Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-318/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra - “iddiaçı”) Cavabdehə (bundan sonra - “cavabdeh”) qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli 2-2(104)-220/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında 2020- ci il 13 iyul tarixli “distribütor xidmətləri haqqında” müqavilə (bundan sonra – “müqavilə”) bağlanmışdır. Müqavilənin 1-ci hissəsinə əsasən, cavabdeh iddiaçıdan aldığı 5 qatlı polietilen istixana örtüklərinin satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. 2.1.13-cü bəndə əsasən, ödənişlər satış günündən 30 təqvim günü müddətində ödənilməlidir. Tərəflər arasında müddət artırıla bilər. Müddətin artırılması tərəflər arasında yazılı razılaşma imzalandıqda hüquqi qüvvəyə malik olur.
2. İddiaçı tərəfindən tərtib edilmiş 2020-ci il 12 oktyabr tarixli 008 nömrəli topdansatış fakturasına əsasən, cavabdeh iddiaçıdan satmaq üçün 75.673,15 manat məbləğində mal götürmüş, 27.445 manat ödəniş edilmiş, nəticədə 48.021 manat borc yaranmışdır.
3. İddiaçı tərəfindən tərtib edilmiş 2020-ci il 13 oktyabr tar ixli AQYT 000002 saylı məxaric qaiməsinə əsasən, iddiaçı tərəfindən cavabdehdən geri təhvil alınan məhsulların məbləği 19.661,22 manat olmuşdur.
4. İddiaçının Şəmkir rayonu üzrə mağaza satış meneceri ilə cavabdeh arasında bağlanmış 2020-ci il 13 oktyabr tarixli təhvil-təslim aktına əsasən, yaranan borc fərqi 28.567,12 manat təşkil edir.
5. İddiaçının Şəmkir rayonu üzrə mağaza satış meneceri və cavabdeh tərəfindən imzalanan 2020-ci il 13 oktyabr tarixli təhvil-təslim aktına əsasən, 2020-ci il 13 iyul tarixindən etibarən təhvil verilən iddiaçıya aid məhsulların məbləği 75.673,15 manat, cavabdehin ödəniş məbləği 27.445 manat olmuşdur. Həmin akta əsasən, 2020-ci il 13 oktyabr tarixində iddiaçı tərəfindən cavabdehdən geri təhvil alınan məhsulların məbləği 19.661,22 manat təşkil etmiş, qeyd olun an məbləğ cavabdehin Şəmkir rayonu üzrə iddiaçının mağazasına olan borcundan azaldılmış və arada yaranan fərq 28.567,12 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı1 2021-ci il 6 iyul tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.567 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Qeyd: sonradan İddiaçı ərizəsi ilə o, iddiaçı kimi əsl olan tərəflə, yəni "A" MMC ilə əvəz edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında əldə olunmuş razılığa əsasən, 28.567 borc yaranmış, cavabdeh həmin borcu qaytarmamışdır. Razılığa əsasən, cavabdeh satış məqsədi ilə kənd təsərrüfatında istifadə olunan məhsulları almaqla pulları hissə-hissə ödəməli olduğu halda, dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh dediyi müddət ərzində həmin borcun bir hissəsini qaytarmamışdır. Həmin borcun cavabdehə verilməsini təsdiq edən yazılı qaimələr, razılıq yazışmaları vardır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 275-281-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh tərəfindən ərizəyə qarşı etiraz təqdim edilməmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli 2-2(115)1087/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, iddiaçının xeyrinə 28.567 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması qət edilmişdir (hakim – R.Məmmədov).
11. Məhkə mə hesab etmişdir ki, cavabdeh iddiaçıdan satış üçün 75.673,15 manat məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, daha sonra malların 19.661,02 manat hissəsini və 27.445 manat dəyərini iddiaçıya qaytarmış, digər malların ödənişlərini tam həcmdə yerinə yetirməyərək, iddiaçıya 28.567,12 manat borcu qalmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh 2021-ci il 30 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli 2-2(104)-220/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və L.Süleymanov).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin aldığı malların dəyərini onları satdığı şəxslərdən pulunu aldıqdan sonra ödəməsilə bağlı iddiaçı ilə arasında razılaşma olmasına baxmayaraq, onun etibarından, müqavilənin şərtlərindən məlumatsız olmağından istifadə edilərək mahiyyətini bilmədiyi müqaviləyə imza etdirildiyini, yəni müqavilənin aldatma yolu ilə bağlandığını iddia etsə də, müqavilənin və ya onun şərtinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməy ə sübut təqdim edə bilməmişdir.
16. Şəxsin aldanma ilə müqavilə bağlanması mübahisə edilən əqdlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur. Cavabdeh tərəfindən isə bağladığı müqavilə mübahisələndirilməmişdir. Buna görə də, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilini əsassız hesab etmişdir.
17. Cavabdeh iddiaçı ilə arasında aldığı malların dəyərini malları satdığı şəxslərdən pulunu aldıqdan sonra ödəməsi ilə bağlı razılaşma olduğunu iddia etsə də, müqavilənin 2.1.13-cü bəndindən görünür ki, cavabdeh ödənişləri satış günündən 30 təqvim günü müddətində ödəməyi öhdəsinə götürmüşdür.
18. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, alınmış malların bir hissəsinin dəyərini iddiaçıya ödəməmiş və iddiaçı qarşısında 28.567 manat pul öhdəliyi yaranmışdır. Birinci ins tansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 339.2, 339.6, 385.1, 448.2. 567, 600.1, 600.4, 601.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xəbərnamədə olan poçt tərəfindən vurulmuş möhürdən görünür ki, 2021-ci il 27 dekabr tarixində cavabdehə təqdim edilmişdir.
21. Cavabdeh 2022-ci il 21 fevral tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 337.1, 337.2, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehi n satılmış məhsulların pulunu yalnız alıcılardan aldıqdan sonra iddiaçıya qaytarmaq öhdəliyi olmuşdur. Məhsullar nisyə olaraq alınmamış, razılığa əsasən məhsulların satılmasında cavabdeh vasitəçilik etmiş, razılaşma məhz bu məzmunda olmuşdur. İddiaçı cavabdehin etibarından, müqavilə bağlanması və şərtlərindən məlumatsız olmağından istifadə edərək mahiyyəti bilinməyən müqaviləyə imza etdirmişdir. Müqavilə qanunun pozulması ilə bağlandığından, cavabdeh tərəfindən bu barədə iddia qaldırılmamış olsa da, mübahisələndirildiyindən etibarsız sayılmalı və cavabdehin hər hansı öhdəliyinin olmasına dəlalət etməməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamışdır.
23. MPM-in 14.2, 77.1, 81, 88, 106.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Prosessual hüquq normalarının pozulması sübutların düzgün qiymətləndirilməməsində, iddianın mötəbər sübutlar olmadan təmin edilməsində, cavabdehin sübutlarının əsassız olaraq rədd olunmasında ifadə olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz ə qdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamay acağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.... 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində təl əb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqa viləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə
601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun....”
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübut ların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 22, 23) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli 2-2(104)-220/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Kassatorun dəlilləri eynilə apellyasiya instansiyası məhkəməsinə də təqdim olunmuş və həmin məhkəmənin qətnaməsində onlara cavab verilmişdir.
31. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni MPM-in 217.1-ci maddəsin ə uyğun olaraq (bax yuxarıda § 28) qanuni və əsaslı hesab edir.
32. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıdan satmaq üçün 75.673,15 manat məbləğində mal götürmüş, 27.445 manat ödəniş edilmiş, nəticədə 48.021 manat borcu yaranmışdır. Cavabdehdən geri təhvil alınan məhsulların məbləği 19.661,22 manat təşkil edir. Beləliklə, cavabdeh alınmış malların bir hissəsinin dəyərini ödəməmiş və iddiaçı qarşısında 28.567 manat pul öhdəliyi yaranmışdır.
33. Cavabdeh iddiaçı ilə arasında aldığı malların dəyərini malları satdığı şəxslərdən pulunu aldıqdan sonra ödəməsi ilə bağlı razılaşma olmasına baxmayaraq, onun etibarından, müqavilənin şərtlərindən məlumatsız olmağından istifadə edilərək mahiyyətini bilmədiyi müqaviləyə imza etdiril diyini, yəni müqavilənin aldatma yolu ilə bağlandığını iddia etsə də, müqavilənin və ya onun şərtinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
34. Halbuki bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 28) uyğun olaraq məhz cavabdehin üzərinə düşürdü. Lakin onun həmin vəzifəni yerinə yetirməsi iş materialları ilə müəyyən olunmur.
35. Bundan başqa, tərəflər arasında bağlanmış 2020-ci il 13 iyul tarixi müqavilənin 2.1.13-cü bəndi ilə cavabdeh ödənişləri satış günündən 30 təqvim günü müddətində ödəməyi öhdəsinə götürmüşdür.
36. Müqavilənin həmin müddəası tərəflərin arasında cavabdehin aldığı malların dəyərini malları satdığı şəxslərdən pulunu aldıqdan sonra ödəməsi ilə bağlı razılaşma olduğuna dair dəlili bilavasitə təkzib etmiş olu r.
37. Apellyasiya instansiyası məhkəməsi də iş üzrə nəticəyə gələrkən tamamilə haqlı olaraq işin yuxarıda müəyyən edilmiş hallarına istinad etmiş, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
38. Həmçinin iş materiallarında olan birinci instansiya məhkəməsinin 2021-ci il 27 avqust tarixli iclasının protokolundan (i/v 71-72) görünür ki, həmin iclasda iştirak edən cavabdeh izahat verərək iddiaçıya 28.567 manat məbləğində borcunun olduğunu etiraf etmiş, lakin maddi imkanı olmadığından hazırda borcundan ödəniş edə bilmədiyini bildirmişdir.
39. Həmin etiraf faktı öz əksini birinci instansiya məhkəməsinin qətnaməsində də tapmışdır.
40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən kassasiya şikayətinin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 noyabr tarixli 2-2(104)-220/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.