Məhkəmə qərarları › İş №2-2(102)-326/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-326/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-326/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə iddiaçı ”Prior Leasing” ASC-nin Cavabdeh qarşı ilkin iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: pul tələbi; müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X6 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilkin İddiaçı ASC-nin Cavabdeh qarşı “ pul tələbi” barədə ilkin iddia, Cavabdeh İddiaçı ASC-yə qarşı “müqav ilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-208/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 2020-ci il 8 may tarixli KTA-KTT-20/1145 saylı Aqrar Kredit və X12 ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində m üvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 2. 2021-ci il 29 aprel tarixli PLM-21/0079-3 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-nin qarşısında daxili maliyyə lizinqi müqaviləsinə əsasən 2021ci il 29 aprel tarixinə qədər 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26.262,52 kombayn təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumulikdə 37.495,85 manat öhdəliyi vardır. 3. 2021-ci il 12 may tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən İddiaçı ASC-nin AZ40AİİB******************** nömrəli hesabına 35.800 manat məbləğində vəsait ödənilmişdi; 2021-ci il 12 may tarixli 02 nömrəli ödəniş tapşı rığına əsasən, 6.739,80 manat məbləğində vəsait ödənilmişdir; 2021-ci il 12 may tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən 2.500 manat məbləğində vəsait ödənilmişdir.

4. CPMİ seriyalı, 00328-20 nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “CLAAS DOMİNATOR 130” markalı kombayn 2020-ci il 12 may tarixindən 2021-ci il 12 may tarixinədək dövr üzrə sığortalanmış, 1.181,40 manat məbləğində sığorta haqqı ödənişi və 2.685 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. 5. 2020-ci il 27 iyun tarixli, 000540 nömrəli təmir aktında, mühərrikin yüksək dövriyyələrdə qeyri-stabil işlədiyi, 2020-ci il 29 iyun tarixli, 000551 nömrəli təmir aktında isə texnikaya baxış zamanı yanacaq sisteminə su düşdüyü, aşağı su ayrıcı filterini açdıqda, filterin yarıs ından su ilə dolu olduğu, bunun da filterin suyu yanacaq nasosuna buraxmasına səbəb olduğu qeyd olunmuşdur 6. 2020-ci il 11 iyul tarixli, 000560 nömrəli təmir aktında qeyd olunmuşdur ki, yanacaq sisteminə su düşdüyü üçün forsunka və nasos sıradan çıxmışdır. Elektrik bölməsində əsas magistral kabel qısa qapanmada əsas kabel və relelər sıradan çıxmışdır. Bütün elektrik göstəriciləri işləmir. Ötürücü kameranın sol yastığında səs var. Qarğıdalı başlığına qoşulan kardanın qoruyucusunun üstündə sınıq var. Başlığın içərisində də zədə var. Biçici çinlərin bir neçəsi (iki ədəd) dəyişilmişdir. Pilləkən aşağısı dəyişilmişdir. Salonun içərisinə əlavə çexol çəkilmişdir. Elektrik sistemi nasaz olduğu üçün elektrik işıqları yoxlanılmamışdır. Bazada təkrar olaraq yoxlanılacaqdır. 7. 2021-ci il 11 iyul tar ixli aktda qeyd olunmuşdur ki, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X4, Qobustan rayon Xilmilli kənd sakini X8, Qobustan rayon Xilmilli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X5 bu aktı ondan ötəri tərtib etmişlər ki, Qobustan rayon Xilmilli kənd ərazisində X1 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman 2020-ci il 11 iyul tarixində Claas Dominator 130 kombayn qəflətən alışmış, sürücüsü X5 və kənd sakinləri X8, X4, X2 tərəfindən kombaynda olan yanğınsöndürən balonla söndürülmüşdür. 8. "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış hesab fakturaya əsasən, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26.262,52 manat (22.256,37 əsas+4.006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir.

9. İddiaçı ASC Cavabdeh 2021-ci il 12 mart tarixli pretenziya məktubu ünvanlayaraq, müqavilə üzrə yaranmış 9.615,56 manat məbləğində gecikdirilmiş borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

10. Cavabdeh İddiaçı ASC-yə 2021-ci il 12 iyul tarixli pretenziya məktubu ünvanlayaraq, ilkin ödəniş olaraq ödədiyi pulların qaytarılması və eləcə də, ona dəymiş ziyanın ödənilməsi və ya ona tam yararlı təmir olunmuş kombaynın və ya yeni kombaynın verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. 11. 2020-ci il 8 may tarixli KTA-KTT-20/1145 saylı daxili maliyyə lizinqi müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə 2021-ci il 2 avqust tarixli 008 nömrəli əmrdə İddiaçı ASC ilə Cavabdeh arasında bağ lanan daxili maliyyə lizinqi müqaviləsinin 14.2-ci bəndinə əsasən, həmin müqavilənin bir tərəfli qaydada ləğv edilməsi, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi və müqavilənin ləğvi barədə Cavabdeh məlumat verilməsi qərara alınmışdır. 12. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00328-20 saylı podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız 2020-ci il 21 avqust tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə 2020-ci i l 21 avqust tarixində İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-nin əməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danışığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldıqdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərəkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubda qeyd edilən hadisənin 2020-ci il 11 iyul tarixində deyil, iyun ayında b aş verdiyi, həmçinin hadisə barədə məlumatın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil, yalnız 2 ay sonra İddiaçı ASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyənləşdirmək təəssüf ki, mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı ASC (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh) qarşı iddia ərizəsi ilə “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət e dərək, daxili maliyyə lizinqi müqaviləsinə (bundan sonra-“Müqavilə”) əsasən 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37.495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 748-1.5, 748-1.11, 748-1.12.4, 748-2.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 36.11-ci maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 1 ədəd “Claas Dominator 130” markalı kombayn cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq 2020-ci il 8 may tarixli lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 179.000 manat təşkil etmiş, həmin məbləğin 69.094,65 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən 35.800 manat məbləğində ilkin ödəniş, 5.370 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası iddiaçıya ödənilmişdir. Eyni zamanda, cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən kombayn cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə 2021-ci il 29 aprel tarixinə cavabdehin lizinq müqaviləsi üzrə 9.908,59 manat əsas borcu yaranmışdır. Müqavilənin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 2021-ci il 29 aprel tarixinə qədər 1.327,74 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən 2021-ci il 12 mart tarixli PLM-21/0049 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, o, göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Bundan başqa, cavabdehin idarə etdiyi “Claas Dominator 130” markalı kombayna 2020-ci il 11 iyul tarixdə Qobustan rayonu Yekəxana kəndi ərazisində zərər dəymişdir. "xxxx" MMC şirkəti tərəfindən tərtib olunan yekun qüsur aktına əsasən kombayna 26.262,52 manat məbləğində ziyan dəymişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqaviləyə əsasən 2021-ci il 29 aprel tarixinə qədər 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37.495,85 manat öhdəliyi vardır.

15. Cavabdeh iddiaçıya qarşı 2021-ci il 12 iyul tarixində “müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilənin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45.039,8 manat pul və ona dəymiş 13.000 m anat ziyan olmaqla, cəmi 58.039,8 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbi MM-in 21.1, 21.2, 748-1.5-ci maddələrinə istinad edilməklə, onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə tam əməl edərək, ümumilikdə iddiaçıya 45.039,8 manat məbləğində pul ödəmişdir. 2020-ci il 21 may tarixli 036 saylı aktla “Claas Dominator 130” markalı kombaynı təhvil almışdır. Təhvil aldıqdan az sonra, kombayn taxıl sahəsində taxıl biçdiyi zaman yanmış və tərəflərindən yanğınsöndürən balon vasitəsilə söndürülsə də, kombayn yararsız vəziyyətə düşmüşdür. Hadisə barədə cavabdeh dərhal lizinq şirkətinə məlumat vermiş və 2020-ci il 11 iyul tarixli aktla yararsız vəziyyətə düşmüş kombaynı iddiaçıya qaytarmışdır. Sığorta müqaviləsini iddiaçı bağladığı üçün cavabdeh yanğın barədə iddiaçıya dərhal xəbər vermişdir. Yuxarıda göstərdiyi kimi, kombaynı təhvil aldıqdan az sonra kombayn tam gücü ilə işləyə bilməmişdir. O, bu barədə iddiaçıya məlumat vermiş və onların göstərdiyi təmir işi ilə məşğul olan "xxxx" MMC müəssisəsinə, bir saatına görə 50 manat pul ödəməklə, kombaynı təmir etdirsə də, yenə kombayn tam yararlı vəziyyətə düşməmişdir. Ona görə də mövsüm vaxtı o, kombaynı lazımı qaydada işlədə bilməmişdir. Bu göstərilənlərə baxmayaraq, iddiaçının təqsiri ucbatından kombaynı istismar etmədiyi halda ondan əsassız olaraq aylıq lizinq müqaviləsinə görə pul tələb edirlər. Cavabdeh mülkiyyətində olan bütün mal-qarasını dəyər-dəyməzinə satmış, eləcə də tanıdığı adamlardan borc alaraq, ilkin ödə niş kimi sığorta pulu və sair ödənişlərə görə 45.039,8 manat pul ödəyərək kombaynı almışdır ki, gəlir əldə etsin. Lakin iddiaçının təqsiri ucbatından ziyana düşmüşdür. Əgər 45.039,8 manat pul cavabdehin istifadəsində olsa idi və ya ASC kombaynı tam yaralı vəziyyətdə onun istifadasinə versə idi, o, ən azı 13.000 manat gəlir əldə edə bilərdi. İddiaçının təqsiri ucbatından iddiaçının 13.000 manat gəliri əldən çıxmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 sentyabr tarixli e-2-2(113)-2895/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi; qarşılıqlı iddianın qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehdən (ilkin iddiaçıdan) 35.800 manat məbləğində pulun tutularaq qarşılıqlı iddiaçının (cavabdehin) xeyrinə ödənilməsi qət edilmişdir (hakim Z.Axundova).

18. Birinci insta nsiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinadla (bax yuxarıda §1-12) müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya 35.800 manat məbləğində ilkin ödəniş və müqavilənin rəsmiləşdirilməsi komissiyası, lizinq obyektinin qeydiyyat xərcləri, sığorta haqqı, GPS xərcləri daxil olmaqla, müqavilənin bağlanması ilə bağlı ümumilikdə 6.739,8 manat məbləğində ödəniş edilmişdir. 2020-ci il 21 may tarixli 036 saylı akt əsasında cavabdeh iddiaçıdan “Class Dominator 130” markalı kombaynı təhvil almışdır. Cavabdeh kombaynı təhvil aldığı tarixdən 2.500 manat lizinq ödənişini həyata keçirmişdir. Lakin 2021-ci il 11 iyul tarixində kombayn qəflətən alışmış, bu barədə 2021-ci il 11 iyul tarixli akt tərtib olunmuş və kombayn cavabdeh tərəfin dən iddiaçıya qaytarılmışdır. Kombayn təmir olunduqdan sonra iddiaçıya verilmişdir. Həmçinin lizinq obyekti 2020-ci il 12 may tarixindən 2021-ci il 12 may tarixinədək dövr üzrə sığorta şirkətində sığortalanmışdır. ASCnin əməkdaşları hadisə ilə əlaqədar sığorta şirkətinə müraciət etsələr də, sığorta şirkəti tərəfindən baş vermiş hadisə barədə məlumatın onlara gec verilməsi səbəbindən sığorta ödənişi etməkdən imtina etmişlər. Tərəflər arasında müqavilə, lizinq verən tərəfindən 2021-ci il 2 avqust tarixli birtərəfli qaydada ləğv edilərək, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi qərara alınmışdır.

19. Məhkəmə MM-in 21, 337.1-337.3, 354.1, 354.2, 385.1, 390.1, 747.1, 748-1.12.4, 748-11-ci maddələrinin t ələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin materialları ilə öz təsdiqini tapmadığından, ilk iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyul ayında kombaynla bağlı yanğın hadisəsi baş verdikdən sonra kombaynı iddiaçıya təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, kombaynın lizinq alanın qısa müddətdə (2020-ci il 21 may - 2020-ci il 11 iyul) istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış və n asazlıqlar aşkar olunmuşdur. Cavabdeh iddiaçıya müraciətlər edərək, lizinq obyektinin başqası ilə əvəz olunmasını təklif etmişdir. Lizinq alan lizinq obyektindən qısa müddət ərzində istifadə edə bilmiş, onda da kombayn iki dəfə təmirə getmiş, sonra qeyd olunan hadisə baş vermişdir. Daha sonra kombayn təmirdə, sonra isə lizinq verənin sərəncamında olmuşdur.

20. Göründüyü kimi, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Lizinq alan lizinq obyektinin onun istifadəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. Lizinq obyektinin təhvil alandan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır.

21. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər ara sında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbini irəli sürsə də, həmin tələbini əsaslandırmamışdır. Ona görə də, həmin iddia tələbi təmin olunmamalıdır.

22. Məhkəmə qarşılıqlı iddia tələbinin - cavabdehin ilkin olaraq ödədiyi 45.039,8 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən, yəni cavabdehin ilkin olaraq ödədiyi 35.800 manat məbləği hissəsində təmin edilməli, qalan hissədə (müqavilənin bağlanması ilə bağlı ümumilikdə 67.39,8 manat məbləğində ödəniş və aylıq ödədiyi lizinq ödənişi ) isə təmin olunmamalıdır.

23. Qarşılıqlı iddia tələbinin digər hissəsini isə - cavabdehə dəymiş 13.000 manat ziyanın iddiaçıdan alınaraq ona ödənilməsi təşkil edir. Bununla bağlı məhkəmə mövqeyini belə əsaslandı rmışdır ki, qanunvericilik tələblərinə əsasən cavabdeh tərəfindən ziyanın vurulması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir.

24. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, qarşılıqlı iddianın rədd edilməsinə və ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir.

25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilib, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, idd iaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi-ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov)

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin 2021-ci il 29 aprel tarixə müqavilə üzrə hesablanmış 9.908,59 manat əsas borcun, 1.327,74 manat cərimənin cavabdehdən tutulmasına dair ilk iddia tələbinin rədd edildiyi hissədə qanuni və əsaslı hesab etmişdir.

28. İşdə olan 2020-ci il 11 iyul tarixli təmir aktına əsasən, yanğından sonra kombayn təmir olunması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Həmin tarixdən sonra kombaynın lizinqalana qaytarıldığı barədə işdə sübut yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, kombayn qısa müddət ərzində (2020-ci il 21 may - 2020-ci il 11 iyul) lizinqalanın istifadəsində olduğundan lizinq predmetindən istifadə etmədiyi 8 ay üçün lizinqalandan lizinq ödənişi tələb edilməsinə dair tələb əsassızdır.

29. Məhkəmə birinci instansiya məhkəməsinin ilk iddia tələbinin 26.262,52 manat təmir xərci ilə bağlı hissədə rədd edildiyinə dair hissədə nəticəsi ilə razılaşmamış və göstərmişdir ki, həmin məhkəmə ilk iddianı bu hissədə rədd edərkən tərəflər arasında bağlanmış müqavilənin 12.5.1-ci bəndinin tələbini nəzərə almamış, kombaynın yanmasında lizinq alanın təqsiri olmadığına istinad edərək ilk iddianı tam rədd etmişdir. Halbuki hazırkı halda sığorta hadisəsinin baş verməsində lizinq alanın təqsirli olubolmadığı qeyd edilən tələbə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli deyildi. Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu hal sığorta ödənişinin həyata keçirilməməsində lizinq alanın təqsirli olub-olmaması, lizinq alan tərəfindən lizinq müqaviləsinin şərtinin pozulub-pozulmadığı, müqavilə şərtinin pozulması nəticəsində ilk iddia üzrə iddiaçıya ziyan dəyib-dəyməməsi idi.

30. İşdə olan sübutlarla təsdiq olunmuşdur ki, sığorta hadisəsi nəticəsində vaxtında məlumat verilmədiyindən, lizinq şirkəti sığorta ödənişini ala bilməmiş, nəticədə yanğın hadisəsi nəticəsində zərər dəymiş kombaynı öz vəsaiti hesabına təmir etdirmiş, buna 26.262,52 manat vəsait xərcləmişdir.

31. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh və nümayəndəsi təsdiq etmişlər ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına məlumat verməmiş, yalnız mobil telefonla lizinq şirkətinə məlumat verilmiş, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılmamışdır. Belə olan halda, lizinq alan öz öhdəliyini icra etməyərək sığorta hadisəsi nəticəsində sığorta şirkətinə vaxtında məlumat vermədiyindən ilk iddia üzrə iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş ziyanı öz vəsaiti hesabına aradan qaldırılmasına çəkilmiş xərc ona dəymiş real ziyan kimi qiymətləndirilməli, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində təmin edilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Beləliklə, məhkəmənin qətnaməsi həmin hissədə qanuni və əsaslıdır.

33. Məhkəmə gəldiyi nəticəni MM-in 424.4, 442, 443.1 və 443.2,-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, ilkin iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

35. İddi açı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, cavabdehin iddia tələbinin rədd edilməsi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 9.908,59 manat əsas borcun,1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla ümumilikdə 37.495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli, 2-2(102)-693/2022 saylı qərarı ilə ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 22(103)-127/2022 saylı qətnaməsinin qismən – cavabdehdən iddiaçının xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır ( Məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və B.Məmmədli).

37. Kassasiya instansiyası məhkəməsi məhkəmə aktının ləğv edilən hissəsində göstərmişdir ki, ilk iddia tələbini 26.262,52 manat təmir xərci ilə bağlı hissədə təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, sığo rta hadisəsi nəticəsində vaxtında məlumat verilmədiyindən lizinq şirkəti sığorta ödənişini ala bilməmiş, nəticədə yanğın hadisəsi nəticəsində zərər dəymiş kombaynı öz vəsaiti hesabına təmir etdirmiş, buna 26.262,52 manat vəsait xərcləmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh və nümayəndəsi təsdiq etmişlər ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdeh sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına məlumat verməmiş, yalnız mobil telefonla lizinq şirkətinə məlumat verilmiş, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılmamışdır. Belə olan halda, lizinq alan öz öhdəliyini icra etməyərək sığorta hadisəsi nəticəsində sığorta şirkətinə vaxtında məlumat vermədiyindən ilk iddia üzrə iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş ziyanı öz vəsaiti hesabına aradan qald ırılmasına çəkilmiş xərc ona dəymiş real ziyan kimi qiymətləndirilməli, cavabdehdən iddiaçının xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində təmin edilməlidir.

38. Bununla əlaqədar olaraq kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin materiallarında olan 2020-ci il 12 may tarixli, “Sığortaçı” "xxxx" ASC ilə “Sığortalı” "xxxx" ASC arasında bağlanmış CPMİ 00328-20 saylı sığorta Şəhadətnaməsinin sonuncu bəndinə əsasən sığorta hadisəsi baş vedikdə Sığortalı (yəni "xxxx" ASC) olduqca tez bir zamanda (7/24) Sığortaçıya 050 253 55 22 və sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq dövlət orqanlarına xəbərdarlıq etməlidir. Beləliklə, həmin Şəhadənamə ilə sığorta müqaviləsinin tərəfləri sığorta hadisəsi barədə sığorta çıya məlumat verilməsini faydalanan şəxs olaraq cavabdehin deyil, məhz “Sığortalı”- "xxxx" ASC-nin vəzifəsi olaraq müəyən etmişlər. Məhkəmələr tərəfindən müəyyən edilmiş hal isə ondan ibarətdir ki, cavabdeh yanğın hadisəsi barədə dərhal lizinq şirkətinə sığortalıya məlumat vermişdir.

39. Cavabdehin kassasiya şikayətində bununla əlaqədar qeyd olunmuşdur ki, "xxxx" ASC ilə bağlanan müqaviləyə əsasən, sığorta hadisəsi barədə məlumatlandırma sığorta qanunvericiliyi ilə “Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası” qaydalarına və sığorta müqaviləsinə uyğun xüsusi olaraq həyata keçirilir. Həmin qaydaların 11.1-ci bəndində göstərilir ki, sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbini göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir. Həmin müqavilədə sığortalı ASC-dir və sığorta hadisəsi baş verdikdə sığortalı olduqca tez bir zamanda sığotaçıya və müvafiq dövlət orqanlarına xəbərdarlıq etməli idi.

40. Məhkəmə kassatorun bu dəlili ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən «Sığorta Şəhadətnaməsi»nin qeyd edilən bəndi nəzərə alınmamış, sığortalının vəzifəsi olaraq müəyyən edilmiş hadisə barədə xəbər vermə əsassız olaraq cavabdehin öhdəliyi kimi müəyyən edilmiş, bu isə öz növbəsində düzgün olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nət icələnmişdir.

41. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 337, 354, 385, 390, 424, 442, 443, 747, 748-1, 748-11, 883, MPM-in 14,77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli, 2-2(103)-208/2023 saylı qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 sentyabr tarixli e-2-2(113)2895/2021 nömrəli qətnaməsinin yoxlanılan hissədə (Cavabdeh "xxxx" ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması tələbinin rədd olunması hissəsində) dəyişdirilmədən saxlanılması qət edimişdir ( sədrlik edən-məruzəçi hakim C.Yusi fov, hakimlər Ş.Məmmədova və P.Hüseynov).

43. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri, MPM-in 420-ci maddəsinin tələbləri qaydasında nəzərə alınmaqla, işin materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlmişdir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçı "xxxx" ASC-nin apellysiya şikayəti təmin edilmədən, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin hallarından göründüyü kimi, hazırkı məhkəmə araşdırmasının predmetini ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı lizinq obyekti olan kombaynın təmiri üçün xərclənən 26.262,52 manat məbləğində vəsaitin sonuncudan iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təşkil edir.

45. Həmin xərc məbləğin yaranma mənş əyi ilə bağlı birinci instansiya məhkəməsi öz qərarında istinad etdiyi hallar aşağıdakılardan ibarətdir: “- 000551 nömrəli xx.xx.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, texnikaya baxış zamanı aşkar olunmuşdur ki, yanacaq sisteminə su düşüb. Aşağı su ayrıcı filteri açdıqda məlum olmuşdur ki, filter yarısından su ilə doludur. Bu da filterin suyu yanacaq nasosuna buraxmasına səbəb olmuşdur. - 000560 nömrəli xx.xx.2020-ci il tarixli təmir aktında qeyd olunmuşdur ki, yanacaq sisteminə su düşdüyü üçün forsunka və nasos sıradan çıxmışdır. Elektrik bölməsində əsas magistral kabel qısa qapanmada əsas kabel və relyelər sıradan çıxmışdır. Bütün elektrik göstəriciləri işləmir. Ötürücü kameranın sol yastığında səs var. Qarğıdalı başlığına qoşulan kardanın qoruyucusunun üstündə sınıq var. B aşlığın içərisində də zədə var. Biçici çinlərin bir neçəsi (iki ədəd) dəyişilmişdir. Pilləkan aşağısı dəyişilmişdir. Salonun içərisinə əlavə çexol çəkilimişdir. Elektrik sistemi nasaz olduğu üçün elektrik işıqları yoxlanılmamışdır. Bazada təkrar olaraq yoxlanılacaqdır. - 11 iyul 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X4, Qobustan rayon Xilmilli kənd sakini X8, Qobustan rayon Xilmilli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X5 bu aktı ondan ötəri tərtib etmişlər ki, Qobustan rayon Xilmilli kənd ərazisində X1 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman 11 iyul 2020-ci il tarixində Claas Dominator 130 kombayn qəflətən alışmış, sürücüsü X5 və kənd sak inləri X8, X4, X2 tərəfindən kombaynda olan yanğınsöndürən balonla söndürülmüşdür - "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış hesab fakturadan görünür ki, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26262,52 manat (22256,37 manat əsas + 4006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00328-20 saylı Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat İddiaçı ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız xx.xx.2020-ci il tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixində İddiaçıASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-ninəməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danşığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldığdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərəkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubunuzda qeyd edilən hadisənin xx.xx.2020-ci il tarixində deyil iyun ayında baş verdiyi, həmçinin hadisə barədə məlu matın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil yalnız 2 ay sonra İddiaçıASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub olmadığını müəyyənləşdirmək təəssüf ki mümkün olmamışdır.

46. Daha sonra, məhkəmə, tədqiq olunan sübutlarla müəyyən edilən hallara qiymət verərək qeyd etmişdir ki, “...Cavabdeh lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyul ayında kombaynla bağlı yanğın hadisə baş verdikdən sonra kombaynı "xxxx" ASC-yə təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, kombaynın lizinq alanın istifadəsində qısa müddətdə (xx.xx.2020xx.xx.2020-ci il) istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış, onda yuxarıda qeyd olunan nasazlıqlar aşkar olunmuşdur. İlk iddia üzrə cavabdeh iddiaçıya müraciətlər edərək, lizinq obyektinin başqası ilə əvəz olunmasını təklif etmişdir. lizinq alan lizinq obyektindən qısa müddət ərzində istifadə edə bilmiş, onda da kombayn iki dəfə təmirə getmiş, sonra qeyd olunan hadisə baş vermişdir.Göründüyü kimi, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. lizinq alan lizinq obyektinin onun istif adəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. lizinq obyektinin təhvil alandan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia əsassız olduğundan təmin olunmamalıdır...”

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunan sübutlarla müəyyən olunan halları belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının, lizinq obyekti olan kombaynın təmirinə çəkilən xərcin ödənilməsinə dair iddia tələbinin rədd edilməsi əsaslıdır. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən əsas etibarı ilə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh yanğın hadisəsi baş verdikdən 2 ay sonra o na məlumat verdiyindən, ASC sığortaçıdan ("xxxx"ASC-dən) sığorta ödənişi ala bilməmişdir. Lakin iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmaq mümkün deyil.

48. Birincisi ona görə ki, onun öz əməkdaşının (Hafiz Mrzəyev) iştirakı ilə, həm də ona məxsus xüsusi formaya malik yaşıl rəngli forma blankda tərtib olunmuş 11 iyul 2020-ci il tarixli 000560 No-li təmir aktında (i.v.103) iddiaçının istinad etdiyi yanğın hadisəsi barədə məlumat verdiyi əlaqə nömrəsi (051 207-11-98) mövcuddur və həmin aktda kombaynın texniki nasazlıq üzündən, başqa sözlə, cavabdehin təqsiri olmadan yandığı təsbit olunur.

49. İkincisi, qeyd olunduğu kimi, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X4, Qobustan rayon Xilmilli kənd sakini X8, Qobustan rayonXil milli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X3 iştirakı ilə tərtib olunmuş aktda da məhz, yanğın hadisəsinin 11 iyul 2020-ci il tarixində kombaynın yanması faktı təsdiq olunur.

50. Üçüncüsü, Qala Sığorta” ASC-nin qeyd olunan məktubundan göründüyü kimi hadisədən 1 ay 10 gün keçdikdən sonra, 21 avqust 2020-ci il tarixində yalnız ilkin İddiaçı ASC-nin (sığortalı) əməkdaşı Zaur Adıgözəlov sığortaçı "xxxx" ASC-yə məlumat vermiş, sonuncu isə artıq mübahisələndirilən texniki təmir olunduğundan hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyənləşdirmək mümkün olmadığı əsas gətirilərək sığortalı İddiaçı ASC-yə sığorta ödənişi aparmaqdan imtina etmişdir. Tədqiq olunan 11 iyul 2020-ci il tarixində tərtib olunmuş təmir aktından isə görünür ki, sığortalının nümayəndəsinin iştirakı ilə texniki təmir yerinə aparılmışdır.

51. Tərəflər arasında 08 may 2020-ci il tarixində bağlanmış daxili maliyyə lizinqi müqaviləsindən isə görünür ki, lizinq obyekti 5 il müddətinə lizinq verən tərəfindən sığortalanır (b.12.1), lizinq alan sığorta hadisəsi baş verdikdə, lizinq obyekti və ya hissələri zədələndikdə (korlandıqda) tam məhv edildikdə, itirildikdə, talandıqda hadisənin baş verməsi barədə bildiyi andan dərhal birinci növbədə lizinq verənə məlumat verməlidir (b.12.5.1.)

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbindən isə görünür ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

53. İşin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından da göründüyü kimi, Cavabdeh tərəfindən lizinq müqaviləsinin qeyd olunan bənd i ilə üzərinə düşən həmin müqavilə öhdəliyini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin iddiaçının qeyd olunan tələbi üzrə mülki məsuliyəti istisna olunur.

54. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin 12.1-ci bəndinin şərti qaydasında lizinq verən İddiaçı ASC ilə "xxxx" ASC ilə sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) bağlanmış və işə əlavə olunmuş həmin müqaviləyə əsasən sığorta hadisəsi baş vedikdə Sığortalı ("xxxx" ASC) olduqca tez bir zamanda (7/24) Sığortaçıya 050 *** ** ** və sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq dövlət orqanlarına xəbərdarlıq etməlidir (sonuncu bənd).

55. Göründyü kimi, sığorta hadisəsi barədə sığortaçını xəbərdar etmək vəzifəsi sığortalı "xxxx" ASC-nin müqavilə öhdəliyi olduğu halda, sonuncu üzərinə düşən həmin öhdəliyini lazımnca yerinə yetirməmiş, lizinq obyekti zədələnsə və yansa da, sığortalı bu barədə təmir aktları tərtib etməklə kifayətlənmiş, sığortaçıdan sığorta ödənişinin almaq üçün demək olar ki, hərəkətsizlik etmiş, ən azından sığortaçıya qarşı sığorta ödənişi tələbi ilə məhkəmədə iddia qaldırmaq imkanını belə qaçırmış, mübahisəli texnikaya çəkilmiş həmin xərci cavabdehdən məhkəmə yolu ilə almağı üstün tutmuşdur.

56. Mülki Məcələsinin 448.2-ci maddəsi isə nəzərədə tutur ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

57. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qəna ətə gəlmişdir ki, iddiaçı "xxxx" ASC-nin təmir xərclərinə görə 26.262,52 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə iddia tələbi əsassızdır. Bu baxımdan məhkəmə həmin hissədə ilkin iddiaçının tələbinin rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirmişdir.

58. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 2022-ci il 22 fevral tarixli, 22(103)-127/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qyeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

59. MM-in 5.3 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında bağlanmış 2020-ci il 8 may tarixli KTAKTT-20/1145 nömrəli Aqrar Kredi t və X12 ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinin 12.5-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, lizinq obyekti və ya onun hissələri zədələndikdə (korlandıqda), tam məhv edildikdə, itirildikdə, talandıqda, oğurlandıqda lizinq alan aşağıdakı tədbirləri görməlidir: 12.5.1. Hadisənin baş verməsi barədə bildiyi andan dərhal lizinq verənə və sığortaçıya, həmçinin müvafiq orqanlara məlumat verməli, lizinq obyektinə sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilənədək hadisə yerini tərk etməməli, onu qeyd edilən hadisədən sonra düşdüyü vəziyyətdə qorumalıdır. 12.5.2. Baş vermiş hadisə ilə bağlı bütün sənədləri və sübutları lizinq verənə verməli, həmçinin lizinq verən tərəfindən müstəqil olaraq sığorta ödənişinin alınması məsələni həll etmək üçün zəruri məlumatları bildirməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirilmişdir ki, lizinq alan tərəfindən sığorta hadisəsinin (yanğın) baş verdiyi andan dərhal "xxxx" ASC-yə, həmçinin Fövqəladə Hallar Nazirliyinin X10 İdarəsinə məlumat verməli idi. Sığorta hadisəsi qeydə alınmadığından lizinq obyekti olan texnikanın təmiri üçün xərclənən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

60. MM-in 748-7.1-ci maddəsinin tələbi pozulmuşdur- yanğın hadisəsinin kimin təqsiri üzündən baş verməsi məhkəmə mübahisəsi olmamışdır. Bu faktın araşdırılması, təqsirin olub-olmamasının müəyyənləşdirilməsi halı müvafiq təhqiqat orqanının işidir (təhqiqatçı təqsirin olub-olmamasını müvafiq ekspertizaların keçirilməsi, şahid ifadələrinin alınması, hadisə yerinə baxış keçirilməsi, y anğın təhlükəsizliyi qaydalarına əməl-olunub olunmaması, təbii və ya texniki amillərin yanğına və onun həcminə təsiri barədə mütəxəssis rəyinin alınması və.s üsullarla təsbit edir). Kommersiya mübahisəsinə baxan kollegiya isə heç bir zərurət olmadan lizinq obyektinin yanğını zamanı sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) şərtlərini əsas gətirmiş və bununla da qərarını öz qənaətinə görə əsaslandıraraq ədalətsiz qərar qəbul etmişdir. Qərar qəbul edilərkən lizinq obyektinin lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alanın istifadəsində olmasını, ümumiyyətlə, müvafiq orqan tərəfindən sığorta hadisəsinin müəyyən olunmadığı, texnikanın lizinq alan (və ya istifadə hüququ olmayan hərhansı üçüncü şəxs) tərəfindən istismar olunarkən alışıb yanması faktı nəzərə alınmamışdır.

61. MPM-in 88, 217, 286-cı maddələrinin tələbləri pozulmuşdur-məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qərar çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflər arasında bağlanmış müqavilədən irəli gələn şərtləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətlərinin mümkünlüyü, kassasiya baxışının hədləri

63. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

64. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun o laraq tam yoxlanılacaqdır.

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

66. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa ş əxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəy yən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.... “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.... ” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin m ükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. ” Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

67. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 69. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olar aq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

70. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

72. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli, 2-2(103 )-208/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: Ə.M.Xıdırov Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar