Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-327/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli 22(103)-93/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Sat ıcı İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə alıcı Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanan 2017-ci il 23 fevral tarixli, HA 004/0217 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı satmağı, cavabdeh isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qaimə-fakturalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə xırdavat malları satıcıdan almaqla malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği bu müqaviləyə əlavə edilmiş qaimə-fakturalar ilə müəyyən ediləcək. Müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhviltəslimi təsdiq edən müvafiq qaiməni im zalayırlar. Müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur.
3. EAAS 830351 nömrəli 2019-cu il 9 aprel tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 13.865 manat, EBAL 114375 nömrəli 2020-ci il 13 iyun tarixli elektron qaiməyə əsasən 8.319 manat, EBAL 114390 nömrəli 2020-ci il 13 iyun tarixli elektron qaiməyə əsasən 2.501,60 manat məbləğində mallar təhvil verilmişdir. Həmin elektron qaimələr Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən avtomatik təsdiq edilmişdir. 4. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına 2019-cu il 17 sentyabr tarixdə 5.000 manat, 2019-cu il 20 may tarixdə 5.000 manat pul vəsaiti ödənilmişdir.
5. İddiaçı tərəfi ndən cavabdehə göndərilmiş 2021-ci il 8 aprel tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 2017-ci il 23 fevral tarixli HA 004/0217 saylı müqavilə üzrə yaranmış 10.920 manat əsas və 1.650,60 manat ƏDV borcunun 7 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı 2021-ci il 1 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.920 manat əsas borc və 1.650 manat ƏDV borcunun, borcun gecikdirilməsinə görə 3.142,65 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 23 fevral tarixdə HA 004/0217 saylı müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə görə alıcı müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə xırdavat malları satıcıdan almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüş, bütün razılaşmalar müqavilədə öz əksini tapmışdır. Həmin müqavilənin 5.4-cü bəndinə görə malı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək, malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Müqavilənin 5.1-ci maddəsinə görə alıcıdan malın qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququdur.
8. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə cavabdeh § 3-də göstərilmiş elektron qaimələr əsasında göstərilən məbləğlərdə ödənişlər etmiş, yekunda isə ümumilikdə 10.920 manat əsas və 1.650,60 manat ƏDV borcu yaranmışdır. Qalan borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmuş, 2021-ci il 8 aprel tarixli pretenziya məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, lakin keçən müddət ərzində borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 462.1, 567, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
11. Bakı Kommersiya Məhkə məsinin 2021-ci il 1 oktyabr tarixli, e-2-2(113)3434/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.920 (on min doqquz yüz iyirmi) manat əsas borc və 1.650 (bir min altı yüz əlli) manat ƏDV borcu olmaqla, ümumilikdə 12.570 (on iki min beş yüz yetmiş) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
12. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-5) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2017-ci il 23 fevral tarixli HA 004/0217 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-s atqı müqaviləsi və MM-in normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Məhkəmə cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 12.570 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12.570 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə iddia tələbinin 3.142,65 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2017-ci il 23 fevral tarixli HA 004/0217 nömrəli alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki, MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilədə nəzərdə tutulduğu halda tələb oluna bilən pul məbləğidir. Belə olan halda, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 462, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 2-2(103)-93/ 2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və V.Baxışova).
18. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, işin materiallarında olan EAAS 830351 nömrəli 2019-cu il 9 aprel tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 13.865 manat, EBAL 114375 nömrəli 2020-ci il 13 iyun tarixli elektron qaiməyə əsasən 8.319 manat, EBAL 114390 nömrəli 2020-ci il 13 iyun tarixli elektron qaiməyə əsasən 2.501,60 manat məbləğində mallar təhvil verilmişdir. Həmin elektron qaimələr Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən avtomatik təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh həmin elektron qaimələrə etirazını bildirməmişdir.
19. Əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı ona heç bir mal təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin, hazırkı işdə bu hal mövcud deyil. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
20. Bundan başqa, iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına 2019-cu il 17 sentyabr tarixdə 5.000 manat və 2019-cu il 20 may tarixdə 5.000 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi cavabdeh ona heç bir mal verilmədiyini bildirsə də, iddiaçı tərəfindən ona verilən malların bir qisminin dəyərini ödəmişdir. Apellyasiya şikayətində isə həmin ödənişlərin yanlışlıq nəticəsində edildiyini göstərmiş, lakin bununla bağlı sübutları təqdim etməmiş, həmin məbləğlərin geri qaytarılması barədə pretenziya göndərməmiş və ya iddia irəli sürməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, tərəflər arasında MMin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 567-ci maddəsinə, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elekton qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
22. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 yanvar tarixində iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
23. Qətnamədən cavabdeh 2022-ci il 17 mart tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. MPM-in 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur-işə apellyasiya instansiyası məhkəməsində baxılarkən apellyasiya şikay ətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və s.) araşdırılmamışdır. Nəticədə, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.
25. MPM-nin 97.1-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya 2017-ci il 23 fevral tarixli, HA 004/0217 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı.
26. MPM-nin 9-cu maddəsinin tələbləri pozulmuşdur-məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edi lmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. HƏDLƏRİ KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsi nin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Q ərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə ləğv edilmişdir) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” rekvizitində öz əksini tapır.” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş ə məliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”
33. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdi yi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol v erilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
35. Kollegiya cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusu ilə bağlı § 24-də göstərilən dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə, müvafiq elektron qaimələrə əsasən ona təqdim malın dəyərinin bir hissəsini ödəməsi, qalan hissəsinin isə ödənilməsini təsdiq edən sübutların olmaması əsas götürülməklə, iddia əsas borc və ƏDV borcunun tutulması hissəsində əsaslı hesab edilmişdir.
36. Kassasiya şikayətinin § 25-də gös tərilən digər dəlili apellyasiya məhkəməsinin cavabdehin iddiaçıya 2017-ci il 23 fevral tarixli, HA 004/0217 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməməsi, bununla da MPM-nin 97.1-ci maddəsinin pozulması ilə bağlıdır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhk əmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir.
39. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin nəticəsini MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun hesab edir.
40. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması nəticəsində çəkişmə prinsipinin pozulmasına gəldikdə (bax yuxarıda §26), qeyd olu nmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPMnin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəfl ərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
41. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, cavabdehin müraciəti əsasında işə apellyasiya qaydasında təxirə salınmışdır. Bununla belə, cavabdeh, nümayəndəsinin növbəti məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyinə dair zəruri sübutları təqdim etmədən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kolle giyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
43. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli 2-2(103)-93/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.M.Məmmədli