Məhkəmə qərarları › İş №2-2(102)-324/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-324/2019

10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-324/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin vəkil tərəfindən imzalanması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X1, X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı1-nin Cavabdeh1 qarşı lizinq ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadında n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-180/2016 saylı, 08 avqust 2016-cı il tarixli qətnaməsi (hakim – İ.B.Əhmədov) ilə iddia qismən təmin olunaraq Cavabdeh1 6789,62 manat, 1293 manat faiz borcu, 200 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 8223 manat pulun İddiaçı1-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və S.Q.Hüseynov) cavabdehin apellyasiya şik ayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-180/2016 saylı, 08 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 07 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 yanvar 2017-ci tarixli qətnaməsini ləğv edib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını, həmçinin ərizə verərək kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 05 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa sı barədə ərizə təmin edilməyərək kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 05 mart 2019-cu il tarixli qərardadını ləğv edib kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 23 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 05 mart 2019-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti onu vermiş şəxsə qaytarılmışdır. Məhkəmə özünün mövqeyini onu nla əsaslandırmışdır ki, 05 mart 2019-cu il tarixli qərardaddan verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və şikayətə vəkilin orderi əlavə olunmamışdır. Bundan sonra cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 23 aprel 2019-cu il tarixli qərardadını ləğv edib kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki,Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)30/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsi ona rəsmi qaydada verilməmiş, qətnaməni sonradan müraciət etməklə 10 oktyabr 2018-ci il tarixdə almış və 07 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Apellyasiya məhkəməsi 05 mart 2019-cu il tarixli qərardadında əsassız olaraq müddəti bərpa etməmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayətini isə məhkəmə kassasiya şikayətinin vəkil tərəfindən imzalanmadığına və şikayətə vəkilin orderinin əlavə olunmadığına əsaslanmaqla geri qaytarmışdır. Məhkəmənin həmin mövqeyi qanunsuz olmuşdur. Çünki qətnamədən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmış və müvafiq olaraq order əlavə edilmişdir. Lakin məhkəmə kassasiya şikayəti vermə müddətini bərpa etməməklə onun hüquqlarını pozduğuna görə həmin qərardaddan kassasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Əvvəlki kassasiya şikayətinə vəkilin orderi əlavə edildiyindən yenidən müqavilə bağlayaraq vəkil o rderinin götürülməsinə lüzum qalmamışdır. Buna görə də, kassasiya şikayəti yalnız cavabdeh tərəfindən imzalanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 407.3-407.4-cü maddələrinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarıl ır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. İşin hallarından müəyyən olunur ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı, 25 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verər kən şikayətə həm vəkilin orderi əlavə edilmiş, o cümlədən şikayət vəkil tərəfindən tərtib edilməklə imzalanmışdı. Lakin apellyasiya məhkəməsinin 05 mart 2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməyərək kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, 05 mart 2019-cu il tarixli qərardad müddət bərpası məsələsini həll edən ayrıca məhkəmə aktı olduğundan, cavabdeh həmin aktdan kassasiya şikayəti vermək istədikdə, yenidən ayrıca vəkil orderinin təqdim etməsinə ehtiyac olmasa da, verilmiş şikayət həm də cavabdehin vəkili tərəfindən tərtib edilməklə imzalanmalı idi. Lakin 05 mart 2019-cu il tarixli qərardaddan verilmiş kassasiya şikayətini yalnız cavabdeh özü i mzalamış, şikayət onun vəkili tərəfindən tərtib edilməklə imzalanmamışdır. Bu halda isə apellyasiya məhkəməsi vəkil tərəfindən imzalanmadığına istinadla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-30/2017 saylı iş üzrə 23 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar