Məhkəmə qərarları › İş №2-2(102)-342/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-342/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-342/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, 28.07.2021 cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(103)-209/2021 saylı qətnaməsindən veril miş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 04 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinə görə, Satıcı – İddiaçı MMC 1 tonun qiyməti ƏDV xaric 94,44 manat (ƏDV daxil 111,44 manat) olan sementi (Sement C500 Qalaq (daşınma daxil /Bakı)) (bundan sonra –məhsulu) alıcı Cavabdeh MMC-yə satmağı, Alıcı – "xxxx" MMC də öz növbəsində məhsulu müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə təhvil almağı, məhsulun dəyərini əvvəlcədən satıcının bank hesabına köçürmə yolu ilə ödəməyi (hər bir halda alıcı satıcıya olan bütün borclarını hər ilin 25 dekabr tarixinə qədər ödəməlidir) yaranmış borcu 1 ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan sonra yarana bi ləcək inzibati xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 11 mart 2016-ci il tarixli, 435603 nömrəli qaimə-fakturanın kötüyünə görə, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 63,38 ton, ümumi dəyəri 7063 manat (5985,61+1077,41 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır.

3. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 12 mart 2016-ci il tarixli, 435602 nömrəli qaimə-fakturanın kötüyünə görə, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 126,38 ton, ümumi dəyəri 14.083,69 manat (11.935,33+2.148,36 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən tə hvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 4. 06 aprel 2016 tarixli, SA/001/16 saylı hesaba görə, həmin hesab üzrə 1 tonun qiyməti 94.44 manat, ümumi çəkisi 189,76 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 21.146,70 manat (17920,93+3225,77 ƏDV) təşkil etmişdir. 5. 29.04.2016-cı il tarixli ödəniş tapşırıqlarına görə, 29.04.2016-cı il tarixli ödənişin təyinatı və əsası sementin alınması olan 17.920,94 manat və 3.225,77 manat cəmi 21.146,71 manat vəsait Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

6. İddiaçı MMC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş 28 aprel 2016-cı il tarixli, 435604 nömrəli qaimə-fakturanın kötüyünə görə, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 61,66 ton, ümumi dəyəri 6.871,34 manat (5.823,17 +1.048,17 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmişdir. 7. 28 aprel 2016 tarixli SA/002/16 saylı hesaba görə, həmin hesab üzrə 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 61,66 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 6.871,34 manat (5.823,17+1048,17 ƏDV) təşkil etmişdir.

8. Hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş 16 may 2016-cı il tarixli, 435606 nömrəli qaimə-fakturanın kötüyünə görə, 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 147,34 ton, ümumi dəyəri 16.419,45 manat (13914,79+2504,66 ƏDV) olan Sement C500 qalaq adlı sement məhsulu İddiaçı MMC tərəfindən təhvil verilmiş və Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 9. 16 may 2016 tarixli, SA/003/16 saylı hesaba görə, həmin hesab üzrə 1 tonun qiyməti 94,44 manat, ümumi çəkisi 147,34 ton olan Sement C500 qalaq adlı sement məhsulunun ümumi dəyəri 16.419,45 manat (13914,79+2504,66 ƏDV) təşkil etmişdir.

10. İddiaçı MMC tərəfindən təqdim edilmiş SMX-01/65-20 nömrəli, 15.10.2020-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh MMC-nin 04.03.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə (28 aprel 2016-cı il tarixli SA/002/16 saylı hesab üzrə 6.871,34 manat əsas borc, 86.986,86 manat cərimə, 16 may 2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə 16.419,45 manat əsas borc, 204.744,93 manat cərimə) ümumilikdə 23.290,79 manat əsas borc, 291.731,79 manat cərimə olmaqla, cəmi 315.022,58 manat məbləğində borcu vardır. 11. 26.11.2019-cu il tarixli, 11463 nömrəli invoysa (hesab-faktura) görə, birinci instansiya məhkəməsində göstərilən hüquqi yardımın dəyəri olan 1500 manat vəsait İddiaçı MMC tərəfindən BM Morrison Partners MMC hüquq firmasının hesabına köçürülməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23290,79 manat hesablar üzrə əsas borcun, 291.731,79 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin, 1.500 manat məbləğində hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumunun, cəmi 316.552,58 manat məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, sementin (bundan sonra Məhsul) satışına dair bağlanmış 04 mart 2016-cı il tarixdə Alqı-Satqı Müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı birinci dəfə cavabdehə 28 aprel 2016-cı il tarixdə 61,66 ton Sement C500 Qalaq məhsulu vermişdir. İkinci dəfə, yəni 16 may 2016-cı il tarixdə isə 147,34 ton məhsul göndərmişdir. Göndərilən məhsullara görə cavabdehə aşağıdakı qaimə-fakturalar və hesablar təqdim edilmişdir: 28 aprel 2016-cı il tarixli 435604 nömrəli Qaimə-faktura və 28 aprel 2016 tarixli SA/002/16 saylı Hesab; 16 may 2016-cı il tarixli 435606 nömrəli Qaiməfaktura və 16 may 2016 tarixli SA/003/16 saylı Hesab; 28 aprel 2016 tarixli SA/002/16 saylı hesab üzrə yekun məbləğ 6.871,34 manat, 16 may 2016-cı il tarixli SA/003/16 saylı hesab üzrə yekun məbləğ isə 16.419,45 manat, cəmi 23.290,79 manat təşkil etmişdir. Tərəflər arasında Müqavilənin Qiymət və Ödəmə Şərtlərinin 3-cü bəndinə əsasən “Alıcı”n ın “Satıcı”ya olan bütün borcları hər ilin 25 dekabr tarixinə qədər ödənilməlidir. Həmin Şərtlərin 4-cü bəndinə əsasən “Satıcı”, “Alıcı” tərəfindən yaranmış borc məbləği bir ay bitdikdən sonra ödənməzsə, gecikdirilmiş hər təqvim gününə görə gecikdirilmiş məbləğin 1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini “Alıcı”dan tələb edə bilər. Cavabdeh qeyd edilən hesablar üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı 24 dekabr 2018-ci il tarixdə cavabdehə SM-M-1218-161 saylı məktub göndərərək, yaranmış cəmi 23.290,79 manat borcun ödənilməsini xahiş etmişdir. 20 sentyabr 2019-cu il tarixdə ikinci dəfə cavabdehə SMX-04/76-19 saylı məktub göndərərək borcunun ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən borcun ödənilməsinə heç bir cəhd olunmamışdır. Tərəflər arasında olan müqavilənin qüvvədə olma müddəti şərtlərinin 2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək etibarlı hesab olunur. Həmin şərtlərin 4-cü bəndinə əsasən “Alıcı” ödənişləri 30 gündən çox gecikdirdikdə dəyən zərərin əvəzini ödəməlidir. Müvafiq müqavilənin və Mülki Məcəllənin müddəalarına əsasən, cavabdeh: - 28 aprel 2016-cı tarixli hesaba əsasən 6.871,34 manat borc məbləği üzrə bu günədək 1266 gün; - 16 may 2016 tarixli hesaba əsasən 16.419,45 manat borc məbləği üzrə isə bu günədək 1246 gün gecikdirmə edib. Müqavilənin qiymət və ödəmə şərtlərinin 4-cü bəndinin və Mülki Məcəllənin 462.3-cü maddəsinin tələblərinə görə cavabdehin borcun gecikdirilməsinə görə dəbbə pulu: - 28 aprel 2016 tarixli SA/00 2/16 saylı Hesab üzrə 86.986,86 manat - 16 may 2016 tarixli SA/003/16 saylı Hesab üzrə isə 204.744,93 manat təşkil etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, e-2-2(113)-531/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 16.419,45 manat ödənilməmiş borc, 1.080,55 manat cərimə (dəbbə pulu), hüquqi xidmətlərə görə 1.000 manat, cəmi 18.500 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,75 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. 17. 16.05.2016-cı il tarixli, 435606 nömrəli qaimə fakturaya görə, ümumi dəyəri 16.419,45 manat olan sementin təhvil verilməsi və qəbul edilməsi hər iki MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Buna görə iddia tələbi bu hissədə təmin edilməlidir. Lakin, ümumi dəyəri 6.871,34 manat olan sement məhsulunun 28.04.2016-cı il tarixli 435604 nömrəli təhvil–təslim qaimə fakturasında cavabdehin möhürü yoxdur və sementin təhvil alma bəndində imza mövcud deyildir. Bu səbəbdən iddia tələbi 6.871,34 manat olan hissədə təmin edilə bilməz. Odur ki, məhkəmə iddiaçının 23.290,79 manat məbləğində pul tələbini qismən, yəni 16.419,45 manat olan hissədə əsaslı hesab edir.

18. İddiaçı tərəfindən müqavilə üzrə borcun gecikdirilməsinə görə 291.731,79 manat məbləğində (faiz) penya hesablanmışdır. Aşağıda göstərilən normalara əsasən tənasübsüz surətdə yüksək olan penya azaldılaraq 1.080,55 manat məbl əğində müəyyən edilməlidir.

19. Həmçinin cavabdehin iddiaya qarşı vermiş olduğu etirazlarının əsası kimi istinad etdiyi 04.03.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərindən iddiaçıya olan bütün borc məbləğinin 29.04.2016-cı il tarixdə ödənilməsi və tərəflər arasında bağlanmış 04.03.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçdiyindən, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinə görə iddia müddətinin ötürülməsi ilə bağlı qeyd edilməlidir ki, 29.04.2016-cı il tarixdə edilmiş ödəniş aşağıdakı qaimələrlə təqdim olunmuş mallar üzrə həyata keçirilib: 20. 11 mart 2016-ci il tarixli, 435602 saylı qaimə üzrə (əsas məbləğ 11.935,33 manat, ƏDV 2.148,36 manat, ümumi məbləğ 14.083,69 manat); 21. 12 mart 2016-ci il tarixli, 435603 saylı qaimə üzrə 5.985,61 manat, ƏDV 1077,41 manat, ümumi məbləğ 7.063 manat, cəmi 21.146,70 manat (17.920,93 manat əsas məbləğ və 3225,77 manat ƏDV). Qeyd olunan qaimələrin ödənilməsi üçün, iki qaimə üzrə ödənişi özündə birləşdirən 06 aprel 2016-cı il tarixli, SA/001/16 saylı hesab təqdim olunub. Hesab üzrə ödəniləcək məbləğ 21.146,70 manat edir (17920,93 manat əsas məbləğ və 3225,77 ƏDV). Məhz bu SA/001/16 saylı hesab cavabdeh tərəfindən 29 aprel 2016-cı il tarixində ödənilib və bu məbləğ müvafiq olaraq bank çıxarışılarında öz əksini tapıb. Həmçinin ümumi dəyəri 16.419,45 manat olan sement məhsulu 16.05.2016-cı il tarixli 435606 nömrəli təhvil–təslim qaimə fakturaya əsasən 16.05.2016-cı il tarixdə təhvil verilibsə, həmin sementə gö rə 18 gün qabaq pulun ödənilməsi mümkün deyildir.

22. Ümumi dəyəri 16.419,45 manat olan sement məhsuluna görə 435606 nömrəli təhvil– təslim qaimə faktura 16.05.2016-cı il tarixdə tərtib edildiyinə görə tələb etmə, yəni iddia müddətinin 16.05.19-cu il tarixdə bitməsi ilə bağlı cavabdehin istinad etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, 04.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndində bütün borcların hər ilin 25 dekabr tarixinə qədər ödənilməsi göstərilmiş, yəni iddia müddətinin axımı 25 dekabr 2016-ci il tarixindən başlamaqla məhkəməyə müraciət etmənin son tarixini 25.12.2019-cu il (3 illik iddia müddəti) kimi müəyyən edir, iddiaçı 09.12.2019-cu il tarixdə hazırki tələblə bağlı məhkəməyə müraciət edib, 3 illik iddia müddətini iddiaçı ötürməmişdir.

23. Məhkəmə bu qənaətini Az ərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni əsas borcun gecikdirilməsinə görə faiz məbləği hissəsində ləğv edib, iddia tələbi üzrə 16.05.2016-cı il tarixli 435606 nömrəli qaimə-fakturaya görə ödənilməli olan 16.419,45 manat əsas borc və 204.744,93 manat borcun gecikdirilməsinə görə faiz məbləğinin ödənilməsi hissəsinin tam təmin edilməsini xahiş etmişdir.

25. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

26. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2021-ci il 01 mart tarixli, 2-2(103)-209/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), E.E.Nağıyeva və X.A.Cəmilova) iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, e-2-2(113)531/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 15-23) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

28. Həmçinin hesab etmişdir ki, elektron vergi hesab-fakturasının iddiaçı tərəfindən cavabdehə təqdim edilməməsi də iddianın qismən təmin olunmasına təsir etmir. Belə ki, həmin hissədə iddia cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilən qaim ə-faktura ilə tam sübuta yetirilmişdir.

29. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 427.3, 442, 445.2.1, 448.1, 448.2, 448.4, 462.1, 467, 567, 600.1, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı ilə 04.03.2016-cı il tarixdə bağlanmış müqavilə üzrə iddiaçıya olan bütün borc məbləği 29.04.2016-cı il tarixdə ödənilmiş, ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir. 2016-cı ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən ƏDV ödəyiciləri arasında hər hansı borc məbləğləri barədə işlərin görülməsini, xidmətlərin göstəril məsini təsdiq edən elektron vergi hesab-fakturası iddiaçı tərəfindən cavabdehə təqdim edilməli olduğu halda, təqdim edilməmişdir. 2016-cı ildə elektron vergi hesab-fakturasının təqdim edilmədən hər hansı malın alqı-satqısı üzrə ödənişin tələb edilməsi qanunvericiliyə zidd olmuşdur. 2018-ci ilin 01 yanvar tarixindən isə vergi ödəyiciləri arasında elektron qaimə sistemi tətbiq edilir. Məhkəmə ƏDV daxil olmaqla 16.419 manat məbləğində malın onlara verilməsini yalnız 16.05.2016-cı il tarixli, 435606 nömrəli qaimə-faktura ilə əsaslandırmış, lakin həmin sənədə əsasən iddiaçı tərəfindən ödəniş sənədi sayılan elektron vergi hesabfakturasının təqdim edilməməsini nəzərə almamışdır. 2016-cı ildə malın dəyərinin ödənilməsi yalnız elektron vergi hesab-fakturası əsasında həyata keçirilə bilərdi. 32.Həmç inin cement məhsulunun alqı-satqısına dair olan tərəflər arasında bağlanmış 04.03.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçmişdir, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsində nəzərdə tutulmuş iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür.

33. Tərəflər arasında bağlanmış 04.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən “Satıcı” “Alıcı” tərəfindən yaranmış borc məbləği 1 ay müddətində ödənməzsə, gecikdirilmiş borc məbləğinin 1 % məbləğində cərimənin və digər zərərin ödənilməsini “Alıci”dan tələb edə bilər. Müqavilənin 4-cü maddəsinə görə “Alıcı” ödənişləri 30 gündən çox gecikdirdikdə dəyən zərərin əvəzini ödəməlidir. Bununla da “Satıcı” 28.04.2016-cı il və 16.05.2016-cı il tarixli q aimələr üzrə yaranmiş borc məbləğinin tələb etmiş, müqavilə üzrə isə həmin borc məbləğlərinə görə son ödəniş müddəti müvafiq olaraq 1 aydan sonra, yəni 28.05.2016-cı il və 16.06.2016-cı il müəyyən edilmişdir. Beləliklə də, qanunun tələblərinə görə həmin tarixlərdən etibarən iddiaçı öz hüquqlarının pozulduğunu bilirdi və ya bilməli idi. İddiaçı iddia müddətini 3 il 5 aydan artiq müddətdə üzrsüz səbəbdən ötürməklə 2019-cu ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. 34 Kassasiya şikayəti Mülki Məcəllənin 373, 377.1, 374.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

36. Cavabdehin vəkili Vəkil2 oğlu kassasiya şikayət ində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

37. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

38. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

39. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını iddianın təmin olunan hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fakti ki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi...”; “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərə kət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır”. “Maddə

567. Alqı-satqı müqav iləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖ VQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(103)-209/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən alqı-satqı müqaviləsinə əsasən ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar v ə öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh aldığı məhsulların alqı-satqısı üzrə iddiaçıya olan borcunu ödəməmişdir.

47. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, 16.05.2016-cı il tarixli, 435606 nömrəli qaimə fakturaya görə, ümumi dəyəri 16.419,45 manat olan sementin təhvil verilməsi və qəbul edilməsi hər iki MMC-nin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. 29.04.2016-cı il tarixdə edilmiş ödəniş 11 mart 2016-ci il tarixli, 435602 saylı qaimə üzrə (əsas məbləğ 11.935,33 manat, ƏDV 2.148,36 manat, ümumi məbləğ 14.083,69 manat); 12 mart 2016-ci il tarixli, 435603 saylı qaimə üzrə 5.985,61 manat, ƏDV 1.077,41 manat, ümumi məbləğ 7.063 manat, cəmi 21.146,70 manat (17.920,93 manat əsas məbləğ və 3.225,77 manat ƏDV) təqdim olunmuş mallar üzrə həyata keçirilmişdir. Qeyd olunan qaimələrin ödənilməsi üçün, iki qaimə üzrə ödənişi özündə birləşdirən 06 aprel 2016-cı il tarixli, SA/001/16 saylı hesab təqdim olunmuşdur. Hesab üzrə ödəniləcək məbləğ 21.146,70 manat təşkil edir (17.920,93 manat əsas məbləğ və 3.225,77 ƏDV). Məhz bu SA/001/16 saylı hesab cavabdeh tərəfindən 29 aprel 2016-cı il tarixində ödənilmiş və bu məbləğ müvafiq olaraq bank çıxarışlarında öz əksini tapmışdır. İddia təmin olunan hissədə cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş qaimə-faktura ilə təsdiq edildiyindən iddiaçı tərəfindən elektron vergi hesab fakturasının cavabdehə təqdim edilməməsi barədə şikayətin dəlilinə məhkəmə kollegiyası tənqi di yanaşır.

48. İddiaçının iddia müddətini 3 il 5 aydan artiq müddətdə üzrsüz səbəbdən ötürməklə 2019-cu ilin dekabr ayında məhkəməyə müraciət etməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı q eyd edilməlidir ki, 04.03.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndində bütün borcların hər ilin 25 dekabr tarixinə qədər ödənilməsi göstərilmiş, beləliklə, iddia müddətinin axımı 25 dekabr 2016-ci il tarixindən başlamaqla məhkəməyə müraciət etmənin son tarixi 25.12.2019-cu il (3 illik iddia müddəti) kimi müəyyən edilir, iddiaçı isə 09.12.2019-cu il tarixdə hazırki tələblə məhkəməyə müraciət etməklə, 3 illik iddia müddətini ötürməmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilərək düzgün qiymətləndirilmiş həmin halı isə öz növbəsində cavabdehin, 04.03.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərindən iddiaçıya olan bütün borc məbləğinin 29.04.2016-cı il tarixdə ödənilməsi və alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsindən 3 ildən artıq müddət keçdiyindən, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü barədə dəlilinin əsassız olduğunu sübut edir.

49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(103)209/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 5

0. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

51. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 mart tarixli, 2-2(103)-209/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar