Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-316/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)- 118/2024 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı QSC ilə alıcı "xxxx" MMC arasında 2022-ci il 30 noyabr tarixli *** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə görə, satıcı alıcı tərəfindən seçilmiş 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanı satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanın dəyəri 127.118,64 manat, ƏDV 18% 22.881,36 manat, cəmi 150.000 manat təşkil edir; - 2.2-ci bəndinə görə, tam ödəniş müqavilə bağlandıqdan sonra 2 ay ərzində nəzərdə tutulur; - 4.1-ci bəndinə görə, alıcı bu müqavilənin 2.2-ci bəndində göstərilən öhdəliklərini vaxtında yerinə yetirməsə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçü n həmin müqavilənin 1.2-ci bəndində göstərilən ümumi qiymətindən 0.1% məbləğində dəbbə ödəməyi öhdəsinə götürür. 2. 2022-ci il 15 dekabr tarixli 3136 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 2022-ci il 15 dekabr tarixində 1 ədəd “Dynapac növlü CC384HF” modelli texnika təhvil vermişdir.
3. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 2022-ci il 30 noyabr tarixli *** nömrəli alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 150.000 manat təşkil edən 2022-ci il 15 dekabr tarixli EBCL seriyalı 224317 nömrəli elektron qaimə göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2022-ci il 30 noyabr tarixli, *** saylı alqı-satqı müqaviləsinə əsasən 150.000 manat borcun, 15.000 manat dəbbə pulunun, 180 manat hüquqi yardıma görə xərcin, 400 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun, toplam 165.625 manat cavabdehdən onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki halına (bax §1,2) istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməyinə baxmayaraq cavabdeh tərəfindən hal-hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaiməfaktura və 0016-23 nömrəli, 2023-cü il 17 aprel tarixli pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən heç bir ödəniş edilməmişdir. Cavabdehin iddiaçı tərəfindən göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən iddiaçı bu müqavilə ilə “İcraçı” şirkət olaraq müqavilə üzrə malları 2022-ci il 28 may tarixində təhvil verməyi öz üzərinə götürmüş və müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəf 2022-ci il 15 fevral tarixədək ödəməni tam icra etməli olmasına baxmayaraq gecikdirmə etdiyindən 15.000 manat (bir gün – 150.000*0,1/100=150 manat) dəbbə pulu ödəməlidir.
6. Cavabdehin nümayəndəsi əsl olmayan tərəfin əvəz edilərək, iddianın Azərbaycan Avtomobil X1 "xxxx" MMC-yə yönləndirilməsi barədə ərizə vermiş, ərizəsində göstərmişdir ki, cavabdeh hazırki iş üzrə tərəf qismində çıxış edə bilməz və iddia əsl cavabdehə yönləndirilməlidir. Belə ki alqı-satqı müqaviləsinin predmeti olan texnika "xxxx" MMC-nin balansına verilmişdir və bu günədək onlar tərəfindən istismar olunur. Cavabdeh Azərbaycan Avtomobil X1 nəzdində nəqliyyat bazası kimi fəaliyət göstərir. Yeni yolların çəkilməsi, yolların abadlaşdırılması kimi funksiyalar müəssisənin səlahiyyətlərinə aid deyil. Müəssisənin fəaliyyəti balansında olan TATRA-815 markalı yük avtomobillərinin, ehtiyac olduğu halda Agentliyin nəzdində olan, yol infrastrukturunun abadlaşdırılması ilə məşğul olan digər müəssisələrə ezamiyyəyə göndərməkdən ibarətdir. Hal-hazırda iddiaçıdan alınmış DYNAPAC CC 384 NF markalı, 2013-cu ilin buraxılışı, seriya nömrəsi ******* NOA 00979, mühərrik nö mrəsi 68336010 olan texnikanın (asfalt verdənəsi) pulunun ödənilməsi Agentliyin rəhbərliyi tərəfindən "xxxx" MMC-nin direktoruna tapşırılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 sentyabr tarixli e-2-2(113)3792/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2022-ci il 30 noyabr tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc 150.000 manat, 10.000 manat dəbbə pulu, cəmi 160.000 manat, habelə hüquqi yardıma görə ödənilmiş 180 manat, mediasiya xərci 400 manat, dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində vəsait tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim E.Əliyev).
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci il 30 noyabr tarixli 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənə si texnikanın alqısatqısı ilə bağlı müqavilə bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 1 ədəd “Dynapac CC384HF” asfalt vərdənəsi texnikanın 150.000 manat məbləğində dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlar işə əlavə edilmiş müqavilə, elektron qaimə, təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır.
9. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd etmişdir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə MM-nin 467-ci maddəsinin tələbləri baxımından azaldılaraq 10.000 manat məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 467 və 567-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş ap ellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)-118/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilə üzrə malın cavabdehə təhvil verilməsi təhvil-təslim aktı (bax bu qərarın 2-ci bəndi) və sonuncunun heç bir etiraz etmədiyi elektron qaimə (bax bu qərarın 3-cü bəndi) ilə t am təsdiq olunmuş, cavabdeh də bu halları mübahisələndirməmişdir.
14. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 150.000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
15. Məhkəmə iddiaçının dəbbə pulunun tutulması tələbinə tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinin, MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət vermiş, işin hallarını, yəni cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müddətini və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı 10.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır..
16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmi şdir ki, işin materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin ünvanına, SMS bildirişlər isə cavabdehin nümayəndəsinin istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş və əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə (vəsatət) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin lazımi qaydada iştirakı tam təmin edilmişdir.
17. Bundan əlavə birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya yazılı etiraz təqdim etməmiş, yalnız əsl olmayan tərəfin əvəz edilməsi barədə yuxarıda qeyd olunan vəsatəti vermiş, habelə iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Hazırda isə c avabdeh borc məbləğinin düzgün müəyyən edilməsini və iş üzrə ekspertiza keçirilmədiyini bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, məhkəmənin qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olu nmuş faktlara əsaslanır.
18. Bundan əlavə hətta cavabdehin dəlilləri araşdırılsa belə əsaslı olduğu təsdiq olunmur. Çünki cavabdeh borcun ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Borcun məbləğinin müəyyən edilməsi üçün isə heç bir ekspertiza təyin olunmasına zərurət yoxdur. Çünki ödənilməli olan avadanlığın dəyəri tərəflərin razılığına əsasən 150.000 manat müəyyən edilmiş və cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Avadanlığın faktiki olaraq cavabdeh tərəfindən deyil, üçüncü şəxs tərəfindən faktiki istifadə olunmasının isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Müqavilə məhz cavabdehlə bağlanmış və texnika da ona təhvil verilmişdir. Cavabdehin dövlət büdcəsindən maliyyələşməsi də mübahisənin həlli baxımından əhəmiyyət daşımır. Mülki hüquq subyektləri bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar.
19. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.2, 5.3, 6.1, 6.1.1, 462.1, 467, 567 və 598.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tət biqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə; MPM-in 77.1, 209.3 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ, İİ hissələri və MM-in 385, 462.1, 467, 568.1, 577.1, 578.1-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə əsassız və qanunsuz olmuşdur, maddi və prosessual hüququ normaları pozularaq düzgün tətbiq edilməmiş, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tə tbiq edilməli qanunu və digər normativ hüququ tətbiq etməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, iddiaçının cavabdehə 2022-ci il 15 dekabr tarixində 1 ədəd “Dynapac növlü CC384HF” modelli texnikanın təhvil verilməsi işin materiallarında müəyyən edilməmiş, məhkəmə isə “1 ədəd Dynapac növlü CC384HF” modelli texnikanın göstəriciləri ilə bağlı cavabdehin iradlarını qəbul etməmişdir. Eyni zamanda, məhkəmənin dəbbə pulu ilə bağlı mövqeyi də əsaslı olmamışdır. Belə ki, məhkəmə cavabdehin Azərbaycan Avtomobil X1 tabeçiliyndə olan dövlət müəssisəsi olmasını və onun fəaliyyət istiqamətlərinin məhz yolların layihələnməsindən qorunmasından, həmçinin dövlət büdcəsindən maliyyələşməsini nəzərə almamışdır. Apellyasiya məhkəməsi işin tam, obyektiv və hərtərəfli araşdırı lmasının təmin edilməsi məqsədilə işin materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş texniki göstəriciləri yararsız olan əmlakı sübut kimi qəbul etmiş, aydınlaşdırmamış və razılaşmamasının səbəbini qətnaməsində göstərməmişdir.
23. MPM-in 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhkəməsi işə baxan məhkəmə kimi işin materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, cavabdehin etirazının əsaslarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaq dır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qa nunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;...” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borcl u deyildir...” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prins ipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğu n çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 31.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlili tərəflər arasında bağla nmış müqaviləyyə əsasən texnikanın 2022-ci il 15 dekabr tarixində cavabdehə təhvil verilməməsi ilə bağlıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 2022-ci il 30 noyabr tarixli müqaviləsi üzrə alqı-satqının predmetini təşkil edən “Dynapac növlü CC384HF” modelli 2022-ci il 15 dekabr tarixli 3136 saylı təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. İşə mahiyyəti üzrə baxılarkən, cavabdeh bu halı ümumiyyətlə mübahisələndirməmiş, sözügedən texnikanın ona təhvil verilməməsinə istinad etməmişdir.
34. Cavabdehin kassasiya şikayətinin alqı-satqı müqaviləsi üzrə texnikadan başqa hüquqi şəxsin istifadə etməsi s əbəbindən, cavabdehin əsl cavabdeh olmaması barədə eyni məzmunlu dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Kollegiya cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 18-ci bəndi).
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 fevral tarixli 2-2(103)-118/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva Z.B.Babayev İ.Ə.Şəfiyev