Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-343/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Agentliyə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə əmələ gəlmiş öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, iddiaçı “X3” MMC-nin cavabdeh Agentliyə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-98/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qa ydasında baxılmışdır. İşin halları 1. “Sifarişçi” "xxxx" ASC ilə "xxxx" Şirkəti arasında bağlanmış 2010-cu il 16 avqust tarixli 42/10 saylı Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilədən görünür ki, Sifarişçi bu müqaviləyə 1-3 nömrəli Əlavədə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə İcraçının "İnkoterms 2000" DDP şərti ilə 581.000 avro (və ya 601.509,30 manat) məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin: - 2.2-ci bəndi: əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan Malların 55 (əlli beş) gün ərzində gələcəkdə bağlanacaq lizinq müqaviləsində göstərilən ünvanda quraşdırılmış və işlək vəziyyətdə təhvil verilməsini öhdəsinə götürür. - 13.1-ci bəndi: müqavilənin ümumi məbləği “İnkoterms 2000” DDP şərtlərinə uyğun məbləği 581.000 avro təşkil edir. - 20.1 və 20.2-ci bəndləri: müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır, qarşısıalınmaz qüvvənin təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epi zootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. 2. 2010-cu il 16 avqust tarixli 42/10 müqaviləyə 4 saylı Əlavə üzrə tərtib edilmiş malların qiymət cədvəlindən görünür ki, paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları 1 ədədinin qiyməti 390.000 avro məbləğində müəyyən edilmiş, açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql sistemi 1 ədədinin qiyməti 150.000 avro məbləğində, yem qarışdırıb paylayanın 1 ədədinin qiyməti 41.000 avro məbləğində müəyyən edilmişdir.
3. Lizinq verən "xxxx" ASC ilə lizinq alan “X3 Təsərrüfatı” MMC arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən dəyəri 635.250 manat olan bu müqaviləyə 1-3 nömrəli əlavələrdə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılıb. Müqavilənin: - 1.2-ci bəndi: lizinq alan avadanlığın dəyərindən 61.500 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. - 1.3-cü bəndi: Texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. - 2.1.2-ci bəndi: lizinq alanın müraciəti əsasında avadanlığın sığortalanmasını həyata keçirir. - 2.2.13-cü bəndi: lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində lizinq verənə məlumat verməyi öhdəsinə götürmüşdür. - 3.3-cü bəndi: lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. - 3.8-ci bəndi: lizinq alan avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. - 7.1-ci bəndi: tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilir.
4. Lizinq verən "xxxx" ASC ilə lizinq alan “X3 Təsərrüfatı” MMC arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli Heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə v erilməsi barədə müqavilədən görünür ki, lizinq verən dəyəri 172.450 manat olan heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 17.800 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. 5. 2012-ci il 18 yanvar tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X3 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə 2012-ci ildən 2021-ci il müddətinədək 573.750 manat lizinq məbləği ödənməlidir. 6. 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X3 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə 2024-cü il 31 dekabr tarixinədək 172.450 manat lizinq məbləği ödənməlidir.
7. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində 2016-cı ilin aprel ayında başlayan müharibə zamanı lizinq avadanlıqlarından biri olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları mərmi düşməsi nəticəsində məhv olmuş, bu səbəblə "xxxx" ASC tərəfindən həmin avadanlığın dəyəri “X3 Təsərrüfatı” MMC ilə bağlanmış müqavilədən çıxarılmış, bununla bağlı 2016-cı il 26 dekabr tarixində “D-02-LA /12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi imzalanmış və həmin əlavədə yeni ödəniş qrafiki nəzərdə tutulmuşdur. Nəticədə bu müqavilə üzrə lizinqə verilən avadanlıqlardan müasir tipli peyin çıxarma və nəql etmə sistemi və yem qarışdırıb paylayan qalmışdır.
8. İnventarizasiya komissiyasının üzvü YYY, rayon bölməsinin nümayəndəsi mühəndis TTT və lizinq alan Nümayəndə tərəfindən imzalanmış "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların 2020-ci il 1 noyabr tarixinə inventarizasiyası barədə məlumatdan görünür ki, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq avadanlığının qalıq dəyəri 170.555 manat müəyyən edilmiş, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq kompleksi üçün avadanlığın qalıq dəyəri 151.057 manat müəyyən edilmişdir. Qeyd hissəsində 2-ci Qarabağ müharibəsi zamanı at ılan mərminin bir neçəsinin avadanlıqlara ziyan vuraraq yararsız hala salması qeyd olunmuşdur. 9. 2023-cü il 16 avqust tarixli maliyyə arayışına əsasən lizinq alanın 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli müqavilə üzrə əsas borcu 170.555 manatdır. 10. 2023-cü il 16 avqust tarixli maliyyə arayışına əsasən lizinq alanın 2016-cı il 26 dekabr tarixli 08-LA/12 nömrəli müqavilə üzrə əsas borcu 54.873 manatdır. 11. 2017-2019-cu illərdəki müxtəlif tarixli ödəniş tapşırıqlarından görünür ki, lizinq alan tərəfindən lizinq verənin hesabına ümumilikdə 7.498 manat ödəniş olunmuşdur. 12. "xxxx" ASC tərəfindən “X3” MMC-yə ünvanlanmış 2020-ci il 17 dekabr tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respubli kasının ərazisinə düşmən təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Bu baxımdan, Dövlət Komissiyası tərəfindən təsərrüfatda baş vermiş maddi ziyanla bağlı qiymətləndirmə və digər müvafiq tədbirlər həyata keçirildikdən sonra müraciətdə qaldırılan məsələyə baxılacaqdır. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-2(82)283/2018 nömrəli qətnaməsi ilə “X3” MMC-nin "xxxx" ASC-yə qarşı aralarında bağlanmış 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğind ən çıxarılması və MMC-nin ASC-yə olan borcunun həmin məbləğdə silinməsi” tələbinə dair iddiası təmin edilmiş (qətnamə qanuni qüvvəyə minmişdir).
14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli 2-2(82)-283/2018 nömrəli qərardadı ilə tələbkar "X3” MMC-nin şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli qətnaməsinə belə izah verilmişdir: icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə həmin əmlakın dəyərinin 96.174 manat məbləğində müəyyən edilməsi başa düşülsün.
15. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “X3” MMC-nin "xxxx" ASC ilə arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X3” MMC-yə lizinqə ver ilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Agentliyinin üzərinə qoyulmuşdur.
16. Həmin qərar AKİA tərəfindən icra edilmiş və 2024-cü il 6 iyun tarixində AKİA ilə “X3 Təsərrüfatı” MMC arasında GL- 02-LA/12-24 nömrəli "xxxx" ASC-dən (hazırda "xxxx" ASC) lizinqə götürülmüş kənd təsərrüfatı avadanlıqları barədə müqavilə bağlanmışdır.
17. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli qərarının icrası ilə əlaqədar müvafiq lizinq müqaviləsində qeyd olunan yempaylayan avadanlığın ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq olunmuş, 17.364,32 manat müqavilənin ümumi dəyərin dən silinmişdir. Bu güzəştin tətbiq edilməsi üçün yempaylayanın dəyərinin müəyyən edilməsində eynilə yuxarıda qeyd olunan metoddan istifadə edilmiş və "xxxx" ASC-nin öz təchizatçısı olan "xxx" Şirkəti ilə bağladığı 42/10 nömrəli 2010-cu il 16 avqust tarixli müqavilənin 4 nömrəli əlavəsinə və həmin avadanlığın orada avro ilə göstərilən qiymətinə istinad edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 18. “X3” MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 13 iyun tarixində iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 2016-cı il 26 dekabr tarixli “D02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi (bundan sonra – “3 nömrəli əlavə”) üzrə 2020-ci il 2 7 sentyabr tarixindən sonra ödənilməli olan 57.957 manat məbləğin və 2016-cı il 26 dekabr tarixli “08-LA/16” nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi (bundan sonra – “1 nömrəli əlavə”) üzrə 27 sentyabr 2020-ci il tarixindən sonra ödənilməli olan 19.884 manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin Agentlik (bundan sonra – “cavabdeh”) üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına, eləcə də lizinq müqavilələrinin 7.1-ci maddəsinə istinadla belə əsaslandırılmışdır ki, iddiaçı xxxx ərazisində fəaliyyət göstərir. Həmin təsərrüfatın yerləşdiyi ərazi erməni silahlı qüvvələri ilə keçmiş təmas xəttinin 2-3 km yaxınlığında yerləşir. 2020-ci ilin 27 sentyabr tarixindən başlayan vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində heyvandarlıq kompleksində yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-dən (bundan sonra – “ASC”) lizinqə götürülmüş peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları sıradan çıxaraq yarasız vəziyyətə düşmüşdür. Bununla bağlı ASC-yə 2020-ci il 25 noyabr tarixli məktubla məlumat verilmiş və avadanlıqların sıradan çıxması ilə əlaqədar olaraq onun dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması xahiş edilmişdir. Döyüş əməliyyatları başa çatdırıldıqdan sonra 2020-ci ilin dekabr ayında ASC-nin əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və avadanlıqların mərmi düşməsi nəticəsində yararsız hala düşməsi ilə bağlı inventarizasiya aktı tərtib olunmuşdur. Lakin bu günə qədər avadanlıqlarıın dəyəri müqavilə məbləğindən çıxılmamışdır. Hazırda ASC tərəfindən lizinq müqavilələri üzrə portfellər cavabdehə ötürülmüşdür. Qeyd olunan avadanlıqların dəyəri tam ödənilmədiyindən hazırda onlar cavabdehin mülkiyyətindədir. Bu baxımdan avadanlıqların dəyərinin müqavilə məbləğindən çıxılması öhdəliyi cavabdehin üzərinə düşür. Həmin avadanlıqlar iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, avadanlıqların yarasız hala düşməsinə erməni silahlı qüvvələri tərəfindən iddiaçının təsərrüfatına atılan mərmi səbəb olmuşdur. Ona görə də sözü gedən avadanlıqların mərmi partlaması nəticəsində yararsız hala düşməsini nəzərə alaraq onların dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, eyni məsələ ilə bağlı 2016-cı ildə olan aprel döyüşlərinə görə onların bir avadanlığı da məhv olmuşdu və bununla bağlı onların xeyrinə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vardır. Avadanlığın sığortasının olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Ondan sığorta pulu da tutulmuşdur. Lakin avadanlığı götürərkən orada canlı heyvanlar da vardı, hansı ki, onlar sığorta olunmuşdur. Müharibə zamanı onlar tələf olduqda bu barədə ASCyə də rəsmi şəkildə müraciət etmişdir. Onlara bildirilmişdir ki, Sığortaya məlumat veriləcək. Daha sonra Sığortadan məlumat verildi ki, sığorta hadisəsi müharibə hallarını əhatə etmir. Hətta sığortalanmış olsa belə baş verən hadisə müharibə şəraiti ilə əlaqədar olduğu üçün sığorta hadisəsi hesab olunmur. Odur ki, avada nlıq sığortalanmış olsa belə, sığorta ödənişi bu hala aid olmayacaqdı.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilənin tələblərinə əsasən tam məsuliyyəti lizinq alan daşımışdır. Tərəf avadanlığı təhvil-təslim aktı ilə qəbul etdikdən sonra avadanlığın qorunması, məhv olunması, salamatlılığı, korlanması, quraşdırılması və digər məsələlərlə bağlı bütün məsuliyyətin hamısı lizinq alanın üzərinə düşür. Hadisədən sonra iddiaçı tərəfin heç bir rəsmi məktubu olmamış, bu barədə cavabdeh məlumatlı deyildir. Akt ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş ola bilər, çünki cavabdehin əməkdaşları olmamışdır.
22. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 avqust tarixli qərardadı ilə təyin olunmuş kompleks məhkəmə mühəndis-texniki və mühasibatlı q ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2023-cü il 7 noyabr tarixli ekspert rəyində göstərilmişdir ki, peyinkürüyən avadanlığa baxış zamanı - avadanlığın işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. İki ədəd peyin kürəyənin üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna əsasən qeyd edilən zədələr odlu silahdan açılan atəş nəticəsində, hər hansı partladıcı qurğunun, atıcı silahın, artilleriya mərmisinin, o cümlədən partlayış nəticəsində mərminin-qəlpələrin təsirindən yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş 2 ədəd peyin kürəyənin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan barıt izləri və partlayıcı maddənin izləri aşkar edilmədi, (üzərin də zədələr aşkar edilməsinə baxmayaraq həmin zədələrin ətrafında partlayıcı maddənin izlərinin olmamasına səbəb kimi hadisənin baş verdiyi vaxtdan uzun müddət keçməsini, həmçinin açıq hava şəraitində saxlanılmasıdır). Əlavə olaraq ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 2 noyabr tarixli 44 №-li mütəxəssis rəyinə əsasən avadanlığın işlək vəziyyətdə olmamasının səbəbi skreperinin mexaniki hissələrinin, motorunun və reduktorunun sıradan çıxmasının səbəb olması göstərilmişdir. Avadanlığın gövdəsinin üzərində qəlpənin təsirindən yaranmağa xarakterik izlərin aşkar edilməsini nəzərə alaraq mütəxəssis rəyində göstərilmiş konstruktiv hissələrdə olan nasazlıqların müharibə zamanı avadanlığın yaxınlığına mərmi düşməsi nəticəsində yaranması istisna edilmir. Bununla belə, həmin məsələ m əhkəmə tərəfindən əlavə araşdırılmalar aparılmaqla həll edilə bilər. Lizinq alanın ödəniş tarixçəsi, 2012-ci il 18 yanvar tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinin və müqaviləyə 2016-cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli dəyişiklik edilməsi barədə razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla iddiaçının 2022-ci il 1 noyabr tarixinədək ASC-yə olan gecikdirilmiş ödənilməli borcu 182.950 manat, ödənilən borcu 12.395 manat, qalıq borcu 170.555 manat hesablanmaqla ümumi borc 170.555 manat müəyyən olunmuşdur. 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qəbzləri, ödəniş tapşırıqları, lizinq alanın ödəniş tarixçəsi, 2016-cı il 26 dekabr tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddiaçının 2022-ci il 1 noyabr ta rixinədək ASC-yə olan gecikdirilmiş ödənilməli borc 116.194 manat, ödənilən borc 21.403 manat, öhdəliyi dəyişən məbləğ 96.174 manat, qalıq borc 1.383 manat, ümumi qalıq borc 54.873 manat müəyyən olunmuşdur.
23. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli qərardadı ilə təyin olunmuş əlavə məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2024-cü il 21 iyun tarixli ekspert rəyində göstərilmişdir ki, ASC ilə “xxxx” şirkəti arasında bağlanmış avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilə üzrə alınmış avadanlıqların dəyəri ASC ilə iddiaçı arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqlarının lizinqə verilməsi barədə müqavilədə və həmin müqaviləyə dəyişiklik edilmə si barədə 2016cı il 26 dekabr tarixli D-02-LA/12 nömrəli razılaşmada ümumi göstərildiyindən və bu müqavilə üzrə ödənişlərin avadanlıqlar üzrə ayrı-ayrılıqda ödənilməməsinə görə iddiaçı ilə ASC arasında bağlanmış 2012-ci il 18 yanvar tarixli lizinq müqaviləsi üzrə peyin çıxarma və nəql etmə sisteminin dəyərini və həmin avadanlıq üzrə borc qalığını müəyyən etmək mümkün olmamışdır.
24. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli e-2-2(113)131/2024 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim – K.Hüseynov).
25. Məhkəmə işin faktiki hallarına istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ASC-yə məxsus texnoloji avadanlıqların 2020-ci il 1 noyabr tarixli inventarizasiyası aktı ilə 2-ci Qarabağ müharibəsi zamanı atılan mərminin bir neçəsinin peyin kürüyən və peyin kür üyən qolu avadanlıqlarına ziyan vuraraq yararsız hala salması faktı təsdiq olunur.
26. Belə ki, tərəflər arasında bağlanmış hər iki lizinq müqaviləsinin 7.1-ci bəndində tərəflərin qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsi halında müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən azad edilməsini müqavilədə nəzərdə tutulmuş öhdəliklərin həyata keçirilmə müddətinin qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilməsi kimi şərtləşdirmişdir. İddiaçı müqavilənin həmin bəndinə istinad edərək Vətən müharibəsi zamanı düşmən mərmisinin atılması ilə lizinq avadanlığının yararsız hala düşməsini, qarşısı alınmaz qüvvənin təsiri nəticəsində öhdəlikdən azad olma kimi qiymətləndirmişdir.
27. Halbuki müqavilənin həmin bənd i müqavilədən irəli gələn öhdəlikləri həyata keçirməməyə görə məsuliyyətdən azad edilmənin əsaslarını nəzərdə tutmuş, lizinq obyektinin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmasını deyil. Yəni Vətən müharibəsi zamanı iddiaçı döyüş əməliyyatlarının getdiyi ərazidə olsa idi və o həmin ərazini tərk edərək müqavilədən irəli gələn öhdəliyini həyata keçirə bilməsə idi, yəni vaxtında lizinq ödənişini ödəyə bilməsə idi, o həmin dövr üçün ödənişləri gecikdirməsinə baxmayaraq məsuliyyətdən azad edilərdi. Lakin bu onu tamamilə müqavilə üzrə öhdəliklərdən azad edən hal deyildir.
28. Bundan başqa məhkəmə Mülki Məcəllənin 748-7.1-ci maddəsinə istinadla vurğulamışdır ki, iddiaçı tərəfindən həmin lizinq avadanlıqları cavabdehdən təhvil alınaraq onun istifadəsində və sərəncamında olmuş, a vadanlıqlara dəyən mərmi nəticəsində onların vaxtından əvvəl sıradan çıxması iddiaçının iradəsindən asılı olmayan səbəbdən irəli gəlsə belə, mülki qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 3.3-cü bəndinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşımışdır. Lizinq müqaviləsində qeyd edilmiş qarşısı alınmaz qüvvənin meydana gəlmə halı isə öhdəliklərin həyata keçirilmə müddəti ilə bağlı olmuş, hər hansı səbəbdən yarasız vəziyyətə düşdüyü halda avadanlığın dəyərinin lizinq müqaviləsinin dəyərindən çıxılması üçün əsas deyildir.
29. Həmçinin mülki qanunvericilikdə və tərəflər arasında imzalanmış müqavilələrdə lizinq obyektlərini lizinq alana təhvil verildikdən sonra həmin avadanlıqların təsadüfən, tərəflərin iradəsindən asılı olmayan səbəblərdən məhv olması, yararsız hala düşməsi zamanı lizinq verənin hər hansı məsuliyyəti nəzərdə tutulmamışdır.
30. Bundan başqa, tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti ilə avadanlıqların sığortalanmasını həyata keçirir. İddiaçı vaxtında lizinq verənə müraciət edərək lizinq avadanlıqlarını sığortalaya, bununla da avadanlıqların məhv olması və ya yarasız hala düşməsi zamanı əmələ gələcək ziyanın qarşısını ala bilərdi. İddiaçı tərəfindən bu barədə lizinq verənə müraciət olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 390.1, 398.2, 747.1, 747-2, 7475.1, 748-1.1, 748-7.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
32. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-98/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mövqeyinə g örə avadanlıqlar üzrə 2020-ci il 27 sentyabr tarixindən sonra ödənilməli olan məbləğlər lizinq müqavilələri üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılmalıdır. Başqa sözlə, iddiaçı faktiki olaraq müvafiq müqavilələrin ləğvini tələb etmişdir.
35. İşin müəyyən olunan hallarından görünür ki, lizinq predmeti olan sözügedən peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları, həqiqətən də erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində yararsız hala düşmüşdür. Belə olan halda lizinq alanın iradəsindən kənar, onun təqsiri olmadan məhv olmuş lizinq predmetlərinə görə lizinq ödənişlərinin edilməsinin heç bir qanuni və məntiqi əsas yoxdur.
36. Xüsusilə nəzərə alınmalıdır ki, lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin oby ektin onun mülkiyyətinə keçməsidir. Hazırkı iş baxımından isə bu halların heç birinin baş verməsi artıq mümkün deyildir. Yaranmış bu vəziyyət isə, müvafiq müqavilələr bağlandıqdan sonrakı dövrdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və iddiaçının müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması olaraq qiymətləndirilməlidir.
37. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli qərardadında əks olunan yanaşmanı əsas götürən kollegiyanın qənaətinə görə lizinqə verilmiş müasir tipli peyin çıxarma və nəql etmə sistemi üçün 3 nömrəli əlavədə 2020-ci il 27 iyul tarixindən sonrakı dövr üçün nəzərdə tutulmuş ödənişlərin ümumi məbləği belə hesablana bilər: ASC-nin bu avadanlıqları satın aldığı “xxxx” şirkəti ilə bağladığı müqavilənin 4 nömrəli əlavəsində peyin çıxarma və nəql etmə sisteminin qiyməti 150.000 avro, yem qarışdırıb paylayanın qiyməti isə 41.000 avro göstərilmişdir. Beləliklə də peyin çıxarma və nəql etmə sisteminin dəyərini (150.000 avro) müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinə (191.000 avro) bölməklə peyin çıxarma və nəql etmə sisteminin dəyərinin müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinin neçə faizini təşkil etdiyi müəyyən edilir (150.000: 191.000 = 0,7853, yəni 78,53%). 3 nömrəli əlavədə nəzərdə tutulmuş ödəniş qrafikinə əsasən 2020-ci il 27 sentyabr tarixindən sonra ödənilməli olan ümumi ödənişlər 73.803 AZN təşkil edir (2020-ci ilin 3-cü rübündən başlayaraq). Göstərilənlərə əsasən 2020-ci il 27 sentyabr tarixindən sonra ödənilməli olan məbləğin peyin çıxarma və nəql etmə sisteminə aid o lan hissəsi 57.957 manat (73.803 AZN x 78.53%) təşkil edir.
38. Lizinqə verilmiş peyin kürüyənin (skreper) qolu avadanlığı üçün 1 nömrəli əlavədə 2020-ci il 27 sentyabr tarixindən sonrakı dövr üçün nəzərdə tutulmuş ödənişlərin ümumi məbləği isə bu qaydada hesablanmalıdır: ASC-nin bu avadanlıqları satın aldığı “YYY” şirkəti ilə bağladığı 42/12 nömrəli 2012-ci il 29 iyun tarixli müqavilənin 2 nömrəli əlavəsində həmin avadanlığın qiyməti 36.000 avro, müqavilədəki bütün avadanlıqların ümumi qiyməti isə 156.000 avro təşkil edir. Beləliklə də peyin kürüyənin (skreper) qolu avadanlığının dəyərini (36.000 avro) müqavilədə nəzərdə tutulan bütün avadanlıqların ümumi dəyərinə (156.000 avro) bölməklə peyin kürüyənin (skreper) qolu avadanlığının dəyərinin müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinin neçə faizini təşkil etdiyi müəyyən edilir (36.000: 156.000 = 0,2307, yəni 23,07%). 1 nömrəli əlavədə nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən 2020-ci il 27 sentyabr tarixindən sonra ödənilməli olan ümumi ödənişlər 86.190 AZN təşkil edir (2020-ci ilin 3-cü rübündən başlayaraq). Göstərilənlərə əsasən 2020-ci il 27 sentyabr tarixindən sonra ödənilməli olan məbləğin peyin kürüyənin (skreper) qolu avadanlığına aid olan hissəsi 19.884 manat (86.190 AZN x 23.07%) təşkil edir.
39. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 385.1, 390.1, 390.2, 421.1, 421.2, 422.1, 423.1, 423.2, 425.1, 442, 448.4, 747.1, 747.3, 747-2, 747-5.1, 748-1.8, 748-2.1, 748-7.1, 748-10.2-ci və MPM-in 14.2, 77.1, 88, 97.1, 101.7, 103.1, 217.3-cü maddələrinə istinadla əsas landırmışdır.
40. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. MM-in 427.3, 445.2.1, 747.1, 748-7.1-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış müqavilələrin 2.2.13-cü bəndinə əsasən lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində lizinq verənə məlumat verməyi öhdəsinə götürmüşdür və müqavilələrin 3.3-cü bəndinə əsasən lizinq alan avadanlığı qəbul etdikdən sonra təhviltəslim aktını imzalanır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlə rindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir.
42. Müqavilələrin 3.8-ci bəndinə əsasən lizinq alan avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. 2.1.2-ci bəndə əsasən lizinq alanın müraciəti əsasında avadanlığın sığortalanmasını həyata keçirir. İddiaçı vaxtında lizinq verənə müraciət edərək lizinq avadanlıqlarını sığortalaya, bununla da avadanlıqların məhv olması və ya yarasız hala düşməsi zamanı əmələ gələcək ziyanın qarşısını ala bilərdi. Lakin iddiaçı tərəfindən bu barədə lizinq verənə müraciət olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
43. Bundan əlavə, peyin çıxarma və nəql etmə sisteminin və peyin kürüyənin (skreper) qolu avadanlığının qiymətləri müqavilədə göstərilməmişdir. İddiaçı öz mülahizəsinə görə həmin avadanlıqların qiymətlərini müəyyənləşdirmiş və məhkəmə də əsassız olaraq iddiaçının mülahizələri ilə razılaşmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.
44. MPM-in 217.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutlara deyil, bu şikayətin maddi hüquq normasının pozulmasına dair dəlillər bölməsində göstərilmiş mülahizələrə əsaslanmışdır. Belə ki, qərar qəbul olunarkən MM-in və tərəflər arasında bağlanmış müqavilələrin tələblərinə riayət edilməmiş, bundan əlavə, avadanlıqlar üçün mülahizələrə əsaslanan qiymətlər müəyyənləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alı nması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xita mına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar is tisna təşkil edir....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqav ilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə e yni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olm adığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır”. “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifə si həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır”. “Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır”. “Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satı cı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı q ayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir....”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
51. İddiaçının mövqeyinə görə, vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən mərmi atılması nəticəsində heyvandarlıq kompleksində lizinqə götürülmüş peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları sıradan çıxaraq yararsız vəziyyətə düşmüş, döyüş əməliyyatları başa çatdırıldıqdan sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən avadanlığa baxış keçirilərək avadanlıqların mərmi düşməsi nəticəsində yararsız hala düşməsi ilə bağlı inventarizasiya aktı tərtib olunmuşdur; buna görə də həmin avadanlıqlar üçün 2020-ci il 27 sentyabr tarixind ən sonra ödənilməli olan məbləğlər lizinq müqavilələri üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılmalıdır.
52. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsi isə aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı təmin etmişdir.
53. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndinə əsasən lizinq alan avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalanır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düş ür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir.
54. Bununla əlaqədar qeyd olunur ki, lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi öz əksini MM-in 748-7.1-ci maddəsində (bax § 48) tapmışdır. Həmin normaya əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
55. Göründüyü kimi, qanuna əsasən, lizinq alan təhvil aldığı lizinq predmetinin maddədə sadalana hallar üzrə yalnız “yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti” daşıyır. Qorunma isə hər bir halda lizinq alanın sözügedən halların baş verməməsi üçün əvvəlcədən və ya bilavasitə baş verdiyi zaman görə biləcəyi və görməli olduğu, yəni lizinq alanın iradəsi daxilində olan tədbirlərin həyata keçirməsini nəzərdə tutur.
56. Mübahisəli müqavilələrin 3.3-cü bəndində isə bir qədər fərqli mətn və konstruksiya təsbit edilmişdir. Müqavilə şərtinin məzmunundan belə aydın olur ki, lizinq alan təhviltəslim aktını imzaladıqdan sonra “avadanlığın zərərin bütün növlərindən qorunması,” bir konstruksiya, “həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması” isə ayrı konstruksiyadır. Həmin konstruksiyala rın bir-birindən “həmçinin” sözü ilə ayrılması da, məhkəmə kollegiyası hesab edir ki, sadalanan halların bir-birindən müstəqil şəkildə qəbul edilməsinə imkan verir.
57. Hazırda kassator da məhz bu müqavilə şərtinə istinad edərək öz mövqeyini əsaslandırır.
58. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin sözü gedən dəlilləri əsaslı hesab oluna bilməz.
59. Belə ki, məlum zərərin bilavasitə müharibə dövründə mərminin atılması nəticəsində baş verməsi işin mübahisəsiz halını təşkil edir.
60. MM-in 448.1-ci maddəsinə (bax § 48) əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
61. Mübahisəli müqavilələrdə də lizinq predmetini təhvil aldıqdan sonra lizinq alanı mümkü n risklərdən azad edən hər hansı istisna hal nəzərdə tutulmamış, bütün risklər lizinq alanın üzərinə qoyulmuşdur.
62. Halbuki MM-in 448.4-cü maddəsinin (bax § 48) tələblərindən biri ondan ibarətdir ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
63. İstinad olunan normaların əlaqəli təhlilindən hasil olan yekun nəticə budur ki, borclu onun risk dairəsinə daxil olmayan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh deyildir, cavabdeh olmadığı haldan irəli gələn, nəticələrini istisna edə və aradan qaldıra bilməyəcəyi pozun tulara görə məsuliyyət daşımır.
64. Aydındır ki, lizinq götürən iddiaçı obyektiv olaraq nə müharibə zamanı döyüşlər gedən zonada düşmənin mərmilər atmasının qarşısını almaq, nə də lizinq predmetini həmin mərmilərdən qorumaq imkanlarına malik olmuşdur.
65. Bu mənada, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin, lizinq alanın iradəsindən kənar, onun təqsiri olmadan məhv olmuş lizinq predmetlərinə görə lizinq ödənişlərinin edilməsinin heç bir qanuni və məntiqi əsasının olmamasına dair gəldiyi nəticəni tamamilə qanuni, əsaslı və ədalətli hesab edir.
66. Eyni səbəblərə görə, məhkəmə kollegiyası kassatorun, tərəflər arasında bağlanmış müqavilələrin 2.2.13-cü bəndinə əsasən lizinq alanın avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində lizinq verənə məlumat verməyi öhdəsinə götürməsinə dair; eləcə də müqavilələrin 3.8-ci bəndinə əsasən lizinq alanın avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borclu olmasına dair dəlilləri ilə də razılaşmır.
67. Kassatorun digər dəlili ondan ibarətdir ki, müqavilələrin 2.1.2-ci bəndinə əsasən, lizinq verən lizinq alanın müraciəti əsasında avadanlığın sığortalanmasını həyata keçirir. İddiaçı vaxtında lizinq verənə müraciət edərək lizinq avadanlıqlarını sığortalaya, bununla da avadanlıqların məhv olması və ya yarasız hala düşməsi zamanı əmələ gələcək ziyanın qarşısını ala bilərdi. Lakin iddiaçı tərəfindən bu barədə lizinq verənə müraciət olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilmə mişdir.
68. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin istinad olunan bəndinin məzmunundan göründüyü kimi, əmlakın sığortalanmalı olması imperativ şəkildə müəyyən edilməmiş, yalnız lizinq alanın müraciəti ilə şərtləndirilmişdir. Yəni müqavilədən görünən odur ki, lizinq verənin özü lizinq alanın müraciəti əsasında onun sığortalanmasını həyata keçirir.
69. Göründüyü kimi, mübahisə predmeti olan lizinq müqavilələrində lizinq predmetinin lizinq alanın müraciəti əsasında olsa da belə, son nəticədə lizinq verənin özü tərəfindən sığortalanması nəzərdə tutulmuşdur.
70. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak lizinqə verildikdə, həmin əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, müvafiq sığortalamanın aparılmasının lizinq alanın müraciəti ilə şərtləndirilməsi əmlakın mülk iyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır (belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq alan faydalanacaqdır).
71. Beləliklə, lizinq alanın (iddiaçının) lizinq müqaviləsini predmetini sığortalamaq üçün lizinq verənə (cavabdehə) müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı. Hazırkı halda da apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
72. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, ölkəmizdə lizinq münasibətləri artıq bazar iqtisadiyyatı şəraitində bir neçə onilliklərdir ki, təşəkkül tapmış və zaman-zaman inkişaf etməkdədir. Buna baxmayaraq ötən təcrübə göstərir ki, bu sahədə xeyli nailiyyətlər əldə olunsa da, bəzi nöqsan və çatışmazlıqlar hələ də q almaqdadır. Təəssüf ki, bu problemlərin bir qismi lizinq verənlərin özləri tərəfindən işin düzgün təşkil olunamasından qaynaqlanır.
73. MM-in 448.4-cü maddəsinin məzmunu belə qənaətə gəlməyə əsas verir ki, lizinq predmeti ilə bağlı mümkün riskləri qanunla və müqavilə ilə lizinq verənlə lizinq alan arasında bölüşdürmək mümkün olsa da, lizinq predmeti lizinq alana təhvil verildikdən sonra həmin əmlakın məhv olmasına və ya sıradan çıxmasına görə məsuliyyət heç də bütün hallarda avtomatik olaraq lizinq alanın üzərinə düşmür. Belə ki, lizinq alan obyektiv (özündən asılı olmayan) səbəblərə görə lizinq predmetini qorumaq üçün zəruri tədbirlər görmək imkanına malik olmamışdırsa (baxılan işdə olduğu kimi), əmlakın məhv olmasında və ya sıradan çıxmasında lizinq alanın təqsirli bilinməsi MM-in istina d olunan normasının tələblərinə uyğun gəlmir.
74. İstənilən halda, o da nəzərə alınmalıdır ki, mövcud olmayan əmlaka görə lizinq ödənişlərinin alınması MM-in 748-10.1-ci maddəsinə (bax § 48) də ziddir. Belə ki, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mövcud olmayan əmlakın istifadəsi isə mümkün olmadığından, belə vəziyyətdə lizinq ödənişinin alınması bütövlükdə lizinq institutun təbiəti və təməl prinsipləri ilə uzlaşmır.
75. Odur ki, lizinq obyektinin, məhz lizinq alanın təqsirinə görə məhv olması və ya sıradan çıxması sübut edilsə belə, lizinq alandan lizinq ödənişlərinin davam etdirilməsinin tələb olunması MM-in 748-10.1-ci maddəsinin tələbləri baxımından mümk ünsüzdür.
76. Nəhayət kassatorun peyin çıxarma və nəql etmə sisteminin və peyin kürüyənin (skreper) qolu avadanlığının qiymətlərinin müqavilədə göstərilmədiyinə, iddiaçı həmin avadanlıqların qiymətlərini öz mülahizəsinə görə müəyyənləşdirdiyinə və məhkəmənin də əsassız olaraq iddiaçının mülahizələri ilə razılaşdığına dair dəlilləri ilə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin həmin qiymətləri, habelə müvafiq olaraq ümumi ödənişlərdən çıxılmalı olan məbləğləri subyektiv mülahizələr əsasında deyil, mübahisə predmeti olan avadanlıqların satın alınmasına dair müqavilələrə istinadən müvafiq hesablamalar aparmaqla müəyyən etdiyi qətnamədən aşkar şəkildə görünür. Kassator isə həmin hesablamaların səhv olmasını tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Həmçinin sözügedən ava danlıqların qiymətlərinin əslində fərqli olmasına dair cavabdeh tərəfindən məhkəməyə alternativ sübutlar (satıcının arayışı, mütəxəssis rəyi və s.) təqdim edilməsi də iş materiallarından görünmür.
77. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPMin 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
78. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-98/2025 nömrəli qətnaməsi mübahis ələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Agentliyin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 fevral tarixli 2-2(103)-98/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.