Məhkəmə qərarları › İş №2-2(102)-318/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-318/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-318/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx"na qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-318/2021 Bakı şəhəri 2021-ci il 4 avqust Açar sözlər: müqavilələrin ləğv edilməsi və təqdim edilmiş avadanlıqların geri qaytarılması tələblərinə münasibətdə iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi, həmin müqavil ələr üzrə cavabdehə təhvil verilmiş elektrogeneratorların və avtomobillərin cavabdehdən geri alınaraq iddiaçıya qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli 2-2(103)243/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2009-cu il 27 iyul tarixli, 078 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC ümumi dəyəri 98.294 manat olan Kamaz 43253 şassi üzərində KO-806 markalı sudaşıyan maşını alıcı "xxxx" ASC-yə təhvil verməyi, cavabdeh isə əmlakı iddiaçıdan qəbul etməyi və bu müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında əmlakın dəyərini ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləsinin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandı ğı andan 3 gün ərzində əmlakın dəyərinin 100%-i alıcı tərəfindən satıcıya ödənilməlidir. 2. 2019-cu il 4 noyabr tarixli, 045 saylı pretenziya ilə İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə 2009-cu il 9 iyul tarixli və 2009-cu il 27 iyul tarixli müqavilələrin ləğv edilməsinə münasibət bildirməsini təklif etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 dekabr tarixli, 2-2(82)546/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ləğv edilməsi tələb edilən alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi barədə iddiası iddia müddətinin buraxılması əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 mart tarixli, 2-2(103)-187/2019 saylı qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 dekabr tarixl i, 2-2(82)-546/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 7 avqust tarixli, 2-2(102)-341/2019 saylı qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Baş X4 İdarəsinin 2018-ci il 2 iyun tarixli, 59205-1218 saylı məktubuna əsasən, iddiaçı tərəfindən cavabdehə satılmış X2 markalı nəqliyyat vasitəsi cavabdeh tərəfindən “X3 Klubu” MMC-yə və KO-806 markalı KAMAZ 43253 şassi nəqliyyat vasitəsi cavabdeh tərəfindən "xxxx" MMC-yə satılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 5. 2020-cil 12 may tarixdə İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 2009-cu il 9 iyul tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 1 ədəd Dong Feng markalı avtobus, 7 ədəd DLW 400 ESW markalı elektrogenerator, 1 ədəd DSA125ESCİ markalı elektrogenerator, 2 ədəd PKDS 5.25 DM U1 markalı Kompressorlar, 2 ədəd URV504 markalı qaldırıcı kran, 1 ədəd KAMAZ 65117-029 markalı yük avtomobili, 4 ədəd KAMAZ 43253 şassi üzərində KO806 markalı avtomobil, 2 ədəd Mercedes Benz 3028/K markalı yük avtomobilinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, tərəflər arasında bağlanmış 2009-cu il 27 iyul tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehə təhvil verilmiş 2 ədəd Kamaz 43253 şassi KO-806 markalı sudaşıyan maşının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2009-cu il 9 iyul tarixli müqaviləyə əsasən, ümumi dəyəri 562.742 manat olan avadanlıq və nəqliyyat vasitələri, 2009-cu il 27 iyul tarixli müqaviləyə əsasən isə ümumi dəyəri 98.294 manat olan nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Göstərilən hal müvafiq olaraq 2009-cu il 9 iyul tarixli, GG seriyalı 626249 saylı vergi hesab fakturası və AİA seriyalı 345378 saylı qaimə-fakturası və 2009-cu il 28 iyul tarixli, GG seriyalı 626256 saylı vergi hesab fakturası və AİA seriyalı 345385 saylı qaimə-faktura ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh əldə etdiyi avadanlıq və nəqliyyat vasitələri nin dəyərini iddiaçıya ödəməmiş, bununla da, ona külli miqdarda zərər vurmuşdur.

7. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 421.2, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 155.1, 217, 218, 222-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsası kimi çıxış etmiş 2009-cu il tarixli müqavilələrin bağlanmasından 11 il keçdikdən sonra, iddiaçı məhkəməyə müraciət etdiyindən, hazırki tələblə bağlı iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 oktyabr tarixli, e-2-2(113)-1450/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Zaur Pirverdiyev).

10. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı 11 il əvvəl, yəni 2009-cu il 9 iyul tarixdə və 2009-cu il 27 iyul tarixdə bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Mülki qanunvericiliyin tələblərinə görə ümumi iddia müddəti 10 il təşkil etdiyindən, müqavilələrin ləğvi tələbinə iddia müddəti tətbiq edilməklə iddia həmin hissədə rədd edilməlidir.

11. İddia tələbi ilə geri qaytarılması tələb olunan əmlaklar tərəflər arasında bağlanmış və ləğv edilməmiş alqı-satqı müqavilələri əsasında cavabdehə təqdim olunduğundan, iddia tələbi həmin əmlakların geri qaytarılması hissəsində də təmin oluna bilməz.

12. Məhkəmə mövqeyini Azərbaycan Respubilkası MM-in 367.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 567, 600.1, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli, 2-2(103)-243/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov).

15. Apellyasiya instansiyası məh kəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 dekabr tarixli 2-2(82)-546/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının cavabdehə qarşı hazırda ləğv edilməsi tələb edilən alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi barədə iddiası iddia müddətinin buraxılması əsası ilə rədd edilmişdir.

16. İddiaçı tərəfindən ləğv edilməsi tələb edilən alqı-satqı müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehə satılmış nəqliyyat vasitələri cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və digər hüquqi şəxslərin mülkiyyətindədir.

17. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən özgəninkiləşdirilmiş və digər hüquqi şəxslərin mülkiyyətində olan nəqliyyat va sitələri ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur.

18. Bundan əlavə, cavabdeh hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı 2009-cu ildə bağlanılmış müqavilələrin ləğv edilməsi barədə iddianı 2020ci il 12 may tarixdə qaldırmaqla mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

19. Həmçinin, ləğv edilməsi tələb olunan 2009-cu il 9 iyul tarixli alqı-satqı müqaviləsi sübut qismində məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 367.1, 373.1, 375.2, 377.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 2 aprel tarixində iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. 22. 2021-ci il 7 iyun tarixində iddiaçı tər əfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

23. Mülki qanunvericiliyin tələblərinə görə, əşyanı təhvil almış alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə onun dəyərini ödəmədikdə, satıcı verilmiş əşyanın dəyərinin ödənilməsini və ya malın qaytarılmasını tələb edə bilər. Həmçinin, MMin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Malın qaytarılmasını tələb etmək hüququ əşya hüquqlarına aiddir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında 384.0.4-cü maddənin müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimlədiyi müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların qaytarılması ilə bağlı olan əşya tələb etmək hüququna iddia müddətinin tətbiq edilməsi düzgün olmamışdır.

24. Qanunvericilik iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını müəyyən etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 09-01/2694 saylı, 2015-ci il 30 noyabr tarixli məktubda iddiaçıya hər-hansı borcun ol madığı bildirilmişdir, bununla da, hüquqlarının pozulması iddiaçıya yalnız həmin tarixdə bəlli olmuş və 2020-ci il 12 may tarixdə məhkəmə qarşısında iddia qaldırılmaqla iddia müddəti ötürülməmişdir.

25. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

26. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 16.1, 380.0.4, 445.7, 449, 560.1, 560.2, 560.3, Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir.

29. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılma sa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüq uqu - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” «Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətç inin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əş yanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tut ulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

34. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

220. Qətnamənin məzmunu 220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilm əlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarı: “... Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun s əmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərə finin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətov anın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)...”

36. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” 2009-cu il 07 iyul tarixli qərarında iddia müddətinin məqsədi ilə bağlı qeyd etmişdir ki, “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, ponetsial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müıəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası aşağıda göstərlənlərə görə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

38. Belə ki, iddiaçı iddia ərizəsində iki müqavilənin-2009-cu il 9 iyul və 2009-cu il 27 iyul tarixli müqavilələrin ləğv edilməsi və həmin müqavi lələr əsasında cavabdehə verilmiş avadanlıqların geri qaytarılmasını xahiş etmişdir.

39. Əvvəla qeyd edilməlidir ki, iddiaçı iddianın predmetini təşkil edən 2009-cu il 9 iyul tarixli müqaviləni məhkəməyə təqdim etməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsaslanaraq iddiaya həmin hissədə qiymət verilməsinin mümkünsüz hesab etmişdir.

39. Məhkəmə kollegiyası 2009-cu il 27 iyul tarixli müqaviləyə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən 2009-cu il tarixdə bağlanılmış müqavilənin ləğv edilməsi barədə iddia 2020-ci il 12 may tarixdə qaldırılmaqla mülki qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür.

40. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası MM-in 384.0.4-cü maddəsinə istinad edərək bildirmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir (bax yuxarıda mətndə 23-cü bənd).

41. İddiaçının istinad etdiyi normanın məzmununa görə iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.

42. Göründüyü kimi, qeyd olunmuş normanın müvafiq hala tətbiq edilməsi üçün onun subyekti ya mülkiyyətçi və yaxud hər hansı digər sahib olmalıdır.

43. Mülki qanunvericiliyə görə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, o ndan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququna mülkiyyət hüququ (maddə 152.1), əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanına isə sahiblik hüququ deyilir (maddə152.2).

44. İşin materialında olan və iddiaçının ləğvini tələb etdiyi müqavilə alqı-satqı müqaviləsidir. İddiaçı bu müqavilənin etibarsızlığını deyil, ləğvini xahiş etmişdir. Başqa sözlə, iddiaçı alqı-satqı müqaviləsinin məzmununu ilə razıdır və onu qanunauyğun hesab edir. Alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (maddə 567). Bu müqavilədə satıcının müqavilənin predmeti olan əşyanı alıcıya verməsi onun vəzifəsi kimi nəzərdən keçirilir.

45. İddiaçının qaytarılmasını tələb etdiyi avadanlıq ların alqı-satqı müqaviləsi ilə cavabdehə verilməsi, sonuncu tərəfindən isə həmin əmlakların bəzilərinin özgəninkiləşdirilməsi və digər hüquqi şəxslərin mülkiyyətində olması (bax yuxarıda mətndə 4-cü bənd) işin mübahisə olunmayan halıdır. Bu səbəbdən, iddiaçının kassasiya şikayətində qeyd etdiyi Azərbaycan Respublikası MM-in 384.0.4-cü maddəsinin hazırki mübahisəyə tətbiqi üçün əsaslar mövcud deyildir.

46. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçıya hüququnun pozulması yalnız cavabdeh tərəfindən göndərilmiş 09-01/2694 saylı, 2015-ci il 30 noyabr tarixli məktubdan sonra bəlli olmuşdur.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Çünki, mülki qanunvericilik müəyyən edir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə i ddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2).

48. Ləğv edilməsi tələb edilən 2009-cu ilə 27 iyul tarixli alqı-satqı müqaviləsində onun imzalandığı tarixdən 3 gün ərzində əmlakın dəyərinin tam ödənilməli olması müəyyən edilmişdir (bax yuxarıda mətndə 1-ci bənd). Odur ki, iddiaçı hüququnun iddia edilən pozuntusunu 2009-cu il tarixdə bildiyi (bilməli olduğu) halda, 11 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəmə müraciət etməklə iddia müddətini ötürmüşdür.

49. Kassasiya şikayətinin sonuncu dəlilində iddiaçı apellyasiya instansiyası məhkəməsinin prosessual pozuntuya yol verdiyinə istinadla bildirmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmi n hüququn pozulubpozulmadığını araşdırmalı idi (bax yuxarıda mətndə 25-ci bənd).

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarından ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuş, ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmaması müəyyən edilmiş, daha sonra iddia müddətinin ötürülməsi qənaətinə gəlinmişdir (bax yuxarıda 35-ci bənd).

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəy yən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 mart tarixli 22(103)-243/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar