Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-34/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı işi üzrə QƏRAR Açar sözlər: (əqdin etibarsızlığı, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Əliyev İsa Musa oğlunun, cavabdehin nümayəndəsi və vəkili Rəhmanov Şaiq Rahid oğlunun iştirakı ilə, “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilk, “xxx x” MMC-nin “xxxx” MMC-yə qarşı “təhvil-təslim aktlarının etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında JT-İMP-17-001 nömrəli “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən “xxxx” MMC “xxxx” MMC-yə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müəyyən ləşdirilmiş xidmətləri göstərməyi və göstərilən xidmətə görə cavabdehə haqlar və xərclərə görə hesab təqdim etməyi, cavabdeh isə hər bir hesab fakturanı onu aldıqdan sonra 30 gün ərzində onu ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC xx xxxxxxx 2018-ci il tarixdə pretenziya qaydasında “xxxx” MMC-yə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, JT-İMP-17-001 nömrəli “Xidmət müqaviləsi” üzrə yaranmış 101.242,31 manat borcun ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan sonra, “xxxx” MMC “xxxx” MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə məhkəmədə baxılarkən iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirmiş və son olaraq məhkəmədən xx xxxxxx 2017-ci il tarixli, JT-İMP-17-001 nömrəli müqavilə üzrə cavabdehdən 86.442,31 mana t və 14.000 ABŞ dolları əsas borcun, 41.707,85 manat dəbbə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında JT-İMP-17-001 nömrəli, xx.xx.2017-ci il tarixli "Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müəyyənləşdirilmiş xidmətləri göstərmək səlahiyyətləri verir. Müqavilənin İİİ bölməsi, 1.1-ci bəndinə əsasən, göstəriləcək xidmətlər qeyri-dağıdıcı testlərdir, ultrasəs üsulu ilə sınaq, maqnit hissəcikləri ilə yoxlama, yuxarıda göstərilənlərə aid gündəlik hesabatı və lazımi işlərin izahatı ilə bağlı xidmətləri göstərməyi iddiaçı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmı ş müqavilənin İ bölməsi, 3.2-ci bəndinə və İİ bölməsinin 5.4-cü bəndinə əsasən, iddiaçı haqlara və xərclərə görə cavabdehə hesab təqdim edir. Cavabdeh hər bir hesab fakturanı onu aldıqdan sonra 30 gün ərzində ödəyir. Müqaviləyə əsasən cavabdeh tərəfindən xidmət haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə olan məzənnəyə əsasən manatla ödənilməlidir. İddiaçı müqaviləyə əsasən öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etmiş və tərəflər arasında müqavilədə qeyd edilmiş qaydada göstərilmiş xidmətlər və ümumi xidmət haqqının qeyd edildiyi aylıq təhvil-təslim aktları tərtib edilmiş, səlahiyyətli şəxsin imza və möhürü ilə təsdiqlənmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixi arasında tərəflər arasında hər ay təhvil təslim aktı imzalanmasına baxmayaraq cavabdeh t ərəfindən 2017-ci ilin noyabr ayından 2018-ci ilin iyun ayına qədər iddiaçıya ödənilməli olan aylıq xidmət haqları ödənilməmişdir. Qeyd edilən tarixlərdə tərəflər arasında 8 təhvil-təslim aktı tərtib edilmiş və iddiaçı tərəfindən xidmətlərin göstərilməsi təmin edilmiş, hesab fakturalar cavabdehə göndərilmişdir. Lakin cavabdeh müqavilənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq öz öhdəliyini vaxtında icra etməmiş, 2017-ci ilin noyabr ayından etibarən cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Bu barədə tərəflər arasında xx.xx.2018ci il tarixində üzləşmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən, tərəflər təsdiq edirlər ki, xx.xx.2017-ci il tarixindən sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkə məyə qarşılıqlı iddia ərizə təqdim edərək, aralarında müqavilə ilə əlaqədar tərtib olunan bütün təhvil-təslim aktlarının etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə, iddiaçı iddiasını cavabdehin direktoru tərəfindən imzalanan təhvil-təslim aktları ilə əsaslandırır. Ancaq sadəcə təhvil-təslim aktlarının cavabdeh tərəfindən imzalanması iddiaçıya ona ödənilməli olmayan məbləğin ödənilməsi üçün əsas ola bilməz. Məhkəməyə təqdim edilən etirazda bir sıra mühüm məqamlar göstərilmişdir. Faktiki olaraq xidmətlərin göstərilmədiyi gün üçün xidmət haqqının tələb edilməsi, əsassız olaraq qeyri-iş günlərində müddətlərin şişirdilməsi, 1 avadanlıq üçün 2 işçinin təhkim edilməsi, gün ərzində qısa zamanda göstərilən işlər üçün bütün gün üçün ödənişlərin tələb edilməsi və g örülən işlərin işgüzar adətə əsasən daha az həcmdə görülməsini xüsusən qeyd etmək lazımdır. Bu kimi faktlar, xüsusən də, iddiaçı tərəfindən heç bir iş görmədən həmin günlər üçün ödənişin tələb edilməsi onu göstərir ki, iddiaçı təhvil-təslim aktlarını təqdim edərkən vicdanlılıq prinsipinə zidd hərəkət etmiş və cavabdehi aldatmaq istəmişdir. Cavabdehin direktoru təhvil-təslim aktlarını imzalayarkən obyektiv olaraq iddiaçı tərəfindən xidmətlərin necə və hansı həcmdə göstərildiyini bilməmiş, iddiaçı da bundan istifadə etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 01,08.2017-ci il tarixli JT-İMP-17-001 nömrəli xidmət müqaviləsi üzrə qarşılıqlı iddia üzrə iddiaçıdan 86.442,31 manat və 14.000 ABŞ dolları məbləğdə əsas borc, 1.000 manat dəbbə pulu, cəmi 87.442,31 manat və 14.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. (hakim S.Nuriyeva) İlkin iddiaya münasibətdə əsas borcu tam həddə təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, cavabdeh isə müqavilə öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış təhvil-təslim aktları iradə ifadəsinin təzahürüdür. Qeyd edilən təhvil-təslim aktları müqavilə imzalanarkən etibarsızlığına səbəb ola biləcək hallara yol verilməmişdir, təhvil-təslim aktlarının etibarsız hesab edilməsinə səbəb olacaq hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apelyasiya şikayəti vermiş, iddiaçı qətnaməni dəyişdirməklə ilk iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilib, ilkin iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(82)-333/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin nətic ə hissəsində “86.442 manat 31 qəpik” sözləri “77.437,31 manat” sözləri ilə, “87.442 manat 31 qəpik” sözləri “78.437,31 manat” sözləri ilə əvəz edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, “xxxx” MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, “xxxx” MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. (sədrlik edən və məruzəçi hakim V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov) Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarından müəyyən olunur ki, “xxxx” MMC-nin təsisçilərindən biri olan Hidayətov Fərid Xazin oğlu “xxxx” MMC-də idarəedici şəxs olan Xazin Hidayətovun oğlu olmuşdur və “xxxx” MMC də Xazin Hidayətov tərəfindən xidmətlərin göstərilməsinə cəlb olunmuşdur. Bunu X.Hidayətovun xx.xx.2017-ci il tarixli müqavilədəki imzaları da təsdiq edir. “xxxx” MMC-nin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışına əsasən müəyyən olunur ki, F.X.Hidayətovun da təsisçisi olduğu bu hüquqi şəxs xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bundan cəmi 3 ay sonra - xx.xx.2017-ci il tarixdə “xxxx” MMC ilə müqavilə bağlamışdır. Bu cür yeni yaranmış şirkətin “xxxx” MMC ilə əməkdaşlığa cəlb olunması təsadüfi olmamışdır. Məhkəmə tərəfindən tərəflər arasında bağlanılmış müqavilə və həmin müqavilənin nəticəsi olan təhvil-təslim aktlarının etibarlılığı məsələsinə hüquqi qiymət verilən zaman Mülki Məcəllənin 49-1.1.3-cü, 49-1.1.5- ci, 49-1.2-ci, 49-1.3-cü, 337.1-ci və 339.1-ci maddələri tətbiq edilərək hüquqi şəxsə aidiyyəti olan şəxslə əqdin bağlanması qaydalarının pozulması, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və qanunla müəyyən olunmuş şərtlərin pozulması ilə bağlanmış həmin əqdin və onun nəticələrinin etibarsızlığı müəyyən edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Apelyasiya məhkəməsinin tətbiq edilməli olan normanı tətbiq etməməsi nəticəsində qa rşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin iddia tələbinə və apellyasiya şikayətinə düzgün hüquqi qiymət verilməmişdir. Tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə hüquqi qiymət verən zaman apelyasiya instansiyası məhkəməsi AR Mülki Məcəlləsinin 324-cü, 404-cü və 560-cı maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, qanunvericilik məhkəmədən müqavilənin təfsiri zamanı təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının ağlabatan mühakimə əsasında müəyyənləşdirilməsini tələb edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 2-2(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırki işin hallarından görünür ki, “xxxx” MMC (müştəri) ilə “xxxx" MMC (şirkət) arasında JT-İMP-17-001 nömrəli xx xxxxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Müştəri şirkətə bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlər əsasında İİ Bölmədə (Xidmətlərin Spesifikasiyası) müəyyənləşdirilmiş xidmətləri göstərmək səlahiyyəti verir və şirkət həmin xidmətləri göstərməyi öhdəsi nə götürür. İşə əlavə edilmiş “xxxx” MMC (müştəri) və “xxxx” MMC (şirkət) arasında imzalanan xx xxx 2018-ci il tarixli üzləşmə aktına əsasən müəyyən edilmişdir ki, xx xxx 2018-ci il tarixə “xxxx” MMC-nin “xxxx” MMC-yə ödənilməmiş qalıq borcu 86.442,31 manat təşkil edir. Həmçinin, işə əlavə edilmiş “xxxx” MMC və “xxxx” MMC arasında imzalanan xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, Şirkət JT-İMP-17-001 saylı müqavilə üzrə 2018-ci ilin may ayı üçün xidmətinin göstərilməsini təmin edib və bu xidmətlər sifarişçi tərəfindən qəbul edilib. Ümumi xidmət haqqı 7.560 ABŞ dolları təşkil edir. Eləcə də, “xxxx” MMC və “xxxx” MMC arasında imzalanan xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, Şirkət JT-İMP-17-001 saylı müqavilə üzrə 2018-ci ilin iyun ayı üçün xidmətinin göstəri lməsini təmin edib və bu xidmətlər sifarişçi tərəfindən qəbul edilib. Ümumi xidmət haqqı 6.440 ABŞ dolları təşkil edir. Beləliklə də iddiaçı iddia edir ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanan 100120 nömrəli xx xxxx 2018-ci il tarixli hesab faktura üzrə 7.560 ABŞ dolları və 100122 nömrəli xx xxxx 2018-ci il tarixli hesab faktura üzrə 6.440 ABŞ dolları məbləğində ödəniş edilməli idi. Lakin qeyd edilən iki faktura üzrə 14.000 ABŞ dolları “xxxx” MMC-yə ödənilməmişdir. Bu səbəbdən də iddiaçı cavabdehdən 86.442,31 manat və 14.000 ABŞ dolları əsas borcun, 41.707,85 manat dəbbə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddiaya etirazında qeyd etmişdir ki, cavabdehin nümayəndəsi Müqavilə üzrə göstərilən xidmətlərə dair təhvil-təslim aktlarını imzalamışdır, lakin sonrak ı araşdırma göstərmişdir ki, iddiaçı öz iş vaxtını və müvafiq olaraq hesab-faktura məbləğlərini xeyli şişirtmişdir və faktiki olaraq göstərilməyən xidmətlər üçün ödəniş tələb edir. Müqavilənin İİİ bölməsinin 1.1 bəndinə uyğun olaraq, Müqavilə üzrə görüləcək işlər ultrasəs üsulu ilə sınaq, maqnit hissəcikləri ilə yoxlama və onlara aid gündəlik hesabatların təqdim edilməsindən ibarətdir. Xidmətlərin göstərilməsi məhz bu hesabatlarda öz əksini tapır. Müqavilənin icrası müddətində İddiaçının əməkdaşları icra etdikləri xidmətləri daha ətraflı təsvir edən “Maqnetik Hissəcik İnspeksiyası” (Magnetic Particle İnspection) adlı hesabat sənəd təqdim etmişlər. Həmin hesabatlar iddiaçının cavabdehə təqdim etdiyi hesabfaktura və vaxt cədvəlləri (timesheet) ilə tutuşdurduqda cavabdeh müəyyən etmişdir ki, nəticədə əhəmiyyətli uyğunsuzluq mövcuddur. Hesab-fakturalarla Maqnetik Hissəcik İnspeksiyası barədə hesabatların müqayisəsi və uyğunsuzluq ərizəyə əlavə edilən Excel cədvəlində göstərilmişdir. Hesabatlar təqdim edildiyi günlər istisna olmaqla, digər tarixlərdə iddiaçının işçiləri heç bir iş görməmişlər. Bu səbəbdən də cavabdeh, hesabat verilmiş günlər üzrə göstərilmiş xidmət üçün xidmət haqqını 26.804,75 manat həcmində dəyərləndirmişdir. (iş materiallarının 1-ci cildi səh 53; 83) Lakin işə baxan məhkəmələr bu halı araşdırmamış və cavabdehdən tələb olunan məbləğin hesabatlar verilmiş günlər üzrə, ya ümumilikdə tələb edilməsinə aydınlıq gətirməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi sədrlik edənin sualları na cavabında gündəlik xidmət göstərildiyini, lakin gündəlik hansı işlərin görülüb, hansı işlərin görülmədiyinin bilinmədiyini, təhvil-təslim aktlarının isə şirkətin (yəni, “xxxx” MMC-nin) göndərdiyi operator tərəfindən tərtib olunduğunu bildirsə də, işə baxan məhkəmələr bu halı, yəni gündəlik görülən işlər dəqiq bəlli olmadığı halda təhvil-təslim aktlarının hansı göstəricilər əsasında iddiaçı tərəfindən müəyyən olunaraq təhvil-təslim aktının tərtib olunmasını araşdırmamışdır. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, mövcud borc təhvil-təslim aktlarına əsasən hesablanmışdır. İşdən görünür ki, cavabdeh məhkəməyə “xxxx” MMC ilə Hidayətov Xazin Hidayət oğlu arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli xidmət müqaviləsini təqdim edərək, “xxxx” MMC (müştəri) ilə “xxxx" MMC (şirkət) arasında bağl anmış JT-İMP-17-001 nömrəli xx xxxxxx 2017-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması üçün iddiaçını məhz Hidayətov Xazin Hidayət oğlunun dəvət etdiyini, bu səbəbdən də həmin müqavilənin İİİ bölməsində Hidayətov Xazin Hidayət oğlunun da imzasının olmasını, Xazin Hidayətovun oğlu Fərid Hidayətovun “xxxx” MMC-nin təsisçilərindən olmasını, iddiaçı ilə cavabdehin bəzi işçiləri arasında müəyyən sövdələşmənin olmasını mübahisələndirsə də, işə baxan birinci instansiya məhkəməsi bu dəlillərə ümumiyyətlə qiymət verməmiş, apelyasiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, əgər cavabdeh hesab edirsə ki, onu təmsil etmək səlahiyyətinə malik olan şəxslər onun mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməmiş, maraqlarına sa diq olmamışlar, həmçinin, ona aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələr bağlamış və özləri üçün maddi nemətlər təmin edilməsi məqsədi ilə onun əmlakının mənimsənilməsi, yaxud israfında iştirak etmişlər, o halda həmin şəxslərdən dəymiş zərərin əvəzini tələb edə bilər. Beləliklə də apelyasiya məhkəməsinin qənaətindən belə nəticə hasil olur ki, hətta cavabdeh müəssisə rəhbərliyinin aldadılması faktı təsdiq olunsa belə, bu bağlanmış əqdlərin (təhvil-təslim aktlarının) etibarsızlığına deyil, vurulan zərərin əvəzinin tələb edilməsinə əsas ola bilər. Kollegiya isə apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi müba hisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər. Bu istinad isə işin ha llarına münasibətdə o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya məhkəməsinin mövqeyi o zaman əsaslı ola bilərdi ki, iddiaçının cavabdehin iddia etdiyi proseslərdən (qiymətlərin bilə-bilə şişirdilməsi, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, müəyyən sövdələşmə və s.) xəbərdar olması halı bütün hallarda istisna olunsun. Təbii ki, bu halda cavabdehin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxslə problemləri daxili məsələdir və xarici münasibətlərinə təzahür etməməlidir. Lakin hazırki işin halı spesifikdir və araşdırma tələb edir. Belə ki, cavabdeh bilavasitə iddia edir ki, “xxxx” MMC-də baş icraçı direktor vəzifələrini icra edən Xazin Hidayətov və onun oğlu olan “xxxx” MMC-nin təsisçisi Fərid Hidayətov əlbir olub cavabdehin etibarından sui-istifadə etm işlər. Bu hal üzə çıxdıqdan sonra isə hər ikisi işdən azad edilmişlər. Məhz bu səbəbdən də cavabdeh iddiaçı tərəfindən aldadıldığını əsas gətirərək təhviltəslim aktlarının etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2019-cu il tarixli qərarında qeyd olunub ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlı şlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasın ı, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.” Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq kollegiya qeyd edir ki, hazırki iş üzrə işə baxan məhkəmələr iddia tələbini təmin edərkən üzləşmə və təhvil-təslim aktlarına əsaslanmış, lakin həmin aktların cavabdeh tərəfindən təsdiqlənməsinin iddiaçı tərəfindən aldadılma nəticəsində imzalanması ehtimalını nəzərə almamışlar. Ümumiyyətlə işə baxan məhkəmələr cavabdehin iddiaçı tərəfindən aldadılması barədə dəlilini araşdırıb qiymətləndirməmişlər. Doğrudur, məhkəmə bütün arqumentlərə cavab verməyə borclu deyil, lakin irəli sürülən arqument işin nəticəsi üçün əhəmiyyətlidirsə, bu halda məhkəmə bu arqumentləri araşdırmağa borcludur. Avropa Məhkəməsi “Van de Hurk Niderlanda qarşı” xx xxxxx 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Avropa Məhkəməsinin "Hiro Balani İspaniyaya qarşı" x xxxxxx 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir. M ülki Prosessual Məcəllənin 218.1-ci maddəsində deyilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, apelyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərar istinad olunan prosessual hüquq normasının, Avropa Məhkəməsinin qərarlarında vurğulanmış hüquqi mövqelərə uyğun deyil, məhkəmə qərarında cavabdehin işin nəticəsi üçün əhəmiyyətli olan dəlillərinə nəinki müfəssəl, ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə uyğun olaraq kollegiya qeyd edir ki, işə yen idən baxılarkən mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq tərəflər arasında bağlanmış təhvil-təslim aktlarının imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu halın araşdırılması zamanı məhkəmə tərəfindən əqdi ( təhvil-təslim aktını) əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən təhvil-təslim aktlarının imzalanması zamanı cavabdehin buna dair iradə ifadəsin in olub-olmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılmaması yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin cavabdehin həmin aktların bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu akt ların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı). MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə iştirak edən şəxslərin işə apelyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir (MPM-in 377-ci maddəsi). MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir s übutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmək üçün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onları əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, qərar aldı: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-635/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-34/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-34/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver