Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-336/2019 04.09.2019 ALİ MƏHKƏMƏ “X” məhdud məsuliyyətli cəmiyyətinin “X6 və Maşınqayırma” açıq səhmdar cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı “X” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh “X6 və Maşınqayırma” açıq səhmdar cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxa raq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 15.11.2012-ci il tarixdə cavabdehlə aralarında bağlanmış 03/12 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 149.920 manat borcun, 250.000 manat dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 15.11.2012-ci il tarixdə tərəflər arasında 03/12 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə satıcı bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada göstərilən malları təyin olunmuş qiymətlərlə alıcıya satır. Bundan başqa, müqavilə əsasında satılmış malların qiyməti spesifikasiyada göstərilmişdir və müqaviləyə əlavə edilmişdir. Sözügedən müqavilədə də qeyd edildiyi k imi, alınan malların dəyərinin ödənilməsi alıcı tərəfindən malların qaimə əsasında tam qəbulundan sonra ödənilir. İddiaçı tərəfindən cavabdehə 16.11.2012-ci il tarixli ÇBT/2 seriyalı 571802 saylı qaimə - faktura ilə 41.810 manat məbləğində 4 adda mal, 15.11.2012-ci il tarixli ÇBT/2 seriyalı 571801 saylı qaimə-faktura ilə 78.440 manat məbləğdə 7 adda mal və 19.11.2012-ci il tarixli ÇBT/2 seriyalı 571803 saylı qaimə - faktura ilə 29.670 manat məbləğində 4 adda mal satılmışdır. Qaimə-fakturaya alıcı və satıcının nümayəndələri tərəfindən müvafiq olaraq "təhvil verdim" və "təhvil aldım" qrafalarında imza edilərək, mal qəbul edilmişdir. Cavabdeh 01.10.2013-cü il tarixli və 01.10.2016-cı il tarixli üzləşmə aktları ilə tərəfər arasında bağlanmış müqavilə üzrə alınmış mallar üzrə yaranmış 149.920 m anat məbləğdə borcu qəbul etmişdir. Üzləşmə aktı hər iki tərəfin sədrinin imza və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunsa da, hazırkı vaxtadək alınmış mallara görə yaranmış borc ödənilməmişdir. Hazırda “xxxx” TASC-nin bütün əmlakları Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinə təhvil verilmişdir. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən, cavabdehdən 149.920 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 MMC ilə “xxxx” TASC arasında b ağlanmış 15.11.2011-ci il tarixli 03/12 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 149.920 manat əsas borc, 25.000 cərimə borcu və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun “xxxx” TASC-nin hüquqi varisi olan cavabdeh “xxxx və Maşınqayırma Zavodu” ASC-dən tutularaq İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-595/2018 nömrəli iş üzrə 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılanadək təqdim edə bilərdi, lakin o qeyd olunan ərizəni apellyasiya instansiya məhkəməsində təqdim etmişdir. Bununla da MPM-nin 375.2-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə, məhkəmə qəbul etdiyi qətnaməni əsaslandırmamış, formal mülahizələr əsasında iddia tələbini rədd etmiş, iş materiallarına əlavə edilmiş qaimə-faktura və üzləşmə aktları ilə cavabdeh tərəfin borcu etiraf etməsi faktına qiymət verməmişdir. Kassator MPM-nin 380, 385, 386.1, 425, 430.1443.1, 448.1, 417, 418-ci maddələrinə, MM-nin 882-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin ap ellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı1 MMC ilə “xxxx” TASC arasında bağlanmış 15.11.2012-ci il tarixli 03/12 saylı Alqı-satqı müqaviləsinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada göstərilən malları təyin olunmuş qiymətlərlə alıcıya satır. Spesifikasiyada göstərilən malların ümumi dəyəri 149.920 manat qeyd edilmişdir. 15.11.2012-ci il tarixli ÇBT/2 571801 nömrəli qaimə-fakturaya görə, 78.440 manat məbləğdə mal İddiaçı1 MMC tərəfindən “xxxx” TASC-yə təhvil verilmişdir. 16.11.2012-ci il tarixli ÇBT/2 571802 nömrəli qaimə-fakturaya əsasən, 41.810 manat məbləğdə mal İddiaçı1 MMC tərəfindən “xxxx” TASC-yə təhvil verilmişdir. 19.11.2012-ci il tarixli ÇBT/2 571803 nömrəli qaimə-fakturaya görə, 59.670 manat məbləğdə mal İddiaçı1 MMC tərəfindən “xxxx” TASC-yə təhvil verilmişdir. 01.10.2013-cü il tarixli Üzləşdirmə aktı ilə İddiaçı1 MMC-nin direktoru X9 və “xxxx” TASC İdarə heyətinin sədri X8 öz imzaları xxxx” TASC-nin İddiaçı1 MMC-yə alınmış mal-materiala görə 01.10.2013-cü il tarixə 149.920 manat borcu olduğunu təsdiq etmişlər. 01.10.2016-cı il tarixli Üzləşdirmə aktı ilə İddiaçı1 MMC-nin direktoru Z.A. və “xxxx” TASC İdarə heyətinin sədri O.M. öz imzaları xxxx” TASC-nin İddiaçı1 MMC-yə alınmış malmateriala görə 01.10.2016-cı il tarixə 149.920 manat borcu olmasını təsdiq etmişlər. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında olan 15.11.2012-ci il tarixli 03/12 nömrəli Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə görə, alınan malların dəyərinin ödənilməsi Alıcı tərəfindən malların qaimə əsasında tam qəbulundan so nra ödənilir. 19.11.2012-ci il tarixli qaimə-faktura ilə təsdiq olunur ki, mallar ən son həmin tarixdə cavabdehə təhvil verilmişdir. Belə olan halda, MM-in tələbinə əsasən, 15.11.2012-ci il tarixli 03/12 nömrəli Alqı-satqı müqaviləsi üzrə iddia müddəti, başlanğıc tarixi iddiaçıya münasibətdə 20.11.2012-ci il tarixdən hesablanmaqla, 20.11.2015-ci il tarixdə bitmişdir. Kassator 01.10.2013-cü il tarixli və 01.10.2016-cı il tarixli üzləşdirmə aktlarını cavabdeh tərəfindən borcun etirafı kimi qəbul edilməli olmasını qeyd etmişdir. MM-nin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla bağlı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə 01.10.2013-cü il tarixli, nə də 01.10.2016-cı il tarixli üzləşdirmə aktları MM-in 380.1-ci maddəsində təsbit olunan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkət deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İMDİÜMK-nın 25.12.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 29.07.2004-ci il tarixli Qərarından çıxan nəticəyə görə, söhbət özündə yalnız borc məbləğinin rəqəmlərini əks etdirən «üzləşmə aktı»ndan deyil, həmin iş üzrə tərəflər arasında tərtib edilmiş «protokol» adlı sənəddən (əslində öz hüquqi təbiətinə görə borc müqaviləsidir) gedir ki, burada borclu tərəf əsas borcu və faizləri etiraf edərək, onları hər iki tərəfin müəyyən etdiyi müddətdə ödəniləcəyi barədə öhdəlik götürür. Halbuki, hazırkı mübahisə üzrə tərəflər arasında imzalanmış üzləşdirmə aktları adlanan sənədlərin özü, onlarda əks olunmuş borc məbləğinin hər hansı konkret müəyyən edilmiş müddətdə ödəniləcəyi haqqında göstəriş nəzərdə tutmadığından, borcun etiraf edilməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası kassatorun “cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılanadək təqdim edə bilərdi, lakin o qeyd olunan ərizəni apellyasiya instansiya məhkəməsində təqdim etmək lə MPM-nin 375.2-ci maddəsinin tələbini pozması” ilə bağlı dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. MPM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında hesab etmişdir ki, “apellyasiya instansiyası məhkəmə si məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum u bir daha qeyd etmişdir ki, “yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Lakin MPM-in 372.5-ci maddəsinin mahiyyətinə görə dispozitivlik, çəkişmə, tərəflərin bərabərlik prinsiplərinin təmin edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi müstəsna hallarda yeni tələbi qəbul edə və ona baxa bilər. Belə müstəsna halı MPM-in 372.2-ci maddəsi müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair MPM-in 372-ci maddəsində tərəflər üçün başqa müstəsna hal nəzərdə tutulmadığından Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya insta nsiyası məhkəməsi tərəfindən o halda qəbul edilə bilər ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iştirakı ondan asılı olmayan səbəblərə görə təmin edilməyən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qəbul edilməli və ona hüquqi qiymət verilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırılmış hallarına əsasən cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilməmişdir. Ona göndərilən poçt xəbərnamələrində isə müvafiq vəzifəli şəxs barədə heç bir məlumat olmamaqla, sadəcə imza y axud imza və soyad vardır. Halbuki, MPM-in 135.2ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda, birinci instansiya məhkəməsinin iclasları barədə məhkəmə bildiriş lərinin cavabdehə rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə əsaslı nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-9/19 saylı 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-336/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-336/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver