Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: borc, müqaviləyə xitam və əmlakın qaytarılması tələbi 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və əmlakın qaytarılması” tələblərinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1088/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında b axmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh MMC (keçmiş A MMC, bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2019-cu il 8 avqust tarixli KTA-KTT-19/0068 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən Daxili Maliyyə Lizinqi Müqaviləsi”ndən (bundan sonra – “Müqavilə”) görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını (1 ədəd Massey Ferguson MF6713 markalı traktor, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli mala və 1 ədəd Axion 820 Stage 2 markalı traktor) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini ilkin müqavilənin şərtləri əsasında lizinqə ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən 2021-ci il 15 fevral tarixində A MMC-yə göndərilmiş xəbərdarlıq məktubunda Müqavilə üzrə cavabdehin 2021-ci il 15 fevral tarixə 7.752,96 manat gecikdirilmiş borcunun yarandığı qeyd edilmiş və həmin borcun ödənilməsi tələb edilmişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 2 aprel tarixli maliyyə arayışından görünür ki, Müqavilə üzrə cavabdehin 2021-ci il 2 aprel tarixə 11.349,93 manat əsas, 809,15 manat cərimə, 82,60 manat GPS xidmətinə görə borcu olmaqla, ümumilikdə 12.241,68 manat borcu vardır.
4. İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il 24 may tarixli maliyyə arayışından görünür ki, Müqavilə üzrə cavabdehin 2021-ci il 24 may tarixə 13.376,52 manat əsas, 1.461,40 manat cərimə, 99,12 manat GPS xidmətinə görə borcu olmaqla, ümumilikdə 14.937, 04 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 2021-ci il 15 aprel tarixində cavabdehə qarşı iddia ərizəsi və 2021-ci il 24 may tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən 13.376,52 manat əsas borcun, 1461,40 manat cərimə borcunun, 99,12 manat GPS xidmətinə görə borcun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 15.117,04 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış qeyd olunan Müqaviləyə xitam verilməsi və lizinq obyekti olan 1 ədəd Massey Ferguson MF6713 markalı traktorun, 1 ədəd Lemken Rubin 12/400(A) markalı di skli malanın və 1 ədəd Axion 820 Stage 2 markalı traktorun saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən, 1 ədəd Massey Ferguson MF6713 markalı traktor, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli mala və 1 ədəd Axion 820 Stage 2 markalı traktor cavabdehə lizinqə verilmiş və 2019-cu il 5 sentyabr tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 287.275 manat təşkil etmişdir. Həmin məbləğin 108.224,50 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prez identinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən 2021-ci il 2 aprel tarixinədək 105.235,38 manat ilkin ödəniş, 2.261,22 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 3.792,04 manat sığorta ödənişi, 514,48 manat GPS avadanlıq ödənişi, 82 manat lizinq obyektinin qeydiyyat xərcləri, 27.425,49 manat qrafik üzrə ödəniş və 864,72 manat məbləğində gecikdirilmiş günlərə görə hesablanmış cərimə, cəmi 140.175,33 manat ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh lizinq müqaviləsi şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Res publikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 36.11, 53, 107, 119.1, 121.1-ci maddələrinə istinad edilmişdir. 8. 2021-ci il 2 iyul tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək, iddia ilə qismən 11.349,93 manat əsas borcun tələb edilməsi hissəsi ilə razı olduğunu bildirmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-2198/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflər arasında bağlanmış Müqavilənin ləğv edilməsi, cavabdehdən 13.376,52 manat əsas, 1.000 manat cərimə, 99,12 manat GPS xidmətinə görə borc, cəmi 14.475,64 manat məbləğində pul tutularaq iddiaçı ya ödənilməsi, 1 ədəd Massey Ferguson MF6713 markalı traktor, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli mala və 1 ədəd Axion 820 Stage 2 markalı traktor cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi, hüquqi yardımın göstərilməsinə görə cəkilmiş xərcin əvəzi olaraq 150 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektin i qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onların qaytarılması üçün əsas yaranmış, eyni zamanda, iddiaçının müqaviləni ləğv etməklə əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır.
11. Cavabdeh 2020-ci il 30 oktyabr tarixindən sonra öhdəliyini yerinə yetirməmişdir. Bu hal lizinq verənin lizinq obyektini geri almaq, bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir. Başqa sözlə, iddia tələbi – “Müqavilənin ləğv edilməsi, lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması” hissəsində təmin olunmalıdır. Bundan başqa, iddiaçının qeyd olunan lizinq müqaviləsi üzrə 13.376,52 manat əsas, 99,12 manat GPS xidmətinə görə borcunun tam təmin edilməsi üçün də qan unvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcuddur.
12. Məhkəmə vicdanlılıq prinsipini rəhbər tutmaqla işin hallarını nəzərə alaraq dəbbə pulunun məbləğini yüksək hesab etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan əsas borcuna münasibətdə isə 1.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
13. İddia 150 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini MM-in 5.3, 425, 462.1, 467, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5, 748-10.1-ci; MPM-in 14.2, 80, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh 2021-ci il 22 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, hüquqi xidmət ha qqı qismində ödənilən 150 manatlıq məbləğə dair hissədə rədd, əsas borca dair hissədə borc məbləğinin 11.349,92 manat olaraq müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 dekabr tarixli 2-2(103)-1088/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – X.Sarıyev və V.Baxışova).
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin əsas borc və vəkil pulu hissədə qismən ləğv edilməsi xahiş edildiyi üçün birinci instansiya məhkəməsini n qətnaməsinə qalan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız əsas borc və vəkil pulu hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
18. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, lizinq müqaviləsinə əsasən dövri muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq müqavilə ilə nəzərdə tutulan qaydada lazımınca icra etməyən, onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas borcunu ödəməlidir. 19. 2019-cu il 8 avqust tarixli Müqaviləyə Əlavə 2-də əks olunan ödəniş cədvəlindən məlum olur ki, birinci və 61-ci ödənişlər istisna olmaqla, qalan bütün aylıq ödənişlərin hər biri 2.026,59 manat təşkil edir. Həmçinin görünür ki, ilk dəfə iddia 11.349,93 manat məbləğdə əsas borc tələbi ilə qaldırılsa da, sonradan iddiaçı 2021-ci il 24 may tarixli ərizə ilə əsas borc tələbinin həcmini artıraraq, 13.376,52 manat etmişdir, iki məbləğin fərqi 2.026,59 manat təşkil edir və bu da cavabdehin həmin tarixə ödəməli olduğu növbəti ödənişin iddiaya əlavə edilməsidir. Odur ki, şikayə tin əsas borc məbləğinin 11.349,92 manat olaraq müəyyən edilməsi barədə dəlili əsassızdır.
20. Şikayətin hüquqi xidmət haqqı qismində ödənilən 150 manat məbləğə dair dəlili də əsaslı deyil. Çünki işdə olan 2021-ci il 6 aprel tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 2021-ci il 5 aprel tarixli 500 nömrəli müqavilə üzrə 6 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğdə pul köçürüldüyü təsdiqini tapır. Odur ki, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə və məbləğdə təmin etməsi MPM-in 121.1-ci maddəsinin tələblərinə uyğun qaydada ağlabatan olmuşdur.
21. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi 2021-ci il 6 sentyabr tarixli 10.785 manat, 2021-ci il 21 oktyabr tarixli 1.490 manat məbləğlərdə ödənişlərə gəldikdə isə, həmin ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həyata keçirilmişdir, əgər belə bir zərurət olarsa, qətnamənin icrası mərhələsində hər bir halda nəzərə alınmalıdır.
22. Məhkəmə öz mövqeyini MM-in 427.3, 442, 448.1, 448.2, 747.1, MPM-in 115.0.6, 119.1, 121.1, 372-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
23. Həmin qətnamə 2022-ci il 14 yanvar tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, həmçinin eyni tarixli məktubla tərəflərə gö ndərilmişdir.
24. Cavabdeh 2022-ci il 14 mart tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin qismən – hüquqi xidmət haqqına dair təmin edilməsi və cavabdeh tərəfindən ödənilmiş 12.275 manatlıq məbləğin 13.376,52 manatlıq əsas borc məbləğindən azaldılmaması hissəsində ləğv edilərək, hüquqi xidmətin ödənilməsinə dair tələbin rədd edilməsi və 12.275 manatlıq ödənilmiş lizinq ödənişinin 13.376,52 manatlıq əsas borc məbləğindən çıxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 748-10, 749 və 750-ci maddələrinin tələbləri pozulmuşdur - İki dəfəyə olmaqla 2021-ci il 6 sentyabr tarixində 10.785 manat, 2021-ci il 21 oktyabr tarixində 1.490 manat, ümumilikdə 12.275 manat lizinq ödə nişləri həyata keçirildiyi halda məhkəmə qətnaməsində bu xüsusat nəzərə alınmamışdır. Yəni, işdə olan materiallardan da göründüyü kimi, MM-in 748-10-cu maddəsində qeyd olunan lizinq ödənişləri həyata keçirilmiş, lizinq müqaviləsi üzrə öhdəliklər icra edilmişdir. Həmçinin işdə olan materiallardan da göründüyü kimi, iddia predmeti olan texnikalar subsidiya əsasında cavabdehə verilmişdir və həmin texnikaların kənd təsərrüfatı sahəsində istifadə edilməsi nəzərdə tutulmuşdur. Lizinq ödənişləri də məhz həmin texnikaların kənd təsərrüfatı sahəsində istifadəsi nəticəsində əldə edilən mənfəət hesabına ödənilmiş və bu şəkildə də ödənilməyə davam edilməkdədir. Yəni, bu texnikaların qeyri-kənd təsərrüfatı sahəsində istifadəsi nəzərdə tutulmadığı və kənd təsərrüfatı sahəsində görülən işlərin mövsümlük olduğu nəzərə alındığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərini icra etdiyi müəyyən edilə bilər və qətnamədə bu məsələyə münasibət bildirilərdi. Ancaq apellyasiya instansiyası məhkəməsi bu məsələyə münasibət bildirmək əvəzinə, ödənilmiş pul vəsaitlərinə görə həmin ödənişlərin nəzərə alınması məsələsini icra mərhələsinə buraxılmalı olduğunu bildirmişdir.
26. MPM-in 77.1 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur - İddiaçı tərəfindən onlara göstərilən hüquqi xidmətə görə 150 manat xidmət haqqı müvafiq vəkil bürosuna ödənilsə də, məhkəmə iclaslarında iddiaçını onun özünün əmək müqaviləsi ilə cəlb etdiyi əməkdaşı təmsil etmişdir. Belə ki, 150 manatlıq hüquqi xidmət haqqı iddiaçının hüquqi maraqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı ödə nilsə də, pul vəsaiti ödənilən 6 saylı vəkil bürosunun əməkdaşı bir dəfə də olsun iddiaçını həmin məhkəmədə təmsil etməmişdir. Bu isə iddiaçı tərəfindən öz xərclərinin süni şəkildə artırılmasına, məhkəmə tərəfindən də bu qanunsuzluğa göz yumulmasına əyani sübut təşkil edir. Maraqlı haldır ki, birinci instansiya məhkəməsi 150 manatlıq hüquqi xidmət haqqını ödəniş sənədi əsasında onu iddia tələbinin təmin edilən hissəsinə daxil etmişdir. Ancaq birinci instansiya məhkəməsi məhkəmə işində iddiaçını pul vəsaiti ödənilən 6 saylı Vəkil Bürosunun əməkdaşı deyil, bilavasitə iddiaçının özünün işçisinin onun maraqlarını təmsil etdiyini, bununla da iddiaçının özünün cavabdehə münasibətdə məhkəmə xərclərini süni şəkildə şişirtdiyini görməzlikdən gəlmişdir. Bu xüsusatlar apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı dəfələrlə məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da, kollegiya tərəfindən əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirildiyi üçün (bax yuxarıda § 22), hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə müva fiq olaraq həmin hissədə yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun i crası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilər kən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-10. Lizinq ödəni şləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:... 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;...” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında göstərilmişdir ki: “...Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kass asiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1088/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Kassator eyni dəlilləri apellyasiya instansiyası məhkəməsinə də təqdim etmiş, bununla bağlı həmin məhkəmə öz mövqeyini qəbul etdiyi qətnamədə əsaslandırmışdır.
36. Məhkəmə kollegiyası həmin dəlillərlə aşağıdakı səbəblərdən razılaşmır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 32) uyğun olaraq qanuni və əsaslı hesab edir. Lizinq ödənişlərinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlil üzrə (bax yuxarıda § 25)
37. Birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv olunmasının əsasları öz əksini MPM-in 3 85.1-ci maddəsində tapmışdır. Həmin hallar maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsindən ibarətdir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, kassatorun istinad etdiyi borc üzrə ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonrakı tarixlərdə həyata keçirilmişdir.
39. Bu səbəbdən də həmin ödənişlərin birinci instansiya məhkəməsinin qətnaməsində əks olunması qeyri-mümkün idi.
40. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi MPM-in 385.1-ci maddəsinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsinin özü hüquq pozuntusu kimi qiymətləndirilə bilərdi. Vəkil xərcinin cavabdehdən qanunsuz tutulmasına dair dəlil üzrə (bax yuxarıda § 26)
41. Hər hansı fiziki və hüquqi şəxslə onun vəkili arasındakı münasibətlər, tərəflərin öhdəlikləri mülki qanunvericiliklə tənzimlənir.
42. Həmin öhdəliklər ayrı-ayrılıqda və ya birlikdə olmaqla hüquqi məsləhətlər verilməsindən, iddia ərizələri, apellyasiya, kassasiya şikayətləri və digər sənədlərin hazırlanmasından, məhkəmə iclaslarında təmsilçiliyin həyata keçirilməsindən və digər hərəkətlərin yerinə yetirilməsindən ibarət ola bilər.
43. Hazırkı halda da iddiaçı ilə onun vəkili arasındakı münasibətlərin konkret olaraq hansı öhdəlikləri ehtiva etməsi prosessual baxımdan işə baxan məhkəm ələr üçün hüquqi əhəmiyyət kəsb etmir. Əsas məsələ ondan ibarətdir ki, iddiaçının, öz vəkilinin onu təmsil etməsi üçün verdiyi qanunla tələb olunan etibarnamə iş materiallarında vardır.
44. Həmçinin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2021-ci il 6 aprel tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 2021-ci il 5 aprel tarixli 500 nömrəli müqavilə üzrə 6 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğdə pul köçürülmüşdür.
45. Odur ki, müvafiq iddia tələbləri təmin olunduğundan vəkilə ödənilmiş xərcin cavabdehdən tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
46. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gə lir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən kassasiya şikayətinin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(103)-1088/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.