Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-345/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC «Mobilnoye Proyektno-Stroitelnoye Odyedineniye «xxxx»» QSCnin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh «Cavabdeh «xxxx»» QSC-nin Azərbaycan Respublikasındakı filialına qarşı «öhdəliyin icra edilməsi və öhdəliyin lazımi şəkildə icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilkin iddia, «Cavabdeh «xxxx»» Q SC-nin Azərbaycan Respublikasındakı filialının İddiaçı MMC-yə (üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi) qarşı «vurulmuş maddi ziyanın ödənilməsi və texnikanın yerin altından çıxarılıb təhvil verilməsi» tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-751/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 07 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(005)-378/2016 saylı qərardadı ilə iddiaçı «xxxx» Müəssisəsinin cavabdehlər Rusiya Federasiyasını n «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına və X16 qarşı «pul tələbi və müəssisəyə dəymiş zərərin əvəzinin ödənilməsi»nə dair iş üzrə iddiaçı «xxxx» Müəssisəsi tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan bütün əmlakları - texnikaları və avadanlıqları siyahıya alınmaqla həmin əmlakların – texnikaların və avadanlıqların üzərinə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2(005)-378/2016 saylı qərardadı ilə iddianı təmin etmə tədbirinin qismən ləğv edilməsi barədə cavabdeh Rusiya Federas iyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ərizəsi qismən təmin edilərək, iddiaçı «xxxx» Müəssisənin cavabdehlər Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına və X16 qarşı «pul tələbi və müəssisəyə dəymiş zərərin əvəzinin ödənilməsi»nə dair iddia ərizəsi üzrə iddianı təmin tədbiri qismən ləğv edilmiş, cavabdeh Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan siyahıya alınmış əmlaklarından MTS markalı, mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın istifadəsinə qoyulmuş qadağa götürülmüşdür. Məhkəmə qərarı əsasında cavabdehə məxsus əmlakın faktiki saxlayıcısı X 7 tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanan 20 may 2016-cı il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2016 saylı 18 yanvar 2016-cı il tarixli qərardadına əsasən saxlanc üçün akt əsasında ona təhvil verilmiş Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 3 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan əmlakların – texnikaların və avadanlıqların üzərində həbsin saxlanılması şərtilə ondan alınaraq, müvafiq akt əsasında İddiaçı MMC-nin nümayəndəsi X13 təhvil verilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. X7 tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanan 25 may 2016-cı il tarixli ərizənin surətindən görünür ki, ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-378/2016 saylı 18 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən, saxlanc üçün ona verilmiş Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 3 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində saxlanılan əmlak - texnika və avadanlıqlar olan:
1. MTS markalı, mikro tunel qazan makina (diametri 2500 mm);
2. Generator 1000 kv (katapillermarkalı C32);
3. Seperator aparatı (beton boruların kənarını dolduran aparat);
4. Bentonit vuran aparat;
5. Makinanı çalışdıran (idarə edən) komputer sistemli konteyner;
6. Seperator (ələk makinanın qarşısına su vuran və su təmizləyən);
7. MAZ (samosvalt) markalı (T/AB 530/52-rus qeydiyyat nişanlı);
8. MAZ kran 50 tonluq;
9. KAMAZ kran 25 tonluq 0/300 BA/161-rus qeydiyyat nişanlı;
10. İtələyici danqratlar 2 ədəd;
11. Boru- diametri 150 m, uzunluğu 1000 metr;
12. İş üçün lazım olan konteynerlər 3 ədəd; 13.3 tonluq klimsuq 1 ədəd olan texnikaları saxlamaq imkanının olmadığını bildirmiş və onların digər şəxsə verilməsini xahiş etmişdir. «xxxx» Müəssisəsi tərəfindən Sabunçu rayon İcra Şöbəsinə ünvanlanan məktubun surətindən görünür ki, «xxxx» MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)378/2016 saylı 18 yanvar 2016-cı il tarixli qərardadına əsasən, cavabdeh Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 3 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan bütün əmlakları – texnikaları və avadanlıqları siyahıya alınmaqla üzərinə həbs qoyulması, cavabdehlə qismən razılığın əldə olunması, ona görə qeyd olunan qərardada əsasən üzərinə həb s qoyulmuş MTS markalı, mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın üzərində həbsin saxlanılması şərti ilə İddiaçı MMC tərəfindən götürülərək istifadə olunmasına etirazının olmadığını bildirmişdir. Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının 05/03 saylı 05 mart 2016-cı il tarixli məktubunun surətindən görünür ki, «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən müvəqqəti idxal ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş diametri 2500 mm olan MTS markalı (mikro tunel qazan avadanlığı) saxlanca İddiaçı MMC-nin Sabunçu rayonu ərazisində yerləşən tikinti sahəsinə qoyulmasına və istifadə olunmasına etiraz etməməklə, avadanlığın həmin tikinti sahəsinə aparılmas ı və yerləşdirilməsi ilə əlaqədar hər hansı texnikanın istifadəsi, habelə həmin texnikalar və daşınmada yaranacaq xərclərin İddiaçı MMC-yə həvalə edilməsi göstərilmişdir. «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X14 (təhvil verən) ilə İddiaçı MMC-nin direktoru X17 (təhvil alan) tərəfindən imzalanmış 09 mart 2016-cı il tarixli təhvil-təslim aktının surətində qeyd olunmuşdur ki, «təhvil verən» diametri 2500 mm MTS markalı mikro tunel qazan avadanlığı saxlanca qoyulması üçün «təhvil alan»a təhvil verir, «təhvil alan» isə həmin avadanlığı qəbul edir. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru xxxx, tələbkarın etibarnamə üzrə nümayəndəsi X18, faktiki saxlayıcı X7, saxlanca qəbul edən X19, «xxxx» MMC-nin direktoru X20 və hal şahidlərinin iştirakı ilə tərtib edil miş 25 iyun 2016-cı il tarixli aktın surətindən görünür ki, ünvan 6 ünvanında olan əmlaklar - texnikalar və avadanlıqlar X3 götürülərək yeni saxlayıcı X13 təhvil verilmiş və siyahıya alınmış bütün əmlaklar texnikalar və avadanlıqlar israf olunduğu, zədələndiyi, dəyişdirildiyi, özgəninkiləşdirildiyi təqdirdə AR Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə yaranan məsuliyyəti barədə saxlayıcı X19 xəbərdar olunmuşdur. X19 tərəfindən verilmiş 25 may 2016-cı il tarixli iltizamın surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 2(005)-378 saylı 18 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən tələbkar Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 6 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan siyahıya alınmış bütün əmlakları - texnikaları və avadanlıqları saxlanc üçün (AR «İcra haqqında» Qanunun 52-ci maddəsi) qəbul etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2017-cü il tarixli MXMT(82)-9/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilməsi, iddiaçı Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbi barədə iddiasına dair iş üzrə qəbul ediləcək yekun məhkəmə q ərarı qanuni qüvvəyə minənədək ərizəçi Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanındakı icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan siyahıya alınmış əmlaklarından MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın saxlayıcı X8 götürülərək «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 3 ünvanındakı icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə yerləşdirilməsi və əmlakın qeyd olunan ünvana yerləşdirilməsi başa çatana kimi ərizəçi tərəfindən mühafizəçi təyin edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına ünvanlanan 11 oktyabr 2017-ci il tarixli 01/09-17 saylı pretenziya məktubunun s urətindən görünür ki, iddiaçı 09 mart 2016-cı il tarixli təhvil-təslim aktına əsasən avadanlığın İddiaçı MMC-nin istifadəsinə həvalə edildiyini, generatorun və idarəetmə konteynerinin İddiaçı MMC-nin ərazisindən götürülməsinin işlərin dayanmasına səbəb olduğunu və 5 gün ərzində avadanlığın tam olaraq götürülməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC cavabdeh Rusiya Federasiyasının «Cavabdeh «xxxx»» QSC-nin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin tikinti ərazisindən diametri 2500 mm olan MTS markalı mikro tunel qazan aparatının tam olaraq götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının maneəsiz işini davam etdirməsi üçün cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, cavabdehin qan unsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə (“xxxx” ASC tərəfindən həmin iş üçün ödənilən məbləğ) 1 925 184,75 AZN məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması,dövlət əhəmiyyətli layihənin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barəsində qətnamə qəbul edilməsini, cavabdehin hərəkətlərində məhkəmə qərarlarını qəsdən icra etmədiyinə görə inzibati və ya cinayət tərkibinin olduğu təqdirdə məsuliyyətə cəlb edilmələri barədə tədbir görülməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Cavabdeh «xxxx»» QSC-nin Azərbaycan Respublikasındakı filialı d iametri 2500 mm olan MTS markalı mikro tunel qazan aparatı Azərbaycan Respublikasının ərazisinə müvəqqəti olaraq idxal etmişdir. 09 mart 2016-cı il tarixdə həmin QSC-nin Azərbaycan Respublikasındakı filialı İddiaçıMMC ilə təhvil-təslim aktı imzalamış, məhkəmə qərarına əsasən həmin avadanlığın istifadəsini sözügedən İddiaçı MMC-yə həvalə etmişdir. İddiaçı MMC də öz növbəsində «xxxx» ASC ilə imzalanmış 25 noyabr 2015-ci il tarixli KL/İ/T-096/15 nömrəli «işlər üzrə satınalma müqaviləsi bağlamış və həmin müqavilə üzrə sifarişçi («xxxx» ASC) Dərnəgül-BakıxanovQaraçuxur kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində Dərnəgül-BakıxanovGünəşli tunel tipli kanalizasiya kollektorunun tikintisi (TQ-TQ5) işlərinin satın alınması üçün İcraçının (iddiaçı) 2 961 581,70 manat məbləğində təklif ini qəbul etmişdir. İddiaçı isə bu təklifin qarşılığında müqavilə üzrə nəzərdə tutulmuş şərtlər əsasında «Sifarişçiyə» satın alınan Dərnəgül-Bakıxanov-Qaraçuxur kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində Dərnəgül-Bakıxanov-Günəşli tunel tipli kanalizasiya kollektorunun tikintisi işlərinin yerinə yetirilməsinə dair öhdəlikləri öz üzərinə götürərək, dövlət layihəsinin icrasına başlamışdır. «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı və İddiaçı MMC-nin rəhbər şəxsləri öz aralarında cavabdeh tərəfindən müvəqqəti idxal ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və diametri 2500 mm olan MTS markalı mikrotunel qazan avadanlığın saxlanca İddiaçı MMC-nin Sabunçu rayonu ərazisində yerləşən tikinti sahəsinə qoyulmasına və istifadə olunmasına heç bir etiraz o lmadığına və avadanlığın həmin tikinti sahəsinə aparılması və yerləşməsi ilə əlaqədar hər hansı texnikanın istifadəsi, habelə həmin texnikalar və daşınmada yaranacaq xərclərin İddiaçı MMC-yə həvalə edilməsi barədə razılığa gəlmişlər. Tərəflərin gəldiyi razılığa baxmayaraq cavabdeh dövlət layihəsinin qəsdən dayandırılmasına gətirən hərəkətlər edərək, qazma işlərinin aparılması üçün iddiaçıya vermiş olduğu, diametri 2500 mm olan MTS markalı mikro tunel qazan aparatın bir hissəsini - aparatı işə salan avadanlıqları qanunvericiliyə zidd olaraq İddiaçı MMC-nin ərazisindən götürmüşdür. Nəticədə tunel qazan aparat qazılmış 150 m uzaqlıqda dayanmış vəziyyətdə qalmış, iddiaçı isə qurğunun işə salınması üçün nəzərdə tutulmuş avadanlıqların cavabdeh tərəfindən götürülməsi nəticəsində həmin aparatı işlətmək hüququndan məhrum olmuş, bununla yanaşı isə dövlət layihəsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra edə bilməmişdir. «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi böyük həcmdə dövlətə ziyan vurduğunu dərk etdiyi halda həmin avadanlığı hal-hazıradək qaytarmamışdır. Cavabdeh tərəfindən generatorun və idarəetmə konteynerinin İddiaçı MMC-nin ərazisindən götürülməsi işlərin dayanmasına gətirib çıxarmışdır. Nəticə olaraq İddiaçı MMC-yə avadanlığı ərazidən götürüldüyü gündən gündəlik hesablanmaqla 10000 (on min manat) AZN ziyan vurulmuşdur. Hal-hazırda İddiaçı MMC-yə Mobilnoe ProyektnoStroitelnoe Obyedinenie «xxxx»QSC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən külli miqdarda ziyan vurulmuşdur. Bununla bağlı, İddiaçı MMC-nin əra zisində dərinliyi 18 (on səkkiz) metr və qazılmış şaxtadan 150 metr aralıda yerləşən, müvəqqəti idxal olunmuş MTS 2500 mm diametri olan avadanlığın yerqazan qurğusu işin planlı gedişatına maneə törədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərardadına əsasən, həmin yerin altında qalan avadanlığın cavabdeh «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçıMMC-yə məxsus ərazidən götürülməsi qərara alınmasına baxmayaraq həmin qərardad bu günədək icra olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin tikinti ərazisindən avadanlığın tam olaraq götürülməsi və iddiaçının maneəsiz işini davam etməsi üçün cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, İddiaçı MMC-yə «xxxx»ASC ilə imzalanmış müqavilənin dəyəri nin cərimə sanksiyalarının kompensasiyası ilə birlikdə (reqres qaydada) ödənilməsi, dövlət əhəmiyyətli layihənin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirilməsinə görə 100.000 (yüz min) manat məbləğində ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin tikinti ərazisindən diametri 2500 mm olan MTS markalı mikro tunel qazan aparatın layihəyə ziyan vurmadan və tuneli zədələmədən tuneldən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının işini maneəsiz davam etdirməsi üçün cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə («xxxx» ASC tərəfindən həmin iş üçün ödənilən məbləğ) 1 925 184,75 AZN məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, dövlət əhəmiyyətli layihənin icrasının ləngiməsi və hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 100 000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barəsində qətnamə qəbul edilməsini, cavabdehin hərəkətlərində məhkəmə qərarlarını qəsdən icra etmədiyinə görə inzibati və ya cinayət tərkibinin olduğu təqdirdə məsuliyyətə cəlb edilmələri barədə tədbir görülməsini xahiş etmişdir. «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı cavabdeh İddiaçı MMC-yə (üçüncü şəxs Sabunçu ra yon İcra və Probasiya Şöbəsi) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin onlara vurduğu maddi ziyanın əvəzi olaraq 3 000 000 (üç milyon) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus, yerin 18 metr dərinliyində və 140 metr uzunluğunda olan tuneldə qalmış, istifadə olunan yerqazan aparat və 2 ədəd itələyici danqrat mühərriklərinin yerin altından çıxarılması üçün 150 000 (bir yüz əlli) min manat pul vəsaitinin, həmçinin məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı fil ialı Azərbaycanda yeraltı tunel kanalizasiya çəkilişini həyata keçirir. «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı MTS markalı mikro tunel qazan makinanı (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanı Rusiya Federasiyasından müvəqqəti olaraq Azərbaycan Respublikasına idxal edərək, «xxxx» ASC-nin sifarişi əsasında Bakı şəhərində yeraltı kanalizasiya tunel tikintisini həyata keçirmişdir. 2014-cü ildə Respublikada təşkil edilmiş Avropa Oyunlarının keçirildiyi Olimpiya Stadionunun kanalizasiya sisteminin çəkilişini MPSO «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı həyata keçirmişdir. «xxxx» müəssisəsi 2016-cı ildə «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına və filialın keçmiş direktoru X16 qarşı «pul tələbi və müəssisəyə dəymiş zərərin əvəzinin ödənilməsi»nə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, «xxxx»QSC-nin Azərbaycan Respublikasındakı filialının direktoru X16 mal-materialın alınması və digər məqsədlər üçün verilmiş 272 771 manat məbləğində pul vəsaitinin 30% infilyasiyaya uğraması səbəbindən yaranmış 354 602 manat məbləğində borc vəsaitlərinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və eyni zamanda iddianın təmini tədbiri kimi, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus filialın ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan bütün əmlakları-texnikaları və avadanlıqları siyahıya alınmaqla həmin əmlakların-texnikaların və avadanlıqların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2016 saylı, 18 yanvar 2016-cı il tarixli qərardadı ilə «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan bütün əmlakları - texnikaları və avadanlıqları siyahıya alınmaqla həmin əmlakların - texnikaların və avadanlıqların üzərinə həbs qoyulması qərara alınmışdır. Əmlakların üzərində həbs qoyulması barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2016 saylı, 18 yanvar 2016-cı il tarixli icra vərəqəsi Sabunçu rayon İcra Şöbəsinə göndərilmiş və Sabunçu rayon İcra Şöbəsinin icra məmuru xxxxin icraatına verilmişdir. İcra məmuru xxxx əmlakların yerləşdiyi əraziyə baxış keçirmiş və 29 yanvar 2016-cı il tarixli protokol tərtib ed ərək, siyahıya alınmış əmlaklar-texnikalar və avadanlıqlar olan:
1. MTS markalı, mikro tunel qazan makina (diametri 2500 mm);
2. Generator 1000 kv (katapillermarkalı C32);
3. Seperator aparatı (beton boruların kənarını dolduran aparat);
4. Bentonit vuran aparat;
5. Makinanı çalışdıran (idarə edən) komputer sistemli konteyner;
6. Seperator (ələk makinanın qarşısına su vuran və su təmizləyən);
7. MAZ (samosvalt) markalı (T/AB 530/52-rus qeydiyyat nişanlı);
8. MAZ kran 50 tonluq;
9. KAMAZ kran 25 tonluq 0/300 BA/161-rus qeydiyyat nişanlı;
10. İtələyici danqratlar 2 ədəd;
11. Boru- diametri 150 m, uzunluğu 1000 metr;
12. İş üçün lazım olan konteynerlər 3 ədəd; 13.3 tonluq klimsuq 1 ədəd olan texnikaları saxlayıcı X5 təhvil vermişdir. «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ərizə si əsasında Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2016 saylı, 05 aprel 2016-cı il tarixli qərardadı ilə «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan siyahıya alınmış əmlaklarından MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın istifadəsinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. X4 Sabunçu rayon İcra Şöbəsinə 25 may 2016-cı il tarixli ərizəsinə əsasən həmin avadanlıq onun saxlancına verilmiş, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus əmlaklar -texnikalar və avadanlıqların başqa şəxsin saxlancına verilməsini xahiş etmişdir. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru xxxx tərəfindən tərtib edilmiş 25 iyun 2016-cı il tari xli Aktla «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan siyahıya alınmış əmlaklarından MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnika ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin direktoru X1 vermiş və İddiaçı MMC həmin tunel qazan texnika və avadanlıqları qanunsuz olaraq Dərnəgül-Bakıxanov-Qaraçuxur kollektor çəkilişi üçün istifadə etmiş və «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanı 25 iyun 2016-cı il tarixdən 2017-ci ilin iyun ayına qədər, öz məqsədləri üçün istifadə edərək külli miqdarda gəlir əldə etmiş, xxxx QSC-nin Azərbaycan Respublikasındakı filialına 3 000 000 (üç milyon) manat maddi ziyan vurmuşdur. Belə ki, 2016-cı, 2017-ci illərin bazar qiymətinə əsasən MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın bir aylıq icarə haqqı 150 000 – 200 000 (bir yüz əlli, iki vüz min) manat civarındadır. 25 iyun 2016-cı il tarixdən bu günə qədər olan 20 aylıq dövr hesablansa və aylıq icarə haqqı minimum 150 000 manatdan hesablansa «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına vurulan maddi ziyan 3 000 000 (üç milyon) manat təşkil edir. Dəfələrlə Sabunçu rayon İcra Şöbəsinə ərizə ilə müraciət edilərək, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı mikro tunel qazan makina (diamet ri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın İddiaçı MMC-nin istifadəsindən götürülərək, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının sahiblik və istifadəsinə qaytarılması xahiş edilmiş, ancaq Sabunçu rayon İcra Şöbəsi ərizəni təmin etmədiyi üçün icra məmurunun hərəkətlərindən 2 saylı İnzibati-iqtisadi Məhkəməsinə şikayət edilmişdir. 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin MXMT(82)-3699/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərardadına əsasən, Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi təmin edilərək, İddiaçı MMC-nin qanunsuz olaraq istifadə etdiyi «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı mikro tunel qazan mak ina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın İddiaçı MMC-nin istifadəsindən götürülərək, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının ünvan 1 ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin meydançasına yerləşdirilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(82)3699/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərardadı icra olunaraq, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın yerin üstündə olan hissəsi İddiaçı MMC-nin istifadəsindən götürülmüş, lakin yerin altında istifadə olunan yerqazan və 2 ədəd itələyici danqrat mühərriklər yerin 18 metr dərinliyində və 140 metr uzunluğunda olan tuneldə qalmış və beləliklə «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnika işləməz vəziyyətdə qalmışdır. Həmin yerin altında istifadə olunan yerqazan və 2 ədəd itələyici danqrat mühərriklərinin yerin altından çıxarılması üçün orta hesabla 150 000 manat vəsait tələb olunur. İlkin iddia üzrə İddiaçı MMC-nin iddia ərizəsində qeyd olunur ki, guya 09 mart 2016-cı il tarixdə «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı İddiaçı MMC ilə təhvil-təslim aktı imzalamış, məhkəmə qərarına əsasən həmin avadanlığın istifadəsini sözügedən İddiaçı MMC-yə həvalə etmişdir. Bundan başqa, ilkin iddia üzrə iddiaçı qeyd edir ki, «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı nın və İddiaçı MMC-nin rəhbər şəxslərinin öz aralarındakı razılığa əsasən, guya «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı texnika və avadanlıqların İddiaçı MMCnin Sabunçu rayonu ərazisində yerləşən tikinti meydançasına qoyulmasına və istifadə olunmasına birincinin heç bir etirazı olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilə İddiaçı MMC arasında MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın istifadə olunmasına və onlara məxsus tikinti meydançasına aparılmasına dair heç bir nə şifahi, nədə ki, rəsmi razılıq olmamışdır. İddiaçı MMC onun direktoru Kənan Əhmədovun saxlancına verilmiş «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı texnika və avadanlıqları özbaşına olar aq, heç bir rəsmi razılıq əldə etmədən və müqavilə bağlamadan istifadə etmişdir. Dəfələrlə Sabunçu rayon İcra Şöbəsinin icra məmurları ilə birlikdə İddiaçı MMC-nin avadanlıqları istifadə etdiyi tikinti meydançasına getsələr də nə onları, nə də ki, icra məmurlarını tikinti sahəsinə buraxmamışlar. Bu faktlar Sabunçu rayon İcra Şöbəsinin icra məmuru tərəfindən müvafiq aktla rəsmləşdirilmiş və İddiaçı MMC-nin direktoru Kənan Əhmədov barəsində axtarış tədbiri görülməsi üçün Sabunçu Rayon Polis İdarəsinə məktub vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)-430/2018 nömrəli qətnaməsi (hakim: A.Ə.Hüseyn) ilə ilkin iddia tələbi qismən təmin edilərək İddiaçı tikinti ərazisindən diametri 2500 mm olan MTS markalı mikro tunel qazan aparatın layihəyə ziyan vurmadan və tuneli zədələmədən tuneldən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-751/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli, 2-2(81)-430/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-751/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin mətnində buraxılmış yanlışlıq düzəldilərək qətnamənin giriş hissəsində “ X9” sözlərinin “ X6” sözləri kimi oxunması qərara alımışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-751/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə dü zgün nəticəyə gəlməmiş, tərəflər arasında olan danışıqlara və qarşılıqlı münasibətlərə obyektiv qiymət verməmiş, hətta işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunmuş halları nəzərə almamışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh 05 mart 2016-cı il tarixli 05/03 saylı məktubla razılığını bildirməklə yanaşı, “xxxx” Müəssisəsinin iddianı təmin etmə tədbiri barədə ərizəsinə əsasən üzərinə həbs qoyulmuş əmlaklar içərisində hazırki mübahisə predmeti olan texnikanın istifadəsinə qoyulmuş qadağanın götürülməsi və məhz “İddiaçı “ MMC-nin direktoru X10 istifadəsinə verilməsi tərəflər arasında razılığın olmasına dəlalət edir. Kassatir bildirir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi tərəflər arasında hansı razılığın olma sını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı “İddiaçı“ MMC iddia ərizəsində göstərmişdir ki, onunla “xxxx” QSC-nin Azərbaycan Respublikasındakı filialının rəhbər şəxsləri öz aralarında cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və diametri 2500 mm olan MTS markalı (mikrotunel qazan) avadanlığın saxlanca İddiaçı MMC-nin Sabunçu rayonu ərazisində yerləşən tikinti sahəsinə qoyulması və istifadə olunması barədə şifahi razılığa gəlmişlər. Lakin iddiaçı hansı razılığın olmasını, tərəflərin hansı öhdəliklərinin olmasını bildirməmişdir. İddiaçı MMC “xxxx ” QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus diametri 2500 mm olan MTS markalı avadanlığı ondan təhvil alıb tender əsasında udduğu layihənin icra olunmasında istifadə edərkən, bunun qarşılığında cavabdeh qarşısında hansı öhd əlik götürməsini bildirməmişdir. Yəni sual olunur ki, cavabdeh həmin avadanlığı iddiaçıya əvəzsiz istifadə etmək üçünmü vermişdir? Təbii ki, yox, belə bir şeyin olması mümkün deyildir. O zaman sual olunur ki, cavabdehin MTS markalı avadanlığı iddiaçıya istifadə etməsi üçün verməsi və qarşılığında da heç bir maddi vəsait almaması hansı öhdəliyin icrasından yayınmaqdır. Maddi hüquq normalarından görünür ki, öhdəliyin tərəfləri kreditor və borcludur və hər biri digərinin xeyrinə müəyyən vəzifələr yerinə yetirməlidirlər. Əgər “xxxx ” QSC-nin Azərbaycan Respublikasındakı filialı öz əmlakını İddiaçı MMC-nin istifadəsinə verirsə və İddiaçı MMC həmin mikro tunel qazan avadanlığı “xxxx” ASC-nin sifarişi əsasında yeraltı kanalizasiya tuneli çəkilməsində istifadə edərək müəyən gəlir əldə edirsə, bu nun qarşılığında “xxxx ” QSC-nin Azərbaycan Respublikasındakı filialına da müəyyən haqq ödəməli idi. Lakin İddiaçı MMC məhkəmədə “xxxx” QSC -yə belə bir haqqı ödəməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında olan mübahisənin əsasını təşkil edən cavabdeh «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus MTS markalı diametri 2500 mm olan mikro tunel qazan aparat və ünvan 3 ünvanında yerləşən bütün əmlaklar-texnikalar və avadanlıqlar «xxxx» Müəssisəsinin cavabdehə qarşı olan iddia tələbi üzrə işlə əla qədar olaraq iddianı təmin etmə tədbiri kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(005)-378/2016 saylı qərardadına əsasən siyahıya alınmış və həmin əmlakların texnikaların üzərinə həbs qoyulmuş, cavabdehin şikayəti əsasında qərardad, həmin məhkəmənin 05 aprel 2016-cı il tarixli qərardadı ilə qismən ləğv edilərək, MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və onun işləməsi üçün lazımi avadanlıq, aparat və texnikanın istifadəsinə qoyulmuş qadağa götürülmüşdür. Tərəflər arasında razılaşmaya əsasən MTS markalı mikro tunel qazan makina (diametri 2500 mm) və digər avadanlıqlar saxlayıcı X3 götürülərək, İddiaçı MMC-nin direktoru X13 təhvil verilmişdir. Apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də mübahisə predmeti olan avadanlığın İdd iaçı MMC-nin direktoru X1 verilməsi, İddiaçı MMC tərəfindən həmin tunel qazan texnika və avadanlıqların qanunsuz olaraq Dərnəgül-Bakıxanov-Qaraçuxur kollektor çəkilişi üçün istifadə edildiyi, texnikanın istifadə olunması və iddiaçıya məxsus tikinti meydançasına aparılmasına cavabdehin razılığının olmadığına dair dəlillər irəli sürmüşdür. Cavabdehin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialı 05/03 saylı 05 mart 2016-cı il tarixli məktubundan görünür ki, o, diametri 2500 mm olan MTS markalı mikro tunel qazan avadanlığın saxlanca İddiaçı MMC-nin Sabunçu rayonu ərazisində yerləşən tikinti sahəsinə qoyulmasına və istifadə olunmasına etirazlarının olmadığını b ildirmişdir. Həmçinin həmin məktubdan avadanlığın həmin tikinti sahəsinə aparılması və yerləşdirilməsi ilə əlaqədar texnikanın istifadəsinə, habelə həmin texnikalarla bağlı və daşınmada yaranacaq xərclərin cavabdeh tərəfindən İddiaçı MMC-yə həvalə edilməsi müəyyən edilir. Göründüyü kimi, tərəflər arasında mübahisəli əmlakın verilməsi və istifadəsinə dair yazılı müqavilə mövcud olmasa da, cavabdeh 05 mart 2016-cı il tarixli 03/05 saylı məktubla razılığını bildirməklə yanaşı, «xxxx» Müəssisəsinin iddianı təmin etmə tədbiri barədə ərizəsinə əsasən hazırkı mübahisə predmeti olan texnikanın istifadəsinə qoyulmuş qadağanın götürülməsi və məhz İddiaçı MMC-nin direktoru X10 istifadəsinə verilməsi tərəflər arasında razılığın olmasına dəlalət edir. Həmçinin, Rusiya Federasiyasının «Cavabdeh «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialının 05/03 saylı 05 mart 2016-cı il tarixli məktubunun surətinin sübut kimi qəbul edilməsinin qanunsuz olmasına və onun əsli ilə tanış olmadığına dair cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məjhkəməsi mülki mühakimə icraatını həyata keçirərkən mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara riayət etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 22(81)-430/2018 saylı 13 aprel 2018-ci il tarixli protokolu ilə iddiaçı tərəfindən məktubun əslinin məhkəməyə təqdim edilməsi və cavabdehin nümayəndəsi Vəkil həmin məktubla tanış olması müəyyən olunur. Prosessual qanunvericiliyə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olun muş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır, bu mənada qeyd olunmalıdır ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Mülki işdən göründüyü kimi, məhkəmə qanunun tələbinə riayət etməklə, sənədin müvafiq qaydada təsdiq edilmiş surətini mülki işə əlavə etmişdir. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna etmir.(AR MPM-nin 89-cu maddəsi) İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Eyni zamanda iş materiallarında olan cavabdehin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsinə əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli MXMT(82)-9/2017 saylı qərardad tam icra edilməyərək, avadanlığın generatoru və idarəetmə konteyneri İddiaçı MMC-nin ərazisindən götürülmüş, lakin cavabdeh MTS markalı mikro tunel qazan makinanı da götürməməklə yanaşı, İddiaçı MMC tərəfindən də götürülməsini qeyri-mümkün etmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-in 14.2.1, 385.1, 396, 425, 442-ci maddələrinə müvafiq müqavilə öhdəlikləri üzrə mülki hüquqi münasibətlərə dair qeyd edilməlidir ki, borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək, ona nəzarət etmə k və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mülki qanunvericiliyin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.(AR MM-in 404.1-404.2-ci maddələri) Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan MTS markalı mikro tunel qazan makinanın X1 verilməsi və qanunsuz olaraq DərnəgülBakıxanov-Qaraçuxur kollektorun çəkilişi üçün istifadə edilməsi zamanı İddiaçı MMC-nin vurduğu maddi ziyanın 3 000 000 (üç milyon) manat təşkil etməsi barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilinə əsasən yuxarıda istinad olunan qanunvericilik normalarına uyğun olaraq iş üzrə hərtərəfli araşdırma apararaq diqqətə çatdırır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılaraq, sübutların mötəbərliyi baxımından bütün şərh olunanların fonunda birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara uyğundur. Belə ki, işin birinci i nstansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdeh, iddiaçı tərəfindən mübahisə predmeti olan MTS markalı mikro tunel qazan makinanın X1 verildiyini, qanunsuz olaraq Dərnəgül-Bakıxanov-Qaraçuxur kollektorun çəkilişi üçün istifadə edildiyini bildirsə də, ilkin iddia tələbinin təmin edilən hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı həmin mikro tunel qazan makinanın məhz cavabdehin məlumatı və razılığı ilə İddiaçı MMC tərəfindən istifadə olunduğu müəyyən edilmiş, eyni zamanda cavabdeh həmin makinanın İddiaçı MMC tərəfindən istifadə edilməsinə görə icarə müqaviləsinin bağlanılması və onun əsasında ödəniləcək icarə haqqı ilə bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim etməmişdir. İşin müəyyən olunmuş faktik i hallarına və yuxarıda şərh olunan mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən apelyasiya məhkəməsi hesab edir ki, tərəflərin izahatından, təqdim edilən sənədlərin xronoloji ardıcıllığı və məzmunundan müəyyən edilir ki, tərəflər arasında razılaşma olmuş, bu da onlar arasında öhdəliyin yaranmasına əsas vermişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşir. Həmçinin, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qarşılıqlı iddianın «xxxx» QSC-nin Azərbaycan Respublikasındakı filialına məxsus, yerin 18 metr dərinliyində və 140 metr uzunluğunda olan tuneldə qalmış istifadə olunan yerqazan aparatın və 2 ədəd itələyici danqrat mühərriklərinin yerin altından çıxarılması üçün 150.000 (bir yüz əlli) min manat pul vəsaitinin iddiaçıdan tutulmasına dair hiss əsində təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, İddiaçı MMC-nin tikinti ərazisindən MTS markalı mikro tunel qazan aparatının çıxarılması vəzifəsinin məhz cavabdehin üzərinə qoyulması, eyni zamanda həmin hissədə araşdırma zamanı müəyyən edilmiş hallar qarşılıqlı iddia tələbinin bu hissədə də təmin edilməsini istisna edir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin formal mülahizə xarakteri daşıyan və daha çox məsuliyyətdən boyun qaçırma cəhdi kimi qiymətləndirilə bilən dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh «Cavabdeh «xxxx»» QSC-nin Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2-2(103)-751/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.