Məhkəmə qərarları › İş №2-2(102)-335/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-335/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-335/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər X3 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(104)-135/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 30 noyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44.543,01 manat borc, 4454,31 manat cərimə, ödənilmiş 200 manat mediasiya xərci və 37 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli e2-2(115)-133/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 13 sentyabr tarixli 05/21-05 nömrəli “xam-pambığın alqı-satqısına dair” müqavilə üzrə yaranmış 44.543,01 manat əsas borc, 200 manat cərimə borcu olmaqla, cəmi 44.743,01 manat borcun, ödənilmiş 200 manat mediasiya xərci və 37 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 187,23 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim - G.Quliyeva).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 2(104)-135/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – M.Mustafayev və L.Süleymanov).

5. Cavabdeh 2024-cü il 25 sentyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 sentyabr tarix li 2-2(104)-135/2024 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və L.Süleymanov).

7. Cavabdeh 2025-ci il 25 yanvar tarixində yenidən qətnamədən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

8. Ərizəni onunla əsaslandırmışdır ki, o, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-135/2024 nömrəli qətnaməsini xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasından götürmüş və götürdüyü zaman məhkəmə qəbzinə imza etmişdir. Maddi imkanı olmadığından kassasiya şikayətini 2 ay müddətinə verm işdir. Hazırda verilmiş kassasiya şikayətinin müddəti ondan asılı olmayan səbəbdən ötürülmüşdür. Buna görə də kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(104)-135/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsindən imtina olunmuş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – R.Məcidov və L.Süleymanov).

10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemindən çıxarış ilə müəyyən olunanlara görə, apellyasiya məhkəməsinin 2024-cü il 28 iyun tarixli qətnaməsi cavabdehə məxsus şə xsi elektron kabinetinə 2024-cü il 10 iyul tarixində yerləşdirilmişdir. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 128.3-cü maddəsinə əsasən 2024-cü il 11 iyul tarixindən başlanmışdır. Cavabdeh 2025-ci il 25 yanvar tarixində kassasiya şikayətini və prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir.

11. Qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. MPM-in 133.1-ci maddəsinə əsasən prosessual müddətin buraxılmasının üzrlü səbəbləri dedik də, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzrlü hallar, qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır.

12. Cavabdehin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas verməmişdir. Belə ki, cavabdeh qətnaməni 2024-cü il 10 iyul tarixində alsa da, kifayət qədər uzun müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, həm də məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də kollegiya müddətin bərpası üçün buraxılmış dövrün üzrlü hesab oluna bilməməsi qənaətinə gəlmişdir.

13. Apellyas iya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarına, MPM-in 128.3, 129, 133.1, 134.1.5, 135.1, 135.2, 135.5, 135.6, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və qətnamədən verilən kassasiya şikayətinə baxılması üçün işin Ali Məhkəməsinin icraatına qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən v əkili Vəkil2 asan imzası ilə etibarnamə əsasında kassasiya şikayəti vermişdir. Lakin apellyasiya məhkəməsinin 2024-cü il 27 sentyabr tarixli qərardadı ilə cavabdehin qanunla müəyyən edilmiş müddəti ötürdüyü qərara alınmışdır. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini 2024-cü il 25 iyul tarixində məhkəmənin dəftərxanasına yaxınlaşaraq götürmüş və məhkəmə qəbzinə imza etmişdir. Cavabdehin maddi imkanının aşağı olması ilə əlaqədar da kassasiya şikayətini 2 ay müddətinə vermişdir. Cavabdeh məhkəmə qəbzinin sənədlərə əlavə olunduğunu düşünərək 2024-cü il 25 sentyabr tarixində kassasiya şikayətini vermişdir. Lakin qəbz olmadığından, müddətin ötürüldüyü qeyd edilərək qanunsuz qərar qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı tərəf etiraz t əqdim etməmişdir. Kassasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə

129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu mü vafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmi ş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibin ə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilm iş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

20. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

21. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.

22. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunanlara görə, apellyasiya məhkəməsinin 2024-cü il 28 iyun tarixli qətnaməsi cavabdehə məxsus şəxsi elektron kabinetinə 2024-cü il 10 iyul tarixində yerləşdirilmişdir.

23. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı MPM-in 128.3-cü maddəsinə əsasən 2024-cü il 11 iyul tarixindən başlanmış və 2024-cü il 10 sentyabr tarixində bitmişdir. Cavabdeh isə kassasiya şikayətini 2024-cü il 25 sentyabr tarixində, yəni qətnaməni aldıqdan 2 ay 15 gün sonra vermiş və həmin şikayət geri qaytarılmışdır. Prosessual müddətin bərpası ilə bərabər təqdim edilən ikinci kassasiya şikayəti isə 2025-ci il 25 yanvar tarixində verilmişdir.

24. Kollegiya qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası MPM-in 133.1-ci maddəsinin tələblərinə görə yalnız müddətin buraxılmasının üzrlü səbəblərdən baş verdiyi hallarda mümkündür. Prosessual müddətin buraxılmasının üzrlü səbəbləri dedikdə tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən obyektiv hallar nəzərdə tutulur.

25. Lakin cavabdehin ərizəsində göstərilən dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas yaratmır. Belə ki, cavabdeh qətnaməni 2024cü il 10 iyul tarixində alsa da, kifayət qədər uzun müddət keçdikdən sonra verilmiş kassasiya şikayəti vermiş, eyni zamanda məhkəməy ə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etmiş və kassasiya şikayətinin geri qaytarılması qərarına gəlmişdir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(104)-135/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar