Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-320/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə ödənilməmiş borcun tutulması və təhvil verilmiş avadanlıqların qaytarılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Murad Mahudovun katibliyi, iddiaçı Nümayəndə1 MMC-nin vəkili Vəkil2 və Vəkil1 iştirakları ilə, Cavabdeh MMC-nin tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(10 3)-107/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Nümayəndə1 MMC və Cavabdeh MMC arasında 2013-cü il 25 noyabr tarixli MK/İZ-01 nömrəli müqavilə bağlanmış və müqavilənin predmetini İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilm əsinə dair münasibətlərin tənzimlənməsi təşkil etmişdir.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu muqavilə üzrə göstərilən xidmətlərin müqabilində şirkət tərəfindən xidmət mərkəzinə ödəniləcək xidmət haqqı müqavilənin imzalandığı tarixdən hesablanmaqla ilk 1 ay üçün aylıq olaraq ƏDV xaric 2000 manat təşkil edir.
3. Eyni tərəflər arasında 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilənin predmeti iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimlənməsindən ibarət olmuşdur.
4. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə göstərilən xidmətlərin müqabilində şirkət tərəfindən Xidmət Mərkəzinə ödəniləcək xidmət haqqı şirkət ilə müvafiq müqavil ələr bağlamış E-satıcıların xeyrinə həyata keçirilən ödənişlərin ümumi dövriyyəsinin həcmindən 0,1% təşkil edir. 5. 2017-ci il 1 fevral tarixdən 2018-ci il 1 mart tarixədək olan dövrləri əhatə edən 14 ədəd təhvil-təslim aktlarına əsasən, Nümayəndə1 MMC tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayı da daxil olmaqla 33.040 manat dəyərində göstərilmiş xidmətlər Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. 6. 2016-cı il 1 mart tarixli təhvil-təslim aktına əsasən, Nümayəndə1 MMC tərəfindən cavabdehə 193 ədəd POS-terminal təhvil verilmiş və həmin POS-terminallar Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 7. 2016-cı il 23 noyabr tarixli akta əsasən, Cavabdeh MMC tərəfindən Nümayəndə1 MMC–yə 30 ədəd POS-terminal geri qaytarılmış və həmin POS-terminallar Nümayəndə1 MMC tərəfindən təhvil alınmışdır. 8. 2019-cu il 19 dekabr tarixli, MK810 saylı ödəniş tapşırığına əsasən, Nümayəndə1 MMC tərəfindən hüquqi yardıma görə Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına 1000 manat ödənilmişdir. 9. 2021-ci il 9 fevral tarixli, 15/96 saylı maliyyə arayışına əsasən, tələb edilən borcun 24.973,52 manatı 25 noyabr 2013-cü il tarixli, MK/İZ-01 saylı müqavilə üzrə, 2078,28 manatı isə 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilə üzrə yaranmış borcdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Nümayəndə1 MMC (mətndə iddiaçı) Cavabdeh MMC-yə (mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli, MK/İZ-01 nömrəli və 20 fevral 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqa vilələr üzrə 26.951,80 manat əsas, 3.363,97 manat faiz, 4.061,47 manat dəbbə pulu olmaqla cəmi 34.377,24 manat vəsaitin, iddia tələbinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat və vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, həmçinin qurğu və avadanlıqlar olan 66 ədəd qutu, 9 ədəd tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminalın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2013-cü il 25 noyabr tarixli, MK/İZ-01 nömrəli və 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 saylı müqavilələr bağlanmış, iddiaçı tərəfindən müqavilələrdə nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi m əqsədilə cavabdehə 193 ədəd POS-terminal təqdim edilmiş və müqavilələrlə müəyyən edilmiş digər öhdəlikləri də lazımi qaydada yerinə yetirilmişdir. Lakin cavabdeh göstərilən xidmətlərə görə müqavilə ilə nəzərdə tutulmuş ödənişləri həyata keçirməmiş, öhdəliklərini yerinə yetirməmiş, habelə təhvil verilmiş qurğu və avadanlıqları geri qaytarmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli, e-2-2(113)865/2020 saylı qətnaməsi ilə iddia qismən-tərəflər arasında bağlanmış 2013-cü il 25 noyabr tarixli, MK/İZ-01 nömrəli və 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26.951,80 manat məbləğində əsas borc, 3363,97 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu və vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq i ddiaçıya ödənilməsi, qurğu və avadanlıqlar olan 66 ədəd qutu, 9 ədəd tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminalın cavabdehdən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş dövlət rüsmunun 27,40 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Zaur Pirverdiyev).
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2013-cü il 25 noyabr tarixli MK/İZ-01 nömrəli və 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilələr bağlanmışdır. 2013-cü il 25 noyabr tarixli MK/İZ-01 nömrəli müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən tə sərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin, 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilənin predmeti isə iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. İddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək 33040 man at dəyərində göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə 193 ədəd POSterminal təhvil verilmiş və həmin POS-terminallar cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya 30 ədəd POS-terminal geri qaytarılmış və həmin POSterminallar iddiaçı tərəfindən təhvil alınmışdır.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə üzrə cavabdehə xidmət etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, 26.951,80 manat borcu yaranmışdır. Həmçinin iddiaçının gecikdirilmiş vaxt üçün cavabdehdən illik 5% olaraq 3.363,97 manat faizin ödənilməsini tələb etmək hüququ yaranmışdı r. Məhkəmə tələb olunan 4.061,47 manat dəbbə pulunun əsas borca münasibətdə tənasübsüz yüksük olması nəticəsinə gəlmiş və dəbbə pulunu 1000 manat həddində müəyyən etmiş, həmçinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vəkil tərəfindən göstərilmiş xidmətə görə ödənilmiş vəsaitin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir.
15. Məhkəmə hesab etmişdir ki, işin materiallarından qurğu və avadanlıqların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi təsdiq olunur. Belə olan halda cavabdeh idia olunan qurğu və avadanlıqları özündə saxlamaqla iddiaçının həmin qurğu və avadanlıqlar üzərində mülkiyyət hüququnu pozmuşdur. 16.Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 386.1, 390, 442, 443.1, 443.5, 445.7, 448.1, 449.1, 449.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli, 2-2(103)-107/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov).
19. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq göstərmişdir ki, işdəki 14 ədəd 01.02.2017-01.03.2018-il dövrləri əhatə edən təhvil-təslim aktlarna əsasən iddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayı da daxil olmaqla 33040 manat dəyərində göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş maliyyə arayışından görünür ki, tələb edilən borcun 24873,52 manatı 2013-cü il 25 noyabr tarixli MK/İZ-01 nömrəli müqavilə üzrə, 2078,28 manatı 2014-cü il 20 fevral tarixli, MK/İZ-02 nömrəli müqavilə üzrə yaranmış borcdur. Cavabdeh tərəf həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsində iddianı qismən qəbul edərək iddiaçıya 10.000 manat borcun ödənilmədiyini, onlarda mövcud olan avadanlıqların qaytarılmasına etiraz etmədiklərini bildirmişdir.
20. Məhkəmə hesab et mişdir ki, cavabdeh tərəfindən 26.951.80 manat məbləğində borcun ödənilməsi gecikdirildiyindən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinitələb etməyə haqlıdır.
21. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf apelyasiya şikayətində borcun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmə cavabdeh tərəfindən ödənişlərlə bağlı hər hansı sübut təqdim edilmədiyini və iddiaçının təqdim etdiyi sübutlarda hesablanması xüsusi bilik tələb edən rəqəmlər olmadığını nəzərə alaraq vəsatəti əsassız hesab etmişdir.
22. Avadanlıqların (12 ədəd Pos-terminal və onların quraşdırılması üçün zəruri olan digər ava danlıqlar) qaytarılması tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən qəbul edildiyindən iddianın həmin hissədə təmin etməsi qanuni və əsaslıdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 2 aprel tarixdə iddiaçı, cavabdehin vəkil və nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
25. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İ CRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
26. Tələb olunan borc məbləği düzgün hesablanmamışdır. Cavabdeh müəssisə faktiki olaraq fəaliyyət göstərmir. Mübahisə ilə bağlı zəruri sənədlər yeni rəhbərlikdə yoxdur, əldə edə bilmirlər. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə formal cavab vermiş, əsas borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə dair vəsatəti təmin etməmiş, həqiqətə nail olmaq üçün apellyasiya şikayətinin dəlillərinin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımi şərait yaratmamışdır.Bununla da MPM-nin 217.1, 217.3-cü maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cava bdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir.
28. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır ( MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur...... “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Ma ddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edil mədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur: “... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər....”
34. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərə verdiyi qiymələndirmə ilə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda 21-ci bənd).
37. Kollegiya həmçinin nəzərə a lır ki, işə mahiyyəti üzrə baxılarkən cavabdeh tərəf tələb olunan borcu qismən etiraf etmiş, qalan borcun isə ödənilməsini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, ümumiyyətlə müəssisə rəhbərliyinin dəyişməsi ilə bağlı mübahisəyə dair sənədlərin olmadığını bildirmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinə işdə olan sübutlar əsasında qiymət verilməsi MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur (bax yuxarıda 32-ci bənd).
38. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 39.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası q ərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 mart tarixli 2-2(103)-107/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli