Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-33/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi, borc tələbi, borcun ödənildiyi ilə bağlı sübutların olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-760/2021 saylı, 2021-ci il 8 sentyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı "xxxx" MMC ilə (bundan sonra – iddiaçı) a lıcı "xxxx" MMC (hal-hazırda Cavabdeh MMC (VÖEN:**********) (bundan sonra – cavabdeh)) arasında 2017-ci il 14 noyabr tarixli, AZTHGC/13Noyabr/001/2017 saylı alğı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən alış sifarişində nəzərdə tutulan malları - SKF məhsulları və SSAB şirkətinin məhsullarını (hardox wear plate –sürtünməyə davamlı polad lövhələr) tədarük etmək, cavabdeh isə bu malları qəbul edərək onların razılaşdırılmış dəyərini ödəməyi öz öhdələrinə götürmüşdürlər. 2. 2018-ci il 30 oktyabr tarixli 641 saylı invoysa əsasən 6291,40 manat dəyərində, 2018-ci il 28 noyabr tarixli, 698 saylı invoysa əsasən isə 33.672,76 manat dəyərində mal cavabdehə satılmışdır. 3. 2018-ci il 12 dekabr tarixli, 261682 saylı EAAO saylı elektron qaiməyə əsasən 33.672,76 manat dəyərində və 2019-cu il 17 yanvar tarixli, EAAP seriyalı elektron qaiməyə əsasən 6291,39 manat dəyərində mal cavabdehə verilmişdir. 4. 2020-ci il 1 avqust tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 19.221,86 manat əsas məbləğ və 3459,93 manat ƏDV borcu mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı 2020-ci il 29 dekabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Müqavilə üzrə ümumilikdə 22.681,79 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Müqavilə əsasında iddiaçı tərəfindən 33.867,93 manat əsas m əbləğ və 6.096,22 manat ƏDV dəyərində mal-materiallar cavabdehə satılmış, cavabdeh tərəfindən 14.646,07 manat əsas məbləğ və 2.636,29 manat ƏDV məbləği ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 19.221,86 manat əsas məbləğ və 3.459,93 manat ƏDV borcu qalmışdır. Cavabdehə müqavilədən irəli gələn öhdəliklərinin icrası ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh uzun müddət keçməsinə baxmayaraq ödəməli olduğu borcunu ödəməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli, e-2-2(113)-820/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – F.Qasımov).
8. Həmin məhkəmə bildirmişdir ki, Müqavilə əsasında mallar vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura, həmçinin invoyslar əsasında təhvil verilmişdir. Tərəflər arasında tərtib olunmuş s atıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərində malın dəyərinin satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 15 gün ərzində satıcının hesabına ödənilməli olduğu nəzərdə tutulmaqla öhdəliyin icrası müddəti göstərilmiş, cavabdeh tərəfindən borcun ödənildiyini təsdiq edən sübutlar isə mövcud olmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 567, 600.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.3, 4.5-ci bəndlərinə istinad etməklə əsasla ndırmışdır.
10. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-2(103)-760/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
12. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində elektron qaimələr üzrə malların iddiaçı tərəfindən ona təqdim edildiyini mübahisələndirməsə də, borcun məbləğinin araşdırılmalı olduğunu göstərmiş, lakin ödənişlərlə bağlı məhkəməyə hər hansı sübutlarını tə qdim etməmişdir.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır.
14. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 21 sentyabr tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
15. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma ap armamış, həmçinin məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etməmişdir. Belə prosessual pozuntu isə, düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Həmçinin, tərəflər arasında bağlanmış Müqavilə üzrə borcun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. Yalnız belə bir ekspertiza rəyi əldə olunduğu təqdirdə məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı.
17. Cavabdeh kassasiya şikayətində MPM-in 9.1, 9.2, 81, 88 və 97.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. III. faktiki halların yoxlanılması və araşdırılması kimi TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. A zərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və ximətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. 71-1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. 176. (Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2019-cu il 29 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il 1 yanvar tarixindən ləğv edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. 4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məs ələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
24. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
25. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə borcun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. Yalnız belə bir ekspertiza rəyi əldə olunduğu təqdirdə məhkəmə oby ektiv və ədalətli qətnamə qəbul etmiş olardı. Həmçinin, məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmişdir. Belə prosessual pozuntu isə, düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
27. İş materiallarından göründüyü kimi, tərəflər arasında 2017-ci il 14 noyabr tarixli, AZTHGC/13Noyabr/001/2017 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. 2018-ci il 12 dekabr tarixli, 261682 saylı EAAO saylı elektron qaiməyə əsasən 33.672,76 manat dəyərində və 2019-cu il 17 yanvar tarixli, EAAP seriyalı elektron qaiməyə əsasən 6291,39 manat dəyərində mal cavabdehə verilmişdir. Həmin qaimələrdə tərəflər arasında bağlanmış müqavilənin nömrəsi öz əksini tapmışdır.
28. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş, tərəflər arasında müqavilənin bağlandığı tarixdə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılması isə iş materiallarından müəyyən olunmamışdır. Bu isə, cavabdehin müq avilə üzrə malları qəbul edərək iddiaçıya hər-hansı irad bildirmədiyinə dəlalət edir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan qaimə-fakturalar və maliyyə arayışı ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən isə həmin borcun əsaslılığını şübhə altına alan hər hansı sübutlar təqdim olunmadığından və həmin sənədlərdə olan məbləğlərlə bağlı hər-hansı xüsusi bilik tələb edən hesablamanın aparılması zərurəti yaranmadığından cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olmasına dair dəlili əsaslı olmamışdır.
30. Bundan başqa, işə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində baxılarkən məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirakı təmin olunmuşdur (iş.v 29, 70). Bu səbəbdən, cavab dehin kassasiya şikayətinin onun məhkəmədə iştirakının təmin olunmaması ilə bağlı dəlili də anlaşılan və əsaslı olmamışdır.
31. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
32. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliy ini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
33. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
34. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nə zərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməl i, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün apar mış, cavabdeh isə iddiaçıya olan borcunun ödənildiyini təsdiq edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
37. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
38. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-760/2021 saylı, 2021-ci il 8 sentyabr tarixli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər.
40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-760/2021 saylı, 2021-ci il 8 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.