Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-326/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(103)-150/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 19 fevral tarixli “Teleserialın yayımlanması haqqında” T-********** saylı müqaviləyə əsasən, “Yayımçı” “ATV” efirində müəllif hüquqları A.M.Q-yə məxsus və müqavilə hüququ əsasında “İstehsalçı” tərəfindən təqdim olunan “Ə və A” serialına bir ay ərzində 4 dəfə, hər həftənin cümə günü saat 23:00-dan 01:00-dək vaxt dairəsində “Yayımçı”nın “İstehsalçı” ilə razılaşdırılması əsasında efir vaxtı, bir baş sponsor, iki sponsor və bu Müqavilənin 5.1.4-cü bəndində göstərilən şərtlərlə digər sponsor paketi verir.
2. Müqavilənin 4.3.8-ci bəndinə əsasən, istehsalçı hər avans məbləğini aldıqdan sonra 30 gün müddətində şirkətə 12 seriya təqdim etməlidir, 5.1.1-ci bəndinə görə isə, serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzlə şdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. 3. 2020-ci il 25 fevral tarixli 154 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC-nin hesabına 27.000 manat məbləğində ödəniş edilmişdir. 4. 2021-ci il 4 mart tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin əsas məbləğ üzrə borcu 27.000 manat, faiz borcu 11 ay üçün 1.237,5 manat, cərimə borcu 2.000 manat olmaqla, cəmi borcu 30.237,5 manat müəyyən edilmişdir.
5. İddiaçı Müstəqil Tele-Radio Kompaniyası Cavabdeh MMC-yə 2021-ci il 25 yanvar tarixli, 259 saylı bildiriş (pretenziya) göndərərək, sonuncu tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi səbəbindən bildirişin alındığı tarixdən 5 gün sonra aralarında bağlanmış müqavilənin ləğv ediləcəyini bildirmiş, 2020-ci il 25 fevral tarixində ödənilmiş 27.00 0 manat məbləğində avans ödənişinin 2021-ci il 31 yanvar tarixinədək ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi haqda xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (bundan sonra – “iddiaçı”) 2021-ci il 5 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 27.000 manat əsas borcun, 1.237,5 manat pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faiz borcunun, 2.000 manat cərimə borcunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30.267,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 19 fevral tarixdə tərəflər arasında 48 seriyadan ibarət olan “Ə vs A” serialının istehsalı və serialın iddiaçının efirində yayımlanması ilə bağlı T********** nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq serialın istehsalı üçün iddiaçı tərəfindən cavabdehə 2020-ci il 25 fevral tarixdə 27.000 manat avans ödənilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və avans məbləğini aldıqdan sonra serialın müqavilə ilə müəyyən edilmiş seriyalarını iddiaçıya təqdim etməmişdir. 8. 2020-ci il 19 fevral tarixli T-********** nömrəli müqavilənin 4.3.8-ci bəndinə görə “İstehsalçı” hər avans məbləğini aldıqdan sonra 30 gün müddətində “Yayımçı”ya 12 seriya təqdim etməlidir. Müqavilənin 5.1.1-ci b əndinə görə serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi bir ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir.
9. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh müqavilə şərtlərini yerinə yetirməmişdir. 2021-ci il 25 yanvar tarixli 259 nömrəli pretenziya məktubu ilə ödənilmiş 27.000 manat avans məbləğinin iddiaçıya geri qaytarılması cavabdehdən tələb olunmuş və müqavilənin 10.1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq müqavilənin ləğv ediləcəyi bildirilmişdir. Lakin cavabdeh pretenziya məktubunda göstərilən müddətdə öhdəliyi icra etməmiş və ödənilmiş avans məbləğini geri qaytarmamışdır.
10. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Buna görə də cavabdeh iddiaçıya olan 27.000 manat borcuna görə illik 5% bank uçot dərəcəsinə uyğun olaraq hər ay üçün 112,5 manat ümumi məbləğdən əlavə faiz ödəməlidir (27.000 manat x 5 % = 1.350 / 12 ay = 112,5 manat).
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 448.1, 449.1, 460.1, 462.1, 464.1 və 567-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 250.000 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2020-ci il 19 fevral tarixində tərəflər arasında 48 seriyadan ibarət olan “Ə vs A” serialının istehsalı və serialın iddiaçının efirində yayımlanması ilə bağlı müqavilə bağlanmışdır. Cavabdehin istehsalçısı olduğu “Ə vs A” serialı 2016-cı ildən iddiaçının efirində yayımlanır. “Ə vs A” serialı iki aktyordan ibarət olmaqla, Yaşar və Könül o brazlarının həyatını canlandırır.
14. Serial iddiaçının efirində yayımlandığı müddətdə baş sponsor “KH” şirkəti olmuşdur. Serialda çəkilən aktyorlar kanal tərəfindən yaradılan və “KH” şirkətinin rəqibi olan “O” şirkətinin baş sponsorluğu ilə yayımlanan “1 K 1 Q” serialına aparılır və həmin serialda Y və K obrazını canlandırırlar.
15. İddiaçı tərəfindən cavabdehə ödənilmiş 27.000 manat məbləğində ödəniş “KH” şirkəti tərəfindən kanala üç aylıq sponsor məbləği (3x10.000 manat) ödənildikdən sonra həyata keçirilmişdir. Daha sonra iddiaçı cavabdehdən yeni formatda serial çəkilməsini və problemin ictimailəşdirilməməsini xahiş edir. Yeni formatda altı aktyordan ibarət serial çəkilərək baxılması üçün iddiaçının rəhbərliyinə və hüquqşünasına məlumat verilmişdir. Lakin iddiaçı tərəf seriala baxılmada n istəmədiklərini bildirmişlər.
16. İddiaçı müqavilənin bəndlərini pozaraq cavabdehə ziyan vurmuşdur. Belə ki, müqavilənin 5.1.5-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan bir baş sponsor və ya iki sponsordan ən az biri ilə müqavilə bağlandığı halda, “İstehsalçı”nın xahişi ilə “Yayımçı” ən azı 27.000 manat məbləğində “İstehsalçı”ya avans ödəyə bilər. “Yayımçı” tərəfindən avans ödənildikdən sonra “İstehsalçı”ya aid sponsor gəlirləri “Yayımçı”ya ötürülməklə avans məbləği əvəzləşdirilir. Avans məbləği tam əvəzləşdirilmədikdə “Yayımçı” yenidən (təkrar) avans verməyə bilər. 17. 2016-cı ildən yayımlanan serialın aktyorlarını “1 K 1 Q” serialında eyni obrazlarla çəkməklə və öz kanalında yayımlamaqla, iddiaçı cavabdehə 250.000 manat ziyan vurmuşdur. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir.
18. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 21.2-ci maddəsinə istinad edilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli e-2-2(113)-2072/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 27.000 manat məbləğində əsas borc və 1.237,5 manat faiz borcu olmaqla, ümumilikdə 28.237,5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).
20. Birinci instansiya məhkəməsi işin yuxarıda §§ 1-4-də göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi icra edərək, cavabdehə 27.000 manat məbləğində avans ödəsə də, sonuncu öz öhdəliyini icra etməmiş, avans məbləğini aldıqdan 30 gün müddətində 12 seriyanı iddiaçıya təqdim etməmişdir. Cavabdeh qarşılılıqlı iddia ərizəsində öhdəliyi yerinə yetirə bilmədiyini iddiaçının təqsiri üzündən baş verdiyini bildirsə də, bu halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır.
21. MM-in 445.7-ci maddəsinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd olunan mövqe nəzərə alınaraq, iddia 1.237,5 manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır.
22. İddianın dəbbə pulu hissəsi müqavilənin 6.1-ci bəndi ilə əsaslandırılsa da, nəinki həmin bənddə, ümumiyyətlə müqavilədə öhdəliyin icra edilmədiyi halda cərimə, dəbbə pulu ödənilməsi nəzərdə tutulmamışdır. Buna görə də iddia həmin hissədə rədd edilməlidir.
23. Cavabdeh qarşılıqlı iddia ərizəsində yayımçı tərəfin onlara məxsus obrazların başqa teleserialda istifadə edilməsi nəticəsində onlara hansı zərərin dəyməsi, bu dəymiş zərərin nələrdən ibarət olması, o cümlədən zərərin məbləğinin hansı səbəbdən 250.000 manat qiymətlən dirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki müqavilənin 6.2-ci bəndinə əsasən, zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni müvafiq sübutlarla təsdiq etməlidir. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 390.1, 427.3, 442.1, 462.1, 463.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh 2021-ci il 18 noyabr tarixində apellyasiya şikayəti verilərək həmin qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(103)-150/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov, V.Kərimova).
27. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 19 fevral tarixli T-********** saylı “ Teleserialın yayımlanması haqqında” müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki cavabdeh iddiaçı qarşısında ikincinin sifarişinə əsasən serial çəkib təqdim etməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
28. Mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud olmadığından, hazırkı mübahisə qanunun analogiyası üzrə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 27.000 manat məbləğində avans ödənişinin edilməsi, lakin cavabdehin öz öhdəliyini icra etməməsi, yəni avans məbləğini aldıqdan 30 gün müddətində 12 seriyanı iddiaçıya təqdim etməməsi işin mübahisəsiz ha lını təşkil edir. Çünki cavabdeh öhdəliyini yerinə yetirə bilmədiyini etiraf etmiş, lakin bunun məhz iddiaçının təqsiri üzündən baş verdiyini bildirmişdir. Bununla belə, cavabdeh istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
30. Tərəflər arasında bağlanmış müqavilənin 5.1.1-ci bəndində də təsbit olunmuşdur ki, serialın yayımlanmasının dayandırılması və ya müqaviləyə xitam verilməsi hallarında əgər “İstehsalçı” “Yayımçı”dan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində “İstehsalçı” tərəfindən “Yayımçı”ya ödənilməlidir. Bu baxımdan, iddiaçı 27.000 manat məbləğində avans ödənişinin zərər kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də həmin hissədə iddia əsaslıdır.
31. MM-in 445.7-ci maddəsinin tələblərini, tər əflər arasında müqavilənin bağlanması tarixini, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi müddətini və iddiaçının cəmi 11 ay üçün faiz borcunun tutulması tələbini irəli sürdüyünü nəzərə aldıqda, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1.237,5 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (27.000 x 5% / 12 x 11 = 1.237,5).
32. Qarşılıqlı iddia əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən 443-cü maddəsinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqəni n olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə həmin əsaslar mövcud deyildir. Çünki cavabdeh ümumiyyətlə zərərin mövcud olması və bu zərərin vurulmasına səbəb olan iddiaçının öz öhdəliklərini pozmasını təsdiq edən sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
33. Cavabdehin istinad etdiyi dəlillər qeyd olunan halların mövcud olduğunu təsdiq etmir. Çünki tərəflər arasında bağlanmış müqavilə məhz teleserialın yayımlanması haqqındadır və müqavilədə seriala çəkiləcək aktyor və aktrisaların bu və ya digər kanalda yayımlanacaq başqa teleserialda çəkilməsinə məhdudiyyətin qoyulması ilə bağlı hər hansı şərt nəzərdə tutulma mışdır. Ona görə də həmin dəlillər tamamilə əsassızdır.
34. Məhkəmə gəldiyi nəticəni MM-in 11.1, 21.2, 443, 445.7, 777.1, 779.1-ci və MPM-in 13.4, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı 2022-ci ilin 24 yanvar tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
36. Cavabdeh 2022-ci il 28 mart tarixində kassasiya şikayəti vermiş, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
37. MM-in 21.2, 386.1 və 448.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə öz qətnaməsində MM-in 448.1-ci maddəsinə istinad etməmiş, ümumilikdə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən edə bilmədiyi üçün qanunvericinin həmin maddədə ifadə etdiyi iradəsinə və işin hallarına uyğun tətbiq edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, TP-dən tutulmalı olan borc məbləği məhz müqavilə şərtlərinə uyğun olaraq müəyyən edilməsi iş üçün həlledici əhəmiyyət kəsb edir.
38. Müqavilənin 5.1.5-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan bir baş sponsor və ya iki sponsordan ən az biri ilə müqavilə bağlandığı halda, “İstehsalçı”nın xahişi ilə “Yayımçı” ən azı 27.000 manat məbləğində “İstehsalçı”ya avans ödəyə bilər. “Yayımçı” tərəfindən avans ödənildikdən sonra “İstehsalçı”ya aid sponsor gəlirləri “Yayımçı”ya ötürülməklə avans məbləği əvəzləşdirilir. Avans məbləği tam əvəzləşdirilmədikdə “Yayımçı” yenidən ( təkrar) avans verməyə bilər. Müqavilənin bu bəndindən də göründüyü kimi, tərəflər ortaq qaydada işləməyi nəzərə alaraq bu lahiyəni həyata keçirmişdir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış edən müqavilənin şərtləri onların sərbəst iradə ifadəsi ilə müəyyən edilmişdir. Məhkəmə öz qətnaməsində müqavilə şərtlərini və ona tətbiq edilməli olan maddi hüquq normasının tələblərini nəzərə almadan qətnamə çıxarmışdır.
39. Müqavilənin 6.1-ci bəndi tətbiq edilməmişdir. Həmin bəndə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf mülki qanunvericiliyə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və /və ya m ənəvi zərəri (o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir.
40. MPM-in 14.2, 77.1, 88, 217.1 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin qarşılıqlı iddia ərizəsində sadalanan halları təsdiq etməsini, cavabdehin istehsalçısı olduğu “Ə vs A” serialının iddiaçının efirində 2016-cı ildən yayımlanmasını, serialda çəkilən aktyorların kanal tərəfindən yaradılan “1K 1Q” serialına aparılmaqla, həmin serialda “Y” və “K” obrazlarını canlandırmaları faktlarını etiraf etməsini sübut kimi qəbul etmir. Açıq-aşkar ziddiyyətli, əsaslandırılmayan və bu səbəbdən də MPM-in 101.6-cı maddəsinin tələblərinə cavab verməyən, həmçinin 220.4-cü maddədə müəyyən edilmiş imperativ tələblərə riayət etməyən məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutula n qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəy ən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır....”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hes ab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 37-40) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, B akı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(103)-150/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Kassator eyni dəlilləri apellyasiya instansiyası məhkəməsinə də təqdim etmiş, bununla bağlı həmin məhkəmə öz mövqeyini qəbul etdiyi qətnamədə əsaslandırmışdır.
49. Məhkəmə kollegiyası həmin dəlillərlə aşağıdakı səbəblərdən razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq qanuni və əsaslı hesab edir.
50. Kassator Müqavilənin 5.1.5-ci bəndinin tətbiq edilmədiyini bildirir.
51. Həmin bəndə əsasən, Bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan bir baş sponsor və ya iki sponsorlardan ən az biri ilə müqavilə bağlandığı halda İstehsalçının xahişi ilə Yayımçı, ən azı 27. 000 AZN məbləğində İstehsalçıya avans ödəyə bilər. Yayımçı tərəfindən avans ödənildikdən sonra İstehsalçıya aid sponsor gəlirləri Yayımçıya ötürülməklə avans məbləği əvəzləşdirilir. Avans məbləği tam əvəzləşdirilmədikdə Yayımçı yenidən (təkrar) avans verməyə bilər.
52. Müqavlənin 5.1.6-cı bəndinə görə isə, serialın yayımının dayandırılması və müqaviləyə xitam verilməsi hallarında əgər İstehsalçı Yayımçıdan avans almışsa, həmin avans məbləğinin əvəzləşdirilməyən hissəsi 1 ay ərzində İstehsalçı tərəfindən Yayımçıya ödənilməlidir.
53. Həmin müqavilə bəndlərinin qarşılıqlı təhlili ona deməyə imkan verir ki, müqavilənin 5.1.5-ci bəndi tərəflər arasında əməkdaşlığın, yəni serialın yayımının davam etdiyi hallara, bunun əksinə olaraq, 5.1.6-cı bəndi isə serialın yayımının dayandırılması hallarına şamil olunur.
54. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, artıq serialın yayımı dayandırılmışdır.
55. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi avans məbləğinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı olmasına dair müqavilə müddəasını tətbiq edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
56. Çünki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından o da məlum olur ki, avans məbləğini aldıqdan sonra 30 gün müddətində Şirkətə 12 seriya təqdim etməli olmasına dair müqavilənin 4.3.8-ci bəndinin İstehsalçı tərəfindən pozulması işin mübahisəsiz halını təşkil edir.
57. Kassator hesab edir ki, məhkəmə iddiaçının nümayəndəsi tərəfindən qarşılıqlı iddia ərizəs ində sadalanan halları təsdiq etməsini, cavabdehin istehsalçısı olduğu “Ə vs A” serialının A kanalında 2016-cı ildən yayımlanmasını, obrazların, serialda çəkilən aktyorların Kanal tərəfindən yaradılan “1 K 1 Q” serialına aparılması və həmin serialda “Y” və “K” obrazını canlandırılması faktlarını etiraf etməsini sübut kimi qəbul etmir.
58. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə məhz “Ə və A” teleserialının yayımlanması haqqındadır və müqavilədə seriala çəkiləcək aktyor və aktrisaların bu və ya digər kanalda yayımlanacaq başqa teleserialda çəkilməsinə məhdudiyyətin qoyulması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.
59. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi də tərəflə r arasında bağlanmış müqavilənin şərtlərinə tamamilə uyğundur, ona görə də ədalətli və əsaslı hesab olunmalıdır.
60. Belə ki, müqavilənin 4.1.3-cü bəndi ilə Yayımçı bu müqavilə müddətində kanalda bu serial ilə eyni adlı digər serialı yayımlamamağı və heç bir hüquqi və ya fiziki şəxsə yayımlama hüququ verməməyi öz öhdəsinə götürmüşdür.
61. Göründüyü kimi, mübahisə predmeti olan müqavilə eyni aktyorların digər adlı serialda çəkilmələrinə və iddiaçının həmin serialı yayımlamasına heç bir maneçilik törətmir.
62. Ümumiyyətlə, iş materaillarından görünür ki, cavabdeh zərərin mövcud olması və həcmi, habelə bu zərərin vurulmasına səbəb olan iddiaçının öz öhdəliklərinin pozmasını təsdiq edən sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi (bax yuxarıda § 46) ilə üzərinə düşən sübut etmə vəzifəsi ni yerinə yetirə bilməmişdir.
63. Kassatorun digər dəlilləri isə ümumi xarakterli ifadə və cümlələrdən ibarət olduğundan məhkəmə kollegiyası onlarla bağlı ayrıca hüquqi dəyərlərndirmə aparmağa lüzum görmür.
64. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən kassasiya şikayətinin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(103)-150/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.