Məhkəmə qərarları › İş №2-2(102)-336/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-336/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-336/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı X-nin cavabdeh XX-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2-2(103)-97/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı “X (bundan sonra mətndə- iddiaçı) cavabdeh “XXə (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, 2020-ci il 13 may tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 48.471,06 manat məbləğində əsas borc, 9962,3 manat cərimə və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdeh XX-dən tutularaq iddiaçı X-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 sentyabr tarixli, 2-2(113)-3405/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2020-ci il 13 may tarixli, ********** saylı alqı-satqı müqaviləsi üzrə 48471,06 manat məbləğində əsas borc, 2500 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 50997,06 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 4 (dörd) manat hissəsinin iddi açıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2-2(103)-97/2022 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 sentyabr tarixli, 2-2(113)3405/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 2022-ci il 17 fevral tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. 2022-ci il 26 mart tarixində cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayəti cavabdehin adından nümayəndə kimi Vəkil imzalamışdır. Lakin cavabdeh tərəfindən Vəkil verilmiş etibarnamə hüquqi şəxsin səlahiyyətli şəxsi tə rəfindən imzalanmamış, möhürlə təsdiq olunmamışdır. Bu isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini imzalayan şəxsin onu nümayəndə kimi təmsil etmək səlahiyyətinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-in 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayə ti onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 2-2(103)-97/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imti na edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar