Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-32/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaz sərfiyyatı üzrə borcun silinməsi və ziyanın ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “borcun silinməsi və ziyanın ödənilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-581/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh (paylayıcı) ilə iddiaçı (istehlakçı) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıc ı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, A.Gəraybəyli 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akta əsasən xx xxxx 2017-ci il tarixində quraşdırılmışdır; Cavabdehin nümayəndələri tərəfindən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, A.Gəraybəyli 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və xx xxxxxx 2018-ci il tarixli akt tərtib edilmişdir. Aktda ARSMPDK-nın möhürü vurulmuş qurğuşun və nömrəli plombun sayğacın üzərində mövcud olmadığı, zavod qurğuşun plombunun yerinə mənşəyi məlum olmayan plomb müəyyən edildi yi göstərilmişdir. Cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən imzalanmış xx xxxxxx 2018-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərdən kombinin maksimal saatlıq qaz sərfi 3,5 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün (yay və qış rejimi), PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 37.944 kub.m müəyyən edilmişdir. İşdə olan abonent haqqında saldodan görünür ki, sözügedən akta əsasən iddiaçıya 7.588,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 7.588,80 manat borcun silinməsi və 10.000 manat ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, A.Gəraybəyli 23 ünvanına həyətdən kənarda, ümumi yolda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və növbəti dövlət yoxlamasına göndərilməsi barədə akt tərtib olunaraq, sayğac yenisi ilə əvəz olunmuşdur. Çıxarılan sayğacın müvafiq laboratoriya yoxlaması nəticəsində xx.xx.2018-ci il tarixli, MS 29/164001148-4 saylı akta əsasən gəlinən nəticə bu şəkildə olmuşdur: “məlum olmuşdur ki, ARSMPDK-nin möhürü vurulmuş qurğuşun və nömrəli plomb sayğacın üzərində yoxdur və zavod qurğuşun plombunun yerinə mənşəyi məlum olmayan plomb mövcuddur”. Mübahisəli sayğac yenisi ilə əvəz olunan zaman tərtib olunmuş akta “növbəti dövlət yoxlamasına göndərilir” qeyd olunmuş, lakin, sonradan “ekranda qırmızı plomb yoxdur” qeyd də əlavə olunmuşdur. Göründüyü kimi, laboratoriya yoxlamasından sonra isə həm möhür vurulmuş qurğuşunun və nömrəli plombun olmadığı, həm də zavod qurğuşun plombunun yerinə mənşəyi məlum olmayan plombun olduğu aşkar olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən dəymiş ziyan kimi 42910 kub.m sərfiyyat hesablanmış və nəticə etibarilə onlara əsassız və qanunsuz olaraq həmin sərfiyyat üzrə 7.588,80 manat məbləğində borc müəyyən olunmuşdur. Cavabdehin özü tərəfindən tərtib olunmuş aktlar arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Belə ki, mübahisəli sayğac dəyişdirilərkən tərtib olunmuş aktda sonradan əlavə olunan məlumatda yalnız qırmızı plombun o lmadığı qeyd olunsa da, xx.xx.2018-ci il tarixli aktda isə daha fərqli məlumatlar əks olunmuşdur. Halbuki sonuncu aktdakı qüsurlar həqiqətən mövcud olmuşdursa, sayğaca yerində baxış keçirilərkən onlar görünən qüsur olduğu üçün görünməli və birinci aktda əks olunmalı idi. İddiaçı hesab edir ki, cavabdeh bütün bu ziddiyyətlərlə dolu olan aktlara əsaslanaraq əsassız və qanunsuz olaraq borc məbləği hesablamış və yenə də qanunsuz, və əsassız olaraq ünvana məxsus olan qaz sayğacına aid olan karta blok tətbiq edərək, şirkətin fəaliyyətinə ciddi zərər vurmuşdur. Eyni zamanda həmin sayğacda qeyd olunan qüsur aşkar olunan zaman sayğacın plombu üzərində olmuşdur. Bundan başqa, əgər cavabdehin əsaslandığı kimi qaz sərfiyyatını azaltmaq niyyəti ilə sayğaca müdaxilə olunsaydı, sərfiyyatda dəyişiklik müş ahidə olunmalı idi ki, müvafiq fakturalardan da belə hal müşahidə olunmur. Hüquqi şəxs olaraq iddiaçıya müvafiq qaz sayğacı xx.xx.2017-ci il tarixdə qoyulmuş, həmin ünvanda qazla çalışan yalnız kombi aparatı olduğu üçün ancaq isitmə üçün soyuq aylarda qaz sərfiyyatı olmuşdur. Buna görə də iddiaçı tərəfindən 20172018-ci illər arası soyuq aylar üçün - 6 ay ərzində 1455,18 manat məbləğində ödəniş olunmuşdur. Bu məbləğ də mövsüm üçün kifayət qədər yetərli olduğundan və sayğaca müdaxilə olunmağına əsas vermədiyindən iddianın faktiki halının əsaslı olduğunu, cavabdehin mübahisə mövzusu olan cəriməsinin isə əsassız olduğunu danılmaz edir. Halhazırda cavabdeh tərəfindən şirkətə aid olan qaz sayğacının kartı blok olunduğundan sayğaca yükləmə həyata keçirilə bilmir və nəticə etibarilə iddiaçı dövlət in verdiyi qazdan istifadə edə bilmir. Cavabdehin bu cür qərəzli hərəkətləri nəticəsində iddiaçı şirkət olaraq həm maddi, həm də mənəvi sıxıntılara məruz qalmışdır. Cavabdeh tərəfindən mübahisəli sayğacda bir qüsur aşkar olunmuş olsa belə, həmin qüsurun iddiaçı tərəfin təqsiri ucbatından baş verib-verməməsi müəyyən olunmalıdır ki, buna görə də müvafiq borc hesablansın. Cavabdehin ümumi yolda yerləşən və ən azı ayda bir dəfə nəzarət etdiyi sayğacın qüsurunun məsuliyyətini iddiaçının üzərinə qoyaraq, əsassız borc hesablayıb, sonra da həmin əsassız borcu ödəmədiyi üçün müvafiq qaz kartını blok etməsi ciddi qanun və hüquq pozuntusudur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-2(82)-137/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 7.588,80 manat pulun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin olunması hissəsində ləğv olunması və iddianın tam rədd edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi,X1 və X4,2-2(103)-581/2019 saylı iş) xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasınınxx xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna istinad edərək qeyd etmişdir ki, yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparıldığından heç bir hüquqi nəticəsi yoxdur. Məhkəmənin gəldiyi nəticə əsassızdır, iddiaçıya məxsus obyektdə yoxlama aparılmamışdır. Birliyin nümayəndələri sadəcə obyektdən kənarda yerləşən qaz sayğacına baxış keçirərkən (hər ay olduğu) qeyd olunan faktı aşkarlamış və akt tərtib etmişlər. Qeyd edilən Qanunun 2.1-ci maddəsində qeyd olunub ki, yoxlayıcı orqanlar tərəfindən sahibka rlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə bu Qanun tətbiq edilir. Məlum olduğu kimi sahibkarlıq fəaliyyəti həyata keçirilən obyektə daxil olunmamışdır. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli d övlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh bildirir ki, iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının üzərində plombların olmaması səbəbi ilə xx xxxxx 2018-ci il tarixdə çıxarıb dövlət yoxlamasına göndərmiş, yoxlama zamanı sa yğacın üzərində olan qurğuşun və nömrəli plombun olmadığı, zavod qurğuşun plombun yerinə mənşəyi məlum olmayan plombun olduğu müəyyən edilmişdir. Bu səbəbdən vurulmuş zərərin əvəzi olaraq itirilmiş qazın dəyəri 7.588,80 manat hesablanmışdır. Cavabdehin təqdim etdiyi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxx 2018-ci il tarixli akt kserosurət olmaqla çətinliklə oxunur. Aktın əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasına görə xx xxxx 2017-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli akt əsasında iddiaçıya 7.588,80 manat borc hesablamışdır. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh Qaydaların yuxarıda qeyd edilən tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası həmç inin mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 2.10-cu bəndində qeyd edilir ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində apa rılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir (2.1-ci maddə). Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini t ələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir (2.3-cü maddə). Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun s əlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (20.1-ci maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə o nun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir (Əsasnamənin 1.3-cü bəndi). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajları n, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (Əsasnamənin 1.4-cü bəndi). Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər (1.5-ci bənd). Reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır (Əsasnamənin 1.7-ci bəndi) İşdən görünür ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan cavabdehin nümayəndələrinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə apardığı yoxlamanın yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə uyğun olaraq onun aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışın iddiaçıya təqdim etməsi barədə məhkəmələrə hər hansı məlumat verilməmişdir. Cavabdeh belə sənədlərin olmasını da şikayətlərində bildirməmişdir. Adı çəkilən Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə verilən qazın sərfiyyatını hesablayan sayğaca baxış keçirər kən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədiyindən də tərtib edilmiş aktın hüquqi nəticəsi olmamışdır. Cavabdehin şikayətinin dəlilinə görə o, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yoxlama aparmamış, obyektdən kənarda yerləşən qaz sayğacına baxış keçirərkən qeyd edilən faktı aşkarlayıb akt tərtib etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edildiyindən, cavabdeh iddiaçı sahibkarın fəaliyyət göstərdiyi yerə gələrək orada özünün bildirdiyi kimi baxış keçirdiyindən, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamənin 1.4-cü bəndinə əsasən sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar, o cümlədən müayinələr, müşahidələr və baxışlar bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olduğundan şikayətin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti əsaslı olmadığından təmin edilmə dən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-581/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-32/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-32/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver