Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-328/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınan malın dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "X1 Azerbaijan" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(104)-42/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "X1 Azerbaijan" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2020-ci il 6 mart tarixli 2020-SM/EH-001 saylı alqı-satqı müqaviləsinə görə, müqavilənin predmetini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda müqavilənin ayrılmaz hissəsi olan tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının müqavilə müddəti dövründə Satıcı tərəfindən Alıcının mülkiyyətinə verməyi, Alıcı tərəfindən isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 2020-ci il 31 dekabr tarixədəkdir. Həmin müqavilənin: - 3.3-cü bəndinə əsasən Satıcı sabit limit olaraq 200.000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyə rini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. - 4.1.5-ci bəndinə əsasən, malların təhvil verilməsi Satıcının Sumqayıt şəhəri, X2 qəsəbəsində yerləşən satış anbarında və ya Alıcının istəyinə uyğun olaraq onun Bakı və Sumqayıt ərazisində göstərdiyi ünvanda həyata keçiriləcəkdir. 2. "X1 Azerbaijan" MMC tərəfindən "xxxx" MMC-yə müxtəlif tarixli və müxtəlif məbləğlərin əks olunduğu elektron qaimələr göndərilmişdir. 3. 2023-cü il 15 mart tarixli qarşılıqlı üzləşmə aktına əsasən 2022-ci il 31 dekabr tarixinə "xxxx" MMC-nin "X1 Azerbaijan" MMC-yə ƏDV daxil olmaqla 196.096,23 manat kreditor borcu mövcuddur. İş üzrə mə hkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra– “cavabdeh”) 193.007,31 manat əsas borc və 19.301,75 manat penya borcu olmaqla cəmi 212.309,06 manat pulun və 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə, iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilə əsasında satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə alıcıya təhvil verilmiş, lakin alıcı həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəmək öhdəliyi ni tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 193.007,31 manat ödənilməmiş borcu qalmışdır. 2023-cü il 15 mart tarixli qarışılıqlı üzləşmə aktına əsasən cavabdeh iddiaçı qarşısında 2022-ci il 31 dekabr tarixinə qədər 196.096,23 manat borcu olduğunu etiraf və təsdiq etmişdir.
6. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 15 noyabr tarixli e-2-2(115)1192/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 193.007,31 manat əsas borc, 4.000 manat cərimə borcu olmaqla cəmi 197.007,31 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehdən 384 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim G.Quliyeva).
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdə liyi yerinə yetirməmiş və malların dəyərini tam ödəməmişdir. Tərəflər arasında tərtib edilmiş 2023-cü il 15 mart tarixli qarşılıqlı üxləşmə aktına əsasən 2022-ci il 31 dekabr tarixinə cavabdehin iddiaçıya 196.096,23 manat borcu mövcuddur.
8. İddianın cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə bildirilmişdir ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cəri mənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 19.301,75 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 467-ci maddəsinin tələbləri baxımından, cərimə azaldılaraq 4.000 manat məbləğində müəyyən edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467, 567 və 600.1-c maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Həmin qətnamədən cavabdeh tərfəindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunduğu hissəsində ləğv edilməsi və iddianın tam şəkild ə rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(104)-42/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə).
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq cavabdehin “müqavilənin şərtlərinə uyğun olaraq tərəflər arasında malların təhvil-təsliminə dair müvafiq aktın iddiaçı tərəfindən təqdim edilməməsi” ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, işin materiallarında olan üzləşmə a ktına görə, qarşılıqlı üzləşmə zamanı cavabdeh iddiaçıya həqiqətən 193.007,31 manat borclu qaldığını etiraf etmişdir. Bununla da müqavilədə göstərilmiş miqdarda malların cavabdehə həqiqətən də təhvil verildiyi təsdiqini tapdığından cavabdehin göstərilən dəlili əsassızdır.
13. Cavabdehin işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulması barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan (i.v 132-133) SMS xəbərdarlığa və bildirişə görə, cavabdehə məhkəmə bildirişi və SMS xəbərdarlığı vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barə də lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə kollegiyasının iclasına da göndə rməmişdir.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinin Vİİ hissəsinə; MM-nin 385.1, 442, 448.1, 462.1, 462.3, 467, 567, 598.1, 600.1, 600.4-cü maddələrinə; MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 185.2 və 185.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. MM-in 425.1, 425.2, 567, 568.1, 570.1, 570.1.1-ci maddələrinin tələbləri pozulmuşdur- 2020-ci il 6 mart tarixli 2020-SM/EH-001 saylı alqı-satqı müqaviləsinin 4. 1.5ci bəndinə uyğun olaraq tərəflər arasında onların səlahiyyətli şəxsləri tərəfindən malların təhvil-təsliminə dair müvafiq akt imzalanmalı idi. Lakin iddiaçı cavabdehə həqiqətən 193.007,31 manat təşkil edən malların verilməsinə dair təhvil-təslim aktını məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, hüquq normasının pozuntusuna yol vermişdir. İddiaçı cavabdeh qarşısında müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hüquq normasınını tələbini tətbiq etməmiş, bir daha maddi hüquq normasının pozuntusuna yol vermişdir.
17. MPM-in 9.1, 9.3, 81 və 88-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instans iyası məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, işdə olan sübutlara subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayark ən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri.... Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir....”
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmas ı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edi ldiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürü r. “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilmə sini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... Məcəlləsinin müvafiq 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 25. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
26. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 2020-ci il 6 mart tarixli 2020SM/EH-001 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2022-ci il 31 dekabr tarixinə qədər 196.096,23 manat borcunun olduğu 2023-cü il 15 mart tarixli qarşılıqlı üzləşmə aktı ilə etiraf və təsdiq edilmişdir. İşə baxan məhkəmələr iddia olunan borcun cavabdeh tərəfindən ödənilməsinə dair sübutların olmamasını nəzərə alaraq, iddianın 193.007,31 manat borcun tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişlər.
27. Cava bdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərində, tərəflər arasında malların təhvil-təsliminə dair müvafiq aktın iddiaçı tərəfindən təqdim edilməməsinə istinad edir.
28. Məhkəmə kollegiyası cavabdehin 2023-cü il 15 mart tarixli qarşılıqlı üzləşmə aktını mübahisələndirməməsini, eləcə də cavabdehin təhvil almadığı mala görə borcunun etirafına dair sözügedən üzləşmə aktını imzalamasının məntiqli izahının işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamasını nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız və ağlabatan olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbay can Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «… borc həmçinin 23 dekabr 1999-cu il tarixində tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir».
30. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmamasına gəldikdə, qeyd olunmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onları n verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişməd əki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
38. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, lakin səbəbi barədə məlumat vermədən məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərini əsassız hesab edir.
31. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.
32. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(104)-42/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.