmişdir. Qanunvericiliyin tələbinə əsasən, sığorta müqaviləsi üzrə sığorta haqqı müvafiq qaydada şirkətin bank hesabına ödənilmədiyindən qeyd edilmiş sığorta müqaviləsi qüvvəyə minməmiş və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyi yaranmamışdır.
19. İddiaçı vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-cu il 4 iyun tarixli, e-2-2(113)-1614/202 1 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünalıq ekspertizasının 2021-ci il 30 dekabr tarixli, 9/4410 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, iddiaçıya məxsus olan, hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, “Binə Ticarət Mərkəzi”, sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada saxlanılan, 2020-ci il 17 noyabr tarixində baş vermiş leysan yağışları nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84.071,06 manat müəyyən edilir.
20. Cavabdeh etiraz tə qdim edərək əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-cu il 9 mart tarixli, e2-2(113)-113/2022 saylı qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünalıq ekspertizasının 2022-ci il 20 iyul tarixli, 9/2308 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspert baxışına təqdim ol unmuş əşyaların istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 79.719,93 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - Ekspert baxışına təqdim olunmuş əşyalar satış üçün tam yararsız vəziyyətdədir.
21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 sentyabr tarixli, e-2-2(113)113/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 79.719 manat məbləğində əsas borc, 4.783 manat məbləğində dəbbə pulu, cəmi 84.502 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva)
22. Məhkəmə qeyd etmişdir ki, məhkəmə gedişatında cavabdehin nümayəndəsi etirazının əsasını (dəlillərini) dəyişərək, şəhadətnamədə sığorta predmetinin yalnız yanğın və partlayışdan sığortalandığını, digər risklər üzrə sığortalanmadığını, şəhadətnamədə digər bütün risklərin qarşısında qoyulmuş işarələrin ümumiyyətlə hər riskin qarşısında qoyulduğunu, həmin müqavilədə tərəfin imzasının olmadığını, sığorta predmetinin dəyərinin hesablanmasına dair şirkətdə sənəd tapılmadığını, hansı formada hesablanmasını müəyyən edə bilmədiyini, sığorta müqaviləsi ilə su basma nəticəsində dəymiş zərərin ödənilməsi təminatının verilmədiyini ekspertin verdiyi rəylərin sübut kimi qəbul edilməməli olduğunu bildirmişdir.
23. Mə hkəmə cavabdehin sığorta şəhadətnaməsinin mövcud olmaması, imzalanmaması, sığorta ödənişinin ödənilməməsi və cavabdehin sığortalı tərəfindən müqavilə üzrə sığorta haqqının şirkətin bank hesabına ödənilməməsi, belə olan halda qanunvericiliyə əsasən, sığorta müqaviləsinin qüvvəyə minməməsi və şirkətin müqavilə üzrə hər hansı bir öhdəliyin yaranmaması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla, mübahisəli sığorta şəhadətnaməsinin əsli cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. İkincisi, iş materiallarına əlavə edilmiş qəbz və arayışa əsasən, müəyyən olunur ki, iddiaçı sığorta şəhadətnaməsində göstərilən məbləğdə (300 manat) sığorta haqqını cavabdehin Şirvan filialına ödəmiş, cavabdehin Şirvan filialı isə öz növbəsində həmin məbləği sığortaçının hesabına (2020-ci il 23 yanvar tarixli qəbz) köçürmüşdür.
24. Üçüncüsü, hazırkı halda mübahisəli sığorta şəhadətnaməsinin iddiaçı tərəfindən imzalanmaması şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas vermir, belə ki, sığorta şəhadətnaməsinin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmir, əksinə iddiaçı sığorta haqqını ödəməklə həmin müqaviləni bağlamasına dair iradəsini ifadə etmiş və hazırda həmin müqaviləyə əsaslanaraq iddia irəli sürmüşdür. Müqavilənin etibarlılığını mübahisələndirən tərəf sığortaçı tərəfdir ki, sığortaçı tərəfdən isə müqavilə imzalanmış və möhürlənmişdir. Dördüncüsü, sığorta haqqı ödənişinin sığortalı tərəfindən sığortaçıya ödənilməsi qaydasını müəyyən edən qanunvericilik normalarında sığorta haqqı ödənişinin bilavasitə sığortalı tərəfindən sığorta şirkət inin bank hesabına köçürülməsi olması nəzərdə tutulmamışdır.
25. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilə könüllü sığorta müqaviləsi olduğundan sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilməli idi. Hazırkı halda isə sığorta şəhadətnaməsində sığorta haqqının ödənilməsi qaydası, o cümlədən bilavasitə sığortalı tərəfindən sığortaçının bank hesabına köçürülməli olması barədə şərt yer almamışdır.
26. Bununla yanaşı, işin məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli hallarından biri də subasma hadisəsinin mübahisəli sığorta müqaviləsi üzrə sığortalanmış risklərə daxil olub-olmamasından ibarət olmuşdur. Belə ki, cavabdeh subasma hadisəsinin sığortalanmış risklərə daxil olmasını inkar etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, şəhadətnamədə sığorta ris klərindən sel və su basması hadisəsi qarşısında “v” işarənin qoyulması hər hansı bir məna kəsb etmir. Göstərilən işarə bütün şəhadətnamələrdə bütün risklərin qarşısında qoyulur. İddiaçı tərəfindən yalnız yanğından sığortalanmaya görə sığorta haqqı ödənilmişdir.
27. Birinci dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, sığorta şəhadətnaməsinin müvafiq bəndləri əlyazma ilə sığortaçının nümayəndəsi tərəfindən doldurularaq risklər bölməsində “sel və su basması hadisəsi” bəndi qarşısında “v” (təsdiq) işarəsi qoyulmuşdur. Şəhadətnamədə digər bütün risklərin qarşısında qoyulmuş işarələrin, ümumiyyətlə, hər riskin qarşısında qoyulduğunu və analoji şəhadətnamələrin olması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin analoji olaraq məhkəməyə təqdim etdiyi AS seriyalı 0 01336 nömrəli sığorta şəhadətnaməsinə baxış keçirərkən həmin şəhadətnamədə müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəsi, yanğın üzrə mülki məsuliyyət riskinin (əmlaka) qarşısında “–“ (istisna) işarəsi qeyd edildiyi müəyyən olunmuşdur. Bu da onu deməyə əsas vermişdir ki, heç də bütün sığorta şəhadətnamələrində bütün risklərin qarşısında formal olaraq “v” (təsdiq) işarəsi qoyulmur, bəzi sığorta risklərinin qarşısında həmin işarənin əksi olan “–“ (istisna) işarəsi də qeyd edilir ki, bu da sığorta şəhadətnamələrində müvafiq işarələrin (“v”,“–“) sığorta riskləri üzrə təminatın verilməsini və ya verilməməsini göstərməsi anlamına gəlir.
28. Sığortalı kontragent tərəfindən tərtib edilmiş və imzalan mış müqavilədə qoyulmuş işarələrin ümumi qəbul olunmuş mənanı ifadə etməsini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlı olmuşdur. Odur ki, sığorta şəhadətnaməsində “Sel və su basması hadisəsi” bəndi qarşısında “v” işarəsinin formal olaraq bütün müqavilələrə qoyulmasını fərz etsək belə göstərilən işarənin kontragentdə çaşqınlıq yaratması, belə olan halda kontragentin gözləməyə haqqı çatdığı vicdanlı davranış olmaması açıq-aşkardır.
29. Hazırkı halda yuxarıda da qeyd olunduğu kimi mübahisəli sığorta şəhadətnaməsi sığortaçının “Yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” adlanan standart blankında tərtib edilməklə sığortaçının nümayəndəsi tərəfindən doldurulmuşdur. Bu baxımdan müqavilənin mətnində hər hansı qeyri-müəyyənliklər (hazırkı halda sel və subasma hadisəsi” qarşısında təsdiq işarəsinin qoyulması) müqavilənin müvafiq şərtlərinin tərtib olunmasında bilavasitə iştirak etməyən tərəf olan sığortalının ziyanına şərh edilə bilməz.
30. Cavabdehin əlavə risklərdən təminata görə sığorta haqqı ödəməməsi məsələsinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, sığortalı tərəfindən müqavilənin “cəmi sığorta haqqı” qrafasında göstərilən sığorta haqqı məbləği tam olaraq ödənilmişdir. Digər tərəfdən müqavilədə sığortaçı tərəfindən müəyyən olunmuş sığorta haqqı məbləğinin cavabdehin İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş müvafiq sığorta risklərinə görə sığorta haqqının hesablanması tariflərinə uyğun olmaması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, sığortaçının sığortalını müvafiq qərarla tanış etməsi, qərarda müəyyən edilmiş tarif d ərəcələri barədə məlumat verməsi, eləcə də sığortalının müqavilənin “Cəmi sığorta haqqı” qrafasında göstərilmiş sığorta haqqı məbləğinin yalnız yanğından sığorta riskinə görə ödənilməli olan sığorta haqqı məbləği olması barədə məlumatlandırılması iş materialları ilə müəyyən olunmamışdır. Odur ki, hazırkı halda sığorta haqqının məbləğinin sığortaçı tərəfindən təsdiq edilmiş tariflərə uyğun hesablanmaması faktı tərəflərin yalnız yanğın və partlayışdan sığorta olunması barədə razılığa gəlmələri barədə nəticəyə gəlmək üçün əsas vermir.
31. Beləliklə, sığortaçı tərəfindən imzalanmaqla sığortalıya təqdim edilən AS 001333 nömrəli sığorta şəhadətnaməsində müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması (bina, tikililər və s., hazır məhsul, mallar) risklərinin qarşısında “v” (təsdiq) işarəs inin qoyulması, cəmi sığorta haqqı məbləğinin 300 manat müəyyən olunması və sığortalı tərəfindən həmin məbləğdə sığorta haqqının ödənilməsi ona dəlalət edir ki, sığortalı öz mallarının müxtəlif sığorta riskləri, o cümlədən sel və su basması riskindən sığortalanması barədə sığortaçı ilə razılaşmışdır.
32. Belə olan halda məhkəmə cavabdehdə əmlakın yanğın və digər əlavə risklərin tam sığorta növü üzrə sığortalanmış iddiaçıya məxsus geyim əşyalarına sığorta hadisəsi nəticəsində maddi ziyan vurulduğunu, eləcə də sığortaçının sığorta ödənişin verilməsindən imtina etməsi üçün əsas olan halların mövcud olmasının məhkəmə tərəfindən müəyyən olunmadığını nəzərə alaraq hesab etmişdir ki, sığorta münasibətlərində sığortalı sığortaçıdan sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur.
33. Sığortaçıdan t utulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə sığorta predmeti olan əşyalara dəymiş zərərin məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin rəyi ilə subasma hadisəsi nəticəsində zərər vurulmuş əmtəə mallarına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 84.071,06 manat olması müəyyən edilmişdir.
34. Verilmiş ekspert rəyi ilə bağlı məhkəmə iclasında izahat verən ekspert rəydə müəyyən olunmuş əmtəə mallarının dəyərinin pərakəndə satış qiymətləri ilə hesablanmasını qeyd etmişdir.
35. Məhkəmə iddiaçı mübahisəli malları pərakəndə alqı-satqı yolu ilə əldə etmədiyini nəzərə alaraq ona dəymiş real zərərin malların topdansatış qiymətlərinə əsasən müəyyən olunmasını zəruri hesab etdiyindən iş üzrə əlavə əmtəəşünaslıq ekspertiz ası təyin etmiş və ekspert rəyinə əsasən, əşyaların (geyim paltarlarının) istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin təxminən 79.719,93 manat təşkil etməsi müəyyən edilmişdir.
36. Sözügedən rəyi vermiş və məhkəmə iclasında iştirak edən ekspert X5 izahatında rəydə texniki səhvə yol verildiyini, topdansatış qiymətinin “orta bazar qiyməti” kimi qeyd olunduğunu bildirmişdir. Məhkəmə həmin texniki səhvi nəzərə alaraq ekspert rəyində müəyyən olunmuş qiymətləri malların topdansatış qiymətlərinə əsasən hesablanmış dəyər kimi qəbul etmişdir.
37. Beləliklə, iddiaçının iddia tələbinin həcmini azaldaraq 79.719 manat sığorta ödənişini tələb etdiyini nəzərə alan məhkəmə irəli sürülmüş tələblər çərçivəsində işə baxaraq belə qənaətə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən tutulacaq olan sığor ta ödənişi 79.719 manat məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 79.719 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1 faiz olmaqla 4.783 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Cavabdeh sığorta ödənişini qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən, qanunda isə sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 4.783 manat (79.719x60x0,1%) dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 419.2, 425.1, 883.1, 884.1, 884. 3, 884.6, 899.2, 902.1.4, 903.2, 903.3, 926.1, 934.1, 934.2-ci maddələrinə, MPM-in 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
40. Cavabdeh həmin qətnamədən 2022-ci il 5 noyabr tarixində apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 2-2(103)-120/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzr ə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
43. Eyni zamanda, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğun, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmuşdur və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 419.2, 425.1, 883.1, 884.1, 884.3, 884.6, 899.2, 902.1.4, 903.2, 903.3, 926.1, 934.1, 934.2-ci maddələrinə, istinad etməklə əsaslandırmışdır.
45. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-ci il 24 fevral tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
46. Cavabdeh həmin qətnamədən 2023-cü il 18 aprel tarixində kassasiya şikayəti verərək, onun tamamilə ləğv olunması və iddia tələbinin təmin ed ilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
47. MM-in 883.1, 899.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. İş üzrə apellyasiya instansiya məhkəməsinin qəbul etmiş olduğu qətnamənin 50-ci bəndində qeyd edilir ki, “sığorta şəhadətnaməsinin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmir, əksinə iddiaçı sığorta haqqını ödəməklə həmin müqaviləni bağlamasına dair iradəsini ifadə etmiş və hazırda həmin müqaviləyə əsaslanaraq iddia irəli sürmüşdür. Müqavilənin etibarlılığını mübahisələndirən tərəf sığortaçı tərəfdir ki, sığortaçı tərəfindən isə müqavilə imzalanmış və möhürlənmişdir”.
48. Kassator bildirir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamın a yönəldilmiş hərəkətdir. Göstərilən nəticələri doğurması üçün əqd qanuni olmalıdır. Əqdin qanuni olması onun MM-də, habelə qanunlarda və qanun qüvvəli aktlarda əqdlərin bağlanılması üçün müəyyən olunmuş zəruri tələblərə cavab verməsini nəzərdə tutur. Bu tələblər əqdin bütün ünsürlərinə (subyekt, obyekt, forma, məzmun) münasibətdə müəyyən olunmuşdur. Əqdin etibarsızlığı onu nəzərdə tutur ki, əqd kimi yerinə yetirilən hərəkət hüquqi fakt tutur ki, əqd kimi yerinə yetirilən hərəkət hüquqi fakt kimi qiymətləndirilmədiyinə görə həmin hərəkəti yerinə yetirən şəxsin nəzərdə tutduğu mülki-hüquq nəticəni doğurmağa qadir deyildir.
49. Məhkəmələrdə baxılan əqdə əsaslanan müxtəlif növ mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6,346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələ blə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
51. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tut ulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
52. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
53. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.
54. Müqaviləl ərdən göründüyü kimi, həmin müqavilələr iddiaçı tərəfindən imzalanmamış, yalnız 2020-ci il 16 noyabr tarixində leysan xarakterli yağış yağdığı üçün məhz özü tərəfindən imzalanmamış əqddəki arzusundan asılı olan şərtdən irəli gəldiyi üçün pul tələb etmişdir. Sözügedən əqd etibarsız olduğu üçün cavabdeh tərəfindən hüquq və öhdəliklər əmələ gəlmir.
55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 6 nömrəli Qərarı ilə təsdiq olunmuş “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi haqqında” Qaydalarının, MPM-in 101.6, 102.1, 102.2-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin təşəbbüsünə əsasən, 2 dəfə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert qarşısına iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Binə Ticarət M ərkəzi, sıra 5, korpus 2-də yerləşən 8 nömrəli mağazada saxlanılan, 2020-ci il 17 noyabr tarixində baş vermiş leysan yağışları nəticəsində zərər vurulmuş əmtəə mallarına baxış keçirilməklə həmin malların hadisəsən əvvəlki dəyərinin topdansatış qiymətlərinə əsasən müəyyən edilməsi və qeyd olunan mağazada saxlanılan və leysan yağış nəticəsində zərər vurulmuş əmtəə mallarının istifadəyə tam yararsız olub-olmaması müəyyən edilməsi barədə suallar qoyulmuşdur.
56. Lakin 2022-ci il 20 iyul tarixli, 9/2308 saylı ekspert rəyinə nəzər salsaq məlum olur ki, ekspert onun qarşısına qoyulmuş suallardan 1-ci sualı yanlış cavablandıraraq ekspert baxışına təqdim edilmiş əşyaların istifadəyə yararlı vəziyyətdə topdansatış qiymətini yox orta bazar qiymətini çıxartmışdır. Halbuki, MPM-in 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Ekspert onun qarşısına qoyulmuş sualları tam cavablandırmamış, ekspert qarşısına qoyulmuş suallardan kənara çıxmışdır. 57. 2022-ci il 20 iyul tarixli, 9/2308 saylı rəydə malın bazar qiymətinin müəyyənləşdirilərkən və təsbit olunarkən malın bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumat lardan, yaxud reklam mənbələrinin məlumatlarından istifadə edildiyini və respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə etməklə rəy qəbul etdiyini formal olaraq qeyd etsə də faktiki olaraq rəyində həmin mənbələrdən əldə etdiyi məlumatları qeyd etməmişdir.
58. İstinad olunan qaydalara əsasən, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Statistika Komitəsinin bazar qiymətləri barədə məlumatlarından, Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə məlumatlarından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin, onların yerli orqanlarının bazar qiymətləri barədə məlumatlarından, Vergilər Nazirliyi və onun yerli orqanlarının bazar qiymətləri barədə məlumatlarından, digər səlahiyyətli orqanların, hüquqi və fiziki şəxslərin, o cümlədən intizamlı vergi ödəyicilərinin rəsmi məlumatlarından, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, "İnternet" sisteminin və digər mənbələrin elanları və reklam məlumatlarından, qanunvericiliklə səlahiyyətə malik olan ekspertin (mütəxəssisin) rəyi, habelə, nəzarət qaydasında mal alqısının nəticələri, xronometraj qaydasında müşahidə aparılmaqla qeydə alınan qiymətlərdən, bir-birindən asılı olmayan şəxslər arasında bağlanmış müqavilələr (əqdlər) əsasında onun bağlandığı günə, yaxud həmin dövrdə ərazi üzrə (rayon, şəhər) digər vergi ödəyicilərinin sənədlərində qeydə alınmış qiymətlərdən, respublika daxilində, zərurət yarandıqda xarici dövlətlərin birj a kotirovkaları haqqında rəsmi və ya kütləvi məlumat mənbələrindən istifadə edilir. Topdansatış qiymətinin müəyyən olunması ilə bağlı qeyd edirik ki, ümumiyyətlə, topdansatış ticarətini kommersiya təşkilatlarına böyük miqdarda məhsulların satışı ilə məşğul olan ticarət kimi başa düşə bilərik.
59. Topdansatış biznesi yalnız müəssisələrə və ya tacirlərə sata bilər çünki onların qurduqları qiymətlər müştərilərə çatdıqlarından qat-qat ucuzdur. Çünki məhsul daha ucuz qiymətə alıb, ondan sonra qazanc əldə etməyə çalışır. Topdansatış biznesi istehsalçılardan və digər topdansatışçılardan məhsul alır, onları növbə ilə başqalarına satılır. Qısası olaraq məhsul topdan olaraq ucuz qiymətə alınır və baha qiymətə pərakəndə halında satılır. Lakin kommersiya işinin materiallarında olan 1-ci və 2-ci eksper t rəyində topdansatış qiyməti ilə bazar qiyməti arasında fərq çox azdır. Bununla da, ekspert tərəfindən ona həvalə olunmuş işə etinasız yanaşıldığı, dolayı yolla rəy verildiyi, tam, hərtərəfli və obyektiv araşdırılmadığı məlum olur.
60. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Qeyd olunanlara əsaslanaraq, tərəfimizdən əlavə ekspertiza keçirilməsi ilə bağlı vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmiş, lakin qeyd olunan vəsatət məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir.
61. MPM-in 372.1, 372.7, 385.1.1, 385.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhk əməsi tərəfindən işə mahiyyəti üzrə baxılmamış, tətbiq edilməli olan maddi hüquq normaları yanlış təhlil olunmuş, bu səbəbdən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istinad maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması halları apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınsaydı, iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin aktı apellyasiya qaydasında ləğv edilə bilərdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır ki, bu da həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
63. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
64. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara ist inad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
66. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
419. Müqavilələrin standart şərtlərinin qeyri-adi müddəaları... 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə
884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki m əsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.... 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.... 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.... ” “Maddə
899. Sığorta müqaviləsinin forması... 899.2. Bu Məcəllənin 899.1.2-ci maddəsində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır....” “Maddə
902. Sığorta şəhadətnaməsinin məzmunu 902.1. Sığorta şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:... 902.1.4. sığorta riskləri;...” “Maddə
903. Sığorta haqqı... 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər....” “Maddə
926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....” “Maddə
934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”
67. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 11 9.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli, 22(103)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
69. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, müqavilələr iddiaçı tərəfindən imzalanmadığından etibarsız olmuşdur. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əs ası olmur.
70. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
71. Mübahisəli sığorta şəhadətnaməsinin iddiaçı tərəfindən imzalanmaması şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Belə ki, sığorta şəhadətnaməsi iddiaçı tərəfindən imzalanmasa da, iddiaçının sığorta haqqı məbləğini ödəməsi onun sığorta şəhadətnamələrinin bəyənilməsi şəklində iradə ifadəsini təcəssüm etdirmişdir. Bundan başqa, iddiaçı sığorta şəhadətnaməsinin etibarlılığını mübahisələndirilməmiş, etibarlılığı mübahisələndirən sığortaçı olsa da, həmin müqavilə onun tərəfindən imzalanmış və möhürlənmişdir.
72. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni əldə olunmuş ekspert rəyləri də daxil olmaqla müvafiq sübutların kompleksinə istinad etməklə əsaslandırmış, kassator isə sözügedən nəticənin düzgünlüyünü tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
73. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, ekspert rəyi ilə malın bazar qiyməti müəyyənləşdirilmiş, məhkəmə əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməmişdir.
74. Kassasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 mart tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertə əmtəə mallarına baxış keçirilməklə həmin malların leysan hadisəsindən əvvəlki dəyərinin topdansat ış qiymətlərinə əsasən müəyyən olunması həvalə edilmişdir. Ekspert rəyində təqdim olunmuş əşyaların istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin 79.719,93 manat olması göstərilsə də, sonradan məhkəmənin 2022-ci il 14 sentyabr tarixli iclasında ekspert izahat verərək rəydə texniki səhvə yol verildiyini və “topdan satış qiyməti”nin yanlışlıqla “orta bazar qiyməti” kimi qeyd olunduğunu göstərmişdir. Göründüyü kimi, ekspert tərəfindən verilmiş rəy cavabdehin kassasiya şikayətində göstərdiyi kimi malın bazar qiymətini deyil topdan satış qiymətini əks etdirmişdir. Bu səbəbdən, məhkəmə cavabdehin nümayəndəsinin əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinin rədd olunması barədə 2022-ci il 21 sentyabr tarixli, e-2-2(113)113/2022 saylı əsaslandırılmış qərardad qəbul etmişdir.
75. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 76. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məh kəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
77. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiy i nəticə ilə razılaşır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
79. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-903/2022 saylı qətnaməsinin ləğv olunması üçü n əsas ola bilməz.
80. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
81. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 2-2(103)-120/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.