Məhkəmə qərarları › İş №2-2(102)-329/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-329/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-329/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-329/2021 Bakı şəhəri 2021-ci il 28 iyul Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması, ödənilmiş pulun geri qaytarılması və ya göndərilən malı müqaviləyə uyğun malla əvəzləşdirilməsi və dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin vəkili Nümayəndə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili X2 və Vəkil iştirakları ilə, ilk iddia üzrə İddiaçı MMC-nin ilk iddia üzrə Cavabdeh MMC-yə qarşı “alqı-satqı üzrə yaranmış borcun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması və ya göndərilən malı müqaviləyə uyğun malla əvəzləşdirilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(103)-251/2021 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 2019-cu il 6 noyabr tarixli, 2 019/7034-28 saylı alqısatqı müqaviləsinə və həmin müqaviləyə 2019-cu il 6 noyabr tarixli – 1 saylı, 2019-cu il 26 dekabr tarixli – 2 saylı və 2020-ci il 29 yanvar tarixli – 3 saylı əlavələrə əsasən, satıcı İddiaçı MMC ümumi dəyəri 402.447 manat olan soya şrotu müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə alıcı Cavabdeh MMC-yə satır, alıcı isə öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə, əgər gecikdirilərsə hər gecikdirilən gün üçün qoyulmuş və ödənilməmiş malın dəyərinin 0,2 faizi həcmində penya ödənilməsi şərti ilə alaraq dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış 2019-cu il 6 noyabr tarixli, 2019/7034-28 saylı alqısatqı müqaviləsinin 4.2-ci bəndinə əsasən keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamasiya bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür; 4.3-cü bəndinə əsasən alıcının beş gün ərzində reklamasiya əsaslandırılmış yazılı cavab verməməsi iddianın satıcı tərəfindən tanınması kimi başa düşülür.

3. Müqavilənin 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə əsasən, faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. 4. 2020-ci il 3 mart tarixli üzləşmə aktına əsasən, 2020-ci il 3 mart tarixə Cavabdeh MMC ümumilikdə 402.447 manatlıq malın alınmasını, həmin məbləğdən 206.000 manatını ödəməsini və İddiaçı MMC-yə cəmi 196.447 manat məbləğində borcu olduğunu təsdiq etmişdir. 5. 2020-ci il 1 aprel tarixli, 12/21 saylı akta əsasən, 2020-ci il 15 fevral tarixdən 2020ci il 31 mart tarixədək olan dövr ərzində İddiaçı MMC-dən alınmış soya şrotunu quşlara verdikdən sonra quşlarda mənimsəmə az olmuş, zəhərlənmə və tələfatlar olmuş, nəticədə Cavabdeh MMC-yə maddi ziyan dəymişdir. Akt Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən göndərilmiş 2020-ci il 14 may tarixli, 36/2020 nömrəli etiraz ərizəsi ilə 196.447 manat təşkil edən borcun 2020-ci il 21 may tarixinə qədər ödənilməsi Cavabdeh MMC-yə təklif edilmişdir.

7. Cavabdeh MMC tərəfindən göndərilmiş 2020-ci il 21 may tarixli, 11 nömrəli məktub ilə İddiaçı MMC-nin 2020-ci il 14 may tarixli 36/2020 saylı etirazına cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən göndərilən mal 2019-cu il 6 noyabr tari xli, 2019/7034-28 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci maddəsinə (malın keyfiyyəti Azərbaycan Respublikası Baytarlıq və Fitosanitar tələblərə uyğundur) göstərilən tələblərə uyğun olmamış, sözügedən mal anbarlarına qəbul olunduqdan sonra müəyyən tarixlərdə onun ümumi dəyərinin bir hissəsi İddiaçı MMC-nin hesabına keçirilmiş və həmin mal istifadə olunmağa başlandıqdan bir qədər sonra mal keyfiyyətsiz olduğundan indiyədək anbarlarında saxlandığından 196.447 manat məbləğində pulu ödəməkdən imtina edərək İddiaçı MMC-nin təqsiri səbəbindən dəymiş ziyanın ödənilməsini, həmçinin İddiaçı MMC-yə edilmiş ödənişlərin geri qaytarılmasını və ya malı müqaviləyə uyğun malla əvəzləşdirməyi İddiaçı MMC-yə təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icra at

8. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı 2020-ci il 19 iyun tarixdə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu il 6 noyabr tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 2019-cu il 6 noyabr tarixli – 1 saylı, 2019-cu il 26 dekabr tarixli – 2 saylı və 2020-ci il 29 yanvar tarixli – 3 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 196.447 manat, 38.416 manat penya, 30,40 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat olmaqla, ümumilikdə 235.393,40 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş dir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 6 noyabr tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Ukrayna mənşəli soya şrotunu (230400001 TNVD kodu) cavabdehə satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə edilmiş əlavələrə əsasən iddiaçı ümumi dəyəri 402.447 manat soya şrotunu cavabdehə göndərmiş, cavabdeh isə malların kəmiyyət və keyfiyyətinə dair heç bir pretenziya bildirmədən onları qəbul etmişdir.

10. Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi elektron qaimələrlə (seriya: EBAG № 694213, 2020-ci il 21 fevral – 33.349,80 manat dəyərində; seriya: EBAG № 414136, 2020-ci il 14 fevral – 33.219,60 manat dəyərində, seriya: EBAG № 356036, 2020-ci il 13 fevral – 32.884,80 manat dəyərində, seriya: EBAF № 897245, 2020-ci il 4 f evral -100.347 manat dəyərində) təsdiq olunmuşdur.

11. Tərəflər arasında imzalanmış 2020-ci il 3 mart tarixli üzləşmə aktından görünür ki, onun tərəfindən cavabdehə ümumi dəyəri 402.447,0 manat olan məhsul satılmış, bu məhsulun 106.000,0 manat dəyəri ödənilmiş, 196.447,0 manat cavabdehin borcu qalmışdır. Müqavilənin 1, 2 və 3 saylı Əlavələrinin 3.1-ci maddəsinə əsasən, faktiki göndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Müqavilə şərtlərinə əsasən, alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə 2020-ci il 3 mart tarixə cavabdehin iddiaçıya müqavilə üzrə ümumilikdə 196.447,0 (bir yüz doxsan altı min dörd yüz qıx yeddi, 0 qəpik) manat borcu yaranmışdır.

12. Borcun tam olaraq ö dənilməsi üçün 2020-ci il 14 may tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, məbləğinin tam ödənilməsi təmin edilməmişdir. Beləliklə, alqı-satqı müqaviləsinin predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam həyata keçirilmədiyindən, tərəflər arasında imzalanmış müqavilənin şərtləri cavabdeh tərəfındən pozulmuşdur.

13. Müqavilənin 5.1-ci maddəsinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə penyanın məbləği 2020-ci il 3 mart tarixdən (üzləşmə aktı imzalanan tarix) 2020-ci il 9 iyun tarixədək olan dövr üzrə 38.416 (otuz səkkiz min dörd on altı) manat təşkil edir (əsas bo rc 196447x0.2%=392 manat gündəlik, 392x98 gün (geçikdirilən günlərin sayı)=38416 manat).

14. Həmçinin, iddiaçı ilə iş üzrə nümayəndə və vəkil Nümayəndə arasında bağlanmış hüquqi yardım göstərilməsinə dair 2020-ci il 8 iyun tarixli 1205 saylı müqavilə və 2020-ci il 8 iyun tarixli 696272\00496 saylı ödəniş tapşırığına əsasən vəkilə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir.

15. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 442, 445.1, 445.2.1, 448.2, 462.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 121.1-ci maddələrinə istinad etmişdir.

16. Daha sonra cavabdeh 2020-ci il 24 avqust tarixdə Bakı Kommersiya Məhkəməsinə qarşılıqlı i ddia ərizəsi ilə müraciət edərək, ilk iddianın rədd edilməsi, iddiaçıya ödənilmiş 215.413 manatın geri qaytarılması və ya göndərilmiş malın müqaviləyə uyğun əvəzləşdirilməsi, həmçinin ilk iddia tələbi üzrə iddiaçınının təqsiri nəticəsində qarşılıqlı iddiaçıya dəymiş 350.000 manat ziyan məbləğinin, eyni zamanda, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən göndərilmiş mal müəssisənin anbarına qəbul olunmuş və malın ümumi dəyərinin 215.413 manat hissəsi ödənilmişdir. Lakin iddiaçıdan alınmış mal istifadə olunmağa başlanıldıqdan sonra onun keyfiyyətinin Azərbaycan Respublikası Bay tarlıq və Fitosanitar tələblərinə və müqavilənin 4.1-ci maddəsinin tələblərinə uyğun olmadığı aşkar olunmuş, bundan sonra malın istifadəsi və onun ümumi dəyərinin qalığının ödənilməsi dayandırılmışdır. İlk iddia tələbi üzrə iddiaçıya malın müqavilənin tələblərinə uyğun olan keyfiyyətli malla əvəzləşdirilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa da, iddiaçı bunu etməmiş, həmçinin təqdim olunmuş malın Baytarlıq və Fitosanitar tələblərə uyğun olması barədə heç bir sübut təqdim edilməmişdir.

18. Göründüyü kimi, iddiaçı keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal verməyə borclu olduğu halda bunu etməmiş, göndərdiyi keyfiyyətsiz malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirilməsi və dəymiş ziyan məbləği ni ödəməsi barədə qanuni xahişi yerinə yetirməmişdir. Nəticədə, istehsalatda müəyyən yubanmalar baş vermiş, keyfiyyətlə bağlı alıcılarımızın şikayətləri çoxalmış, bütün bunlar işgüzar nüfuza xələl gətirmiş və ənənəvi alıcılardan əksəriyyəti məhsuları almaqdan imtina etmişlər.

19. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 581.1, 587.1, 587.2, 588.1-ci maddələrinə istinad etmişdir.

20. İddiaçı qarşılıqlı iddiaya qarşı etiraz təqdim edərək, aşağıdakı əsaslara görə hesab edir ki, təqdim olunmuş malların keyfiyyətsiz olmamışdır: - cavabdehə təqdim edilmiş malların dəyərindən 206.000 manat ödənilmiş və cavabdehin 196.447 manat borcu qalmışdır. Bu hal, cavabdeh tərəfindən qeyd-şərtsiz olaraq təsdiq edilmiş 2020-ci il 3 mart tarixli üzləşm ə aktı ilə öz təsdiqini tapmışdır. - cavabdeh seriya EBAG 694213, 2020-ci il 21 fevral – 33.349,80 manat dəyərində, seriya EBAG 414136, 2020-ci il 14 fevral tarixli – 33.219,60 manat dəyərində, seriya EBAG 356036, 2020-ci il 13 fevral tarixli – 32.884,80 manat dəyərində, seriya EBAF 897245, 2020-ci il 4 fevral tarixli – 100.347 manat dəyərində olan elektron qaimələri də şərtsiz olaraq qəbul etmişdir. - tərəflər arasında bağlanılmış müqavilədə satılan əşyanın qüsurları ilə bağlı tələb etmə müddəti müəyyən edilmişdir. Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır.

21. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli, e-2-2(113)1762/2020 saylı qətnaməsi ilə ilk iddia qismən – tərəflər arasında bağlanmış 2019-cu il 6 no yabr tarixli, 2019/7034-28 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 2019-cu il 6 noyabr tarixli 1 saylı, 2019-cu il 26 dekabr tarixli 2 saylı və 2020-ci il 29 yanvar tarixli 3 saylı Əlavələr üzrə ödənilməmiş 196.447 manat məbləğində əsas borc, 1.553 manat penya, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 198.500 manat vəsaitin və 25,29 manat ödənilmiş dövlət rüsumuna görə məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. (hakim Emin Əliyev).

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin materialları ilə ilk iddia tələbi üzrə cavabdehin iddiaçıya 2020-ci il 3 mart tarixə 196.447 manat borcunun olması öz təsdiqini tapmışdır. Lakin penya kimi tələb olunan 38.416 manat məbləğin tənasübsüz surətdə yüksək olması nəticəsinə gəlinərək, cərimə məbləğini 1.553 manat olaraq müəyyən etmişdir. Həmçinin, mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınaraq xeyrinə qətnamə çıxarılmış tərəfə ödənilməsini qərara almış, hazırki iddia hüquqi xidmətlərə görə ödənilmiş 500 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində də əsaslı hesab olmuşdur.

23. Qarşıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, malın keyfiyyəti ilə bağlı bütün iddialar (reklamsiya) malın göndərilmə günündən 10 iş günündən gec olmayaraq verilm əlidir. Belə olan halda, reklamasiyanın verilməsi müddətinin əvvəli üzləşmə aktının bağlandığı 2020-ci il 3 mart tarixdən hesablansa belə, cavabdeh 2020-ci il 18 mart tarixədək malın keyfiyyəti ilə bağlı bütün iddiaları verməli idi. Lakin cavabdeh borcun ödənilməməsi barədə etirazını təxminən 2 ay sonra, yəni cari ilin 21 may tarixində iddiaçının 2020-ci il 14 may tarixli müraciətindən sonra bildirmişdir. Bununla da, cavabdeh malın keyfiyyəti ilə bağlı mübahisələndirmə müddətini ötürmüşdür.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1, 598.3, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşıl ıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2-2(103)-251/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).

27. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən 2020ci ilin fevral ayında göndərilən malları anbarına qəbul edərkən onların keyfiyyətinə etirazını bildirməmiş, habelə 2020-ci il 3 mart tarixli üzləşmə aktında iddi açıdan ümumilikdə 402.447 manat dəyərində mal aldığını, həmin malların dəyərindən 206.000 manatını ödədiyini və iddiaçıya 196.447 manat borcunun qaldığını etiraf etmişdir. Cavabdeh 2020-ci il 21 fevral tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən göndərilən malları qəbul etdiyi vaxtdan etibarən üç ay müddətində onların keyfiyyətini mübahisələndirməmiş və yazılı reklamasiyanı iddiaçıya göndərməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 567, 589.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 29. 2021-ci il 12 aprel tarixdə apellyasiya məhkəmənin qətnaməsi cavabdehə təqdim olunmuşdur. 30. 2021-ci il 9 iyun tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:

31. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, satın alınan mal yem məhsulu olmuş və onu anbara qəbul edərkən malın qüsurlu olub-olmamasını vizual baxışla müəyyən etmək mümkün olmamış, eyni zamanda, 2020-ci il 3 mart tarixli üzləşmə aktı tərtib olunduğu vaxt da hələ təyinatı üzrə istifadə edilmədiyindən, malın qüsurlu olması aşkar edilməmiş və tərtib olunmuş aktda qeyd edilməmişdir. İddiaçı məhsulu göndərdikdən sonra, MMC müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin 215.413 manat hissəsini ödəmiş, lakin təyin atı üzrə istifadə olunaraq toyuqlara verilməyə başlandıqdan sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmiş, bununla da malın keyfiyyətinin Azərbaycan Respublikasının Baytarlıq və Fitosanitar tələblərinə, müqavilənin şərtlərinə uyğun olmadığı aşkar olunmuşdur. Odur ki, MMC malın dəyərinin qalıq hissəsinin ödənişini dayandırmış, etdikləri ödənişləri geri qaytarmasını və ya göndərdiyi malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirməsini iddiaçıdan xahiş etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisənin həllində Azərbaycan Respublikası MM-in 589.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddi hüquq normasına əsasən, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurla rı ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Məhkəmənin mövqeyinə görə isə keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamasiya bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür.

33. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, satın alınmış əşya yem məhsulu olduğundan və onun qüsurlu olması yalnız istifadə zamanı aşkar olduğundan, keyfiyyətə dair bütün iddiaların göndərmə günündən 10 iş günündən gec olmayaraq verilməsi barədə alqı-satqı müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulanlar və buna müvafiq olaraq MM-in 589.1-ci maddəsi hazırkı mübahisənin həllində tətbiq edilə bilməz. Belə ki, MM-in 589.6-cı maddəsinə əsasən yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

34. Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 116-VQ saylı qanunu ilə qoşulduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqaviləsi haqqında Konvensiyası”nda da alıcının malların uyğunsuzluğu barədə billdirişin verilməsi üçün müddətin başlanğıcı uyğunsuzluğunun xarakteri barədə onun alıcı tərəfindən aşkar edilməsi və ya aşkar edilməli olması anı olaraq nəzərdə tutulmuş, malın təhvil verilməsi anı keyfiyyətə dair bildirişin verilməsinə dair müddətin başlanğıcı sayılmamışdır. Konvensiyanın 39-cu maddəsinə əsasən, alıcı malların uyğunsuzlu ğunun xarakteri barədə onun alıcı tərəfindən aşkar edilməsindən və ya aşkar edilməli olmasından sonrakı ağlabatan müddətdə satıcıya bildiriş vermədikdə, alıcı malların uyğunsuzluğuna istinad etmək hüququnu itirir (1). İstənilən halda, alıcı uyğunsuzluq haqqında bildirişi malların faktiki olaraq ona təhvil verilməsi tarixindən başlayaraq iki il müddətindən gec olmayaraq satıcıya vermədikdə, alıcı həmin uyğunsuzluğa istinad etmək hüququnu itirir, bir şərtlə ki, bu müddət müqavilədə razılaşdırılmış zəmanət müddəti ilə ziddiyyət təşkil etməsin (2).

35. İddiaçı göndərdiyi malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirmək üzrə öhdəliyini icra etmədiyindən, MMC malın dəyərinin qalıq hissəsinin ödənişini dayandırmaqda haqlı olmuşdur. Buna görə də dəbbə pulunun ödənilməsinə dair tələb hüququ əm ələ gəlməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə gəldiyi nəticəsini onunla da əsaslandırmışdır ki, MMC aldığı malların keyfiyyətsiz olduğu əsaslandırılmamış, bu barədə təsdiqedici sübutları da mövcud deyil. Halbuki, MMC ən azından malın dəyəri üzrə 206.000 manat pul vəsaiti ödəmiş və bu işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, məhsul keyfiyyətli olsa idi, anbarda yığılıb qalmaz və təyinatı üzrə istifadə edilərdi. MMC isə keyfiyyətsiz olması səbəbindən malların istifadəsini dayandırmış və göndərdiyi malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı isə bundan imtina etdiyi üçün malın əksər hissəsi (bir hissə qüsur aşkar edilənədək istifadə edilmişdir).

37. Bundan başqa, satışından gəlir əldə edilməsi nəzərdə tutulan toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat hallarının zərər olması, bu zərərin aradan qaldırılması üçün görülmüş tədbirlərin (az mənimsəmədən zəifləmiş toyuqların yem rasiyonunun gücləndirilməsi, zəhərlənmiş toyuqlar üçün dərman preparatları alınması, işçilərin iş rejimində artım, ölmüş toyuq cəsədlərinin aidiyyəti üzrə daşınması) isə xərc tələb etməsi sübuta ehtiyacı olmayan haldır.

38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının satdığı məhsulun əvəzlənməkdən və ya müvafiq yoxlamadan keçirməkdən yayınmada ifadə olunan hərəkətsizliyini əsaslandıra bilməməsinə də düzgün qiymət verməmişdir.

39. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 3.1, 3.2, 337.1, 337.4, 352, 462.2, 581.2, 587.2, 562.1, 589.1, 589.6, Azərbaycan Respublikası MPM-in 77.1, 88, Birləşmiş Millətlər Təşkilatının “Malların beynəlxalq alqısatqısına dair müqaviləsi haqqında” Konvensiyasının 39-cu maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Cavabdehin vəkilləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nı xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı müvafiq müddəalarında Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödə nilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkə ti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyə nləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul ed ilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət i) ödəməyi öhdəsinə götürür.” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi t ələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyy ətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər....” “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir....” “Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilmə li əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.... 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadə k yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı... alğı-satqı müqaviləsinin keyfiyyət... haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə,... dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

47. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci insta nsiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 48. “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə 2016-cı il 1 fevral tarixli, № 116-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu:... Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imz alanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla qoşulsun.”

49. Birləşmiş Millətlər Təşkilatının “Malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” Konvensiyası: “Preambula X1 Dövlətlər,... malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətində olaraq, aşağıdakılar barədə razılığa gəldilər.” “Maddə 1 (1) Bu Konvensiya fəaliyyət yerləri müxtəlif Dövlətlərdə yerləşən tərəflər arasında malların alğı-satqı müqavilələrinə aşağıdakı hallarda tətbiq olunur: (a) bu Dövlətlər Razılığa gələn Dövlətlər olduqda; və ya (b) beynəlxalq xüsusi hüququn normaları Razılığa gələn Dövlətin hüququnun tətbiqinə gətirib çıxardıqda. (2) Tərəflərin fəaliyyət yerlərinin müxtəlif dövlətlərdə yerləşməsi faktı tərəflər arasındakı müqavilədən və ya müqavilənin bağlanılması anından əvvəl və yaxud bağlanılması anında baş vermiş işgüzar münasibətlərdən və ya tərəflərin açıqladığı məlumatdan irəli gəlmirsə, bu fakt nəzərə alınmır. (3) Bu Konvensiyanın tətbiqini müəyyən edərkən nə tərəflərin milli mənsubiyyəti, nə də tərəflərin və ya müqavilənin mülki və ya kommersiya xarakteri nəzərə alınır.” “Maddə 4 Bu Konvensiya yalnız alğı-satqı müqaviləsinin bağlanılmasını və alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir. Xüsusilə, bu Konvensiyada di gər qayda birbaşa olaraq nəzərdə tutulmadıqda, o, aşağıdakılara tətbiq edilmir: (a) müqavilənin və ya onun müddəalarından hər hansı birinin və ya hər hansı adətin etibarlılığına; (b) satılan mallar üzərində mülkiyyət hüququna müqavilənin göstərə biləcəyi təsirlərə.” “Maddə 7 (1) Bu Konvensiyanın şərh edilməsi zamanı onun beynəlxalq xarakteri və onun tətbiqində vahidliyin əldə olunmasına və beynəlxalq ticarətdə vicdanlılığa riayət olunmasına dəstək verilməsinin zəruriliyi nəzərə alınmalıdır....” IV. Ali Məhkəmənin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunvericiliyin mübahisəli münasibətləri tənzimləyən maddi hüquq normalarına (bax yuxarıda İİİ hissə) uyğun hesab edir və kassasiya şikayətinə münasibətdə aşağıdakı qiymətləndirməni n aparılmasını zəruri hesab edir.

51. Mülki Məcəllənin 588.1-ci maddəsinin məzmunundan göründüyü kimi, mallarda mövcud olan qüsurların onların alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi ilə bağlı sübutetmə yükü alıcıya aid edilmişdir.

52. Hazırki halda alıcı olan cavabdeh malların keyfiyyətli olmamasına istinadla şikayətində malın təyinatı üzrə istifadə olunaraq toyuqlara verilməyə başlandıqdan sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfatın müşahidə edilməsi, bununla da, malın keyfiyyətinin Azərbaycan Respublikasının Baytarlıq və Fitosanitar tələblərinə, müqavilənin şərtlərinə uyğun olmadığı aşkar olunmadığını qeyd etmişdir.

53. Lakin cavabdeh malın keyfiyyətsizliyinə dair mötəbər sübutları-məsələn, malın keyfiyyətinin Azərbaycan Respublikasının Baytarlıq və Fitosanitar tələblərinə uyğun olmamasına dair rəy, aparılmış müalicə xərcləri, qida rasionunun gücləndirilməsi üçün əlavə qidaların alınmasını təsdiq edən qəbzlər, iddiaçı tərəfindən satılmış soya şrotunun təsiri ilə hansı miqdarda quşun tələb olmasını təsdiq edən sənədləri, o cümlədən müştərilərin sayının həmin dövr ərzində kəskin surətdə azalmasını və s. birbaşa və ya dolayı yolla göstərən heç bir sübutu işə baxmış məhkəmələrə təqdim etməmişdir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş malların keyfiyyətsiz olması səbəbindən öhdəliyin tam icra edilməməsinə dair dəlillərini əsassız hesab edir.

55. Cavabdeh kassasiya şikayətində göstərdiyi digər bir dəlil apellyasiya instansiyası məhkəməsinin hazırk ı mübahisənin həllində Azərbaycan Respublikası MM-in 589.1-ci maddəsini düzgün tətbiq etməməsi ilə bağlıdır. Cavabdeh bildirmişdir ki, satın alınmış əşya yem məhsulu olduğundan və onun qüsurlu olması yalnız istifadə zamanı aşkar olduğundan, keyfiyyətə dair bütün iddiaların göndərmə günündən 10 iş günündən gec olmayaraq verilməsi barədə alqı-satqı müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulanlar və buna müvafiq olaraq MM-in 589.1-ci maddəsi hazırkı mübahisənin həllində tətbiq edilə bilməz. Belə ki, MM-in 589.6-cı maddəsinə əsasən yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

56. Məhkəmə kollegiyası dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razıl aşaraq qeyd edir ki, tərəflərin şərtləri barədə razılığa gəldiyi 2019-cu il 6 noyabr tarixli, 2019/7034-28 saylı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, keyfiyyətə dair bütün iddialar göndərmə günündən 10 iş günündən gec olmayaraq verilir. Alıcı tərəfindən göstərilən müddətdə əsaslandırılmış yazılı reklamasiya bəyan edilməməsi malların iddiasız qəbul edilməsi kimi başa düşülür.

57. Göründüyü kimi, müqavilədə malın keyfiyyətinə dair dəqiq vaxt və forma müəyyən edilmişdir ki, bu hal mülki qanunvericiliyin tələblərinə zidd olmadığından, kassasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır.

58. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı tərəfindən 2020-ci il 21 fevral tarixli sonuncu elektron qaiməyə əsasən göndərilən malları qəbul etdiyi vaxtdan etibarən keçən 3 ay ərzində onların keyf iyyətini mübahisələndirməmiş, müqaviləyə uyğun olaraq yazılı reklamasiya göndərməmişdir. Yalnız iddiaçının 2020-ci il 14 may tarixli pretensiyasını aldıqdan sonra ona 2020-ci il 21 may tarixli etiraz məktubu ünvanlamışdır.

59. Halbuki, cavabdehin iddiaçıya göndərdiyi pretenziya məktubu reklamasiya ilə eyniyyət təşkil etmir. Ona görə ki, müqaviləyə görə göndərilən malın kəmiyyət və keyfiyyəti kontrakt tələblərinə uyğun gəlmədikdə, alıcı satıcı qarşısında reklamasiya bəyan edir. Müqavilədə reklamasiya verilmə müddəti, reklamasiya ilə bağlı tərəflərin hüquq və vəzifələri, reklamasiyanın tənzimləmə üsulları, öncədən göstərildiyinə görə hər iki tərəf onun həllinə məsuliyyət və ədalətlə yanaşmalıdır. Hazırki halda reklamasiya ilə bağlı şərtlər müqavilənin 4.2 və 4.3-cü bəndlərində nəzərdə tutulm uşdur (bax yuxarıda 2-ci bənd).

60. Cavabdeh tərəfindən iddiaçıya qarşı reklamasiya verilmədiyindən, onun qüsurlu malların dəyişdirilməsi, əvəzinin tələb edilməsi və ya hər hansı formada güzəştlərdən istifadə edə bilməsi hüququ da aradan qalxmışdır.

61. Bundan başqa, cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 116-VQ saylı qanunu ilə qoşulduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na istinad etmişdir (bax yuxarıda mətndə 34-cü bənd).

62. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən Konvensiya malların beynəlxalq alqısatqısı üzrə müqavilələri tənzimləyir (preambula) və fəaliyyət yerləri müxtəlif dövlətlərdə yerləşən tərəflər arasında malların alqı-satqı müqavilələrinə tətbiq olunu r (maddə1 (1)). Bu Konvensiya yalnız alqı-satqı müqaviləsinin bağlanılmasını və alıcı və satıcının belə müqavilədən yaranan hüquq və öhdəliklərini tənzimləyir. Xüsusilə, bu Konvensiyada digər qayda birbaşa olaraq nəzərdə tutulmadıqda, o müqavilənin və ya onun müddəalarından hər hansı birinin və ya hər hansı adətin etibarlılığına dair məsələlərin tənzimlənməsində tətbiq edilmir (maddə 4 (a)).

63. Hazırki mübahisəyə üzrə Konvensiyada nəzərdə tutulmuş müddəalar ona görə tətbiq edilə bilmir ki, tərəflər hər ikisi Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxsləridir.

64. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir, həmin məhkəmə tərəfindən işin mü əyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(103)-251/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar