Məhkəmə qərarları › İş №2-2(102)-321/2017

Ali Məhkəmə Qərar — İş №2-2(102)-321/2017

12.09.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-321/2017 12.09.2017 ALİ MƏHKƏMƏ 2-2(102)-321/2017 Azərbaycan Respublikası adından QƏRAR 12 sentyabr 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh “xxxx” MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-229/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdehin verdiy i kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı ilə cavabdeh arasında 12.06.2013-cü il tarixdə maşın və mexanizmlərin kirayəyə (icarəyə) verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı avtonəqliyyat vasitələrini cavabdehə icarəyə vermiş, cavabdeh isə avtonəqliyyat vasitələrini qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə predmeti cavabdehə təhvil verilmiş, cavabdeh həmin malları qəbul etmişdir. Cavabdeh 24.475 manat icarə haqqı borcunu iddiaçıya ödəməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Müqavilə şərtlərinə görə-3.1.1. İcarəçi icarəyə götürdüyü maşın və mexanizmlər yükləyici istehsal, kommersiya, xidmət kimi istifadə etməyi öhdəsinə götürür. 3.1.2. İcarəçikirayə (icarəyə) götürdüyü əml akın təmir işlərini öz hesabına aparmağı, yanacaq, yağ və sürtgü materialları ilə təmin etməyi öz öhdəsinə götürür. 3.1.3 İcarəçi icarəyə götürdüyü əmlakın texniki, sanitar, yanğın və sair təhlükəsizliyinə cavabdehdir. 3.1.4. İcarəçi hər ay vergi qanunvericiliyinə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən icarə haqqındakı 14% ödəmə mənbəyindən tutulan vergini tutaraq büdcəyə ödəməyi öz öhdəsinə götürür. İcarə haqqından vergi tutulması aparıldıqdan sonra qalan hissəsi icarəyə verənə icarə haqqı kimi ödənilir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 08 yanvar 2014-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı və cavabdehin direktoru X5 arasında 12.06.2013-cü il tarixdə bağlanan müqavilə əsasında 4 ədəd Mercedes markalı özüboşaldan yük maşınları icarəyə verilib. İcarə-kirayə h aqqında yaranmış borcdan qalıq 24.475 manat bir həftə ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 20.04.2014 tarixli aktda qeyd edilmişdir ki, “X1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İddiaçı 2013-cü ildə maşınlarına verəcəyim məbləğ borcu 16.000 manat təşkil edir. Həmin pulu avqust 2014-cü il tarixə qədər tam ödəniləcəyinə zəmanət verirəm.” İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 24.475 manat icarə haqqı borcunun, 22.500 manat banka və lizinq şirkətinə ödənilmiş faizlərin, 11.000 manat zərərin və 30 manat dövlət rüsumunun, cəmi 58.005 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onun la əsaslandırılmışdır ki, iddiaçı 12 iyun 2013-cü il tarixli icarə müqaviləsinə uyğun olaraq 4 ədəd “Mercedes” markalı yük avtonəqliyyat vasitələrinin hər birinin aylıq icarə haqqı 5.000 manat olmaqla cavabdehə icarəyə vermişdir. Cavabdeh həmin avtonəqliyyat vasitələrini qismən yararsız halda qaytarsa da 24.475 manat borcu yaranmışdır. İddiaçının qənaətinə görə həmin vəsait də cəmiyyətin rəhbəri kimi ondan tutulmalıdır. Müqavilə tələblərinin pozulması ilə əlaqdar cavabdeh dəfələrlə edilən müraciətlərə əhəmiyyət verməmiş, borc ödəməmiş, nəticədə iddiaçının lizinq şirkətinə və banklara 22.500 manat borcu yaranmışdır. İstismar nəticəsində həmin avtonəqliyyat vasitələri yararsız vəziyyətə düşdüyündən təmir işlərinə 11.000 manat pul xərclənmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllən in 21.1, 385.1, 425.1, 443.1, 448.1 və 448.2-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-2(82)-2242/2014 saylı iş)16 iyul 2014-cü il tarixliqətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 24.475 manat iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7-məruzəçi, X4 və X8, 2-2(103)-229/2017 saylı iş) 04 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin də lilləri: İddiaçı ilə cəmiyyət arasındakı icarə müqaviləsi 4 yük maşınına görə 12 iyun 2013-cü ildən 30 dekabr 2013-cü il tarixinədək olan müddətə bağlanmışdır. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən yük maşınlarının özünün və onları idarə edən sürücülərin xərcləri də müqavilənin şərtlərinin bir hissəsidir. Buna baxmayaraq, iddiaçı cəmiyyətə qarşı müvafiq iddia tələbi ilə çıxış edən zaman cəmiyyətin xərclərini nəzərə almamışdır. Belə ki, 12 iyun 2013-cü il tarixli icarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən “icarəyə verən əmlakın təmir işlərini öz hesabına aparmağı, yanacaq, yağ-sürtgü materialları ilə təmin etməyi, operatorların yeməyi və yatmağını təmin etməlidir”. İddiaçıya məxsus maşınların bütün yanacaq xərclərini, habelə həmin maşınları idarə edən operatorların qidalanma və gecələm ə xərclərini cavabdeh öz vəsaitindən ödəmişdir. Hər iki aşağı instansiya məhkəmələrinin qəbul etdikləri qətnamələrdən aydın olmur ki, məhkəmə hansı əsasla və hansı hesablamanı rəhbər tutmaqla qeyd olunan məbləğdə iddia tələbini təmin etmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün cəmiyyətin ona olan borcunun 24.475 manat olmasını diqqətə çatdırsa da, həmin məbləğin konkret nədən və necə yaranmasını açıqlamamış, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaq üçün cavabdehin direktoru tərəfindən verilmiş 20 aprel 2014-cü il tarixli qəbzə istinad etmişdir. Lakin nəzərə almamışdır ki, həmin qəbz cəmiyyətin yuxarıda qeyd olunan xərclərini düzgün hesablama apa rılmadan verilmişdir. Tərəflər arasında mövcud olmuş müqavilələrin şərtlərini, iddiaçıya ödənilmiş vəsaiti nəzərə alaraq 20 aprel 2014-cü il tarixli qəbzin heç bir hüquqi qüvvəsinin olmaması tam bəlli olur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. tərəflərin izahatları: İddiaçı və cavabdeh cəmiyyətin direktoru məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklər inə görə çıxışlarda iştirak etməmişlər. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Tərəflər arasında mübahisə 12 iyun 2013-cü il tarixdə bağlanmış Mercedes markalı 4 ədəd avtonəqliyyat vasitəsinin kirayə (icarə) müqaviləsi üzrə öhdəliklərə əməl edilməməsi ilə bağlıdır. Müqavilə şərtlərinə görə hər birinin aylıq icarə haqqı 5.000 manat olmaqla 4 ədəd avtomaşın 12 iyun 2013-cü il tarixdən 30 dekabr 2013-cü il tarixədək cavabdehə icarəyə verilmişdir. İddia tələbi icarə haqqı üzrə borc 24.475 manat olmuş, birinci instansiya məhkəməsi tərəfindən iddia bu hissədə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlamışdır. MPM-in 149.2.3-cü maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsində maddi hüquq normalarına istinad etsə də, icarə haqqı tələbinin 24.475 manat olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 385.1, 442, 448, 700.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər müqavilə öhdəliklərinə əməl etməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımalı, icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını verməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Məhkəmə kollegiyası iddia tələbinin 24.475 manat icarə haqqının ödənilməsi hissəsi ilə bağl ı belə bir nəticəyə gəlir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında arasında bağlanmış 12.06.2013-cü il tarixli, müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 öz imzası ilə təsdiq edilmiş aktı həmin borcun etirafı kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının 24.475 (iyirmi dörd min dörd yüz yetmiş beş) manat məbləğində borcun ödənilməsi tələbi əsaslıdır”. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi icarə haqqı borcunun həqiqətən 24.475 manat olmasını qətnamədə göstərməmişdir. İşin 126-cı səhifəsində cavabdehin imzaladığı 19 aprel 2014-cü il tarixli aktda iddiaçıya olan borcunun 16.000 manat olmasını, 2014-cü ilin avqust ayına qədər ödəyəcəyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin öz imzası ilə təsdiq edilmiş aktı həmin borcun etirafı kimi qiymətləndirsə də, iddia tələbinin 16.000 manat deyil, 24.475 manat hissədə təmin etməsini qətnamədə əsaslandırmamışdır. MPM-in 377-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Apellyasiya şikayətində cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədən işə baxılmaqla məhkəmənin çəkişmə, tərəflərin bərabərliyi prinsipinin pozulması, həmçinin birinci instansiya məhkəməsinin hansı əsasla və hansı hesablamanı rəhbər tutmaqla qeyd olunan məbləğdə iddia tələbini təmin etməsi göstərilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibət bildirməmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 2 17.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuş, işdə olan sübutları əlaqəli şəkildə araşdırmamış, onlara hüquqi qiymət verməmiş, iddianı 24.475 manat hissədə təmin etməsini qətnamədə əsaslandırmamışdır. Bəhs edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi üçün MPM-in 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından iddianın təmin edilməməsinə dair şikayətin dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-229/2017 saylı, 04 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar