Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-317/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin "xxxx" ASC-yə” qarşı iş üzrə QƏRAR Açar sözlər: qanunsuz hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli, 2-2(103)-127/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı MMC-nin İmişli İnnovasiya filialına məxsus müəssisənin enerji təchizatı sisteminə baxış keçirmiş, bu barədə 012506 nömrəli 2022-ci il 13 may tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğaca baxış zamanı elektrik sayğacının axan yükü düzgün qeyd etmədiyi, “Uc” fazasında quraşdırılmış cərəyan transformatorunun komputer məlumat bazasında k=300/5=60 olduğu halda, faktiki yerində k=400/5=80 olduğu qeyd edilmişdir. Akt əsasında iddiaçıya 51.521,5 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, cavabdeh tərəfindən 2022-ci il 13 may tarixli 012506 saylı akt əsasında iddiaçıya itirilmiş elektrik enerjisinin bərpasına görə əsassız hesablanmış 51521,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının “İmişli-İnnovasiya” filialına 2022-ci il 23 may tarixli 01-01/181 saylı məktub ilə müraciət edərək, iddiaçı tərəfindən X2 qaydalarının pozulması ilə bağlı 2022-ci il 13 may tarixli 012506 saylı aktın tərtib olunmasını bildirmişdir. Səbəb olaraq isə, guya elektik sayğacı axan yükü düzgün qeyd etmədiyi üçün, itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya əsassız olaraq 51.521,50 manat vəsait hesablanmışdır. Halbuki, 2022-ci il 11 mart tarixində cavabdehin nümayəndələri tər əfindən sayğacın sxemi yoxlanılaraq, tərtib edilmiş 248355 saylı “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” akta əsasən, sayğacın saz olması öz əksini tapmışdır. Eyni zamanda iddiaçının nümayəndələri tərəfindən sayğaca müdaxilə edilməsi mümkünsüzdür, çünki sözügedən uçot hesabat dəstinin yerləşdiyi bölmə cavabdehin balansında yerləşən 330/230/110/35/10 kV-luq Y/stansiyada yerləşir və oraya kənar şəxslərin ümumiyyətlə girişi qadağandır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda may ayı üzrə elektik enerjisinin sərfiyyatına görə 59951,40 manat hesablandığı, aprel ayı üzrə isə qalıq borc 13191,36 manat olaraq göstərilmişdir. May ayı üzrə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 59951,40 manat 2022-ci il 24 may tarixli ödəniş tapş ırığına əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Əlavə olaraq aprel ayı üzrə 13191,36 manat məbləğində qalıq borc 2022-ci il 18 may tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Lakin buna baxmayaraq, cavabdeh iddiaçıya ünvanladığı 2022-ci il 23 may tarixli məktubunda elektrik enerjisinin sərfiyyatına görə iddiaçının aprel ayı üzrə cavabdehə 13191,36 manat qalıq borcunun olduğunu bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda yaranmış debitor borcun, o cümlədən 2022-ci il 13 may tarixli 012506 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 51521,50 manat vəsaitin 2022-ci il 25 may tarixinədək ödənilmədiyi təqdirdə, iddiaçının filialına elektrik enerjisinin verilişinin dayandırıl ması barədə xəbardarlıq edilmişdir. Cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin dayandırılması iddiaçının istehsal prosesini çətinləşdirərək, gələcəkdə iddiaçıya külli miqdarda zərər vurulmasına səbəb olacaq. İddiaçının “İmişli İnnovasiya” Filialının ərazisində 2022-ci il mövsümü üzrə 525 ha sahədə arpa, 400 ha sahədə buğda və 1480 ha sahədə isə pambıq məhsulu əkilmişdir. Hal-hazırda kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı aqrotexniki tədbirlərin görülməsinin ən məsuliyyətli dövrüdür. Belə ki, pambıq sahələrində kultivasiya işləri, zərərvericilərə qarşı mübarizə tədbirləri və suvarma işləri həyata keçirilir.
4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli, e-2-2(113)3879/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən 2022-ci il 13 may ta rixli 012506 saylı akt əsasında itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 51521,50 manat borc silinmişdir ( sədrlik edən hakim A.Əliyeva).
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilmiş, bununla bağlı olaraq 2022-ci il 13 may tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 51.521,5 manat borc hesablanmışdır.
6. Məhkəmə həmin borcun silinməsinə dair iddia tələbinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2” Qaydalarının 4.1, 8.1, 8.2, 8.16-cı maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun 1, 2.1, 2.2, 2.3, 3.1-ci maddələri, “Sahibkarlıq sahəsində apar ılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1, 3.1, 3.2, 13.1-13.4, 13.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinin tələbləri baxımından qiymət verərək beə qənaətə gəlmişdir ki, enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “X2 Qaydaları”na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonr a həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin tələblərinə əhəmiyyət verməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır.
7. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli, 2-2(103)-127/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 26 sentyabr tarixli e-2-2(113)3879/2022 saylı qətnaməsi dəy işdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov, A.Hüseyn).
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşaraq göstərmişdir ki, iddiaçıya məxsus müəssisənin elektrik təchizatı sisteminə baxış keçirilməsi barədə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından hüquqi nəticəsi olmadığı üçün həmin yoxlama əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsaslıdır. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq ed ilmiş “X2” Qaydalarının 7.18, 7.19, 10.18.9-cu maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1, 2, 3.1, 3.2, 13.1-13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinintəmin olunmaması xahiş edilmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 12. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 1.1.1, 2.3-cü maddələrinin tələbləri pozulmuşdur-iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X2 Qaydaları"na, həmçinin abonentin məhz elektrik sərfiyyatı göstəricilərinin oxunması ilə bağlı fəaliyyətinə riayət olunması vəziyyətini yoxlamışdır. Həmçinin cavabdeh məhz mütəmadi olaraq iddiaçıya məxsus sahibkarlıq obyektinin sayğac göstəricilərinin oxunması zamanı sayğacda qüsurlar aşkar etdiyindən müvafiq akt tərtib edilmiş və iddiaçıya mübahisələndirilən borc məbləği hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmiş, etirazını onunla əsaslanmışdır ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2” Qaydalarının 7.18-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Eyni Qaydaların 7.19-cu bəndinə uyğun olar aq, enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda qanunvericiliyin tətbiqi dairəsi müfəssəl təsvir olunmuşdur. Belə ki, həmin Qanunun 2.1-ci bəndinə əsa sən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-cü bəndinin tələblərinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci bəndinə uyğun olaraq, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbayc an Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyə ti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Fərmanın 1.5-ci bəndinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan apardan yoxlamaların hüquqi nəticəsi yoxdur. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
19. Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “7. ELEKTRİK ENERJİSİNİN UÇOT CİHAZLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ... 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.” “10. ENERJİTƏCHİZATİ MÜƏSSİSƏSİNİN MƏSULİYYƏTİ... 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydaları nın, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibk arlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;...” “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir....” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “ Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlı q sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”
21. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidi rlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır...,”
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə m əhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, k assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 24. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qəra r qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği 2022-ci il 13 may tarixində cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “X2 Qaydaları”na riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanın nəticəsində tərtib olunmuş akta əsasən hesablanmışdır.
26. Cavabdehin kassasiya şikayətinin dəlili məhkəmənin həmin aktı əsassız olaraq yoxlama aktı kimi qiymətləndirməsi ilə bağlıdır.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
28. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də (bax yuxarıda §62-63) hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
29. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq edildiyindən və qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva M.T.Əhmədova Ə.M.Xıdırov