Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-318/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin iştirakı ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2-2(103)-139/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır.
1. İŞİN HALLARİ
1. Cavabdeh MMC (Sifarişçi) ilə (bundan sonra – “cavabdeh”) “xxxx” MMC (İcraçı) (bundan sonra – “iddiaçı”) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixdə 2 saylı müqaviləyə görə icraçı 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazaların reklam işlərinin icra edilməsi və sifarişçi ilə razılaşdırılmış digər reklam işlərini görməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin dəyəri 12.988 ( on iki min doqquz yüz səksən səkkiz) AZN təşkil edir (vergilər daxil olmaqla) (4.2-ci bənd); icraçı Sifarişçiyə hesab-faktura və təhvil təslim aktı təqdim etməli idi ( 4.3-cü bənd); Sifarişçi İcraçıdan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində faktura dəyərini İcraçıya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödəməli idi (4.4-cü bənd).
2. OEG 10/2017 saylı, xx xxxxxx 2018-ci il tarixli invoysda müqavilə üzrə işlərin həcmi əks olunmuş və 12.988 manat məbləğində pulun iddiaçının bank hesabına ödənilməsi cavabdehdən tələb edilmiş, həmçinin EAAG seriyalı 932568 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə ünvanlanmış müqavilənin 4.3-cü və 4.4-cü bəndləri İcraçı tərəfindən pozulmamışdır. 3. 166 yük taksisinin yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair xx.xx.2018-ci il tarixli, 23676 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, 55 ədəd gül buketi “28 Mall” ünvanına çatdırılmış, malın sahibi (təhvil verən/təhvil alan) qismindəHəsənov Əbləsən qeyd olunmuş, xx.xx.2018-ci il tarixli, 23083 nömrəli təhvil-təslim aktına görə 100 ədəd gül buketi “Gənclik Mall” ünvanına çatdırılmış, malın sahibi (tə hvil verən/təhvil alan) qismində-Ə.Həsənov qeyd olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş videodiskdə “Gənclik Mall” və “28 Mall”da yerləşən “İdeal” mağazasında gül kompozisiyalarının əks olunduğu 29 və 41 ədəd fotoşəkillər yer almışdır.
4. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi əsasında, iddiaçının icra etdiyi işlərin əvəzi olaraq 12.988 AZN məbləğində pulu 5 gün müddətində “iddiaçı şirkətə ödənilməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********390300 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 12.988 manat dəyərindən xx.xx.2018-ci il tarixli EAAG seriyalı 932568 nömrəli elektron qaimə faktura alıcı tərəfindən qəbul edilərək təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi əsasında, iddiaçının icra etdiyi işlərin əvəzi olaraq razılaşdırılmış 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, razılaşdırılmış iş ləri görərək, cavabdehə təhvil vermişdir (bax yuxarıda § 1), iddia ərizəsinə əlavə edilmiş diskdəki fotoşəkillər reklam işinin tam şəkildə icra olunduğunu sübut edir. Görülmüş reklam işlərinə görə xx.xx.2018-ci il tarixli, cəmi 12.988 AZN məbləğində olmaqla hesab-faktura yazılmış və cavabdeh şirkətə təqdim edilmiş, lakin ödəniş bu günədək həyata keçirilməmişdir. Müqavilənin 4-cü bəndinə əsasən “Sifarişçi” hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün aşağıdakı ödənişi həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin dəyəri 12.988 AZN təşkil edir. Tərəflərin razılığına əsasən, “İcraçı” “Sifarişçiyə” hesab-faktura təqdim edəcək, “Sifarişçi” “İcraçı”dan hesab-fakturanı qəbul etdikdən sonra növbəti ayın ilk 5 iş günü ərzində faktura dəyərini “İcraçı”ya, bank hesablaşma hesabına köçü rmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir. İddiaçı cavabdehə xx xxxxxx 2018-ci il tarixli hesab-fakturanı göndərmiş və xx.xx.2018-ci il tarixli Seriya EAAG №932568 saylı elektron qaimə tərtib etmişdir. Lakin dəfələrlə cavabdehə müraciət etməklərinə baxmayaraq, cavabdeh tərəfindən bu günədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyindən, iddiaçı cavabdehə xx.xx.2018-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək, 12.988 AZN məbləğində borcunu 5 gün müddətində iddiaçıya ödənilməsini tələb etsə də, bu günədək pretenziyaya heç bir cavab verilməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin 7-ci bəndinə əsasən, tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının müvafiq İnzibati-İqtisadi Məhkəməsi tərəfindən həyata keçirilir və tərəflər üçün qəti sayılır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 mart tarixli, 2-2(81)94/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçıya xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi əsasında, 12.988 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.018 (on üç min on səkkiz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Oruczadə).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən heç bir işin görülmədiyini, əksinə cavabdehin başqa şirkətlə reklam işləri ilə bağlı razılaşdığını, həmin şirkətlə müqavilə bağlandığını, qiymət razılaşma protokolunun imzalandığını və həmin şirkət tərəfindən görülmüş işlərin təhvil-təslim olduğunu qeyd etməklə, digər şirkətlə bağlanmış müqavilə və sənədləri məhkəməyə təqdim etsə də, cavabdeh öz etirazının əsası kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
12. Belə ki, müqavilə xx.xx.2018-ci il tarixində bağlanmış, görülmüş işlərin təhviltəslimi isə xx xxxx 2018-ci il tarixində olmuşdur. Cavabdeh müstəqil hüquqi şəxsdir və istənilən işlərlə bağlı istənilən hüquqi şəxslə müqavilə bağlamaq hüququna malikdir, həmin müqavilənin mövcud olması xx.xx.2018-ci il tarixli müqavilə üzrə işlərin qəbul edilmədiyini sübut etmir. Həmçinin, iddiaçı ilə bağlanmış müqavilə hamıya bəlli olan “14 fevralSevgililər günü” kimi tanınan bir gün məqsədilə işlərin görülməsi razılaşdırılmış, digər şirkət lə bağlanan müqavilə üzrə təhvil-təslim aktına görə isə görülmüş işlər 8 martBeynəlxalq qadınlar günü və Novruz bayramı ərəfəsinə təsadüf etmişdir.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 02 iyul tarixli, 2-2(103)-370/2019 saylı qətnaməsi ilə ( hakimlər K.Abiyeva (s ədrlik edən), M.Tağızadə və Ü.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 mart tarixli, 2-2(81)-94/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən sifarişin icrası ilə bağlı sifarişçi (hazırda cavabdeh) tərəfindən göstəriş və təlimat yazılı şəkildə verilməli idi; müqavilənin 4.3-cü bəndinə əsasən icraçı sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim edəcəkdir; 4.4cü bəndinə əsasən sifarişçi icraçıdan hesab-fakturanı qəbul etdikdən sonra növbəti aydın ilk 5 (beş) iş günü ərzində faktura dəyərini icraçıya, bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəyəcəkdir.
17. Müqavilənin şərtlərindən göründüyü kimi, müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla, müqavilə şərtlərinə əsasən icraçı 14 fevral tarixində “28 Mall” və “Gənclik Mall” ərazisində yerləşən “İdeal” mağazaların reklam işlərinin sifarişçi ilə razılaşdırılmış digər reklam işlərini icra etməli idi. Görüləcək işlərin dairəsi müqavilə ilə dəqiq müəyyən edilmədiyi üçün, müqavilənin 2.1-ci bəndinin tələbinə görə sifarişçi, icraçıya sifarişin icrası ilə bağlı yazılı göstəriş və təlimat verməli idi. Lakin işin materiallarından sifarişçi tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş, görüləcək işlərlə bağlı yazılı göstəriş və təlimat verməsi müəyyən edilmir. Hazırki halda, müqavilənin 4.3-cü bəndinə əsasən gördüyü işlərə dair icraçı tərəfindən sifarişçiyə hesab-faktura və təhvil-təslim aktı təqdim edilməlidir. İşin materiallarına müqaviləyə əsasən dəyəri 12.988 manat təşkil edən işlərin müqavilə şərtlərində müvafiq olaraq, icraçı tərəfindən sifarişçiyə təqdim olunmasına dair hər iki tərəfin səlahiyyətli şəxslərinin tərtib etdikləri hər hansı sübut, o cümlədən hesab-faktura və təhvil-təslim aktı əlavə edilməmişdir.
18. Birinci instansiya məhkəməsinin iddianın təmini üçün mötəbər sübut kimi qiymətləndirdiyi 166 yük taksi xidməti tərəfindən tərtib edilmiş 23083 və 23676 saylı «təhvil-təslim» aktı adlanan sənəddə cəmi 155 ədəd gül buketinin “28 Mal”l və “Gənclik Mall” adlanan ünvanlarda təhvil verildiyi göstərilmişdir. Lakin həmin «təhvil-təslim» aktlarında təhvil alan şəxslərin kimliyi, müvafiq səlahiyyətlərinin olub-olmaması qeyd olunmamış, yalnız imzalanmışdır.
19. Məhkəmə tərəflər arasında münasibətlərin alqı-satqı deyil, podrat müqaviləsindən yaranmasını, eləcə də 166 yük taksi xidməti tərəfindən tərtib edilmiş 23083 və 23676 saylı «təhvil-təslim» aktı adlanan sənəddə cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürünün olmamasını nəzərə alaraq hesab etmişdir ki, həmin aktlar hazırki iş üzrə görülmüş işlərin sifarişçiyə (iş üzrə cavabdehə) təhvilini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. 20. 02 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə işin yerinə yetirilərək sifarişçiyə təhvil verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, müqavilənin bağlanmasından bir gün sonra - xx xxxxxx 2018-ci ildə iddiaçı tərəfindən tərtib edilmiş invoys iddiaçının mü qavilə öhdəliklərini yerinə yetirməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə EAAG seriyalı 932568 saylı, xx xxxxxx 2018ci il tarixli elektron qaimə göndərilmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş «Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə» Qaydalarının 2.1-ci bəndinə əsasən bu Qaydalara müvafiq tərtib edilməyən elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim akt ları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Lakin EAAG seriyalı 932568 saylı, xx xxxxxx 2018-ci il tarixli elektron qaimə həmin Qaydaların tələblərinə uyğun doldurulmamış, qaimədə işin yerinə yetirilməsini təsdiq edən sənədlərə (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s) istinad olunmamışdır.
22. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 752.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qər ar qəbul olunmasınıxahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 19 noyabr tarixli, 2-2(102)-476/2019 saylı qərarı ilə (hakimlər X.Məmmədov (sədrlik edən), İ.Hüseynov və R.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 02 iyul tarixli, 22(103)-370/2019 saylı qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə görə yerinə yetirilməli olan işlərin həcmi, onların konkret olaraq nələrdən ibarət olacağı müqavilənin özündə müfəssəl və aydın şəkildə təsvir olunmamışdır. Tərəflər müqavilədə yalnızca ümumi şəkildə reklam işlərinin icra edilməli olduğunu göstərmişlər. Bundan başqa, müqavilədə sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə vermək sifarişçinin hüquq və vəzifəsi kimi təsbit olunmuşdur.
26. Görüləcək işin nədən ibarət olduğunu icraçıya (iddiaçıya) bildirmək vəzifəsi sifarişçiyə (cavabdehə) aid vəzifə olmuşdur. Məhz cavabdeh hansı xidmətlərin göstərilməsini və işlərin görülməsini sonradan iddiaçıya bildirmək öhdəliyi götürmüşdür. Cavabdeh görüləcək işlərlə bağlı göstəriş və təlimatları yazılı şəkildə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə yazılı göstərişin verilməli olduğunun təsbit edilməsinə baxmayaraq, əslində sifarişçinin daha sonra öz təşəbbüsü ilə belə göstərişi şifahi qaydada verdiyi müəyyən olunarsa, deməli bu ha lda, müqavilənin həmin şərtinə sifarişçi tərəfindən əməl edilməmiş olur. Başqa sözlə, məhz sifarişçi icraçıdan onun şifahi göstərişinə uyğun davranmağı tələb edir. Bu mənada, əgər sifarişçi tərəfindən şifahi göstərişlər əsasında hansısa işlərin görülməsi tələb olunmuşdursa, müqavilədə nəzərdə tutulmuş yazılı göstəriş verilməsi şərtinə əməl edilməməsi sifarişçinin iradəsi əsasında vermişdir. Belə iradə ifadəsi isə iddiaçının (icraçının) zərərinə nəticələr doğurmamalıdır.
27. Beləliklə, apellyasiya məhkəməsi cavabdehin özünün müqavilə şərtlərindən kənara çıxan qaydada xidmət göstərilməsini tələb edib-etmədiyini, daha sonra həmin xidmətin qəbul olunub-olunmadığını və həmin xidməti bəyənib-bəyənmədiyinə qiymət verməli idi. İddiaçı yazılı göstərişin verilməməsinin səbəblərini onunla əsaslandırm ışdır ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac olmamışdır, çünki bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi.
28. Müqavilənin özünün xx xxxxxx 2018-ci il tarixdə bağlanıldığı nəzərə alındıqda həqiqətən də işlərin olduqca qısa müddətlərdə və operativ yerinə yetirilməsi tələb olunurdu. Bu hal isə iddiaçının ona göstərişin şifahi qaydada verildiyi ilə bağlı bildirdiklərinin inandırıcılığını artırır. Məhkəmə işgüzar adətlərdən irəli gələn qaydada araşdırma və qiymətləndirmə aparmamışdır. İşgüzar adətlərin nəzərə alınmasını Mülki Məcəllənin 10.1 və 404.2-ci maddələri də tələb edir.
29. Müqavilə şərtinə görə görülmüş işlərin sifarişçi tərəfindən qəbul edilməsinin sübutu kimi iddiaçı təhvil-təslim aktı təqdim etməlidi r. İddiaçı bununla bağlı 166 yük taksisinin yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair xx.xx.2018-ci il tarixli, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarını təqdim etmişdir. Həmin aktlardan görünür ki, cəmi 155 ədəd gül buketi xx xxxxxx 2018-ci il tarixdə 28 Mall və Gənclik Mall ünvanına çatdırılmış, malın sahibi (təhvil verən/təhvil alan) qismində Həsənov Əbləsən qeyd olunmuş və mallar heç bir irad bildirilmədən qəbul edilmişdir. Beləliklə, əgər həmin mallar iddiaçı tərəfindən göndərilmiş mallardırsa və həqiqətən cavabdeh tərəfindən qəbul edilmişdirsə, o halda, sübutetmə yükünün dəyişməsi baş vermiş olacaqdır. Yəni, artıq cavabdeh qəbul etdiyi malları hansı hüquqi əsasla qəbul etdiyini göstərməli və ya qəbul edilmiş malların razılaşdırılmış podratın nəticələri olma dığını sübut etməlidir. Bu zaman qüsurla bağlı tələbin nə üçün vaxtında irəli sürülmədiyinə də xüsusi önəm verilməlidir.
30. Apellyasiya məhkəməsi sözügedən təhvil-təslim aktlarını ümumiyyətlə sübut kimi qəbuldan imtina etməkdə haqlı olmamışdır. Təhvil-təslim aktının təyinatı görülmüş işin yerinə yetirildiyini və tərəflərin bunu qəbul etdiklərini qeydə almaqdan ibarətdir. Bu akta münasibətdə əsas tələb onun yazılı qaydada tərtib olunması, tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanması və onun məzmunundan tərəflərin iradəsini müəyyən etməyin mümkün olmasıdır. Səlahiyyətli şəxslər dedikdə isə həmişə mütləq hüquqi şəxsi təmsil etmək hüququna malik olan rəsmi şəxslər başa düşülməməlidir.
31. Mülki Qanunvericiliyin tələblərinə əsasən təhvil-təslim aktı cavabdehi rəsmi təmsil etmək hüqu quna malik olmayan şəxslər tərəfindən imzalanmışdırsa belə, əgər görülmüş işlərin nəticəsi kimi hazırlanmış mallar real olaraq cavabdeh tərəfindən qəbul edilmiş və istifadə olunmuşsa, öhdəlik borclu tərəfindən ixtiyarlı şəxsə (kreditora) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq cavabdehi təmsil etmək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanıbimzlanmadığından, orada möhürün olub-olmadığından daha çox, real olaraq həmin təhviltəslim aktına əsasən malların kimə və hara təhvil verildiyi, xüsusən bu təhvildən sonra mallardan cavabdehin faktiki olaraq faydalanıb faydalanmadığıdır. Əgər cavabdeh faktiki olaraq malları qəbul etmiş və ondan faydalanmışa, podratın nəticələrinin ona təqdim edilməsi baş tutmuş sayılmalıdır. Ona görə də, məhkəmə təkrar apellyasiya baxışı zamanı ilk növbədə 166 yük taksisinin yüklənməyə/yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair xx.xx.2018-ci il tarixli, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarını və ondan irəli gələn digər məsələri tam və hərtərəfli tədqiq etməklə orada göstərilən yüklərin kimə məxsus olduğunu, kimin tərəfindən göndərildiyini, haraya və konkret kimlərə təhvil verildiyini dəqiq müəyyən etməlidir. Bu halın dəqiq müəyyən edilməsi apellyasiya məhkəməsinin OEG 10/2017 saylı xx xxxxxx 2018-ci il tarixli invoysla bağlı mövqeyinin əsaslılığı baxımından həlledicidir. Çünki məhkəmə belə nəticəyə gəlib ki, tərəflər arasında bağlanmış 02 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə işin yerinə yetirilərək sifarişçiyə təhvil verilməsi müəyyən edilmədiyind ən, müqavilənin bağlanmasından bir gün sonra - xx xxxxxx 2018-ci ildə iddiaçı tərəfindən tərtib edilmiş invoys iddiaçının müqavilə öhdəliklərini yerinə yetirməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, əsas olan məsələ invoysun tarixi deyil, onun verildiyi müqavilə üzrə işin görülüb-görülmədiyidir.
32. Həmçinin hər nə qədər elektron qaimə müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsədləri üçün tərtib edilən sənəd olsa da, hazırkı işdə dolayı sübut kimi çıxış edə bilər. Məhkəmə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli **********390300 nömrəli məktubunda iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 12.988 manat dəyərində xx.xx.2018-ci il tarixli EAAG seriyalı 932568 nömrəli elektron qaimə fakturanın alıcı tərəfindən qəbul edilərək təsdiq edildiyinin göstərildiyini nəzərə almaqla cavabdehin xidməti qəbul etmədiyini bildirdiyi halda, nə üçün elektron qaiməyə etiraz etmədiyinin səbəblərini araşdırmalıdır. Bu halın işdəki digər sübutlarla əlaqəli qiymətləndirilməsi təmin olunmalıdır.
33. İddiaçı həmçinin bildirmişdir ki, iş materiallarında həmin sifarişlərin qəbul edilməsinə dair fotoşəkillər, audiodisk mövcuddur. Həmin şəkillərdən görünür ki, gül kompozisiyaları cavabdehə təqdim edilmiş, cavabdehin rəsmi nümayəndəsi “İdeal” mağazalarında gül kompozisiyalarını təhvil almış, çoxsaylı fotoşəkillər çəkilmişdir. Həmin şəkillər sifarişlərin təhvil verildiyini bir daha təsdiq edir.
34. Məhkəmə öz qərarını Mülki Məcəllənin 404.1, 404.2, 433.1, 433.2-ci, Mülki Prosessual Məcəllənin 88, 365-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2-2(103)-139/2020 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən), R.Qurbanov və C.Yusifov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 mart tarixli, 2-2(81)-94/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 6948 manat borc pulun tutulması hissəsində iddia rədd edilmiş, qətnamə cavabdehdən iddiaçının xeyrinə 6.040 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
36. Apelyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış müqavilə şərtlərinin mənasına görə iddiaçının tələbinin təmin olunması üçün müqavilədə nəzərdə tutulmuş işin onun tərəfindən icra olunduğu, həmin işin sifarişçi kimi cavabdeh tərəfindən qəbul olunduğu və bu zaman qüsurla bağlı hər hansı tələbin irəli sürülmədiyi müəyyən olunmalıdır. Mübahisə üzrə tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi barədə müqavilə olmasına baxmayaraq, cavabdeh belə bir xidmətlərin göstərilməsi barədə sifariş vermədiyini, eləcə də həmin müqavilə üzrə göstərilmiş hər hansı xidməti qəbul etmədiyini bildirdiyindən, iddiaçı isə belə bir xidmətin göstərildiyini və onun cavabdeh tərəfindən qəbul olunduğunu irəli sürdüyündən, MPM-in 14.2 v ə 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehə xidmətlərin göstərildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür.
37. İddiaçının nümayəndələrinin izahatlarına əsasən, tərəflər arasında görüləcək işlərin icrası ilə bağlı göstəriş və təlimatlar yazılı deyil, şifahi şəkildə müəyyən edilmiş və razılaşdırılmışdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, işin təcili görülməsi zəruri olduğundan yazılı göstərişlərin verilməsinə ehtiyac yoxdur, müqavilənin bağlanması və işlərin görülməsi kifayətdir. Odur ki, icraçı iddiaçı tərəfindən yazılı göstəriş və təlimat tələb edilməmişdir. Ona görə ki, bu işlər 14 fevral, yəni “Müqəddəs Valentin günü”nədək görülüb başa çatmalı idi. Müqavilənin 2.1-ci bəndinə görə yazılı göstəriş və təlimatın verilməsi vəzifəsini Sifarişçi cavabdeh icra etməli idi. Lak in Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə şərtini kobud şəkildə pozmuşdur. Odur ki, qətnamədə qeyd olunan yazılı təlimat və göstərişin olmaması yalnız Sifarişçinin təqsiri ucbatından mövcud olmamışdır. Bu isə iddiaçının iddiasının rədd edilməsi üçün əsas deyildir.
38. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən görünür ki, yerinə yetirilməli olan işlərin həcmi, onların konkret olaraq nələrdən ibarət olacağı müqavilənin özündə müfəssəl və aydın şəkildə təsvir olunmamışdır. Tərəflər müqavilədə yalnız ümumi şəkildə reklam işlərinin icra edilməli olduğunu göstərmişlər. Müqavilədə sifarişin icrası ilə bağlı göstəriş və təlimatları yazılı şəkildə vermək sifarişçinin hüquq və vəzifəsi kimi təsbit olunmuşdur.
39. Görüləcək işin nədən ibarət olduğunu icraçıya (iddiaçıya) bildirmək vəzifəsi sifarişçiyə (cavabdehə) aid vəzifə olduğu halda cavabdehin görüləcək işlərlə bağlı göstəriş və təlimatları yazılı şəkildə deyil, şifahi olaraq verməsi onu sonradan iddiaçı tərəfindən icra edilmiş işlərin dəyərini ödəmək öhdəliyindən azad etmir.
40. Müqavilə şərtləri ilə müəyyən olunur ki, işlərin 14 fevral tarixədək görülməsi nəzərdə tutulmuş, Müqavilənin özünün xx xxxxxx 2018-ci il tarixdə bağlanıldığı nəzərə alındıqda həqiqətən də işlərin olduqca qısa müddətlərdə və operativ yerinə yetirilməsi tələb olunmuşdur. Bu hal isə cavabdeh tərəfindən yerinə yetirilməli olan işlərlə bağlı göstərişin şifahi qaydada verildiyinin mümkünlüyünü təsdiq edir.
41. İş materiallarında həmin sifarişlərin qəbul edilməsinə dair fotoşəkillər, audiodisk mövcuddur. Həmin şə killərdən görünür ki, gül kompozisiyaları cavabdehə təqdim edilmiş, cavabdehin rəsmi nümayəndəsi “İdeal” mağazalarında gül kompozisiyalarını təhvil almış, çoxsaylı fotoşəkillər çəkilmişdir. Həmin şəkillər sifarişlərin təhvil verildiyini bir daha təsdiq edir. Fotoşəkillərə əsasən iddiaçı tərəfindən hazırlanmış gül kompozisiyaları və bannerlər yaradıcı işdir. Cavabdeh həmin kompozisiyanın və ya lövhələrin hansı formada və dizaynda hazırlanması ilə bağlı deyil, sayı və ölçüləri barədə yazılı göstəriş verə bilərdi. Say və ölçü barədə göstərişin isə şifahi formada verilməsinin mümkünlüyü istisna olunmur.
42. İddiaçı malların cavabdehə elektron qaimə əsasında təhvil verildiyini, cavabdeh tərəfindən elektron qaiməyə hər hansı irad bildirilmədən qəbul edildiyini, bununla da malların təhvil verildi yinin sübut edildiyini göstərir. Cavabdehə xx.xx.2018-ci il tarixdə göndərilmiş elektron qaimə malın təhvil verildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarından görünür ki, mallar 166 yük taksisi ilə xx.xx.2018-ci il tarixdə “28 Mall” və “Gənclik Mall” ünvanına göndərilmişdir. Belə olan halda, cavabdehə elektron qaimə xx.xx.2018-ci il tarixdə -müqavilə bağlandıqdan iki gün sonra göndərilmiş, qaimə cavabdeh tərəfindən qəbul edilərkən hələ mallar təhvil verilməmişdi. İddiaçının vəsatətinə əsasən 166 yük taksisinə sorğu verilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Ə.X3 daxil olan sifarişinə uyğun olaraq daşıma xidməti icra edilmiş, 23676 saylı və 23083 saylı t əhvil-təslim aktlarına əsasən daşınan mallar - gül buketləri təyinatına uyğun xxx - “xxx” TM və xxx “xxx” TM istiqamətlərində daşınmışdır. Sözügedən təhvil-təslim aktlarının cavabdeh tərəfindən səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə sübut kimi qəbul edilməsinə cavabdehin etirazı əsassız hesab edilir.
44. İş materiallarındakı fotoşəkillər iddiaçı tərəfindən cavabdehin sifariş verdiyi malların hazırlandığını, 166 yük taksisinin qaimələri isə həmin malların cavabdehin sifariş verdiyi ünvan üzrə təhvil verildiyini təsdiq edir.
45. Hesab fakturadan (invoice) görünür ki, iddiaçı tərəfindən hər biri 45 manat olan 100 böyük gül kompozisiyası, hər biri 28 manat olan 200 kiçik gül kompozisiyası, 2 ədəd hər biri 876 manat olan böyük lövhə (banner), hər biri 284 manat 4 ədəd daşınan lövh ə (rollup) hazırlanmalı idi. 46. 23676 saylı təhvil-təslim aktında 55 ədəd gül bağlamasının, 23083 saylı aktda isə 100 ədəd gül bağlamasının təhvil verildiyi qeyd edilmişdir. İddiaçı hüquqi şəxsin direktoru işə yenidən apellyasiya qaydasında baxılarkən digər malların öz şəxsi maşınında daşındığını və cavabdehə təhvil verildiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir.
47. Beləliklə, cavabdehə iddiaçı tərəfindən təhvil verilmiş malların dəyərinin 6.040 manat (100 böyük bağlama x45 manat=4500 manat, 55 kiçik bağlama x28 manat=1540 manat) olduğu müəyyən olunur, digər malların cavabdehə təhvil verildiyini təsdiq edən sübutlar iş materiallarında olmadığından, mübahisələndirilən qətnamə 6948 manat pulun cavabdehdən tutulması hissəsində ləğv edilməklə həmin hissədə iddia rədd ed ilməlidir.
48. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 752.1, 769, 770, 404.1, 404.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
49. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən, “iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyinin qüvvəsində saxlanıldığı hissədə” ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ 1.1. Kassasiya şikayətinin dəlilləri
50. Reklam işinin bəlli olan spesifık xüsusiyyətinə görə bu şifahi deməklə yerinə yetirilə bilinməyəndir. Digər tərəfdən bəlli və mübahisəsiz haldır ki, reklam şitinin və ya rolikin qurulmamışdan əvvəl bunun sifarişçi ilə razılaşdırılmış eskizləri mövcud olmalıdır. Lakin belə b ir eskiz və ya başqa bir formada reklamın forması ilə bağlı şəkil, yazı ümumiyyətlə mövcud deyildir. Eyni zamanda apellyasiya məhkəməsi özü müəyyən etmişdir ki, iddiaçı tərəfindən mağazalara reklam şitləri aparılmamışdır.
51. İddianın təmin olunmasının əsası kimi istinad edilən, 23676 və 23083 saylı təhviltəslim aktları kimi qeyd edilən 166 yük taksisinə xx.xx.2018-ci il tarixdə yazılmış 2 ədəd göndərilmə (yükləmyə) qaiməsidir. Həmin qaiməni tərəflər arasında müqavilə üzrə işlərin təhvil-təslim aktı kimi şərh edilməsi yanlışdır.
52. Tərəflər arasında müqavilə gül və ya başqa əşyanın alqı-satqısı barədə müqavilə deyil, müqavilədə qeyd olunan iki obyekt üzrə reklam işlərinin yerinə yetirilməsi olmaqla, podrat müqaviləsidir. Müqavilə üzrə görüləcək işlərin tərkib sayı isə sifarişçi tərəfind ən verilən yazılı təlimatla müəyyən edilir.
53. Müqavilənin şərti olan “görülmüş işlər barədə təhvil-təslim aktı” taksi ilə mal göndərmə barədə qaimə deyil, faktiki yerinə yetirilmiş işlərin həcmi və məbləği göstərilməklə müqavilə tərəfləri arasında ayrıca tərtib edilən sənəddir.
54. Sözügedən taksi yük qaiməsinin mənşəyi və varlığı cavabdehə məlum deyil, tərəflər arasında olan müqaviləyə də heç bir aidiyyəti yoxdur. Müqavilədə təhvil-təslim akt dedikdə, taksiyə yükün təhvil verilməsi və ya taksi ilə göndərilən yükün taksi tərəfindən təhvil verilməsi yox, müqavilədə nəzərdə tutulmuş “Reklam işlərinin” yerində sifarişçiyə təhvil verilməli olduğu da bəllidir.
55. Müqavilə üzrə reklam işlərinin görülməsi nəzərdə tutulmuş “xxx” və “xxx” böyük ticarət mərkəzləridir. Məhkəmənin təhvil-təslim akt ı kimi qəbul etdiyi taksi ilə yükü göndərmə qaiməsində gül buketlərinin, xxx” və xxx göndərildiyi qeyd olunur. Təhvil verildiyi şəxs qrafasında da cavabdeh barədə hər hansı qeyd yoxdur, belə olan halda həmin 2 qaimənin iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidliyinin iddia edilməsinin özü belə ağlabatan olmadığı aşkar haldır.
56. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.3-cü bəndinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
2. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı 57.İddiaçı və cavabdeh məhkəmə iclasın ın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 58.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündə n 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 59.İş üzrə cavabdeh tərəf iddianın təmin edilmiş hissəsindən kassasiya şikayəti verdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri).
3. TƏTBİQ EDİLƏN HÜQUQ
60. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulu r: “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür”. “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir”. “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqav ilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2- 2(103)-139/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
63. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə görə yazılı göstəriş və təlimatın verilməsi vəzifəsini Sifarişçi cavabdeh icra etməli idi, lakin Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilə şərtini pozmuşdur. Həmin müqavilənin şərtlərinə görə işlərin 14 fevral tarixədək görülməsi nəzərdə tutulmuşdur. Müqavilənin özünün xx xxxxxx 2018-ci il tarixdə bağlanıldığı nəzərə alındıqda həqiqətən də işlərin olduqca qısa müddətlərdə və operativ yerinə yetirilməsi tələb olunmuş, bu hal isə cavabdeh tərəfindən yerinə yetirilməli olan işlərlə bağlı göstərişin şifahi qaydada verildiyinin mümk ünlüyünü təsdiq edir.
64. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, müqavilə üzrə reklam işlərinin görülməsi nəzərdə tutulmuş “28 Mall” və “Gənclik Mall” böyük ticarət mərkəzləridir. Məhkəmənin təhvil-təslim aktı kimi qəbul etdiyi taksi ilə yükü göndərmə qaiməsində gül buketlərinin, “xxx” və “xxx”a göndərildiyi qeyd olunur. Təhvil verildiyi şəxs qrafasında da cavabdeh barədə hər hansı qeyd olmadığından, həmin 2 qaimənin iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidiyyətinin iddia edilməsi ağlabatan deyildir.
65. Kassasiya şikayətinin bu dəlili ilə bağlı ilk olaraq qeyd edilməlidir ki, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarına görə, mallar 166 yük taksisi ilə xx.xx.2018-ci il tarixdə “xxx” və “xxxl” ünvanına göndərilmiş, cavabdehə elektron qaimə xx.xx.2 018-ci il tarixdə müqavilə bağlandıqdan iki gün sonra göndərilmiş, qaimə cavabdeh tərəfindən qəbul edilərkən hələ mallar təhvil verilməmişdi. 166 yük taksisinin məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Ə.X3 daxil olan sifarişinə uyğun olaraq daşıma xidməti icra edilmiş, 23676 saylı və 23083 saylı təhvil-təslim aktlarına əsasən daşınan mallar gül buketləri təyinatına uyğun xxx küçəsi-“xxx” TM və xxx” TM istiqamətlərində daşınmış, iddiaçı tərəfindən cavabdehin sifariş verdiyi malların hazırlandığı iş materiallarındakı fotoşəkillərlə, 166 yük taksisinin qaimələri ilə isə həmin malların cavabdehin sifariş verdiyi ünvan üzrə təhvil verildiyi təsdiq edilir.
66. Digər tərəfdən MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Kassasiya şikayətindən də göründüyü kimi cavabdehin şikayəti əsasən işin faktiki halları, malların onlar tərəfindən sifariş verilməməsi və təhvil alınmaması ilə bağlıdır ki, apelyasiya məhkəməsi tərəfindən bu dəlillər konkret sübutlara istinad edilməklə əsassız hesab edilmişdir.
68. Beləliklə, apelyasiya məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehin sifariş verdiyi malların hazırlandığını, 166 yük t aksisinin qaimələri isə həmin malların cavabdehin sifariş verdiyi ünvan üzrə təhvil verildiyini və bu halın iş materiallarındakı fotoşəkillərlə təsdiq edildiyini, cavabdehə iddiaçı tərəfindən təhvil verilmiş malların dəyərinin 6.040 manat olduğunu, digər malların cavabdehə təhvil verilməsini təsdiq edən sübutların isə iş materiallarında olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir.
69. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 2-2(103)-139/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 iyun tarixli, 22(103)-139/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.