Məhkəmə qərarları › İş №2-2(102)-333/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-333/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-333/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İsmayıl Xəlilov və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının qanuni təmsilçisi Cavad Nağızadənin, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Cavabdeh Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli, 2-2(103)-204/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Təchizatçı qismində olan “İddiaçı” Şirkəti (bundan sonra- Şirkət) ilə alıcı qismində olan Cavabdeh Şirkəti (bundan sonra- Kompani) aralarında bağlanmış 2017-ci il 20 dekabr tarixində PUR/BOC179/17 nömrəli alğı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda həmin müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş spesifikasiyalarda göstərilən malların müqavilə müddəti dövründə iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verməyi, cavabdeh tərəfindən isə həmin malların dəyərinin həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öz üzərilərinə öhdəlik götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən çatdırılan malın hər bi r partiyası tərəflər arasında malın adı, çeşidi, qiyməti, miqdarı, ödəniş qaydası və müddəti, çatdırılma müddəti və şərtləri, həmçinin zəmanət müddəti üzrə ayrıca spesifikasiya ilə razılaşdırılmalıdır.

2. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən malın hər bir partiyasının qiyməti bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi hesab edilən müvafiq spesifikasiyada göstəriləcək.

3. Həmin Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq mala görə ödənişlər şərtləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi hesab edilən spesifikasiyalarda göstəriləcək.

4. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən müvafiq spesifikasiyalarda göstərilən Malların çatdırılması əvvəlcədən ödəniş şərtləri ilə həyata keçirildiyi zaman, Malların çatdırılması müddəti, alıcı pul vəsaitlərini, təchizatçı tərəfindən əv vəlcədən ödəniş üçün təqdim etdiyi müvafiq sənədlərə əsasən, təchizatçının hesablaşma hesabına keçirtdiyi gündən sonra növbəti gündən etibarən hesablanır.

5. Həmin Müqavilənin 7.2-ci maddəsinə əsasən “təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır.

6. Həmin Müqavilənin 7.4-cü maddəsinə əsasən hər bir tərəf qarşı tərəfdən yazılı birdiriş aldıqdan sonra 10 bank günü ərzində hesablanmış cərimələri və tələb edilən zərəri ödəməlidir. 7. 2019-cu il 3 may tarixli 03/19 saylı spesifikasiyada göstərilmişdir ki, həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 165.600 av ro təşkil etmişdir.

8. Bu spesifikasiyaya dair çatdırılma sənədində qeyd olunmuşdur ki, ümumi çəkisi 18.135,92 kq olan mallar satıcı tərəfindən alıcıya 2019-cu il 27 noyabr tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. 9. 2019-cu il 19 iyun tarixli 04/19 saylı spesifikasiyada göstərilmişdir ki, həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 112.455 ABŞ dolları təşkil etmişdir.

10. Bu spesifikasiyaya dair çatdırılma sənədində göstərilmişdir ki, ümumi çəkisi 45.574 kq olan mallar satıcı tərəfindən alıcıya 2019-cu il 16 sentyabr tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. 11. 2019-cu il 24 iyun tarixli 05/19 saylı spesifikasiyada göstərilmişdir ki, həmin spesifikasiya üzrə ümumilikdə alıcıya satılmış malların dəyəri 688.674,13 avro təşkil etmişdir.

12. Bu spesifikasiyaya dair çatdırılma sənədində göstərilmişdir ki, ümumi çəkisi 8717 kq olan mallar satıcı tərəfindən alıcıya 2019-cu il 2 dekabr tarixdə çatdırılmışdır. Qeyd olunan sənəd tərəflərin möhür və imzaları ilə təsdiq olunmuşdur. 13. 2019-cu il 28 iyun tarixli 0085 nömrəli və 2019-cu il 30 sentyabr tarixli 0088 nömrəli ödəniş tapşırıqlarında göstərilmişdir ki, alıcı tərəfindən satıcıya 05/19 saylı spesifikasiya üzrə ümumilikdə 619.806,72 avro ödəniş edilmişdir.

14. Şirkət 2020-ci il 13 yanvar tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilməmiş borcun 10 bank günü ərzində ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

15. İddiaçı Şirkət cavabdeh Kompaninin Azərbaycan Respublikasındakı Fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il 24 iyun tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867,41 avro əsas borc və 6.886,74 avro cərimə məbləği olmaqla cəmi 75.754,151 avro, 2019-cu il 3 may tarixli 03/19 saylı Spesifikasiya üzrə 15.824 avro əsas borc məbləği və 1.582,40 avro cərimə olmaqla cəmi 17.406,40 avro, 2019-cu il 19 iyun tarixli 04/19 saylı Spesifikasiya üzrə 4.176,47 ABŞ dolları əsas borc və 417,64 ABŞ dolları cərimə məbləği olmaqla cəmi 4.594,11 ABŞ dolları, göstərilmiş hüquqi xidmətə görə 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ş irkəti ilə cavabdeh Kompaninin Azərbaycan Respublikasındakı Filialı arasında malların alğı-satqısına dair müqavilə bağlanmışdır(bax §1). Müqavilə şərtlərinə görə iddiaçı Şirkət təchizatçı, cavabdeh Kompaninin Azərbaycan Respublikasındakı Filialı isə alıcı qismində çıxış etmişdir. müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür (bax §1). Hazırda mübahisə predmetini 2019-cu il 24 iyun tarixli 05/19 saylı, 2019-cu il 3 may tarixli 03/19 saylı və 2019cu il 19 iyun tarixli 04/19 saylı spesifikasiyalar üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. Belə ki, 05/19 saylı, 2019-cu il 24 iyun tarixli spesifika siyaya əsasən alıcı tərəfindən öhdəlik götürülmüşdür ki, həmin spesifikasiyaya əsasən təchiz ediləcək malların dəyərinin 20%-i əvvəlcədən - alıcı tərəfindən spesifikasiya imzalandıqdan sonra ödəniş üçün hesabın təqdim edildiyi gündən etibarən 10 (on) bank günü ərzində, malların dəyərinin qalan 80%-i isə, təchizatçı malların göndərilməyə hazır olması haqqında bildiriş aldığı gündən etibarən 10 (on) bank günü ərzində həyata keçirilməlidir. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildiriş hesab-faktura ilə birlikdə alıcıya 2019-cu ilin oktyabr ayında təqdim edilmişdir. Buna baxmayaraq, alıcı tərəfindən müqavilə və spesifikasiya 05/19 üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Tərəflər arasında bağlan mış müqavilənin 7.2-ci maddəsinə əsasən “təchiz edilən mallar üzrə ödəniş Alıcı tərəfindən vaxtında edilmədikdə, təchizatçı Alıcıya hər gecikmə günü üçün ödəninlməmiş məbləğin 0.1 faizi miqdarında cərimə tətbiq etmək hüququna malikdir, lakin, bu məbləğ ödənilməmiş məbləğin 10%-dən çox olmamalıdır”. 05/19 saylı spesifikasiyanın əsas borc məbləği 68.867,41 AVRO-dur. Müqavilənin 7.4-cü maddəsinə əsasən hər bir tərəf qarşı tərəfdən yazılı birdiriş aldıqdan sonra 10 bank günü ərzində hesablanmış cərimələri və tələb edilən zərəri ödəməlidir. 68.867.41xl0%=6.886.741 AVRO. Beləliklə, cərimə məbləği 6.886.741 AVRO olmaqla cəmi ödəniləcək məbləğ 75.754,151 AVRO (68.867,41+6.886,741) təşkil edir. Həmçinin, 03/19 saylı, 2019-cu il 3 may tarixli spesifikasiya üzrə alıcı tərəfindən 15.824.00 AVRO məb ləğində hesab-faktura üzrə yaranmış məbləğ ödənilməmişdir. Bu spesifikasiya üzrə qalıq əsas borc məbləğinin cərimə məbləği 15.824.00 AVRO və onunun gecikməyə görə cəriməsi 1.582,40 AVRO olmaqla cəmi 17.406,40 AVRO təşkil etmişdir. 2019-cu il 19 iyun tarixli, 04/19 saylı spesifikasiya üzrə təchiz edilməli olan malların ümumi dəyəri 112.455,00 ABŞ dolları təşkil etmiş, həmin spesifikasiya üzrə satıcının tələbi 380.06 ABŞ dolları həcmini təşkil edən toleransla bağlı olmuşdur. Belə ki, spesifikasiyanın cədvəlinin 4-cü qrafasında tərəflər arasında tolerans həcmi -0/+10% kimi nəzərdə tutulmuşdur və bu tolerans üzrə yaranmış fərq yəni əsas borc məbləği 4.176,47 ABŞ dollarıdır. Həmin məbləğin gecikməsi cəriməsi isə 417.64 ABŞ dolları təşkil edir. Alıcı həmin məbləğin də ödənilməsindən yayınmışdır. Bu spesifikasiya üzrə də əsas borc məbləği ilə yanaşı cərimə məbləği də tətbiq edilməlidir. Beləliklə, qeyd edildiyi kimi Satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermiş, lakin alıcı tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 oktyabr tarixli, e-2-2(113)-1179/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2019-cu il 24 iyun tarixli 05/19 saylı Spesifikasiya üzrə 68.867,41 avro əsas borc və 3.443 avro cərimə məbləği, 2019-cu il 3 may tarixli 03/19 saylı Spesifikasiya üzrə 15.824,00 əsas borc məbləği və 791 avro cərimə məbləği, cəmi 88.925,41 avro, 2019-cu il 19 iyun tarixli 04/19 saylı Spesifikasiy a üzrə 4.176,47 ABŞ dolları əsas borc və 208 ABŞ dolları cərimə məbləği olmaqla cəmi 4.384,47 ABŞ dolları, göstərilmiş hüquqi xidmətə görə 1000 manat dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin Kompanidən tutularaq Şirkətin hesabına ödənilməsi qət edilmişdir (hakimAytən Əliyeva).

18. Məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçının müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə məhkəməyə hər hansı bir dəlil və ya sübut təqdim etməmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya hər hansı borcunun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim et mədiyindən məhkəmə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi nəticəsinə gəlmiş və hesab etmişdir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin, iddiaçı tərəfindən müqavilənin tələblərinə uyğun olaraq dəbbə pulunun tələb edilməsinin də əsaslı olması qənaətinə gəlmiş, lakin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425.2, 442, 443.1, 445.7, 448.1, 462.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istin ad etməklə əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli 2-2(103)-204/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 2019-cu il 24 iyun tarixli 05/19 saylı spesifikasiya üzrə 68.867,41 avro əsas borc və 3.443 avro cərimə məbləği, 2019-cu il 3 may tarixli 03/19 saylı spesifikasiya üzrə 15.824 avro əsas borc və 791 avro cərimə olmaqla cəmi 88.925,41 avro, 2019-cu il 19 iyun tarixli, 04/19 saylı Spesifikasiya üzrə 4.176,47 ABŞ dollar ı əsas borc və 208 ABŞ dolları cərimə olmaqla cəmi 4.384,47 ABŞ dolları, 1000 manat məbləğində hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

22. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya baxışı zamanı iddiaçının razılığı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl Cavabdeh Şirkəti ilə əvəz edildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və alqısatqı müqaviləsi üzrə ödənilməmiş məbləğlər məhz Cavabdeh Şirkətindən tutulmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, malların gecikdirilməklə çatdırılmasının səbəbkarı məhz cavabdeh özü olmuşdur.

23. Apellyasiya şikayətində qeyd olunan iddiaçının adından n ümayəndə Vəkil1 adına verilmiş 2020-ci il 21 fevral tarixli etibarnamənin MPM-in 457-ci maddəsinin tələblərinə uyğun tərtib olunmaması və rəsmiləşdirilməməsi ilə bağlı dəlilinə münasiibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Şirkət X1 qeydiyyata alınmış xarici hüquqi şəxsdir və onun qanuni nümayəndəsi – direktoru və təsisçisi Azərbaycan Respublikasının vətəndaşı olan X2r. X3 isə məhkəmə iclasında şəxsən iştirak etmiş və iddia ərizəsinin nümayəndə Vəkil1 tərəfindən imzalandığının bəyəndiyini bildirmişdir. Həmçinin 2020-ci il 2 dekabr tarixdə iddiaçı şirkətin adından nümayəndə Vəkil1 adına yeni etibarnamə verilmiş, həmin etibarnamə şirkətin direktoru X3 tərəfindən imzalanmış və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, t əmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlili də əsassız olmuşdur.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 462.1, 467, 360.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Məhkəmənin qətnaməsi 2021-ci il 9 aprel tarixində iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 27. 05/19 saylı Spesifikasiyaya əsasən malın göndərilməyə hazır olması haqqında bil diriş təsdiqedici sənədlərlə birlikdə göndərilməli olsa da, iddiaçı Şirkət heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Buna baxmayaraq, Şirkət tərəfindən 05/19 saylı Spesifikasiya üzrə 2019-cu il 29 iyun və 2019-cu il 30 sentyabr tarixlərdə əvvəlcədən Spesifikasiya məbləğinin 90 %-i həcmində Təchizatçının bank hesabına ödəniş həyata keçirilmişdir. Bu səbəbdən, təchizatçının müqavilə üzrə şərtləşdirilmiş öhdəlik və vəzifələrini lazımınca icra etmədən Alıcıya cərimə tətbiq etməsi əsassız olmuşdur.

28. Xarici dövlətin hüquqi şəxsi olan iddiaçının adında iddia ərizəsini Azərbaycan dilində tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun gəlməyən etibarnamə əsasında onun nümayəndəsi imzalamışdır. Apellyasiya məhkəməsi iddia ərizəsinin onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imz alanmasını və birinci instansiya məhkəməsində işə qanunvericiliyin tələblərinə riayət olunmadan baxıldığını nəzərə almamışdır.

29. Apellyasiya məhkəməsi Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialını əsl Cavabdeh şirkəti ilə əvəz etmiş, lakin işə yeni cəlb edilmiş cavabdehi məhkəmə iclasına dəvət etməmiş, habelə cavabdeh dəyişdirildiyi üçün yenidən baxılması üçün işi birinci instansiya məkhəməsinə qaytarmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasaiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun tərəfindən bütün müqavilə öhdəlikləri lazımınca və vaxtında həyata keçirilmişdir, bu halı təsdiq edən bütün sənədlər (malların çatdırılması haqqında) və sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərin izahat ları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğund ur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması “... 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq “... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədin ə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....“. Maddə

445. Borclunun icranı gecikdirməsi “... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər k reditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

462. Dəbbə pulu anlayış 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilm əsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

119. Məhkəmə xərclərin in tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....”. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırı lmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.

40. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, təchizatçı şirkət müqavilə üzrə şərtləşdirilmiş öhdəlik və vəzifələrini lazımınca icra etməmiş, lakin əsassız olaraq cavabdehdən cərimə borcunun tutulmasını tələb etmişdir.

41. Məhkə mə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmır.

42. İşin hallarından göründüyü kimi tərəflər arasında 2017-ci il 20 dekabr tarixli alğısatqı müqaviləsi bağlanmış, həmin müqavilənin 5.1-ci bəndi ilə malın hər bir partiyasının çatdırılması şərtləri və müddətinin Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan spesifikasiyalarda göstərilməsi razılaşdırılmışdır.

43. Tərəflər arasında imzalanmış 2019-cu il 3 may tarixli 03/19 saylı və 2019-cu il 19 iyun tarixli 04/19 saylı Spesifikasiyaya əsasən malın dəyərinin 50% miqdarında əvvəlcədən ödəniş, Alıcı tərəfindən Spesifikasiya imzalandıqdan sonra, Təchizatçının əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 (on) bank günü ərzində, Malın dəyərinin qalan 50% isə təchizatçının malın göndərilm əyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 (on) bank günü ərzində, təsdiqedici sənədlər təqdim edilməklə həyata keçirilir.

44. Tərəflər arasında imzalanmış 2019-cu il 24 iyun tarixli 05/19 saylı Spesifikasiyada isə göstərilmişdir ki, malın dəyərinin 20% miqdarında əvvəlcədən ödəniş, alıcı tərəfindən Spesifikasiya imzalandıqdan sonra, Təchizatçının əvvəlcədən ödəniş üçün hesabı təqdim etdiyi gündən etibarən 10 bank günü ərzində, malın dəyərinin qalan 80% isə təchizatçının malın göndərilməyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 bank günü ərzində, təsdiqedici sənədlər təqdim edilməklə həyata keçirilir.

45. İş materiallarında olan malların çatdırılma sənədlərinə əsasən, 2019-cu il 3 may tarixli 03/19 saylı Spesifikasiya üzrə malların 2019-cu il 27 no yabr tarixdə, 2019-cu il 19 iyun tarixli 04/19 saylı Spesifikasiyaya üzrə malların 2019-cu il 16 sentyabr tarixdə, 2019cu il 24 iyun tarixli 05/19 saylı Spesifikasiya üzrə malların isə 2019-cu il 2 dekabr tarixdə alıcıya çatdırılması müəyyən olunmuş, cavabdeh tərəfindən isə ilkin olaraq iddiaçıya 20% ödəniş edilməli olduğu halda, 10% ödəniş edilmişdir.

46. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidilər.

47. İşin hallarından göründüyü kimi, cavabdeh Kompani təchiz edilmiş malların dəyərini vaxtında ödəməməklə iddiaçı Şirkətin öhdəliklərin in icrasını təhlükəyə məruz qoya biləcək hərəkətə yol vermişdir və malların gecikdirilməklə çatdırılmasının səbəbkarı məhz cavabdeh Kompani özü olmuşdur.

48. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, lakin məhkəmə bunu nəzərə almamışdır.

49. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “İddiaçı” şirkəti X1 qeydiyyata alınmış xarici hüquqi şəxsdir və onun qanuni nümayəndəsi – direktoru və təsisçisi Azərbaycan Respublikasının vətəndaşı olan X2r. X3 isə məhkəmə iclasında şəxsən iştirak edərək iddia ərizəsinin nümayəndə Vəkil1 tərəfindən imzalandığının bəyəndiyini bildirmişdir. Həmçinin 2020-ci il 2 dekabr tarixdə iddiaçı şirkətin adından nümayəndə Vəkil1 adına yeni etibarnamə verilmiş, həmin etibarnamə şirkətin direktoru X3 tərəfindən imzalanmış və Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq olunmuşdur.

50. Mülki Məcəllənin 360.2-ci maddəsində də təsbit olunmuşdur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

51. MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

52. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçi ləri və ya vəkillər təmsil edir.

53. Aydın olduğu kimi, iddia ərizəsini hüquqi şəxsi order əsasında vəkil olaraq (order iş.v14) həmçinin etibarnamə əsasında nümayəndə kimi təmsil edən Vəkil1 imzalamışdır. Şirkətin qanuni təmsilçisi isə nümayəndəyə əvvəl verilmiş etibarnaməni bəyənməklə onu təsdiq etmiş, habelə sonradan Şirkətin adından nümayəndəyə yəni etibarnamə verilmişdir. Bu səbəbdən, cavabdehin iddia ərizəsinin onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması dəlili də əsaslı olmamışdır.

54. Kassasiya şikayətinin üçüncü dəlili bundan ibarət olmuşdur ki, məhkəmə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialını əsl Cavabdeh Şirkəti ilə əvəz etmiş lakin, əsl cavabdehi məhkəmə iclasına dəvət etməmiş və habelə cavabdeh dəyişdirildiyi üçün yenidən baxılması üçün işi birinci instansiya məkhəməsinə qaytarmamışdır.

55. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı qeyd edir ki, Mülki Məcəllənin 53.3cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.

56. İstinad olunan normanın məzmunundan göründüyü kimi, “X5” Şirkətinin Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs deyildir və Cavabdeh Şirkətinin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Yəni, apellyasiya məhkəməsi cavabdeh olaraq bir hüquqi şəxsi digəri ilə əvəz etməmiş, hüquqi şəxsin filialını şirkətin özü ilə əvəz etmişdir. Yəni, iddia tələbinə cavab verməli olan şəxs filial deyil, hüquqi şəxsin özünün olması qənaətinə gəlmişdir. Habelə, Cavabdehni apellyasiya instansiyası məhkəməsindəki məhkəmə iclası nda filial tərəfindən deyil Şirkətin özü tərəfindən verilmiş etibarnamə əsasında (iş.v167) onun nümayəndəsi kimi Nümayəndə2 təmsil etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin məhkəmənin cavabdehi əsl cavabdehlə əvəz etdikdən sonra əsl cavabdehi məhkəməyə dəvət etməməsinə dair dəlilləri də əsassız olmuşdur.

57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 30 mart tarixli, 2-2(103)-204/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

59. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası ““ QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 mart tarixli, 2-2(103)-204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar