Məhkəmə qərarları › İş №2-2(102)-328/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-328/2019

10.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “İddiaçı LTD” MMC-nin Cavabdeh-yəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Nümayəndə1, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “İddiaçı LTD” MMC-nin Cavabdeh-yə qarşı borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 06 mart 2019-cu il tarixli 2-2(103)-143/2019 qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 10 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “İddiaçı LTD” MMC-nin Cavabdeh-yəqarşı Cavabdeh-dən 1899945,33 manat pulun alınıb “İddiaçı LTD” MMC-yə ödənilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 01 okyabr 2009-cu ildə Cavabdeh ilə Abşeron yarımadasında geniş zolaqlı internet xidmətlərinin göstərilməsi barədə 371 saylı müqavilə imzalamışdır. Müqaviləyə əsasən Abşeron yarımadasında geniş zolaqlı şəbəkə xidmətlərinin təşkili üçün cavabdehi tələb olunan resuslarla təmin etməli idi. Müqavilə üzrə iddiaçı öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Hazırda da müqavilə öhdəliklərinə əməl edir. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etmir. Hazırda cavabdehin “İddiaçı LTD” MMC-yə 1633186,33 manat borcu yaranıb. Dəfələrlə iddiaçı tələb etsə də borc ödənilmir və ödənilməməsinin səbəbləri haqqında məlumat verilmir. İddiaçının cavabdehə ünvanladığı 06.01.2017-ci il tarixli və 26.04.2017-ci il tarixli pretenziya məktublarına cavab verilməmişdir. Cavabdehin borcu iddia ərizəsinə əlavə edilmiş xidmət aktları ilə təstiq olunmuşdur. Borcun məbləği cavabdeh tərəfdən mübahisələndirilməmişdir. Müqavilənin 6.2-ci bəndində öhdəliyin yerinə yetirilməməsinə və gecikdirilməsinə görə cavabdeh hər gün üçün aylıq xidmət haqqının 0,03% həcmində əlavə haqq ödəməlidir. Beləliklə 31.05.2017-ci ilə cərimənin məbləği 82557,27 manat təşkil edir. ƏDV üzrə borc 2894,84 manatdır. Hüquqi xidmət müqavilə sinə görə fərdi qaydada fəaliyyət göstərən vəkilə xidmət haqqı olaraq 1633186,33 manatın 10 faizi ödəniləcək ki, bu da 266729 manatdan ibarətdir. Ödənilmiş dövlət rüsumu isə 30 manatdır. Beləliklə cavabdehdən tələb olunan ümumi məbləğ1633186,33+266729+30=1899945,33 manat təşkil edir. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı LTD” MMC-nin Cavabdeh-yə qarşı ilkin iddiasının təmin edilməməsini, Cavabdeh-nin “İddiaçı LTD” MMC-yə qarşı qarşılıqlı iddiasının təmin edilərək 14534,78 manat məbləğində ziyanın “İddiaçı LTD” MMCdən tutularaq Cavabdeh-yə ödənilməsini və “İddiaçı LTD” MMC-nin müqavilə üzrə göstərilən xidmətlərin dayandırılması ilə bağlı hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə qətnamənin qəbul edi lməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 10.07.2018-ci il tarixli iş № 2-2(82)-56/2018, (sədrlik edən hakim Z.Tağıyev) qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh-dən 2391105,70 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat, cəmi 2391120,70 manat tutularaq, “İddiaçı LTD” MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.07.2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, ilkin iddianın həmin hissədə rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə ko llegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.03.2019-cu il tarixli iş № 2-2(103)-143/2019 (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 iyun 2018-ci il tarixli, 2-2(82)-56/2018 saylı qətnaməsinin qismən - 593068 manat 92 qəpik hissəsində ləğv edilməsi, iddia tələbinin bu hissədə rədd edilməsi, qətnamənin ilkin iddia tələbinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* manat 28 qəpik tutularaq iddiaçı “İddiaçı LTD” X1 ödənilməsi, ödənilmiş digər 15 manat dövlət rüsu mu ilkin iddia üzrə iddiaçı “İddiaçı LTD” X1 aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddia ərizədə 31 mart 2017 və 31 may 2017-ci il tarixli xidmət haqları üzrə xidmət haqqına görə iddia verilməyib. Həmin xidmət haqları üzrə borc ödənilib. Baxmayaraq ki, aktlarda cavabdehin imzası yoxdur. Bu səbəbdən də həmin dövrlərdə xidmətlərin göstərilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Qarşılıqlı iddia ərizəsində 14534,78 manat borcun düzgün hesablanmadığı və 2017-ci ildə xidmət haqlarının kəsintilərlə verildiyini iddia edib. Yəni Cavabdeh 31 mart 2017 və 31 may 2017-ci il tarixli aktl ar üzrə xidmət göstərilmədiyini iddia etməyib. Nəzərə alsaq ki, məhkəmə kollegiyası qarşılıqlı iddianı rədd edib onda həmin xidmət aktları üzrə xidmət göstərilməməsi nəticəsinə gəlməsi anlaşılmazdır, özü-özünü təkzibdir. Tərəflərin 28 aprel 2017-ci ildə təsdiq etdikləri üzləşmə aktından görünür ki, aktın tərtib olunma tarixinə borc ******* manat təşkil etmişdir. Yəni 31 mart 2017-ci il tarixli xidmət aktından imzanın olmaması əhəmiyyətsizdir, ona görə ki, Cavabdeh həmin akta əsasən 169666,24 manat borcu təsdiq edib. Birinci instansiya məhkəməsi iddianı 2391120,70 manat məbləğində təmin edib. Apelyasiya məhkəməsi 07 yanvar 2014 tarixli akt üzrə 176041,93 manat, 31 mart 2017-ci il tarixli akt üzrə 169666,24 manat, 31 may 2017-ci il tarixli akt üzrə 164271,18 manat, cəmi 509979,35 manat təmin olunan məbləği azaldıb. Bu hesabla 2391120,70 - 509979,35 = 1881141,35 məhkəmə kollegiyasının məntiqi ilə yanaşsaq təmin olunacaq məbləğ 1881141,35 manat olmalı idi. Göründüyü kimi, qətnamənin əsaslandırıcı hissəsi onun nəticə hissəsinə ziddir. Məhkəmə kollegiyası bu məbləğdən 117275,75 cəriməni çıxıb. Yəni 1881141,35 -·117275,75 = 1763865,6 borcu əsaslı sayıb. Lakin qətnamədə 1798037,28 göstərilib. Göründüyü kimi, məhkəmə kollegiyası özünün düzgün hesab etdiyi hesablama üzrə də düzgün nəticəyə gələ bilməmişdir. Tərəflərin 28 aprel 2017-ci ildə təsdiq etdikləri üzləşmə aktından görünür ki, aktın tərtib olunma tarixinə borc ******* manat təşkil etmişdir. Cavabdeh elektron qaimələr üzrə xidmət haqqının ödənilməsinin müqavilədə nəzərdə tutulmadığına istinad edərək elektron qaimələr üzrə xidm ət haqqı ödəməməkdə haqlı olduğunu bildirirlər. Birinci instansiya məhkəməsi iddianı 2391120,70 manat məbləğində təmin etmişdir. Bu məbləğə 117275,7 manat cərimə də daxildir. Yuxarıda göstərildiyi kimi məhkəmə kollegiyası cəriməni yalnız azalda bilərdi. Cərimə azaldılarkən borcun məbləği, cavabdehin müqavilə öhdəliklərinə aşkaranə hörmətsizliyi, iddiaçıya vurduğu maddi və mənəvi ziyan nəzərə alınmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən “İddiaçı LTD” MMC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-2(103)-143/2019 saylı qətnaməsinin 593068,92 manatın rədd edilməsi hissəsində ləğv edib həmin hissədə də iddianın təmin olunması barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Cavabdehin kasasiya şikayəti onunla əsaslandır ılmışdır ki,apelyasiya şikayətində göstərdiyinə baxmayaraq hazırda mübahisələndirilən qətnamədə də ilkin iddiaçı tərəfindən tələb edilən borcların əksər hissəsi (2017-ci ilin aprel ayından noyabr ayınadək olan borclar) birtərəfli qaydada ilkin iddiaçı tərəfindən təsdiq edilmiş elektron-qaimə fakturalara əsaslandırılsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli, 371 nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən xidmət haqqı yalnız təsdiqlənmiş akt əsasında ödənilir. Beləliklə, hər hansı xidmət haqqı məbləği yalnız aktla təsdiqləndiyi halda tələb edilə bilər. Tərəfindən təqdim edilən bank ödənişlərini sübut kimi qəbul etməməkdə də apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir. Belə ki, məhkəmə bu sübutu qəbul etməməsini əsaslandırmamışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci, 8.1-ci və 8.2-ci bəndlərinə görə fors-major halları istisna olmaqla tərəflər bir-birilərinə vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Tərəflərin öz iradələrindən asılı olmayaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra edə bilmədikləri halı fors-major halı hesab olunur. Fors-major halında tərəflər bir-birilərini mümkün olan bütün üsullardan istifadə etməklə ən qısa vaxtda məlumatlandırırlar. Əgər İddiaçı Cavabdeh tərəfindən Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını hesab edirdisə, xidmətlərin göstərilməsini dayandırmaqdan öncə yazılı məlumat əsasında Müqaviləyə vaxtından əvvəl xitam verməli idi. Yalnız bundan sonra İddiaçı müqavilə üzrə öhdəlikləri xitam verilmiş hesab edilə bilərdi və dəymiş zərər Cavabdeh tələb edilə bilərdi. İddiaçı 26 oktyabr 2017-ci il tarixinədək 09 oktyabr, 10 oktyabr, 11 oktyabr, 12 oktyabr, 23 oktyabr, 24 oktyabr və 25 oktyabr 2017-ci il tarixlərində xidmətlərin göstərilməsini qismən dayandırmaqla Cavabdeh-a 14534,78 manat məbləğində ziyan vurmuşdur. İddiaçı qanunsuz hərəkətlərini davam etdirdiyindən Cavabdeh başqa təchizatçının xidmətlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmənin diqqətinə təqdim etmək istərdi ki, əhaliyə internet xidmətləri göstərmək üçün Cavabdeh tərəfindən Çin Xalq Respublikasının “ZTE” Korporasiyası ilə bağlanmış 18 noyabr 2014-cü il tarixli “Satış müqaviləsinə” əsasən müvafiq avadanlıq və proqram təminatı alınmışdır. Alınmış avadanlıq və proqram təminatının dəyəri 155000 ABŞ dolları təşk il etmişdir. Bu avadanlıq və proqram təminatı Cavabdeh-un mərkəzi kommutasiya avadanlıqlarıdır. Alınmış avadanlıqlar İddiaçı-un istifadəsində olan və ünvan 1 ünvanında yerləşən ərazidə qurulmuşdur. Vurğulamaq istərdik ki, İddiaçı tərəfindən iddia tələbi əsas gətirilərək avadanlıqların Cavabdeh tərəfindən götürülməsinə imkan verilməmiş, avadanlıqlar qanunsuz olaraq saxlanılmışdır. Haqqında bəhs edilən avadanlıqlar olmadan əhaliyə keyfiyyətli internet xidməti göstərmək mümkün olmur ki, bu da hər gün onlarla abunəçi itkisinə səbəb olmaqla, “Cavabdeh” maddi ziyan vurur. Bütün yuxarıda göstərilənlərə əsasən Cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-2(103)-143/2019 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin id dianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1cavabdehin kasasiya şikayətinin təmin edilməməsini, iddiaçının kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-2(103)-143/2019 saylı qətnaməsinin 593068,92 manatın rədd edilməsi hissəsində ləğv edib həmin hissədə də iddianın təmin olunması barədə yeni qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2ddiaçının kasasiya şikayətinin təmin edilməməsini, cavabdehin kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-2(103)-143/2019 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınvə cavabdehin kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 4 16-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 06 mart 2019-cu il tarixli, 2-2(103)-143/2019 saylı qətnamə ilə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 iyun 201 8-ci il tarixli, 2-2(82)-56/2018 saylı qətnaməsinin qismən – 593068 manat 92 qəpik hissəsində ləğv edilməsi, iddia tələbinin bu hissədə rədd edilməsi, qətnamənin ilkin iddia tələbinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ******* manat 28 qəpik tutularaq iddiaçı “İddiaçı LTD” X1 ödənilməsi, ödənilmiş digər 15 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı “İddiaçı LTD” X1 aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 386, 442-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası tərəflərin kasasiya şikayətləri ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər iki kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra maddi v ə prosessual hüquq normalarının pozulması göstərilsə ə, bu dəlillər sadəcə formal və deklarativ olmaqla, işin hər hansı bir halı ilə əlaqələndirilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01 oktyabr 2009-cu il tarixli 371 saylı müqaviləyə əsasən informasiya texnologiyalarının tətbiqini genişləndirilməklə Bakı şəhəri, Abşeron yarımadasında genişzolaqlı internet xidmətlərinin göstərilməsində tərəflər arasında qarşılıqlı əməkdaşlığın texniki, iqtisadi, kommersiya və hüquqi münasibətlərinin əsas prinsip və şərtlərinin tənzimlənməsi məqsədilə bağlanmışdır. 371 saylı 01 oktyabr 2009-cu il tarixli müqaviləyə əlavədə olan qiymətlərin razılaşdırılması protokolundan göründüyü kimi portdan istifadə haqqı açılış 10/100/1000 Mbit/s, qiyməti ödənişsiz, qlobal inter-çıxış 1 Mbit/s, 212,40 manat, ADSL xidmətinə qoşulan hər bir istifadəçiyə görə 128 kb/s - 6144 kb/s, 3,54 manat, modem ADSL2+ birdəfəlik bir portluq 29,50 manat dəyərində razılaşdırılmışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İddiaçı LTD” MMC və Cavabdeh arasında imzalanmış 371 saylı 01 oktyabr 2009-cu il tarixli müqaviləyə 05 yanvar 2016-cı il tarixli, 1/1 saylı əlavə razılaşma əlavə edilmiş və həmin razılaşma ilə “İddiaçı LTD” MMC tərəfindən Cavabdeh-nin istifadəsinə verilən avadanlıqların aylıq icarə haqqı ƏDV daxil olmaqla 7493,00 manat təşkil etdiyi, bənd 1-də qeyd edilən aylıq icarə haqqı 371 saylı 01 oktyabr 2009-cu il tarixli müqavilə əsasında internet xidməti tərkibində aylıq ödənilməsi, avadanlıqların si yahısı cari 1 nömrəli əlavə razılaşmaya əlavə olunması, avadanlıqlar “İddiaçı Ltd” MMM-nin mülkiyyətində qaldığı, hər hansı avadanlıq və ya hissəsi hər hansı səbəbdən sıradan çıxdığı təqdirdə Cavabdeh həmin avadanlığın tam dəyərini “İddiaçı LTD” MMC-nə ödədiyi və müqavilənin digər şərt və müddəalarının dəyişməz olaraq qaldığı haqda razılığa gəlmişlər. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 03 noyabr 2017-ci il tarixli dövriyyə cədvəlindən göründüyü kimi Cavabdeh-nin “İddiaçı LTD” MMC-nə 03 noyabr 2017-ci il tarixinə 371 saylı müqaviləyə əsasən ƏDV daxil cəriməsiz borcu 2273833,95 manat, cəriməsi 117271,75 manat, cərimə daxil ümumi borcu 2391105,70 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilmişdir ki, 06 noyabr 2017-ci il tarixli, 017454 saylı 03 oktyabr 2017 - 27 oktyabr 2017-ci il tarixləri arasında verilən internet tutumu barədə məlumat cədvəlinə əsasən 27 oktyabr 2017-ci il tarixində texniki avadanlığa nəzarət olunan zaman Cavabdeh-nin internet trafiki yükünün 0 (sıfır) olduğu, tam dayandığı müşahidə olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh öz İP ünvanlarını “İddiaçı LTD” MMC-nin platformasından ayıraraq digər operatorun platformasına qoşmuşdur. Nəticədə “İddiaçı LTD” MMC Cavabdeh-yə verilən trafiki dayandırılmışdır. Cavabdeh 27 oktyabr 2017-ci il tarixdə xəbərdarlıq etmədən özü “İddiaçı LTD” MMC-nin platformasından ayrılmaqla internet xidmətlərinin alınmasından faktiki imtina etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilmişdir ki, Cavabdeh-nin nümayəndəsi Nümayəndə2 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək iddia tələbinin 07 yanvar 2014-cü il tarixli 371/53/2 nömrəli xidməti aktı ilə tələb edilən hissəsinə iddia müddətini tətbiq etməklə həmin hissənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnamədə həmin ərizəyə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “İddiaçı LTD” MMC tərəfindən bəzi xidmət aktı əsasında yaranmış borcun tələb edilməsi üçün iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Mə cəllənin 375-ci maddəsində qeyd edilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, 07 yanvar 2014-cü il tarixli XA 371/53/2 saylı xidmət aktı əsasında yaranmış 176041,93 manat borcun tələb edilməsi üçün iddia müddəti ötürüldüyündən, 31 mart 2017-ci il tarixli XA 371/92 saylı xidmət aktına əsasən tələb olunan 169666,24 manat, 31 ma y 2017-ci il tarixli XA 371/94 saylı xidmət aktına əsasən tələb olunan 164274,18 manat, həmin xidmət aktlar müqavilədə nəzərdə tutulan qaydada təsdiq edilmədiyindən borclar bu hissədə təmin edilməməlidir. Qalan borc 1798037,28 manat (2308019,63 - 176041,93 - 169666,24 - 164274,18) təşkil və bu məbləğ ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-dən tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı LTD” MMC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 117271,75 manat cərimənin tutulması hissəsini təmin edərək haqlı olmamışdır. Belə ki, Müqavilənin 6.2·ci bəndində müqavilədə qeyd olunan hər hansı öhdəliyin yerinə yetirilməsinə və gecikdirilməsinə görə 2-ci tərəf hər 1 (bir) gün üçün aylıq xidmət haqqının 0,03% (hesabfakturada göstərilən ümumi məbləğin 10%-nə qədər) həcmində əlavə haqq ödəyəcəkdir. İddiaçı iddia ərizəsində, işə baxan məhkəmə cərimənin hansı qaydada hesablanmasına dair açıqlama verməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 593068,92 manat hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə rədd edilməli, qətnamə cavabdehdən 1798037,28 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş digər 15 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı “İddiaçı LTD” MMC-yə, ilkin iddi anın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “İddiaçı LTD” MMC-nin və Cavabdeh-nin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-2(103)143/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar