Məhkəmə qərarları › İş №2-2(102)-32/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-32/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-32/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası AAAAAAAAAAoğlunun «xxxx» ASC-yə qarşı və “xxxx” ASC-nin AAAAAAAAAAoğluna və “xxxx” ASC-yə qarşı iddialarına dair iş üzrə QƏRAR (Açar sözlər: sığorta ödənişinin ödənilməsi; ikiqat sığorta) 02.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh ASC-nin vəkili X1 və 3-cü şəxs in vəkili X3 iştirakları ilə, İddiaçı AAAAAAAAAAoğlunun cavabdeh «xxxx» ASC-yə və 3-cü şəxs «xxx x» ASC-yə qarşı sığorta ödənişinin tam olaraq ödənilməsi haqqında və müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC-nin cavabdehlər AAAAAAAAAAoğluna və «xxxx» ASC-yə qarşı sığorta hadisəsi ilə əlaqədar ödəniləcək sığorta ödənişinin 12.114,38 manat hissəsinin faydalanan şəxs olan 3-cü şəxsin xeyrinə ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, “xxxx” ASC tərəfindən verilmiş 31.01.2012-ci il tarixli P0013/12 №-li Sığorta şəhadətnaməsinə əsasən, AAAAAAAAAAoğluna məxsus ünvan 2ində yerləşən qeyri-yaşayış binası sığortaçı «xxxx» ASC tərəfindən sığorta növü əmlakın yanğın və digər əlavə risklərdən sığortası, (sığorta təminatı zəlzələ, selvəsubasması, yersürüşməsi, yanğın, ildırım, partlayış, üçüncü şəxslərin qərəzli güc və zorakılıq tətbiq etməklə oğurluq) sığorta dəyəri 23.0000 AZN, sığorta məbləği 15.000.00 AZN, şərtsiz azadolma təbii fəlakətlər və yanğın riski üzrə sığorta məbləğinin 5%-i minimum 2.000 AZN olmaq şərti ilə sığorta haqqı 130 AZN ödənilməklə, 31.01.2012-ci il 24:00-dan 24 yanvar 24:00-dək Sığortaçı «xxxx» ASC tərəfindən sığortalanmışdır. Sığorta üzrə faydalanan şəxs «xxxx» ASC-nin Şirvan filialı qeyd ounmuşdur.

2. İşin materiallarında olan, «xxxx» ASC tərəfindən X4 ünvanlanmış 21.08.2017-ci il tarixli məktuba uyğun olaraq «xxxx» ASC ilə AAAAAAAAAAoğlu arasında 31.01.2012-ci il tari xli P0013/12 saylı Əmlak sığortası şəhadətnaməsi ilə onun mülkiyyətində olan daşınmaz əmlaka sığorta təminatı verilmişdir. 29.09.2013-cü il tarixində baş vermiş yanğın nəticəsində sığortalanmış əmlaka maddi zərər dəymişdir. Bu hadisə ilə bağlı bildirilir ki, zərərin əvəzi “xxxx» ASC tərəfindən tam olaraq ödənilib. Bundan əlavə olaraq AAAAAAAAAAoğlunun DSNX-nın rəisinin iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirinin qəbulunda olmuş və görüş zamanı «xxxx» ASC tərəfindən sığortanın stimullaşdırılması məqsədi ilə şikayətçinin 27.07.2014-cü il tarixdə Bakıya dəvət edərək 7.000 min manat məbləğin ödənilməsi üçün ASC-yə şifahi töfsiyyə edilmiş və bu məbləğ həmin ASC tərəindən ödənilmişdir

3. İşin materiallarında olan, P-001/14№-li Sığorta ödənişi aktına görə, P0013/12 №-li sığorta şəhadət naməsinə əsasən sığortalanmış Sabirabad rayon Muğangəncəli kəndində yerləşən və AAAAAAAAAAoğluna məxsus mağazada 29.09.2013-cü il tarixdə elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində yanğın hadisəsi baş vermiş, AAAAAAAAAAoğluna məxsus mağazanın konstruktiv elementləri yanaraq yararsız vəziyyətə düşmüş, “xxxx” MMC-nin qüsur aktına əsasən əmlaka dəymiş maddi zərər 13.800 manat təşkil etmişdir. Sığorta ödənişi üzrə natamam azadolma məbləği 65,22% olmaqla ƏDV 2.000,00 AZN hesablanmaqla sığortalıya ödəniləcək məbləğ 7.000,00 AZN müəyyən edilməklə AAAAAAAAAAoğluna nəğd olaraq ödənilmişdir

4. İşin materiallarında olan, 04.08.2014-cü il tarixli “Kassa məxaric orderi”nə müvafiq olaraq, «xxxx» ASC tərəfindən P00131/12 Sığorta şəhadətnaməsi üzrə AAAAAAAAAAoğluna 7.000,00 manat pul ödənil mişdir.

5. İşin materiallarında olan, «xxxx» ASC tərəfindən xxxx Şirkətinin Sığorta Hadisələrinin Araşdırılması Departamentinin direktoruna ünvanlanmış məktubdan görünür ki, Sabirabadr ayonu, Muğangəncəli kəndində yerləşən AAAAAAAAAAoğluna məxsus əmlakda (mağazada) yanğın hadisəsi nəticəsində dəymiş maddi zərərə görə hesablanmış 7000 (yeddi min) manat sığorta ödənişin sığorta etdirən AAAAAAAAAAoğluna ödənilməsinə etiraz etmədiklərini bildirilmişdir

6. İş materiallarında olan, «xxxx» MMC tərəfindən tərtib edilmiş 10.07.2014-cü il tarixli Qüsur aktına uyğun olaraq ünvan 2ində yerləşən rrrrrra məxsus təsərrüfat mağazasına dəyən zərər üzrə ehtiyyat hissələri və təmir işçilərinin ümumi dəyəri 13.800 AZN təşkil etmişdir.

7. İşin materiallarında olan xxxx Şirkəti tərəfindən Azərbaycan Respublik ası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi cənab N.Xəlilova ünvanlanmış 16.01.2015-ci il tarixli 15/083 saylı məktuba görə, şikayətçi qqqqqqqqqqqqun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdiyi şikayət ərizəsi ilə bağlı DSNX tərəfindən cavabdeh ASC-yə 11.02.2014-cü il tarixli məktub ünvanlanmışdır. Bununla bağlı ASC 24.02.2014-cü il tarixli 14/230 saylı cavab məktubu onlara təqdim edilmişdir. Həmin cavab məktubunda zərərin əvəzi «xxxx» ASC tərəfindən tam olaraq ödənildiyi və onlar tərfindən hər hansı sığorta ödənişinin həyata keçirilməsi Sığortanın əsassız varlanmasına gətirib çıxaracağı səbəbindən mümkün olmadığı haqda məlumat öz əksini tapmışdır. Buna baxmayaraq qqqqqqqqqqqq DSNX-nın rəisinin iştirakı ilə Azərbaycan Respublikası maliyyə nazirinin qəbul unda olmuşdur və görüş zamanı «xxxx» ASC tərəfindən sığortanın stimullaşdırılması məqsədi ilə şikayətçiyə 7.000 manat məbləğində ödənilməsi üçün ASCyə şifahi tövsiyyə edilmiş və bu məbləğ ASC tərəfindən ödənilmişdir. Bununla yanaşı bildirilir ki, şikayətçinin qeyd etdiyi kimi Sığorta obyekti 23.000 manat dəyərləndirilmişdir. Sığorta obyektinin qalıqlarını hesaba alınmasa belə baxmayaraq ki, qalıqlar sığorta obyektinin təxminən 30-40 faizini təşkil edir və sığorta şərtlərinə əsasən yalnız 2.000 manat şərtsiz azadolma çıxıldıqdan sonra sığorta ödənişinin məbləği 21.000 manat təşkil edir. Buna baxmayaraq Sığortalının qeyd etdiyi kimi 2 sığortaçı tərəfindən bu məbləğdən 800 manat artıq olaraq 21.800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qqqqqqqqq qqqa məxsus Daşınmaz Əmlakla bağlı Sığortaçılar tərəfindən hər hansı bir əlavə sığorta ödənişinin həyata keçirilməsi mümkünsüz hesab edilir.

8. İşin materiallarında olan «xxxx» ASC tərəfindən R.Məmmədliyə ünvanlanmış 09.08.2017-ci il tarixli 0774 saylı məktuba əsasən, 29.09.2013-cü il tarixdə sığortalı qqqqqqqqqqqqa məxsus Sabirabad rayon, Muğangəncəli kəndi ərazisində yerləşən mağazada elektrik naqillərində baş vermiş qısa qapanma səbəbindən yanğın əmələ gəlmiş, o cümlədən baş vermiş yanğın nəticəsində əmlaka ziyan dəymiş və zərərçəkmişə məxsus daşınmaz əmlak BA 294684 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi ilə tərəflərindən sığortalandığından qanunuvericiliyə uyğun olaraq həyata keçirilmiş qiymətləndirməyə əsasən, zərərçəkənlə razılaşdırmaqla azadolma məbləği çıxılaraq ümum ilikdə 14.219 AZN məbləğində sığorta ödənişi qqqqqqqqqqqqun təqdim etdiyi bank hesabına ödənilmişdir. Bununla yanaşı bildirilir ki, sığorta ödənişi zərərçəkmişlə razılaşdırıldıqdan sonra keçirildiyindən yenidən hər hansı bir ödənişin verilməsi qeyrimümkündür. Belə ki, Mülki Məcəllənin 927.1-ci maddəsinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Mülki Məcəlləsnin 927.2-ci maddəsinə görə isə zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsas keçirilir. Həmçinin “İcbari sığortalar haqqında” qanunu n 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən 29.09.2013-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş qqqqqqqqqqqqa məxsus daşınmaz əmlaka görə zərərçəkmişlə razılaşdırmaqla faktiki zərər məbləği həcmində sığorta ödənişinin həyata keçirildiyinin nəzərə alınması xahiş olunur.

9. İşin materiallarında olan 21.10.2013-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara əsasən, vətəndaş qqqqqqqqqqqqa məxsus mağazada baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir.

10. İşin materiallarında olan akta müvafiq olaraq Sa birabad rayonunun, Muğan Gəncəli kənd sakini qqqqqqqqqqqqa məxsus qarışıq və təsərrüfat malları mağazası 29 sentyabr 2013-cü il tarixdə, səhər saat 05:20 radələrində elektrik naqillərinin qısaqapanması nəticəsində bina, tikili və onun içərisində olan əşyalar yanaraq tamamilə məhv olmuşdur. Odur ki, qarışıq və təsərrüfat malları mağazasının sahibi qqqqqqqqqqqq ’‘uuuuuuui” MMCnin direktoruddddddddd, Muğan Gəncəli kənd icra nümayəndəsi ffffffffvə Muğan Gəncəli kənd bələdiyyəsinin sədri oooooooooooin iştirakı ilə baxış keçirələrək akt tərtib edilmiş və həmin aktda dəymiş ziyanın ümumi məbləği 20.343,96 manat göstərilmişdir.

11. İşin materiallarında olan Azərbaycan Respublikası Maliyyə X2 tərəfindən «xxxx» ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış 25 may 2016-cı il tarixli 01/1018 saylı məktu ba əsasən, Nəzarət Palatasına vətəndaş qqqqqqqqqqqqun müraciəti ilə əlaqədar həmin ərizədə qeyd olunan məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər əlavə edilməklə, Mülki Məcəllənin 933.1.3 maddəsinə əsasən, icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər 7 gün müddətində Palataya təqdim olunması xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı AAAAAAAAAAoğlu cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-dən iddiaçıya ödəməli olduğu 15.000 manat sığorta məbləğinin ödəmədiyi 8.000 manat hissəsinin və bu məbləği gecikdirdiyi hər bir gün üçün 0,1 faizi həcmində dəbbə pulunun tutulub iddi açıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Eyni zamanda müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC cavabdehlər AAAAAAAAAAoğluna və «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qqqqqqqqqqqqa məxsus ünvan 2i ərazisində istifadəsində olan 0,4 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 142,7 kv.m ümumi sahədən ibarətqeyri-yaşayış binasına yanğın zamanı dəymiş zərərdən 12.114,38 manat pulun faydalanan şəxs olan 3-cü şəxsin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı qqqqqqqqqqqq iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2ində, Şirvan-Salyan yolunun kənarında iddiaçıya məxsus təsərrüfat mağazası vardır. 29 sentyabr 2013-cü il tarixdə, saat 05 radələrində mağazanın elektrik xəttində qısaqapanma nəticəs ində mağazaya od düşmüş və mağazanın daxilindəki bütün əmlaklar mağaza binası ilə birlikdə yanıb kül olmuşdur. İddiaçının həmin mağazasında tikinti və təsərrüfat malları satılırdı. Yanğın baş verərkən mağazada təxminən 45 min manat dəyərində əmlak olmuşdur. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin apardığı araşdırmalar sonunda çıxardığı 21 oktyabr 2013-cü il tarixli qərara əsasən mağazanın yanma səbəbi elektrik naqillərinin qısa qapanması olmuşdur.

15. İddiaçı 2012-ci ildə «xxxx» ASC-dən «Sahibkarlığa Kömək Milli Fondu» hesabına 15.000 manat məbləğində güzəştli kredit götürmüşdür. Ona məxsus mağazanın daxilindəki əmlakını «xxxx» ASC-yə (Şirvan filialı) girov qoymuş, eyni zamanda da «xxxx» ASC xxxx ilə iddiaçının həmin əmlakı üzrə 31 yanvar 2012-ci ildən 24 yanvar 2015ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır.

16. Sığortanın növü «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası», sığortaçı «xxxx» ASC, sığortalı qqqqqqqqqqqq, faydalanan şəxs isə «xxxx» ASC-nin Şirvan filialı, sığortanın predmeti qeyri yaşayış binası ünvan 2ində yerləşmişdir. Sığortanın dəyəri 23.000 manat, sığorta məbləği isə 15.000 manat təşkil etmişdir. Sığorta dəyərini iddiaçının iradəsindən asılı olmayaraq “xxxx”la Sənaye Sığorta tərəfindən müəyyən olunmuşdur.

17. İddiaçı faydalanan şəxs kimi, “xxxx”a dəfələrlə xxxxya iddia qaldırıb sığorta məbləğini tələb etməsini xahiş etmişdir. 2014-cü ilin iyul ayının 27-də xxxx tərəfindən iddiaçıya 7.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh ASC qeyd etmişdir ki, qalan məbləği də “xxxx”a olan kredit borcunun ə vəzinə ödəyəcəklər. Əslində, bu pulu onlar iddiaçıya verməli deyillər, onun kreditinin banka ödəmə müddəti hələ çox olduğu üçün 7.000 manatı iddiaçıya verirlər.

18. İddiaçı banka olan kredit borcunun 6.400 manat hissəsini faizi ilə birlikdə ödədiyini cavabdeh ASC-yə bildirmişdir. Banka olan borcu faizi ilə birlikdə 17.200 manat təşkil edir, 10.800 manat borcu qalırdı. 19. xxxx iddiaçıya bildirmişdir ki, 8.000 manatı onlar banka ödəyəcəklər, qalan borcunu da özü hissə-hissə ödəyər.

20. Ancaq xxxxnın mərkəzi ofisindən iddiaçıya verdikləri bu vədə əməl olunmamışdır. Onlar qalan 8.000 manat sığorta məbləğini “xxxx”a ödəməmişlər. İddiaçı dəfələrlə “xxxx”a müraciət etsədə onlar bu məbləği sığortaçıdan tələb etməmişlər.

21. Əksinə, «xxxx» 2016-cı ilin oktyabr ayında Sabirabad rayon məhkəməsinə ona qarşı iddia ərizəsi verərək 11.000 manat məbləğində iddiaçıdan pul tələb etmişdir.

22. İddiaçı məhkəməyə yuxarıdakılar haqqında məlumat verib xahiş etmişdir ki, sığortaçı «xxxx» Şirkətini də məhkəməyə cavabdeh kimi cəlb edilsin. Məhkəmə dəfələrlə sığortaçını məhkəməyə dəvət etmiş, ancaq heç bir məhkəmə iclasına onların nümayəndəsi gəlməmişdir. Məhkəmə isə qanuni cavabdeh olan sığortaçını kənarda qoyub, bu pulu ödəməyi iddiaçının üzərinə qoymuşdur. Məhkəmə belə də edib ona qarşı bankın verdiyi iddiasını təmin etmişdir. Hansı ki, bu qanunun tələblərinə zidd idi.

23. Belə ki, “xxxx”dan aldığı kredit borcunu əmlakı olan mağaza ilə sığortalamışdır və bu barədə “xxxx”la sığortaçı arasındada sığorta müqaviləsi imzalanmışdır.

24. İddiaçının xxxxya etdiyi müraciətiətinə sonuncu ona verdiyi cava bda göstərmişdir ki, 29.09.2013-cü il tarixində baş vermiş yanğın nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəymiş, zərərin əvəzi «xxxx» tərəfindən tam olaraq ödənilmişdir. Bundan əlavə olaraq, qqqqqqqqqqqq DSNX-nın rəisinin iştirakı ilə Azərbaycan Respublikası maliyyə nazirinin qəbulunda olmuş və görüş zamanı «xxxx» ASC tərəfindən sığortanın stimullaşdırılması məqsədilə şikayətçini 27.07.2014-cü ildə 7.000 manat məbləğin ödənilməsi üçün ASC-yə şifahi tövsiyə edilmiş və bu məbləğ ASC tərəfindən ödənilmişdir.

25. İddiaçı hesab edir ki, onun müraciətlərinə verilmiş bu cavab işin faktiki hallarını saxtalaşdırır, cavabdeh ASC üzərinə düşən öhdəlikdən yayınmaq məqsədi güdür. Belə ki, həmin ASC tərəfindən iddiaçıya təqdim edilmiş 31.01.2012-ci il tarixli P0013/12 saylı Əmlak Sığortası Şəhadət naməsinə əsasən, iddiaçının mülkiyyətində olan «daşınmaz əmlaka» sığorta təminatı müqaviləsi bağlanmamışdır. Bu müqavilə onun iradəsindən asılı olmayaraq «xxxx» ilə «xxxx» ASC arasında bağlanmış və hər iki qurumun rəhbərliyi tərəfindən imzalanaraq» möhürlənmişdir. Həmçinin bu müqavilə daşınmaz əmlakla bağlı yox, mağazasında olan əmlak üçün bağlanmışdır.

26. Yuxarıda göstərildiyi kimi, iddiaçı 2012-ci ildə «xxxx» ASC-dən «Sahibkarlığa Kömək Milli Fondu» hesabına 15.000 manat məbləğində güzəştli kredit götürmüşdür. Ona məxsus həmin mağazanı «xxxxa» (Şirvan filialı) girov qoymuşdur. Eyni zamanda xxxxda xxxx ilə sığorta müqaviləsi bağlamışdır. 31 yanvar 2012-ci il tarixdən 24 yanvar 2015-ci il tarixədək Sığortanın növü «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» idi.

27. Göründüyü kim i, «xxxx» ASC öz öhdəliyinə əməl etməmək amacı ilə faktları saxtalaşdırır. Müqavilə ilə üzərinə düşən öhdəlikdən yayınmaq amacı ilə «xxxx» ASC başqa bir yalana, daha doğrusu başqa bir sığorta qurumunun öz öhdəliyinə əməl etməsinə şərik çıxaraq göstərir ki, bu hadisə ilə bağlı zərərin əvəzi «xxxx» ASC tərəfindən tam olaraq ödənilib.

28. Cavabdeh ASC-nin göstərdiyi bu halla bağlı qeyd olunmalıdır ki, «xxxx» ASC yaranandan hər il ünvan 2ində yerləşən ona məxsus mağazanı məcburi şəkildə sığorta edibdir. Həmin mağaza «xxxx» tərəfindən 30.08.2013-29.08.2014-cü il tarixdə məcburi sığortaya cəlb edilmiş, aralarında Daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Sığorta məbləği 21.800 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin sayı BA 294684 şifrində qeydə alınmışdır. Sığorta hadi səsi baş verdikdən sonra «xxxx» cəmisi 14.200 manat sığorta ödəmiş, qalan 7.600 manat sığortanı ödəməkdən yayınmışdır.

29. Müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin «Şirvan» filialı ilə AAAAAAAAAAoğlu arasında bağlanılmış RB/SHF-5111 saylı 18.04.2014-cü il tarixli “Baş kredit müqaviləsi”nə əsasən illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 11.000 manat kredit verilmişdir.

30. Həmin kreditin təminatı kimi, qqqqqqqqqqqqa məxsus ünvan 2i ərazisində istifadəsində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 142,7 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası «xxxx» ASC qarşısında Əbf-2636/12.12.11 saylı 12 dekabr 2011 -ci il tarixi “İpoteka müqaviləsi” və 01 saylı 16.04.2014-cü il tarixli “Əlavə ipoteka müqaviləsi” ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada qeydiyyatdan keçmişdir.

31. İddiaçı qqqqqqqqqqqq müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmədiyi üçün Bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

32. Sabirabad rayon məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; qqqqqqqqqqqqdan 18.04.2014-cü il tarixli RB/SHF-5111 saylı “Kredit müqaviləsi” üzrə 10.963,97 manat əsas borc, 950,41 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla 12.114,38 manat məbləğində kredit borcunun «xxxx» ASC-nin xeyrinə tutulması; tutmanın qqqqqqqqqqqqa məxsus ünvan 2i ərazisində istifadəsində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 142,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinin açıq hərracda n satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, satıldıqdan sonra əmlakın boşaldılması qət edilmişdir.

33. Hazırki işdə iddiaçı qqqqqqqqqqqq cavabdeh «xxxx» ASC-yə qarşı sığorta məbləğinin ödənilməmiş hissəsinin qaytarılması üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

34. Belə ki, sözügedən əmlak hal-hazırda əmlak Bankın girov predmetidir. Qeyd olunmalıdır ki, qqqqqqqqqqqqa «Rabitəbak ASC-dən «Sahibkarlığa Kömək Milli Fondu» hesabına kredit verilmişdir. «xxxx» ASC «xxxx» ASC ilə həmin əmlak üzrə 31 yanvar 2012ci il tarixindən 24 yanvar 2015-ci il tarixədək sığorta müqaviləsi bağlamışdır. Həmin sığorta müqaviləsi üzrə sığortanın növü əmlakın yanğın və digər əlavə risklərdən sığortasıdır. Eyni zamanda həmin müqavlə üzrə sığortaçı «xxxx» ASC, sığortalı qqqqqqqqqqqq, faydalanan şəxs isə «xxxx» ASC-nin Şirvan filialı qeyd edilmişdir.

35. Elə həmin müqavilə üzrə sığorta təminatlarına daxil olan yanğın hadisəsi zamanı ipoteka predmeti olan əmlak (mağaza əşyaları ilə birlikdə) tam məhv olmuşdur. Sığortanın dəyəri 23.000 manat, sığorta məbləği 15.000 manat müəyyən edilmişdir.

36. Belə ki, Bankın hüquqları və qanunla qorunan mənafelərini mühüm dərəcədə məhdudlaşdırır. Bu səbəbdən Bankın mülki mübahisə üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır.

37. Məhkəmə gedişatı zamanı təqdim edilmiş sənədlərdən aydın görünür ki, yanğın hadisəsindən sonra dəymiş zərərin müəyyən edilməsi üçün qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında dəymiş zərərin məbləği 20.343,96 manat müəyyən edilmişdir. Bunda n başqa, qqqqqqqqqqqqun «xxxx» ASC-yə Sabirabad rayon məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi üzrə borcu cəmi 12.114,38 manat təşkil edir. 38. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Oruczadə, iş No 2-2(81)-629/2019) iddiaçı qqqqqqqqqqqqun iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxsin «xxxx» ASC-nin iddiasının təmin edilməməsi qət edilmişdir. 39. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, “xxxx” ASC ilə “xxxx" ASC arasında AAAAAAAAAAoğluna məxsus ünvan 2i ünvanında yerləşən əmlakın yanğın və digər əlavə risklərdən sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, “xxxx” ASC tərəfindən qqqqqqqqqqqqun mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən obyekti sığortalanmış və bu barədə s ığortalıya müvafiq şəhadətnamə verilmişdir. Şəhadətnamə üzrə sığorta predmeti kimi qeyri-yaşayış sahəsi göstərilmiş, sığorta müqaviləsinin müddəti 24.01.2015-ci il tarixədək müəyyən edilmişdir. 40. 29 sentyabr 2013-cü il tarixdə qqqqqqqqqqqqa məxsus obyektdə elektrik naqillərinin qısa qapanması nəticəsində əmlaka ziyan dəymiş və bu barədə Akt tərtib edilmişdir. Həmin aktda qqqqqqqqqqqqa ümumilikdə 20.343,96 manat məbləğində ziyanın dəyməsi qeyd olunmuşdur.

41. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 21 oktyabr 2013-cü il tarixli qərarına əsasən, qqqqqqqqqqqqa məxsus mağazada baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir.

42. Bundan sonra müvafiq hərəkətlər olunaraq, qqqqqqqqqqqq tərəfindən “xxxx” ASCyə m üraciət olunmuş və baş vermiş hadisə nəticəsində iddiaçıya ümumilikdə 7.000 manat ödənilmişdir.

43. İddiaçı iddia ərizəsində və izahatında cavabdeh “xxxx” ASC ilə arasında 7.000 manat pul ödənilməsinə dair razılaşmanın olduğunu bildirmiş, ümumi sığorta məbləği 15.000 manat olduğundan, ödənilməmiş 8.000 manatı isə cavabdehdən “xxxx” ASC-yə ödənilməsi məqsədi ilə tələb etmişdir.

44. İddiaçı idda ərizəsində və izahatında cavabdehlə razılağa gəldiyini və digər 8.000 manat məbləğində sığorta ödənişini "'xxxx” ASC-dən “xxxx”ASC-yə ödənilməsi üçün tələb etdiyini qeyd etsə bələ, işin materiallarına əlavə olunmuş P-001\14 saylı sığorta ödənişi aktını qəbul edərək, imza etmişdir.

45. Həmin aktda göstərilmişdir ki, sığortalı təsdiq edir ki, sığorta aktı ilə müəyyən edilmiş 7.000,36 manat məbləğində s ığorta ödənişi “xxxx” ASC tərəfindən qqqqqqqqqqqq tam ödənildikdən sonra “xxxx” ASC-nin bu sığorta hadisəsi nəticəsində yaranmış bütün öhdəliklərdən azad olduğunu qəbul etdiyi qeyd edilmişdir. Lakin qqqqqqqqqqqq həmin aktda imzanın ona məxsus olmadığını mübahisələndirmiş və məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

46. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə də, ekspertiza aparlmasından imtina olunmuş və imzanın və əlyazmasının qqqqqqqqqqqqa məxsus olubolmaması müəyyən edilməmişdir.

47. İşin materiallarında olan, “xxxx” MMC tərəfindən tərtib olunmuş “Daşınmaz əmlaka dəyən zərər üzrə qüsur aktı”nda təmir prosesində əvəz olunmalı inşaat materialların dəyərinin 4.250 manat olduğu, təmir prosesində icra olunmalı təmir-xidmət işlərinin dəyərin in 9.550 manat olduğu, ümumilikdə isə 13.800 manat təşkil etdiyi göstərilmişdir. 48. “xxxx“ ASC tərəfindən 7.000 manat pul məbləği 04 avqust 2014-cü il tarixli, 550 saylı ödəniş tapşırığına əsasən ödənilmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərə və iddiaçı qqqqqqqqqqqqun izahatına görə, “xxxx” ASC tərəfindən ona baş vermiş hadisə ilə bağlı ümumilikdə 14.219 manat məbləğ ödənilmişdir.

49. İddiaçı qqqqqqqqqqqq iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında “xxxx “ ASC ilə bağlanmış sığorta şadətnaməsinin mağazanın daxilində olan daşınar əmlaklarla bağlı olduğunu qeyd etsə işin araşdırılmış hallarından göründüyü kimi, hazırki iş üzrə sığorta şəhadətnaməsi “Yanğın və digər əlavə risklərdən sığortası” adlandırılmış, sığorta predmeti kimi qeyri-yaşayış sahəsi göstərilmişdir. 50. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə İkiqat sığorta baş verdiyindən və qqqqqqqqqqqqun ünvan 2i ünvanında olan mülkiyyətində yanğın nəticəsində “xxxx” ASC tərəfindən 14.219 manat, “xxxx” ASC tərəfindən isə 7.000 manat ödənildiyi təqdirdə, zərərçəkənə sığorta məbləği mütənasib qaydada ödənilmişdir,

51. Beləliklə, ikiqat sığorta halı olduğundan, sığortalı baş vermiş sığorta hadisəsi nəticəsində ümumilikdə, 21.219 manat sığorta ödənişi əldə etmişdir ki, qeyd edilənlərə əsasən iddiaçının sığorta ödənişi tələbi əsassızdır.

52. İddiaçının iddia ərizəsi üzrə digər tələbi sığorta ödənişinin gecikdirilməsi nəticəsində dəbbə pulunun ödənilməsi ilə bağlıdır.

53. İşdən görünür ki, iddiaçı qqqqqqqqqqqq Azərbaycan Respublikası FHN Əməliyyatİstintaq İdarəsinin 21 oktyabr 2013-cü il tarixl i qərarından sonra “xxxx” ASC-yə müraciət etmiş və sonuncu tərəfindən ona P-001/14 saylı akta əsasən 7.000,36 manat məbləği ödənilmişdir.

54. İddiaçının sığorta ödənişinin alınması üçün cavabdehə hansı tarixdə müraciət etdiyi barədə sənədlər olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.

55. Bunlan başqa, “xxxx” ASC-nin cavabdehlər qqqqqqqqqqqqa və “xxxx” ASCyə qarşı iddiası da təmin edilməməlidir.

56. Belə ki, bankın tələbi aydın deyildir. Bundan başqa, işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xxxx” ASC ilə qqqqqqqqqqqq arasında 18 aprel 2014-cü il tarixli, RB/SHF-5111 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən qqqqqqqqqqqqa kredit verilmişdir.

57. İşin materiallarından görünür ki, “xxxx” ASC tərəfind ən qqqqqqqqqqqq qarşı “pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərə” dair iddia qaldırılmışdır. Sabirabad rayon məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

58. Göründüyü kimi, hazırda Bankın mübahisələndirdiyi 12.114,38 manat kredit borcunun qqqqqqqqqqqqdan tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmiş və icraya yönəldilmişdir.

59. Yenidən qqqqqqqqqqqqdan həmin məbləğin hazırki iddia qaydasında tələb edilməsi Bank tərəfindən əsassız varlanmaya səbəb ola bilər. Belə olduğu halda, onun qqqqqqqqqqqqa qarşı irəli sürdüyü tələbi əsassızdır və təmin edilməməlidir.

60. Digər bir hal isə “xxxx” ASC-nin “xxxx” ASC-yə qarşı irəli sürdüyü təl əbdir. Eyni zamanda “xxxx” ASC məhkəmə iclasında vəsatət verərək, Mülki (Prosessual Məcəlləsinin 373.2-ci maddəsini rəhbər tutaraq, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddət ötürüldüyündən, “xxxx” ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir.

61. İşdən görünür ki, “xxxx" ASC ilə “xxxx” ASC V,Həsənova məxsus ünvan 2i ünvanında yerləşən əmlakın yanğın və digər əlavə risklərdən sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əmlak 24 yanvar 2015-ci il tarixədək sığortalanmışdır.

62. Göründüyü kimi sığortalanmış əmlak üzrə yanğın hadisəsi 29 sentyabr 2013-cü il tarixdə baş verdiyindən, həmin sığorta müqaviləsinə əsasən Bankın razılığı əsasında 2014cü ilin avqust ayında sığortalı qqqqqqqqqqqqa nəzərdə tutulmuş sığorta məbləğləri ödənilmişdir. “xxxx” ASC “xxxx” ASC-yə qarş ı hazırki iddia ərizəsi ilə 06 may 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, nəzərdə tutulmuş 3 müddəti illik ötürmüşdür.

63. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdjyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur Məhkəmə nəzərə almışdır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tulmalıdırlar.

64. Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxı lmışdır ki, bu da iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə əsasdır.

65. Həmin qətnamədən narazı qalan iddiaçı qqqqqqqqqqqq ondan apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.

66. Həmin qətnamədən narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” ASC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və barədə qətnamə qəbul edilməsi və 3-cü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat 67.. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.10.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılo v, hakimlər M.Tağızadə və K.Abiyeva; iş No 22(103)-574/2019) iddiaçı qqqqqqqqqqqq və müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir

68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, «xxxx» ASC ilə «xxxx» ASC arasında qqqqqqqqqqqqa məxsus ünvan 2i ünvanında yerləşən əmlakın yanğın və digər əlavə risklərdən sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, «xxxx» ASC tərəfindən qqqqqqqqqqqqun mülkiyyətində olan obyekti sığortalanmış və bu barədə sığortalıya müvafiq şəhadətnamə verilmişdir. Şəhadətnamə üzrə sığorta predmeti kimi qeyri-yaşayış sahəsi göstərilmiş, sığorta müqaviləsinin müddəti 24.01.2015-ci il tarixədək müəyyən edilmişdir. 69. 29 sentyabr 2013-cü il tarixdə qqqqqqqqqqqqa məxsus obyektdə elektrik naqillərinin qısa qapanması nəticəsində əmlaka ziyan dəymiş və bu barədə Akt tərtib edilmişdir. Həmin Aktda qqqqqqqqqqqqa ümumilikdə 20.343,96 manat məbləğində ziyanın dəyməsi qeyd olunmuşdur.

70. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 21 oktyabr 2013-cü il tarixli qərarına əsasən, qqqqqqqqqqqqa məxsus mağazada baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir.

71. Bundan sonra müvafiq hərəkətlər olunaraq, qqqqqqqqqqqq tərəfindən «xxxx» ASCyə müraciət olunmuş və baş vermiş hadisə nəticəsində iddiaçıya ümumilikdə 7.000 manat ödənilmişdir.

72. İddiaçı iddia ərizəsində v ə izahatında cavabdeh «xxxx» ASC ilə arasında 7.000 manat pul ödənilməsinə dair razılaşmanın olduğunu bildirmiş, ümumi sığorta məbləği 15.000 manat olduğundan, ödənilməmiş 8.000 manatı isə cavabdehdən «xxxx» ASC-yə ödənilməsi məqsədi ilə tələb etmişdir.

73. İşin materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən qəbul edilərək imzalanmış P001\14 saylı “Sığorta ödənişi Aktı”nda göstərilmişdir ki, sığortalı təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş 7.000,36 manat məbləğində sığorta ödənişi «xxxx» ASC tərəfindən qqqqqqqqqqqqa tam ödənildikdən sonra «xxxx» ASC-nin bu sığorta hadisəsi nəticəsində yaranmış bütün öhdəliklərdən azad olduğunu qəbul etdiyi qeyd edilmişdir.

74. İşin materiallarında olan, «xxxx» MMC tərəfindən tərtib olunmuş daşınmaz əmlaka dəyən zərər üzrə qüsur aktında təmir prosesində əvəz olunmalı inşaat materialların dəyərinin 4.250 manat olduğu, təmir prosesində icra olunmalı təmir-xidmət işlərinin dəyəri 9.550 manat olduğu, ümumilikdə isə 13.800 manat təşkil olunduğu göstərilmişdir.

75. «xxxx» ASC tərəfindən 7.000 manat pul məbləği 04 avqust 2014-cü il tarixli, 550 saylı Ödəniş tapşırığı”na əsasən ödənilmiş, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən və iddiaçının izahatından görünür ki, «xxxx» ASC tərəfindən isə baş vermiş hadisə nəticəsində AAAAAAAAAAoğluna ümumilikdə 14.219 manat pul vəsaiti ödənilmişdir.

76. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında «xxxx» ASC ilə bağlanmış sığorta şəhadətnaməsinin mağazanın daxilində olan daşınar əmlaklarla bağlı olduğunu qeyd etsə də, işin araşdırılmış hallarından göründüyü kimi, hazırki iş üz rə sığorta şəhadətnaməsi əmlakın yanğın və digər əlavə risklərdən sığortası adlandırılmış, sığorta predmeti kimi qeyriyaşayış sahəsi göstərilmişdir.

77. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ikiqat sığorta halı baş verdiyindən və qqqqqqqqqqqqun ünvan 2i ünvanında olan mülkiyyətində yanğın nəticəsində «xxxx» ASC tərəfindən 14.219 manat, «xxxx» ASC tərəfindən isə 7.000 manat ödənildiyi təqdirdə, zərərçəkənə sığorta məbləği mütənasib qaydada ödənilmişdir. Beləliklə, ikiqat sığorta halı olduğundan, sığortalı baş vermiş sığorta hadisəsi nəticəsində ümumilikdə, 21.219 manat sığorta ödənişi əldə etmişdir ki, qeyd edilənlərə əsasən iddiaçının sığorta ödənişi tələbi əsassızdır.

78. İddiaçının iddia ərizəsi üzrə digər tələbi sığorta ödənişinin gecikdirilməsi nəticəsində dəbbə pulunun ödənilməsi ilə bağlıdır.

79. İş materiallarından görünür ki, iddiaçı qqqqqqqqqqqq Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 21 oktyabr 2013-cü il tarixli qərarından sonra «xxxx» ASC-yə müraciət etmiş və «xxxx» ASC tərəfindən P-001/14 saylı akta əsasən 7.000,36 manat pul məbləği ödənilmişdir.

80. İddiaçının sığorta ödənişinin alınması üçün cavabdehə hansı tarixdə müraciət etdiyi barədə sənədlər olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün deyil.

81. Müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC-nin iddiasına gədikdə isə bu iddia da təmin edilməməlidir.

82. Belə ki, 3-cü şəxs Bank qqqqqqqqqqqqa məxsus qeyri- yaşayış binasına yanğın zamanı dəymiş zərərdən 12.114,38 manat pulun Bankın (faydalanan şəxsin) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bankın tələbi aydın deyildir.

83. İş üzrə müəyyən edilir ki, «xxxx» ASC ilə AAAAAAAAAAoğlu arasında 18 aprel 2014-cü il tarixli, RB/SHF-5111 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən qqqqqqqqqqqqa kredit verilmişdir.

84. «xxxx» ASC tərəfindən qqqqqqqqqqqqa qarşı «pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərə» dair iddia qaldırılmışdır.

85. Sabirabad Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh qqqqqqqqqqqqdan 18.04.2014-cü il tarixli, RB/SHF-5111 saylı kredit müqaviləsi üzrə 10.963,97 manat əsas borcun, 950,41 manat faiz borcunun, 200 manat cərimə borcunun, cəmi 12.114,38 manat məbləğində kredit borcunun tutulması, tutmanın qqqqqqqqqqqqa məxsus ünvan 2ində yerləşən 1 mərtəbəli, 142,7 kv.m ümumi 0,04 ha torpaq sahəsindən ibarət qeyri-yaşayış binanın yönəldilməsinə qət edilmişdir.

86. Göründüyü kimi, hazırkı iddia ilə mübahisələndirilən 12.114,38 manat kredit borcunun qqqqqqqqqqqqdan tutulmasına dair Sabirabad rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. Yenidən qqqqqqqqqqqqdan həmin məbləğin hazırki iddia qaydasında tələb edilməsi Bank tərəfindən əsassız varlanmaya səbəb ola bilər. Belə olduğu halda, «xxxx» ASC-nin qqqqqqqqqqqqa qarşı irəli sürdüyü tələbi əsassızdır və təmin edilməməlidir.

87. «xxxx» ASC-nin «xxxx» ASC-yə qarşı irəli sürdüyü tələblə bağlı qeyd olunmalıdır ki, «xxxx» ASC 1-ci instansiya məhkəməsinin ic lasında vəsatət verərək, MPM-nin 373.2-ci maddəsini rəhbər tutaraq, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddət ötürüldüyündən, «xxxx» ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir.

88. İş üzrə müəyyən edilir ki, «xxxx» ASC ilə «xxxx» ASC arasında qqqqqqqqqqqqa məxsus ünvan 2i ünvanında yerləşən əmlakın yanğın və digər əlavə risklərdən sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əmlak 24 yanvar 2015-ci il tarixədək sığortalanmışdır. Sığortalanmış əmlak üzrə yanğın hadisəsi 29 sentyabr 2013-cü il tarixdə baş vermiş və həmin sığorta müqaviləsinə əsasən «xxxx» ASC-nin razılığı əsasında 2014cü ilin avqust ayında sığortalı qqqqqqqqqqqqa nəzərdə tutulmuş sığorta məbləğləri ödənilmişdir. «xxxx» ASC «xxxx» ASC-yə qarşı hazırki iddia ərizəsi ilə isə 06 may 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür.

89. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi).Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar.

90. Ona görə də müstəqil tələb irəli sürən 3-cü şəxs «xxxx» ASC tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır ki, bu da iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə əsasdır.

91. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli Qərarın; Azərbaycan Respublikası MM-nin 373.2, 375.2, 377.2, 883.1, 925.1, 925.2, 926.1, 926.2, 926.3, 927.1, 927.2, 933.1.1, 934.1– ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

92. Məhkəmənin qətnaməsi iddiaçıya 31.10.2019-cu il tarixdə, digərlərinə isə 28.10.2019-cu il tarixdə təqdim edilmişdir.

93. Həmin qətnamədən narazı qalan iddiaçı qqqqqqqqqqqq ondan kassasiya şikayəti verərək, qətnamənin iddiaçı qqqqqqqqqqqqa aid hissədə ləğv edilməsi və onun iddiasının təmin edilməsi ilə bağlı yeni qə rar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

94. İddiaçı qqqqqqqqqqqqun kassasiya şikayətində qeyd edilənələrə görə, O, 2012-ci il tarixdə “xxxx” ASC-dən “Sahibkarlığa Kömək Milli Fondu” hesabına 15.000 manat məbləğində güzəştli kredit götürüb yaşadığı ünvan 2ində, Şirvan-Salyan yolunun kənarında yerləşən özünə məxsus tikinti və təsərrüfat malları satılan mağazanı götürdüyü kreditə görə “xxxx” ASC-yə (Şirvan filialı) girov qoymuşdur. 95. “xxxx” ASC iddiaçı qqqqqqqqqqqqa verdiyi krediti sığortalamaq üçün onun girov qoyulan mağazasıyla bağlı “xxxx” ASC ilə 31 yanvar 2012-ci il tarixdən 24 yanvar 2015-ci il tarixədək illik sığorta haqqı 130 manat ol maqla 3 illiyə sığorta müqaviləsi bağlamışdır. Həmin 3 illik sığorta haqqını, cəmi 390 manat pulu iddiaçı qqqqqqqqqqqq əvvəlcədən ödəmişdir. Bu müqavilə ilə də iddiaçı qqqqqqqqqqqqun Bankdan götürdüyü 15.000 manat kredit üçün girov qoyulan mağazası sığortalanmışdır.

96. Bu müqavilə üzrə sığortanın növü “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası”, sığortanın predmeti qeyri-yaşayış binası, sığortaçı “xxxx” ASC, sığortalı iddiaçı qqqqqqqqqqqq, faydalanan şəxs isə “xxxx” ASC-nin Şirvan filialı idi. Müqaviləyə əsasən sığortanın dəyəri 23.000 manat, sığorta məbləği 15.000 manat idi. Sığortanın dəyərini “xxxx” ASC ilə “xxxx” ASC iddiaçı qqqqqqqqqqqqun iştirakı olmadan müəyyən ediblər. Müqaviləni də onlar öz imzaları və möhürləri ilə təsdiq ediblər. 97. 29 sentyabr 2013-cü il tarixdə, saa t 05-00 radələrində girov qoyulan, həmçinin də sığortalanılan mağaza elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində içərisindəki 45.000 manatlıq mallarla birgə yanıb kül oldu, yəni sığorta hadisəsi baş verdi. Bu yanğın nəticəsində iddiaçı qqqqqqqqqqqqa cəmi 68.000 manat məbləğində (23.000 manat mağazanın, 45.000 manat isə mağazadakı malların dəyəri) ziyan dəydi. Mağazanın elektrik naqillərinin qısaqapanması nəticəsində yanması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin apardığı araşdırmalar nəticəsində çıxardığı 21 oktyabr 2013-cü il tarixli qərarla təsdiq olunmuşdur.

98. İddiaçı qqqqqqqqqqqq “xxxxdan götürdüyü 15.000 manat kreditə görə banka faizləri ilə birlikdə 17.200 manat pul ödəməliydi. Ödəmə cədvəlinə uyğün olaraq O, Banka hər ay 75 man at olmaqla 18 ay və daha hər ay 800 manat olmaqla 2 ay, cəmi 2.950 manat pul ödədikdən sonra 29 sentyabr 2013-cü il tarixdə sığorta hadisəsi baş vermiş, yəni mağazası yanmışdır. Sığorta hadisəsi baş verdiyi üçün “xxxx” ASC sığorta müqaviləsi üzrə öhdəliyinə əməl edib ona 15.000 manat pul ödəməli idi. Ancaq “xxxx” ASC müqavilə üzrə olan öhdəliyinə əməl etməyib, sığorta hadisəsi baş verdikdən 10 ay sonra, 27 iyul 2014-cü il tarixdə ona cəmi 7.000 manat pul vermiş və bildirmişdir ki, qalan 8.000 manatı özləri “xxxxa ödəyəcəklər. İddiaçı qqqqqqqqqqqq “xxxx" ASC tərəfindən ona götürdüyü 15.000 manat kreditlə əlaqədar verilmiş həmin 7.000 manatın 3.300 manat hissəsini krediti ilə bağlı “xxxxa ödəmişdir və eyni zamanda məhkəmədə bildirmişdir ki, almaq istədiyi qalan 8.000 manat pulu da alacağı ha lda yenə də həmin məqsədlə “xxxxa ödəyəcəkdir.

99. İddiaçı qqqqqqqqqqqq dəfələrlə “xxxx”dan “xxxx" ASC-dən 8.000 manatı tələb etməsini xahiş etsə də onlar bunu etməmiş və nə də bu barədə məhkəməyə müraciət etməmişdir və nə də iddiaçıya bu cür, bu yöndə hərəkət etmələrinin səbəbini izah etməmişdir. Əksinə 18.04.2014-cü il tarixdə iddiaçı qqqqqqqqqqqqu aldadaraq onunla illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə olan 2-ci bir müqavilə üzrə 11.000 manat kredit verilməsi barədə yalan, uydurma bir müqavilə (çünki, bu müqavilə ilə bağlı iddiaçıya bir qəpik də pul verilməmişdir) bağlamış və ona bildiriblər ki, bu 2-ci müqaviləni, guya, onun mənafeyi naminə, öncəki kreditinin ödənilməmiş hissəsini hesablayaraq ona faydalı şərtlərlə, faizini az və ödəmə müddətini uzatmaq üçün bağlayırlar ki, O, kreditini rahat ödəyə bilsin. Bundan başqa onun artıq yanıb kül olmuş mağazasını da Bank qarşısında bu müqavilə üzrə Əbf-2636/12.12.11 saylı 12 dekabr 2011-ci il tarixli ipoteka müqaviləsinə 01 saylı 16.04.2014-cü il tarixli əlavə ipoteka müqaviləsi ilə yüklü etdilər. İddiaçı “xxxx” tərəfindən aldadıldığını xeyli sonralar, “xxxx" ASC-ni ödəmədiyi 8.000 manatı iddiaçıya ödəməsi ilə bağlı onun 1 saylı Bakı inzibati- İqtisadi Məhkəməsinə verdiyi iddia tələbinə “xxxx”ın ona və “xxxx” ASC-yə qarşı iddia tələbi irəli sürməklə 3-cü şəxs kimi işə qoşulmasından sonra bilmiş və bilən kimi də, həmin müqavilənin yalan əqd kimi etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 100. “xxxx ASC 2-ci yalan müqavilə ilə bağlı Sabirabad rayon məhkəməsində qqqqqqqqqqqqa qarşı iddia qal dıraraq ondan həmin 2-ci yalan kredit müqaviləsi üzrə olan 11.000 manatı, həmin məbləğin faizini və cəriməsini tələb etmiş və məhkəmə də onun bu yalan kredit müqaviləsi üzrə olan tələbini təmin etmişdir. Sabirabad rayon məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi ilə “xxxx”ın iddia tələbi qismən təmin edilərək iddiaçıdan 18.04.2014-cü il tarixli RB/SHF-5111 saylı kredit müqaviləsi üzrə 10.963,97 manat əsas borc, 950,41 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 12.114,38 manat məbləğində kredit borcunun “xxxx”ın xeyrinə tutulması, tutulmanın ona məxsus Sabirabad rayonu, Mugangəncəli kəndi ərazisində istifadəsində olan 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 142,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin açıq həırracdan sat ılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin, yəni iddiaçının Banka olan borcunun ödənilməsi, satıldıqdan sonra əmlakın boşaldılması qət edilmişdir. 101. iddiaçı qqqqqqqqqqqq 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinə “xxxx” ASC-yə qarşı iddia tələbi ilə müraciət etdikdən sonra “xxxx” da ona və “xxxx” ASC-yə qarşı iddia tələbi ilə 3-cü şəxs kimi bu işə qoşulmuş və Sabirabad rayon məhkəməsinin yuxarıda göstərilən qətnaməsinə əsaslanaraq məhkəmədən yanmış mağazayla bağlı dəymiş zərərə görə iddiaçı qqqqqqqqqqqqa ödəniləcək puldan 12.114,38 manatının Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bankın tələbi aydın olmadığı kimi, həm də əsassız idi. Ona görə ki, “xxxx” ASC “xxxx” ASC-dən iddiaçı qqqqqqqqqqqqun götürdüyü 15.000 manat kreditin sığorta məbləğini n qalığını tələb etməklə, yaxud iddiaçıya ödənilərsə, Bankın hesabına ödənilməsi tələbi ilə işə 3-cü şəxs kimi qoşulmalı idi. Ancaq “xxxx” tamamilə başqa bir müqavilə və başqa bir fakt üzrə olan qətnaməyə istinad edərək işə 3-cü şəxs kimi qoşulmuş və bu zaman iddia tələbini faktiki olaraq olmayan bir predmetə əsaslanmaqla irəli sürmüşlər. Belə ki, ”xxxx"la iddiaçı qqqqqqqqqqqq 2-ci, yalan müqavilə bağlanılarkən artıq nə mağaza, nə də ki içindəki əmlak yox idi. 102. “xxxx” ASC iddiaçı qqqqqqqqqqqqun bankdan götürdüyü kreditin təminatı olan mağazadakı əmlakını sığortalamaqla, əslində onun banka olan borcunun girovunun qorunmasına, məhv olarsa Banka borcunun ödənilməsinə təminat vermişdir. “xxxx” ASC isə hər il olduğu kimi məcburi qaydada daşınmaz əmlak kimi iddiaçı qqqqqqqqqqqqun mağazasını, daha doğrusu mağazasının binasını sığortalamışdır.

103. Göründüyü kimi, cavabdeh “xxxx” ASC ilə “xxxx”ın Şirvan filialı arasında əmlakın sığortası müqaviləsi bağlanmış, “xxxx”ilə iddiaçı rrrrrr arasında isə daşınmaz əmlakın sığortası müqaviləsi bağlanmışdır. “xxxx” 2013-cü ildə iddiaçı rrrrrrla məcburi qaydada müqavilə bağlamaq istəyərkən O, “xxxx”nın nümayəndələrinə bildirmişdir ki, “xxxx"dan götürdüyü 15.000 manat kreditə görə mağazasının əmlakı girov qoyulmuşdur və buna görə də “xxxx”ın Şirvan filialı “xxxx” ASC ilə əmlakın sığortası müqaviləsi bağlamışdır və ona görə də təkrar müqaviləyə ehtiyac yoxdur. “xxxx”nın nümayəndələri “xxxx” ASC ilə bağlanmış həmin sığorta müqaviləsinin Şəhadətnaməsini oxuduqdan, həm də telefonla “xxxx” ASC-nin işçiləri ilə danışıb məsələni aydınlaşdırandan s onra ona bildirmişlər ki, “bu əmlakın sığortası müqaviləsinin şəhadətnaməsidir. Ancaq biz Sizinlə Daşınmaz əmlakın sığortasını, yəni mağazanın binasının sığortasının müqaviləsini bağlayacağıq və bunu mütləq etməlisiniz, əks halda yüksək məbləğdə cərimə olunacaqsınız. Fövqəladə Hallardan gəlib mağazanızı bağlayacaqlar və s.”

104. İddiaçı qqqqqqqqqqqqun müraciətinə “xxxx” ASC-nin işdə olan cavabında göstərilir ki, 31.01.2012-ci il tarixli, P0013/12 saylı “Əmlak sığortası” şəhadətnaməsi ilə onun mülkiyyətində olan daşınmaz əmlaka sığorta təminatı verilmşdir. Əslində isə iddiaçının mağazası kredit üçün girov idi və girov kimi də sığortalanmışdı. Belə ki, O, 15.000 manat krediti götürməsəydi, təbii ki, belə bir sığorta müqaviləsi də olmayacaqdı, çünki, əmlak sığortası ilə bağlı həmin dövr üçü n artıq onun “xxxx” ilə bağladığı 30.08 2013-cü il tarixdən 29.08.2014-cü il tarixədək məcburi sığortaya cəlb edilmiş daşınmaz əmlakın icbari sığortası haqqında icbari zərərin məbləğinin məhkəmə tərəfindən müəyyən edilməməsidir, (məhkəmə dəymiş zərəri 68.000 manat əvəzinə 21.000 manat hesab etmişdir). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

105. Cavabdeh ASC kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması və həmn qətnamənin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

106. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

107. Cavab dehin vəkili S.Paşayev kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. 108. 3-cü şəxs Bankın vəkili M.Bədəlov kassasiya şikayətində göstərilən dəlilləri əsaslı hesab edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

109. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

110. Həmin Məcəllənin 895.1-ci maddəsinə görə, sSığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

111. Həmin Məcəllənin 895.2-ci maddəsinə uyğun olaraq əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilm əlidir.

112. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

113. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs v asitəsilə qiymətləndirir.

114. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

115. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

116. Həmin Məcəllənin 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

117. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətinin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş v erməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

118. Həmin Məcəllənin 927.2-ci maddəsinə əsasən, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həyata keçirilir.

119. Həmin Məcəllənin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari s ığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

120. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduğu halda sığorta ödənişi həyata keçirilir.

121. Həmin Məcəllənin 934.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

122. Həmin Məcəllənin 934.2-ci maddəsinə görə, sığortaçı sığorta ö dənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 123. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Əmlakı dəyən zərərə görəkönüllü və icbar sığortanın növləri üzrə verilən sığorta ödənişlərinin məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

124. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

125. İş üzrə id diaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

126. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

127. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

128. İddiaçı qqqqqqqqqqqqun kassasiya şikayətində qeyd edilənlərə görə, onun cavabdeh ASC və “xxxx” ASC ilə sığorta müqavilələrinin bağlanması qanunla nəzərdə tutulmuş ikili (çoxqat) sığorta kimi dəyərləndirilə bilməz (bax hazırki qərarın 110-cu bəndinə). Belə ki, əgər iddiaçı “xxxx” ASC ilə ilk əvvəl sığorta müqaviləsi bağlayarkən özünə məxsus qeyri-yaşayış sahəsini sığortalamışdırsa, sonradan, cavabdeh ASC ilə bağladığı sığota müqaviləsinin predemeti sığorta hadisəsi (yanğın) zamanı mağazanın içində qalaraq məhv olmuş və dəyəri 65.000 manat olan mallar və digər əmlak olmuşdur. Ona görə də, qeyd olunmuş sığorta müqavilələri ilə fərqli əmlaklar sığorta olunduğundan cavabdeh ASC tərəfindən iddiaçıya sığorta ödənişinin tam məbəlği, yəni qalıq qalan 8.000 manat ödənilməlidir.

129. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının həmin dəlillinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisələndirilən P0013/12 saylı 31.01.2012-ci il tarixli “Əmlak sığortası şəhadətnaməsi”ndə “Sığorta növü” qrafasında “Əmlakın yanğın və digər əlavə risklərdən sığortalanması” qeyd edilsə də, “Sığorta predmeti” qrafasında yuxarıda qeyd edilən əmlak sözü dəqiqləşdirilmiş və “Qeyri-yaşayış binası”, yəni iddiaçıya məxsus və ünvan 2ində yerləşən mağaza g östərilmişdir.

130. Göründüyü kimi, yuxarıda sözügedən hər iki sığorta müqaviləsində sığortanın predmeti qsmind qeyri-yaşayış binası (mağaza) qeyd olunmuşdur. Ona görə apellyasiya instansiyası məhkəməsi qətnaməsində düzgün olaraq hesab etmişdir ki, ikili (çoxqat) sığorta halı baş verdiyindən və iddiaçı qqqqqqqqqqqqun ünvan 2i ünvanında olan mülkiyyətində yanğın nəticəsində «xxxx» ASC tərəfindən 14.219 manat, «xxxx» ASC tərəfindən isə 7.000 manat ödənildiyi təqdirdə, zərərçəkənə sığorta məbləği mütənasib qaydada ödənilmişdir. Beləliklə, ikiqat sığorta halı olduğundan, sığortalı baş vermiş sığorta hadisəsi nəticəsində ümumilikdə, 21.219 manat sığorta ödənişi əldə etmişdir ki, qeyd edilənlərə əsasən iddiaçının sığorta ödənişi tələbi əsassızdır.

131. Bundan başqa, iddiaçı, cavabdeh ASC-dən, on a ödənilməli olan sığorta ödənişinin gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş dəbbə pulunun hesablanıb ona ödənilməsini xahiş etmişdir (bax hazırki qərarın 122-ci bəndinə).

132. Apellyasiya instansiyası məhkəməsi bu tələbə hüquqi qiymət verərək hesab etmişdir ki, sığorta hadisəsi 29.09.2013-cü il tarixində baş verdiyindən və bu hadisə ilə əlaqədar Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən 21.10. 2013cü il tarixli qərarı qəbul ediləndən sonra iddiaçı cavabdeh “xxxx” ASC-yə müraciət etmiş və sonuncu tərəfindən ona 27.07.2014-c il tarixdə P-001/14 saylı “Sığorta ödənişi aktı”na əsasən 7.000,36 manat məbləği ödənilmişdir. İddiaçının sığorta ödənişini almaq üçün cavabdeh ASC-yə hansı tarixdə müraciət etdiyi barədə sənədlər olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.

133. Kassasiya şikayətində iddiaçı sığorta hadisəsi baş verən kimi, dərhal bu haqda cavabdeh ASC-yə məlumat verdiyini qeyd etsə də, bu dəlilini hər hansı sənədsübutla təsdiq edə bilmir.

134. Həmçinin iddiaçı kassasiya şikayətində göstərir ki, O, nə yuxarıda sözügedən P-001/14 saylı “Sığorta ödənişi aktı”nı, nədəki, bu aktda qeyd olunmuş “Sığorta ödənişi məbləği ilə razıyam və heç bir etirazım yoxdur” cümləsini imzalamamışdır. Ümumiyyətlə aktdakı imzalar ona məxsus deyil, və bu məsələnin aydınlaşdırılması üçün o dəfələrlə məhkəməyə müraciət etsə də, hər hansı nəticəsi olmamışdır.

135. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbi yuxarıda qeyd edilən cüml əyə görə deyil baş vermiş ikili (çoxqat) sığortanın qaydaları nəzərə alınmaqla rədd olunmuşdur. Əksinə hazırki işdən göründüyü kimi, iddiaçının iddia tələbi məhkəmə tərəfindən icraata qəbul olunmuş, iddia ərizəsində qeyd edilən dəlillərlə bağlı ətraflı araşdırma aparılmış və onlara lazımi hüquqi qiymət verilmişdir. Ümumiyyətlə aktdakı cümlənin iddiaçı tərəfindən imzalanıbimzalanmaması, iddiaçıya sığorta ödənişi verildikdən sonra onun bu ödənişin məbləği ilə razı olub-olmaması və bununla bağlı etiraz verib-verməməsi məsələsinin araşdırılmasının nəticəsi hazırki işin həllinə hər hansı təsir göstərə bilməzdi.

136. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı qqqqqqqqqqqqun kassasiya şi kayətinin dəlillərini əsaslı hesab etmir.

137. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı AAAAAAAAAAoğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10.10.2019-cu il tarixli 22(103)-574/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar