Məhkəmə qərarları › İş №2-2(102)-338/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-338/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-338/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X2” MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqavilə üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və Elşad Şamayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili XXX və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(103)-186/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasın da baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı qismində olan “X2” MMC - əvvəlki adı İddiaçı MMC (bundan sonra- MMC) ilə alıcı qismində Cavabdeh (bundan sonra- Şirkət) aralarında 2016-cı il 5 yanvar tarixdə bağlanmış 2016-SM/QQ-024 nömrəli alğı-satqı müqaviləsinə əsasən hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə həmin müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının (malın) müqavilə müddəti dövründə MMC Şirkətin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada iddiaçıya ödəməyi öz üzərilərinə öhdəlik olaraq götürmüşlər. Bu müqavilənin 3.1-ci bəndinə əsasən malın razılaşdırılmış qiyməti qaimə-fakturalarda və ya həmin müqaviləyə əlavə protokollarda öz əksini tapı r. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən satıcı sabit limit olarak 35.000 AZN məbləğində malı alıcıya verir, alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq edir. Bütün hallarda penya toplamı mal dəyərinin 10% artıq olmamalıdır 2. 2016-cı il 5 yanvar tarixdə bağlanmış 2016-SM/QQ024 nömrəli alğı-satqı müqaviləsininin əlavəsi olaraq 2016-cı il 5 yanvar tarixli, 1 nömrəli qiymət razılaşma protokoluna əsasən, həmin tarixə MasterRheobuild 561 (Dokme) məhsulun 1 kiloqramı üçün 1,10 manat, MasterRheobuild 878 (Dokme) məhsulun 1 kiloqramı üçün 1,00 manat və MasterAir 200 (Mikro-Air) məhsulun 1 kil oqramı üçün 1,10 manat olmasına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. 3. 2016-cı il 5 yanvar tarixdə bağlanmış 2016-SM/QQ-024 nömrəli alğı-satqı müqaviləsininin əlavəsi olaraq 2016-cı il 5 yanvar tarixli, 2 nömrəli qiymət razılaşma protokoluna əsasən, həmin tarixə MasterRheobuild 561 (Dokme) məhsulun 1 kiloqramı üçün 0,80 manat, MasterRheobuild 878 (Dokme) məhsulun 1 kiloqramı üçün 0,80 manat və MasterAir 200 (Mikro-Air) məhsulun 1 kiloqramı üçün 1,35 manat olmasına dair tərəflər aralarında razılığa gəlmişlər və bunu öz imza və möhürləri ilə təsdiq etmişlər. 4. 2016-cı il 9 yanvar tarixli, 987367 nömrəli qaimə-fakturaya əsasən 4.000,00 kiloqram MasterRheobuild 878 (Dokme) və 300 kiloqram MasterAir 200 (MikroAir) məhsullarının yekun də yəri 5.180,20 manat olmaqla MMC Şirkətə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. 5. 2016-cı il 3 iyun tarilxi, 987948 nömrəli qaimə-fakturada göstərilmişdir ki, 1.000,00 kiloqram MasterRheobuild 561 (Dokme) və 500 kiloqram MasterAir 200 (Mikro-Air) məhsullarının yekun dəyəri 1.740,50 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. 6. 2016-cı il 10 iyun tarixli, 275178 nömrəli qaimə-fakturada göstərilmişdir ki, 4.000,00 kiloqram MasterRheobuild 561 (Dokme) və 500 kiloqram MasterAir 200 (MikroAir) məhsullarının yekun dəyəri 4.572,50 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. 7. 2016-cı il 16 iyun tarixli, 275203 nömrəli qaimə-fakturada 4.000,00 kiloqra m MasterRheobuild 561 (Dokme) məhsullarının yekun dəyəri 3.776,00 manat olmaqla iddiaçı cavabdehə mal satmış və tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. 8. 2016-cı il 7 noyabr tarixli qarşılıqlı üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya 2016-cı il 31 oktyabr tarixə 26.285,37 manat dəyərində kreditor borcunun mövcüd olmasına dair akt tərtib edilərək, tərəflər öz imza və möhürləri ilə bunu təsdiq etmişlər. 9. 2018-ci il 5 yanvar tarixli, 01/18 nömrəli xidmət müqaviləsində sifarişçi olan iddiaçı ilə icraçı olan fiziki şəxs X1 aralarında xidmətin dəyəri 650 manat olmaqla iddiaçının müqavilə münasibətlərində olduğu subyektlərlə yarana biləcək mübahisəli məsələlərin həllində yalnız iddiaçının mənafelərini təmsil etmək və həmin subyektlərlə hüquqi müdafiə və hüquqi xidmət sahəs ində hər hansı işbirliyi həyata keçirməməyinə dair razılığa gəlmişlər. 10. 2018-ci il 13 noyabr tarixində MMC Şirkətə pretenziya məktubu göndərərək noyabr ayının 30-dək yaranmış borcu və ona hesablanmış faizləri tam olaraq toplam – 16.813,88 AZN ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh Şirkətə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirkətdən 15.285,35 borc, 1.528,53 manat penya, 650 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 17.493,88 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Şirkət arasında bağlanılmış 2016-cı il 5 yanvar tarixli alğı-satqı müqaviləsinə əsasən Satıcı tərəfindən inşaat kimyəvi məhsullarının Alıcıya satılması və Alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada onların dəyərinin Satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 2018-ci il 10 dekabr tarixə qədər 15.285,35 borc, 1.528,53 manat penya yaranmışdır. Göstərilən faktlar tərəflər arasında bağlanılmış 2016-ci il 7 noyabr tarixli üzləşdirmə aktı, 2018-ci il 28 oktyabr tarixli məktub və 2018-ci il 13 noyabr tarixli 043 nömrəli pretenziya məktubu ilə öz təsdiqini tapır.

13. Cavabdeh Şirkətin nümayəndəsi və vəkili Vəkil 2019-cu il 1 aprel tarixli məhkəmə iclasında “iş üzrə məhkəmə aidiyyatının dəyişdirilməsi” dair yazılı vəsatət verərək qeyd etmişdir ki, iş ü zrə məhkəmə aidiyyati qaydaları pozulmuşdur. Belə ki, Şirkətin direktoru X.Ə.Zöhrabovun rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nərimanov rayonun ərazisidir. Bu səbəbdən də hesab olunur ki, hazırki iddia bu məhkəmədə baxılmalı olmadığından, həmin mülki işin baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Vəsatət bütün məhkəmə instansiyalarda təmin olunmamışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 iyun tarixli, 2-2(113)-63/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (Hakim- Aytən Əliyeva).

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəmə yə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmadığından, məhkəmə borcun mövcudluğuna dair üzləşmə aktını işin mübahisəsiz halı kimi qəbul etmişdir.

16. Bundan başqa, müqavilənin tələblərinə əsasən, gecikmə halında alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə ona penya hesablamaqla cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

17. İddiaçı ilə fiziki şəxs X1 ilə hüquqi xidm ətin göstərilməsinə dair müqavilə bağlanılmış və sonuncu hazırki iş üzrə iddiaçının maraqlarını məhkəmədə təmsil etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu baxımdan məhkəmə işin xüsusatlarını nəzərə alaraq hesab etmişdir ki, hüquqi xidmətin göstərilməsinə görə 650 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir, iş üzrə İddiaçı MMC ********** saylı VÖEN üzrə qeydiyyata alınaraq fəaliyyət göstərmiş, hal-hazırda isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən həmin VÖEN üzrə İddiaçı MMC-nin adı dəyişdirilərək "X2 Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Bu səbəbdən, hazırki iş üzrə iddiaçının adı dəyişdirilərək "X2 Azerbaijan" MMC kimi qeyd olunmalıdır

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 425.2, 442, 443.1, 445.7, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 121.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 18. b) apellyasiya instansiyası məhkəməsindək i icraat

21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(103)-186/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən – cavabdehdən iddiaçının xeyrinə 15.285,35 manat əsas borc və 764,27 manat penya tutulması hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (sədrlik edən –C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlili ilə razılaşmış və göstərmişdir ki, tərəflər arasındakı alğı-satqı müqaviləsinə əsasən, müqavilə üzrə ödənilməli məbləğdə gecikmə olduğu halda alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0.1% penya ödəməyi qəbul və təsdiq etmiş, penyanın toplamının isə malın dəyərinin 10%-dən artıq olmaması nəzərdə tutulmuşdur. Cavabdeh 2016-cı il 16 iyun tarixli sonuncu qaimə faktura ilə malları təhvil aldığı vaxtdan üç ilə yaxın müddət ərzində 15.285,35 məbləğində borcunu ödəməmiş və iddiaçı konkret halda alğı-satqı müqaviləsinin qeyd olunan şərtinə müvafiq olaraq, ödənilməyən malların dəyərinin 10 faizindən çox olmamaqla, 5.285,35 manat məbləğində penyanın ödənilməsini tələb etmişdir. Mülki qanunvericiliyin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütü n əsaslı mənafeləri nəzərə alınır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qanunun həmin tələbləri baxımından cavabdehin əsaslı mənafeləri nəzərə alınmamış, mövcud şəraitdə tələb olunan 1.528,53 manat penya məbləğinin onun maliyyə və əmlak vəziyyətinə münasibətdə tənasübsüzlüyünə diqqət yetirməmişdir.

23. Həmçinin məhkəmə, cavabdehin apellyasiya şikayətinin qətnamə ilə hüquqi xidmət haqqına görə ondan iddiaçının xeyrinə 650 manat pulun tutulmasının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə də razılaşmışdır. Belə ki, iddiaçının, xidmətlərindən istifadə etdiyini istinad etdiyi, X1 müəssisənin işçisi sayılmır. Beli ki, iş materiallarından görünür ki, o, N.Məstanovla MMC arasında əmək müqaviləsi deyil, 2018-ci il 5 yanvar tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilədə is ə müəssisəyə hüquqi xidmət göstərilməsi ilə bağlı müddəalar mövcud olmamışdır. Həmçinin, müqavilənin tərəfi olan N.Məstanov vəkil statusuna da malik deyildir. Belə olan halda, prosessual qanunvericiliyin tələbləri baxımından N.Məstanov məhkəmədə iddiaçının adından onu təmsil etmək səlahiyyətinə belə malik ola bilməzdi.

24. Məhkəmə cavabdehin apellyasiya şikayətinin qarşılıqlı üzləşmə aktında baş mühasibin texniki səhvə yol verdiyini, əslində iddiaçının cavabdehə borclu olduğunu mübahisələndirən dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirmişdir.

25. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 351.3, 467, 567-ci maddələrinə, MPM-in 69-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən - iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 27. 2016-cı il 5 yanvar tarixli alğı-satqı müqaviləsinin yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında imzalanmış 2016-cı il 7 noyabr tarixli üzləşmə aktı həqiqəti əks etdirmir. Belə ki, həmin üzləşmə aktı tərtib edilərkən baş mühasib tərəfindən texniki səhvə yol verilmiş və baş direktor qeyd edilən üzləşmə aktını baş mühasibin imzası əsasında mexaniki olaraq, yəni borcun mahiyyətini araşdırmadan imzalamışdır. Əslində, cavabdeh tərəfindən iddiaçıya 18.500 manat ödəniş həyata keçirilmişdir. Cavabdehin isə iddiaçıya 15.285,35 borc manat borcu olduğundan 3.214,65 manat məbləğ artıq ödəniş olmuşdur və art ıq ödənilmiş vəsait geri qaytarılmalıdır. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsi sübutlara obyektiv, tam və hərtərəfli qiymət verməmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

28. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq ed ib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respubllikası Mülki Məcəlləsinin: Maddə

351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti “... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....”. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... “... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağ a maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayış ı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”. Maddə

445. Borclunun icranı gecikdirməsi “... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....”. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqavi ləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 saylı Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... ”. Maddə

69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkila t rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsviyəçi, ləğvedici) çıxış edir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi ni qərara alır....”. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktik i hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

35. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Cavabdeh kassasiya şikayətində 2016-cı il 7 noyabr tarixli üzləşmə aktının həqiqəti əks etdirmədiyini apellyasiya məhkəməsinin isə sübutlara obyektiv və hərtərəfli qiymət vermədiyini qeyd etmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını bildirir.

38. Mülki Məc əllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

39. Həmin məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. İşin hallarından göründüyü kimi tərəflər arasında 2016-cı il 5 yanvar tarixli, 2016-SM/!!-024 saylı alğı-satqı müqaviləsi imzalanmış, cavabdeh alğı-satqı müqaviləsinin mövcudluğunu mübahisələndirməmiş, lakin 2016-ci il 7 noyabr tarixli üzləşdirmə aktının həqiqəti əks etdirmədiyini bildirmişdir (bax § 27) 41. 2016-cı il 7 noyabr tarixli qarşılıqlı üzləşmə aktında Şirkətin MMC-yə 2016-cı il 31 oktyabr tarixə 26.285,37 ma nat dəyərində kreditor borcunun mövcüd olması göstərilmiş, Şirkətin adından həmin aktı onun direktoru XXX imzalamaqla müəssisənin möhürü ilə təsdiq etmişdir.

42. Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

43. Həmin məcəllənin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, o, mübahisə etmək hüququnu itirir.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda tərəflər öz iradə ifadəsinin təzahürü kimi alğı-satqı müqaviləsi bağlamış, 2016-cı il 7 noyabr tarixli qarşılıqlı üzləşmə aktı isə həmin müqavilədən irəli gəlməklə, müqavilə ilə bağlı tərəflərin hansı həcmdə öhdəliklərinin qa ldığını özündə əks etdirmişdir. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normalarını kassasiya şikayətinin dəlilinə münasibətdə tətbiq edərək belə nəticəyə gəlir ki, Şirkətin direktoru səlahiyyətli şəxs olaraq qarşılıqlı üzləşdirmə aktını imzalayaraq müəssisənin möhürü ilə təsdiq etmiş, habelə MMC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunanadək həmin aktı mübahisələndirməmiş, aktın etibarsızlığı məsələsini yalnız dəlil kimi məhkəmə icraatı çərçivəsində irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin aktı mübahisələndirmək hüququnu itirmişdir.

45. Bundan başqa, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halına görə hər iki tərəfin imzalayaraq müəssəsələrin möhürləri ilə təsdiq etdiyi qaimə fakturalara əsasən ümumilikdə 15. 285,35 manat dəyərində malların cavabdehə təhvil verildiyi sübuta yetirilmişdir (bax §4-7). 46. “Qaimə-faktura öz mahiyyətinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər arasında maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

47. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 saylı Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-ci bəndinə əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə- təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

48. Həmin qaydaların 3.5-ci bəndinə əsasən, ciddi hesabat blankları müəyyən olunmuş qaydada təşkilatların və fərdi sahibkarların anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Bu ciddi hesabat blankları təşkilatın rəhbərinin, habelə fərdi sahibkarın icazəsi ilə anbardan və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qaiməfakturalara əsasən Şirkətin MMC-yə 15.285,35 manat borcunun olmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdeh isə prosessual qanunvericil iyin tələbləri baxımından iddiaçıya 18.500 manat vəsaitin ödənilməsini, habelə ödənilmiş vəsaitdən 3.214,65 manat məbləğin ona qaytarılmalı olduğunu sübuta yetirə bilməmişdir.

50. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(1 03)-186/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

53. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 mart tarixli 2-2(103)-186/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar