Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-341/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı MMC-in vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)187/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 07 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, 1) 09.07.2009-cu il tarixli müqavilə üzrə 562742,00 manat borc, cərimə 1823284,00 manat, özgəsinin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə faizlər 521474 manat olmaqla, cəmi 2907500,00 manat borcun "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-dən ödənilməsi; 2) 27.07.2009-cu il tarixli müqavilə üzrə 98294,00 manat borc, cərimə 318472,00 manat, özgəsinin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə faizlər 97311,00 manat olmaqla, cəmi 514077,00 manat borcun "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, 3)İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı MMC ilə "xxxx" ASC (əvvəlki adı “X1” ASC) bağlanmış 09.07.2009-cu il tarixli müqaviləyə əsasən, ümumi məbləği 562742,00 manat olan avadanlıqlar və nəqliyyat vasitələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Göstərilən malların "xxxx" ASC-yə təhvil verilməsini GG seriyalı 626249 saylı 09.07.2009cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345378 saylı qaimə-faktura təsdiq edir. Həmçinin, İddiaçı MMC ilə "xxxx" ASC (əvvəlki adı “X1” ASC) arasında bağlanmış 27.07.2009-cu il tarixli müqaviləyə əsasən, ümumi məbləği 98294,00 manat olan nəqliyyat vasitəsi "xxxx" ASC-yə iddiaçı tərəfindən təhvil verilm işdir. Göstərilən malın "xxxx" ASC-yə təhvil verilməsini GG seriyalı 626256 saylı 28.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345385 saylı qaimə-faktura təsdiq edir. Lakin “xxxx" ASC indiyə qədər göstərilən malların dəyərini ödəməmişdir. Beləliklə, hazırda "xxxx" ASC-nin 09.07.2009-cu il tarixli müqavilə üzrə GG seriyalı 626249 saylı 09.07.2009-cu il tarixli vergi hesab faktura və AİA seriyalı 345378 saylı qaimə-fakturaya əsasən borcu 562742,00 manat, cərimə 1823284,00 manat, özgəsinin pul vəsaitinin ödəilməsini gecikdirməklə ondan faydalanmağa görə faizlər 521474,00 manat, cəmi borc 2907500,00 manat, 27.07.2009-cu il tarixli müqavilə üzrə GG seriyalı 626256 saylı, 28.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345385 saylı qaimə-fakturaya əsasən borcu 98 294,00 manat, cərimə 318472,00 manat, özgəsinin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə faizlər 97311,00 manat, cəmi borc 514077,00 manat təşkil edir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 593-cü maddələrinə istinad etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 09.07.2009-cu il tarixli müqavilə üzrə GG seriyalı 626249 saylı 09.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345378 saylı qaimə-faktura üzrə borc 562742,00 manat, cərimə 1848607,00 manat (gecikdirilmiş 9 tam təqvim ili hesablanmaqla), AR MM- nin 445.7.-ci maddəsinə əsasən faizlər 253233,00 manat (gecikdirilmiş 9 tam təqvim ili hesablanmaqla), AR MM-nin 449-cu maddəsinə əsasən faizlər 506467,00 manat (ge cikdirilmiş 9 tam təqvim ili hesablanmaqla) olmaqla, cəmi 3171049,00 manatın, 27.07.2009-cu il tarixli müqavilə üzrə GG seriyalı 626256 saylı 28.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345385 saylı qaimə-faktura üzrə borc 98294,00 manat, cərimə 322895,00 manat (gecikdirilmiş 9 tam təqvim ili hesablanmaqla), AR MM-nin 445.7.-ci maddəsinə əsasən faizlər 44232,00 manat (gecikdirilmiş 9 tam təqvim ili hesablanmaqla), AR MM-nin 449-cu maddəsinə əsasən faizlər 88464,00 manat (gecikdirilmiş 9 tam təqvim ili hesablanmaqla) olmaqla, cəmi 553885,00 manatın, eləcə də İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-546/2018 saylı, 10 dekabr 2018ci il tarixli qətnaməsi ilə (hakim: Z.M.Tağıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia, iddia müddəti keçdikdən sonra verilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-187/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-546/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassa siya şikayəti verərək həmin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apelyasiya məhkəməsi qətnaməsini yalnız cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə əsaslandıraraq, işin hallarina düzgün qiymət verməmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, tətbiq edilməməli qanunu isə tətbiq etmişdir. İş materiallarına əsasən sübut olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09.07.2009-cu il tarixli müqaviləyə əsasən, ümumi məbləği 562742,00 manat olan və 27.07.2009-cu il tarixli müqaviləyə əsasən ümumi məbləği 98294,00 manat olan müxtəlif avadanlıq və nəqliyy at vasitələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Göstərilən malların cavabdehə təhvil verilməsini GG seriyalı 626249 saylı 09.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345378 saylı qaimə-faktura və GG seriyalı 626256 saylı 28.07.2009-cu il tarixli vergi hesab fakturası və AİA seriyalı 345385 saylı qaimə-faktura təsdiq edir. İş materiallarına əsasən, cavabdeh göstərilən malların dəyərinin ödənilməsini sübut edə bilməmiş və bu barədə, məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Lakin, apellyasiya məhkəməsi işə formal baxmış, əsassız olaraq cavabdehin nümayəndəsinin ərizəsinə əsasən iddia müddətini tətbiq etmişdir. Bu zaman, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsini səhv tətbiq etmişdir. Daha sonra qeyd edilir ki, iddiaçı öz hüququnun pozulduğunu cavabdehin 0901/2694 saylı 30.11.2015-ci il tarixli məktubunu aldıqdan sonra bilmişdir. Həmin məktubda cavabdedh iddiaçıya borcu olmadığını bildirir və faktiki olaraq malların dəyərini ödəməkdən imtina edir. Buna qədər isə dəfələrlə cavabdehlə borcun ödənilməsi barədə danışıqlar aparılmışdır. Cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı ilk iddia isə məhkəməyə 02.04.2018-ci ildə, bu iş üzrə iddia isə 14.06.2018-ci ildə təqdim edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkə mə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüq uqunun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Ümumi iddia müddəti on il təşkil edir (373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2.). İşdən göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə 2009-cu il tarixli razılaşmaya istinad etməklə pul tələb edilməsi üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Mülki Məcəlləyə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məh kəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.). Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı kassasiya şikayətində öz hüququnun pozulduğunu cavabdehin 30.11.2015-ci il tarixli borcu ödəməkdən imtina barədə məktubunu aldıqdan sonra bildiyi və müddətin həmin tarixdən hesablanmalı olduğunu göstərsə də, bu mülahizə əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə imzalandığı andan 3 gün ərzində əmlakın dəyərinin 100%-i alıcı tərəfindən satıcıya ödənilməli idi. Yəni, iddiaçıya satılmış malın dəyəri 3 gün ərzində ödənilmədiyindən iddiaçı öz hüququnun pozulduğunu 2009-cu ildə bilmiş, 2012-ci ilədək məhkəmədə borcun ödənilməsi barədə iddia qaldırmaq hüququ olsa da, məhkəməyə 2018-ci ildə, 9 il sonra iddia ərizəsi ilə müraciət etmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən həmin borc üzrə hər hansı ödəniş edilmədiyindən və borcun etiraf edilməsini təsdiq edən hərəkətlərə yol verilmədiyindən iddia müddətinin axımının kəsildiyi müəyyən olunmur. Odur ki, hazırkı iddianın qaldırılması üçün iddia müddətinin ötürülməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyə nliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyn i zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnu n pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş k assasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-187/2019 saylı 28 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-341/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-341/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver