Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-322/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2025-ci il 30 yanvar tarixli 22(103)-219/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı qismində "xxxx" MMC (İddiaçı MMC) ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli ** nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən Əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir, alıcı isə həmin malı qəbul edərək malın dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. Bənd 2.1. Bu müqavilə üzrə malın qiyməti və ödəniş qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən Əlavə(lər)də müəyyən edilir. Bənd 3.
7. Satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asdı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər. Bənd 5.2. Alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədıkdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir, cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir. Bənd 5.3. Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavəsi ilə müəyyən edilmiş həcmdə malı müəyyən edilmiş müddət ərzində slıcıya təhvil vermədiyi təqdirdə, hər gecikən gün ü çün alıcıya təhvil verilməmiş malın qiymətinin 0.5% həcmində cərimə ödəməlidir, lakin cərimə məbləği təhvil verilməmiş malın dəyərinin 1%-dən çox olmamalıdır. 2. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli, ** nömrəli alğı-satqı müqaviləsinə 2022-ci il 1 sentyabr tarixli spesifikasiya və xüsusi şərtlər adlı 1 nömrəli Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd edilən satın alınacaq mal(lar)ın adı, sinfi, ölçü vahidi və qiymətini razılaşdırmışlar. Sözügedən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. 3. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD7 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 1127 manat məbləğində pul vəsaiti k öçürülmüşdür. 4. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD8 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 2457 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 5. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD9 nömrəli ödəniş tapşrığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 1568 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 6. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD10 nömrəli ödəniş tapşrığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 455 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 7. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD11 nömrəli ödəniş tapşrığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 819 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 8. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 2023-cü il 31 avqust tarixli, OD12 nömrəli ödəniş tapşrığından görünür ki, cavabdeh tərəfindən iddiaçının AZ85TURA******************** nömrəli hesabına 1624 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.980 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3.698 manat cərimənin və ilkin mediasiya sessiyasının k eçirilməsi üçün çəkilmiş 200 manat xərc olmaqla, cəmi 40.878 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli ** saylı beton alqı-satqısı müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müvafiq növdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 36.980 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Bundan sonra, iddiaçı mübahisənin həlli məqsədilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Müqavilə üzrə yaranmış 36980 manat qalıq borc, habelə borc məbləğinə uyğun hesablanmış 3698 manat cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 45.708,48 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3.500 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,72 manat olmaqla, cəmi 49.948,20 manat məbləğində pulun t utularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilk iddiasının təmin edilməməsi, tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli ** saylı beton alqı-satqısı müqaviləsinin ləğv edilməsi, 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun iddiaçıdan tutularaq, cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ilə razı deyillər, hesab edilir ki, aşağıda qeyd edilən normalara, hallara, faktlara, sübutlara görə ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İlk öncə, iddia tələbinin artırılması barədə ikinci ərizəsində artıq iddiaçı mediasiya prosesinin mübahisə predmeti olmayan yeni tələblə (müqavilə üzrə 45708,48 manat borc və 3500 manat cərimə olmaqla, cəmi 49208,48 manat tələblə) cavabdehə qarşı çıxış edir. Bu tələb ilə bağlı cavabdehə pretenziya məktubu və mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilməmişdir. Məhkəmənin nəzərinə çatdılır ki, tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli AB/B10/0922 saylı beton alqı-satqısı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıdan rəsmi şəkildə təhvil alınmış beton məhsulunun dəyəri tam şəkildə ödənilmişdir. Cavabdehin iddiaçıya borcu yoxdur. Cavabdeh 45708,48 manat (ƏDV daxil) dəyərində beton məhsulunu iddiaçıdan sifariş verməmiş, o cümlədən sonuncu həmin dəyərdə hər hansı bir məhsul və ya həmin məhsulun keyfiyyətinə dair sənədi cavabdehə təhvil verməmişdir. Əksinə, tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli ** saylı beton alqı-satqısı müqaviləsi üzrə cavabdeh 2023-cü ilin avqust ayı ərzində 9499 manat (ƏDV daxil) iddiaçıya pul vəsaiti ödəmiş, lakin sonuncu bugünə kimi həmin dəyərdə beton məhsulunu cavabdehə təhvil verməmişdir. Yəni müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. İlk iddia təmin edilməməli, təhvil verilməyən beton məhsuluna görə cavabdeh tərəfindən ödənilmiş 9499 manat (ƏDV daxil) məbləğində pul, habelə həmin məbləğə uyğun hesablanmış 949,9 manat cərimə və qarşılıql ı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutulmalıdır. Qanunvericiliyə uyğun olaraq 2022-ci il 1 sentyabr tarixli beton alqı-satqısı müqaviləsinin ləğv edilməsi, pul tələbi ilə bağlı iddiaçıya elektron qaydada pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin sonuncu hər hansı bir cavab verməmişdir. Eyni zamanda, iddiaçının hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 manat tələbi də qanunsuz və əsassızdır. Belə ki, həmin 500 manat pulun ödənilməsini təsdiq edən qəbz, Bakı şəhəri 33 saylı Vəkil bürosu ilə bağlanmış hüquqi yardım göstərilməsi haqqında müqavilə iddia ərizəsinə əlavə edilməmişdir.
14. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərk əzinin 2024-cü il 22 avqust tarixli 9/3413 saylı rəyində qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan ƏDV depozit hesabından çıxarış sənədləri, ödəniş sənədləri, elektron qaimə məlumatları və s. əsasən iş materiallarında olan hər iki tərəfdən imzalanmış və möhürlənmiş elektron qaimələrə əsasən malın məbləği 100507,05 manat, həmin məbləğin əlavə dəyər vergisi 18091,27 manat, ümumilikdə imzalanmış və möhürlənmiş elektron qaimələrin məbləği 118598,32 manat müəyyən edildi. Bundan başqa təqdim edilmiş iş materiallarında olan tərəflərin möhürü və imzası olmayan elektron qaimələr üzrə malın məbləği 2023-cü ilin aprel ayı üzrə 3 qaimə, 2023-cü ilin avqust ayı üzrə 6 qaimə, 2023-cü ilin sentyabr ayı üzrə 20 qaimə nəzərə alınmaqla, malın əsas məbləği 45562 manat, həmin məbləğin əlavə d əyər vergisi 8201,16 manat olmaqla, ümumilikdə tərəflərin möhürü və imzası olmayan elektron qaimələrin cəmi məbləği 53763,16 manat müəyyən edildi. Göstərilənlə bağlı qeyd edilir ki, Cavabdeh MMC-nin təqdim etdiyi, ikinci cildin 117-118-ci səhifələrində öz əksini tapmış ərizədə möhürü və imzası olmayan elektron qaimələrin cəmi 6-sı göstərilmişdir ki, həmin qaimələr də 2023-cü ilin avqust ayının qaimələridir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi isə möhürü və imzası olmayan elektron qaimələrin sadəcə 2023-cü ilin avqust ayında deyil, 2023-cü ilin aprel və sentyabr aylarında da mövcud olması müəyyən olundu. İddiaçı MMC-nin tələb etdiyi borcun da böyük hissəsi həmin aylarda yaranmış borcdan ibarətdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ** saylı 2022-ci il 1 sentyabr t arixli beton alqı-satqısı müqaviləsi üzrə ümumilikdə ƏDV daxil olmaqla 172361,48 manat (146069,05 manat əsas, ƏDV-si 26292,43) məbləğində beton məhsullarının verildiyi müəyyən olundu. Təqdim edilmiş iş materiallarında olan ödəniş sənədlərinə əsasən aparılmış ödənişlərin 107333,05 manat əsas məbləğ, ƏDV depozit hesabından çıxarışa əsasən 19319,95 manat ƏDV məbləği, ümumilikdə isə 126653 manat olduğu müəyyən edildi. Beləliklə, rəyin tədqiqi hissəsində eqaimələrin düzgünlüyü ilə bağlı göstərilənlər məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ** saylı 2022-ci il 1 sentyabr tarixli beton alqı-satqısı müqaviləsi üzrə qalıq borcun məbləği (əsas məbləğ (146069,05 - 107333,05) 38736 manat, ƏDV məbləği (26292,43 - 19319,95) manat, ümumilikdə qal ıq borcun 45708,48 manat olması müəyyən edilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e-2-2(113)880/2024 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə pul tələbinə dair qarşıqlı iddia ərizəsi tərəflər arasında bağlanmış 2022-ci il 1 sentyabr tarixli ** saylı beton alqı-satqısı müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanması qərara alınmışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 22 oktyabr tarixli e-2-2(113)880/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 45708,48 manat (qırx beş min yeddi yüz səkkiz manat qırx səkkiz qəpik) (ƏDV daxil) qalıq borc, 2000 (iki min) manat cərimə, 500 (beş yüz) hüqu qi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,12 manat (iyirmi yeddi manat on iki qəpik) olmaqla, cəmi 48435,60 manat (qırx səkkiz min dörd yüz otuz beş manat altmış qəpik) məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: ******* ***, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir (hakim Z.Axundova).
17. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin cavabdehin 45708,48 manat (ƏDV daxil) dəyərində beton məhsulunu iddiaçıdan sifariş vermədiyini, o cümlədən sonuncunun həmin dəyərdə hər hansı bir məhsulu və ya həmin məhsulun keyfiyyətinə dair sənədi cavabdehə təhvil verilməməsi, əksinə, alqı-satqısı müqaviləsi üzrə cavabdehin 2023-cü ilin avqust ayı ərzində iddiaçıya 9499 manat (ƏDV daxil) pul vəsaiti ödəməsi, lakin sonuncunun bugünə kimi həmin dəyərdə beton məhsulunu cavabdehə təhvil verməməsi, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulması barədə dəlillərini əsassız sayaraq göstərmişdir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndinə əsas ən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra alıcı tərəfindən elektron qaimənın ləğv olunmasından və ya təsdiq edilməməsindən asılı olmayaraq, mal alıcı tərəfindən qəbul edilmiş sayılır. Tərəflər əlavə olaraq müvafiq təhvil-təslim aktı imzalaya bilərlər.
18. Tərəflər azad surətdə bağladıqları (həmin hal mübahisələndirilmir) müqavilənin məzmununu müəyyənləşdirmiş və razılaşmışlar ki, satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır.
19. Hazırkı halda ödənişi tələb olunan mallar alıcı tərəfindən qəbul edilmişdir. Həmin qənaətə gələrkən eyni zamanda nəzərə alınmışdır ki, əvvəla, göndərilən elektron qaimələr alıcı tərəfindən ləğv edilməmiş, geri qaytarılmamış, mübahisələndirilm əmiş, qəbul edilmiş, qismən ödənişlər edilmişdir. Təhvil-təslim aktlarının tərtibinə gəlincə, göründüyü kimi, tərəflər müqavilədə əlavə olaraq müvafiq təhvil-təslim aktlarının imzalaya biləcəyini qeyd etmişlər, yəni belə aktlar tərtib oluna da bilər, tərtib olunmaya da bilər. Müəyyən olunmuşdur ki, tərəflər arasındakı münasibətlərdə heç vaxt təhvil-təslim aktları tərtib olunmamışdır.
20. Məhkəmə göndərilən elektron qaimələrdən bəzilərinin imzalanıb möhürlənməsi, bəzilərinin isə imzalı-möhürlü olmamasına münasibətdə qeyd etmişdir ki, müqavilənin 3.7ci bəndinə əsasən satıcı tərəfindən mala dair alıcıya müvafiq elektron qaimə təqdim olunduqdan sonra mal alıcı tərəfindən qəbul edilmiş sayılır, ümumiyyətlə elektron qaimələrin mütləq şəkildə imzalanıb möhürlənməli olması qaydası müqavilədə də nə zərdə tutulmamışdır. Bundan başqa, imzalanıb möhürlənməmiş qaimələr üzrə də ödənişlər edilmişdir ki, bu da ilk iddia üzrə cavabdehin dəlillərinin əsassız olduğunu göstərir.
21. Məhkəmə hesab etmişdir ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə onun həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçıya ödənilməmiş borcu qaldığından, belə olan halda isə iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğundan Cavabdeh MMC-dən 45708,48 manat (ƏDV daxil) qalıq borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə 3500 manat cərimə borcunun tutulması ilə bağlı bildirmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq cərimə məbləği azaldılaraq 200 0 (iki min) manat məbləğində müəyyən edilməlidir.
23. Həmçinin, məhkəmə hesab etmişdir ki, hüquqi yardım və mediasiya xərcləri, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də iddia tələbi təmin edilməlidir.
24. Qarşılıqlı iddia üzrə iddia tələbi isə 9499 manat (ƏDV daxil) məbləğində pulun, öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanmış 949,9 manat cərimə olmaqla, cəmi 10448,90 manat pul vəsaitinin, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 121,35 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsindən ibarətdir. Həmin məbləğin ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan ödəniş tapşırıqları məhkəməyə təqdim olunmuşdur. Həmin ödəniş tapşırıqlarından müəyyən olunur ki, ödənişlər (ümumilikdə 8050 manat) 2023-cü il 31 avqust tarixdə İddiaçı MMC tərəfind ən 2023-cü ilin avqust ayında göndərilən elektron qaimələr üzrə edilmişdir.
25. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız sayaraq qeyd etmişdir ki, qarşılıqlı iddiaçı ödənişləri 2023-cü ilin avqustunda etsə də, yalnız ilk iddiaçı məhkəməyə müraciət edəndən sonra həmin ödənişlərin geri qaytarılması ilə bağlı müraciət etmiş, həmin vaxtadək həmin ödənişlərin əsassızlığını mübahisələndirməmişdir.
26. Həmçinin, qarşılıqlı iddia tələbi ilə əlaqədar cavabdeh tərəfindən tələbin əsaslılığını sübuta yetirən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 390.1, 442, 448.1, 567, 598.1, 598.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 76.1, 77, 107, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
28. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-219/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə e ynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
32. Cavabdehin qeyd etdiyi kimi müqavilənin 3.7-ci bəndi alqı-satqı ilə bağlı mülki hüquq normalarında müəyyən edilmiş imperativ qaydalara zidd deyildir. Mülki Məcəllənin 570-ci maddəsi satıcının əşyanı vermək vəzifəsinin icrası məqamını tənzimləyən normad ır. Həmin normanın məzmunundan görünür ki, dispozitiv normadır. Yəni tərəflər başqa qayda müəyyən etməyiblərsə, qanun tətbiq edilir. Müqavilədən görünür ki, tərəflər başqa qayda barədə razılığa gəlmişlər. İddiaçının e-qaiməni göndərməsi təhvil-təslimi əvəz edir, bundan sonra cavabdehin vəzifəsi isə pulu ödəməkdir. İddiaçı malı təhvil verməsinə dair sübutetmə vəzifəsini yerinə yetirdiyinə görə qarşılıqlı iddiaçının pul tələb etməsi tələbi əsassızdır.
33. Cavabdeh iddiaçının iddia tələbini dəqiqləşdirmə barədə verdiyi ərizəsinin mediasiya arayışında qeyd edilməməsini qanunvericiliyin pozuntusu hesab etmişdir.
34. İddiaçı 2024-cü il 16 sentyabr tarixdə tələbin həcmini artırmışdır.
35. Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet say tı, 2024-cü il 25 yanvar, “Azərbaycan” qəzeti, 2024-cü il 26 yanvar, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 14) ilə 3.2-ci maddədə, 28-ci maddənin adında, 28.1-ci maddədə və 29-cu maddənin adında “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilmişdir.
36. Cavabdehin bu dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbin həcmini artırmaq barədə ərizə verəndə kommersiya işlərində mediasiya prosesinin məcburiliyi barədə norma Mediasiya haqqında qanundan çıxarılmışdır. Tələbin həcminin artırılması zamanı məhkəmə tərəfindən prosessual pozuntuya yol verilməmişdir.
37. Cavabdehin nümayəndəsi apellyasiya icraatında təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə verdiyi vəsatətini belə əsaslandırılmış dır ki, rəy mövcud reallığı əks etdirmir, natamamdır, həmçinin sualların bir qisminə düzgün cavab verilməmiş, ekspert şəxsi mülahizələrini əlavə etmişdir.
38. Apellyasiya məhkəməsi bu dəlillə bağlı bildirmişdir ki, ekspert rəyindən görünür ki, ekspert imzalı olan qaimələri və imzasız qaimələri ayrı-ayrılıqda hesablayaraq ödənilmiş və ödənilməyən məbləğləri müəyyən etmişdir. E-qaimələrə ekspert hüquqi qiymət verməmiş, şəxsi mülahizələrini əlavə etməmişdir. Məhkəmə e-qaimələrə hüquqi qiymət vermişdir. İmzası olmayan e-qaimənin ekspert tərəfindən hesablanma zamanı nəzərə alınması ekspertiza tədqiqatının təbiətinə zidd deyildir. Göründüyü kimi vəsatətin dəlilləri əsaslı hesab edilə bilməz. Odur ki, təkrar ekspertizanın keçirilməsinə zərurət yoxdur.
39. Apellyasiya məhkəməsi dəbbə puluna münasi bətdə qeyd etmişdir ki, məhkəmə ədalətli olaraq dəbbə pulunun miqdarını azaltmış, əsas borc əsaslı olduğu üçün dəbbə pulunun tutulması qanuni olmuşdur.
40. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 445.7, 567 və 598.3cü maddələrinə, MPM-in 77.1, 106.3, 209.3 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
42. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması, ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 385.1, 425.1, 442, 443.1, 448.1-ci maddələri üzrə - 6 ədəd qaimələr üzrə ödənişlərin edildiyi işdə olan sənədlər ilə təsdiqini tapır. Lakin həmin 6 ədəd elektron qaimələrin üzrə beton məhsulunun cavabdehə çatdırıldığını göstərən hər hansı bir sənəd işdə yoxdur. Cavabdeh beton məhsulu üçün ödəniş etsə də, digər tərəf 9499 manat (ƏDV daxil olmaqla) dəyərində beton məhsulunu çatdırmamış, verməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilən maddi normalara və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh ona verilməmiş məhsullara görə ödədiyi pulu tələb edə bilər. Lakin iddiaçının cavabdehin mülkiyyətinə vermədiyi məhsullara görə ödəniş tələb etməsi əsassızdır.
44. Məhkəmə ilkin iddianı qismən təmin edərkən, qarşılıqlı iddianı rədd edərkən tərəflər arasında bağlanmış müqavilənin 3.7-ci bəndini əsas götürmüşdür. İşə baxan məhkəmələr tərəfindən elektron qaimənin təqdim edilməsi ilə malın verilməsi (çatdırılmasını) eyniləşdirilmişdir. Başqa sözlə bu bəndə görə satıcı elektron qaimə təqdim etdikdən sonra heç reallıqda malı alıcıya verməsə belə alıcıya vermiş sayılır. Bu yerdə o da qeyd edilməlidir ki, alıcıya verilməli olan beton məhsulları maye halında olan beton məhsullarıdır, bu cür məhsulun daşınması (verilməsi) yalnız mikseri olan yük maşınları vasitəsi ilə mümkündür. Elə bu səbəbdən də tərəflər müqavi lələrdə beton məhsullarının və onların çatdırılmasının ayrı-ayrılıqda qiymətlərini yox, birlikdə qiymətlərini müəyyən etmişlər. Yəni istənilən halda alıcıya sözügedən məhsullar mikseri olan yük maşınları ilə çatırılmaqla verilməli idi. Tərəflər arasında bağlanmış beton alqı-satqı müqaviləsinə 1 saylı əlavənin (spesifikasiya və xüsusi şərtlər) 1-ci bəndində müqavilə üzrə satıcı tərəfindən alıcıya verilən malın adı (növü, beton məhsulunun markası), qiyməti və s. barədə cədvəl razılaşdırılmışdır. Cədvəldə alıcıya verilən malın (beton məhsulunun) yalnız çatırma daxil satış qiyməti tərəflər arasında razılaşdırılmışdır. Bu sözügedən məhsulun spesifik xüsusiyyətindən irəli gəlir, maye halında olan bu beton məhsulları yalnız mikseri olan yük maşınları ilə daşınır və alıcıya verilir. Hətta sözüge dən 1 saylı əlavənin 2.4, 2.5, 2.6, 2.7 və 2.8-ci bəndləri tərəflər arasında sözügedən məhsulun mikseri olan nəqliyyat vasitəsi ilə daşınması, çatdırılması, qeyd edilən nəqliyyat vasitəsinin alıcının təqsiri ucabatından yubanmasına görə mikserin hər artıq qaldığı vaxta görə satıcının 150 manat cərimə tətbiq etmək hüququ, razılaşdırılmış qiymətlərə məhsulun 50 km.-dək olan məsafədə çadırılmasının daxil olması, çatdırılma məsafəsindən aslı olaraq cədvəldə göstərilən qiymətlərə əlavələrin hesablanması, alcının tikinti sahəsində pompanın istifadə qaydaları və əlavə qiymətləri haqqında şərtlər razılaşdırılmışdır.
45. MM-in 390.1, 390.2, 567, 568.1, 579.1, 570.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətlə bağlı müqavilənin yalnız 3.7-ci bəndini əsas götürmüş, müqavilə nin digər şərtlərinə, həmçinin müqaviləyə 1 saylı əlavədə razılaşdırılmış şərtlərinə nəzərə yetirməmişdir. Əgər həmin şərtlərə diqqətlə fikir versəydi aydın olardı ki, alqı-satqı olunan beton məhsullarının satıcı tərəfindən alıcıya çatırılma üsuli ilə verilməsi (təhvil verilməsi) razılaşdırılmışdır. Bundan başqa işə baxan məhkəmə nəzərə almalı idi ki, məhsulun alıcıya verilməsi və ya təhvil verilməsi heç cür elektron qaimənin təqdim edilməsi ilə eyni anda baş verməsi mümkün deyil və ya onunla eyniləşdirilə bilməz. Çünki sözgedən beton məhsulun maye halında olur və onun lazımi keyfiyyətdə alıcıya verilməsi (çatdırılması) yalnız mikseri olan yük maşınları mümkündür. Qeyd edilən məhsul alıcıya çatdırıldıqda pompa ilə lazımı ünvanda tikinti sahəsinə vurulmaqla qısa müddət ərzində istifadə edil ir. Başqa formada bu məhsulun alqı-satqı olunmasının mümkün deyildir. İddiaçı iddia etdiyi 45708.48 manat (ƏDV daxil olmaqla) məbləğində beton məhsulları cavabdehə çatdırması barədə hər hansı bir sübut iş materiallarına əlavə etməmişdir.
46. MM-in 462.1, 467-ci maddələri üzrə - Qanunvericilik tələb olunan cərimə borcunun azaldılması səlahiyyətini məhkəməyə vermişdir. Məhkəmə cərimə məbləğinin azaldılmasını müəyyən etsə də, mövcud apellyasiya şikayətinə düzgün qiymət verməmiş, eyni zamanda cərimə borcunun əsaslı olaraq tutulması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə tərəfindən hansı tərəfinin haqlı olmasına, kimin-kimə borclu olması obyektiv araşdırılmamış, apellyasiya şikayəti rədd edilərkən ilk iddia üzrə iddiaçının mötəbər olmayan mövqeyi əsas götürülmüşdür.
47. MPM-in 9, 77.1, 81, 8 8-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərə hərtərəfli baxmamış, həmin sənədlərdə təsbit edilmiş faktları araşdırmamış, bu apellyasiya şikayətinin işin halları qrafasında göstərdiyi hallardan heç birinə, xüsusilə də satıcının alıcıya məhsulu vermədiyini, çatırmadığını, elektron qaimənin malın alıcının mülkiyyətinə verməsi (çatırması) anlamına gəlmədiyini əks etdirən sübutlara və faktlara düzgün qiymət verməmiş, hətta cavabdehin leyhinə olan halları, müqavilə və ona 1 saylı əlavədə göstərilmiş bir çox şərtləri qətnamədə sadalamamaqla onlara əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində və hazırkı kassasiya şikayətində göstərilən və iş materiallarında olan danılmaz faktları, bu faktları özündə əks etdirən sübutları nəzərə a lmamışdır. Birinci instansiyası məhkəməsi qətnamə qəbul edən zaman sözügedən məhsulların çatıdırılmasına (verilməsinə) dair heç bir sübut olmamasına baxmayaraq yalnız İddiaçı MMC-nin fikirlərini əsas götürmüş, apellyasiya instansiyası məhkəməsi isə bunu təsdiq etmişdir.
48. MPM-in 97.1, 99.2, 102, 103-cü maddələri üzrə - ekspertizanın rəyi mövcud realığı əks etdirmir, natamamdır, həmçinin sualların bir qisminə ekspert tərəfindən düzgün cavab verilməmişdir. Eyni zamanda suallara cavab verərkən ekspert öz şəxsi mülahizələrini əlavə etmişdir. Bu səbəbdən və hazırkı qrafada aşağıda sadalancaq digər əsaslara görə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri idi. İş materiallarından göründüyü kimi 2023-cü il 7 avqust, 2023-cü il 14 avqust, 2023-cü il 15 avqust, 2023-cü il 1 7 avqust, 2023-cü il 18 avqust və 2023-cü il 21 avqust tarixli elektron qaimələr qaimələrin təhvil-təslim hissəsində cavabdehin imzası və möhürü yoxdur. Bundan başqa, 2023-cü il 26 aprel tarixli 3 ədəd qaimədə və 2023-cü il 1 sentyabr tarixdən 2023-cü il 22 sentyabr tarixədək olan 20 ədəd qaimədə təhvil-təslim hissəsində cavabdehin imzası və möhürü yoxdur. Ekspert qaimələrin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməli olduğunu rəyində qeyd etsə də, sonda borcu hesablayarkən bütün qaimələri əsas götürməklə hesablamışdır. Əgər ekspert sözügedən qaimələrin düzgünlüyünün qəbul edildiyi təqdirdə borcun nə qədər olduğunu müəyyən edirsə, onda həmin qaimələrin düzgünlüyünün qəbul edilmədiyi təqdirdə də borcun nə qədər olduğunu müəyyən etməli idi. Ekspert rəyində suala nəyə görə ətraflı cava b verməməsinin səbəblərini, hansı səbəbdən sözügedən qaimələrin düzgünlüyünün qəbul edilmədiyi təqdirdə borcun nə qədər olduğunu müəyyən etmədiyi barədə heç nə qeyd etməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, ekspert ümumi sözlərdən istifadə etməklə nəticə vermiş, ödənişlərə dair rəyinə cədvəl belə əlavə etməmişdir.
49. MPM-in 149.2.4, 150.1.6, 152.1.1, 152.1.6, 152.1.6-1, 259.0.12-ci maddələri üzrə - pretenziya məktubunun predmeti olmayan yeni pul tələbi cavabdehə qarşı irəli sürülmüşdür. Qanunvericiliyin normaları baxımından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında vəsatət verilmiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmişdir. Apellyasiya şikayətində də qeyd edilən prosessual pozuntu məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində yalnız iddia tələbinin artırılması zamanı artırılmış pul tələbinə münasibətdə mediasiya prosesinin məcburi olub-olmamasına münasibət bildirmişdir. (qətnamənin 44-46-cı bəndləri) Lakin yeni pul tələbi ilə bağlı iddiaçının cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi ilə bağlı qanunun tələblərinə əməl edibetməməsinə apellyasiya instansiya məhkəməsi münasibət bildirməmiş və buna münasibət bildirməkdən yan keçmişdir.
50. MPM-in 217.1-ci maddəsi üzrə - qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmamışdır. Mübahisəni iş materiallarında olan həqiqi faktlara, sübutlara əsaslanmaqla yo x, sənədsizsübutsuz qaydada həll etmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyə n edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçü n onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası)....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanu nun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
58. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflərin bağladığı alqı-satqı müqaviləsi üzrə dəyəri ƏDV-siz 146069,05manat, ƏDV ilə 172361,48 manat olan işlər yerinə yetirilərək, cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 126653 manat məbləğində ödənişlər edilmiş, qalıq borc 45708,48 təşkil etmişdir. Məhkəmə iş üzrə sübutların məcmusuna əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən ümumilikdə 45708,48 manat pul vəsaitini tələb etməkdə haqlıdır.
59. Məhkəmənin həmin nəticəsini mübahisələndirən cavabdeh kassasiya şikayətində alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC-nin 2023-cü ilin avqust ayı ərzində İddiaçı MMC-yə 9499 manat (ƏDV daxil) pul vəsaiti ödədiyini, lakin sonuncunun bu günə kimi həmin dəyərdə beton məhsulunu təhvil vermədiyini göstərsə də, işin faktiki hallarını araşdıran məhkəmələrə bu barədə mötəbər sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır və iddia tələbinin təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin nəticəsini MM-nin 567-ci maddəsinin tələblərinə uyğun hesab edir.
60. Kassasiya şikayətinin ekspertiza rəyinin mötəbərliyi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutlar təqdim olunmamışdır.
61. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
62. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
63. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Qətnamənin ləğvinə əsas verən prosessual hüquq normalarının tələblərinin pozulması halları mövcud deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
64. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(103)-219/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.