Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-321/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Əsgərov Anar Əlifağa oğlunun katibliyi ilə, İddiaçı “x” ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 aprel tarixli 2-2(103)-272/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ər izəsi ilə müraciət edərək 2013-cü il 30 dekabr tarixli, x saylı alğı-satqı müqaviləsi üzrə 311.127,64 manat məbləğində əsas borcu, 381.081 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 692.238,64 manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətin əsaslandırılması: Vəsatət onunla əsaslandırılmışdır ki, MMC-nin hüquqi ünvanı ünvan 1razi vahidi kimi Qaradağ Rayon Məhkəməsinin yurisdiksiyasına aiddir. Buna görə də, işə Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 m art tarixli 2-2(81)-398/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadının ləğv olunmasını və işin məhkəmə aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 mart tarixli 2-2(81)-398/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 aprel tarixli 2-2(103)-272/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iş in yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını vəsatətdə göstərilənlər təşkil edir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin /bundan sonra mətndə - MPM/ 139.2.9-cu madd əsi). Cavabdeh aidiyyətin dəyişdirilməsi barədə vəsatətini cavabdehin olduğu yerə görə əsaslandırsa da, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməli olduğunu tələb etdiyindən, əslində, məhkəmə aidiyyətini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası şikayətə kassasiya qaydasında baxılmasını mümkün hesab edir. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan s ahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Hazırkı işdə tərəflər hüquqi şəxslər olduqlarından və onların arasındakı mübahisə mülki-hüquq münasibətlərindən irəli gəldiyindən mübahisəyə mülki məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmə tərəfindən baxılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 aprel tarixli 2-2(1 03)-272/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-321/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-321/2019
10.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver