Məhkəmə qərarları › İş №2-2(102)-333/2018

Ali Məhkəmə Qərar — İş №2-2(102)-333/2018

08.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-333/2018 08.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinəqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-333/2018) Bakı şəhəri 08 avqust 2018-ci il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq müqaviləsi üzrə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, müqavilənin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin ( binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 22 fevral 2018-ci il tarixli, 2-2(103)-54/2018 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 10 fevral 2012-ci il tarixli, 04-LA/12 nömrəli müqaviləyə əsasən cavabdeh, dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəni ş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 498.800,0 manat olan 450.000 baş quşun saxlanılması üçün “kümes” tipli avadanlığı lizinqə götürdüyünü, cavabdehin müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 51.000,0 manat məbləğində ilkin ödəniş apardığını, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmədiyini, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2017-ci il tarixədək ödəməli olduğu 205.200,0 məbləğdən 106.800,0 manat məbləğində ödəniş apardığını və müqavilə üzrə 98.400,0 manat borcu qaldığını, ASC tərəfindən cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyinin tam yerinə yetirilmədiyini bildirərək, cavabdehdən 98.400,0 manat məbləğində əsas borcun, 32.690 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 131.120,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 22(82)–350/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 98.400,0 manat məbləğində əsas borc, 3.269 manat məbləğində cərimə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 101.699 manatın tutularaq İddiaçı-nə ödənilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 10 fevral 2012-ci il tarixli, 04-LA/ 12 nömrəli müqavilənin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir (hakim – İ.H.Bayramova). Cavabdeh MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsindən, 3269 manat məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınaraq iddiaçıya verilməsi hissəsində apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018ci il tarixli, 2-2(103)-54/ 2018 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018ci il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin cavabdehdən 98.400,0 manat məbləğində əsas borcun, 3269 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 101.699 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlığın və onun yerləşd iyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında bağlanmış müqaviləyə əsasən kümes tipli avadanlıq 450.000 baş quşun saxlanılması üçün lizinqə götürülmüş, MMC-yə məxsus quşçuluq fabriki hazırda Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşməklə toyuq yetişdirilməsi və onun bazara çıxarılaraq satılması ilə məşğul olur, məhkəmə qətnaməsi ilə geri alınaraq iddiaçıya verilməsi qət olunan kümes tipli avadanl ıq MMC-nin Nizamnaməsi ilə müəyyən olunan fəaliyyətini həyata keçirmək-yəni toyuqların saxlanılması və yetişdirilməsini təmin etmək üçün lizinqə götürdüyü avadanlıqdır, lizinq müqaviləsi bağlanandan sonra MMC tərəfindən 51.000 manat ilkin ödəniş həyata keçirilmiş və bundan əlavə 2017-ci ilin yanvar ayınadək müqavilə üzrə 106.800 manat lizinq ödənişi aparılmış, son iki il ərzində Azərbaycan manatının ABŞ dolları qarşısında iki dəfə dəyərini itirməsi respublikada gedən iqtisadi proseslərə mənfi təsir göstərmiş, bütün sahibkarlıq subyektlərində olduğu kimi MMC-nin də fəaliyyəti zəifləmiş və rentabelliyi aşağı düşmüş, son nəticədə lizinq ödənişinin davam etdirilməsi mümkün olmamış, həmin vaxt ölkədə devalvasiyanın baş verməsi və manatın ABŞ dolları qarşısında dəyərini xeyli itirməsi halını h eç kim ağlabatan mühakimə şəraitində əvvəlcədən görə bilməzdi. Artıq uzun illər Azərbaycan manatı ABŞ dollarına münasibətdə möhkəmlənməkdə davam edirdi. Ona görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı iddiaçı tərəfindən, o cümlədən məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bu müvəqqəti bir haldır, müəyyən müddətdən sonra MMC-nin rentabelliyi yüksələn kimi yenidən lizinq ödənişinin aparılması davam etdiriləcəkdir. Hazırki vəziyyətdə lizinq şirkəti anlayışla qəbul etməlidir ki, manatın dəyərdən düşməsi MMC-dən asılı olan məsələ deyildir, lizinq obyektinin iddiaçıya geri qaytarılması mülki hüququn ədalət prinsiplərinə uyğun olmamaqla yanaşı, MMC-nin vəziyyətini daha da çətinləşdirəcəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, lizinq ödənişinin davam etdirilməsi üçün MMC-yə məxsus fabrik fəal iyyət göstərməlidir, əks halda yerdə qalan ödənişin həyata keçirilməsi mümkün olmayacaqdır. Tərəflərin izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətini n dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməmə lidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018-ci il tarixli, 2-2(103)-54/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 10 fevral 2012-ci il tarixli, 04-LA/12 saylı müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 498.800,0 manat olan 450.000 baş quşun saxlanılması üçün “kümes” tipli avadanlığı lizinqə götürmüş, cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 51.000,0 manat məbləğində ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən əvvəlcədən ödənilmiş məbləğ heç bir halda Lizinq verən tərəfindən geri qaytarılmır, müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ Lizinq alan tərəfindən ödənişlər tam başa çatanadək Lizinq verənə məxsusdur, cavabdeh lizinq müqaviləsinin 2.2.2-ci bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2017-ci il tarixədək ödəməli olduğu 205.200,0 manat məbləğdən 106.800,0 manat məbləğində ödəniş aparmış və müqa vilə üzrə 98.400,0 manat borcu qalmış, borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 20 fevral 2015-ci il tarixdə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc öhdəliyi tam yerinə yetirilməmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh apellyasiya şikayətində 10 fevral 2012-ci il tarixli, 04-LA/12 saylı müqaviləyə əsasən Cavabdeh MMC-dən 98.400,0 manat məbləğində əsas borcun tutulması hissəsində qətnaməni mübahisələndirməmiş, lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməməsini təsdiq etmiş, lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə g ecikdirilmiş məbləğin, 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir, buna əsasən ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixədək olan borcun məbləği 98.400,0 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 32.690 manat təşkil etmiş, iddiaçı müqavilənin 4.2-ci bəndinə istinad edərək, cavabdehdən 32.690 manat məbləğində dəbbə pulu tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə düzgün olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri qaydasında dəbbə pulunun miqdarını azaltmış və 3.269 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmiş, cavabdeh isə apellyasiya şikayətində məhkəmənin cərimənin miqdarını hesablayarkən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən 32.690 manat cəriməni öz mülahizəsinə əsaslanaraq 3.269 man ata endirdiyini, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad etdiyini və borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsini onun maliyyə çətinlikləri ilə əlaqələndirdiyini qeyd etsə də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər arasında müqavilənin dəyişdirilməsi halı mövcud olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlkin olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc hissəsində cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə artıq qüvvəyə minmişdir və buna görə də iddia tələbinin həmin hissəsi üzrə hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da l izinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin, apellyasiya şikayətində 10 fevral 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-dən 98.400,0 manat məbləğində əsas borcun tutulması hissəsində qətnaməni mübahisələndirmədiyini, lizinq müqaviləsinin 2.2.2-ci bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, həmçinin, lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilmədiyini təsdiq etdiyini, lizinq müqaviləsinin 4.2-ci bən dinə əsasən ödəniş qrafiki üzrə 01.01.2017-ci il tarixədək olan borcun məbləği 98.400,0 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləğinin isə 32.690 manat təşkil etdiyini, məhkəmənin düzgün olaraq Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə bu məbləği 3.269 müəyyən etdiyini, bunun üçün isə hər hansı ekspert rəyinə ehtiyac olmadığını, həmçinin cavabdeh şikayətlərində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsini, onun maliyyə çətinlikləri ilə əlaqələndirsə də, bu kimi halların qanuni məhkəmə qətnaməsinin ləğvi üçün əsas olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim et dikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018-ci il tarixli, 2-2(103)-54/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018ci il tarixli, 2-2(103)-54/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar