Məhkəmə qərarları › İş №2-2(102)-34/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-34/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-34/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi 18.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X1rşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 2-2(103)-745/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı - Cavabdeh X3 ilə alıcı - İddiaçı arasında bağlanmış 2017-ci il 12 iyun tarixli, 01/29 nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin: - 1-ci bəndinə əsasən, satıcı aşağıda göstərilən qiymətdə və miqdarda malları alıcıya satmağı, alıcı isə malın dəyərini köçürmə və yaxud nağd ödəməyi öhdəsinə götürür. - 2-ci bəndinə əsasən, müqavilənin qiyməti Azərbaycan manatı ilə müəyyən edilir və alıcının Şirvan şəhərindəki anbarı təhvili hesab olunur. Eləcə də həmin müqavilənin 2-ci bəndində təhvil veriləcək 11 adda malların adı və qiymətləri qeyd olunmuş cədvəldən görünür ki, müqavilənin ümumi məbləği 344.347,60 manat (291.820 manat + 52.527,60 manat ƏDV) müəyyən edilmişdir. Həmin məbləğə daxil olan 12 ədəd pambığın zibilliyini ölçən apa rat LKM-2-nin qiyməti isə 107.640 manat məbləğində müəyyən edilmişdir. - 3-cü bəndinə əsasən, ödəniş əvvəlcədən 100% satıcının hesabına köçürmə yolu ilə aparılacaqdır. Satıcı alıcıya aşağıdakı sənədləri təqdim edir:

1. Elektron qaimə;

2. Hesab-faktura. - 4-cü bəndinə əsasən, satıcı müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 gün ərzində alıcıya təhvil verir. - 5-ci bəndinə əsasən, müqavilədən irəli gələn, yaxud onunla əlaqədar meydana çıxan bütün mübahisə və fikir ayrılıqları danışıq yolu ilə aradan qaldırılır. Əgər tərəflər razılığa gələ bilməzlərsə, onda mübahisəyə aidiyyəti üzrə İqtisad Məhkəməsində baxılacaqdır. - 6-cı bəndinə əsasən, müqavilənin icra müddəti – 2017-ci il 15 noyabr tarixinədəkdir. 2. 2017-ci il 16 iyun tarixli, 1298 nömrəli ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İKF-nin AZ08AMRA******************** nömrəli hesabına 291.820 manat məbləğində vəsait köçürülmüş, ödənişin təyinatı kimi isə “alınacaq avadanlıqlar və ehtiyat hissələrinin dəyəri üçün” qeyd edilmişdir. 3. 2017-ci il 16 iyun tarixli, 1299 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İKF-nin AZ48CTRE******************** nömrəli hesabına 52.527,60 manat məbləğində vəsait köçürülmüş, ödənişin təyinatı kimi isə “ƏDV – alınacaq avadanlıqlar və ehtiyat hissələrinin dəyəri üçün” qeyd edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh İKF-yə ünvanlanmış 2018-ci il 26 fevral və 14 may tarixli pretenziya məktublarında qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən 12 ədəd pambığın zibilliyini ölçən aparatın pulu köç ürmə yolu ilə tam ödənilsə də, 7 ədəd pambığın zibilliyini ölçən aparat təhvil verilməmiş, eləcə də 12 ədəd aparatın qaiməsi təqdim olunmamış, 5 ədəd aparat İddiaçı MMC-yə təhvil verilməmişdir. 2018-ci il 14 may tarixinədək malların təhvil verilmədiyi və ya borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 5. 2022-ci il 14 fevral tarixli, MŞB/5-00404/22 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh İKF 7 gün əvvəlcədən sessiyanın tarixi, saatı və yeri barədə poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmiş, mediasiyaya dair 400 manat xərc isə İddiaçı MMC tərəfindən ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MM C 2022-ci il 21 fevral tarixində Cavabdeh İKF-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq geri götürülmüş 52.923 manat (ƏDV daxil) dəyərində olan 5 ədəd pambığın zibilliyini ölçən aparatların qaytarılması və ya onların dəyərinin ödənilməsi, mediasiya və məhkəmə xərclərinin tam olaraq cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh İKF arasında 2017-ci il 12 iyun tarixli, 01/29 saylı alqı-satqı müqaviləsi (bundan sonra – müqavilə”) bağlanılmışdır. Müqaviləyə əsasən, cədvəl üzrə razılaşdırılmış malların alınması ilə birlikdə həmçinin cədvəldə qeyd olunmuş 12 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatının Ca vabdeh İKF tərəfindən 1 ədədinin qiyməti 8.970 manat olmaqla, cəmi 107.640 manat məbləğində malın İddiaçı MMC-yə satılması nəzərdə tutulmuşdur. Müqavilə qarşılıqlı razılaşma əsasında tərtib olunmasına, müqavilə şərtləri hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənməsinə baxmayaraq, Cavabdeh İKF tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca və vaxtında icra edilməmişdir. Müqavilənin 5-ci bəndinə (yuxarıda §1) istinadla qeyd edilmişdir ki, müqavilənin Cavabdeh İKF tərəfindən uzun müddət ərzində icra edilməməsi və debitor borcun yaranması ilə əlaqədar İddiaçı MMC tərəfindən Şirvan Kommersiya Məhkəməsinə və Şirvan İnzibati Məhkəməsinə 2021-ci il 8 dekabr tarixli, 01/56 nömrəli və 2021-ci il 29 dekabr tarixli, 01/67 nömrəli sorğu məktubları göndərilmişdir. Sorğuya cavab olaraq göstərilmişdi r ki, müqavilə ilə bağlı yaranmış mübahisəyə görə Cavabdeh İKF İddiaçı MMC-yə qarşı iki dəfə 2017-2018-ci il tarixlərində müqavilənin alqı-satqı predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi, həmin mala münasibətdə müqavilədə valyuta növünə isə ABŞ dolları olaraq Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, düzəliş edilməsi barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibatiİqtisadi məhkəməsinin hər iki, yəni 2017-ci il 15 dekabr tarixli, 2-2(086)-581/2017 nömrəli və 2018-ci il 13 aprel tarixli, 2-2(086)-116/2018 nömrəli Qərardadlarına əsasən, məlum olmuşdur ki, Cavabdeh İKF tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin (bundan sonra – “MPM”) 150.0.4-cü və 150.0.07-ci maddələrinin tələblərinə riayət etmədiyinə görə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, tələb barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin məhkəmə qərarlarına əsasən, müqavilə əvvəlki şərtləri ilə hüquqi qüvvədə qalmasına, İddiaçı MMC tərəfindən 12 ədəd pambığın zibilliyini ölçən aparatın pulu köçürmə yolu ilə “satıcı”-ya 2017-ci il 19 iyun tarixli, 1298 nömrəli ödəmə tapşırığı ilə tam ödənilməsinə və həmin malların müəssisəyə daxil edilməsinə baxmayaraq, satıcı tərəfindən gətirilmiş 12 ədəd pambığın zibilliyini ölçən aparatdan 5 ədədini özbaşına müəssisədən çıxararaq mühasibat sənədi sayılan 2018-ci il 16 may tarixli, EAAJ seriyalı, 172489 nömrəli elektron qaiməsində ciddi qanun pozuntusuna yo l vermişdir. Həmin qaimə etibarsız olduğundan İddiaçı MMC tərəfindən qəbul edilməmişdir. Müqavilənin 2-ci bəndinə zidd olaraq 7 ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 ədədinin qiymətini 8.790 manat əvəzinə 15.377,14 manat qeyd etmişdir. Beləliklə, 5 ədəd aparat İddiaçı MMC-yə hələ də təhvil verilməmiş, Cavabdeh İKF müqavilənin şərtlərini pozmaqda davam etmişdir.

8. İddiaçı MMC müqavilənin 3, 4-cü bəndlərinə (yuxarıda §1) istinadla qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada, Cavabdeh İKF-yə pretenziya məktubları göndərilmiş, lakin həmin məktublar indiyədək baxılmamış və cavablandırılmamışdır. Sonralar həmin məktublar Cavabdeh İKF-nin hüquqi və faktiki ünvanları qeyri-müəyyən olduğundan dəfələrlə geri qaytarılmışdır. MM-in 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh İKF-yə mediasiya təklifi göndərilmiş, həmin təklifin çatdırılması haqqında xəbərnamə Mediasiya təşkilatına təqdim edildikdən və Cavabdeh İKF-dən 2022-ci il 1 fevral tarixli rədd cavabı aldıqdan sonra Mediasiya təşkilatı tərəfindən arayış verilmiş, borc tələbinin məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə bu məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 384.0.4-cü ma ddəsinə istinad olunmuşdur. 10. 2022-ci il 28 mart tarixində Cavabdeh İKF iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh İKF (bundan sonra – “cavabdeh”) arasında 12 ədəd pambığın zibilliyini ölçən aparatın alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilə öhdəliyi üzrə 7 ədəd pambığın zibilliyini ölçən aparat iddiaçıya təhvil verilmiş, lakin 5 ədəd pambığın zibilliyini ölçən aparat alıcıya verilməmişdir. 5 ədəd malın verilməməsinin səbəbi bundan ibarət olmuşdur ki, müqavilə imzalanarkən valyuta səhvən ABŞ dolları əvəzinə Azərbaycan manatı kimi qeyd edilmişdir. Müqaviləyə d əyişiklik olunması üçün 2017-ci ildə Şirvan İnzibati-İqtisad Məhkəməsinə cavabdeh tərəfindən müraciət edilərək “2017-ci il 12 iyun tarixli, 01/29 nömrəli müqavilənin predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi, həmin mala münasibətdə müqavilədə valyuta növünə düzəliş edilməsi barədə” qətnamə qəbul olunması xahiş edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə işi üzrə tərəflər arasında daha sonra şifahi razılıq əldə edilmiş və 5 ədəd pambığın zibilliyini ölçən aparatın satıcıdan tələb olunmayacağı barədə şifahi razılıq əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən geri qaytarıldıqdan sonra cavabdeh tərəfindən təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmam ışdır. Daha sonra hüquqi şəxs olan iddiaçı da müqavilənin tam icrası ilə bağlı məsələ qaldırmış və əvvəllər aralarında şifahi razılıq əldə edilməsini nəzərə alaraq təkrar məhkəməyə müqaviləyə dəyişiklik olunması üçün müraciət etmədiyini, bundan əlavə iddia müddətinin keçməsi ilə bağlı müqavilənin icrasından imtina etdiklərini bildirmişlər. İddiaçı hüquqi şəxs müqavilə üzrə tələb etmə müddətinin bitdiyini bildiyi üçün iddia tələbini “geri alınmış 5 ədəd pambığın zibilliyini ölçən aparatın geri qaytarılması” formasında tərtib etməklə iddia müddətinin tətbiqi məsələsindən yan keçməyə çalışmışdır. Halbuki geri götürüldüyü iddia edilən 5 ədəd aparat, ümumiyyətlə, heç vaxt alıcıya verilməmişdir. Həmin aparatların dəyəri baha olduğu üçün müqavilənin tam icrası rəhbəri olduğu müəssisəyə maddi baxı mdan sərfəli deyildi. Məhz bu səbəbdən zamanında, yəni 2017-ci ildə cavabdeh tərəfindən iddiaçıya qarşı “müqavilənin predmetini təşkil edən 5 ədəd pambığın zibilliyini ölçən aparat və bu malın 1 ədədinin qiymətinin manat hissəsində etibarsız hesab edilməsi və həmin mala münasibətdə müqavilədə valyuta növünə düzəliş edilməsi barədə” iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisad məhkəməsinə müraciət olunmuşdur.

12. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Müqavilənin 4-cü bəndində malların müqavilə imzalandıqdan 120 gün müddətində alıcıya göndəriləcəyi, 6-cı bəndində isə müqavilənin icrası müddətinin 2017-ci il 15 noyabr tarixinədək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir. MM-in 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ert əsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından da göründüyü kimi, tərəflər arasında bağlanmış 2017-ci il 12 iyun tarixli müddətli müqavilə üzrə öhdəliklərin icrası tələbi üzrə iddia müddəti keçdiyinə görə iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. MM-in 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə t ərəfinin tətbiq olunması barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar qəbul etməsi üçün əsasdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 may tarixli, e-2-2(113)-1428/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.Axundova).

14. Məhkəmə qeyd etmişdir ki, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq müqavilə üzrə ümumi məbləği qabaqcadan 2017-cı ilin iyun ayında ödəsə də, cavabdeh müqavilədə nəzərdə tutulan 12 ədəd pambığın zibilliyini ölçən aparatlardan qalan 5 ədədini iddiaçıya təhvil verməmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı həmin qalan 5 ədəd pambığın zibilliyini ölçən aparatın qaytarılması və ya dəyərinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia tələbini cavabdehə qarşı irəli sürməkdə subyektiv hüquqa malik olmuş və cavabdeh tərəfindən iddiaçının hüququ pozulmuşdur.

15. Lakin işin hallarından göründüyü kimi, cavabdeh hazırkı işə məhkəmədə baxılarkən iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iddiaya iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müqavilə üzrə satıcının müqavilə imzalandıqdan sonra nəzərdə tutulmuş malı 120 gün ərzində alıcıya tə hvil verməli olduğunu və müqavilənin icra müddətinin 2017-ci il 15 noyabr tarixinədək müəyyən olunduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı 2017-ci ildə, yəni iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürmüşdür.

16. Eyni zamanda məhkəmə iddiaçını MM-in 384.0.4-cü maddəsinə istinad etməkdə haqlı saymamışdır. Həmin maddə mülkiyyətçi və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır. Hazırkı halda isə iddiaçı mülkiyyətçi və ya digər sahib deyil və qeyd olunan əmlakların hər hansı formada onun mülkiyyətinə və ya sahibliyinə verilməsi öz təsdiqini tapmamış, müqavilə üzrə mübahisəli aparatlar iddi açıya ümumiyyətlə təhvil verilməmişdir.

17. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan və iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 372, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən 2022-ci il 30 iyun tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olun masını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 2-2(103)-745/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı h alda isə həmin şərtlərin mövcudluğu təsdiq olunmamışdır. Çünki mübahisə predmeti olan 5 ədəd pambığın zibilliyini ölçən aparatın iddiaçının mülkiyyətində olması sübut edilməmişdir.

22. MM-in 567-ci maddəsinin dispozisiya şərtlərindən müəyyən olunmuşdur ki, müqavilənin predmeti olan əşya yalnız alıcı tərəfindən onun dəyəri ödənildikdən sonra satıcı tərəfindən alıcıya təhvil verildikdən və sonuncu tərəfindən qəbul edildikdən sonra alıcının mülkiyyətinə keçir. Hazırki işdə isə mübahisə predmeti olan 5 ədəd pambığın zibilliyini ölçən aparatın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Çünki cavabdeh bu halı mübahisələndirmiş, iddiaçı isə bu halı təsdiq edən sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bil məmişdir.

23. Bundan başqa, iddiaçı tərəfindən müqavilənin müvafiq bəndlərinə və cavabdeh tərəfindən öz öhdəliklərinin pozmasına istinad etməsinə dair isə kollegiya qeyd etmişdir ki, bu əsasla iddianın qanuni əsasını MM-in 568.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, satıcı müqavilədə nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Hazırkı işin halları da ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən müqavilə üzrə təhvil verilməli olan 5 ədəd pambığın zibilliyini ölçən aparatı iddiaçıya təhvil verilməmişdir. Bu baxımdan iddiaçının tələbləri MM-in 568.1-ci maddəsi baxımından əsaslı hesab oluna bilər. Lakin kollegiya hesab etmişdir ki, bu əsasla da iddia təmin oluna bilməz.

24. Belə ki, müqavilənin 4-cü bəndində malların müqavilə imzalandıqdan 120 gün müddətində alıcıya t əhvil verilməsi, 6-cı bəndində isə müqavilənin icrası müddətinin 2017ci il 15 noyabr tarixinədək olduğu qeyd edilmişdir. Hazırkı iddia isə 2022-ci il 21 fevral tarixində, yəni həmin tarixdən hesablandıqda 4 il 3 ay keçdikdən sonra irəli sürülmüşdür. Halbuki, MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq olunması barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. İddiaçının MM-in 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti ke çdikdən sonra məhkəməyə müraciət etdiyini, 2017-ci il 15 noyabr tarixindən sonra cavabdeh tərəfindən hər hansı etirafedici hərəkətlərin edilməsi ilə bağlı sübutların təqdim olunmadığını, yəni hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilə öhdəliklərinin icrası əsası ilə irəli sürülmüş iddia tələbləri müddətinin keçməsi səbəbinə görə rədd olunmalıdır.

26. İddiaçı tərəfindən MM-in 384.0.4-cü maddəsinə istinad edilməsi isə əsassız olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin maddə mülkiyyətçi və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır. Hazırkı halda isə iddiaçı mülkiyyətçi və ya digər sahib olmamışdır, çünki qeyd olunan əmlakların hər hansı formada onun mülkiyyətinə və ya sahibliyinə verilməsi öz təsdiqini tapmamış, müqavilə üzrə mübahisəli aparatlar iddiaçıya ümumiyyətlə təhvil verilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 373.2, 375.2, 567, 568.1, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 23 sentyabr tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

29. İddiaçı həmin qətnamədən 2022-ci il 22 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 372,1, 372.2, 373.2, 375.1, 375.2, 373,2, 377.2, 384.0.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı iddianı rədd edərkən MM-in 372.1, 372,2, 373.2, 375.1, 375.2, 373.2-ci və 377.2-ci maddələrinə istinad etməsi ilə bağlı iddiaçı hesab edir ki, məhkəmə kollegiyası MM-in yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxılması qənaətinə gələrkən MM-in 377.1-ci maddəsinin tələblərini nəzərə al mamışdır. Mübahisənin predmeti olan 5 ədəd aparat cavabdeh tərəfindən müəssisənin anbarına gətirilmiş və bir müddət anbarda saxlanmışdır. Sonradan cavabdeh tərəfindən həmin aparatlar anbardan özbaşına çıxarılaraq geri aparılmış və bununla da iddiaçının sahibliyinə verilmiş əmlak üzərində olan hüquqları pozulmuşdur. Əmlakın geri qaytarılması tələbi isə iddia müddətinin şamil edilmədiyi tələblərə aiddir.

31. MM-in 384.0-cü maddəsinə görə, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Yəni məhkəmə tərəfindən hazırkı mübahisə ilə bağlı iddia müddəti tətbiq olunarkən MM-in 384.0.4-cü maddəsinin tələbləri nəzərə alınmamışdır.

32. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında qeyd olunmuşdur ki, MM-in 384.0.4-cü maddəsində iddia müddətinin şamil edilmədiyi hallar müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları-servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaş dırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cümaddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil olunmadığını təsbit etmişdir.

33. İddiaçı qeyd olunanlara istinad edərək hesab edir ki, o, müqavilədə göstərilən əşyaların, o cümlədən, 5 ədəd pambığın zibilliyini ölçən aparatın dəyərini elektron-qaimə əsasında ödəməklə həmin əşyalara mülkiyyət hüququnu əldə etmişdir. Lakin cavabdeh müxtəli f bəhanələr gətirməklə, həmin əşyaları onun mülkiyyətçisi olan iddiaçıya verməkdən imtina etmiş, daha sonra mühasibat sənədi sayılan 2018-ci il 16 may tarixli, EAAJ seriyalı, 172489 nömrəli elektron qaimədə saxtalaşdırmaya yol verərək, müqavilənin 2-ci bəndinə zidd olaraq 7 ədəd aparatın qiymətini özü tərəfindən birtərəfli qaydada dəyişərək 1 ədədinin qiymətini 8790,0 manat əvəzinə, 15377,14 manat kimi qeyd etmişdir. Son nəticədə cavabdeh belə saxtakarlığa yol verməklə və dəyəri ödənilmiş əşyaları qanunsuz olaraq müəssisənin anbarından çıxarıb özündə saxlamaqla, iddiaçının onun hesabına köçürdüyü 52.923,0 manat vəsaitin mənimsənilməsinə nail olmuşdur.

34. İddiaçı MM-in 425-ci maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri vicdanlı şəkildə yerinə yetirilmiş, cavabdeh isə öhdəliyin şərtlərinə vicdanlılığın tələb etdiyi tərzdə cavab verməmiş, həmin öhdəliyin şərtlərini birtərəfli və kobud qaydada pozmuş, iddiaçının dəyərini ödədiyi 5 ədəd aparatı qanunsuz olaraq özündə saxlamaqla, həmin əşyaların dəyərini mənimsəmişdir.

35. Cavabdeh müqavilədə nəzərdə tutulmuş və mübahisənin predmeti olan 5 ədəd aparatı müəssisənin anbarının yerləşdiyi ərazidən qanunsuz geri aparmaqla və elektron qaimədə saxtakarlığa yol verməklə satıcının qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. MPM-in 567, 568.1, 570, 569.1 570.1-ci maddələrinin tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin tələbləri kobud şəkildə pozularaq, iddiaçının anbarında saxlanmış və sonradan cavabdeh tərəfindən həmin aparatların özbaşına geri aparılması nəticəsində iddiaçı nın mənafeyinə ziyan dəymişdir.

36. MPM-in 8.2, 9.1, 88, 265.4, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi işin materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara obyektiv qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən təqdim olunmuş sübutlara qiymət verilməmişdir.

37. İddiaçının mümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş malların, o cümlədən 5 ədəd aparatın müəssisənin anbarına gətirilməsi və sonradan həmin malların geri aparılmasına dair “X4 Kompleksi” MMC-nin Mərkəzi Anbar müdiri Elnur Şahgəldiyevin verdiyi izahat məhkəməyə təqdim edilmiş, lakin bu izahat məhkəmə tərəfindən hazırkı mübahisənin obyektiv a raşdırılması üçün nəzərə alınmamışdır. İşin materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən 12 ədəd pambığın zibilliyini ölçən aparatın pulunun köçürmə yolu ilə satıcıya 2017-ci il 19 iyun tarixli, 1298 nömrəli ödəmə tapşırığı ilə tam ödənilməsinə və həmin malların iddiaçının Şirvan şəhərində yerləşən mərkəzi anbarına daxil edilməsinə baxmayaraq, satıcı tərəfindən gətirilmiş 12 ədəd pambığın zibilliyini ölçən aparatdan sonradan 5 ədədi müəssisənin anbarından özbaşına və qanunsuz çıxarılaraq mühasibat sənədi sayılan 2018-ci il 16 may tarixli, EAAJ seriyalı, 172489 nömrəli elektron qaimədə ciddi qanun pozuntusuna yol vermişdir.

38. Cavabdehin rəhbərliyi müqavilənin şərtlərinə zidd olaraq, müqavilədə nəzərdə tutulan əmlakları alıcıya verməmiş, əmlakların pulunu qanunsuz olaraq mənimsəmişdir. MPM-in 265.4-cü maddəsinə istinadla qeyd edilir ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələri cavabdehin qanunsuz əməlləri ilə bağlı xüsusi qərardad qəbul etməli olduğu halda, buna əməl etməmişlər.

39. İddiaçı hesab edir ki, hazırkı iş üzrə MPM-in 386-cı maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və nəticədə MPM-in 8.2, 9.1, 88, 265.4, 386-cı maddələrinin tələbləri pozulmuşdur.

40. Müqaviləsinə əsasən, cədvəl üzrə razılaşdırılmış malların alınması ilə birlikdə, həmçi nin cədvəldə qeyd olunmuş 12 ədəd pambığın zibilliyini ölçən LKM-2 aparatın cavabdeh tərəfindən 1 ədədinin qiyməti 8970 manat olmaqla, cəmi 107640,0 manat məbləğində aparatların iddiaçıya satılması tərəflər arasında razılaşdırılmışdır. Alqı-satqı müqaviləsinin qarşılıqlı razılaşma əsasında tərtib olunmasına və müqavilə şərtlərinin hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM- in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidi r. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 22(103)-745/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin hazırkı kassasiya şikayəti ilə eyniməzmunlu dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmışdır. İşə kassasiya qaydasında baxan məhkə mə kollegiyası mübahisə predmeti olan 5 ədəd pambığın zibilliyini ölçən aparatın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinin təsdiqini tapmadığını, həmin aparatların iddiaçının mülkiyyətində olmasının sübut edilməməsini, iddiaçının iddia müddətinin axımı başladığı tarixdən 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürdüyünü də nəzərə alaraq, iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məh kəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir.

50. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 2-2(103)-745/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

52. Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 sentyabr tarixli, 2-2(103)-745/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar