Məhkəmə qərarları › İş №2-2(102)-325/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-325/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-325/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh “Yevlax Qida” X1rşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli 2-2(107)-9/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 aprel tarixli, 017 nömrəli alğısatqı müqaviləsinə əsasən satıcı(iddiaçı) alıcı(cavabdehə) onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödənilməlidir.

3. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan q üvvəyə minir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədə qalır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC(bundan sonra-“iddiaçı”) 2022-ci il 12 sentyabr tarixində Cavabdeh MMM-ə(bundan sonra-“MMM”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 1 aprel tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi(bundan sonra“017 nömrəli alğı-satqı müqaviələsi”) üzrə 20.715,36 manat əsas borc, 22.683,31 manat cərimə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 445.7-ci maddəsinə əsasən hesablanmış 3.107,30 manat faiz borcu, 449.1-ci maddəsinə əsasən hesablanmış 4.660,95 manat faiz borcu olmaqla, ümumilikdə 51.166,92 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 017 saylı alğı-satqı müqaviləsinə əsasən 2019-cu ilin aprel, may, sentyabr aylarında 20.715,36 manat dəyərində solod və digər mallar təqdim edilərək satılmışdır. Lakin indiyə qədər cavabdehə satılmış həmin malların 20.715,36 manat məbləğində olan dəyəri iddiaçıya ödənilməmişdir. Müqavilənin 8.4-cü bəndinə əsasən borcun ödənilməməsinə görə cərimə məbləği 22.683,31 manat təşkil edir. Bundan başqa MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin məbləğ hazırda 3.107,30 manat təşkil edir. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçı rmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının(bundan sonra-“MB”) rəsmi internet saytında olan (https//www.cbar.az) məlumata əsasən bank uçot dərəcəsi 7,5 faizdir. Həmin məbləğ hazırda 4.660,95 manat təşkil edir.

6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 445.7, 449.1-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi pul məbləğinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddia ərizəsi üzrə məhkəməyə yalnız müqavilə və elektron qaimələr göndərilmişdir ki, bu da iddia tələbini əsaslandıracaq sübutlar deyildir. Elektron qaimənin verilməsi, göndərilməsi malın verilməsini təsdiq etmir. İddiaçı adi elektron qaimə verməklə guya onlara mal satdığını iddia edir, lakin bu heç də belə olmamış və ümumiyyətlə bu miqdarda mal onlara təhvil verilməmişdir. İddiaçı tərəfindən onlara mal verilməsi təsdiqini tapmamaqla, həmçinin iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Çünki iddiaçının tələb etdiyi müqavilə üzrə və istinad etdiyi elektron qaimələrə diqqət yetirilsə 2019-cu ilin aprel və may aylarına təsadüf edir. Hazırkı iş isə məhkəməyə 2022-ci ilin sentyabr ayında daxil ol muşdur. Bununla da iddiaçı həmçinin 3 illik iddia müddətini də ötürmüşdür.

8. Cavabdehin vəkili 2022-ci il 23 oktyabr tarixində ərizə təqdim edərək, iş üzrə iddia müddətinin keçdiyini bildirmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 31 oktyabr tarixli e-2-2(117)-1409/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 017 nömrəli alğısatqı müqaviləsi üzrə 20.715,36 manat əsas borc, 2.000 manat cərimə borcu və 264,90 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakim R.Məcidov).

10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 017 nömrəli alğı-satqı müqaviləsi üzrə 20.715,36 manat əsas borc məbləğinin ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilm əlidir.

11. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 017 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı iddiaçı alıcıya onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı(cavabdeh) isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 2019-cu il 1 aprel tarixli elektron qaimə ilə 12.208,36 manat, 2019-cu il 22 may tarixli elektron qaimə ilə 11.794,80 manat və 2020-ci il 7 may tarixli qaimə faktura ilə 8680 ABŞ dolları məbləğində malları alıcıya satmış, alıcı 4100 ABŞ dolları ö dəniş etməklə malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 20.715,36 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçı tərəfindən verilmiş, sistem və cavabdeh tərəfindən şəxsən qəbul edilməklə hazırki vaxtadək qüvvədə olan elektron qaimələrlə, habelə imzalarla təsdiq edilmiş qaimə-faktura ilə öz təsdiqini tapır. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. İddia tələbi 22.683,31 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.

13. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı malın dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb ol unan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir.

14. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 % - i miqdarında (lakin malın dəyərinin 20 % - dən artıq olmamaq şərtilə) cərimə ödənilməlidir.

15. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişlər gecikdirilməsinə baxmayaraq iddiaçı üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 22.683,31 mana deyil, 2000 məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə iddia tələbinin MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 3.107,3 0 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir.

17. Belə ki, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

18. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada dəbbə pulu tələb edir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilməz. Belə ki, iddiaçı başqa əsasdan, yəni müqavilə ə sasızndan çıxış edərək daha böyük məbləğ tələb edə bilir. Bu səbəbdən iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir.

19. Bundan başqa məhkəmə iddia tələbinin MM-in 449.1-ci maddəsinə əsasən 4.660,95 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir.

20. Hazırki iş üzrə iddiaçı borcun gecikdirilməsi, pul vəsaitinin əsassız əldə edilməklə və ya toplamaqla ondan faydalanması, habelə əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə də rədd edilməlidir.

21. Sonda məhkəmə onu qeyd edir ki, cavabdehin vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, əvvəla elektron qaimələr bo rcun yaranmasına dair sübut qismində qəbul edilə bilməz. Habelə, mallar cavabdehə təhvil verilməmişdir və iddia müddəti ötürülmüşdür.

22. Cavabdehin vəkilinin elektron qaimənin borcun yaranmasına dair sübut kimi qəbul edilməli olub-olmaması, habelə malların təhvil verilməməsi ilə bağlı etiraz dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin(bundan sonra-“VM”) 16.1.11-6-cı maddəsinə əsasən digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

23. Göründüyü kimi, vergi qeydiyyatına alınmış fiziki və hüquqi şəxslər tərəfindən malların alqı-satqısı, qaytarılması və s. zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada elektron qaimə-faktura tərtib edilməsi vergi ödəyicilərinin vəzifəsidir. Elektron qaimə-faktura elektron qaydada imza ilə təsdiq edilən, hüquq, vəzifələr və hüquq məsuliyyəti yaradan sənəddir, hansı ki, həmin qaimə-fakturalar nəzərə alınmaqla vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin dövriyyəsi və gəlirləri müəyyən edilir. Bu səbəbdən hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş və statusu təsdiqlənmiş olan elektron qaimələr sübut qismində qəbul edilmişdir.

24. Bundan başqa işin məhkəmə araşdırması zamanı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 2022-ci il 21 oktyabr tarixli **********987500 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 2019-cu il 1 aprel tarixli elektron faktura qəbul edilə rək sistem tərəfindən, 2019-cu il 22 may tarixli elektron faktura isə qəbul edilərək vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mallar təhvil verilməsəydi, bu zaman həmin malların dəyərini əks etdirən elektron qaimə də cavabdeh tərəfindən təsdiq edilməzdi. Sistem tərəfindən təsdiq edilmiş elektron qaiməyə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qaimə iddiaçı tərəfindən verildikdən sonra cavabdeh vergi orqanında olan elektron kabinetində qaiməni görmüş, ancaq imtina etməmiş, hətta onun sistem tərəfindən təsdiq edildiyindən məlumatlı olmuş, buna baxmayaraq həmin qaimə onun tərəfindən mübahisələndirilməmişdir. 2020-ci il 7 may tarixli qaimə faktura isə malı təhvil alan tərəfindən imza edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin mallar c avabdeh tərəfindən təhvil alınmışdır.

25. Bundan əlavə cavabdehin vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı etiraz dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında 017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədə qalır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 ay müddətinə uzadılmış hesab olunur.

26. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi olmaqla iddiaçının hazırki tələbi həmin müqavilədən irəli gələn tələbdir.

27. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

28. Hazırki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi 2020-ci il 31 dekabr tarixinədək qüvədə olduğundan həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 2023-cü il 31 dekabrdır. İddiaçı isə hazırki iddia tələbi ilə 2022-ci il 12 sentyabr tarixində məhkəməyə müraciət etmişdir.

29. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 ay müddətinə uzadılmış hesab olunur. Göründüyü kimi, nə müqavilə müddətinin bitmə tarixi kimi göstərilmiş 2020-ci il 31 dekabr tarixindən, nə də müqavilənini 10.1-ci bəndinə əsasən uzadılmış tarixdən hesablandıqda iddia m üddəti ötürülməmişdir. 30. 2021-ci il 1 oktyabr tarixindən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 243,50 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş dövlət rüsumunun 135,40 manat hissəsi iddiaçıdan, 108,10 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə həmçinin qeyd etmişdir ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 108,10 manat dövlət büdcəsinə və iddiaçıdan 135,40 manat tutularaq döv lət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 400 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 135,40 manat dövlət rüsumu çıxılmaqla 264,90 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 135,40 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 108,10 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 243,50 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

33. Məhkəmə öz qətnaməsini MM-in 329.2, 373.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 432.1, 445.7, 449.1, 462.3, 467, 567, 600.1, 600.3-cü, VM-in 16.1.116-cı, “Dövlət rüsumu haqqında” Qa nununun 8.1.2-ci, MPM-in 119-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun(bundan sonra-“KMP”) “MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 3.2, 3.3, 3.4-cü istinad etməklə əsaslandırmışdır.

34. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 2-2(107)-9/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi a pellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (G.Cavadova (sədrlik edən-məruzəçi), hakimlər - V.Məlikov və E.Hüseynov).

36. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları bildirmişdir.

37. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, işdə olan qaimələrin hansı müqavilə üzrə verilməsini müəyyən etmək mümkün deyil, bu qaimələr cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etmir.

38. Apellyasiya şikayətinin bu dəlilinin araşdırılması məqsədi ilə sədrlik edənin sualını cavablandıran cavabdehin vəkili və nümayəndəsi bildirmişdir ki, iddiaçı və cavabdeh arasında yalnız 017 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır, başqa müqavilənin mövcudluğundan isə onu n məlumatı yoxdur.

39. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 017 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı dəyəri qaimələrdə əks olunan malları cavabdehə təhvil vermiş, lakin malların dəyəri sonuncu tərəfindən tam ödənilməmişdir. Bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır.

40. Beləliklə, müəyyən olunur ki, cavabdehin 017 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. 41. 017 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun məbləği ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı cavabdehdən 20.715,36 manat borcun tutulmasını tələb edir. 4

2. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, işdə olan 2019-cu il 1 aprel və 2019-cu il 22 may tarixli elektron qaimələr üzrə borcun cəmi məbləği 24.003,16 manat olduğu halda, iddiaçının daha az məbləğdə pul tələb etməsi iddianın əsassız olduğunu təsdiq edir.

43. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, həqiqətən də iddiaçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi qaimələr üzrə borcun məbləği, cavabdehdən tələb olunan əsas borc məbləğindən daha çoxdur. Cavabdehə qarşı irəli sürələn tələbin həcmini müəyyən etmək isə iddiaçının müstəsna hüququdur. Məhkəmənin vəzifəsi isə verilən tələblər üzrə qətnamə çıxarmasıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən əsas borca görə 20.715,36 manat məbləğində pulun tutulması barədə tələb irəli sürmüş, biri nci instansiyası məhkəməsi də bu tələbi əsaslı hesab edərək, iddianı həmin hissədə təmin etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının daha az məbləğdə əsas borcun tutulmasını tələb etməsi iddianın əsassız olması anlamına gəlmir. İddianı həmin hissədə tam təmin edən birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bu barədə dəlili əsassızdır.

44. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasını gecikdirməsi aşkardır.

45. İş materiallarından görünür ki, öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 22.683,31 manat cərimə hesablamış və həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir.

46. Məhkəmə bildirir ki, qanunvericiliyə əsasən cərimənin məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. İddiaçının tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərirni lazımınca icra etməyərək, ödənişləri gecikdirsə də, iddiaçı uzun müddət sonra borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu hal dəbbə pulunun artmasına şərait yaratmışdır. Odur ki, birinci instansiyası məhkəməsi haqlı olaraq “cərimənin tutulması barədə” tələbi qismən təmin edərək, cərimə məbləğini azalmış və onu 2.000 manat məbləğində müəyyən etmişdir.

47. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəmə si apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına, həmçinin MPM-in 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

49. Qətnamə 2023-cü il 22 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

50. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 21 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ka ssasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə: Məhkəmə iş materiallarına deyil mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrin alış aktları və ya təhvil təslim aktları tələb edilməyib və yalnız elektron qaimə əsasında qətnamə qəbul edilib. Bir elektron qaimə olub ki, tərəfimizdən təsdiqlənib onun da ödənişi edilmişdir. Hazırkı halda isə, iş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə “əsas: xx.xx.2019 və xx.xx.2022” olaraq göstərilsə də, bunun elektron qaimələrin ko nkret olaraq hansı müqavilə və ya digər sənədlər əsasında göndərilməsi öz əksini tapmamışdır.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsi üzrə: Həmçinin məhkəmə tərəfindən iddiaçının müqavilə şərtlərini yerinə yetirib yetirməməsi araşdırılmamışdır. Belə ki, iddiaçı müqaviləyə əsasən cavabdehə malı verməli və bundan sonra cavabdehin ona münasibətdə öhdəliyi yaranmalıdır. Lakin iş materiallarında malların iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən verilməsi heç sübutla təsdiq edilmir. Bu səbəbdən də məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin müqavilə şərtləri və ondan əmələ gələn öhdəliklə bağlı normalarını pozmuşdur.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsi üzrə: “Müqavilənin 3.2.1-ci bəndinə əsasən malı alıcının mülkiyyətinə vermək satıcını n vəzifəsidir. Müqavilənin 4-cü bəndində malın alcıya təhvil verilməsi şərtləri qeyd edilmişdir. Mal Alıcıya təhvil təslim aktı ilə verilməlidir.“ Lakin malın verilməsinə dair hər hansı sübut yoxdur. Bu da öz növbəsində məhkəmənin öz səlahiyətlərini aşaraq qərəzli birtərəfli qətnamə qəbul etməsinə gətirib çıxartmışdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.5, 9.3-cü maddəsi üzrə: Məhkəmənin qətnaməsi ciddi prosessual pozuntularla qəbul edilmişdir. İlk növbədə məhkəmə iş materiallarına və izahatlara əsasən deyil öz mülahizəsi ilə qətnamə qəbul etmişdir. Belə ki, birinci prosessual pozuntu ondan ibarətdir ki, məhkəmə qanununn tələblərini və icrasını tam fərqli yöndə təhrif etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, guya biz elektron qaiməni sistemdə görüb onu mübahisələnd irməmişik. Digər ikinci elektron qaiməni isə qəbul etmişik deyə borc təsdiqini tapır. Lakin məhkəmə bizim apellyasiya şikayətimizdə qeyd etdiyimiz dəlilləri ümumiyyətlə nəzərdən keçirməmiş və qəbuledilən elektron qaimənin tərəfimizdən bəli qəbul olunduğunu etiraf etdiyimizi və həmin məbləği ödədiyimizi də qeyd etmişik. Məhkəmə heç nə qədər ödənişin olduğunu və nə qədər qaimə vurulğunu belə aydınlaşdırmamışdır. Halbu ki tərəfimizdən iddiaçıya ödəniş belə olunmuşdur. Digər elektron qaimə isə tərəfimizdən qəbul olunmamış və həmin elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. Bunu heç cürə sistemdən silmək mümkün deyil.Onu mübahisələndirmək də mümkün deyil məhkəmədə. Çünki eyni analoji işlə bağlı məhkəmə mübahisəsi olmuş və elektron qaimələrin o halda sübut kimi qəbul edilməsi zəruri bilin mişdir ki, o qaimələrin alt sənədləri yerində olsun. Məhkəmə isə həmi alt sənədləriyəni alış satış, təhvil təslim aktlarınının olub olmamasını aydınlaşdırmadan elektron qaimələri sübut kimi qəbul etmişdir. Analoji iş isə eyni bu qaydada Ali Məhkəmədə baxılmış və eyni məhkəmələrin səhvi olmuşdur. Belə ki, işə Şəki Kommersiya Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində baxılmışdır və eyni tərkib və hakimlərlə. Onlar faktiki olaraq bu işdən də xəbərdar idilər və məhkəmə prosesi zamanı həmin sənədləri və iş barədə məlumatları hakimlərə bildirmişdim. Lakin yenə də qərəzli mövqe tutularaq sübutlar olmadan MPM-nin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1, 418.2, 418.3-cü maddələri üzrə: Məhkəmə iddia müddətinin tətbiqi barə də ərizəyə də heç bir münasibət bildirməyib. Qətnamədə iddia müddətinin tətbiqi barədə ərizəyə aid heç bir müddəa yazılmayıb. Halbu ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2019-cu ilin aprel may aylarına təsadüf edir. Hazırkı iddia isə 2022-ci ilin sentyabr ayında verilmişdir. Bu da ciddi prosessual pozuntulardan biridir. Heç bir əsaslandırma və ya qeyd olmadan iddia müddəti barədə ərizə qırağa atılmışdır. Bu açıq aydın göstərir ki, işdə qərəzlilik var. Digər məsələ isə tərəfimizdən edilmiş ödəniş və ödənişin nə qədər olması və ödənişimizin başqa elektron qaiməilə ödənilməsinə baxmayaraq məhkəmə tərəfindən 2019-cu il 7 may tarixli qaimə bağlamasıdır. Digər ziddiyət isə borcun məbləğinin iddiaçının təqdim etdiyi sübutlarla iddia tələbi arasında olan fərqdir. Məhkəmə buna absudr mövqe dən yanaşaraq bunun onun hüququ olduğunu və nə qədər yazmalı olduğunu onun müəyyən etdiyini qeyd etmişdir. Halbu ki, iddaçının əsasları ilə tələbinin ziddiyətli olması onun iddiasının əsassız və faktlara əsaslanmış olmamasına sübutdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

57. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

59. Kassasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

385. Öhdəlik a nlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklə rin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1.11-6 aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək. 62. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.2. Elektron qaimə-faktura (bu Qaydaları n 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir....”

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” V. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 2-2 (107)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

64. Cavabdehin apellyasiya şikayətinin, “işdə olan qaimələrin hansı müqavilə üzrə verilməsini müəyyən etməyin mümkün olmadığı, bu qaimələrin cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etmədiyi” dəlilinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında yalnız 017 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı dəyəri qaimələrdə əks olunan malları cavabdehə təhvil vermiş, lakin malların dəyəri sonuncu tərəfindən tam ödənilməmiş, bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır, beləliklə, cavabdehin 017 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş ö hdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır.

65. Apelyasiya məhkəməsi, cavabdehin apellyasiya şikayətinin “işdə olan 2019-cu il 1 aprel və 2019-cu il 22 may tarixli elektron qaimələr üzrə borcun cəmi məbləği 24.003,16 manat olduğu halda, iddiaçının daha az məbləğdə pul tələb etməsi iddianın əsassız olduğunu təsdiq etdiyi” barədə dəlili ilə bağlı bildirmişdir ki, həqiqətən də iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi qaimələr üzrə borcun məbləği, cavabdehdən tələb olunan əsas borc məbləğindən daha çox olsa da, cavabdehə qarşı irəli sürülən tələbin həcmini müəyyən etmək iddiaçının müstəsna hüququdur, məhkəmənin vəzifəsi isə verilən tələblər üzrə qətnamə çıxarmasıdır. İddiaçı cavabdehdən əsas borca görə 20.715,36 manat məbləğində pulun tutulmas ı barədə tələb irəli sürmüş, birinci instansiyası məhkəməsi də bu tələbi əsaslı hesab edərək, iddianı həmin hissədə təmin etmiş, iddiaçının daha az məbləğdə əsas borcun tutulmasını tələb etməsi iddianın əsassız olması anlamına gəlmir. Apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətinin analoji dəlilini əsassız hesab edir.

66. Kassasiya şikayətinin “məhkəmənin nə qədər ödənişin olduğunu və nə qədər qaimə vurulduğunu belə aydınlaşdırmadığı” barədə dəlilinə isə məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələblərini nəzərə alaraq ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür.

67. Kassasiya şikayətinin “qətnamədə iddia müddətinin tətbiqi barədə ərizəyə aid heç bir müddəanın yazılmadığı, iddiaçı ilə cavabdeh arasında münasibətlərin 2019-cu ilin aprel -may aylarına təsadüf etdiyi, hazırkı iddianın isə 2022-ci ilin sentyabr ayında verildiyinə, heç bir əsaslandırma və ya qeyd olmadan iddia müddəti barədə ərizənin qırağa atıldığına dair” dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəninə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinə qədər qüvvədə olur. İddia ərizəsinin 2022-ci ilin sentyabr ayında məhkəməyə təqdim edildiyi, iddia müddətinin axımının isə 2020-ci il 31 dekabr tarixdən başlandığı nəzərə alındıqda iddiaçı tərəfindən hər hansı iddia müddətinin ötürülmədiyi aydın olur.

68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarını n pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 22(107)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

70. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 fevral tarixli, 22(107)-9/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar