Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-321/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-321/2021 Bakı şəhəri 2021-ci il 14 iyul 14.07.2021 Açar sözlər: lizinq müqaviləsi üzrə əsas və cərimə borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimi Kəmalə Abiyevanın sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin vəkili Vəkil3, Cavabdeh MMC-nin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun və cərimənin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2021-ci il 9 mart tarixli, 22(103)-93/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında 2012-ci il 16 may tarixdə 20-LA/12 saylı lizinq müqaviləsi imzalanmışdır.
2. İddiaçı ASC-nin idarə heyətinin sədrinin 2012-ci il 16 may tarixli, 977/Ü saylı əmrinə əsasən, dəyəri 149.100 manat olan yeyinti məhsulları emalı avadanlığı Cavabdeh MMC-yə 10 il müddətinə lizinqə verilmiş, texnoloji avadanlığın dəyərindən 13.000 manat ödənildiyi göstərilmişdir.
3. Lizinq müqaviləsinə aid ödəniş qrafikinə əsasən, Cavabdeh MMC tərəfindən ildə 4 dəfə ödəniş edilməli və lizinq predmeti olan avadanlıqların geri qaytarıldığı 2016-cı ilin 3-cü rübünə - iyul ayına cəmi 53.610 m anat məbləğində ödəniş həyata keçirilməli idi.
4. Lizinq predmeti olan avadanlıqlar 2016-cı il 5 iyul tarixdə iddiaçıya geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 83.410 manat əsas borc, 85.926 manat gecikdirilmiş günlər üzrə cərimənin və 20 manat dövlət rüsumu olmaqla 169.356 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2012-ci il 16 may tarixli, 20-LA/12 saylı müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 149.100 manat olan avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh 13.000 manat məbləğdə ilkin ödəniş etsə də, ödəniş qrafiki üzrə 2018-ci il 20 sentyabr tarixədək ödəməli olduği 83.410 manat məbləğdən heç bir ödəniş aparmamışdır.
7. Lizinq müqaviləsinin tələblərinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə 2018-ci il 20 sentyabr tarixədək əsas borc üzrə 83.410 manat, gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği i sə 85.926 manat təşkil etmişdir.
8. Cavabdehə borc məbləğinin ödənilməsi barədə dəfələrlə edilmiş yazılı və şifahi xəbərarlıqlar edilməsinə baxmayaraq, borc öhdəliyi tam şəkildə yerinə yetrilməmişdir.
9. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 427.3, 445.2.1, 465.2, 748-1.12.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 40.2, 276.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 yanvar tarixli, 2-2(82)158/2019 saylı qətnaməsi ilə iddia qismən – 83.410 manat əsas borc, 8.341 manat cərimə və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən t utularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Rüstəm Kərimli).
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri ucbatından pozulması müəyyən edilmiş, bunun əksini təsdiq edən hər-hansı sübut isə təqdim olunmamışdır. Cavabdehin 2018-ci il 20 sentyabr tarixə əsas borcu 83.410 manat təşkil etmiş, iddiaçı tərəfindən tələb olunan cərimə məbləği isə əsas borca münasibətdə mütənasib olmadığından cərimə 8.341 (əsas borcun 10 faizi həcmində) manat olaraq müəyyən edilməsi məqsədəuyğun və ədalətlidir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 14.2.1, 385, 386.1, 389.1, 389.3, 430.1, 442, 443.1, 448, 462.1, 462.2, 462.3, 467, 747.1, 747-1.1, 747-1.2, 747-2, 748-1.1, 748-1.2, 748-1.12.4, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində ləğv edilmiş, cərimə puluna aid hissədə dəyişdirilmiş, cavabdehdən 40.610 manat əsas borc və 4.600 manat cərimə pulu olmaqla, ümumilikdə 45.210 manat məbləğində pul vəsaitinin tutula raq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).
16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı 2018-ci ilin sonuna qədər hesablanmış borcun ödənilməsini tələb etmişdir. Halbuki, lizinq predmeti olan avadanlıqlar ona 2016-cı il 5 iyul tarixdə geri qaytarıldığından, iddiaçı yalnız həmin tarixə qədər hesablanan borcun ödənilməsini tələb edə bilərdi.
17. Lizinq müqaviləsinə aid ödəniş qrafikinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ildə 4 dəfə (rübdə 1 dəfə) ödəniş edilməli idi və lizinq predmeti olan avadanlıqların geri qaytarıldığı, yəni 2016-ci ilin 3-cü rübünə - iyul ayına qədər cəmi 53.610 manat məbləğində ödəniş həyata keçirilməli idi.
18. Lizinq müqaviləsi bağlanarkən cavabdeh tərəfindən 13.000 manat məbləğində avans ödənilmişdir. Lizinq obyekti olan avadanlıqlar iddiaçıya geri qaytarıldığı üçün onun əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma MM-in müddəalarına ziddir və iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki, lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki, onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir.
19. Bu baxımdan, avans məbləği ümumi borcdan çıxılmalı cavabdehin lizinq müqaviləsi üzrə əsas borcu 40.610 manat məbləğində müəyyən edilməlidir (5361013000=40610).
20. Li zinq müqaviləsinin bağlanılması tarixi və lizinq obyektinin qaytarıldığı tarix müqayisə edilərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alınaraq 85.926 manat dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ əsas borcun 10 faizi həddində azaldılaraq, 4.600 manat məbləğində müəyyənləşdirilmişdir.
21. Bununla da, cavabdeh tərəfindən 2016-cı ilin üçüncü rübünədək cəmi 53.610 manat ödənilməli idi ki, bu məbləğdən ilkin ödəniş məbləğini təşkil edən 13.000 manat vəsait çıxıldıqda cavabdeh tərəfindən ödənilməli olan əsas borc 40.610 manat, cərimə borcu isə əsas borcun 10 faizi həddinə qədər azaldılaraq 4.600 manat məbləğində müəyyən edilməlidir.
22. Lizinq predmeti olan avadanlıqlar 2016-cı il 5 iyul tar ixində iddiaçı tərəfindən geri alınmaqla lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilmişdir. Bu səbəbdən, müqavilənin əlavə olaraq məhkəmə qaydasında ləğv edilməsinə zərurət yoxdur.
23. Apellyasiya şikayətinin ərazi aidiyyətinin pozulması ilə bağlı dəlilinə münasibətdə məkhəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında lizinq müqaviləsində tərəflərin lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etmələri nəzərdə tutulmuşdur.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 747.1, 748-10, 748-10.1, 748-11.1, 748-11.1.2, 748-1.12, 748-1.12.4, 462.1, 467, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Məhkəmə sənədlərinin proses iştiraklarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZ EMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə, məhkəmənin qətnaməsi tərəflərə məxsus elektron kabinetlərdə 2021-ci il 31 mart tarixdə yerləşdirilmişdir. 26. 2021-ci il 7 may tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 27. 2021-ci il 1 iyun tarixində cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyaı məhkmsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:
28. Cavabdeh müqav ilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, ödəniş qrafiki ilə müəyyən edilmiş rüblük ödənişləri həyata keçirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş əsas və cərimə borcu müqavilənin və qanunvericiliyin tələblərinə tam uyğun olmuş, lakin apellyasiya məhkəməsi dəbbə pulunun azaldıla bilməsi mümkünlüyünü düzgün tətbiq etməmiş və cavabdehin mənafeyinə uyğun nəticəyə gəlmişdir.
29. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, Azərbaycan Respublikası MM-in 462.1, 747.1, 748-1.12, 7481.12.1, 748-1.12.2, 748-1.12.3, 748-1.12.4, 748-1.5, 748-10.1, Azərbaycan Respublikası MPM-nin 4, 14.2, 77.1, 88, 217.3, 217.4, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəliləri
30. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş avadanlıqlar qüsurlu olmuş, avadanlıqların işlək vəziyyətdə olmaması 2012-ci il 9 noyabr tarixli avadanlıqlara baxış aktı ilə öz təsdiqini tapmışdır. Bununla bağlı sübutlar apellyasiya məhkəməsinə təqdim edilsə də, apellyasiya məhkəməsi cavabdehdən 45.210 manat vəsaitin tutulmasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdeh iddiaçının təqsiri ucbatından avadanlıqlardan istifadə edə bilmədiyindən, lizinq üzrə ödənişləri həyata keçirə bilməmişdir. Bu səbəbdən, cavabdehdən borcun tutulması isə qanunvericiliyin tələblərinə ziddir.
31. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 129.3, Azərbaycan Respublikası MM-in 2.2, 2 1.2, 747.1, 747.2, 748-1, 748-1.6, 748-1.12.1, 748-10.1, 748-10.4, 748-10.5,748.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
32. Kassasiya şikayətərinə qarşı heç bir tərəf etiraz təqdim etməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı tərəfin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə iddiaçı və cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
442. Öh dəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra e dilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəy yənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” Maddə
748. Lizinq müqaviləsinin forması 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. 748.2. Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir:... 748.2.5. lizinq müqaviləsinin müddəti;... 748.2.9. lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məb ləği; 748.2.10. hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq ödənişlərinin hesablanması qaydası;... 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etm əli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər. 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5. Lizinq müqaviləsi qa nuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.... 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutu lmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir....” “Maddə
749. Lizinq verənin məsuliyyəti 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 749.2. Tərəflər razılığa gələ bilərlər ki, lizinq alan lizinq verənə qarşı pretenziyalar irəli sürməzdən əvvəl tələbin əmlakı göndərən tərəfindən yerinə yetirilməsini tələb etməlidir.” “Maddə
750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin q alığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.” “Maddə
751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.” bu Məcəllənin 747-750-ci
38. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və təl əb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 39. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsi nin vahidliyinin təmin edilməsinə dair” №1/2021 saylı qərardadı:...
45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir....
49. Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir.
50. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491- ci maddəsinə görə mü qavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
51. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır.
52. Lizinq münasibətlərində avans ödənişlərinin aparılmasının hüquqi əsasları ilə bağlı qeyd edilməlidir ki, MM-in müvafiq münasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən avansın ödənilməli olmasına dair norma nə zərdə tutulmamışdır. Eləcə də, qanunvericiliklə, avansın ödənilməsi qadağan edilməmişdir....” IV. Ali Məhkəmənin mövqeyi.
40. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında imzalanmış 2012-ci il 16 may tarixdə 20-LA/12 saylı lizinq müqaviləsi ilə dəyəri 149.100 manat olan yeyinti məhsulları emalı avadanlığı cavabdehə 10 il müddətinə lizinqə verilmiş, texnoloji avadanlığın dəyərindən hazırki iddia qaldırıldığı tarixədək cəmi 13.000 manat ödənilmiş, cavabdeh tərəfindən lizinq ödənişləri tərəflərin razılaşdıqları qrafik üzrə aparılmamışdır (bax yuxarıda mətndə 1-2-ci bəndlər)..
42. Mülki qanunvericiliyin lizinq ödənişlərilə bağlı müəyyən etdiyi normaların m əzmununa əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (bax yuxarıda mətndə 37-ci bənd).
43. Göründüyü kimi, qanunvericilik lizinq ödənişləri ilə bağlı müəyyən edir ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu ödənişlər ödənilməlidir. Bu lizinq müqaviləsinin özünün təbiətindən irəli gəlir. Lizinq, alqı-satqı, icarə və kredit müqavilələrinin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidə n qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” №1/2021 saylı qərardadı – 12-ci bənd).
44. Tərəflər arasında imzalanmış 2012-ci il 16 may tarixdə 20-LA/12 saylı lizinq müqaviləsinin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə t ələb edir. 5.1-ci bəndinə görə, lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir: 5.1.6. texnoloji avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə. 5.2-ci bəndə görə,... texnoloji avadanlığı və onun yerləşdiyi tikilini binanı) kommunikasiyası lə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləi özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir.
45. İşin müəyyən edilmiş hallarına görə, 10 il müddətinə bağlanmış müqavilə üzrə lizinq predmeti olan avadanlıqlar 2016-cı il 5 iyul tarixdə iddiaçıya qaytarılmış, bununla da, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir.
46. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, hazırki mübahisə üzrə lizinq ödənişlərinin lizinq avadanlıqlarının lizinq verənə qaytarıldığı vaxtadək (yəni 2016-cı il 5 iyul) tutulmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən maddi hüquq normalarının (bax yuxarıda 37-ci bənd) tələblərinə uyğun olmuşdur.
47. Lizinq müqaviləsinin 3.2-ci bəndinə görə, lizinq müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafiki imzalandıqdan sonra lizinq verən texnoloji avadanlığın lizinqə verilməsi barədə əmr imzalayır. 4.1-ci bəndinə görə, lizinq alan texnoloji avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №2) uyğun olaraq ödənişi həyata keçirir.
48. Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən (Əlavə 2) görünür ki, ödənişlərin hesablanması 2012-2021-ci illər üzrə, hər ildə 4 rübdə ödənilməsi şərti ilə müəyyən edilmişdir.
49. Sözügedən qrafikə əsasən müəyyən olunur ki, lizinq predmeti olan avadanlıqların geri qaytarıldığı, yəni 2016-ci ilin 3-cü rübünə - iyul ayına qədər cəmi 53.610 manat məbləğində ödəniş həyata keçirilməli idi.
50. Bu səbəbdən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilini (bax yuxarıda mətndə 28-ci bənd) əsassız hesab edərək qeyd edir ki, lizinq müqaviləsi bağlanarkən cavabdeh tərəfindən 13.000 manat məbləğində avansın ödənildiyi də nəzərə alaraq həmin məbləğin ümumi borcdan çıxılması (53610-13000=40.610), həmçinin dəbbə pulunun 4.600 manat müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası cavabdehin təhvil verilmiş avadanlıqların qüsurlu olması, avadanlıqların işlək vəziyyətdə olmamasının 2012-ci il 9 noyabr tarixli avadanlıqlara baxış aktı ilə öz təsdiqini tapmasına dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Ona görə ki, cavabdeh tərəfindən sözügedən lizinq avadanlıqları 2012-ci il 09 may tarixli akt əsasında tam işlək vəziyyətdə təhvil alınmış, cavabdehin möhürü ilə təsdiq edilmiş 2012-ci il 9 noyabr tarixli aktda avadanlıqların təsnifata uyğun gətirildiyi, lakin quraşdırılmadığı, 2014-cü il 2 avqust tarixli aktda isə avadanlıqların saz və işlək, lakin yenidənqurma ilə əlaqədar olaraq sökülmüş vəziyyətdə olması göstərilmişdir.
52. Həmçinin nəzərə alınmalıdır ki, lizinq avadanlıqlarını 2012-ci ildə təhvil alan cavabdeh, 2016-cı ilin 5 iyul tarixinədək onları özündə saxlamışdır. Əgər lizinq avadanlıqları işlək vəziyyətdə olmamamışlarsa, o zaman cavabdehin onları öz sahibliyində saxlamasında məqsədinin nə olması anlaşılan deyildir. Bu isə cavabdehə təhvil verilmiş avadanlıqların qüsurlu olması və avadanlıqların işlək vəziyyətdə olmaması ilə bağlı qeyd edilənlərin formal xarakterli dəlil olması qənaətinə gəlməyə əsas verir.
53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir, həmin məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-93/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov B.M.Məmmədli